Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-443/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MTK cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməinə müraciət edərək səyyar vergi yoxlamanın nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********152549 nömrəli aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161992 Qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MTK üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********152549 nömrəli aktı əsasında «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli **********1561992 №-li Qərar (Məsuliyyət qərarı) qəbul edilmişdir. Qərara əsasən "xxxx" MTK üzrə səyyar vergi yoxlamasının nəticəsində 2021-ci il üzrə ümumilikdə a) 501 427.28 manat vergi borcu, b) 254 690,37 manat vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları hesablanması qərara alınmışdır. Qərara əsasən, göstərilən məbləğin daxilində, o cümlədən, 462 966,61 manat ƏDV (50% - 231 483.303 manat maliyyə sanksiyası tətbiq edilmiş) hesablanmış; o cümlədən, 38 414.78 manat Ödəmə mənbəyindən (ÖMV) vergi (50% - 19207.39 manat maliyyə sanksiyası tətbiq edilmiş) hesablanmışdır. Sözügedən məsuliyyət qərarı əsasında **********704600 №-li Tələbnamə təqdim olunaraq "xxxx" MTKdan əlavə hesablanmış vergilər üzrə a) 501 427.28 manat; b) vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə - 254 690.37 manat, cəmi 756 117.65 manatın 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. Cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********1561992№-li Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" MTK Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, yaşayış və qeyri-yaşayış binalarının tikintiisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. "xxxx" MTK öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən, Vergi Məcəlləsinin tələblərinə daim riayət etmiş, həyata keçirdiyi tikinti fəaliyyətindən irəli gələn vergi və digər dövlət məcburi ödənişlərini vaxtında, tam şəkildə yerinə yetirmişdir. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə Səyyar vergi yoxlaması (SVY) açılmış, yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuşdur. Yoxlama ilə 2018-2021-ci illər (oktyabrın 31-dək) üzrə mənfəət vergisi, ÖMV, əmlak vergisi, torpaq vergisi, mədən vergisi, sadələşdirilmiş vergi, aksiz vergisi, muzdlu işlə əlaqədar ÖMV, ƏDV tədiyyələri üzrə MTK tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması vəziyyəti yoxlanılmışdır. Yoxlama ilə müəyyən olunduğu kimi, "xxxx" MTK tərəfindən əvvəlki dövrlərdə tikinti fəaliyyəti həyata keçirilməmişdir. Yalnız Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli 196 saylı Sərəncamına əsasən Nəsimi rayonu X.Şuşinski-A.Səhhət-N.Yusifbəyli küçələrinin və Azadlıq pr. kəsişməsindəki ünvanda uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə bağlı fəaliyyət həyata keçirilmişdir. Sərəncama əsasən icazə verilmiş 8 binadan (blokdan) yoxlama dövründə göstərilən ünvanda 4 ədəd binanın və həyətyanı avtodayancağın (zirzəmi qaraj) tikintisinin 2021 -ci ildə başlanıldığı və davam etdirildiyi müəyyən olunmuşdur. Aparılmış SYV nəticəsində tərtib olunmuş aktla digər vergi tədiyyələri üzrə nöqsanlar aşkar olunmadığı, yalnız yoxlanılan 2021-ci ilin oktyabr ayı daxil dövrdə ƏDV tədiyyəsi və ÖMV üzrə büdcəyə cəmi 756 177.65 manat (vergi borcu və sanksiya məbləği) əlavə vəsait hesablanmışdır. Aktdan göründüyü kimi, yoxlama üzrə vergi ödəyicisi tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2021-ci ildə (oktyabr ayı daxil) baş tutan 36 ədəd satış müqaviləsi təqdim edilmişdir. Bütün satış müqavilələri və bununla bağlı ödəniş sənədləri yoxlamaya təqdim olunmuşdur. 36 satış müqaviləsi üzrə 3245.9 kv.m mənzil sahəsinin satıldığı müəyyən olunur. Yoxlama dövrünün sonuna MTK-nın debitor borc qalığı 2 312 276.5 manat təşkil etmişdir. Vergi yoxlamasında yoxlayıcı tərəfindən tələb olunan bütün mühasibat və ciddi hesabat sənədləri (vergi hesabatlılıq sənədləri) təqdim olunmuş və sənədlərin götürülməsi protokolla rəsmiləşdirilmişdir. Bununla yoxlamanın əhatə etdiyi dövr üzrə vergi hesabatlılıq sənədlərinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu müəyyən edilir. Bununla yanaşı, SVY Aktından görünür ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş satış müqavilələrində (yaşayış və qeyri-yaşayış, zirzəmi sahələri üzrə satış müqavilələri) Vergi Məcəlləsinin 14.3.3,-cü maddəsində (30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə) nəzərdə tutulan hallar olduğundan hesablama aparılarkən bazar qiymətləri əsas götürülmüşdür. Beləliklə, aktdan görünür ki, yoxlama ilə əhatə olunan dövrdə MTK tərəfindən təqdim edilmiş 36 müqavilə üzrə satış qiymətlərinin müəyyən olunduğu, satış müqavilələri əsasında aylıq daxil olan vəsaitlər üzrə MTK tərəfindən ƏDV məbləğləri hesablanaraq ödənildiyi və bəyan olunduğu halda, buna zərurət və qanuni əsas (Vergi Məcəlləsinin 14.6.1 -ci maddəsinin, 36-cı maddəsinin tələbinə zidd olaraq) olmadan və qanunauyğun əsaslandırma aparılmadan yoxlayıcı tərəfindən mütəxəssis cəlb edilmiş və satılmış yaşayış və qeyri-yaşayış sahələrinin müqavilə qiymətləri ilə deyil, qanunsuz müəyyənləşdirilmiş “bazar qiymətləri” əsas götürülməklə həmin qiymətlər üzrə ƏDV hesablanmışdır. Belə ki, "xxxx" MTK-nın inşasını davam etdirdiyi ünvandakı binalarda satılmış yaşayış sahələrinin “orta bazar qiyməti” yoxlayıcı tərəfindən cəlb edilmiş ekspert-mütəxəssis tərəfindən 1800 manat (ƏDV ilə), qeyri-yaşayış sahələrinin “orta bazar qiyməti” 6000 manat (ƏDV ilə), zirzəmi (qaraja yararlı) sahəsinin “orta bazar qiyməti” 1500 manat (ƏDV ilə) müəyyənləşdirilmişdir. Yoxlayıcı tərəfindən isə bu məbləğlər əsas götürülməklə ƏDV məbləği hesablanmış və MTK-nın ödədiyi ƏDV məbləğinin azaldılması nəticəsinə gəlinmişdir. Halbuki, MTK-nın tikilməkdə olan binalardan yaşayış və qeyri-yaşayış (həmçinin, zirzəmi sahəsi) sahələrinin satışı zamanı bəyan etdiyi qiymətlər yoxlamanın əhatə olunduğu dövrdə konkret əraziyə, binaların tikinti vəziyyətinə, mənzil və qeyri-yaşayış sahələrinin bina üzrə yerləşdiyi mərtəbələrə, sahələrin ölçüsünə, yaşayış üçün yararlılıq və qeyri-yaşayış sahələrinin sahibkarlıq fəaliyyəti üçün yararlılıq (rentabellik) meyarına və s. şərtlərin nəzərə alınması ilə satıcı ilə alıcı arasında tələb-təklif münasibətlərindən doğan bazar konyukturuna əsasən formalaşmış əmlakın real bazar dəyərinə uyğun müəyyənləşdirilmişdir. Yoxlayıcı orqan bazar konyukturunu və tələb-təklif amilini nəzərə almayaraq, fərqli mərtəbələrdə, fərqli ölçülərdə mənzillərin, o cümlədən, binanın 1 -ci mərtəbəsində (küçəyə birbaşa çıxışı olan) yerləşən qeyri-yaşayış sahəsinin binanın 2-ci mərtəbəsində (küçəyə birbaşa çıxışı olmayan) qeyri-yaşayış sahəsinin qiymətinin eyni olmasının tələb-təklif prinsipinə uyğun olmadığını nəzərə almamışdır. Ən əsası odur ki, yoxlayıcının sifarişi ilə “bazar qiymətini” müəyyənləşdirən “ekspert-mütəxəssis” guya, araşdırma aparmış, 2022-ci ildə Bakı şəhərinin başqa ünvanlarında (MTK-nın bina tikdiyi ərazidən kifayət qədər fərqli və şəhər mərkəzinə yaxın ərazidə) saış elanlarında təklif olunan qiymətlərə istinad etmişdir. Halbuki, hər bir əmtəənin (malın, işin, xidmətin) bazar dəyəri onun satış təklifi ilə deyil, tələb-təklif düsturu ilə müəyyənləşməsi qiymətləndirmənin təməl prinsiplərindən biridir. Bundan başqa, təqdim olunmuş 36 müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqı qiymətlərində 30%-dən çox aşağı və ya yuxarı fərqlərin olmadığı halda və yuxarıdakı amillər nəzərə alınmadan, yoxlayıcı əsassız olaraq Vergi Məcəlləsinin 14.6.-cı maddəsində nəzərdə tutulan “bazar qiymətinin müəyyənləşdirilməsi” üsulunu seçməkdə səhvə, qanunsuzluğa yol vermişdir. Yoxlayıcı orqanın bu hərəkəti - müqavilə qiymətləri real olmaqla vergi hesabatlılıq sənədlərində öz təsdiqini tapdığı halda - “bazar qiymətləri”nin əsas götürülməklə ƏDV məbləğinin hesablanması ilə SVY aktının tərtib olunması və belə qanunsuz akt əsasında qərar qəbul olunması vergi ödəyicisinin hüquqularının kobud pozulması ilə nəticələnmişdir. Bundan başqa, yoxlama Aktında qeyd olunmuşdur ki, yoxlanılan vergi dövründə MTK tərəfindən iki digər hüquqi şəxslə qarşılıqlı əlaqələrin, yəni, alışların riskli əməliyyatlar olduğu aşkar edilmiş və VM-in 175-ci maddəsinə uyğun olaarq aylar üzrə ƏDV əvəzləşdirilmələrin ləğv edilməsi və riskli əməliyyatlar olması səbəbindən 53280 manat əlavə vəsait və 26640 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Yoxlayıcı orqan hesab etmişdir ki, həmin şəxslərdən alınmış mal (iş və xidmətlərin) həmin şəxslərin alışında olmadığı, işçi sayının görülmüş işlər üçün uyğun olmadığı aşkar edilmişdir. Hesab edir ki, yoxlayıcı orqan bu nəticəsində də qanunsuzluğa yol vermiş, VM-in 175-ci maddəsində nəzərdə tutulan hüququndan sui-istifadə etməklə, öz subyektiv mülahizəsi ilə MTK-nın bəzi alışlarını "xxxx" kimi qiymətləndirmişdir. Belə ki, vergi orqanı MTK-nın həmin alışlarını "xxxx" kimi qiymətləndirərkən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarının tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152529 nömrəli Qərarına əsasən noyabr 2018-oktyabr 2021-ci il tarixədək olan dövr əhatə edilməklə "xxxx" MTK-nın fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması xx.xx.2022ci il tarixli **********152549 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiyyətə salınmışdır. Yoxlama zamanı vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********153470 nömrəli və xx.xx.2022-ci il tarixli **********159075 nömrəli Qərarlarına əsasən mütəxəssis və ekspert dəvət olunmuşdur. Vergi Məcəlləsinin 44 və 45-ci maddələrə əsasən mütəxəssis və ekspert rəyləri yoxlamaya təqdim edilənədək yoxlamanın müddəti müvəqqəti dayandırılmışdır. Əlavə dəyər vergisi üzrə: Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən mallann təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı İl tarixli 196 saylı Sərəncamına əsasən "xxxx" MTK-da Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospekti kəsişməsindəki ünvanında ümumilikdə 8 ədəd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin inşa edildiyi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən tikilmiş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin və zirzəmi sahələrinin orta bazar qiyməti aşağıdakı kimi təşkil etmiş və ekspert rəyinə əsasən hesablamalar aparılmışdır. 1. Yaşayış sahəsinin orta bazar qiyməti 1800,0 (min səkkiz yüz) manat (ƏDV ilə)), 2. Qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 6000,0 (altı min) manat (ƏDV ilə), 3. Zirzəmi (qaraja yararlı sahə) sahəsinin orta bazar qiyməti isə 1500,0 manat (min beş yüz) (ƏDV ilə) Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş satış müqavilələrinə (mənzillər üzrə), mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2022-ci i! tarixli rəyə və ekspert tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən əlavə dəyər vergisi üzrə hesablamalar təyinatlı şəkildə ayn-aynlıqda aşağıdakı kimi təşkil etmişdir: “A" bloku üzrə: 686 kv.m. x 1800,0 manat/ 1.18 x 0.18= 188 359.32 manat, “C" bloku üzrə: 913.6 kv.m. x 1800,0 manat/ 1.18 x 0.18= 250 852.88 manat, "D” bloku üzrə: 840.4 kv.m. x 1800,0 manat/1.18 x 0.18= 230 753.9 manat, “F" bloku üzrə: 599.4 kv.m. x 1800,0 manat/ 1.18 x 0.18= 164 581.02 manat, “G” bloku üzrə: 206.5 kv.m. x 1800,0 manat/ 1.18 x 0.18= 56 700 manat. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamaya satışı 2021-ci ildə baş tutan 36 ədəd satış müqaviləsi təqdim edilmiş, ödənişlərin hissə-hissə, ayba-ay ƏDV bəyannamələrində dövriyyə kimi göstərildiyi aşkar edilmişdir. Vergi ödəyicisi yoxlama dövrü ərzində 310 358,01 manat ƏDV hesablıyıb, büdcəyə ödəmişdir. Yoxlama dövrünün sonuna vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi debitor borclar haqqında adlı siyahıda dövrün sonuna 2 312 276.5 manat (ƏDV ilə birlikdə) debitor borcun qaldığı aşkar edilmişdir. Yoxlama İlə vergi Ödəyicisinin 2021-ci il üzrə satışı baş tutan yaşayış sahələrinin müqavilə üzrə dəyəri (ƏDV ilə birlikdə), kassa mədaxil orderi (ƏDV ilə birlikdə) və yoxlama dövrünün sonuna debitor borc qalığı (ƏDV İlə birlikdə) müqayisə olundu və dövriyyədə 232 197.9 manat (ƏDV ilə birlikdə) kənarlaşma aşkar olundu. Bundan əlavə MTK tərəfindən yoxlanılan vergi dövründə "RSM -TİKİNTİ İSTEHSALAT' MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) ilə qarşılıqlı əlaqələrinin yəni alışlarının riskli əməliyyatlar olduğu aşkar edilmiş və Vergi Məcəlləsinin 175-ci maddələrinə uyğun olaraq aylar üzrə ƏDV əvəzləşdirmələrin ləğv edilməsi və riskli əməliyyatlar olması səbəbindən 53280 manat əlavə vəsait və 26640 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilir. Belə ki, həmin şəxslərdən alınmış mal (iş və xidmətlərin) həmin şəxslərin alışında olmadığı, işçi sayının görülmüş işlər üçün uyğun olmadığı aşkar edilmişdir. Beləliklə, yoxlama zamanı təqdim edilmiş mənzillər, qeyriyaşayış obyektləri və zirzəmi sahələr üzrə müqavilələr əsasında Vergi Məcəlləsinin 159.1ci (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergitutma obyektidir.) və 67.16-cı maddələrinin tələblərinə (Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi hesabat dövründə təqdim edilmiş sayılır) əsasən satışlar müqavilə tarixindəki hesabat dövrünə uyğun tətbiq edilərək ümumi olaraq 462 966,61 manat əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 231 483,303 manat maliyyə sanksiyas tətbiq edilməsi təklif edilmişdir. Ödəmə mənbəyində tuttlan vergi üzrə: Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanıldı. Müəsissənin istifadəsində olan Az 4800, Oğuz rayonu, Oğuz şəhəri, Heydər Əliyev ünvanında yerləşən, sahəsi 80 kvm olan anban fiziki şəxs X4 (xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək) icarə müqaviləsinə əsasən 500,0 manata, Az 1029, Bakı şəhəri Nizami Rayonu, X15 ev 152 ünvanında yerləşən, sahəsi 112.0 kvm olan ofis sahəsi hüquqi şəxs "X10" MMC-dən (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) icarə müqaviləsinə əsasən 2800.0 manat, A25004, ünvan 5 ünvanında yerləşən, sahəsi 120 kvm olan ofis sahəsi hüquqi şəxs "xxxx" MMC-dən (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) icarə müqaviləsinə əsasən 300.0 manat, AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 1 ev.4 ünvanında yerləşən, sahəsi 75 kvm olan anbarı fiziki şəxs X7 (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) icarə müqaviləsinə əsasən 500.0 manata icarəyə götürüldü. Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim edilmiş icarə haqqından ödəmə mənbəyində tutulan verginin 2020-ci üzrə 630,0 manat, 2021-ci il üzrə 140.0 manat az hesablandığı müəyyən edildi. Eyni zamanda yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 7 773 000.0 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama zamanı təsisçi tərəfindən borc müqavilələrinə əsasən müəssisəyə verilən borc məbləğlərinə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyən edilmişdir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə İlə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 376447.8 manat faiz məbləğinə 37644.78 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Bununla da, Vergi Məcəlləsinin 123.1 və 124.1-ci maddələrinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 38 414.78 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Eyni zamanda yoxlama zamanı müəsissə tərəfindən əmlak vergisi üzrə 46.16 manat kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5S.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən mallann (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 2021-ci il üzm ("xxxx" MMC (**********) xx.xx.2021-ci il tarixli EBBB seriyalı 474388 nömrəli, "xxxx" MMC (**********) xx.xx.2021-ci il tarixli EBBA seriyalı 968764 nömrəli, QİYASOVXƏYAL MƏHƏMMƏD OĞLU (**********) xx.xx.2021-ci il tarixli EBBC seriyalı 966847 nömrəli, "xxxx" MMC (**********) xx.xx.2021-ci il tarixli EBBG seriyalı 845974 nömrəli) 7232,58 manat ƏDV məbləğinin 50 faizi miqdarında, ümumilikdə 3616,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə Səyyar vergi yoxlaması ilə; 1. Əlavə dəyər vergisinin 462 966.61 manat azaldığını, Vergi Məcəlləsinin 166-cı və 175- ci maddələrinin tələbləri nəzərə alınmaqla 231483.30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2. Ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 38 414.78 manat azaldılmasına görə 50% məbləğində, yəni 19 207.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3. Yoxlama ilə müəssisə tərəfindən 2020-ci illər üzrə əmlak vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 46.16 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 23.08 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. İddiaçı tərəf iddia ərizəsində bildirir ki, "xxxx" MTK-nın inşasını davam etdirdiyi ünvandakı binalarda satılmış yaşayış sahələrinin "orta bazar qiyməti” yoxlayıcı tərəfindən cəlb edilmiş ekspertmütəxəssis tərəfindən 1800 manat <ƏDV ilə), qeyri-yaşayış sahələrinin “orta bazar qiyməti" 6000 manat (ƏDV ilə), zirzəmi (qaraja yararlı) sahəsinin “orta bazar qiyməti" 1500 manat (ƏDV ilə) müəyyənləşdirilmişdir. Yoxlayıcı tərəfindən isə bu məbləğlər əsas götürülməklə ƏDV məbləği hesablanmış və MTK-nın ödədiyi ƏDV məbləğinin azaldılması nəticəsinə gəlinmişdir. Halbuki, MTK-nın tikilməkdə olan binalardan yaşayış və qeyriyaşayış (həmçinin, zirzəmi sahəsi) sahələrinin satışı zamanı bəyan etdiyi qiymətlər yoxlamanın əhatə olunduğu dövrdə konkret əraziyə, binaların tikinti vəziyyətinə, mənzil və qeyri-yaşayış sahələrinin bina üzrə yerləşdiyi mərtəbələrə, sahələrin ölçüsünə, yaşayış üçün yararlılıq və qeyri-yaşayış sahələrinin sahibkarlıq fəaliyyəti üçün yararlılıq (rentabellik) meyarına və s. şərtlərin nəzərə alınması ilə satıcı ilə alıcı arasında tələb-təklif münasibətlərindən doğan bazar konyukturuna əsasən formalaşmış əmlakın real bazar dəyərinə uyğun müəyyənləşdirilmişdir. Bununla bağlı bildiririk ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş satış müqavilələrində (mənzillər üzrə satış müqavilələri) Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində (30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə,xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxan) fərqləndikdə) nəzərdə tutulan hallar olduğundan hesablama apanlarkən bazar qiymətləri əsas götürülmüşdür. Belə ki, Vergi Məcələsinin 14.6.3.1-ci (Sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.) və 14.6.3.2-ci (Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır) maddələrinin müddəalarını müəyyən etmək mümkün olmamış və bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə (Mallann (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir) əsasən ekspert cəlb edilərək bazar qiyməti alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişdiyi ünvanda inşa edilən binaların, yaşayış və qeyri yaşayış sahələrinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2021-ci i! tarixli **********159075 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq xx.xx.2022-ci il tarixli rəy alınmışdır. Ekspert tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişdiyi ünvanda lahiyə sənədinə əsasən ümumilikdə 8 (səkkiz) blokdan ibarət və hal-hazırda 4 (dörd) blokun tikintisi üzrə yaşayış sahəsinin orta bazar qiymətinin 1 kv.m 1 800,0 (min səkkiz yüz) manat (ƏDV ilə), qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 1 kv.m 6 000,0 (altı min) manat (ƏDV ilə), qaraj sahəsinin orta bazar qiymətinin 1 kv,m 1 500 manat müəyyən edilmişdir. İddia ərizəsində göstərilir ki, təqdim olunmuş 36 müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahəlerinin alqı-satqı qiymetlerinde 30%-dən çox aşağı və ya yuxarı fərqlərin olmadığı halda yoxlayıcı əsassız olaraq Vergi Məcəlləsinin 14.6.-cı maddəsində nəzərdə tutulan “bazar qiymətinin müəyyənləşdirilməsi" üsulunu seçməkdə səhvə, qanunsuzluğa yol vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş 36 müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahəlerinin alqı-satqı qiymətlərində 30 %-dən çox aşağı və ya yuxarı fərqlərin deyil, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxan) fərqləndiyi üçün hesablama apanlarkən bazar qiymətləri əsas götürülmüşdür. İddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, aktın tərtib edilməsindən (xx.xx.2022-ci il) 10 günlük müddəti xeyli keçmiş, yalnız xx.xx.2022-ci il tarixdə-yəni 50 gün sonra vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Habelə 49.1-ci maddəyə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar çıxarır. Göründüyü kimi, vergi orqanı 'Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161992 Qərarı qəbul edərəkən Vergi Məcəlləsinin tələblərinə tam əməl etmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsidir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd olunanları nəzərə alaraq, iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası iddiaçı "xxxx" MTK barəsində keçirilmiş yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********152549 saylı “Səyyar vergi yoxlaması" Aktının etibarsız hesab edilməsi hissəsində mümkün sayılmasın və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********161992 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğv edilməsi hissəsində rədd edilməsi xahiş edilmişdir. İddiaçı tərəfin ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh inzibati orqan tərəfindən "xxxx" MTK üzrə qəbul edilmiş «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli **********1561992 №-li Qərarın qismən - cəmi 750 917.08 manat vergi məbləğinin (462 966,61 manat ƏDV, ona müvafiq hesablanmış 231 483.30 manat maliyyə sanksiyası və 37644,79 manat ÖMV, ona müvafiq hesablanmış 18822.39 manat maliyyə sanksiyası) hesablanması hissəsində ləğv edilməsi şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə mübahisələndirərək 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2021-ci ildə başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı MTK yoxlama dövründə faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə iddiaçının 2018-2020-ci il üzrə mənfəət vergisi, 4-cü rüb 2018-3-cü rüb 2021-ci il ödəmə mənbəyində vergi, 2018-2020-ci il üçün əmlak vergisi, 2019-2021-ci il üzrə torpaq vergisi, noyabr 2018-oktyabr 2021-ci il üzrə mədən vergisi, 4-cü rüb 2018-3-cü rüb 2021-ci il üzrə sadələşdirilmiş vergi, noyabr 2018-oktyabr 2021-ci il üzrə aksiz vergisi, 2018-2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi, noyabr 2018-oktyabr 2021-ci il üzrə əlavə dəyər vergisi yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********152549 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edimiş, yoxlama nəticəsində iddiaçı barəsndə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********161992 nömrəli qərarı qəbul edilmiş və həmin qərarla iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyası təbiq edilmişdir: 2021-ci il üzrə 462966.61 manat məbləğində Əlavə dəyər vergisi, 50% - 231483.31 manat maliyyə sanksiyası, 2020-ci il üzrə Əmlak vergisi: 46.16, maliyyə sanksiyası 50% – 23.08 manat maliyyə sanksiyası, 2020-ci il üzrə ödəmə mənbəyində tutulan vergi: 6652.07 manat, 50%-3326.04 manat maliyyə sanksiyası, 2021-ci il üzrə ödəmə mənbəyində tutulan vergi: 31762.70 manat, 50% –15881.35 manat maliyyə sanksiyası, 2021-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə: maliyyə sanksiyası – 3616.29 manat, 2020-ci il üzrə Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 200.00 manat maliyyə sanksiyası 2021-ci il üzrə Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 160.00 manat maliyyə sanksiyası Ümumilikdə iddiaçıya 501427.87 manat vergi və 254690.37 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırkı iddia tələbinin dəqiqləşdirilməsi ilə iddiaçı xx.xx.2022-ci il tarixli, **********161992 nömrəli məsuliyyət qərarını qismən-462 966,61 manat ƏDV, ona müvafiq hesablanmış 231 483.30 manat maliyyə sanksiyası və 37644,79 manat ÖMV, ona müvafiq hesablanmış 18822.39 manat maliyyə sanksiyası, ümumilikdə 750 917.08 manat vergi məbləğinin hesablanması hissəsində ləğvini xahiş edir. Məhkəmə cavabdehin adıçəkilən qərarınının qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə-462966,61 manat ƏDV və 37644,79 manat ÖMV və həmin məbləğlərə 50% həddində maliyyə sanksiyasının hesablanması hissəsində yoxlayır. Əlavə dəyər vergisi üzrə: İş materiallarına əlavə edilmiş ƏDV-nin müqayisəli cədvəlindən görünür ki, 2021-ci il üzrə vergi ödəyicisinin verdiyi hesabatla vergi orqanı tərəfindən yoxlama ilə hesablanmış vergi məbləği arasında fərq müvafiq olaraq 6354,94 man, 8945.06 man, 140335,17 man, 21715,30 man, 42754,06 man, 191116,04 man, 51746,03 man olmaqla, cəmi 462966,61 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli, **********152549 nömrəli Səyyar vergi yoxlaması Aktının 4-9cu səhifələrindən görünür ki, vergi ödəyicisi tərəfindən satışı 2021-ci ildə baş tutan 36 ədəd satış müqaviləsi təqdim edilmiş, satış müqavilələrinə əsasən satılan mənzillər A, C, D, F və G bloklarından, mənzil sahələrinin 3 245.9 kv.m (A bloku üzrə 686 kv.m; C bloku üzrə 913,6 kv.m; D bloku üzrə 840,4 kv.m; F bloku üzrə 599,4 kv.m; G bloku üzrə 206,5 kv.m) olduğu və satışların 2021-ci ildə aparıldığını nəzərə alınaraq, hissə-hissə ödənişlərin aybaay ƏDV bəyannamələrində dövriyyə kimi göstərildiyi aşkar edilmişdir. Eyni zamanda yoxlama dövrünün sonuna vergi ödəyicisinin mənzil satışlarından 2312276.5 manat (ƏDV ilə birlikdə) debitor borcunun qaldığı aşkar edilmişdir. Göstərilənlərə əsasən yoxlama ilə 3245.9 kv.m mənzil sahəsinin 36 mənzildən ibarət olması aşkar edilmiş, yoxlama dövrünə düşən ƏDV bəyannamələrində daxil olan pul vəsaitlərinə görə ƏDV hesablanmış, yoxlama dövrünün sonuna debitor borc qalığı 2312276.5 manat (ƏDV ilə birlikdə) təşkil etdiyi aşkar edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibhəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişdiyi ünvanda inşa edilən binaların, yaşayış və qeyri-yaşayış sahələrinin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə real bazar qiymətlərini müəyyənləşdirmək məqsədilə Baş İdarənin ‘'Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********159075 nömrəli Qərarına əsasən "xxxx" MMC-dən ekspert dəvət edilmiş və orta bazar qiymətinin müəyyənləşdirilməsi itə bağlı müvafiq xx.xx.2022-ci il tarixli rəy alınmışdır. Ekspert tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişdiyi ünvanda tahiyə sənədinə əsasan ümumilikdə 8 (səkkiz) blokdan ibarət və hal-hazırda 4 (dörd) blokun tikintisi üzrə yaşayış sahəsinin orta bazar qiymətinin 1 kv.m 1800.00 ((min səkkiz yüz) manat (ƏDV ilə), qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 1 kv.m 6000,0 (altı min) manat (ƏDV ilə), qaraj sahəsinin orta bazar qiymətinin 1 kv.m 1 500 manat müəyyən edilmişdir. (Ekspert rəyi akta əlavə edilir). Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən tikilmiş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin və zirzəmi sahələrinin orta bazar qiyməti aşağıdakı kimi təşkil etmiş və ekspert rəyinə asasan hesablamalar aparılmışdır. 1) Yaşayış sahəsinin orta bazar qiyməti 1800,0 (min səkkiz yüz) manat (ƏDV ilə)), 2) Qeyriyaşayış sahəsinin orta bazar qiyməti 6000,0 (altı min) manat (ƏDV ilə), 3) Zirzəmi (qaraja yararlı sahə) sahəsinin orta bazar qiyməti isə 1500,0 manat (min beş yüz) (ƏDV ilə). Beləliklə, müəyyən olunur ki, 2021-ci il üzrə baş tutmuş 36 ədəd satış müqavilələrində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə qiymətlərinin Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən (30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, Məcəllənin 14.6.1-ci maddəsinə əsasən bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndiyi nəzərə alınmış və nəticədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilən bazar qiyməti tətbiq edilməklə iddiaçıya yoxlama dövrü üzrə əlavə ƏDV vergisi hesablanmışdır. İddiaçının mövqeyinə əsasən cavabdehə təqdim olunmuş satış müavilələrində yaşayış və qeyri-yaşayış sahələrinin real tələb-təklif qiyməti- müqavilə qiymətləri bəlli olduğu halda cavabdeh əsassız olaraq bazar qiyməti üsulunu tətbiq etməklə iddiaçıya əlavə dəyər vergisi hesablamı.dır Məhkəmə aşağıdakılara əsasən iddiçaının mövqeyi ilə razılaşmır. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. -14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır (Vergi Məcəlləsinin 14.6.4-cü maddəsi). Buna baxmayaraq, bazar qiymətinin nəzərə alınması ilə vergilərin hesablanması Vergi Məcəlləsinin 14.3-cü maddəsi ilə tələb edilir. Həmin norma bazar qiymətinin tətbiqinin əsası kimi konkret bir neçə halları, o cümlədən təsərrüfat əqdlərinin qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilməsini və ya 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxarı) dəyişməsini müəyyən edir. Sonuncu maddədə qeyd olunan əsaslar vergi orqanına vergi ödəyicisi tərəfindən üzərinə düşən verginin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsinə dair şübhələnmək, bununla da ona münasibətdə vergini bazar qiyməti əsasında hesablamaq üçün əsas verir. Bu halda, sonrakı bütün hesablamalar və bundan irəli gələn nəticələr bazar qiymətinin dəqiqliklə müəyyən edilməsindən asılıdır. (....)Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Yoxlanılan şəxs həmin inzibati hərəkətlə razılaşmadıqda, o cümlədən yeni ekspertizanın keçirilməsini tələb etməklə bazar qiymətinin düzgün hesablanmadığını və ya tətbiq edilmiş bazar qiyməti ilə razılaşaraq, ondan xüsusi və fərdi səbəblərdən kənara çıxdığını iddia etdikdə, öz mövqeyini əsaslandırmaqla Vergi Məcəlləsinin 62, 63 və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə müvafiq olaraq yuxarı vergi orqanına və ya məhkəməyə şikayət prosedurlarından istifadə edə bilər. Məhkəmə mübahisəsi çərçivəsində yoxlanılan şəxsin bu hüquqları vergi orqanını tətbiq edilmiş bazar qiymətinin düzgünlüyünü sübut etmək vəzifəsindən azad edə bilməz. (...) Məsələnin yuxarıda şərh edilən qaydada həlli, bir tərəfdən, Konstitusiyanın 73cü maddəsinin tələb etdiyi kimi, qanunla müəyyən olunmuş vergiləri ödəmək öhdəliyinin şərtsiz icrasının təmin edilməsinə və vergi ödəyicilərinin bağladıqları müqavilələrin qiymətinin bazar qiymətinə uyğun hesablanması üçün şəraitin yaradılmasına xidmət edir, digər tərəfdən isə, bu istiqamətə yönəlmiş vergi orqanlarının hərəkətlərinin qanunsuzluğunu və əsassızlığını məhkəmə qaydasında sübut etmək imkanını Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq vergi ödəyicisinə təqdim edir. Bəhs edilən Qərarda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur.” Beləliklə, vergi orqanının vergi ödəyicisinin təqdim etdiyi müqavilə qiymətini nəzərə almadan bazar qiymətini tətbiq etməklə vergini hesablamasına vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcud olduğu halda yol verilir və bu hal müqavilə azadlığı prinsipinin pozulması kimi qiymətləndirilmir. İddiaçı tərəfindən səyyar vergi yoxlaması zamanı vergi orqanına təqdim edilmiş 36 sayda payların satılması barədə müqavilələrin surətləri eyni zamanda məhkəməyə təqdim edilmiş və vergi ödəyicisinin möhürü və imzası ilə təsdiq edilmiş həmin müqavilələrdə mənzillərin 1 kv.m-nin qiyməti əsasən 1000, 1070, 1084 manat civarında olmuşdur. Hazırkı iş üzrə cavabdeh səyyar vergi yoxlaması zamanı bazar qiymətini tətbiq edərkən bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan həmin dövrdə iddiaçının təqdim etdiyi qiymətlərdən 30 faizdən çox (aşağı və yuxarı) qiymətlər təqdim edən vergi ödəyiciləri ilə bağlanmış müqavilələri təqdim etmişdir. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli 33/20 nömrəli, xx.xx.2021-ci il tarixli 64/21 nömrəli, xx.xx.2022-ci il tarixli 37/22 nömrəli müqavilə nümunəsi olaraq "xxxx" MMC ilə bağlanmış mənzil inşaat müqavilələrində yaşayış binasının Süleyman Rüstəm küçəsi istqamətində binanın 14-cü mərtəbəsində mənzilin 1 kv.m-nin qiyməti 1695 manat (215.900man/127,30 kv.m), binanın Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsi istiqamətində 14-cü mərtəbədə mənzilin 1kv.m-nin qiyməti 1700 manat (258.400 man/152 kv.m) və Azadlıq pr, Mikayıl Rəfili, Süleyman Rüstəm, Salatın Əsgərova küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa edilmiş yaşayış binasının Azadlıq prospekti istiqamətində olan hissəsində 15-ci mərtəbədə mənzilin 1 kv.m qiyməti 2000 manat (mənzilin ümumi dəyəri 203.200 manat/ mənzilin ölçüsü 101,60kv.m) müəyyən edilmişdir. Beləliklə, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satış qiymətləri nəzərdən keçirilərkən qiymətlər arasında differensiya aparılmadığı, fərqli mərtəbələrdə, fərqli ölçülərdə, fərqli istiqmətlərdə (əsas küçəyə baxan, küçəyə birbaşa çıxış olan və s.) yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin ümumən qiymətinin 1 kv.m-nin 1000 manat civarında olduğu müəyyən olunmuşdur. Eyni prospektdə (Azadlıq pr) yerləşən analoji vergi ödəyicisinin təqdim etdiyi satış qiymətləri ilə müayisə etdikdə həmin ərazidə hələ 2020-ci il ərzində yaşayış sahələrinin 1kv.m-nin iddiaçının təqdim etdiyi qiymətdən böyük fərqlə fərqləndiyi- azı 1695 manata təqdim edildiyi öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən vergi orqanının daşınmaz əmlakların satış qiymətlərində olan kəkin fərqin sezilməsidir ki, cavabdeh təqdim edilmiş müqavilə üzrə qiymətləri real təqdimetmə qiyməti kimi nəzərə almamış, həmin sahələrin orta bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ekspertin müəyyən etdiyi yaşayış sahələrinə münasibətdə orta bazar qiyməti 1800,0 manat (ƏDV ilə), qeyri-yaşayış sahələrinə münasibətdə 6000,0 manat (ƏDV ilə), zirzəmi (qaraja yararlı sahə) münasibətdə 1500,0 manat (ƏDV ilə) məbləği əsas götürülməklə əlavə vergi məbləği hesalanmışdır. Bundan əlavə hazırkı inzibati məhkəmə icraatı gedişində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********337500 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MTK-da keçirilmiş səyyar vergi yoxlaması ilə ümumilikdə külli miqdar təşkil edən 501427,28 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılma faktı üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə cinayət işi başlanmış və həmin iş üzrə ibtidai araşdırma aparılır. Cinayət iş üzrə əldə olunmuş sübutların Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********755000 nömrəli məktub ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Həmin idarə tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********927900 nömrəli məktubda bildirilir ki, cinayət işinin istintaqı zamanı "xxxx" MTK-nın Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 196 saylı Sərəncamına əsasən "Gloria Palace” MTK-da Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki ünvanda tikintisini tamamladığı və satışını həyata keçirdiyi 4 bina üzrə satılan mənzillərin satış dəyərini özündə əks etdirən vergi orqanına təqdim edilmiş satış müqavilələrində olan qiymətlərlə mənzillərin payçılarının istintaqa verdiyi ifadələr və ifadələrə əlavə edilmiş satış müqavilələrindəki qiymətlər arasında fərqlər müəyyən edilmişdir. Belə ki, istintaq zamanı əldə edilmiş sübutlara əsasən mənzillər 1 kv.m 1650-1750 manat civarında olmaqla payçılara satılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********052900 nömrəli məktubunda qeyd edilmişdir ki, Baş İdarənin İstintaq və təhqiqat idarəsində "xxxx" MTK-da (VÖEN: **********) xüsusi ilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı "xxxx" MTK-nın Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 196 saylı Sərəncamına əsasən "Gloria Palace” MTK-da Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki ünvanda tikintisini tamamladığı və satışını həyata keçirdiyi 4 bina üzrə satılan mənzillərin satış dəyərini özündə əks etdirən vergi orqanına təqdim edilmiş satış müqavilələrində olan qiymətlərlə mənzillərin payçılarının istintaqa verdiyi ifadələr və ifadələrə əlavə edilmiş satış müqavilələrindəki qiymətlər arasında fərqlər müəyyən edilmişdir. Belə ki, istintaq zamanı əldə edilmiş müqavilələrə əsasən mənzillər 1 kv.m 1650-1750 manat civarında olmaqla payçılara satılmışdır. Həmin məktubla göndərilmiş müqavilələrdən görünür ki: -1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X11 arasında 30 avqust 2021-ci il tarixli 237 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin G blokunda mərtəbə 4, sahəsi 69,3 kv.m olan 237 saylı mənzili X2, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.750,00 (min yeddi yüz əlli) manat, mənzilin yekun qiyməti 121.275,00 (yüz iyirmi bir min iki yüz yetmiş beş) manat müəyyən edilmişdir. 2."xxxx" Mənzil Tikinti Kooperativi ilə X9 arasında 13 sentyabr 2021-ci il tarixli 30 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin D blokunda mərtəbə 7, sahəsi 114,5 kv.m olan 30 saylı mənzili X1, müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.700,00 (min yeddi yüz) manat, mənzilin yekun qiyməti 194.650 (yüz doxsan dörd min altı yüz əlli) manat müəyyən edilmişdir.
3. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında 30 sentyabr 2021-ci il tarixli 300 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin F blokunda mərtəbə 5, sahəsi 114,5 kv.m olan 300 saylı mənzili X3, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.550,00 (min beş yüz əlli) manat, mənzilin yekun qiyməti 177.475 (yüz yetmiş yeddi min dörd yüz yetmiş beş) manat müəyyən edilmişdir. 4."xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında 30 sentyabr 2021-ci il tarixli 288 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin F blokunda mərtəbə 3, sahəsi 114,5 kv.m olan 288 saylı mənzili X3, müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.500,00 (min beş yüz) manat, mənzilin yekun qiyməti 171.750 (yüz yetmiş bir min yeddi yüz əlli) manat müəyyən edilmişdir.
5. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında 30 sentyabr 2021-ci il tarixli 301 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin F blokunda mərtəbə 5, sahəsi 69,5 kv.m olan 301 saylı mənzili X3, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.550,00 (min beş yüz əlli) manat, mənzilin yekun qiyməti 107.725,00 (yüz yeddi min yeddi yüz iyirmi beş) manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanına, eləcə də məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş eyni tərəflərlə bağlanmış satış müqavilələrindən görünür ki: 1."xxxx" Mənzil Tikinti Kooperativi ilə X11 arasında 30 oktyabr 2021-ci il tarixli 36 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin G blokunda mərtəbə 4, sahəsi 69,3 kv.m olan 237 saylı mənzili X2, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.000,00 (min) manat, mənzilin yekun qiyməti 69.300,00 (altmış doqquz min üç yüz) manat müəyyən edilmişdir. 2."xxxx" Mənzil Tikinti Kooperativi ilə X9 arasında 13 oktyabr 2021-ci il tarixli 35 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin D blokunda mərtəbə 7, sahəsi 114,5 kv.m olan 30 saylı mənzili X1, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.000,00 (min) manat, mənzilin yekun qiyməti 114.500,00 (yüz on dörd min beş yüz) manat müəyyən edilmişdir.
3. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında 29 sentyabr 2021-ci il tarixli 29 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin F blokunda mərtəbə 5, sahəsi 114,5 kv.m olan 300 saylı mənzili X3, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.040,00 (min qırx) manat, mənzilin yekun qiyməti 119.080,00 (yüz on doqquz min səksən) manat müəyyən edilmişdir. 4."xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında 29 sentyabr 2021-ci il tarixli 30 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin F blokunda mərtəbə 5, sahəsi 69,5 kv.m olan 301 saylı mənzili X3, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.040,00 (min qırx) manat, mənzilin yekun qiyməti 72.280,00 (yetmiş iki min iki yüz səksən) manat müəyyən edilmişdir.
5. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında 29 sentyabr 2021-ci il tarixli 31 nömrəli Müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MTK, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Xan Şuşinski, Abbas Səhhət küçələri və Azadlıq prospekti ilə əhatə etdiyi ərazidə inşa edilən 6-12 mərtəbəli yaşayış kompleksinin F blokunda mərtəbə 3, sahəsi 114,5 kv.m olan 288 saylı mənzili X3, müqavilənin 3.1.-ci maddəsinə əsasən bu Müqavilə üzrə mənzilin 1(bir) kv.m.-lik sahəsinin qiyməti 1.040,00 (min qırx) manat, mənzilin yekun qiyməti 119.080,00 (yüz on doqquz min səksən) manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının səyyar vergi yoxlaması zamanı təqdim etdiyi eyni vətəndaşlarla eyni yaşayış vəq eyri-yaşayış sahələri ilə bağlı bağlanmış müqavilələrlə vergi cinayətinin ibtidai araşdırması zamanı həmin mənzillərin payçılarının istintaqa təqdim etdikləri müqavilələrin fərqli olduğu müəyyən olunur. Belə ki, istintaqa təqdim edilmiş payçı müqavilələrin hər səhifəsi, o cümlədən “müqavilənin qiyməti və hesablaşma qaydası” maddələri olan səhifələri İddiaçı MTK-nın sədrinin imzası, MTK-nın möhürü və payçının imzası ilə təsdiqləndiyi halda, yoxlamaya təqdim edilmiş müqavilələrin nüsxələrində yalnız sonuncu səhifəsi MTK-ya aid möhür və imza və payçının imza və möhürü ilə təsdiqlənmişdir. İstintaq zamanı payçıların təqdim etdikləri müqavilələrin bağlanma tarixi yoxlama zamanı təqdim edilmiş müqavilələrin tarixindən daha öncə tərtib edilmişdir. Xüsusən də istintaqa təqdim edilmiş müqavilələrdə mənzilin 1kv.m-nin qiyməti 1500, 1550, 1700, 1770 manat olaraq göstərildiyi halda, səyyar yoxlamaya təqdim edilmiş müqavilələrdə mənzilin 1kv.m-nin qiyməti əsasən 1000 manat olaraq göstərilmişdir. Beləliklə, iddiaçı MTK-nın səyyar vergi yoxlaması zamanı vergi orqanına təqdim etdiyi müqavilələrin nüsxəsi ilə payçılara təqdim etdiyi müqavilələrin nüsxələrinin forma və məzmun baxımından eyni olmadığı, başqa sözlə, vergi ödəyicisinin payçılarla bağladığı həqiqi iradə ifadəsi və müqavilə azadlığı prinsipinə uyğun bağlanmış müqavilələrin nüsxələrinin yoxlayıcıya təqdim etməməsi müəyyən olunur ki, təkcə bu hal belə vergidən yayınma halının mövcudluğuna ciddi şübhənin yaranmasına və nəticə etibarı ilə bazar qiymətinin tətbiq etməklə vergi məbləğinin hesablanmasına əsas verir. Məhkəmə onu da qeyd edir ki, payçılarla bağlanmış müqavilə nüsxələrinin səyyar yoxlamadan sonra vergi cinayəti işi üzrə ibtidai araşdırma zamanı əldə edilməsi, dolayısı ilə qeyd edilən sənədlərin inzibati orqanın inzibati icraatı zamanı aşkar olunmaması yenə də vergi orqanının yoxlama zamanı bazar qiymətini tətbiq etməməsi zərurətini dəyişdirməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi sözügedən müqavilələr aşkar olunduğu vaxtadək vergi orqanı yoxlama zamanı oxşar sahədə analoji vergi ödəyicisinin təqdim etdiyi müqavilə qiymətləri ilə iddiaçının təqdim etdiyi müqavilə qiymətləri müqayisə edərək müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsindən 30%-dən çox (aşağı və yuxarı) fərqləndiyini əsas götürərək bazar qiymətini tətbiq etmişdir. Məhkəmə icraatı zamanı payçılarla bağlanmış aşkar olunan müqavilələr hazırkı halda cavabdehin bazar qiyməti tətbiq etməklə vergi hesablaması üsulunun əsaslı olması nəticəsinə gəlməyə əlavə hüquqi əsas verir. Qeyd edilməlidir ki, ekspert rəyi ilə müəyyən edilmiş orta bazar qiyməti istər iddiaçının payçılarla bağlanmış müqavilələrin qiymətinə, istərsə də analoji vergi ödəyicisinin təqdim etdiyi müqavilələrdə satış qiymətlərinə uyğun olduğu müəyyən olunur. Beləliklə, qeyd edilənlərə əsasən vergi orqanı bazar qiyməti əsasında vergi hesablamaqda haqlı olmuş, tətbiq etdiyi bazar qiymətinin düzgünlüyünü istisna edəcək hər hansı əsaslı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda vergi orqanının qərarı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə hesablanmış ƏDV hissəsində əsaslıdır və qərar mübahisələndirilən həmin hissədə ləğv edilə bilməz. İİ. Bundan əlavə vergi yoxlamasından müəyyən olunur ki, yoxlama dövrü üzrə iddiaçının "RSM-TİKİNTİ İSTEHSALAT” MMC (VÖEN **********) ya "xxxx" MMC (VÖEN **********) ilə qarşılıqlı əlaqələrinin yəni alışlarının riskli əməliyyatlar olduğu aşkar edilmiş və Vergi Məcəlləsinin 175-ci maddələrinə uyğun olaraq aylar üzrə ƏDV əvəzləşdirmələrin ləğv edilməsi və riskli əməliyyatlar olması səbəbindən 53280 manat-əlavə vəsait və 26640 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin müəssisələrlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və bununla əlaqədar ƏDV əvəzləşmələri ləğv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli, **********583800 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarix aralığında elektron qaimə-faktura üzrə satışında 89113,0 manat (ƏDV-li ) dəyərdə 9351 ton "qırmadaş, qum" və 147033,0 manat dəyərdə 146,87 ton "armatur" təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların alış və idxalında müəyyən edilməməsi və ya alış və idxalından artıq miqdarda təqdim edilməsi nəticəsində xx.xx.2021-ci il tarixli, **********694300 nömrəli müvafiq Qərarla "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, "xxxx" MTK (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərarına əsasən xx.xx.2023-cü il tarixə riskli vergi ödəyicisi siyahısında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2021-ci il tarixli, **********694300 nömrəli Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərarından görünür ki, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Təqdim edilən e_vhf-ə əsasən 89 113 manat (ƏDV daxil) dəyərdə 9351 ton "qırmadaş, qum" və 147 033 manat dəyərdə 146,87 ton "armatur" təqdim edilmişdir Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların alış və idxalında müəyyən edilməməsi və ya alış və idxalından artıq miqdarda təqdim edilməsi riskli hesab edilməsi müəyyən edilmişdir. Nəticədə Vergi ödəyicisi "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarına əlavə edilmiş iddiaçının əməliyyat apardığı riskli hesab edilən elektron qaimə fakturaları aşağıdakılardan ibarət olmuşdur: -İşləmə tarixi: xx.xx.2021, vergi ödəyicisi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, riskli e-qaimə fakturanın tarixi: xx.xx.2021, seriya: EBAX, nömrəsi: 174346. -İşləmə tarixi: xx.xx.2021, vergi ödəyicisi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, riskli e-qaimə fakturanın tarixi: xx.xx.2021, seriya: EBBB, nömrəsi: 429992. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC vergi orqanının xx.xx.2021-ci il tarixli, **********694300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçının əməliyyat apardığı digər vergi ödəyicisi olan RSM-TİKİNTİ İSTEHSALAT" MMC isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərarına əsasən xx.xx.2023-cü il tarixə riskli vergi ödəyicisi siyahısına salınmamışdır. Göründüyü kimi, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt adları çəkilən “RSM-TİKİNTİ İSTEHSALAT" MMC ümumiyyətlə riskli vergi ödəyicisi hesab olunmamış, "xxxx" MMC isə əməliyyat zamanı riskli vergi ödəyicisi siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının, əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. İddiaçının təqdim etdiyi və iş materiallarına əlavə edilmiş armatur, katinka, qara diktin alınması ilə əlaqədar 10 noyabr 2020-ci il tarixli N 10/11-20 nömrəli Alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırma protokolu, "xxxx"MMC ilə Əmtəə betonu alışına dair 09 oktyabr 2020-ci il tarixli müqavilə, qiymətlərin razılaşdırma protokolu, həmin müqavilələrə əsasən ödəniş tapşırıqları, qaimə fakturalar qeyd edilən malların iddiaçıya bilavasitə təqdim etdiyi, həmin mallara əsasən iddiaçının müvafiq ödənişlər etdiyini, bilavasitə həmin əməliyyatların əmtəəsiz əməliyyat olmadığını sübut edir. Beləliklə, vergi orqanı iddiaçıya 53280 manat ƏDV hesablamaqda və müvafiq olaraq 50 % dəyərində 26640 manat məbləğində maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Ödəmə mənbəyindən vergi üzrə: Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 7 773 000,0 manat qısa müddətli borc vəsaiti daxil olmuş, vergi orqanı tərəfindən həmin borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 376447.8 manat faiz məbləğinə 10% məbləğində- 37644,78 manat ödəmə mənbəyindən vergi hesablanmış, eyni zamanda həmin vergi borcuna 50% məbləğində 18.822.39 manat maliyyə sanksiyası tətbiq etmişdir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi orqanının mövqeyinə əsasən təsisçinin MTK-ya verdiyi borc vəsaitindən təsisçiyə qaytarılmış vəsaitlə təsisçi həm də faiz şəklində gəlir əldə etmişdir və bu əsasdan həmin faiz məbləğinə 10 % ödəmə mənbəyindən vergi hesablanmalıdır. Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan redaksiyasında aşaöıdakı maddələrinə əsasən: -739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilməlidir ki, kredit müqaviləsinin məqsədi verilmiş borcla bağlı əsas vəsaitin qaytarılması ilə yanaşı həm də faizdən gəlir əldə etməkdir. Əksinə, təsisçinin müəssisəyə borc vəsaitini faizlə vermiş olması və həmin faizdən gəlir əldə etməsi inandırıcı hesab olunmur o əsasla ki təsisçinin öz yaratdığı və dividend götürdüyü müəssisəyə faizlə borc verməsi eyni zamanda onun mənfəət vergisini azaltmasına xidmət edir. Bu hal isə daha çox vergidən yayınma ehtimalına əsas verə bilər. Hazırkı halda təsisçinin müəssisəyə faizlə borc verməsi sübuta yetirilməməklə yanaşı faizlə borcun verilməsi qənaətinə gəlməyə ağlabatan əsas da müəyyən olunmur. İşin qeyd edilən halı da onu deməyə əsas verir ki, İddiaçı MTK-nın təsisçisi tərəfindən MTK-ya qısamüddətli faizsiz borc vəsaitinin verilməsi maliyyə xidməti kimi nəzərə alına bilməz. Təsisçinin verdiyi borc məbləği ilə maliyyə xidmətləri göstərən bankların təqdim etdiyi pul kreditləri eyniləşdirilə bilmədiyi kimi, təsisçinin təqdim etdiyi borc vəsaitinə bankların verdiyi kreditlər üzrə orta kredit faizi tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçıya 37.644,78 manat ÖMV və 18.822,39 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161992 nömrəli qərarı mübahiələndirilən hissədə qismən- 53.280 manat ƏDV, 26.640 manat maliyyə sanksiyası və 37.644,78 manat ÖMV və 18.822,39 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161992 nömrəli qərarı mübahisələndirilən hissədə qismən- 53280 manat ƏDV, 26640 manat maliyyə sanksiyası və 37.644,78 manat ÖMV, 18.822,39 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova