Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4616/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qeydiyyatda olduğu vergi orqanına 14 avqust 2021-ci il tarixdə təqdim edilmiş 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 sentyabr 2021-ci il tarixli **********094700 nömrəli Qərarla əsassız və qanunsuz olaraq 66.037,74 manat əlavə olaraq ƏDV vergisi hesablanmışdır. İddiaçı 5 iyul 2019-cu il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və həmin tarixdən etibarən yalnız tək əsas polad tökmə fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı müxtəlif vətəndaşlardan vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə alış aktları və yaxud digər vergi ödəyicilərdən e-qaimələr əsasında metal qırıntıları alaraq onlardan armatur və yaxud digər metal məhsulları istehsal edərək həm ölkədə, həm də xaricdə həmin məhsulları satır. Belə ki, iddiaçı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci ıl tarixədək dövr ərzində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 14 elektron vergi qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV-si 66.037,75 manat) məbləğində metal qırıntısı almış və 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin vergi orqanı iddiaçıya 23 avqust və 1 sentyabr 2021-ci il tarixdə uyğunzusluq məktubları göndərməklə "xxxx" MMC ilə apardıqları əməliyyatların riskli olduğunu qeyd etmişlər. Həmin məktublara cavab olaraq iddiaçı tərəfindən 24 avqust və 4 sentyabr 2021-ci il tarixlərdə cavab məktubarı göndərilmiş və izah edilmişdir ki, həmin şirkətlə əməliyyat apararkən və şirkət tərəfindən müəssisəyə e-qaimə təqdim edərkən “etaxes.gov.az”dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 29 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək dövr ərzində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının həmin MMC ilə apardığı bütun əməliyyatlarını riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatlar nəticəsində e-qaimələr üzrə ƏDV əvəzləşməsini qəbul etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəvicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. Beləliklə, kameral vergi yoxlamasının nəticəsi üzrə cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 sentyabr 2021-ci il tarixli **********094700 nömrəli Qərarla əsassız və qanunsuz olaraq iddiaçıya 66.037,74 manat ƏDV hesablamışdır. Daha sonra, iddiaçı həmin hesabat dövrü üzrə, yəni 2021-ci ilin iyul üzrə bir daha dəqiqləşmiş ƏDV bəyannaməsi təqdim edərək "xxxx" MMC-dən əldə etdiyi elektron vergi qaimə-fakturaları əvəzləşməyə daxil etsə də, cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 dekabr 2021-ci il tarixli **********612600 nömrəli Qərarla yenidən iddiaçıya 66.037,74 manat ƏDV məbləğini bərpa etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili 28 fevral 2022-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarının tam və xx.xx.2022-ci il tarixli **********471300 nömrəli qərarının 14866,60 manat hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, vergi ödeyicisi tərəfindən xx.xx.2021-ci il tarixində 2021-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində EBBE seriyalı 334040 nömrəli, EBBE seriyalı 146097 nömrəli, EBBE seriyalı 300754 nömrəli, EBBE seriyalı 063049 nömrəli, EBBE seriyalı 300803 nömrəli, EBBE seriyalı 481577 nömrəli, EBBE seriyalı 482150 nömrəli, EBBE seriyalı 326802 nömrəli, EBBE seriyalı 326510 nömrəli, EBBE seriyalı 415825 nömrəli, EBBE seriyalı 416115 nömrəli, EBBE seriyalı 300623 nömrəli, EBBE seriyalı 068052 nömrəli, EBBE seriyalı 481860 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş, qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğlərinin 0.00 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********125200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 55156,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********612600 nömrəli “Vergilərin, sosial sığortal işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili 06 aprel 2022-ci il tarixdə, elektron qaydada “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarının tam və xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarının 14866,60 manat hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarına əsasən, iyul 2021-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 66.037,75 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarına əsasən, noyabr 2021-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.833,54 manat təşkil etmişdir; Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarı tam və xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarı 14866,60 manat vergi məbləğinin hesablanması hissədə təşkil edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin faktiki hallarından göründüyü kimi, iddiaçının xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC (VÖEN: **********) ilə (13 elektron qaimə-faktura), xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC (VÖEN: **********) ilə (14 elektron qaimə-faktura) aparılan əməliyyatlar cavabdeh tərəfindən riskli hesab olunmuş, elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsi qəbul edilməmiş və vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək, hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 13 elektron qaimə-faktura əsasında 82.592,22 manat (ƏDV 14.866,60 manat), xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlayaraq 14 elektron qaimə-faktura əsasında 366.876,39 manat (ƏDV 66.037,75 manat) məbləğində metal qırıntısı almışdır. Göründüyü kimi, hal-hazırda qərarların qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş qərarların surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC (VÖEN: **********) isə xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarı tam, xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarı 14866,60 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********612600 nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********421900 nömrəli qərarı 14866,60 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4616/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4616/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver