Məhkəmə qərarları › İş №e-2-1(112)-4580/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4580/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4580/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzilin X3 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, 62 saylı mənzilin X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı nümayəndəsi və vəkili Vəkil 25 oktyabr 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti ev 100 mənzil 62-nin İddiaçı ölmüş əri X3 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Dövlət Arxivinin Bakı filialının BA-0xx-xx-2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə Nizami Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli, 169 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncam xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000-ci il tarixli olmaqla orada X4 barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 100 saylı evin, 62 saylı mənzilinə dair verilmiş Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 169 saylı sərəncamı ilə bağlı 1 saylı Bakı ərazi idarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-01421- 2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq, Nizami Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli, 169 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncam xx.xx.2000-ci il tarixli deyil, xx.xx.2000-ci il tarixli olmaqla orada X4 barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda qeyd etmişdir ki, iş üzrə İddiaçı xx.xx.2022-ci ildə vəfat etmiş həyat yoldaşı X1 mülkiyyət hüququnun qeydiyyata alınıb, bu barədə arayışın verilməsini iddia etdiyi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin, 62 saylı, 3 otaqlı mənzili Dövlət mülkiyyətində və Dövlət mənzil fonduna aid olmaqla, Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı və onun uşaqları X6 və X9 həmin ünvanda, ünvan 1atda olub, həmin mənzildə də daimi yaşamaqla, onlar heç zaman 100 saylı evin 62 saylı mənzildə yaşamamışlar. Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Əsasnamə üzrə vəzifələrinə uyğun olaraq Birliyin balansında olan mənzil fondunun qorunub saxlanılmasını və texniki baxışını təmin etməklə, həmçinin, mənzil qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti də həyata keçirir. Dövlət mülkiyyətində və Dövlət mənzil fonduna aid olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin, 62 saylı mənzili yalnız bir müddət öncə, heç bir icazəverici sənədləri olmadan vətəndaş İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyindən, həmin mənzildən onların çıxarılması ilə bağlı iddia tələbi üzrə 2(007)- 225/2024 saylı mülki iş hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatındadır. Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Belə ki, Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-52-13-7/2-89/24 saylı ərizədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə vəfat etmiş həyat yoldaşı X1 mülkiyyət hüququnun qeydiyyata alınıb, bu barədə arayışın verilməsini iddia etdiyi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin, 62 saylı, 3 otaqlı mənzili Dövlət mülkiyyətində və dövlət mənzil fonduna aid olmaqla, Bakı şəhəri Nizami rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan: Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 169 nömrəli sərəncamının surətindən görünür ki, Q.Qarayev prospekti 100 nömrəli evin 62 nömrəli mənzilinin kirayəçisi xx.xx.1966-cı il tarixli 55313 nömrəli orderə əsasən X8 bu ünvandan qeydiyyatdan çıxmışdır. Bu mənzildə onun kürəkəni X4 ailə tərkibi bir nəfər olmaqla yaşayır. X4 mənzilin kirayə müqaviləsinin dəyişdirilməsini və onunla kirayə müqaviləsinin bağlanmasını İcra Hakimiyyətindən xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti Q.Qarayev prospekti 100 nömrəli evin 62 nömrəli mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi və göstərilən yaşayış sahəsinə X4 ilə kirayə müqaviləsinin bağlanmasını qərara almışdır. 558368 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, X4 ilə X13 arasında xx.xx.2010-cu ildə nikah bağlanmışdır. Arvad “Məmmədova” soyadı verilmişdir. 326824 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. “Qanun üzrə vərəsəlik haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamədən görüünr ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 arvadı, ünvan 1atda olan İddiaçı, oğlu, ünvan 1atda olan X6 və oğlu, ünvan 1atda olan X5 hər biri miras əmlakdan 1/3 hissə pay almalıdır. Məhkəmənin sorğusuna cavabde olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Nizami Rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam X7 xidməti mənzilin verilməsi ilə bağlı olmuşdur. Həmçinin sərəncamın arxiv nüsxəsindən görünür ki, 169 nömrəli sərəncam 12 may deyil 05 aprel 2000-ci il tarixlidir. Üçüncü şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 26 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 52 saylı, xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Q.Qarayev prospekti, 100 saylı binanın, 62 saylı mənzilində İddiaçı və oğlu X10 qeydiyyatsız yaşayır. Üçüncü şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş “Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısı”ndan görünür ki, Q.Qarayev prospektində yerləşən 100 saylı bina 26 MKİS balansındadır. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış xx.xx.2024cü il tarixli 3-21-3/2-10670/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 100 ünvanında yerləşən yaşayış binası üçüncü şəxsin balansında olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Registrdən çıxarış, əmlak haqqında məlumat məktuba əlavə edilmişdir. Yaşayış binasının registr nömrəsi ***-*******8, kodu 85 olaraq göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 100, mənzil 62-nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə, iddiaçı tərəfindən sözügedən mənzilin onun mərhum əri Ə.Məmmədova ayrılmasına dair sərəncama istinad edilsə də həmin sərəncamın arxiv nüsxəsi aşkar edilməmiş, 2000-ci il üzrə arxiv nüsxəsi aşkar edilən eyni nömrəli sərəncamın isə tarixinin fərqli olduğu, başqa şəxsə xidməti mənzilin verilməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Mənzilin Nizami rayon MKTB-nin balansında olduğu, sonuncu tərəfindən isə iddiaçının əri ilə hər hansı mənzil kirayə müqaviləsinin bağlanmadığı aşkar olunmuşdur. Eyni zamanda, sözügedən mənzilin iddiaçının ailə üzvlərinə ayrılmasına dair hüquqi və texniki sənədlər aşkar olunmamışdır. Sərəncamın nömrəsinə münasibətdə isə məhkəmə bildirir ki, il ərzində sərəncamlar ardıcıl olaraq nömrələnməklə verilir, eyni təqvim ilində müxtəlif tarixlərdə (hazırkı vəziyyətdə sərəncamın arxiv nüsxəsinə münasibətdə sonrakı tarixdə) eyni nömrə ilə sərəncamın verilməsi yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının mərhum ərinə hüquqların məxsus olması haqqında arayışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının ərinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, mənzil 62-nin X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X16.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar