Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4393/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Şirləti və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi öhdəliyinin cavahdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 Şirləti və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhatənaməyə əsasən, ünvan 1 ünvanda yerləşən 66.6 kv.metr qeyri-yaşayış obyekti İddiaçı1nə məxsusdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli Şəhatənaməyə əsasən, ünvan 1 ünvanda yerləşən 373.6, kv.metr qeyri-yaşayış obyekti İddiaçı1nə məxsusdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli Şəhatənaməyə əsasən, ünvan 1 ünvanda yerləşən 781.3 kv.metr qeyri-yaşayış obyekti İddiaçı1nə məxsusdur. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nğmrəli “Müəssisə və X1” tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 2264,4 kv.metr, ümumi sahəsi 2136.8 kv.m, torpaq sahəsinin faktiki ölçüsü 2264.4 kv.metr göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82F ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı1 adına çöxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, **********18-05301 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsinin ölçüsü – faktiki sahə 0.12844 ha, tikintialtı sahə 0,08964 ha, digər sahələr 0,00268 ha göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82H ünvanında yerləşən qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərəfindən İddiaçı1 adına, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarış verilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 440.2 kvadarat metr, torpaq sahəsinin ölçüsü 0,07813 ha göstərilmişdir. İddiaçı1 ilə İddiaçı2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82H ünvanında yerləşən 0,0781 ha torpaq sahəsini alıcı İddiaçı2 MMC-yə satmışdır. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82 ünvanında yerləşən 0,0781 ha torpaq sahəsinə dair İddiaçı2 MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı2 MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********62-06301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyri-yaşayış sahəsinin ölçüsü 50 kv.m, tikinti altı torpaq sahəsi 0,0066 ha, faktiki istifadə olunan torpaq sahəsi 0,0847 ha göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı2 MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********74-06301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyri-yaşayış sahəsinin ölçüsü 50 kv.m, tikinti altı torpaq sahəsi 0,0066 ha, faktiki istifadə olunan torpaq sahəsi 0,0847 ha göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 82 ünvanında yerləşən qeyri-yaşayış binasına dair M-D” MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşənmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Qeyri-yaşayış binasının sahəsi 50 kv.m, torpaq sahəsi 0,0829 ha göstərilmişdir. İddiaçılar nümayəndəsi vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binasına yeni texniki pasportun verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...İdarənin arxiv məlumatlarına əsasən, "V-Asif” şirkətinə məxsus olmuş qeyri-yaşayış binasının sökülməsi ilə bağlı üzərində hüquqların qeydiyyatının ləğv edilməsinə dair ərizə əsasında əmlak üzərində hüquqların qeydiyyatının ləğv edilməsinə dair ərizə əsasında əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmiş və tək torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmışdır. Daha sonra tərəfinizdən həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-705 saylı notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H, ünvanında yerləşən qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportda göstərilmiş sökülməmiş hissəsinə dair yeni texniki pasportun verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binasının "V-Asif' şirkətinin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"xxxx"V-Asif Şirkəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82 ünvanında şirkətə məxsus olan ərazinin bir hissəsində yeni hündur mərtəbəli bina inşa edilmişdir. Həmin inşa edilmiş yeni binaya Ak. Həsən Əliyev küçəsi 82F ünvanı verilmiş və həmin hündürmərtəbəli binaya yeni texniki pasport verilmişdir. Şirkətə məxsus olan yerdə qalan qeyri-yaşayış binalarına Ak.Həsən Əliyev küçəsi 82H verilmişdir. Lakin, həmin qeyri-yaşayış binalarına yeni texniki pasport verilməmişdir. Bundan sonra 17 fevral 2021-ci il tarixdə şirkətin keçmiş direktoru olmuş X4 tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində "V-Asif' Şirkətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binasının söküntüsü baş verdiyi üçün qeydiyyatının ləğv edilməsinə etiraz etməməsi ilə 81-1623 №-li ərizə imzalanmışdır. Halbuki, həmin ərizədə qeyri-yaşayış binalarının ünvanı 82H deyil, 82F olaraq qeyd olunmalı idi. Həmin texniki səhv əsasında ərizə cavabdeh inzibati orqan tərəfindən olduğu kimi qəbul edilərək icra olunmuş və bu zaman inzibati orqanın əməkdaşları tərəfindən ünvan nəzərə alınmadan icra olunmuşdur. Nəticə etibarı ilə 82H ünvanı sökülmədiyi halda, onu sökülmüş kimi qeydə almışlar. Məsələ ilə bağlı şirkətin hazırki direktoru olan X2 oglıı təkrarən Bakı şəhəri 9 saylı Notariat Ofisində ərizə ilə müraciət edərək, 17 fevral 2021-ci il tarixində keçmiş direktoru X4 tərəfindən verilmiş ərizənin ləğv edilməsi xahiş olunmuşdur. Ərizəmiz əsaslı olduğu üçün Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən köhnə ərizə ləğv edilmişdir. Bununla yanaşı, "V-Asif' Şirkətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binası sökülməmiş, söküntüsü ilə əlaqədar bu günə qədər hər hansısa hərəkətlər həyata keçirilməmişdir. Eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı2 tərəfindən satın alınmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin (həmçinin tikilinin) 279.2 kv.m hissəsi texniki pasport üzrə sahədən kənarda qalır. Həmçinin, göstərilən ərazidə “Azərsu”-un balansında olan yeraltı su anbarı mövcuddur. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq torpaq sahəsinin ölçüsü 1108.2 kv.m, qeyri-yaşayış sahəsinin ölçüsü isə 1046.6 kv.m təşkil edir. Məlumat üçün bildiririk ki, **********74-06301 reyestr nömrəli qeyri-yaşayış binasının yerləşdiyi 829 kv.m torpaq sahəsi ümumi ərazinin (1108.2 kv.m) daxilində yerləşir. Əlavə torpaq sahəsinə və yeni tikilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Hazırkı işdə birgə müştərək iddiaçı qismində çıxış edilməsinə yol verilir. Belə ki, texniki pasport verilməsi tələb olunan qeyri-yaşayış binası əvvəllər İddiaçı1nə məxsus olmuş, sonradan qeyri-yaşayış binasının və torpaq sahəsinin bir hissəsi digər İddiaçı2 MMC-yə satılmışdır. Ona görə də, hər iki hüquqi şəxsin birgə iddiaçı kimi iştirakı yolveriləndir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, ünvan 1 ünvanda yerləşən 66.6 kv.metr, 373.6 kv.m və 781.3 kv.m qeyri-yaşayış obyekti İddiaçı1nə məxsus olmuşdur. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nömrəli “Müəssisə və X1” tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 2264,4 kv.metr, ümumi sahəsi 2136.8 kv.m, torpaq sahəsinin faktiki ölçüsü 2264.4 kv.metr göstərilmişdir. Həmin texniki pasportda göstərilən sahələrin bir hissəsi sökülmüş və yerində hündürmərtəbəli bina inşa edilmişdir. Həmin hissəyə 82F ünvanı verilmişdir. Texniki pasportda göstərilən digər hissə İddiaçı1 tərəfindən digər İddiaçı2 MMC-yə satılmışdır. İddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi maraqları, həmin ünvanında yerləşən qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportda göstərilmiş sökülməmiş hissəyə dair yeni texniki pasportun verilməsinə yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək müraciətin təmin edilməsindən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxiv məlumatlarına əsasən, "V-Asif” şirkətinə məxsus olmuş qeyriyaşayış binasının sökülməsi ilə bağlı üzərində hüquqların qeydiyyatının ləğv edilməsinə dair ərizə əsasında əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmiş və tək torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmışdır. Daha sonra tərəfinizdən həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-705 saylı notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir; 2) vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin (həmçinin tikilinin) 279.2 kv.m hissəsi texniki pasport üzrə sahədən kənarda qalır. 3) göstərilən ərazidə “Azərsu”-un balansında olan yeraltı su anbarı mövcuddur. 4) xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq torpaq sahəsinin ölçüsü 1108.2 kv.m, qeyri-yaşayış sahəsinin ölçüsü isə 1046.6 kv.m təşkil edir. **********74-06301 reyestr nömrəli qeyri-yaşayış binasının yerləşdiyi 829 kv.m torpaq sahəsi ümumi ərazinin (1108.2 kv.m) daxilində yerləşir. 5) Əlavə torpaq sahəsinə və yeni tikilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci dəlillə bağlı qeyd edilməlidir ki, torpaq sahəsinin alqı-satqı əsasında özgəninkiləşdirilməsi iddiaçıların müraciətinin təmin edilməsindən imtina üçün əsas deyil. Çünki, yeni texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana təkcə İddiaçı1 müraciət etsə də, hazırda iddianı həmçinin “M-D“ MMC də qaldırmış və cavabdehin qeyd edilən imtina əsası aradan qalxmışdır. Yəni texniki pasportun verilməsi, qeyri-yaşayış sahəsinin hazırkı mülkiyyətçisi “M-D“ MMC-nin də iradəsinə uyğundur. Digər tərəfdən iddiaçılar hazırda üzərində mülkiyyət hüququ ləğv edilmiş və yerində çoxmərtəbəli bina tikilmiş hissəyə deyil, torpaq sahəsinin digər hissəsinə yeni texniki pasportun verilməsini xahiş edirlər. 2-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, cavabdehin iki mütəxəssisin və iddiaçı tərəfindən iştirakı ilə iddia predmetini təşkll edən ünvana yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh bu dəlillə istinad edərkən qeyriyaşayış sahəsinin Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportunu deyil, hər iki ünvana dair sonradan cavabdeh tərəfindən tərtib edilmiş texniki pasportu nəzərdə tutur. Bu isə əsassızdır ona görə, iddiaçılar qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasporta uyğun, yeni texniki pasportun verilməsini tələb edirlər. 3-cü dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətinizdə qeyd olunan ünvanda (koordinat nöqtələri təqdim olunan) yerləşən qeyri-yaşayış obyektinin “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsinin istismarında olan kommunikasiya xətlərinin və qurğularının mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh bu dəlili əsassız olmaqla, natamam, qeyri-dəqiq və yenilənməyən arxiv məlumatlarına söykənir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən həmin ünvanda yerləşən qeyri-yaşayış obyetlərinə dair 4-5 sayda mülkiyyət hüququna dair çıxarış və eyni sayda texniki pasport verilmişdir. Odur ki, cavabdehin belə bir imtina dəllinə istinadı ən azı bərabərlik və etimad prinsiplərinin tələbi baxımdan əsassızdır. 4-cü və 5-ci dəlillərlə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tələb etməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı1 hazırda texniki pasportun verilməsini tələb etdiyi sahəyə dair hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. Belə ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nğmrəli “Müəssisə və X1” tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 2264,4 kv.metr, ümumi sahəsi 2136.8 kv.m, torpaq sahəsinin faktiki ölçüsü 2264.4 kv.metr göstərilmişdir. Texniki Pasportun tərtib edilməsi üçün təqdim edilmiş sənədlərin siyahısında a) 1645/a saylı xx.xx.2003-cü il tarixli sifariş məktubu, b) 731 saylı, xx.xx.2003-cü il tarixli Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı, c) 18/03-8/3804 saylı, 1811.2003-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu və razılaşdırılmış eskiz layihəsi, d)000214 saylı, xx.xx.1999-cü il tarixli Dövlə Əmlak Komitəsinin və 000102 saylı, xx.xx.2002-ci il tarixli Dövlət Əmlak Nazirliyinin özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələri, e) 011988 və 011963 saylı, xx.xx.1999cu il şəhadətnamələr, İ) Ədliyyə Nazirliyində qeydə alınmış İddiaçı1 Nizamnaməsi və qeydiyyat haqqında şəhadətnamsi, j) Bina və qurğuların texniki parametlərinin göstəricisi qeyd edilmişdir. İddiaçıların texniki pasport verilməsini tələb etdiyi sahə, hazırda ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nömrəli “Müəssisə və X1”nda qeyd edilən sahələri əhatə edir. Həmin texnki pasportda göstərilən sahənin bir hissəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün sənədləşdirilmiş və həmin sahəyə (82F) yeni çıxarış və texniki pasport verildiyi halda, qalan hissə (82H) ünvanına texniki pasport verilməmişdir ki, məhkəmə iddia tələbi həmin hissə ilə bağlı əsaslı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 9-cu bəndinə görə Xidmətin əsas vəzifələri, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etməkdən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmə məqsədilə dövlət reyestrindən çıxarış verməkdən, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsini, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etməkdən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: ... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də, texniki pasportun verilməsi tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X3 küçəsinin 82H, ünvanında yerləşən qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportda göstərilmiş sökülməmiş hissəsinə dair yeni texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4393/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4393/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver