Məhkəmə qərarları › İş №e-2-1(112)-448/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-448/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-448/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında “xx.xx.2005-ci il tarixli, 1675/1 saylı Qərarı ilə X5 adına sənədləşdirilmiş və hal-hazırda da bələdiyyə sənədlərinə əsasən iddiaçının mərhum həyat yoldaşının adında olan 2,5 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı xxxxna ("xxxx" ASC-yə) cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın iddiaçının mərhum ərinə məxsus olan 2,5 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, müvafiq texniki sənədlərin həmin hissədə etibarsız hesab edilməsi, aparılmış müvafiq qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən həmin hissədə silinməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında “xx.xx.2005-ci il tarixli, 1675/1 saylı Qərarı ilə X5 adına sənədləşdirilmiş və hal-hazırda da bələdiyyə sənədlərinə əsasən iddiaçının mərhum həyat yoldaşının adında olan 2,5 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı xxxxna ("xxxx" ASC-yə) cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın X6 məxsus olan 2,5 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, müvafiq texniki sənədlərin həmin hissədə etibarsız hesab edilməsi, aparılmış müvafiq qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən həmin hissədə silinməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəminin hazırki iş üzrə qəbul etdiyi 12 mart 2024-cü il tarixli Qərardadı ilə "xxxx" MMC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X5 təsisçisi olduğu "xxxx" İstehsalat-Kommersiya firması ilə xxxx arasında müxtəlif vaxtlarda Kredit müqavilələri bağlanmışdır ki, bunlardan da biri də xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi olmuşdur. Həmin kredit müqaviləsinin qüvvədə olduğu müddətdə təsərrüfat fəaliyyətində yaranmış çətinliklərlə bağlı olaraq "xxxx" İstehsalat-Kommersiya firmasının öhdəliklərinin icrasında ləngimələr olmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2020-ci il tarixində "xxxx" İstehsalat-Kommersiya firması tərəfindən, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakların məhkəmədənkənar qaydada satılmaqla borcun ödənilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixində "xxxx" MMC tərəfindən hərrac təşkil edilmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar xxxx tərəfindən alınmışdır. Bununla da, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmişdir. Lakin, sonradan bank guya borcun tam ödənilməməsi ilə bağlı əsassız tələblər irəli sürmüşdür. Bununla bağlı olaraq, banka qarşı hazırki iddia ilə bağlı olmayan ayrıca tələbi vardır. Qeyd edim ki, yaranmış sözügedən mübahisənin gedişində "xxxx" İstehsalat-Kommersiya firması ilə həmin bankın hüquq münasibətlərinin arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, həmin bank təşkilatı "xxxx" İstehsalat-Kommersiya firmasının təsisçisinin özünün qanuni sahiblik və istifadəsində olmuş daşınmaz əmlak obyektlərini (torpaq sahəsi və tikililəri) firmanın təsərrüfat fəaliyyəti ilə bağlı aralarında yaranmış kredit öhdəliklərinin ˝izəvə˝ olaraq qanunsuz yollarla ələ keçirərək buraya sahiblik etməyə başlamışdır. Bu qanunsuzluqdan mən və ailə üzvlərim bir müddət öncə xəbər tutmuşuq. İddiaçının ərinin vəfatından bir müddət keçənə kimi həmin torpaq sahəsi həmin bank təşkilatı tərəfindən ələ keçirilməsini bilməmişdir. İddiaçının əri "xxxx" İstehsalat-Kommersiya firmasının təsisçisi X9 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Vəfatından sonra vərəsəliklə bağlı sənədləşmə və rəsmiləşmə işləri aparılarkən X5 adına torpaq sahəsinin mövcud olmasına dair sənədlər aşkar edilmişdir. Həmin sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, X9 xx.xx.2005-ci il tarixində torpaq sahəsi almaq barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ərizə və toplanmış müvafiq sənədlər əsasında xx.xx.2005-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 1675/1 saylı Qərar verilmişdir. Həmin qərara əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2.5 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair Akta əsasən müvafiq haqq X8 Əli oğlu tərəfindən ödənilmişdir (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 676397 saylı Kassa mədaxil orderinin qəbzi). X2 məxsus bələdiyyə sənədləri onun vəfatından sonra ailə üzvləri tərəfindən aşkar edildikdən sonra məsələnin dəqiqləşdirilməsi üçün tərəfimizdən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə müraciət olunmuş, əmlaka dair müvafiq sənədlər təqdim edilmiş, dəqiqləşdirmələr aparılması və hüququmuzun pozulmasının üzə çıxarılması xahiş edilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlaka bələdiyyənin səlahiyyətli şəxslərinin iştirakı ilə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, həmin əmlak xxxx tərəfindən qanunsuz olaraq, heç bir müvafiq sənədləşmə işləri aparılmadan ələ keçirilmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olmayan 2.5 ha torpaq sahəsi və onun üzərində olan tikililərlə bağlı "xxxx" İstehsalat-Kommersiya firmasının mərhum direktoru X4 məcburi şəkildəİltizamalınmış, həmin torpaq sahəsi və tikililər qanunsuz yolla - öhdəliyin qanunvericiliklə müəyyən edilən təminatlardan biri olmadan həmin əmlakın sözügedən bankın sahibliyinə keçirilməsi üçün notariat təsdiqli ərizə tərtib etdirilmişdir. Halbuki, birgə nikah dövründə əldə edildiyi və nikah münasibəti zamanı əldə edilmiş pul vəsaiti hesabına alındığı üçün həmin əmlak üzərində sərəncam verilməsinə nikah tərəfinin, yəni iddiaçının razılığı tələb olunurdu. Lakin, onun notariat qaydasında təsdiqlənməli olan yazılı razılıq ərizəsi olmadan sözügedən əmlak - torpaq sahəsi və üzərindəki tikililər bank tərəfindən zəbt edilmişdir. Qeyd edilən torpaq sahəsi və üzərindəki tikililər birgə nikah dövründə əldə edilmiş əmlak olduğuna görə onun icazəsi olmadan bu daşınmaz əmlakın 3-cü şəxslərə verilməsi qanuna ziddir. Qeyd edilən torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada torpaq vergisi, ortada belə bir ərizənin olmasına rəğmən, vəfatına qədər də mərhum əri tərəfindən ödənilmiş, vəfat etdikdən sonra isə iddiaçı tərəfindən ödənilməkdədir. Hal-hazırda, iddiaçı faktiki olaraq, həmin torpaq sahəsinə dair istifadə və sərəncam vermək hüququndan, sahiblənmək və faydalanmaq hüququndan, eləcə də əmlakın sənədləşdirilməsini tamamlayıb başa çatdırmaqdan, daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirməklə bağlı inunaq˝ gözlənti˝ hüququndan məhrum olunmuşdur. İddiaçı sözügedən torpaq sahəsinin bank tərəfindən zəbt edilməsi ilə bağlı sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir, mülki və digər hüquqlarımı gerçəkləşdirə bilmirəm. xxxxna qarşı "xxxx" İstehsalat-Kommersiya firması ilə birlikdə iddia qaldıraraq, pul tələbi ilə birlikdə, eyni zamanda da, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli,1675/1 saylı Qərarı ilə X5 adına sənədləşdirilmiş və hal-hazırda da onun adında olan 2,5 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə sözügedən cavabdeh bank təşkilatından geri alınmasına və naturada təhvil verilməsinə, iddiaçının sahiblik və istifadə hüquqlarının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Həmin iddia ərizəmizin əmlak hüquqlarının təmin olunması ilə bağlı hissəsi pul tələbindən ayrılaraq aidiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsində qeyd edilən əmlakımızın cavabdeh bank təşkilatından geri alınmasına və naturada təhvil verilməsinə, iddiaçının sahiblik və istifadə hüquqlarının təmin olunmasına dair tələbinə baxılacaqdır. Lakin, bankın mübahisəli torpaq sahəsi ilə bağlı qanunsuz yolla əldə etdiyi çıxarışları təqdim etməsi bizi həmin çıxarışları Bakı İnzibati Məhkəməsində mübahisələndirmək məcburiyyəti qarşısında qoymuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 59 ünvanında yerləşən əmlak kompleksi üzərində xx.xx.2022-ci il tarixli, 1926 nömrəli Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ASC “Xalq” Bankının icarə hüquqları qeydiyyata alınmışdır. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə iştirakçısının xx.xx.2022-ci il tarixli, 03 nömrəli Qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadə hüquqları qeydə alınmışdır.

Faktiki hallar və sübutlar:

Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 1675/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 2.5 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 714 ünvanında yerləşən əmlak kompleksi "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda qeyd edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, icarə əsasında "xxxx" MMC-nin istifadəsindədir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1926 nömrəli 28 aprel 2022-ci il tarixli Müqavilədən görünür ki, bundan sonra “icarəyəverən” adlandırılacaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini bir tərəfdən və bundan sonra “icarəçi” adlandırılacaq "xxxx" ASC olmaqla, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi. 59 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 35510.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir Hazırda iddiaçının tələbi ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın iddiaçının mərhum ərinə məxsus olan 2,5 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, müvafiq texniki sənədlərin həmin hissədə etibarsız hesab edilməsi, aparılmış müvafiq qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən həmin hissədə silinməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 8.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.

İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxsin adına dövlət qeydiyyatına alınması(icarə əsasında) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1926 nömrəli 28 aprel 2022-ci il tarixli Müqavilə əsasında həyata keçirilmiş və həmin müqavilə qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin çıxarışın ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının üçüncü şəxsə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair aktın ləğvinə nail olduğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1926 nömrəli 28 aprel 2022-ci il tarixli müqavilə qüvvədədir, iddiaçının hazırkı iddiası- üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi tələbi mümkün deyidir. Beləliklə, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə dəlilləri iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 25 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixli 1926 saylı icarə müqavilənin mübahisələndirilməsi ilə bağlı hazırlıq işləri gedir və ən qısa müddətdə səlahiyyətli məhkəməyə müvafiq iddia ərizəsi təqdim ediləcək”. İddiaçının bu ərizəsinin məzmunundan da görünür ki, ona bəllidir ki arzuladığı məqsədə nail olmaq üçün hazırki iddia ilə deyil, digər müvafiq iddia ilə ümumi məhkəməyə müraciət etməlidir.

9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X1 torpaq sahəsinin alqısatqı qaydasında ayrılması haqqında “xx.xx.2005-ci il tarixli, 1675/1 saylı Qərarı ilə X5 adına sənədləşdirilmiş və hal-hazırda da bələdiyyə sənədlərinə əsasən iddiaçının mərhum həyat yoldaşının adında olan 2,5 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı xxxxna ("xxxx" ASC-yə) cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın iddiaçının mərhum ərinə məxsus olan 2,5 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, müvafiq texniki sənədlərin həmin hissədə etibarsız hesab edilməsi, aparılmış müvafiq qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən həmin hissədə silinməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 11.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar