Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4430/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərlik toplanışına çağırılaraq N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçıya “Müharibə veteranı” kimi Azərbaycan Respublikasının Prezident təqaüdü verilmişdir. Belə ki, iddiaçıya bank kartı verilmiş və hər ay həmin karta 80 manat pul köçürülmüşdür. Lakin təqaüdün verilməsi 3 aydan sonra dayandırılmışdır. Təqaüdün dayandırlıması ilə bağlı olaraq Dost Mərkəzi ilə əlaqə saxladıqda ona ünvanlanmış cavab məktubundan aydın olmuşdur ki, iddiaçının “Müharibə veteranı” statusu Müdafiə Nazirliyi tərəfindən əsassız hesab edilmişdir. Müdafiə Nazirliyinə şifahi və yazılı şəkildə müraciət etməsinə baxmayaraq iddiaçıya heç bir cavab verilməmiş, statusu bərpa edilməmişdir. Hesab edir ki, qanunvericiliyin tələbləri baxımından “Müharibə veteranı” statusu ona düzgün verilmiş və onun əsassız hesab edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmir. Hesab edir ki, iddia ərizəsi mümkünsüz hesab edilməlidir. İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının imtinasını, rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “Bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azerbaycan Respublikası “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı komissiyanın imtinasını almadan məhkəməyə müraciət etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışından görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir və xx.xx.2020-cı il tarixədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 13866 nömrəli arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət dövründə aldıgı xəsarətlə baglı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək komissiyanın qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”xəstəliyin səbəb əlaqəsi müəyyən edilmişdir. - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamının və Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarının icrası ilə bağlı 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütölüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və nəticə etibarı ilə 76645 (yetmiş altı min altı yüz qırx beş) nəfərin adı "Zəfər" alt sisteminə yerləşdirilmişdir. Lakin, sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir. Bununla əlaqədar, "Müharibə veteranı" statusuna malik olan, aşağıda adları qeyd olunan şəxslərə Prezident təqaüdünün ödənilməsinin dayandırılmasını və “Müharibə veteranı" statusunun ləğv edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Siyahıda 42-ci sırada İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona müharibə veteranlarına görə təyin olunmuş (Nərimanov rayonu, iş № 611156) Prezident təqaüdü ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Nəzərinə çatdırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixii 5938/**********1 nömrəli Qərarına əsasən veteranlıq statusu əsassız hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 320,00 (üç yüz iyirmi) manat məbləğində artıq vəsait ödənilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılmasının təmin edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsi məqsədilə (ərizə və qəbzin təqdim edilməsi üçün) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialına və ya “DOST” Mərkəzinə yaxınlaşmağı xahiş olunur. Diqqətinə çatdırılmışdır ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. - Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 611156 saylı təqaüd işində olan “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş “Müharibə Veteranı” Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. - Məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, vətəndaş İddiaçı verilmiş “Müharibə Veteranı” statusu ləğv edilmişdir (əsas: Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubu)).
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçı tərəfi dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçı ona “Müharibə veteranı” adının bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, barəsində müsbət qərar qəbul edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Hazırki işin araşdırılan hallarından görünür ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlərə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışına əsasən iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 13866 nömrəli arayışına görə iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət dövründə aldıgı xəsarətlə baglı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək komissiyanın qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”xəstəliyin səbəb əlaqəsi müəyyən edilmişdir. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubuna əsasən “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamının və Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarının icrası ilə bağlı 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütölüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısı Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş və nəticə etibarı ilə 76645 (yetmiş altı min altı yüz qırx beş) nəfərin adı "Zəfər" alt sisteminə yerləşdirilmişdir. Lakin, sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir. Bununla əlaqədar, "Müharibə veteranı" statusuna malik olan, aşağıda adları qeyd olunan şəxslərə Prezident təqaüdünün ödənilməsinin dayandırılmasını və “Müharibə veteranı" statusunun ləğv edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Siyahıda 42-ci sırada İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** saylı arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona müharibə veteranlarına görə təyin olunmuş (Nərimanov rayonu, iş № 611156) Prezident təqaüdü ödənişi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 611156 saylı təqaüd işində olan “Təqaüd təyinatının dayandırılması ilə bağlı” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş “Müharibə Veteranı” Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, vətəndaş İddiaçı verilmiş “Müharibə Veteranı” statusu ləğv edilmişdir (əsas: Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (AO BQR xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubu)). Məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67- 69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Hazırki iş üzrə iddiaçıya cavabdeh tərəfindən “Müharibə veteranı” statusunun verildiyi işin mübahisə dogurmayan halıdır. Cavabdeh orqan tərəfindən Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 469 nömrəli məktubunda qeyd etdiyi halla baglı “Sonradan aparılan dəqiqləşdirilmələr zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və N nömrəli hərbi hissə tərəfindən təqdim edilərək, "Zəfər" alt sisteminə yerləşdirilmiş şəxslərdən 42 (qırx iki) nəfərin döyüş əməliyyatları zamanı fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarında qeyd olunan meyarlara uyğun gəlməməsi müəyyən edilmişdir.”, konkret olaraq iddiaçıya aid həmin statusun ləgvi üçün əsas olan və statusun verilməsini istisna edən hər hansı sübut məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq təqdim edilməmiş və mübahisəyə dair iş üzrə materiallarla da təsdiq olunmur. Əksinə olaraq iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlərə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin 103 nömrəli arayışına əsasən iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılaraq xx.xx.2020-cı il tarixdə 2N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-cı il tarixdə N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin tərkibində atıcı kimi Füzuli, Xocavənd rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki “Müharibə veteranı” statusunun verilməsi ilə baglı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi inzibati icraata cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, prinsipcə daxili yoxlama ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin, həmin daxili yoxlama həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili yoxlama iddiaçıya təyin edilmiş statusla bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili yoxlamasına istinad edə bilməz, həmin yoxlama həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş statusla bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ona təyin edilmiş “Müharibə veteranı” statusunu ləğv etmişdir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, əldə etdiyi məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın aparılması ilə baglı məlumatları öz qərarında əsaslandırmağa borcludur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş “Müharibə veteranı” statusunun ləğv etməsi ilə baglı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı təyin edilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva