Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4452/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P, m.0. ünvanında fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində aparılmış plandankənar yoxlama nəticəsində qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, noyabr 2023-cü il tarixli YPK/0750-23 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərarından məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P, m.0. ünvanında fiziki şəxs və sahibkar kimi iddiaçının nəzarətində fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində 02 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən alınmış Çıxarışına və Azərbaycan Respublikasının X1 “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən daxil olmuş vətəndaş müraciəti əsasında regional bölmənin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilmişdir. Regional Bölmə yoxlamanın nəticəsi üzrə belə qərara gəlmişdir ki, “ictimai iaşə müəssisəsində plandankənar şəkildə aparılmış yoxlama zamanı 79 ədəd olmaqla müxtəlif adda və həcmdə olan alkoqollu içkilər aşakarlanmışdır. Belə ki, yoxlama zamanı alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi əməkdaşlarımız tərəfindən müşahidə edilmişdir. Həmçinin sözügedən içkilərə dair müşaiyət edici sənədlər yoxlamaya təqdim edilməmişdir. Polisin müdaxiləsi ilə birgə baxış nəticəsində sözügedən məhsulların yoxlama üçün zəruri dəlil olması heçə sayılaraq həmin spirtli içkilərin müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilməsi faktı üzə çıxmışdır. DİN-nin əməkdaşları tərəfindən bu fakt müşahidə olunaraq təsdiq edilmişdir. Yoxlama zamanı aşkarlanmış spirtli içkilərin ictimai iaşə müəsisəsinin səlahiyyətliləri tərəfindən gizlədilməsi halları müəyyən edildikdən sonra, regional bölmənin əməkdaşları oradan uzaqlaşdırılmışdır”. Fəaliyyət müddəti ərzində dövlət tərəfindən müəyyən olunmuş vergiləri və kommunal xərcləri problemsiz qaydada ödənilmişdir, həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qida məhsullarının satışını həyata keçirilmişdir. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin Bakı Regional bölməsi (vəzifəli şəxsi) “Tüstü Pub” ictimai iaşə müəssisəsinin vəzifəli şəxsi kimi barəsində 15 noyabr 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31 və 447.0.6-cı maddələrinə istinad edərək 2000 (iki min ) manat məbləğində cərimələmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023-cü il tarixli qərarın surəti X1 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərilən ünvanda mənə təqdim edilmişdir. Qəbul edilmiş qərardan məlum olur ki, Qərardan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə və Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununa uyğun olaraq, qərar təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Cavabdehin əməkdaşları özlərini təqdim etmədən, birbaşa ictimai iaşə müəssisəsinə girmiş, guya ki, vətəndaşların şikayəti daxil olduğundan plandankənar yoxlama aparılacağı bildirilmişdir, lakin daxil olmuş müraciət mənə təqdim edilmədiyi səbəbindən, regional bölmənin əməkdaşları oradan uzaqlaşdırılmışdır. Sonrakı gün isə özlərini təqdim etdikdən sonra, yoxlama aparılmış və müvafiq qərarlar qəbul edilmişdir ki, həmin qərarları əsassızdır.Səlahiyyətli orqanın “məhsullar müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilmişdir, əməkdaşlar müəssisədən uzaqlaşdırılmışdır” kimi irəli sürdüyü arqumentlərin əsası yoxdur. Belə bir hal müşahidə olunmamışdır. Əksinə, Regional İdarənin əməkdaşları yoxlama apardıqları zaman, məhsulların saxlandığı şəraiti, qablaşdırmanı və s. nəzərdə tutulan halların çəkilişini aparmışdır. Əşyaların və sənədlərin götürülməsi, müvafiq protokolun tərtib edilməsi, vəzifəli şəxs kimi təqdim edilməsi, inzibati xətanın mahiyyəti barədə məlumat verməsi qanunauyğun şəkildə həyata keçirilməmişdir. Tərəfimdən qida məhsullarının satışı müxtəlif çeşidlərdə olmaqla qanunauyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2023-cü il 2 noyabr tarixində vətəndaş X2 “1003 - Çağrı Mərkəzi”nə edilən müraciəti əsasında həmin tarixli YPK/0099-23 saylı “Yoxlamanın aparılması haqqında Qərar”a əsasən, fərdi sahibkar İddiaçı məxsus “Tüstü Pub” ictimai iaşə müəssisəsində 2 noyabr - 4 noyabr tarixləri arasında yoxlamanın aparılması nəzərdə tutulmuşdur. 2023-cü il 2 noyabr tarixində yoxlama zamanı şikayətdə qeyd edildiyi kimi, kustar üsullarla hazırlanmış içkilərin və digər saxtakarlıq əlamətləri aşkar olunmuş 79 ədəd müxtəlif çeşiddə və həcmdə spirtli içkilər müəyyən edilmişdir. Dərhal sonra Agentliyin nümayəndələri həmin məhsulları seçərək aktlaşdırdığı zaman ictimai iaşə obyektinin səlahiyyətli şəxsləri tərəfindən məcburi şəkildə müəssisədən kənarlaşdırılmışlar. Bu zaman Agentliyin əməkdaşları tərəfindən DİN-nin əməkdaşları yoxlamanın aparılmasının və şəffaflığın təmin olunması məqsədilə yoxlamaya cəlb edilmiş və ictimai iaşə obyektində təkrar baxış aparılmışdır. Bu zaman əvvəldə qeyd edilən kustar üsullarla hazırlanmış saxta spirtli içkilərin müəssisə tərəfindən gizlədilməsi, saxlanc sahəsindən çıxarılması və yoxlamaya təqdim edilməməsi faktı ilə üzləşilmişdir. Buna görə də məsələ ilə bağlı fərdi sahibkar İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə (nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsi) əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İddiaçı həmin qərardan məhkəməyə şikayət vermiş və bununla bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı qəbul edilmişdir. Həmin qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin 2024-cü il 29 yanvar tarixli 3(103)-150/2024 saylı qərarına əsasən, İddiaçı şikayəti təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yoxlama zamanı obyektdəki mallardan nümunə götürülməsinə mane olmuş, daha sonra həmin obyektdə polis əməkdaşları ilə birlikdə daxil olarkən isə həmin mallar obyektdə aşkar edilməmişdir. Spirtli içkilərin kustar üsulla hazırlanması onların qablaşdırılmasının da vizual olaraq görünmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xətalara dair işlər üzrə apellyasiya instansiyasının qərarından əlavə şikayət verilməsi və ya kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli 3(103)- 150/2024 saylı qərarı qətidir və ondan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin əməkdaşlarının müəssisədən məcburən kənarlaşdırılması, saxta məhsulların aşkar edilməsi və yoxlayıcılardan gizlədilməsi faktları məhkəmələr tərəfindən də təsdiqini tapmış və əsaslı faktlardır. Bu məsələnin əlavə mübahisə predmetinə çevrilməsi hazırkı qanunvericiliyin tələblərinə əsasən mümkün deyil və İddiaçı əməli inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş və müvafiq qaydada məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində “Yoxlamanın nəticələri üzrə” qərarı mübahisələndirərkən hər hansı əsaslı sübut irəli sürmür və ya qərarın hansı səbəbdən əsassız olduğu faktını qeyd etmir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyinin Bakı regional bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YPK/0099-23 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 40-da yerləşən “Tüstü Pub” restoranına insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olduğu üçün xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YPK/0750-23 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0-da yerləşən fiziki şəxs İddiaçı Elmar oğluna insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olduğu üçün xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə plandankənar yoxlama aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, KY232058619 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlayıcı orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, yoxlanılan sahibkarın adı İddiaçı Elman oğlu, yoxlama obyekti: “Tüstü Pub” kafesi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0, yoxlamanın tipi növbədənkənar, yoxlamanın təyin edilməsi üçün əsas: İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi, fiziki şəxs tərəfindən müraciət (məlumat), yoxlama müddəti: xx.xx.2023-xx.xx.2023-cü il. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin “Yoxlayıcının texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxaran və skanerdən) istifadəsi ilə bağlı yoxlanılan sahibkar və ya onun nümayəndəsinə məlumatın verilməsi faktını öz imzası ilə təsdiqləməsi və ya imtina etməsi barədə” aktda qeyd olunmuşdur, biz-“böyük məsləhətçi X4, məsləhətçi X5”, sahibkar İddiaçı Elmar oğlu, Balabəyov E.Ş-in iştirakı ilə bu aktı tərtib etdik ondan ötrü ki, Azərbaycan Respublikasının X1 yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli, YPK/0750-23 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli nömrəli çıxarışına əsasən aparılan yoxlama zamanı S901820 seriya nömrəli yaxa kamerasından istifadə edilməsinə heç bir etiraz sahibkar və səlahiyyətli nümayəndəsi tərəfindən yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YPK/0750/2023 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərardan görünür ki, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər fiziki şəxs İddiaçı Elmar oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0 ünvanda fəaliyyət göstərən obyekt yalnız müvafiq qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş keyfiyyət və təhlükəsizliyi təsdiq edən sənədləri olan Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olan qida məhsullarının satışı həyata keçirilməsidir. Pozuntuların aradan qaldırılması müddəti 30 gündür.Qeyd edilmişdir ki, aşkar olunmuş pozuntular xx.xx.2023-cü il tarixinədək aradan qaldırılsın və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilsin, inzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqgında işə dair zəruri tədbirlərin görülməsi təmin edilsin, qərar tərəfə rəsmi qaydada təgdim olunduğu gündən güvvəyə minir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN1314074 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən İddiaçı Elmar oğlu İXM-in 447.0.6-cı maddəsi ilə təqsirli bilinmiş və 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)- 6074/2023 nömrəli qərarına əsasən şikayətçi İddiaçı Elmar oğlunun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN1314074 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-150/2024 nömrəli qərarına əsasən İddiaçı Elmar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6074/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixdə mübahisələndirərək 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsassızdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: -2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -4.1. Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. -4-1.1. Yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları vardır: 4-1.1.1. yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq; 4-1.1.2. yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək; 4-1.1.3. yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq; 4-1.1.4. yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq. -4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.4. yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq; 4-2.1.5. bu Qanunun 6-cı fəslində müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək; -13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. -13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. -14.1. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. -16.1.3-cü maddəsinə əsasən, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır. Həmin Qanunun 16.7-ci maddəsinə əsasən, bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:
1. əvvəlki müraciətlərin doğruluğu;
2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması;
3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi;
4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1 -ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, yoxlama nəticəsində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və yoxlayıcı orqanın səlahiyyətlərinə uyğun olmalıdır. Həmin Qanunun 33.2.2-ci maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında 33.2.4. məsuliyyətə səbəb olan digər qanun pozuntuları aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilir. 33.6. Yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində aşağıdakı məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir: 33.6.1. yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi; 33.6.2. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementlərinə istinadla aşkar edilmiş qanun pozuntuları; 33.6.3. yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərar (pozuntu aşkar olunduqda, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.9-cu yarımbəndinə əsasən, qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) Agentliyin səlahiyyətlərinə aiddir. İşin hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli vətəndaş müraciəti əsasında Agentliyin yoxlamanın aparılması haqqında qərarı əsasında İddiaçı Elmar oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0 ünvanda fəaliyyət göstərən obyektdə plandankənar yoxlama keçirilmiş və yoxlama ilə kustar üsullarla hazırlanmış içkilərin və digər saxtakarlıq əlamətləri aşkar olunmuş 79 ədəd müxtəlif çeşiddə və həcmdə spirtli içkilər müəyyən edilmiş, Agentliyin nümayəndələri həmin məhsulları seçərək aktlaşdırdığı zaman ictimai iaşə obyektinin səlahiyyətli şəxsləri tərəfindən məcburi şəkildə müəssisədən kənarlaşdırılmış, cavabdehin vahid məlumatdan reyestrdən çıxarışına əsasən ictimai iaşə obyektində təkrar baxış aparılmış, bu zaman əvvəldə qeyd edilən kustar üsullarla hazırlanmış saxta spirtli içkilərin müəssisə tərəfindən gizlədilməsi, saxlanc sahəsindən çıxarılması və yoxlamaya təqdim edilməməsi faktı ilə aşkar olunduğundan cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə yoxlamanın nəticələri rəsmiləşdirilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.6-cı maddəsinə əsasən aşkar edlmiş pozuntuların aradan qaldırılması, müvafiq qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti tərəfindən verilmiş keyfiyyət və təhlükəsizliyi təsdiq edən sənədləri olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olan qida məhsullarının satışının həyata keçirilməsi kimi görülməli olan tədbirlər sadalanmış, eyni zamanda iddiaçı barəsində inzibati xəta haqqında iş üzrə zəruri tədbirlərin görülməsi qərara alınmışdır. Nəticədə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə (nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsi) əsasən, barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 (iki min) manat məbləğində cərimə edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli 3(103)-150/2024 saylı qərarına əsasən, İddiaçı şikayəti təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxsdən daxil olmuş müraciətə dair Agentliyin Bakı regional bölməsi tərəfindən qida təhlükəsizliyi tələblərinə dair plandankənar (növbədənkənar) yoxlama aparılmış, keçirilən yoxlama zamanı iddiaçıya qida təhlükəsizliyinə riayət olunması ilə bağlı icrası məcburi göstərişlər verilmiş, qanunvericiliyin tələbləri izah edilmiş, inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli 3(103)-150/2024 saylı qərarında qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yoxlama zamanı obyektdəki mallardan nümunə götürülməsinə mane olmuş, daha sonra həmin obyektdə polis əməkdaşları ilə birlikdə daxil olarkən isə həmin mallar obyektdə aşkar edilməmişdir. Spirtli içkilərin kustar üsulla hazırlanması onların qablaşdırılmasının da vizual olaraq görünmüşdür. Məhkəmə hazırkı inzibati məhkəmə icraatında cavabdehin inzibati xəta haqqında icraata başlamaq barədə fəaliyyətini deyil, həmin fəaliyyətə qədər inzibati orqanın apardığı icraatın, “İnzibati icraat haqqında” Qanun və qida təhlükəsizliyi, sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı tələblərinə uyğunluğunu yoxlamış və bu icraat çərçivəsində cavabdehin hərəkətlərində iddiaçının qanunla qorunan hüquq və mənafelərinin pozulmasını müəyyən etməmişdir. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı olan qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təqsiri müəyyən edilmiş inzibati xəta işi üzrə qərarın yoxlanılması və ödəmiş olduğu cərimənin sonradan geri tələb edilməsinin hüquqi əsası yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova