Məhkəmə qərarları › İş №e-2-1(112)-4379/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4379/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4379/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativində 1-ci rüb 2018-ci il tarixdən 3-cü rüb 2021-ci il tarixə kimi olan dövr üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153147 saylı qərarına əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********153181 nömrəli Aktda hesablanmış 594.789,03 manat sadələşmiş vergi məbləğinin və həmin məbləğə tətbiq edilən 297.394,51 manat maliyyə sanksiyasının, ödəmə mənbəyindən 36.295,56 manat məbləğində verginin və həmin məbləğə tətbiq edilən 18.147,79 manat maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı MTK-da cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 saylı qərarına əsasən növbədənkənar “Səyyar vergi yoxlaması” keçirmiş, növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2022-ci il tarixli **********153181 saylı AKT tərtib edilmişdir. Vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, qanunsuz olaraq məlumatlar Vergi Məcəlləsinin müvafiq maddələrinə zidd olaraq hesablandığından tərtib edilmiş Akt ləğv edilməlidir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********153181 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Yoxlama ilə əsassız olaraq, MTK tərəfindən sadələşdirilmiş vergi üzrə 594.789,03 manat azaldılma müəyyən edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə tərtib edilmiş AKT-da MTK-ya sadələşdirilmiş vergi üzrə 594.789,03 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 297.394,51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda nöbvədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. xx.xx.2021-ci il tarixdə başlamalı və xx.xx.2022-ci il tarixə başa çatmalı olan səyyar vergi yoxlaması xx.xx.2022- ci il tarixdən müvəqqəti dayandırılmış, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 14 gün sonra, yenidən xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixə kimi dayandırılmış, bundan sonra isə 9 dəfə dayandırılma haqqında qərar qəbul edilərək ümumilikdə 11 dəfə dayandırırlma haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, növbədənkənar vergi yoxlaması vergilər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153147 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlandığı qeyd edilmişdir. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Vergilər İdarəsi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Vergilər İdarəsi istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı Vergilər İdarəsi diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, Vergilər İdarəsi belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. İddiaçı tərəfindən sonradan iddia ərizəsinə əlavə təqdim edilərək bildirilmişdir: 2018-ci ilin 4-cü rübündə MTK tərəfindən qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasının tikintisinə başlanılmışdır. xx.xx.2019-cu il tarixində Lokal Gəlirlər Baş İdarəsi tərəfindən binanın vergiyə cəlb olunan sahəsi 21 906.48 kv.m hesablanaraq analoji qaydada bütün sahəyə heç bir çıxılma aparılmadan 2 325 498.12 manat məbləğində bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanılmışdır. xx.xx.2019-cu ildə MTK tərəfindən vergi orqanına “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin şəxsin seçdiyi vergitutma metodu barədə Məlumat forması” təqdim olunaraq sadələşdirilmiş vergi metodu seçilmişdir. Həmin ərizə formasında tikinti quraşdırma işlərinin başlanılma tarixi xx.xx.2018-ci il qeyd edilmişdir. Kooperativ tərəfindən həmin dövrdə sahə ilə bağlı vergi orqanına rəsmi bəyənnamə təqdim edilməmişdir. Kooperativ tərəfindən **********182100 saylı saylı xx.xx.2020-ci il tarixli hesablanılmış vergilərə yenidən baxılması barədə məktub, məktuba əlavə olaraq Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2159 saylı pilot layihə ilə bağlı sakinlərə ayrılan sahə barədə məktubu və tikilən binaların işçi layihəsi təqdim olunmuşdur. Nəsimi rayon İcra Hakimiyyətinin qeyd olunan məktubunda bildirilmişdir ki, hazırda tikintisi aparılan Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə pilot layihə çərçivəsində mülkiyyətçilərə sökülən sahələrə ən azı 20% əlavə olunmaqla 5 537.4 kv. m yaşayış, 1 400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsi olmaqla ümumilikdə 7 531.74 kv.m sahə verilməsi nəzərdə tutulmuşdur. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********214500 saylı xx.xx.2020-cu il tarixli və **********538300 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir”. Qeyd olunan sənədlər və lahiyələr vergi orqanı tərəfindən sökülən sahə həddində nəzərə alınaraq yenidən hesablama aparılmış və Lokal Gəlirlər Baş İdarəsinin **********212200 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarına əsasən binanın tikintisi üzrə əvvəlki hesablama ləğv edilərək, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən binanın vergiyə cəlb olunan sahəsi 10 318.54 kv.m(o cümlədən yaşayış sahəsi 9146.08 kv.m, qeyri-yaşayış sahəsi isə 1 172.46 kv.m) müəyyən edilməklə cəmi 1 079 572.23 manat sadələşdirilmiş vergi hesablanılmlışdır. MTK tərəfindən dövlət büdcəsinə 1 097 042,55 manat vergi ödənilmişdir(şəxsi hesab vərəqsindən çıxarış əlavə olunur). Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********153181 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Aktin nəticəsi olaraq xx.xx.2022-ci il tarixli **********166146 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və social sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyənnaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamanın tərkibi aşağıdakı kimi olmuşdur: - BTSV(2019-cu il,-cü rüb ) - 594 789.03 manat əlavə hesablama, 297 394.52 manat maliyyə sanksiyası; - ÖMV(2018-ci il) – 287 manat əlavə hesablama, 143.5 manat maliyyə sanksiyası; - ÖMV(2019-cu il)– 10983.74 manat əlavə hesablama, 5 491.87 manat maliyyə sanksiyası; - ÖMV(2020-ci il)– 14241.19 manat əlavə hesablama, 7120.6 manat maliyyə sanksiyası; - ÖMV(2021-ci il)–10783.63 manat əlavə hesablama, 5391.82 manat maliyyə sanksiyası; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2018) - 40 manat; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2019)-120 manat; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2020)-120 manat; - Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2021)-80 manat. Cəmi 631 084.59 manat əsas vergi məbləği və 315 902.31 manat maliyyə sanksiyası İddiaçı hesablama ilə razı olmadığını bildirmiş və mövqeyini aşağıdakı kimi əsaslandırımışdır.

1. Binanın sahəsinin hesablanması barədə İlk öncə bildiririk ki, səyyar vergi yoxlaması prosesində Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********155243 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən “X24” MMC-nin nümayəndəsi X12 mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında "xxxx" MTK tərəfindən Nəsimi rayonu, Üzeyir hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2018-cu il tarixdən xx.xx.2021-ci il tarixindək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi sualı qoyulmuşdur. “X25” MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Mütəxəssis rəyi” nə əsasən binanın ümumi sahəsi 21 244.2 kv.m (yaşayış sahəsi 11 407.6, qeyri-yaşayış sahəsi 2 353.9 kv.m, zirzəminin yararlı sahəsi 612 kv.m, pilləkan, lift, havalandırma, dəhliz, divaraltı sahə, avtomobil yolları 6 870.7 kv.m) müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, bundan əvvəlki kameral yoxlama ilə binanın ümumi sahəsi 21 906.48 vergiyə cəlb olunan sahəsi 10 318.54 kv.m (o cümlədən yaşayış sahəsi 9146.08 kv.m, qeyri-yaşayış sahəsi isə 1 172.46 kv.m) müəyyən olunmuşdur. Qeyd olunan sahə hesablamaları ilə razı deyilik. Bildiririk ki, "xxxx" MTK tərəfindən inşa olunan binaların layihəsi, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanılmışdır. Həmin layihə Fövqəladə Hallar Nazirliyinin X3 Baş İdarəsi tərəfindən, son olaraq isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılaraq tikintiyə xx.xx.2018-ci il tarixli 001614 saylı şəhadətnamə verilmişdir. Binanın layihə üzrə inşa olunmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən nəzarət olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin rəydə də binanın tikintisi ilə bağlı layidən kənara çıxılma ilə bağlə heç bir qeyd mövcud deyildir. İstismara qəbul aktına əsasən binanın əsas göstəriciləri aşağıdakı kimi olmuşdur: - Yaşayış binası 1-1 girişli, 21 mərtəbəli,(+2 səviyyə zirzəmi+mansardda) yaşayış binası; - Binanın tikinti sahəsi S= 967.6 kv.m; - Binanın tikinti həcmi V=79 507.8 kv.m; - Binanın ümumi sahəsi S = 17 279.3 kv.m; - Mənzillərin yaşayış sahəsi, S= 6 181.6 kv.m; - Mənzillərin ümumi sahəsi S=11 409.0 kv.m; - 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S= 2 538.3 kv.m; - Zirzəmi mərtəbələrinin sahəsi(-1 və -2) S=1 684.8 kv.m; - Mənzillərin sayı-122 ədəd; - Ticarət və ofis binası; 3 mərtəbəli(+2 səviyyə), binanın tikinti sahəsi S=359.9 kv.m; - Binanın tikinti həcmi V=8 056.9 kv.m; - Binanın ümumi sahəsi S = 1 762.4 kv.m - 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S=1 100.4 kv.m - Zirzəmi mərtəbəsinin sahəsi(-1 və -2) S=662 kv.m Göründüyü kimi, dövlətin bu səhədə səlahiyyətli orqanı olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən istismara qəbul aktına əsasən tikintinin ümumi sahəsi 17 279.3 kv.m müəyyən edilmişdir. “X24” MMC-nin mütəxəssis rəyinə əsasən isə sahə 3 964.9 kv.m artırılaraq 21 244.2 kv.m hesablanılmışdır. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz”. Analoji işlə bağlı həmin “mütəxəssis” təşkilatının fəaliyyəti ilə bağlı Bakı İnzibatı Məhkəməsi tərəfindən İqtisadiyyat nazirliyi yanından Dövlət Vergi Xidmətinin X15 Baş idarəsinə 2-1(112)-988/2022 saylı, xx.xx.2022ci il tarixli sorğu göndərilmişdir. Qeyd olunan idarə tərəfindən xx.xx.2022-ci il tarixli, **********3596600 saylı məktubla cavab verilərəkə bildirilmişdir ki, “X24” MMC-nin xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər(kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyyələr, praktiki yardımın göstərilməsi” ndən ibarətdir. Müəssisənin rəhbəri və mütəxəssis rəyini hazırlamış X13 rəydən də göründüyü kimi Avstarliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoronaturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamiş digər şəxs X14 da həmin müəssisədə “mütəxəssis” vəzifəsində deyil, “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində çalışır və bu sahədə ixtisasinin və əmək müqaviləsinin olması mövcud sənədlərlə təsdiq olunmur. Göründüyü kimi, mütəxəssis rəyini tərtib etmiş və imzalamış mütəxəssis X13 ixtisasca tikinti yox, kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda rəyi vermiş “X25” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X24” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcılar tərəfindən hesablamalar yalnız “X25” MMC tərəfindən verilmiş “mütəxəssis rəyi” nə əsasən aparılmışdır. İş üzrə mövcud olan Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanılmış Fövqəladə Hallar Nazirliyinin X3 Baş İdarəsi tərəfindən, son olaraq isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzi tərəfindən razılaşdırılmış layihədə göstərilən rəqəmlər və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul aktındakı texniki göstəricilər nəzərə alınmamışdır. Göründüyü kimi vergi orqanı özünə sərf edən formada “mütəxəssis rəyi” tərtib etdirmiş, iş üzrə mövcud olan digər rəsmi sənəd və məlumatlara istinad etməmişdir. Bununla da yuxarıda qeyd olunan qanunvercilik normalarını kobud formada pozmuşdur. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi **********401500 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla vergi ödəyicisinə göndərilmişdir. Elə həmin gün də xx.xx.2022-ci il tarixli **********153181 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Əlavə olaraq bildiririk ki, tərtib olunmuş “Mütəxəssis rəyi”ndə sahənin hesablanması üçün hansı konkret normativ-hüquqi akta istinad edilməsi, hansı qanunvercilik normasına əsasən hesablama aparaması barədə heç bir qeyd mövcud deyildir. Rəyin 11-ci bəndində qeyd olunmuşdur ki, Milli Qiymətləndirmə Standartlarına(2011) və X1(2020) istinad edilmişdir. İlk öncə bildiririk ki, həmin standartlar normativ hüququ akt deyildir və onun əsasında hazırlanılmış hər hansı sənəd vergi ödəyicisi üçün hüquqi nəticələr yarada bilməz. Həmçinin həmin qiymətləndirmə standartlarında tikinti sahəsinin qiymətləndirilməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. Bildiririk ki, Azərbaycan Respublikasında tikinti sahələrinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” na əsasən aparılmalıdır. Həmin akt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Hüquqi aktın X16 Reyestrinə xx.xx.2012-ci il tarixində **********0007 saylı qeydiyyat nömrəsi ilə daxil edilmişdir. Həmin aktda qeyd edilir: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.

2. Pilot lahiyə barədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 345 saylı sərəncamına əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı və 17 dekabr 2019-cu il 482-saylı qərarlarına uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinə Nəsimi rayonu, Üzeyir hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən məhəllədə mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli binalarının və qeyri-yaşayış obyektlərinin layihələndirilməsinə icazə verilmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən mvafiq rayon icra hakimiyyətlərinə “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması” tapşırılmışdır. Sonradan həmin qərar ləğv olunaraq AR NK-nin 17 dekabr 2019-cu il 482-saylı qərarı qüvvəyə minmişdir ki, bu qərarın da 4.2-ci bəndinə əsasən müvafiq rayon icra hakimiyyətlərinə “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi” tapşırılmışdır. Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2159 saylı məktubu ilə Nazirlər Kabinetinin yuxarida qeyd edilən qərarının icra edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 345 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən istismar müddəti başa çatmış, mövcud yaşayış binalararının və qeyri-yaşayış obyektlərinin sökülərək yerində yeni çoxmərtəbəli binaların tikintisi "xxxx" MTK-yə həvalə edilmişdir. Bildirilmişdir ki, sözügedən ərazidəki mülkiyyətçilərə Üzeyir Hacıbəyov küçəsi 66 ünvanı üzrə 4 056.2 kv.m və Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə 5 537.4 kv.m ümumilikdə 9 593.6 kv.m yaşayış sahəsinin, 1400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsinin (ümumilikdə 11 587.94 kv.m) verilməsi nəzərdə tutulmuşdur. Sonradan maliyyə çətinlikləri ilə bağlı olaraq Üzeyir Hacıbəyov küçəsi 66 ünvanı üzrə tikinti yarımçıq qalmış və mövcud yoxlama ilə əhatə olunmamışdır. Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə sakinlərə sökülən sahələrinin +20%-dən çox olmaqla 5 537.4 kv.m, 1400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsi, ümumilikdə 7 531.74 kv.m sahə təqdim olunmuşdur. Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir”. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir”. Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən “fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi. Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir;” Göründüyü kimi 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Mövcud halda isə pilot lahiyə üzrə tikinti Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarlarına əsasən aparıldığından, pilot lahiyə çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətinin müvafiq məktubu və onunla bağlanılmış müqavilə əsasında dövlətin tapşırığı ilə sakinlərə ayrıldığından və Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur. Səyyar vergi yoxlaması aktında və apellyasiya şikayətində etiraz da təsdiq edilmişdir ki, pilot layihə çərçivəsində sakinlərin sökülmüş yaşayış sahəsi 3420.14 kv.m təşkil edir. Lakin qeyri-yaşayış 1400.34 kv.m + qaraj sahəsi 594.0 kv.m cəmi 1 994.35 kv.m təşkil etməsinə baxmayaraq 1 596.18 kv.m qeyd edilmişdir. Yoxlama zamanı hətta yeni qanunvercilik tətbiq edilmiş olsa idi belə, 3420.14 (yaşayış)+1994.34 (qeyri-yaşayış və qaraj)= 5414.48+20%=6 497.37 kv.m cəmi sahə pilot layihə kimi vergidən azad edilməli idi. Faktiki olaraq isə 5 537.4 kv.m yaşayış, 1400.34 kv.m qeyri-yaşayış və 594.0 kv.m qaraj sahəsi, ümumilikdə 7 531.74 kv.m sahə vergidən azad edilməlidir. Bütün bunlara baxmayaraq səyyar vergi yoxlamasi ilə sökülmüş sahədən də az 5 016.32 kv.m(3420.14 kv.m yaşayış+ 1596.18 kv.m qeyri-yaşayış) sahə vergidən azad edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması aktı ilə yaşayış sahəsi üzrə 2 117.26 kv.m (5 531.4- 3420.14) sahəyə görə təqdim etmə üzrə gəlir əldə edilmədiyi halda, 209 608.74 manat (2 117.26*45*2.2 əmsal), qeyri-yaşayış sahəsi üzrə isə 398.16 kv.m(19xx.xx-1596.18) sahəyə görə 59 126.76 manat (398.16 kv.m * 45 * 2.2 əmsal * 1.5 əmsal) olmaqla 268 735.5 manat əlavə vergi hesablanılmış və 134 368.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildiririk ki, səyyar vergi yoxlamasına sökülən sahələrə dair bütün çıxarışlar, qeydiyyat vəsiqələri və sahələrin təqdim edilməsinə dair notarial təsdiq edilmiş müqavilələr yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı isə sökülən sahələrə dair çıxarış və qeydiyyat vəsiqələrindəki sahələr nəzərə alınmış, təqdim etməyə dair notarial təsdiq edilmiş müqavilələrdəki sahələr isə nəzərə alınmamışdır. Eyni zamanda bildiririk ki, heç bir müqavilədə təqdim edilən sahəyə görə əlavə ödəniş alınmamış və belə bir halın baş verməsi səyyar vergi yoxlaması aktı ilə təsdiq edilməmişdir.

3. Ödəmə mənbəyində tutulan vergi barədə Səyyar vergi yoxlaması ilə həmçinin MTK-nə 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamaya səbəb kimi yoxlanılan dövr ərzində təsisçilər tərəfindən müəssisəyə borc verilməsi və sonradan həmin borc məbləğinin geri qaytarılması olmuşdur. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Hörmətli yoxlayıcılar nədənsə, MM-nin 739.2-ci maddəsinin 2-cümləsini oxuya bilməyiblər. Halbuki, MM-in 739-cu maddəsi məsələyə kompleks yanaşmayı tələb edir. Həmin hissədə qeyd olunur ki, “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Göründüyü kimi, qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 362 955 .6 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. VM-nin 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İPM-in 14.1-cü maddəsinə əsasən “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Qeyd olunanlara əsasən bildiririk ki, təsisçilər tərəfindən borc yalnız binanın inşasının daha tez zamanda başa çatıdırılmasını təmin etmək məqsədi ilə MTK-ya verilmiş və mənzillər satıldıqdan sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır, burada hər hansı faiz gəliri ödənilməsi halı baş verməmiş, yoxlama ilə belə bir fakt və təsisçilərin peşəkar şəkildə kredit verən olması sübut edilməmişdir. VM-nin 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur”. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi(vəkili) ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarınınləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası (tikinti-texniki və məhkəmə mühasibatlıq) təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli Qərarına əsasən "xxxx" MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı MTK-ya Baş İdarənin xx.xx.2021-ci il tarixli **********153199 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmişdir. Filial tərəfindən 15 iş günü müddətində vergilərin hesablanması üçün zəruri olan bəzi sənədlər yoxlamaya təqdim edilmişdir. Yoxlanılan dövr üzrə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********153778 nömrəli qarar çıxarılmış və qərar üzrə təqdim edilmiş sənədlərin siyahısı tərtib edilmişdir. İddiaçı tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlər vergi orqanına qismən təqdim edilmiş və bu barədə 25.01,2022-ci il tarixli "Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə" Akt tərtib edilmişdir. Yoxlama zamanı MTK-ya ünvan 2 ünvanda yerləşən binaya baxış keçirilmiş va baxışın nəticəsi 10.01,2022-ci il tarixli Protokolla rəsmiləşdirilmişdir. Müəssisəyə məxsus ərazidə inşa edilmiş 1 ədəd 22 + texniki mərtəbənin beton işlərinin tam yekunlaşdığı, kommunikasiya işlərinin görüldüyü, liftin quraşdırılmadığı, işıq, qaz, su sayğaclarının quraşdırılmadığı, fasad işlərinin aparıldığı, digər 1 ədəd binanın 8-ci mərtəbəsində beton işlərinin tam görüldüyü, digər işlərin isə aparılmadığı, hər iki binanın arasında 3 mərtəbəli qeyri-yaşayış binasının inşa edildiyi və 2 yaşayış binasının və 1 qeyri-yaşayış binasının hər birinin 2 mərtəbəli zirzəmi (qaraj) sahəsinin olduğu müşahidə olundu. Səyyar vergi yoxlaması ilə əhatə olunmayan qalıq sahə: ƏDV-MV metodu ilə tikilən 2-ci binanın ümumi sahəsi, əlavə qeyri-yaşayışın ümumi sahəsi və həyətaltı avtodayanacaqın ümumi sahəsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: 2018-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergini ödəyicisi hesab edildir. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat müəyyən edilir. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-1- ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-cı il tarixli 345 saylı Sərəncamına əsasən İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsi ünvanında pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Binanın təməli 2018-ci ilin 4-cü rübündə qoyulmuş və analoji hesablama qaydasında 2018-ci ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi təqdim edilmişdir. (Zona 3, əmsal 2.2) Mənzil İstismar sahəsinin sənədi ilə təsdiq olunan söküntü sahəsi(Çıxanşlar, qeydiyyat vəsiqələri və notarıal təsdiq olunmuş müqavilələr əsasında) 5016.32 kv.m (yaşayış 3420.14 kv.m, qeyri- yaşayış 1596.18 kv.m ) təşkil edir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanıldı və kameral vergi yoxlaması ilə 21 906.48 kv.m müəyyən edilməsinə baxmayaraq, ‘‘X24” MMC-nin rəyinə əsasən 1 -ci Binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Yoxlama zamanı Pilot layihə çərçivəsində MTK tərəfindən mənzilləri sökülmüş sakinlərə verilən mənzillərə dair çıxarışlar, notarial təsdiq edilmiş müqavilələr və qeydiyyat vəsiqələrinə əsasən sökülmüş yaşayış və qeyri yaşayış sahələri bütün hesablamalarda nəzərə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələbolunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli ‘Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X24" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m. müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"-nə əsasən binalar 3-cü zonada yerləşir, zona əmsalı 2,2 təşkil etmişdir. Beləliklə, binanın sahəsi və vergi məbləği aşağıdakı kimi hesablanmışdır: 21244.20 kv.m - 5016.32 kv.m (söküntü) = 16227.88 kv.m Yaşayış 18278.3 kv.m - 3420.14 kv.m (söküntü) = 14858.16 kv.m 14858 16 kv.m x 45 x 2,2 = 1 470 957 84 manat vergi məbləği yaşayış sahəsi üzrə Qeyri-yaşayış 2965.90 kv.m - 1596.18 kv.m (söküntü) = 1369.72 kv.m 1369.72 kv.m x 45 x 2,2 x 1,5 = 203 403.42 manat vergi məbləği qeyri-yaşayış sahəsi üzrə. Vergi ödəyicisinin bina tikintisi üzrə sadələşdirilmiş vergi öhdəliyi 1 674 361.26 manat təşkil etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə hesablanmış 1 079 572.23 manat nəzərə alınmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 594 789.03 manat (1 674 361.26 - 1 079 572.23) azaldılmasına görə 50% məbləğində, yəni 297 394.51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyən edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əməliyyatlar təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə ,oxşar müddətə verilmiş banklar arası orta kredit faizləri (əsas: https://www.cbar.az/page-42/monetary-indicators#page-4) tətbiq etməklə yaranan gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına ümumilikdə 36127.56 manat ödəmə mənbəyində tutulan vergi və icarə haqqı üzrə 168 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1 ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 36295.56 manat azaldıldığına görə, azaldılmış məbləğin 50%-i həcmində, yəni 18147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması ilə bağlı prosessual pozuntuların, o cümlədən müddətlə bağlı pozunutlarm olduğunu iddia edir. Nəzərinizə çatdırırıq ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin bütün müddəalarına riaəyt edilmişdir. Yoxlama 30,12.2021 tarixdə başlanıldı və 17,10.2022 tarixdə başa çatdırıldı. Yoxlama aşağıdakı qərar(lar)a əsasən mütəxəssisin dəvət edilməsi səbəbilə müvəqqəti dayandırıldı: Qərarın adı Tarixi Nömrəsi Müddəti Müvəqqəti xx.xx.2022 **********15 29 Müvəqqəti xx.xx.2022 **********15 32 Müvəqqəti xx.xx.2022 **********15 29 Müvəqqəti xx.xx.2022 **********15 32 Müvəqqəti xx.xx.2022 **********15 31 Müvəqqəti xx.xx.2022 **********15 34 Müvəqqəti xx.xx.2022 **********16 11 Müvəqqəti xx.xx.2022 **********16 12 Müvəqqəti xx.xx.2022 **********16 11 Müvəqqəti xx.xx.2022 **********16 12 Müvəqqəti xx.xx.2022 **********16 22

Qeyd edilən yoxlamanın dayandırılması ilə bağlı məlumatların hər biri sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırıla bilər. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1 -ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 26 dekabr 2017-ci il tarixli 345 nömrəli Sərəncamı; Bakı şəhəri, Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2159 saylı məktubu Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 012 nömrəli tikintiyə icazə barədə “Xüsusi Nişan” ; Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin hesablanılması barədə” **********905700 nömrəli xx.xx.2019-cu il tarixli qərar və qərara əsasən təsdiq edilmiş BTSFV bəyənnaməsi Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən, Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 3-2159 saylı müraciət məktubu; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı MTK-ya ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “Müraciətə baxılması barədə” məktub; Lokal Gəlirlər Baş İdarəsinin **********212200 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərar və qərara əsasən təsdiq edilmiş BTSFV bəyənnaməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli “Səyyar vergi yoxlanılmasının keçirilməsi haqqında” Qərar və və qərara əsasən təsdiq edilmiş BTSFV bəyənnaməsi xx.xx.2022-ci il tarixli **********153181 nömrəli "Səyyar vergi yoxlaması" Aktı ; Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qararı; xx.xx.2022-ci il tarixli, Ö/005961 saylı “İstismra hazırlıq” Aktı; Pilot lahiyə ilə bağlı sakinlərlə bağlanılmış müqavilələr və siyahisi xx.xx.2019-cu il tarixli “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat forması Şəxsi hesab vərəqəsindən çıxarış Binaların layihəsi “X24” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi Mütəxəssis dəvət edilməsi barədə qərar İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin X15 Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 10/1627-9/1711 nömrəli ekspert rəyi

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qararı əsasında "xxxx" MTK-nın 01.11,2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə MTK tərəfindən 594789,03 manat məbləğində bina tilintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması faktı aşkar edilmiş və səyyar vergi yoxlama nəticəsində iddiaçıya bna tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166146 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 26 dekabr 2017-ci il tarixli 345 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarını rəhbər tutaraq pilot layihələr çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1532 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin kəsişmələrindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Məhdud Məsuliiyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi Rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MTK-ya aid olan torpaq sahəsində yüksəkmərtəbəli yaşayış binalarının işçi lahiyəsi Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 03 saylı müraciət məktubu, Nəsimi Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsində sifarişçi tərəfindən bu binaların tikintisinə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli 345 saylı Sərəncamı, Bakı Dövlət Layihə İnstitutu ilə bağladığı 5434 saylı müqaviləyə əsasən işlənmişdir. Lahihələndirilən ərazidə Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küşələrinə paralel olaraq 2 ədəd 21+ mansard mərtəbəli 1 grişli yaşayış, məhəllələrdaxili küçəyə paralel olaraq 3 mərtəbəli qeyri-yaşayış obyektlərinin yerləşməsi nəzərdə tutlmuşdur. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış və Azərbaycan Respublikası dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nəsimi Rayon icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.7ci maddəsinə uyğun olaraq İddiaçı MMC-nə şimaldan Üzeyir Hacıbəyov, qərbdən Rixard Zorge, şərqdən Keykab Səfərəliyeva və cənubdan Zərifə Əliyeva küçələri ilə əhatə olunmuş ərazidə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə xx.xx.2018-ci il tarixli 012 nömrəli tikintiyə icazə barədə “Xüsusi Nişan” verilmişdir. İş materiallarında olan Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin hesablanılması barədə” **********905700 nömrəli xx.xx.2019-cu il tarixli qərarı əsasında, tikintinin ümumi sahəsi 21906.48 kv.m hesablanaraq, tikintinin vergiyə cəlb edilən sahəsi 21 906.48 kv.m hesablanaraq, 2 325 498.12 manat məbləğində (yaşayış sahəsi 18 730.68 kv.m qeyri-yaşayış sahəsi isə 3166.8 kv.m) vergi bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanılmışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, 2018-ci ilin 4-cü rübündə MTK tərəfindən qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasının və qeyri-yaşayış obyektlərinin tikintisinə başlanılmışdır. Lakin Kooperativ tərəfindən həmin dövrdə sahə ilə bağlı vergi orqanına rəsmi bəyənnamə təqdim edilməmişdir. İş materiallarında olan, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən, Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2019-cu il tarixli 3-2159 saylı məktubla müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 345 saylı Sərəncamına əsasən ünvan 6 ünvanda yerləşən istismar müddəti başa çatmış, mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək yerində yeni çoxmərtəbəli binaların tikintisi “Tac-1 Residence" MMC-yə həvalə edilmişdir. Bildirilmişdir ki, sözügedən ərazidəki mülkiyyətçilərə Üzeyir Hacıbəyov küçəsi 66 ünvanı üzrə 4056.20 kv.m Zərifə Əliyeva 59 ünvanı üzrə 5537,40 kv.m, ümumilikdə 9593.6 kv.m, yaşayış sahəsinin 1400,34 kv.m, qeyri-yaşayış və 594.0 kv.m isə qaraj sahəsinin (ümumilikdə 1 1587,94 kvm) verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2019-cu ildə MTK tərəfindən vergi orqanına “Bina tikintisifəaliyyəti ilə məşğul olan şəxslərin şəxsin seçdiyi vergitutma metodu barədə “Məlumat forması” təqdim olunaraq sadələşdirilmiş vergi metodu seçilmişdir. Həmin ərizə formasında tikinti quraşdırma işlərinin başlanılma tarixi xx.xx.2018-ci il qeyd edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı MTK-ya xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “Mürciətə baxılması barədə” məktub ünvanlanaraq bildirilmişdir ki, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir. İş materiallarından görünür ki, Lokal Gəlirlər Baş İdarəsinin **********212200 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarına əsasən, vergi orqanı tərəfindən sakinlərə təqdim edilən sahə həddində nəzərə alınaraq yenidən hesablama aparılmış və binanın tikintisi üzrə əvvəlki hesablama ləğv edilərək, yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən binanın vergiyə cəlb olunan sahəsi 10 318.54 kv.m (o cümlədən yaşayış sahəsi 9146.08 kv.m, qeyri-yaşayış sahəsi isə 1 172.46 kv.m) müəyyən edilməklə Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən hesablanılmış vergi və ya sığorta haqqı təşkil etməklə cəmi 1 079 572.23 manat sadələşdirilmiş vergi hesablanıİmlışdır. İş materiallarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci ilin 4-cü rüb bina tikintisi ilə məşqul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə səyyar vergi yoxlaması həyata keçirilmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********153147 nömrəli “Səyyar vergi yoxlanılmasının keçirilməsi haqqında” Qərarına əsasən "xxxx" MTK-da Vergi Macallasinin 38.3.5-ci maddasina asasan (yoxlanılan dovr: xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilmasi vəziyyətinin düzgünlüyünün yoxlanılmasi məqsədi ilə novbədənkanar sayyar vergi yoxlamasi kecirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Səyyar vergi yoxlamasının həyata keçirilməsi zamanı iddiaçı MTK-ya məxsus, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi Rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin kəsişmələri ünvanında inşa edilən yaşayış binalarını ümumi sahəsinin, yaşayış, və qeyri-yaşayış sahəsinin, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək olan olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) hesablanılması məqsədi ilə (obyektin foto şəkilləri və tikinti lahihə eskizləri təqdim edilərək) “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154253 nömrəli qərar qəbul edilmiş, “X24” MMC-nin əməkdaşı mütəxəssis kimi dəvət olunmuşdur. İş materiallarında olan, Rəydən görünür ki, cavabdeh inzibati orqan tərəfindən mütəxəssis qarşısında "xxxx" MTK tərəfindən Nəsimi, rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəlyeva küçələrinin kəsişməsində inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixindək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edılmış əmək haqqı, həcminin (əmək tutumunun) müəyyən edilməsi sualları qoyulmuşdur. Rəy müstəqil mütəxəssislər, "X24" MMC-nin əməkdaşları X11 və X12 tərəfindən hazırlanmışdır. (X11 və X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamlar və rəy iş materiallarına əlavə edilmişdir. Tərtib olunmuş xx.xx.2022-ci il tarixli "Mütəxəssis rəyi” nə əsasən binanın ümumi sahəsi 21 244.2 kv.m müəyyən olunmuşdur. (yaşayış sahəsi 11 407.6, qeyri-yaşayış sahəsi, 2 353 9 kv.m, zirzəminin yaralı sahəsi 612 kv.m, pilləkən, lift, havalandırma dəhliz dıvaraltı sahə, avtomobil yolları 6 870.7 kv.m İş materiallarından görünür ki, “X24” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş həmin rəyin əsasında binanın sahəsi hesablanılmış və xx.xx.2022-ci il tarixli **********153181 saylı “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir: “Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişdiyi ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********154253 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. "X24" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən inşa edilmiş 1-ci binanın ümumi sahəsi 21244.20 kv.m (zirzəmi yararlı sahə 612.0 kv.m), yaşayış sahəsi 11407.6 kv.m, qeyri-yaşayış sahəsi 2353,9, pilləkən, dəhliz, lifi, divaraltı sahə 6870 7 kv.m). 2-ci blok ümumi sahəsi 21384.8 kv.m (zirzəmi yararlı sahə 630.0 kv.m), yaşayış sahəsi 11155.4 kv.m, qeyri-yaşayış sahəsi 2254.2, pilləkən, dəhliz, lift, divaraltı sahə 7345.16 kv.m), satışa yararlı sahə 14039.6 kv.m təşkil edir. Əlavə qeyri-yaşayışın ümumi sahəsi 1603.26 kv.m (zirzəmi yararlı sahə 144.0 kv.m), qeyri-yaşayış sahəsi 1004.50, pilləkən, dəhliz, lift, divaraltı sahə 454.76 kv.m), satışa yararlı sahə 1148.5 kv.m təşkil edir. Həyətaltı avtodayanacaqın ümumi sahəsi 1482.88 kv.m (zirzəmi yararlı sahə 450.0 kv.m), pilləkən, dəhliz, lift, divaraltı sahə 1032 88 kv.m), satışa yararlı sahə 450 0 kv.m təşkil edir. İş materialları ilə müəyyən olunur ki, yoxlama ilə yalnız 1-ci blok əhatə edilmişdir, 2ci blokun inşaası yaramçıq saxlanılmışdir və akta əsasən yoxlama ilə əhatə edilməmişdir Bundan əlavə, mütəxəssis tərəfindən müəyyən edilmiş əmək tutumu ilə vergi ödəyicisi tərəfindən yoxlama dövril ərzində ləqdım edilmiş bəyannamələrdə göstərilən əmək haqqı fondu arasında fərq olmadığından yoxlama ilə əlavə hesablama aparılmadı. Mütəxəssis rəydən yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmişdir” İş materiallarından görünür ki, Aktin nəticiəsi olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qarar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə Səyyar vergi yoxlaması ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanılmışdır. Bəyannamə (analoji) üzrə 21 906.48 kv.m sahə üzrə cəmi 1 079 572.23 manat vergi hesablanmışdır. Mütəxəssis rəyinə əsasən 1-ci binanın sahəsi 21244.20 kv.m təşkil etmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübünə 594 789.03 manat əlavə vergi hesablanılmış, 297 394.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə olaraq da 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -BTSV(2019-cu il,-cü rüb ) - 594 789.03 manat əlavə hesablama, 297 394.52 manat maliyyə sanksiyası; -ÖMV(2018-ci il) - 287 manat əlavə hesablama, 143.5 manat maliyyə sanksiyası; -ÖMV(2019-cu il)- 10983.74 manat əlavə hesablama, 5 491.87 manat maliyyə sanksiyası; -ÖMV(2020-ci il)- 14241.19 manat əlavə hesablama, 7120.6 manat maliyyə sanksiyası; -ÖMV(2021-ci il)-10783.63 manat əlavə hesablama, 5391.82 manat maliyyə sanksiyası; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2018) - 40 manat; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2019)-120 manat; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2020)-120 manat; -Vergi hesabatının vaxtında təqdim edilməməsinə maliyyə sanksiyas(2021)-80 manat. Cəmi 631 084.59 manat əsas vergi məbləği və 315 902.31 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tətqiqat və Lahiyə- Konstruktor inşaat Materialları İnstitutunun xx.xx.2019-cu il tarixli, xx/xx-00975 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, MTK ilə xx.xx.2018-ci il tarixli 1071/18 saylı beton sinaq işlərinin aparılması barədə müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Ö/005961 saylı “İstismra hazırlıq” Aktına əsasən Bakı şəhəri, Nəsimi Rayonu, Üzeyir Hacıbəyov, Rixard Zorge, Keykab Səfərəliyeva və Zərifə Əliyeva küçələrinin kəsişmələri ünvanında inşa edilən obyektin əsas göstəriciləri aşağıda qeyd olunduğu kimi göstərilmişdir. Yaşayış binası 1-1 girişli, 21 mərtəbəli,(+2 səviyyə zirzəmi+mansardda) yaşayış binası; Binanın tikinti sahəsi S= 967.6 kv.m; Binanın tikinti həcmi V=79 507 8 kv.m; Binanın ümumi sahəsi S = 17 279.3 kv.m: Mənzillərin yaşayış sahəsi, S= 6 181.6 kv.m; Mənzillərin ümumi sahəsi S=11 409.0 kv.m: 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S= 2 538.3 kv.m; Zirzəmi mərtəbələrinin sahəsi(-1 və -2) S=1 684.8 kv.m; Mənzillərin sayı-122 ədəd; Ticarət və ofis binası; 3 mərtəbəli(+2 səviyyə), binanın tikinti sahəsi S=359.9 kv.m; Binanın tikinti həcmi V=8 056.9 kv.m; Binanın ümumi sahəsi S = 1 762.4 kv.ın 1-2-3-cü mərtəbələrin qeyri-yaşayış sahəsi S=1 100.4 kv.m Zirzəmi mərtəbəsinin sahəsi(-1 və -2) S=662 kv.m. İş materiallarında olan İddiaçı MTK-nin şəxsi hesab vərəqəsindən də (çap olunma tarixi xx.xx.2023-cü il) müəyyən olunmuşdur ki, binanın inşa olunması dövrü ərzində sadələşdiriilmiş vergi üzrə dövlət büdcəsinə cəmi 1 097 042.55 manat ( o cümlədən 1 083 568.18 manat sadələşdirilmiş vergi) vəsait ödənilmişdir İş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" MTK tərəfindən inşa olunan binaların layihəsi, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış və həmin layihə Fövqəladə Hallar Nazirliyinin X3 Baş İdarəsi tərəfindən, son olaraq isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmaqla tikintiyə AZE seriyalı, 001614 nömrəli, xx.xx.2018-ci il tarixli şəhadətnamə verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli Ö/005961 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin aktda binanın tikintisi ilə bağlı layidən kənara çıxılma ilə bağlı heç bir qeyd olunmadığı və obyektdə tikinti-quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əmliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi qeyd edilmişdir. Qeyd olunan istismara qəbul aktına əsasən tikintinin ümumi sahəsi 17 279.3 kv.m müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması keçirilərkən hesablanılmış vergi məbləği “X24" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb edilmə qərarı qəbul edilərkən iş üzrə mövcud olan rəsmi sənəd və məlumatlara, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0/005961 saylı istismara qəbul aktında qeyd olunan texniki göstəriciləri nəzərə alınmamışdır. İş materiallarında olan, “X24” MMC-nin İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: “X24” MMC-nin rəhbəri vəzifəsində çalışıram, kommersiya ixtisası üzrə ixtisaslaşmışam. Təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəm olmadığından mütəxəssis qismində əməkdaşımız X9 (inşaatçı-mühəndis, Azərbaycan Memarlıq və İnşaat Universiteti) dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş edirəm. İş materiallarında olan, İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin X15 Baş İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, “X24” MMC xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü ‘‘kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər” (kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyyələr, praktiki yardımın göstərilməsi” (kod 7022001) olması barədə məlumat müəyyən edilmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, “X24” MMC-nin fəaliyyət növü kommersiya məsələləri üzrə məsləhətlərin, tövsiyyələrin verilməsindən ibarətdir. Mütəxəssis rəyini hazırlamış və imzalamış X6 Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, kommersiya ixtisası üzrə ixtisaslaşmışdır və təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi şübhəlidir. Belə ki, mütəxəssis rəyini tərtib etmiş və imzalamış mütəxəssis ixtisasca kommersiya məsləhətçisidir və qeyd edilən sahələr (yaşayış binalarının ümumi sahəsinin, eyni zamanda yaşayış binaları üzrə tikinti işlərinə sərf edılmış əmək haqqı, həcminin (əmək tutumunun) müəyyən edilməsi) üzrə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə də öz təsdiqini tapmamışdır. Bununla bağlı olaraq vergi orqanı tərəfindən “X24 MMC tərəfindən verilmiş rəyin əsasında vergin hesablanılması Vergi Məcəlləsinin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Həmçinin, tərtib olunmuş mütəxəssis rəyində tətbiq olunan standartlar kimi Azərbaycan Respublikasının mövcud qanunveriliciyi, Milli Qiymətləndirmə Standartları 2011, X2 2020 qeyd edilsə də, inşa edilən binalarının sahələri hesablanarkən hər hansı normativ hüquqi akta istinad edildiyi qeyd edilməmişdir. Qeyd edilən standartlar normativ-hüquqi akt hesab edilmədiyindən həmin standartlar əsasında hazırlanmış hər hansı sənəd vergi ödəyicisi üçün nəticələr yarada bilməz. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli mütəxəssis dəvət edilməsi barədə qərara əsasən mütəxəssis kimi yalnız X14 dəvət edilmişdir, lakin mütəxəssis rəyini həmin qərarda adı olmayan X11 da imzalamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1627-9/1711 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Birinci və üçüncü suallar üzrə - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən məhəllədə yerləşən bina üzrə 1 blokun mərtəbələr üzrə inşası başa çatdırılmış və yekun texniki göstəriciləri aşağıdakı kimidir: - mənzillərin sahəsi- 11145.6 kv.m, mənzillərin sayı-118 ədəd - Zirzəm (yararlı) sahəsi- 612 kv.m, avtomobil tutumu-34 ədəd - Qeyri-yaşayış sahəsi(yararlı)- 2353.9 kv.m - Mansard- 263.3 kv.m, mənzil sayı – 4 ədəd - Zirzəmi və mansardın yararız və digər mərtəbələrin pilləkan, lift, dəhliz və digər sahələri- 3630 kv.m - Cəmi sahə - 18004,8 kv.m İkinci və dördüncü suallar üzrə - Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Üzeyir hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində inşası başa çatdırılmış 1 blok, 22 mərtəbəli yaşayış binasına görə dövlət büdcəsinə ödənilməli olan bina tikintisi üçün sadələşdirilmiş vergi məbləği 1,084,925.16 manat müəyyən edilir. MTK-ya əvvəllər hesablanılmış sadələşdirilmiş vergi məbləği isə 1 079 572.23 manat təşkil etmişdir. Yəni vergi ödəyicisinə əlavə olaraq 5 352.93 manat məbləğində vergi hesablaması aparılmalıdır. Həmçinin qeyd edilir ki, iş materiallarında olan İddiaçı MTK-nin (çap olunma tarixi xx.xx.2023-cü il) şəxsi hesab vərəqəsinə baxış zamanı müəyyən olunmuşdur ki, binanın inşa olunması dövrü ərzində sadələşdiriilmiş vergi üzrə dövlət büdcəsinə 1 083 568.18 manat vəsait ödənilmişdir. Ekspert rəyində qeyd edilmişdir: “Binanın sahələri hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitiktura Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarında göstərilən qaydalar nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 17 dekabr 2019-cu il 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir:

3. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (İİ kitab), maddə 392; 2018, № 2, maddə 360) ləğv edilsin.

4. Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik xx.xx.2022-ci il tarixindən qüvvəyə mindiyindən Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən ağırlaşdırıcı norma olduğundan geriyə tətbiq edilə bilməz İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı MTK ilə 56 fiziki şəxs arasında 60 yaşayış və qeyri-yaşayış sahəsinin pilot layihə çərçivəsində sökülmüş ərazilərin əvəzinə sahələrin təqdim edilməsinə dair Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin 49 saylı MKİS-in rəisi X7 3-cü tərəf qismində iştirakı ilə Bakı şəhəri 11 saylı Notariat kontoru tərəfindən müqavilələr təsdiq edilmişdir. Təsdiq edilmiş müqavilələr yoxlamaya və məhkəməyə təqdim edilmişdir. Belə ki, təqdim edilən müqavilələr və Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2159 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, MTK tərəfindən Zərifə Əliyeva küçəsi 59 ünvanı üzrə sakinlərə sökülən sahələrinin +20%-dən çox olmaqla 5 537.4 kv.m yaşayış sahəsi, 1400.34 kv.m qeyriyaşayış və 594.0 kv.m qaraj sahəsi, ümumilikdə 7 531.74 kv.m sahə əvəzsiz olaraq təqdim etməyi, eyni zamanda mənzillər təhvil verilənədək aylıq kirayə haqlarının ödənilməsi öhdəliyi götürülmüşdür. Məhkəmə, “mənzili sökülmüş və əvəzləşdirilmiş sakinlərdən biri X4 ərizə ilə müxtəlif dövlət qurumlarına müraciət edərək "xxxx" MMC-nin Zərifə Əliyeva 59 ünvanında yerləşən binadan mənzillər aldığını və dəyərin tam ödənildiyini bildirmiş, kassa mədaxil qəbzləri və maliyyə arayışlarını təqdim edilməsinə” dair cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etiraz dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən sakinə təqdim edilmiş müqavilələrdə mənzilin əvəzləşdirilməsi deyil, “satıcı” İddiaçı MMC ünvan 8 ünvanında tikilən çox mərtəbəli yaşayış binasında mənzillərin tam təmirli olaraq satdığını, “alıcı” isə bu müqavilə ilə razılaşdırılmış şərtləri ilə «Satıcı»ya ödənişləri tam ödəniş edərək aldığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 ilə xx.xx.2018-ci il tarixli müqavilə bağlanılmış və tərəflərin razılığına əsasən ona məxsus olan ünvan 9 ünvanında yerləşən 62.39 kv.m-dən ibarət 3 otaqlı, 13 saylı mənzil sökülərək İddiaçı MMC tərəfindən əvəzində ünvan 9 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 143 kv.m olan 3 otaqlı 26 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, X8 ilə İddiaçı MMC arasında bağılnılmış xx.xx.2019cu il tarixli müqavilələrə və maliyyə arayışlarına əsasən ünvan 9 ünvanında inşa olunmuş binadan müqavilələr 1-ci blok, 20-ci mərtəbə 78 kv.m, 120 saylı ev, 226.6 kv.m, 121 saylı və 84.6 kv.m 119 saylı evləri satın almışdır Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 tərəfindən dəyəri ödənilməklə alınmış 3 ədəd mənzil ilə 62.39 kv.m-dən ibarət 3 otaqlı, 13 saylı mənzilin əvəzində təqdim edilmiş 143 kv.m olan 3 otaqlı 26 saylı mənzil eynilik təşkil etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə həmçinin MTK-nə 36 295.56 manat ödəmə mənbəyində vergi hesablanılmış və 18 147.79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin məbləğin 36 127.56 manatı və 18 063.78 manat maliyyə saksiyası hissəsində hesablamaya səbəb kimi yoxlanılan dövr ərzində təsisçilər tərəfindən müəssisəyə borc verilməsi və sonradan həmin borc məbləğinin geri qaytarılması olmuşdur. Yoxlama zamanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad edilmişdir (“Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin 739cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı MTK-nın təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarilmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə MTK-nin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. Bundan əlavə, hazırki işə münasibətdə qeyd olunmaldır ki, yoxlamanın qeydiyyata alınmasına dair KY211702799 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021-ci il, sona çatma tarixi xx.xx.2022-ci il tarixi ilə qeydiyyata alınmışdır. Halbuki, təqdim edilmiş Çıxarışdan da görünür ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi səbəbindən mütəxəssisin və ekspertin rəyi yoxlamaya təqdim edilənədək 11 dəfə olmaqla cəmi 255 gün dayandırılmışdır (təxirə salınmışdır). Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2022 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli Mütəxəssisis dəvət ediməsi barədə qərarına əsasən xx.xx.2022-ci il tarixdə mütəxəssis rəyi təqdim edilmişdir. Məhkəmə səyyar vergi yoxlamalarının keçirilməsinin dayandırılmasına dair vergi orqanının qərarları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi (VM-nin 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır)) yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də VM-nin 38.7.3-cü maddəsində təsbit edildiyi kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılmasıdır ki, hazırkı iş üzrə cavabdeh bu hala istinadən yoxlamanı (xx.xx.2021- xx.xx.2022) 11 dəfə (255 gün) dayandırmışdır. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 11 dəfə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Bundan başqa, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli **********153147 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (VM-nin 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanuniliyini əsaslandırmamış və diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin birgə təhlili nəticəsində o nəticəyə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi orqanının hərəkətləri yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı qəbul edərkən mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Qanunvericiliyə əsasən mütəxəssis rəyi cavabdeh inzibati orqanın qanuni əsasla əldə etdiyi sübut növüdür və vergiyə cəlb olunan dövriyyənin hesablanması mütəxəssis rəyi və digər əlaqəli sübutlarla müəyyən edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir. Belə olan halda məhkəmə hesab edir ki, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Qeyd edilən mütəxəssis rəyinin mötəbərliyi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında qeyd edilmişdir: “Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar)”.

Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə hesab edir ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1627-9/1711 nömrəli ekspert rəyi mötəbər sübut hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmim Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı BTSFV üzrə 589 436.1 manat əsas vergi və 294 718.05 manat maliyyə sanksiyası, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına hesablanılmış 36 127.56 manat ödəmə mənbəyində vergi və 18 063.78 manat maliyyə sanksiyası hissəsində ləğv olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1627-9/1711 nömrəli ekspertiza rəyinə əsasən müəyyən olunmuş bina tikintisi ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergisi üzrə 5 352.93 manat manat vergi və 2 676.46 manat maliyyə sanksiyası, əlavə olaraq 168 manat icarə haqqına görə hesablanılmış ödəmə mənbəyində vergi və 84 manat maliyyə sanksiyası və vergi hesabatlarının təqdim edilməməsinə görə tətbiq edilmiş 360 manat maliyyə sanskiyası hissəsində iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə dair bildirmişdir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”:

3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması; 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. ... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. ... 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. ... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): ... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 4.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. ... 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. ... 49.5 Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. ... 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 108.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. ... 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: ... 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. (yoxlama dövründə qüvvədə olmuş) ... 219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir.

“İnzibati icraat haqqında” Qanunun:

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 41.6-1. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. ... 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.2-ci maddəsinə əsasən Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166146 saylı "Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi va ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 589 436.1 manat əsas vergi və 294 718.05 manat maliyyə sanksiyası, 36 127.56 manat ödəmə mənbəyində vergi və 18 063.78 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar