Məhkəmə qərarları › İş №e-2-1(112)-4534/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4534/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4534/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı mənzillə təmin olunma öhəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X6 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilə qədər əlilliyi olmuş və Tovuz Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə güzəştli imtiyazlarla mənzil uçotuna alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 131 saylı sərəncamı ilə X3 mənzil uçotu Tovuz rayonundan çıxarılaraq 4 nəfər ailə üzvü ilə birlikdə Abşeron rayon İcra Hakimiyyətində güzəştli mənzil uçotuna götürülmüşdür. X6 vəfat etdiyindən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli Sərəncamı ilə mənzil növbəsi həyat yoldaşı İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə (özü və 2 oğlu) adına saxlanılmş və mənzil uçotunun tarixi Tovuz RİH-də növbəyə götürüldüyü tarixdən, yəni xx.xx.2014-cü il tarixdən hesab edilmişdir. İddia tələbi və tələbin əsaslandırılması, cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə İİ qrup birinci Qarabağ müharibəsi əlili kimi götürülmüş ev növbəliyinin həyat yoldaşı İddiaçı adına saxlanılması barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 131 saylı sərəncamı əsasında iddiaçının evlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad dedərək iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum yoldaşının ev növbəliyinin onun adında saxlanılması hüquqlarının nə vaxt həyata keçiirlməsi ilə bağlı cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Agentlik 3-17-3/2-33278/2023 № li, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə mərhum X3 xx.xx.2021-ci il tarixdə bitdiyini bildirmişlər. Həmin məktub qanunsuz və əsassızdır. Belə ki, mərhuma əlillik təyin olunarkən həmin məktubda adı çəkilən səlahiyyətli orqan olan TSEK əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ətraflı şəkildə araşdıraraq təyin etmişdir. Bundan başqa mərhuma əlilik verilməsinə səbəb olan həmin hərbi travma ilə əlaqədar olaraq o, daima nevropotoloq və psixiatr tərəfindən müyainə və müşahidələrdə olmuş, səhhətində baş vermiş nevroloji və psixolji sarsıntılarla əlaqədar olaraq daima psixi dərman preparatları qəbul etmişdir. Həmçinin mərhum müalicələr alarkən onun xəstəlik kitabçasında əsas diaqnozu şəxsiyyət, davranış pozğunluğu kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamədə bildirilir ki, Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Xüsusiilə vurğulamaq lazımdır ki, X3 əlilliyi döyüş zamanı hərbi travma nəticəsində olmuşdur. Buradan da aydın görünür ki, cavabdeh təşkilat tərəfindən işin faktiki halı tam, hərtərəfli araşdırılmamışdır. Cavabdehin istinad etdiyi imtina əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 24 iyul 2021-ci il tarixində mərhum həyat yoldaşı X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı bitmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının mənzil növbəsinə alınmasının yubanmasının səbəbi icra hakimiyyəti olmuşdur. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mərhum əri X5 xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 131 saylı Sərəncamından çıxarışa əsasən RİH başçısı yanında Mənzil-Məişət Komissiyasının 29 aprel 2022-ci il tarixli 07 saylı protokolu təsdiq edilmiş, Abşeron rayonu, Masazır kənd ərazi dairəsi, Masazır kəndi, Afiq Abdullayev küçəsi, ev 30 F ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı İİ qrup əlili kimi Abşeron Rayon İcra Hakimiyyətində 4 (dörd) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: -özü, həyat yoldaşı, 2 oğlu) güzəştli mənzil uçotuna götürülmüş, vətəndaş X3 mənzil uçotunun tarixi Tovuz Rayon İcra Hakimiyyətində növbəyə götürüldüyü tarixdən, yəni xx.xx.2014-cü il tarixdən hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 87 saylı Sərəncamından çıxarışa əsasən RİH başçısı yanında Mənzil-Məişət Komissiyasının 12 aprel 2023-cü il tarixli, 06 nömrəli protokolu təsdiq edilmiş, Abşeron RİH başçısının 04 may 2022-ci il tarixli, 131 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə İİ qrup birinci Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülmüş X6 vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı 3 (üç) nəfər ailə tərkibi (ailəsi: özü, 2 oğlu) adına saxlanılmış və mənzil uçotunun tarixi Tovuz RİH-də növbəyə götürüldüyü tarixdən, yəni xx.xx.2014-cü il tarixdən hesab edilmişdir. X3 əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş verilmiş və “Göndərişin natamam doldurulmasısəbəb: Ağırlaşmanı təsdiqləyən köməkçi diaqnostik müayinə ətraflı qeyd edilsin:” əsası ilə Mərkəzə geri göndərilmişdir. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə mərhum X3 xx.xx.2021-ci il tarixdə bitdiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 87 saylı Sərəncamı ilə mənzil növbəsinə götürülmüş X6 vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı 3 (üç) nəfər ailə tərkibi (ailəsi: özü, 2 oğlu) adına saxlanılmış və mənzil uçotunun tarixi Tovuz RİH-də növbəyə götürüldüyü tarixdən, yəni xx.xx.2014-cü il tarixdən hesab edilmişdir. Cavabdeh iddiaçının müracətini təmin etməkdən imtina edərkən iddiaçının mərhum ərinin əlilliyinin müddətinin xx.xx.2021-ci ildə bitməsinə istinad edir. Lakin işdən göründüyü kimi, mənzil növbəsinin iddiaçının adına saxlanılması barədə yerli icra hakimiyyətinin sərəncamı mövcuddur. Digər tərəfdən həmin X1 ailə üzvləri ilə birlikdə mənzil uçotuna alınmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli, № 213 № li Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 № li qərarı: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; Sadalanan normalardan göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalar müəyyən edilmiş və həmin Qaydalara görə ailə üzvü dedikdə iki şərtin eyni anda ödənilməsi nəzərdə tutulmuşdur: Bunun üçün iddiaçının 1) ölmüş şəxsin Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsəsi olmalı və 2) əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən iddiaçının vəfat edən həmin şəxsin ailə kimi qeydiyyata alınmış şəxs olmalıdır. Hazırkı işdə Qaydaların tələbləri ödənildiyi, həmçinin iddiaçının mənzil uçotuna dair qüvvədə olan Sərəncam olduğu halda, cavabdeh iddiaçının ərinin əlilliyinin müddətinin bitməsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, işin hallarına iddia tələbinin tam təmin edilməsinə əsas vermir. Belə ki, cavabdeh orqanın imtinası hüquqi mövqe ilə bağlı olduğundan məhkəmə cavabdehin hüquqi mövqeyini yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir. Lakin mənzillə təmin edilmə növbəlilik qaydasında olmaqlaq müvafiq prosedurlara tabedir. Hazırkı halda cavabdeh imtinasında qeyd edilən dəlillə bağlı məhkəmənin hüquqi mpvqeyini nəzərə almaqla yenidən inzibati icraat aparmaqla iddiaçının müraciətinə yenidən baxmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərurəti vardır. Çünki iddiaçının mənzillə təmin edilməsi barədə cavabdeh tərərəfindən müvafiq qərarın qəbul edilməsi, qanunvericliyin tələbləri ilə yanaşı, iddiaçının mənzil növbəsinin güzəştli və ya adi olması, mənzil növbəliliyinin çatıb-çatmaması, iddiaçıya düşən yaşayış sahəsinin mövcud olub-olmaması kimi halların araşdırılmasından asılıdır. Cavabdeh inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı mənzillə təmin edilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər üçün iddia tələbinin mahiyyəti üzrə təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı mənzillə təmin edilməsi barədə müraciətinə dair inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Qərardan şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar