Məhkəmə qərarları › İş №e-2-1(112)-4493/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4493/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4493/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın qismən ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarı ləğv etmək və EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 64.000,80 manat məbləğində cavabdeh tərəfindən hesablanmış vergini iddiaçıya geri qaytarmaq vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi xx.xx.2023-cü il tarixli qərardad ilə “cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarının qismən - 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə ləğv edilməsi və həmin qərarın 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrinin aradan qaldırılması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV-ləri üçün qeydiyyata alınmaqla “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” üzrə fəaliyyət göstərməkdədir. İddiaçı 2022-ci ilin aprel ayı üçün əvəzləşmə aparılması məqsədilə ƏDV bəyannaməsini cavabdehə təqdim etmişdir. Lakin əvəzləşmənin təqdim edilmiş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan cavabdeh findən əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir və bu barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********086700 nömrəli qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixli **********086700 nömrəli aktın ləğv edilərək EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 63984,6 manat ƏDV məbləğinin əvəzləşməsini nəzərə almağı hesablanmış vergi məbləğini azaltmağı xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, **********041800 nömrəli qərarı ilə Qapalı Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2022-ci il və 08.2022-ci il tarixli inzibati şikayətlərin təmin edilməməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul lmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli aktının dəyişdirilmədən saxlanılması barədə qərar (bundan sonra “Qərar”) qəbul etmişdir. Cavabdeh qərarında göstərmişdir ki, “İddiaçı "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixli EBBT seriyalı '737 dəyəri 355 470,00 manat (ƏDV-si 63 984,60 manat) olan elektron qaimə-fakturanı əldə etmişdir, həmin fakturada “Malın adı” səsində Calsium Bromide(CaB2) adlı mal qeyd edilmişdir. "xxxx" MMC-nin fəaliyyətinin təhlili zamanı elektron qaimə- tura məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 manat (ƏDV ilə) dəyərində lsium Bromide(C aB2)" adlı malın təqdim edildiyi halda həmin mallar xx.xx.2022-ci il tarixədək müəssisənin alışında və idxalında əyyən edilməmişdir.” Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul xli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların M eyarları”nın 2.1.1-ci və 3.1.1-ci ımbəndlərinə uyğun olaraq "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********100 nömrəli Qərar qəbul edilmişdir. Halbuki iddiaçı tərəfindən 2022-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı "xxxx" MMC ilə bağlı qərarı xx.xx.2022-ci il tarixdə qəbul iş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən müvafiq məlumatlar daxil edildiyi görür. xx.xx.2022-ci il tarixdə isə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumat mövcud tamışdır. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, İddiaçının cəmiyyətlə apardığı əməliyyat xx.xx.2022-ci il tarixə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi tamışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən iddiaçıya 64.000,80 nat məbləğində əlavə vergi hesablanmasına üçün əsas mövcud olmamış, bununla da Cavabdeh qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən cavabdeh iddiaçının əmtəəsiz, yaxud riskli əməliyyat aparması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, iddiaçının riskli əməliyyat apardığına görə riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul etməmişdir. Halbuki VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o nlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz sahələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv uğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi anının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci ddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin vcudluğunu sübut etməlidir. Digər tərəfdən Cavabdeh səthi araşdırma aparmış, "xxxx" MMC tərəfindən malların istehsal edilmə faktını yoxlamamışdır, olan elektron qaimə-faktura məlumatları əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 nat (ƏDV ilə) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın təqdim edildiyi halda həmin malların xx.xx.2022-ci il tarixədək müəssisənin idxalında müəyyən edilmədiyini aşkarlamış və bununla kifayətlənmişdir. Beləliklə, göstərilənlərə əsasən Cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan hesab edirik ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu Cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də ia təmin edilməli və xx.xx.2022-ci il tarixli, **********041800 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar ləğv lərək,"Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli arın ləğv edilməsi və EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 64.000,80 manat məbləğində Cavabdeh tərəfindən hesablanmış verginin iddiaçıya geri qaytarmaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 avqust 2022-ci il tarixli, **********086700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 64.000,80 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (04.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı 97637 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 63984.6 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 63984,6 manat kənarlaşma yaranmışdır.

5. Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası tərəfindən eyni əsaslarla xx.xx.2022-ci il tarixli qərarla dəyişdirilmədən saxlanmışdır.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərə münasibətdə bildirilmişdir ki, uçot-baza məlumatına əsasən vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” olduğu və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 28-30-cu kilometr ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan İddiaçı adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2020-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Həmçinin, qeyd olunan dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşməyə təqdim edilmiş **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 457,22 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 441,02 manat təşkil etdiyi üçün 16,20 manat kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********362900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin aprel ayı üzrə 64 000,80 manat vergi məbləğləri hesablanaraq xx.xx.2022-ci il tarixli **********086700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022ci il tarixli EBBT seriyalı 976737 dəyəri 355 470,00 manat (ƏDV-si 63 984,60 manat) olan elektron qaimə-fakturanın əldə edildiyi müəyyən edilmişdir. Qeyd olunan elektron qaiməfakturanın “Malın adı" hissəsində Calsium Bromide (CaB2) adlı mal qeyd edilmişdir. "xxxx" MMC-nin fəaliyyətinin təhlili zamanı elektron qaimə-faktura məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 manat (ƏDV ilə) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın təqdim edildiyi 2 halda həmin mallar xx.xx.2022-ci il tarixədək müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli 221**********100 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli məktub göndərilməsinə, Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə və qeyd edilən məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmasına baxmayaraq, vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədlər araşdırmaya təqdim edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC- nin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyatlar apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi əsasında “mikrotomların və ya qazvə ya tüstü analizatorların" idxal edildiyi müəyyən edilmişdir. Qeyd olunan yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 441,02 manat təşkil etdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə 2 457,22 manat ƏDV məbləği əvəzləşdirilmiş və kameral vergi yoxlaması ilə həmin yük gömrük bəyannaməsi üzrə əvələşdirilən ƏDV məbləği 2 441,02 manat olaraq nəzərə alınmışdır. İnzibati şikayətlərin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Cəmiyyətin rəhbəri X5 Cəmiyyətin müraciətləri üzrə xx.xx.2022-ci il tarixdə araşdırmada iştirak edərək, şikayətlərin məzmununa uyğun izahat vermişdir. Anar Bağırov araşdırmaya təqdim etdiyi izahatında "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə əldə olunmuş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura əsasında Calsium Bromide adlı malın faktiki olaraq Cəmiyyət 3 tərəfindən həmin vergi ödəyicisindən əldə olunduğunu, həmin tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısında olmadığını, "xxxx" MMC-dən 2022- ci ilin aprel ayı ərzində Calsium Bromide adlı malı əldə etdiklərinə baxmayaraq, həmin vergi ödəyicisinin alışında və ya idxalında qeyd olunan malın olmaması barədə məlumatlarının olmadığını və qarşı tərəfdən Cəmiyyətə həmin malın istehsal malı olduğu barədə məlumat verildiyini bildirmiş və yenidən kameral vergi yoxlaması keçirilərək hesablanmış verginin ləğv olunmasını xahiş etmişdir. Beləliklə, uçot-baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında 355 470,00 manat (ƏDV-si 63 984,60 manat) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın əldə etdiyini iddia etdiyi və qeyd olunan elektron qaimə-fakturanın 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin ("xxxx" MMC-nin) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin araşdırmada iştrak etmədiyini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyatlar çərçivəsində əldə olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini və Cəmiyyət tərəfindən idxal edilmiş mallar üzrə tərtib edilən xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləğinin 2 441,02 manat təşkil etdiyini nəzərə alaraq, inzibati şikayət təmin edilməmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

8. Məhkəmənin hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Lokal Gəlirlər Baş İdarəsi ilə dəyişdirilmişdir.

9. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

10. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

13. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar üzrə iddiaçı yuxarı inzibati orqana müraciətlər etmiş, yuxarı inzibati orqanın apellyasiya şurasının yekun xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarın iddiaçıya nə vaxt tədim edildiyi müəyyən edilmir. İddiaçı buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

14. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

15. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

16. İddiaçıya aid şəxsi hesab vərəqəsindən görünür ki, həmin cavabdeh tərəfindən həmin qərar faktiki olaraq xx.xx.2022-ci il tarixdə icra olunaraq iddiaçının artıq ödəmə müəyyən edilmiş vergi məbləği 64.000,80 manat azaldılmışdır. Odur ki, iddia tələbinin 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrinin aradan qaldırılması mübahisələndirilən hissədə inzibati aktın icrasının nəticələrinin aradan qaldırılması ilə bağlıdır və cavabdeh qurum həmin artıq ödəmə məbləğini şəxsi hesab vərəqəsində bərpa etməklə qərarın icrasının nəticələrini aradan qaldıra bilər.

17. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 avqust 2022-ci il tarixli, **********086700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 64.000,80 manat əlavə vergi hesablanmışdır.

19. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

20. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

21. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

23. Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli 221**********100 nömrəli qərar qəbul edilmişdir. İddiaçının isə ondan əvvəl "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixli EBBT seriyalı 976737 dəyəri 355470 manat (ƏDV-si 63984,60 manat) elektron qaimə ilə mal əldə etdiyi müəyyən edilmişdir. Qeyd olunan qaimə-fakturanın “Malın adı” hissəsində Calsium Bromide (CaB2) adlı mal müəyyən edilmişdir.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin Calsium Bromide (CaB2) adlı malı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Azneft” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında “Azneft” İstehsalat Birliyi qarşısındakı öhdəliyini icra etmək məqsədilə müntəzəm olaraq tədarük edir. İddiaçı həmin halın təsdiqi olaraq çoxsaylı elektron qaimələr təqdim etmişdir. Həmin elektronqaimələr iş materiallarına əlavə edilmişdir. Odur ki, iddiaçı həmin (CaB2) adlı malı digər şəxslərlə yanaşı, həm də "xxxx" MMC-dən satın almışdır.

25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

29. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarı qismən - 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə ləğv edilsin. xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarının 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələr aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar