Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-455/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********098100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********098100 saylı İddiaçı MMC-nin şəxsi hesabdan silinmiş 337.523,69 manat məbləğinə dair qəbul edilmiş qərarın İddiaçı MMC-yə aid hissəsində qərarının ləğv edilməsinə dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən 337.523,69 manat məbləğində ƏDV depozit hesabından silinmişdir. Silinmiş məbləğ qanunvericiliyin tələblərinə ziddir və iddiaçının depozit hesabına qaytarılmalıdır. İddiaçı tərəfindən mütəmadi olaraq malların idxal edilməsi, işlərin görülməsi əməliyyatı aparılmışdır. Məbləğin silinməsi ilə bağlı bildiriş xx.xx.2020-ci ildə qeyd edilsə də, bildiriş iddiaçıya elektron formada xx.xx.2020-ci ildə daxil olmuşdur və məbləğin silinməsi ilə bağlı qərar göndərilməmişdir. İddiaçı qanunsuz silinmiş məbləğin geri qaytarılmasına dair xx.xx.2020-ci ildə cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. İddiaçı cavabdehlə əlaqə yaratdıqdan sonra xx.xx.2020-ci ildə qərar barəsində öyrənə bilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, vergi ödəyicisinin tələb etmə müddəti bitmiş artıq ödəmə məbləğinin hesablanması zamanı 5 il əvvəlki tarixə mövcud olan artıq ödəmə məbləğindən 5 il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən hesablanmış vergi məbləğləri (azalmalar nəzərə alınmaqla) çıxılmaqla “Vergilər üzrə vərəqə” hissəsindən "xxxx" hissəsinə keçirilir. Müəssisənin şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində olan tələb etmə müddəti bitmiş 337523,69 manat artıq ödəmə məbləğin "xxxx" hissəsinə keçirildiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən geri qaytarılmasını istədiyi 337523,69 manatı 5 il ərzində tələb edə və yaxud əvəzləşdirə bilərdi. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********098100 saylı qərardan görünür ki, qərara əlavə edilən qoşmada göstərilən 73 vergi ödəyicisinin 01 sentyabr 2020-ci il tarixinə kimi dövlət büdcəsinə ödənilmiş 54.331.885,10 manat məbləğin qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddətinin bitmiş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli 9/6331 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixinə (şəxsi hesab vərəqəsinin çap olunma tarixinə) 446582,37 manat məbləğində artıq ödənişinin olması müəyyən edilir. Yəni 337523,69 manat məbləğinin 5 illik tələbetmə müddəti ötməmişdir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla 337523,69 manat məbləğinin 5 illik tələb etmə müddətinin ötməməsi şəxsi hesab vərəqəsində olan yazılışlardan da aydın şəkildə görünür. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, İddiaçı MMCnin artıq ödənişləri ardıcıl olaraq xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinə (şəxsi hesab vərəqəsinin çap olunma tarixinə) qədər yaranmış və bu müxtəlif dövrlərdə artmış və ya azalmışdır (şəxsi hesab vərəqəsində əks olunmuş hesablanma, azalma, ödəniş və s. yazılışlar səbəbindən). Eyni zamanda qeyd edilir ki, şəxsi hesab vərəqəsinin artıq ödəmə qrafasında əks olunmuş artıq ödəmənin yaranması ƏDV, MTFSV və sadələşdirilmiş vergi ilə bağlıdır. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********098100 saylı qərara əsasən 73 vergi ödəyicisinin, o cümlədən İddiaçı MMC-nin 01 sentyabr 2020-ci il tarixinə kimi dövlət büdcəsinə ödənilmiş 54.331.885,10 manat məbləğin (iddiaçıya aid 337523,69 manat) qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddətinin bitmiş hesab edilməsi qərara alınmışdır. Lakin iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edildi ki, iddiaçının 337523,69 manat məbləğinin 5 illik tələbetmə müddəti ötməmişdir. Göründüyü kimi, 337523,69 manat artıq ödəmə məbləği kimi Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi hissəsinə keçirilsə də, həmin məbləğin 5 illik tələbetmə müddətinin ötməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********098100 saylı qərar (İddiaçı MMC-nin şəxsi hesabdan silinmiş 337523,69 manat məbləğinə dair) İddiaçı MMC-yə aid hissəsində ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(112)-455/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-455/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver