Məhkəmə qərarları › İş №e-2-1(112)-4570/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4570/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4570/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dovlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli **********661400 nömrəli tələbin icraya yönəldilməsi haqqında Qərarın ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildiri ki, İddiaçı ********** saylı vergi odəyicisinin eyniləşdirmə nomrəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dovlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində qeydiyyatdan keçmişdir. Səbail rayonu icra məmuru tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dovlət Vergi Xidmətinin Bakı şəhəri X6 uzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli **********331200 nomrəli, xx.xx.2020-ci il tarixli **********336700 nomrəli xx.xx.2021-ci il tarixli **********752900 nomrəli, xx.xx.2020-ci il tarixli **********320800 nomrəli, xx.xx.2020-ci il tarixli **********337400 nomrəli, xx.xx.2020-ci il tarixli **********338100 nomrəli Qərarları (bundan sonra “Qərarlar”) xx.xx.2021-ci il tarixində **********661400 nömrəli tələbin icraya yönəldilməsi haqqında Qərarla icraya yönəldildiyi bildirilmişdir. Yuxarıda adları çəkilən Qərarlar iddiaçıya təqdim olunmamışdır. Tələbin icraya yonəldilməsi haqqında Qərar isə birbaşa Qərarı qəbul edən orqan tərəfindən deyil, İcra şobəsi tərəfindən ona çatdırılmışdır. Sonuncu qeyd olunan tələbin icraya yonəldilməsi haqqında Qərarda istinad olunur ki, Qərarların nəticə hissəsində maliyyə sanksiyasının 10 gun ərzində odənilməsi tələb olunmuş və Qərardan onu aldıqdan sonra Vergi Məcəlləsinin 62.3-cu maddəsinə əsasən 3 ay muddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək huququ bildirilmişdir. Bundan əlavə tələbin icraya yonəldilməsi haqqında Qərarda qeyd olunur ki, Qərarlarda gostərilən muddətdə borc ödənilmədiyinə gorə borcluya bildirişlər, xəbərdarlıqlar, tələbnamələr göndərilmişdir. Yuxarıda qeyd olunan bildirişlər, xəbərdarlıqlar, tələbnamələr İddiaçıya rəsmi qaydada çatdırılmamışdır. Dolayısı ilə “İnzibati icraat haqqında” Qanunun 82.3-cu maddəsi pozulmuşdur....Qeyd olunanları nəzərə alaraq, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dovlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli **********661400 nömrəli tələbin icraya yönəldilməsi haqqında Qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı 17 mart 2021-ci il tarixli **********661400 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarın ləğv edilməsinə dair iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. İddia tələbindən də göründüyü kimi, iddiaçı ““Tələbin icraya yönəldilməsi" barədə qərarın ləğv edilməsini xahiş etməklə prosesual pozuntuya yol vermişdir. Belə ki, borcu yaradan hüquqi sənəd (borcun yaranmasına hüquqi əsas) “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə müxtəlif dövlərdə qəbul edilmiş qərarlar olmuşdur və iddiaçı həmin qərarların ləğvi tələbi ilə məhkəməyə müraciət etməli idi. Belə ki, “Tələbin icraya yönəldilməsi” barədə qərar icra xarakterli qərar olub iddiaçı üçün bilavasitə hər hansı hüquqi nəticə yaratmır, hüquqi nəticə yaradan qərarların "“Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarların icrası məqsədi daşıyır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi orqanının **********043600 saylı xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaların 2.1-ci bəndinə əsasən “Hesablanmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyaları qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə dövlət büdcəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində, “Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 15-11-ci maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan fondlara borclar yaranır ki, onların da vergi orqanları tərəfindən alınması həyata keçirilir”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İstinad edilən qərarda inzibati aktın hüquqi nəticələr yaratması ilə bağlı qeyd edilmişdir ki, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Buna uyğun olaraq qeyd edilir ki, Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanı tərəfindən qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu cür qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdır. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, -iddiaçı ilə cavabdeh arasında 14 fevral 2010-cu il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. -Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********317000 nömrəli, 19 fevral 2020-ci il tarixli qərarına əsasən 2017-ci il hesabat dövrü üzrə, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi bəyənnaməsinin təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən 2.330,74 manat vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. -Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********320800 nömrəli, 19 fevral 2020-ci il tarixli qərarına əsasən 2018-ci il hesabat dövrü üzrə, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi bəyənnaməsinin təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən 2.297,46 manat vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. -Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********331200 nömrəli, 19 fevral 2020-ci il tarixli qərarına əsasən 2019-cu il hesabat dövrü üzrə, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi bəyənnaməsinin təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən 4.537,75 manat vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış **********661400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən İddiaçı tərəfindən İddiaçı tərəfindən 4.629,31 manat əsas, 1.689,70 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 6.419,01 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkarlqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********331200 nömrəli, xx.xx.2020-ci il tarixli **********336700 nömrəli, xx.xx.2021-ci il tarixli **********752900 nömrəli, xx.xx.2020-ci il tarixli **********320800 nömrəli,xx.xx.2020-ci il tarixli **********337400 nömrəli,xx.xx.2020-ci il tarixli **********338100 nömrəli qərarları xx.xx.2021 -ci il tarixindən icraya yönəldilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********752900 saylı Qərara əsasən İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumatın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “vergi borcunun ödənilməsinə dair” xx.xx.2021-ci il tarixli, **********26 saylı bildirişdən görünür ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi borcunun 5 gün müddətinə ödənilməsi tələb edilmişdir. -“Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında” **********752900 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumatın əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisi İddiaçı 100 manat məbləğində maliyyə sanskiyası hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********661400 nömrəli “Tələbin icraya yönəldilməsi” barədə qərarın ləğv edilməsin tələb etməkdə onun hansı hüquqlarının pozulduğu müəyyən edilmir. Belə ki, göründüyü kimi, borcun yaranmasının hüquqi əsası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” müxtəlif dövlərdə qəbul edilmiş qərarlar olmuşdur və iddiaçı həmin qərarların ləğvi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, “Tələbin icraya yönəldilməsi” barədə qərar icra xarakterli qərar olmaqla iddiaçı üçün birbaşa hər hansı hüquqi nəticə yaratmamaqla “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarların icrasının həyata keçirilməsi məqsədini daşıyır. Lakin göründüyü kimi iddiaçı tərəfindən sözügedən qərarlar məhkəmə qaydasında mübahisələndirilməmiş, birbaşa İqtisadiyyat Nazirliyi yanında Dovlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli **********661400 nömrəli tələbin icraya yönəldilməsi haqqında Qərarın məhkəmə qaydasında ləğv edilməsi tələb edilmişdir ki, sözügedən qərarın ləğv edilməsi nəticəsində hər hansı hüquqi nəticə əldə olunmayacağı, əhəmiyyətsiz hərəkətlə nəticələnəcəyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci madəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara əsasən Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” müxtəlif dövlərdə qəbul edilmiş qərarlardan irəli gərələk qəbul edildiyindən, beləliklə iddiaçıya münasibətdə müstəqil olaraq hüquqi nəticə yaratmadığından, həmin qərarın inzibati akt kimi inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Beləliklə, müzakirə edilən bütün xüsusatları nəzərə alan məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın mümükünlük şərtləri ödənilmədiyindən hazırki iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar