Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4433/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmrin ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, cavabdehin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmri ilə yuxarıda sözügedən əmrə 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə edilmişdir. 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrə əlavə edilmiş 3.2-ci yarımbənddə göstərilmişdir ki, X4 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı «Dövlət qulluğu haqqında» Qanunun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019cu il tarixdən xitam verilsin. Həmin əmrə dəyişiklik kimi əlavə edilmiş 4.2-ci yarımbənddə isə göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlannda tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»nın 4-cü hissəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat X5 təqdim edilsin. Yuxarıda istinad edilən 26 sentyabr 2022-ci il tarixli əmrin 5.2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin. Göründüyü kimi, 26 sentyabr 2022-ci il tarixli əmrlə Nazirliyin 17 dekabr 2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi adı altinda əlavə olunmuş yarımbəndlərlə faktiki olaraq onunla (iddiaçı ilə) bağlanmış əmək müqaviləsinə əvvəlki tarixdən, yəni 17 dekabr 2019-cu ildən xitam verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 26 sentyabr 2022-ci il tarixli əmri qanunsuz və əsassızdır. Odur ki, sözügedən əmrin ləğv edilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, cavabdehin 26 sentyabr 2022-ci il tarixli əmri ilə dəyişiklik adı altında ona 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə olunan 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmr X4 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi barədə olmuşdur. Barəsində qəbul olunmuş əmrin surəti iddiaçıya onun müvafiq müraciəti əsasında cavabdehin 27 oktyabr 2022-ci il tarixli məktubu ilə rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı 12 iyul 2012-ci il tarixdən X4 Xidmətinin müvafiq strukturunda baş məsləhətçi baş əmək müfəttişi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli ********** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qərarı ilə iddia təmin olunaraq 13 iyun 2019-cu il tarixli əmr ləğv edilmişdir. Həmin qərar apellyasiya instansiyası məhkəməsinin 25 fevral tarixli qərarı ilə, sonuncu qərar isə Ali Məhkəmənin 4 iyul 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmə qərarının icrası qaydasında 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmrilə iddiaçının barəsində olan 13 iyun 2019-cu il tarixli ********** nömrəli əmrin ləğv edilməsi təmin edilmiş və bununla əlaqədar 20 sentyabr 2022-ci il tarixli “məhkəmə qərannın icrası vəziyyəti barədə” məktubla Bakı İnzibati Məhkəməsinə müvafiq məlumat da verilmişdir. Yuxarıda sözügedən məhkəmə aktları əsasında iddiaçının işdən azad edilməsi barədə 13 iyun 2019-cu il tarixli əmrin ləğvi qərara alındıqdan və həmin qərar cavabdeh orqan tərəfindən 12 sentyabr 2022-ci il tarixli əmrlə təmin edildikdən sonra, əvvəlki vəzifəsinə bərpa olunmalı olduğu halda, cavabdeh yuxarıda göstərilən 12 sentyabr 2022-ci il tarixli əmrin verildiyi gündən 14 gün sonra, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə dəyişiklik edilməsi qismində həmin əmrə 3.2, 4.2 və 5.2-ci yarımbəndlər əlavə edilməklə onunla bağlanmış əmək müqaviləsinə əvvəlki (17 dekabr 2019-cu il) tarixdən xitam verilməsini həyata keçirmişdir. İddiaçı hesab edir ki, 26 sentyabr 2022-ci il tarixli əmrlə 17 dekabr 2019-cu il tarixdən xitam verilməsi qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. 12 sentyabr 2022-ci il tarixli əmr Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri ilə də ziddiyyət təşkil edir. 26 sentyabr 2022-ci il tarixli əmrlə iddiaçının 17 dekabr 2019-cu il tarixdən işdən azad edilməsi, eyni zamanda yuxarıda sözügedən məhkəmə aktlarının icrasından yayınmaq məqsədini də daşıyır. Bu baxımdan, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan onun qanunsuz işdən çıxarılması barədə 13 iyun 2019-cu il tarixli əmrin məhkəmə qaydasında ləğv edildməsilə əlaqədar, məhkəmə qərarının icrası qaydasında əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini təmin etməli olduğu halda bunu etməmiş, eləcə də məhkəmə aktının icrası öhdəliyindən yayınmaq üçün 26 sentyabr 2022-ci il tarixli əmri verməklə, məhkəmə qərarının icrasını faktiki olaraq təmin etməmiş, bununla da işə bərpa olunmaq və məcburi işburaxmaya görə əmək haqqımı almaq hüququndan onu (iddiaçını) məhrum etmişdir. Bu səbəbdən də cavabdehin 26 sentyabr 2022-ci il tarixli əmri qanunsuz olmaqla bərabər, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ aktlarında təsbit olunan və qorunan hüquqlarımın pozulması ilə nəticələnmişdir. Cavabdeh orqan onunla bağlanmış əmək müqaviləsini 26 sentyabr 2022-ci il tarixli əmrlə 17 dekabr 2019-cu il tarixdən pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində təsbit olunan inzibati xəta hadisəsini də törətmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 68, 71-ci maddələrinə, Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinə, əsaslanaraq, məhkəmədən cavabdehin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, iddia ərizəsində göstərilən tələb əsassız hesab olunur və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı 13 iyun 2019-cu il tarixdə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2- 1(112)-161/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(103)- 1240/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli 2-1(102)-953/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-197/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Nazirliyin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli 2-1(102)-1134/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Nazirliyin 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 4 saylı region üzrə X2 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi ilə bağlı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişiklik edilməklə, məhkəmə qərarı tam şəkildə icra edilmişdir. Bununla bağlı Nazirlik tərəfindən 20 sentyabr 2022-ci il tarixli **********5 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir. Sözügedən məhkəmə prosesi davam etdiyi dövrdə 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə X4 Xidmətinin Bakı şəhəri üzrə regional mərkəzləri ləğv edilmişdir. Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmri ilə Bakı şəhəri regional idarənin əməkdaşlarının bir qismi yeni yaradılmış Bakı şəhər İdarəsinə keçirilmiş, bəzi əməkdaşların dövlət orqanının ləğvi ilə əlaqədar olaraq tutduqları vəzifələrdən azad edilmişlər. Qeyd edilən şəbəbdən məhkəmə qərarının hüquqi nəticələrini təmin etmək məqsədi ilə ilk növbədə İddiaçı adı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilmə idi. Bununla bağlı 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmr verilmiş, İddiaçı əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq orqanın ləğvi ilə xitam verilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»na uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əməkhaqqının 1,7 misli həcmində işdənçıxma müavinəti ödənilmişdir. Növbəti mərhələdə iddiaçı Nazirliyə dəvət edilmiş, ona analoji iş təklifi verilmiş, Nazirliyin 3 may 2023-cü il tarixli 3-17/3-4-679/2023 nömrəli əmri ilə o, X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Nazirliyin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmrində hər hansı qanun pozuntusuna yol verilməmiş, həmçinin həmin əmrin yaratdığı hüquqi nəticə ilə iddiaçı hazırda analoji vəzifədə qulluq keçir. Qeyd edilən əmrə oxşar Nazirliyin digər əmri məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli 2-1(103)-613/2021 iş üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli 2-1(102)-1927/2021 nömrəli iş üzrə qərarları ilə iddia təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 120-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Dövlət qulluğu haqqında» Qanunun 3-cü maddəsində Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlət qulluğunun əsas vəzifəsi kimi təsbit olunmuşdur. Həmin Qanunun 4.1-ci maddəsinə görə dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: (4.1.1) qanunçuluq; (4.1.10) dövlət qulluqçularının potensialının səmərəli istifadəsi və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası. Həmin Qanunun 33.1-ci maddəsinə görə dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (33.1.2) dövlət orqanı ləğv edildikdə. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 25.1-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir, Nazirliyin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri ilə onun bağlanmış əmək müqaviləsinə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.6-cı maddəsinə istinadən (vəzifəsinin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı 13 iyun 2019-cu il tarixli əmri qismən mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-197/2022 saylı iş üzrə 25 fevral 2022-ci il tarixli qərarı ilə həmin əmr ona aid hissədə ləğv edilmişdir. Sözügedən məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1134/2022 saylı 4 iyul 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və İPM-in 98.1ci maddəsinə əsasən həmin tarixdə qüvvəyə minmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmri ilə Nazirliyin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrinin 1.3-cü yarımbəndi (İddiaçı aid hissədə) ləğv edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmri ilə Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı məzmunda 3.2, 4.2 və 5.2-ci bəndlər əlavə olunmuşdur: “3.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunıa bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.2. Əmək müqaviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanı ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməklə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqla dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası»nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətinə ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının X5 təqdim edilsin. 5.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin.” İddiaçı hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrini mübahisələndirir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmri «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında» Nazirliyin 17 dekabr 2019-cu il tarixli əmrinin icrası barədədir. Məhkəmə hazırkı işin hallarını, o cümlədən iddiaçının və iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərini mövcud qanunvericiliyin müddəaları baxımından qiymətləndirərək cavabdehin mövqeyi ilə razılaşmır və iddianı əsaslı sayır. Bu qənaətin əsaslandırılması üçün məhkəmə cavabdeh tərəfindən hazırlı mübahisə predmeti olan 26 sentyabr 2022-ci il tarixli əmrin qəbulu üzrə aparılmış inzibati icraatda müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: 1) Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrin qəbulu üzrə inzibati icraatı marağına toxunulan şəxs kimi hazırkı iddiaçını məlumatlandırmamış və onu icraata cəlb etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 26 dekabr 2022-ci il tarixli əmr yalnız İddiaçı barəsindədir, eləcə də bir neçə il əvvəl verilmişdir və iddiaçı tərəfndən məhkəmə qaydasında mübahisələndirilmiş 13 iyun 2019-cu il tarixli əmrə əlavədir. Bununla da, cavabdeh inzibati orqan «İnzibati icraat haqqında» Qanunun 21.1, 21.2, 25.1-ci maddələrinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, həmin Qanunun 21.3-cü maddəsində göstərilənlər hazırkı işin halları ilə uzlaşmır. 2) Cavabdeh inzibati orqanin **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrinin qəbulu məhkəmə qaydasında mübahisələndirilmiş və iddiaçıya aid hissədə ləğv olunmuş 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına maneə yaratmışdır. Belə ki, inzibati orqan 26 sentyabr 2022-ci il tarixli əmrlə özünün 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə İddiaçı münasibətdə əlverişsiz vəziyyət yaradan müvafiq əlavəni etməklə, onu bir müddət əvvəl məhkəmə aktı ilə işə bərpa olunması nəticəsində “məcburi işburaxmaya görə” almalı olduğu pul vəsaitindən (əmək haqqı) də məhrum etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanununun 67.3-cü maddəsində Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması ilə həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması təsbit olunmuşdur (qanunla başqa hal nəzərdə tutulmamışdır). Qeyd olunmalıdır ki, İddiaçı Nazirliyin 3 may 2023-cü il tarixli 3-17/3-4-679/2023 nömrəli aktı ilə X2 Abşeron-Xızı regional şəbəsinin baş məsləhətçisi – baş əmək müfəttişi vəzifəsinə təyin olunsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli ərizəsində “işə bərpa olunması”nı xahiş etmişdir. Beləliklə, **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmrin qəbulunda cavabdeh həmçinin «İnzibati icraat haqqında» Qanunun 10, 17-ci maddələrinin, eləcə də «Dövlət qulluğu haqqında» Qanunun 3, 4.1.1-ci maddələrinin tələblərinə riayət olunmasını təmin etməmişdir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın **********4 nömrəli 26 sentyabr 2022-ci il tarixli əmri qanunsuz əlverişsiz inzibati aktdır və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə əsaəsn ləğv edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-4433/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4433/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver