Məhkəmə qərarları › İş №e-2-1(112)-4629/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4629/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4629/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı MMC-nin (hazırda "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndələri X5, X6 və X3 iştirakı ilə, İddiaçı MMC-nin (hazırda "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (hazırda "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cəmiyyət barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46066/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-285668/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46066/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 285668/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********190310 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.(Həmin qərardadın mətnində buraxılmış yanlışlıq məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə düzəldilmişdir.) İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 285668/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********190310 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cəmiyyət barəsində xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46066/2024 nömrəli qərarla 2023-cü ilin mənfəət vergisi üzrə 36104,43 manat məbləğində hesablama aparılmışdır. Həmin qərar qanunsuzudur. Müəssisə tərəfindən 2023-cü il üzrə gəlir və xərclər qanunvericiliyə uyğun şəkildə aparılmış və təqdim edilən bəyannamədə əks olunan xərclərin hər birinə dair təsdiqedici sənədlər mövcud olmuşdur. Lakin cavabdeh faktiki olaraq çəkilmiş bank xərclərini və sosial sığorta xərclərini görməzdən gəlmişdir. Halbuki qeyd olunanlara dair məlumat cavabdehdə mövcuddur. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “Bütün tiplərdən olan yaşayış binalarının, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi”ndən ibarət olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 2024-cü ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bir sıra elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunması barədə elektron uyğunsuzluqlar aşkar edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********958200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin sentyabr ayı ƏDV bəyannaməsi üzrə 925525,48 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********305000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Riskli hesab edilmiş əməliyyatlar üzrə uyğunsuzluqlar qarşı tərəfin riksli vergi ödəyicisi olması barədə qərar çıxdıqdan sonra aşkar edilir. Belə ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçının əməliyyatlar həyata keçirdiyi "xxxx" MMC-nin (**********), "Krause İnşaat” MMCnin (**********), “Alituran Tikinti" MMC-nin (**********), "X8" MMC-nin (**********, "xxxx" MMC (**********), "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi olduqları müəyyən edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinə bacxış keçirilmişdir. Baxış zamanı vergi ödəyicisinin faktiki fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Habelə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfat subyektlərinə baxış keçirilmişdir. Vergi ödəyicisinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən təsərrüfat subyektində müşahidə aparılmış və vergi ödəyicisinin nümayəndəsinin anbar kimi göstərdiyi obyektin yarımitikili olduğu müşahidə edilmişdir. ünvan 1 ünvanında yerləşən "anbar” adlanan təsərrüfat subyektinə vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə keçirilən müşahidə zamanı isə anbar kimi göstərilən yerin boş olduğu müşahidə edildi. Eyni zamanda ünvan 2 ünvanında yerləşən ofis təsərrüfat subyektinin ünvanı qeyri-müəyyən olduğu üçün müçahidə aparılması məqsədilə vergi ödəyicisinin rəhbəri ilə əlaqə saxlamaq mümkün olmamış eyni zamanda özünü vergi ödəyicisinin nümaəyəndəsi kimi təqdim edən şəxs tərəfindən isə müxtəlif bhanələr gətirilərək, obyektə baxış keçiirlməsi mümkün olmamışdır. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-46066/2024 nömrəli qərar xx.xx.2024-cü il tarixdə qəbul olunmaqla, xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən oxunmaqla qəbul edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2-46066/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı "Topxana Layihə İnşaat” MMC-də 2023-cü ilin məfəət vergisinin də əhatə olunduğu səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2024-cü il tarixli SVY aktı qəbul olunmuşdur. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2004-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin "Bütün tiplərdən olan yaşayış binalarının, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi”ndən ibarət olduğu müəyyən edilmişdir. İddiaçı MMCnin (VÖEN **********) 2024-cü il üzrə təqdim edilmiş mənfəət Vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin hesablama metodu ilə təqdim etdiyi bəyannamənin "Xammal və materiallar” (221.3-cü), "Malın dəyəri” (221.4-cü), "Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri” (221.8-ci), "Yanacaq xərcləri” (221.9-cu), "Su və kanalizasiya xərcləri” (221.10-cu), "Rabitə xərcləri” (221.11-ci), "Mühafizə xərcləri” (221.12ci), "Reklam xərcləri” (221.14- cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 4357487.97 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 149868.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (2627478.57 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 1495475.56 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri” nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 4272822.13 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 149868.00 manat) çıxılması nəticəsində yaranan (4122954.13 manat) məbləğin müqayisəsi nəticəsində 234533.84 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Əlavə olaraq vergi ödəyicisi tərəfindən hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 5826971.83 manat + 201 -ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 540000.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat + 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 6366971.83 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 8595869.86 manat - həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 409cu sətrində (Cəmi hesablanmış aksiz) 0 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********142300 nömrəli " Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin Mənfəət Vergisi bəyannaməsi üzrə 492686.5 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********513500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285668/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü il sentyabr ayı üzrə 925.525,48 manat əlavə vergi məbləği hesablanmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********190310 nömrəli qərarı ilə İddiaçı MMC barəsində ümumilikdə 822.085,09 manat vergilər və 460.421,02 manat maliyyə sanksiyası hesablanmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” nömrəli qərarı ilə iddiaçı barəsində 2024-cü il üzrə əlavə 492.686,50 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı ilə "xxxx" MMC ən sonuncu xx.xx.2023-cü il tarixli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyatlar həyata keçirilmişdir. İddiaçı ilə "xxxx" MMC ən sonuncu xx.xx.2023-cü il tarixli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyatlar həyata keçirilmişdir. İddiaçı ilə "xxxx" MMC ən sonuncu xx.xx.2022-ci il tarixli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyatlar həyata keçirilmişdir. İddiaçı ilə "xxxx" MMC ən sonuncu xx.xx.2023-cü il tarixli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyatlar həyata keçirilmişdir. İddiaçı ilə “X9” MMC ən sonuncu xx.xx.2022-ci il tarixli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyatlar həyata keçirilmişdir. İddiaçı ilə "xxxx" MMC ən sonuncu xx.xx.2022-ci il tarixli olmaqla elektron qaiməfakturalar əsasında əməliyyatlar həyata keçirilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********423900 nömrəli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli, **********424600 nömrəli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli, **********425300 nömrəli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli, **********426000 nömrəli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli, **********427700 nömrəli qərarı ilə “X9” MMC, xx.xx.2023-cü il tarixli, **********219800 nömrəli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285668/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2024-cü il sentyabr ayı üzrə 925.525,48 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********190310 nömrəli qərarı ilə İddiaçı MMC barəsində ümumilikdə 822.085,09 manat vergilər və 460.421,02 manat maliyyə sanksiyası hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” nömrəli qərarı ilə iddiaçı barəsində 2024-cü il üzrə əlavə 492.686,50 manat mənfəət vergisi hesablanmışdır. Məhkəmə iş materiallarını araşdırıraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-285668/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı üzrə hesablamaya dair aşağıdakıların qeyd edilməzi zəruridir. İş materiallarında olan cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2024-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən iddiaçının 2022-ci və 2023-cü illərin müxtəlif ayları üzrə aldığı mala (işə, xidmətə) görə qarşı tərəflərə ödədiyi ƏDV məbləğinin əvəzləşdirilmədən çıxarıldığı, 2024-cü ilin sentyabr ayına ƏDV üzrə hesablama aparıldığı müəyyən olunur. Cavabdeh qeyd olunan əməliyyatları əmtəəsiz hesab edərək Vergi Məcəlləsinin 175.11-ci maddəsini tətbiq etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdeh qeyd olunan əməliyyatların əmtəəsiz olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı ilə əməliyyat aparılarkən kontragent müəssisələr riskli vergi ödəyicisi statusunda olmamışdır. Həmin müəssisələr cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab olunmuş, bundan sonra iddiaçı ilə həmin müəssisələr arasında 2022-ci ilin oktyabr, dekabr, 2023-cü ilin sentyabr, oktyabr, dekabr aylarında aparılmış əməliyyatlar əmtəəsiz hesab olunmuşdur. Halbuki, iddiaçı əməliyyat aparılan zaman həmin müəssisələrin gələcəkdə riskli vergi ödəyicisi statusunda olacağından məlumatlı ola bilməzdi. Həmçinin, bilavasitə iddiaçı ilə aparılan əməliyyatların əmtəəsiz olmasına dair hər hansı sübut, dəlil iş materialında mövcud deyildir. Bundan başqa, cavabdeh 2022-ci ilin oktyabr, dekabr, 2023-cü ilin sentyabr, oktyabr, dekabr aylarında aparılan ƏDV əvəzləşmələrini həmin vergi dövrləri ilə əlaqəsiz olan 2024-cü ilin sentyabr ayında tətbiq edərək ləğv etmişdir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 174.1-ci maddəsinə görə, bu Məcəllənin 166cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 178-ci maddəsinə görə, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Qeyd olunan normalardan göründüyü kimi, cavabdeh həm də, 2024-cü ilin sentyabr ayı üzrə kameral vergi yoxlaması aparsa da, həmin ayın deyil, 2022-2023-cü illərin müxtəlif aylarının əməliyyatlarını yoxlama ilə əhatə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji mübahisələr üzrə vahid məhkəmə təcrübəsini əks etdirən xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 saylı iş üzrə Qərarında qeyd olunmuşdur ki, “...vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-10/2024 saylı Qərarında qeyd olunmuşdur ki, “...Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-464/2025 saylı Qərardadında qeyd olunmuşdur ki, “...Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2- 1(102)-2914/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, kameral vergi yoxlaması qanunvericiliyə müvafiq olaraq müvafiq hesabat dövründə aparılan əməliyyatlar üzrə keçirilir. Kameral vergi yoxlaması zamanı müvafiq hesabat dövründən əvvəlki və ya sonrakı əməliyyatların nəzərə alınması yolverilməzdir.” Göründüyü kimi, ƏDV üzrə yalnız hesabat dövrü, yəni təqvim ayı ərzində aparılan əməliyyatlar əsas götürülməlidir. Cavabdeh isə qanunvericiliyin tələblərinə zidd olaraq hesabat dövründən əvvəlki ayların əməliyyatlarına müdaxilə etmişdir. Cavabdeh təqdim etdiyi etirazda iddiaçı ilə əməliyyat aparan "xxxx" MMC-nin və "xxxx" MMC-nin təsərrüfat obyektlərinə baxış keçirildiyi, həmin vergi ödəyicilərinin fəaliyyət göstərmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh vergi nəzarət tədbirinin keçirilməsinə dair müvafiq sənədləri (reyestrdən çıxarış, qərar, akt, protokol və s.) məhkəməyə təqdim etməmişdir. Cavabdeh yalnız vergi əməkdaşının Baş idarədə birtərəfli qaydada imzaladığı xx.xx.2024-cü il tarixli arayışa istinad etmişdir ki, qeyd olunan sənədin tərtibi formasında vergi nəzarətinin həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin, təqdim olunan arayışlar iddiaçı ilə həmin müəssisələr arasında əməliyyat aparılandan bir neçə ay sonra birtərəfli qaydada tərtib olunmuş, malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinin münasibəti əks olunmamış, həmçinin həmin arayışlarda əməliyyatların əmtəəsiz aparılmasına yönələn heç bir əsas qeyd olunmamışdır. Qeyd olunanlara əsasən cavabdehin təqdim etdiyi arayışlar əsasında iddiaçının həmin müəssisələrlə apardığı əməliyyatlar əmtəəsiz hesab oluna bilməz. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli Qərarın qəbul olunması zamanı cavabdeh həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********190310 nömrəli qərarı üzrə hesablamaya dair aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2024-cü il tarixli yoxlama aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında isə xx.xx.2024-cü il tarixli **********190310 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla iddiaçı barəsində 2021-2023-cü illər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq olunmuş (xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir) “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları tətbiq edilməklə şərti rentabellik norması ilə mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması aktının 14-cü səhifəsində cavabdeh şərti rentabellik normasının tətbiq olunmasının izahı kimi müəssisə tərəfindən görülmüş işlərdə istifadə olunmuş mal-material silgilərinin təqdim edilmədiyini göstərmişdir. Halbuki, etiraza əlavə olunan “excel” fayllarından görünür ki, iddiaçı material hesabatlarını yoxlamaya təqdim etmişdir. Qeyd olunan hesabatların təqdim olunmasını cavabdeh özü də aktın 20-ci səhifəsində göstərmişdir. Bununla belə, cavabdeh qeyd olunan məlumatları qəbul etməmiş və real mənfəətin müəyyən olunması istiqamətində Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanların tətbiqi istiqamətində heç bir inzibati araşdırma aparmadan mənfəətin şərti üsulla müəyyən olunması üsulunu tətbiq etmiş, yəni müəssisənin nəzəri olaraq 20 faiz ticarət əlavəsi ilə çalışmasına dair hesablama həyata keçirmişdir. Halbuki, iddiaçının təqdim etdiyi və cavabdehin də təkzib etmədiyi xərc sənədlərindən (yük-gömrük bəyannamələri, elektron qaimə-fakturalar) göründüyü kimi, yoxlanılan dövrlər üzrə xammal və mal-materialların alışı rəsmi sənədlərlə təsdiq olunur. Belə olan halda ilk növbədə qeyd olunmalıdır ki, mənfəət gəlir və xərc sənədləri əsasında müəyyən edilir və Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiq olunmur. Lakin cavabdeh mal-material silgilərinə dair cədvəlin olmaması əsası ilə ilkin yanaşma olaraq şərti rentabellik normasını tətbiq etmiş, bu hal isə qanunvericiliyin məqsəd və tələblərinə uyğun olmamışdır. Vergi Məcəlləsinin 67ci maddəsinin yoxlama dövrü üzrə qüvvədə olan normalarının tələblərinə görə mənfəət əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında müəyyən oluna bilər. Cavabdeh yoxlama aktında (səhifə 14) Vergi Məcəlləsinin 67.2-ci maddəsinin mətnini əks etdirsə də, həmin normanın niyə tətbiq edilmədiyinə heç bir izah vermədən şərti rentabellik normasının tətbiqinə dair müddəalara istinad etmişdir. Halbuki, formalaşmış vahid məhkəmə təcrübəsinə görə, şərti rentabellik norması real mənfəətin müəyyən olunması istiqamətləri - yəni, əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında mənfəəti müəyyən etmək mümkün olmadığı halda tətbiq oluna bilərdi. Hazırki işdə isə iddiaçının xərc sənədləri, həmçinin mal-material silgi cədvəlləri qismən mövcuddur. Belə olduğu halda vergi ödəyicisi üçün şərti rentabellik norması ilə şərti mənfəətin müəyyən edilməsi əsaslı ola bilməz. Həmçinin, cavabdehin əlində kifayət qədər əlaqəli məlumat olmuşdur ki, düzgün mənfəətin müəyyən edilməsi istiqamətində araşdırma aparsın. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 27-ci bəndi ilə xərclərin yoxlanılması halları sadalanmışdır. Lakin cavabdehin qeyd olunan Qaydaların tələblərinə uyğun davrandığı, xərclərin müəyyən olunması üzrə sadalanan halların araşdırılmasına dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, cavabdeh göstərilən imkanlardan istifadə etmədən şərti mənfəətin müəyyən olunması üsulunu seçmiş, qeyd olunan metodun ilk növbədə tətbiqi zərurətini isə əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının çoxsaylı qərarlarında (xx.xx.2024-cü il tarixli 2-1(102)-3127/2024 saylı, xx.xx.2024-cü il tarixli 2- 1(102)-2397/2024 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 saylı və s.) əks etdirilən mövqe ondan ibarətdir ki, vergi orqanları düzgün mənfəətin müəyyən edilməsi istiqamətində Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş imkanlardan istifadə etməlidir, mənfəətin əlaqəli məlumatlar və ya analoji vergi ödəyicisinin məlumatları əsasında müəyyən olunmasına çalışmalıdır. Nümunə olaraq, xx.xx.2024-cü il tarixli 2-1(102)-769/2024 saylı Qərarda qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1 - 67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur.” Göründüyü kimi, hətta xərc sənədlərinin tam mövcud olmadığı halda belə, ilkin seçim olaraq şərti rentabellik normasının tətbiqinin əsassız olmasına dair vahid məhkəmə təcrübəsi mövcuddur. Hazırkı mübahisədə isə xərc sənədlərinin mövcudluğu mübahisə predmetini (iş materialına əlavə olunmuşdur) təşkil etmir, həmin xərclərin silgisinə dair cədvəlin olmamasına (halbuki həmin cədvəlləri məhkəməyə elektron qaydada elə cavabdeh təqdim etmişdir) istinad edərək cavabdeh şərti rentabellik normasının tətbiq olunması üçün əsas hesab etmişdir. Məhkəmə həmçinin bildirir ki, Vergi Məcəlləsinə xx.xx.2022-ci ildən əlavə edilmiş 67.17-ci maddə cavabdehə real mənfəətin müəyyən olunması istiqamətlərində araşdırma aparmadan birbaşa şərti rentabellik normasını tətbiq etməyə əsas vermir. Həmin əlavə olunan bənd maddənin tətbiqi üzrə formalaşmış ardıcıllığı əhatə edir və cavabdehin yenə də real mənfəət istiqamətlərini (Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində sadalanan əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları) araşdırmaq imkanını istisna etmir. Belə ki, Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə görə, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmçinin, Vergi Məcəlləsinin 36.2ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İnzibati icraat haqqında Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilən normaların tələblərinə əsasən Məhkəmə bildirir ki, cavabdeh vergi orqanı hazırki mübahisə üzrə birbaşa şərti rentabellik normasını tətbiq etməklə iddiaçı üçün əlverişli halları da nəzərə almamışdır. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla iddiaçı barəsində 2021- 2023-cü illər və 2024-cü ilin yanvar ayı üzrə ƏDV hesablanmışdır. Ümumilikdə 2021-2023cü illər üzrə cavabdeh tərəfindən 131.356,05 manat ƏDV-nin az hesablanması, eyni illər üzrə 99.648,89 manat ƏDV-nin artıq hesablanması əks olunmuşdur. Yoxlama ilə aparılan azalmalar barədə - Belə ki, səyyar vergi yoxlaması aktına və cavabdehin təqdim etdiyi ƏDV müqayisəli cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 2021-ci ilin sentyabr ayı üzrə iddiaçının göstərdiyi 414.752,72 manat dövriyyə azaldılaraq 389.830,5 manat kimi (+ fərq 24.922,22 ) əks olunmuş, bununla yanaşı iddiaçının əvəzləşməyə saldığı 11.556,0 manat əsas vəsaitin bank hesabına daxil olmamasına görə əvəzləşmədən çıxarılmışdır. Lakin cavabdeh iddiaçının artıq göstərdiyi 24.922,22 manat dövriyyəni yekun büdcəyə ödənilməli məbləğə münasibətdə nəzərə almamış və 4.485,96 manat ƏDV məbləğini (24.922,22 x 18%) əvəzləşdirməyə salınan 11.556,0 manat məbləğdən çıxmamışdır. Halbuki, həmin dövr üzrə ƏDV dövriyyəsi üzrə ƏDV məbləği 70,169.49 manat (389.830,5 x 18%), ƏDV əvəzləşməsi 30,954,75 manat (171.970,86 x 18%), yekun ƏDV öhdəliyi isə 39.214,74 manat təşkil etmişdir. İddiaçı 27.658,63 manat ƏDV öhdəliyini özü bəyan etmiş, 4.485,96 manat ƏDV məbləği yoxlama ilə nəzərə alınmış və iddiaçının yekun büdcəyə ödəməli ƏDV məbləği 7.070,15 manat təşkil etmişdir. Lakin cavabdeh iddiaçının artıq bəyan etdiyi dövriyyəni nəzərə almamış və azaldılmış vergi məbləğini 7.070,15 manat əvəzinə 11.556,0 manat kimi əks etdirmişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayı üzrə iddiaçı əvəzləşmədə 70.053,53 manat göstərsə də, cavabdeh həmin məbləği 70.000,0 manat kimi əks etdirmişdir ki, bu da, yekunda 9,63 manat ((70.053,53 – 70.000) x 18%) əlavə ƏDV öhdəliyi yaratmışdır. Halbuki, iş materialında mövcud olan bank çıxarışına əsasən 2021-ci ilin dekabr ayı üzrə iddiaçının “Muğanbank ASC”-nin Universal filialında olan hesabından xx.xx.2021-ci il tarixdə 30.054,0 manat, xx.xx.2021-ci il tarixdə isə 40.000,0 manat Top Supermarket MMC-yə köçürülmüşdür. Həmçinin, iş materialında olan ƏDV sub-uçot hesabından çıxarışa əsasən göstərilən məbləğlərin ƏDV hissəsi (müvafiq olaraq xx.xx.2021-ci il tarixdə 5,409.72 manat və xx.xx.2021-ci il tarixdə 7,200.00 manat) Top Supermarket MMC-nin ƏDV sub-uçot hesabına köçürülmüşdür. Göründüyü kimi, 2021-ci ilin dekabr ayı üzrə 9,63 manat ƏDV məbləği əsassız hesablanmışdır. Bundan başqa, 2022-ci ilin yanvar ayında iddiaçının “Muğanbank ASC”-nin Universal filialında olan hesabına xx.xx.2022-ci il tarixdə FHN Azkommunlayihə təşkilatından 100.000 manat vəsait daxil olsa da, iddiaçı həmin dövrün ƏDV hesabatında dövriyyəni 80.707,84 manat göstərmişdir. Bununla, büdcəyə hesablanmalı ƏDV məbləği 3.472,59 manat az ((100.000 – 80.707,84) x 18%) hesablanmışdır. Bundan başqa, 2022-ci ilin may ayında iddiaçının bank hesabına 212.205,00 manat vəsait daxil olub. Lakin Bakı Konqres Mərkəzindən daxil olan 47.505,0 manat vəsaitin ƏDV hissəsi aprel ayında daxil olduğundan əsas məbləğ də aprel ayının dövriyyəsində göstərilib. Yoxlama zamanı 47.505,0 manat məbləğ may ayının dövriyyəsinə daxil edilərək aprel ayının dövriyyəsindən azaldılmışdır. Bununla may ayı üzrə azaldılan ƏDV məbləği 8.550,9 manat (47.505 x 18%) olmuşdur. Bundan başqa, 2022-ci ilin sentyabr ayında iddiaçının bank hesabına 57.505,0 manat vəsait daxil olub. Lakin Bakı Konqres Mərkəzindən daxil olan 47.505,0 manat vəsaitin ƏDV hissəsi avqust ayında daxil olduğundan həmin əsas məbləğ də avqust ayının dövriyyəsində göstərilib. Yoxlama zamanı 47.505,0 manat məbləğ sentyabr ayının dövriyyəsinə daxil edilərək avqust ayının dövriyyəsindən azaldılmışdır. Bununla sentyabr ayı üzrə azaldılan ƏDV məbləği 8.550,9 manat (47505 x 18%) olmuşdur. Bundan başqa, 2023-cü ilin fevral ayında iddiaçının bank hesablarına 642.365,0 manat vəsait daxil olsa da, hesabatda ƏDV dövriyyəsi 447.365,0 olaraq əks etdirilmişdir. Bununla ƏDV məbləği 35.100,0 manat az ((642.365,0–447.365,0)x18%) hesablanmışdır. Bundan başqa, 2023-cü ilin may ayında iddiaçının bank hesabına 356.583,82 manat məbləğ daxil olsa da, hesabatda 336.020,78 manat göstərilmişdir. Belə ki, iddiaçıya "xxxx" MMC-dən aprel ayında ƏDV daxil olduğundan iddiaçı həmin ƏDV məbləğinin əsas hissəsini (22000.0) aprel ayının dövriyyəsində əks elətdirib, buna görə də may ayının dövriyyəsi ilə fərq meydana gəlib. Həmin dövrün ƏDV əvəzləşdirməsindəki fərq isə vergi ödəyicisi "xxxx" MMC-yə (VÖEN **********) ödənilən 12.760,2 manat ƏDV məbləğinin əsas hissəsinin 2023-cü ilin sentyabr ayında ödənilməsi səbəbindən əvəzləşdirilmədən çıxarılmasıdır. Bununla da, 2023-cü ilin may ayında iddiaçı ƏDV öhdəliyini 16,467.04 manat ((356583,82 - 336020.78) x18%+12760.2) az hesablamışdır. Bundan başqa, 2023-cü ilin iyun ayında iddiaçının bank hesabına 317.782,67 manat vəsait daxil olsa da, cavabdeh həmin ayın ƏDV dövriyyəsini 421.077,41 olaraq müəyyən etmişdir. Qeyd olunan dövriyyə fərqinin əsası kimi cavabdehin nümayəndəsi (yoxlayıcı) həmin ayda iddiaçının “X10” MMC-dən 5 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 103.294,8 manat məbləğinə aldığı Mercedes Benz PK W E 200 markalı avtomobili satdığına istinad etmişdir. Lakin iddiaçının iş materialına əlavə etdiyi 5 iyun 2023-cü il tarixli 37-xx/xx/2023 nömrəli məktubdan müəyyən olunur ki, həmin avtomobil satılmamış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əvəzsiz olaraq təqdim edilmişdir. Vergi Məcəlləsinin 160.4-cü maddəsinə görə, hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır. Göründüyü kimi, cavabdeh qeyd olunan əməliyyatı ətraflı araşdırmamış, həmin avtomobilin təqdim edilməsi məlumatı ilə kifayətlənərək 2023-cü ilin iyun ayının ƏDV dövriyyəsini əsassız olaraq artırmışdır ki, bununla da 18593,05 manat ƏDV məbləği ((421077,41 – 317782,67) x 18%) düzgün hesablanmamışdır. Həmin dövr üzrə iddiaçı hesabatda ƏDV dövriyyəsini 317.782,67 manat əvəzinə 316.345,67 manat, ƏDV əvəzləşməsi dövriyyəsini isə 310.287,41 manat əvəzinə 309.432,61 manat göstərmişdir ki, bununla hesablanan ƏDV məbləğinin yalnız 104,79 manat hissəsi ((317782,67- 316345.67)-( 310287,41 - 309432,61) = (1437 – 854.8) x18%) düzgün əks olunmuşdur. Bundan başqa, 2023-cü ilin iyul ayında iddiaçı 371.331,02 manat məbləği ƏDV əvəzləşməsi üzrə dövriyyə kimi əks etdirsə də iş materialında olan sənədlərə əsasən həmin dövr üzrə əvəzləşdirilməli ƏDV dövriyyəsinin 330.946,15 manat olduğu müəyyən olunur. Belə ki, iddiaçı "xxxx"MMC-yə 884,8 manat məbləği 2023-cü ilin iyun ayında ödəmişdir. Həmçinin, "xxxx" MMC-nin təqdim etdiyi 39.500,0 manat məbləğində e-qaimə üzrə 31.200,0 manat ödəniş 2023-cü ilin sentyabr ayında aparılmışdır. Bununla da, 2023cü ilin iyul ayında ƏDV məbləği 7269,27 manat (884,8+(39500,0x18%)) az hesablanmışdır. Bundan başqa, 2023-cü ilin sentyabr ayında iddiaçının bank hesabına 1.489.512,09 manat vəsait daxil olsa da, hesabatda 1.426.969,16 manat göstərilmişdir. Məhkəmə araşıdrması zamanı buna səbəb X13 Sanayı şirkətindən daxil olan 57.143,0 manat məbləğin ƏDV hissəsi xx.xx.2023-cü il tarixdə daxil olduğundan dövriyyəsi də həmin dövrə aid edildiyi müəyyən olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən əvəzləşdirilən ƏDV dövriyyəsi 1.286.758,16 manat göstərilsə də, yoxlama ilə həmin dövriyyə 1.228.848,07 manat kimi əks olunmuşdur. Belə ki, iddiaçı tərəfindən sentyabr ayında əvəzləşməyə daxil edilmiş "xxxx" MMC-nin bank hesabına edilən 153.600,0 və 6.400,0 manat ödənişlər 2023-cü ilin oktyabr ayında yetirə yetirildiyindən sentyabr ayının əvəzləşməsindən çıxarılaraq oktyabr ayına daxil edilmişdir. Həmçinin, iddiaçının 2023-cü ilin may ayının əvəzləşməsinə daxil etdiyi "xxxx" MMC-yə (VÖEN **********) ödənilən 12.760,2 manat ƏDV məbləğinin əsas hissəsinin (70890,0 manat), 2023-cü ilin iyul ayının əvəzləşməsinə daxil etdiyi "xxxx" MMC-nin ödənilən 7110,0 manat ƏDV məbləğinin əsas hissəsindən ödənilən 31200,0 manat (ƏDV hissəsi 5616,0 manat) ödəniş 2023-cü ilin sentyabr ayında aparıldığından göstərilən məbləğlər sentyabr ayının əvəzləşməsinə daxil edilmişdir. Beləliklə, 2023-cü ilin sentyabr ayı üzrə hesablanan ƏDV məbləği 21681.54 manat ((1489512,09 – 1426969.16) + (153600,0+6400,0) x 18%) - 12760.2 – 5616,0) təşkil edir. Qeyd olunan dövrlər üzrə ümumi dövlət büdcəsinə az hesablanan ƏDV məbləği 86.585,64 manat təşkil kimidir: ((7070,15 (09/2021) + 3472.59(01/2022) + 8550,9 (05/2022) + 8550,9 (09/2022) + 35100,0(02/2023) + 16,467.04 (05/2023) + 104,79,0 (06/2023) + 7269,27 (07/2023) + 21681.54 (09/2023)) Göstərilənlərlə yanaşı, 2021-2023-cü illərin müxtəlif ayları üzrə iddiaçı ƏDV məbləğini dövlət büdcəsinə artıq hesablamışdır. Belə ki, 2022-ci ilin mart ayında 762,0 manat, aprel ayında 9175,98 manat, iyun ayında 2085,52 manat, avqust ayında 8550,9 manat, dekabr ayında 971,99 manat, 2023-cü ilin mart ayında 183,75 manat, aprel ayında 3776,25 manat, avqust ayında 10242,54 manat, oktyabr ayında 28799,94 manat, dekabr ayında 35100,0 manat təşkil etmişdir. Ümumilikdə dövlət büdəcsinə artıq hesablanan ƏDV məbləği 99648.89 manat təşkil edir. Göründüyü kimi, 2021-2023-cü illər üzrə iddiaçı 86585,64 manat ƏDV məbləğini dövlət büdcəsinə az hesablasa da, həmin dövrlər üzrə daha artıq məbləğdə - 99648,89 manat ƏDV məbləğini artıq hesablamışdır ki, bununla da dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən olunmur. Qeyd olunan halın əsas səbəbi isə yuxarıda qeyd olunduğu kimi, bir neçə ayda ƏDV məbləğinin ödənildiyi halda əsas məbləğ ödənilmədən həmin məbləğlərin dövriyyədə əks etdirilməsi olmuşdur. Yəni, iddiaçının vergiləri ödəməkdən yayındırmaq niyyəti mövcud olmamışdır. Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə görə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadıqda şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3095/2019 saylı Qərarında qeyd olunmuşdur ki, “...Sadalanan normanın təhlilindən aydın olur ki, səyyar vergi yoxlaması nəticəsində 50 faiz miqdarında maliyyə sanksiyası o halda tətbiq edilir ki, dövlət büdcəsinə ödənilməli olan vergi məbləği təqdim edilmiş vergi hesabatında (bəyannamədə) tam və ya qismən azaldılmış və ya vergi hesabatı təqdim edilməməklə tam həcmdə yayındırılmış olsun. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının maliyyə sanksiyası tətbiq etməsinə əsas olan azaldılmış və ya yayındırılmış 70.839,86 manat vergi məbləği, iddiaçının özü tərəfindən 2018-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində tam şəkildə öz əksini tapmışdır. Başqa sözlə desək, iddiaçı XXXfirması hansı ayda təqdim edilməsindən asılı olmayaraq, satılmış 393.554,77 manat dəyərində mallar üzrə vergi tutulan əməliyyatların həcmini təqdim etdiyi vergi bəyannaməsində tam şəkildə əks etdirmiş və dövlət büdcəsinə ödənilməli olan 70.839,86 manat vergi məbləğini tam şəkildə hesablayaraq, hər hansı azalma və ya yayındırmaya yol verməmişdir. Vergi Məcəlləsinin 54, 54.0.1 və 54.0.2-ci maddələrinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması və vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı XXXfirması 2018-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində satılmış mallar üzrə 393.554,77 manat vergiyə cəlb edilən dövriyyəni və ona müvafiq 70.839,86 manat əlavə dəyər vergisini bəyan etdiyi halda, başqa sözlə desək, iddiaçı XXXfirması tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləği azaldılmadığından (yayındırılmadığından), cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə azaldılmış və ya yayındırılmış vergi məbləği ilə bağlı 35.419,93 manat maliyyə sanksiyasının tətbiqi Vergi Məcəlləsinin 58.1, 54, 54.0.1 və 54.0.2-ci maddələrinin pozuntusu kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1079/2020 saylı Qərarında qeyd olunmuşdur ki, “...Göründüyü kimi, iddiaçının ƏDV öhdəliyi (yəni yayındıırlmış məbləğ) ümumilikdə 27684,77 manat olduğu halda, maliyyə sanksiyası 127976,57 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh hesab etmişdir ki, iddiaçı tərəfindən ƏDV-nin azaldılması və artıq hesablanmasının əsası Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə nəzərdə tutulmuş vergi tutulan əməliyyatlarının vaxtının düzgün müəyyənləşdirilməməsi ilə bağlı olmuş və bu hal pozuntu hesab edilməklə maliyyə sanksiyası azaldılmış məbləğə, yəni 255.953,13 manata münasibətdə hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının artıq ödəməsi olduğuna görə ona 127976,57 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyinin yuxarıda sadalanan maddələrinə uyğun olmamışdır. Belə ki, əgər yoxlama dövrü üzrə dövlət büdcəsinə çatası ƏDV-nin 255953,13 manat azaldılması və 228268,18 manat artıq hesablanması müəyyən edilmişdirsə, vergi öhdəliyi 27.684,77 manat olmuş və maliyyə sanksiyası da həmin məbləğə münasibətdə tətbiq edilməli idi. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan işin hallarını və qanunvericiliyin normalarını nəzərə almadan iddia tələbinin 27.684,77 manat məbləğində ƏDV və ona münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq səhv nəticəyə gəlmişdir.” Göründüyü kimi, qeyd olunan halla bağlı kassasiya instansiyasının yanaşması mövcuddur. Cavabdeh müvafiq dövrlərə tək-tək deyil, ümumilikdə yanaşmaqla yekun fərqdə azaldılmış vergi məbləği mövcud olduğu halda həmin hissəyə maliyyə sanksiyası tətbiq edə bilərdi. Lakin cavabdeh Vergi Məcəlləsinin 36.2-ci maddəsi ilə müəyyən olunan vergi ödəyicisi üçün əlverişli olan halları nəzərə almamış, bilərəkdən yol verilməyən (digər aylar üzrə daha artıq məbləğdə hesablamalar olduğuna görə) ƏDV azalmalarına maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa, yoxlama ilə 2024-cü ilin yanvar ayına ƏDV üzrə 482.727,31 manat hesablama aparılmışdır. Həmin hesablama 3 (üç) hissədən ibarətdir (294.959,93 + 50.528,04 + 137.238,12 = 482.726,1) Mütəxəssis rəyi əsasında yastı prokatın rəsmiləşdirilən sənədlərdə olmaması əsası ilə 1.638.666,3 manat məbləğə ƏDV hesablanmışdır (1.638.666,3 x 18 % = 294.959,93). Lakin iddiaçı yoxlama zamanı təqdim etdiyi izahatda həmin dəmir listlərin görülmüş işlərdə istifadə olunduğunu bildirsə də, yoxlama zamanı nəzərə alınmamışdır. Cavabdeh tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə Azərekspertiza X1 mütəxəssis kimi cəlb edilmiş və onun təqdim etdiyi rəydə forma-2 sənədləri əsasında silinmiş malmaterialın tərkibində yastı prokat olmadığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı həmin şəxsin təmir-tikinti sahəsi üzrə mütəxəssis olmasına dair sənədlər tələb olunsa da, cavabdeh yalnız şəxsin diplomunun surətini əlavə etmiş, mütəxəssis kimi iş təcrübəsini əks etdirən sənədlər (əmək kitabçasının surəti, əmək müqaviləsi bildirişi və s.) təqdim olunmamışdır. Bundan əlavə, mütəxəssis kimi cəlb olunan şəxs tərəfindən tikinti obyektlərinə baxış keçirilməmişdir. Bu barədə təqdim edilən rəydə qeyd də aparılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan hal lazımınca araşdırılmamış, iddiaçının həyata keçirdiyi tikinti obyektlərinə baxış keçirilmədən mütəxəssis kimi təcrübəsi təsdiq olunmayan şəxsin təqdim etdiyi rəy əsasında ehtimal üzrə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Bundan başqa, cavabdeh tərəfindən yoxlama dövründə alınan 280.711,33 dizel yanacağını satış kimi qiymətləndirərək 50.528,04 manat ƏDV hesablanmışdır (280.711.33 x 18% = 50.528,04). Halbuki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəssisənin yoxlama dövrü də daxil olmaqla mülkiyyətində və icarəsində nəqliyyat vasitələri və texnikalar olduğu müəyyən olunur. İddiaçı alınan yanacağın həmin texnikaların sifarişlərin icrası üzrə fəaliyyəti zamanı istifadə olunduğunu bildirmiş, cavabdeh isə qeyd olunanların əksinə, yəni yanacağın satıldığına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, 2024-cü ilin yanvar ayında iddiaçının bank hesabına "xxxx" MMC-dən 762.434,0 manat məbləğ daxil olmuş, həmin məbləğin ƏDV hissəsi növbəti aylarda hissəhissə daxil olmuş (ƏDV sub-uçot hesabından çıxarışla təsdiq olunur) və iddiaçı tərəfindən ƏDV bəyannamələrində dövlət büdcəsinə bəyan olunmaqla ödənilmişdir (762.434 x 18% = 137.238,12). Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İnzibati icraat haqqında Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunan normaların tələblərinə uyğun olaraq, cavabdeh yoxlama zamanı "xxxx" MMC-dən ƏDV məbləğlərinin daxil olduğunu və iddiaçı tərəfindən artıq büdcəyə ödənildiyini araşdırmamış, eyni əməliyyata görə ikinci dəfə ƏDV məbləği hesablamış və əlavə maliyyə sanksiyası tətbiq etmişdir. Vergi Məcəlləsinin 55.1.6-cı maddəsinə görə, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə görə isə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması isə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməni istisna edən haldır. Göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə aparılan əməliyyat üzrə bütün ƏDV məbləğini dövlət büdcəsinə bəyan etdiyi halda (2024cü il üzrə ƏDV daxilolmaları və ƏDV bəyannamələrinə əsasən təsdiq olunur) cavabdeh qeyd olunan halı araşdırmadan iddiaçıya eyni əməliyyat üzrə təkrar vergi məbləği və əlavə maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, iddiaçı həmin əməliyyat üzrə vergi məbləğini özü bəyan etdiyindən onun əlavə maliyyə sanksiyasına məruz qalması yuxarıda əks olunan normaların tələblərinə uyğun olmamışdır. Bundan başqa, yoxlama ilə cavabdeh tərəfindən 2021-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi verilmədiyinə görə iddiaçı barəsində 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd olunan dövrdə fəaliyyəti olmadığını bildirmiş, cavabdeh isə 2021-ci ilin 1-ci rübü üzrə iddiaçının qeyd olunan növdə bəyannamə verməli olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” nömrəli qərarı ilə aparılmış hesablamaya dair aşağıdakıların qeyd edilməsi zəruridir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə iddiaçı barəsində 2024-cü ilin mənfəət vergisi üzrə 492.686,5 manat hesablama aparılmışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının 2024-cü il üzrə təqdim etdiyi ƏDV bəyannamələri üzrə təqdim olunan mal (iş, xidmət) dövriyyəsini mənfəət vergisi üzrə təqdim olunan mal (iş, xidmət) gəlirləri ilə müqayisə etmiş, həmçinin 234.534,47 manat xərcin sənədlə təsdiqini tapmadığına istinad etmişdir. İddiaçı tərəfindən 2024-cü il üzrə bütün gəlir və xərc sənədlərinə dair açıqlama və sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 2024-cü ildə işlərin, xidmətlərin təqdim edilməsindən gəliri 5.778.508,0 manat, malların təqdim edilməsindən gəliri 228.000,0 manat, əsas vəsaitlərin satışından gəliri 312.000,0 manat, ümumi gəliri 6.318.508,37 təşkil etmişdir. Lakin iddiaçı tərəfindən bəyannamədə gəlirlər ayrı-ayrı sətirlər üzrə deyil, ümumi 200.2-ci və 201-ci sətirlərdə əks olunmuşdur. 2024-cü ildə alınıb həmin ildə də satılmış nəqliyyat vasitəsi əsas vəsait satışı kimi səhvən 201-ci sətir üzrə məbləğin tərkibinə daxil edilmişdir. Həmçinin, təqdim edilən sənədlərə əsasən iddiaçının 2024-cü il ərzində 48.463,46 manat dəyərində malı geri qaytarılsa da, bəyannamədə həmin məbləğ də gəlirə daxil edilmişdir. Cavabdeh tərəfindən iddiaçının 2024-cü il üzrə gəlirləri 8.595.869,86 manat olaraq müəyyən olunmuş (müvafiq olaraq 200.2-ci sətir üzrə 8.055.869,86 manat, 201-ci sətir üzrə 540.000,0 manat), xərcləri isə 221.3-cü sətir üzrə 2.708.099,07 manat kimi müəyyən olunaraq yekun gəlir fərqi 2.228.898,03 manat, xərc fərqi 234.534,47 manat olmaqla ümumilikdə 492.686.5 manat mənfəət vergisi ((2.228.898,03 + 234.534,47) x 20%) hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının gəlirlərinin 2.228.898,03 manat artırılmasının aşağıdakı səbəblərdən baş verdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinin 305-ci sətirində əks olunan təqdim olunmuş malın (iş, xidmət) dəyəri 4.705.584,63 kimi əks olunmuşdur. İddiaçının 2024-cü ilin yanvar ayında təqdim etdiyi mal, iş, xidmətin dəyəri isə elektron qaimə-fakturalara əsasən 2.786.207,0 manat təşkil etmişdir. Cavabdeh kameral vergi yoxlaması ilə hesablama apararkən iddiaçının 2024-cü il ərzində təqdim etdiyi ƏDV bəyannamələri üzrə göstərilən dəyərlə mənfəət vergisi üzrə göstərilən gəlirləri müqayisə etmişdir. Lakin 2024-cü ilin yanvar ayına münasibətdə iddiaçının bəyan etdiyi dəyər deyil, səyyar vergi yoxlamasının nəticəsində artırılan dəyər gəlir kimi götürülmüşdür. İddiaçı 2024-cü ilin yanvar ayında Azsur Group MMC-dən bank hesabına daxil olan 762.434,0 məbləğin ƏDV hissələrini sonrakı aylarda bəyan etmiş (2024-cü ilin bütün aylarının ƏDV daxil olması və bəyannamələr işə əlavə olunmuşdur), cavabdeh səyyar vergi yoxlaması ilə yenidən yanvar ayına həmin əməliyyat üzrə təkrar ƏDV məbləği hesablamış, mənfəət vergisi bəyannaməsinin yoxlanılması ƏDV bəyannamələri üzərindən aparıldığından eyni əməliyyatın həm iddiaçı tərəfindən bəyan olunan dövriyyəsi, həm də cavabdehin hesabladığı dövriyyə gəlir kimi götürülmüşdür. Beləliklə, 2024-cü ilin mənfəət vergisi üzrə hesablamanın 137.238,12 manat hissəsi qeyd olunan Azsur Group MMC-dən daxil olan ƏDV-lər üzrə dövriyyənin təkrar nəzərə alınması olmuşdur (762434 x 18% = 137238.12). İddiaçının iş materialına əlavə etdiyi səyyar vergi yoxlamasının nəticəsinə uyğun olaraq tərtib olunmuş 2024-cü ilin yanvar ayı bəyannaməsinə əsasən, iddiaçının təqdim etdiyi mal iş, xidmətlərin dəyəri 4.705.584,63 manat olaraq göstərilmişdir. Cavabdeh 2024cü il üzrə mənfəət vergisi hesablanarkən yanvar ayı üzrə iddiaçının özünün bəyan etdiyi mal, iş, xidmətin dəyərini deyil (2.786.207,0 manat), səyyar vergi yoxlaması ilə tərtib olunmuş bəyannamədə əks olunan dəyəri nəzərə almışdır. Halbuki, səyyar vergi yoxlaması ilə yoxlamanın son dövrü 2024-cü ilin yanvar ayı olduğundan və yastı prokat və dizel yanacağı satış kimi qiymətləndirildiyindən (həmin hissələrə yuxarıda münasibət bildirilmişdir) yanvar ayının ƏDV üzrə dövriyyəsi kimi qəbul edilmişdir. Mənfəət vergisinin hesablanması da ƏDV bəyannamələri ilə müqayisə üzərindən aparıldığından cavabdeh düzgün olmayan gəlir məbləği müəyyən etmişdir. Halbuki, 2024-cü ilin yanvar ayında iddiaçının 4.705.584,63 manat həcmində təqdim etdiyi mal (iş, xidmət) mövcud olmamışdır (elektron qaimə-faktura məlumatlarına əsasən). Başqa sözlə desək, cavabdehin 2024-cü il üzrə müəyyən etdiyi əlavə gəlir məbləği həmin il üzrə təqdim edilmiş mal (iş, xidmət) dəyəri ilə deyil, səyyar vergi yoxlaması ilə yoxlamanın son dövrünə aparılan hesablama nəticəsində olmuşdur. Cavabdeh tərəfindən aparılmış mənfəət vergisi üzrə hesablamanın xərclər hissəsinə gəldikdə isə, iddiaçının iş materialına əlavə etdiyi açıqlamaya və ona uyğun olaraq 2024cü il üzrə xərc sənədləri ilə müəyyən olunur ki, iddiaçının 2024-cü ildə ölkə daxilində elektron qaimə-faktura ilə mal-material alışı 980.349,51 manat, idxal üzrə 1.495.354,3 manat, ümumilikdə bəyannamənin 221.3-cü sətiri üzrə göstərməli olduğu xərclər 2.475.703,81 manat təşkil etsə də, iddiaçı həmin məbləği 2.942.633,54 manat (1.041.484,24 (e-qaimə üzrə alış) + 1.495.354,30 (idxal) + 5.250,00 (alış aktı) + 400.545,00 (satılmış əsas vəsaitlərin balans dəyəri) kimi bəyannamədə göstərmişdir. Təqdim edilən sənədlərə əsasən iddiaçının 2024-cü ildən əvvəlki illərdə alınmış 3 sayda əsas vəsaiti (nəqliyyat vasitəsi) satdığı, həmçinin 2024-cü ildə alınmış 1 sayda nəqliyyat vasitəsini satdığı müəyyən edilir. Belə ki, əvvəlki illərdə alınıb 2024-cü ildə satılan əsas vəsaitlərin qalıq dəyəri 400.545,0 manat təşkil etmiş, 2024-cü ildə alınıb satılan nəqliyyat vasitəsinin alış dəyəri isə 264.406,78 manat təşkil etmişdir. İddiaçı əvvəlki illərdə alınıb 2024-cü ildə satılan əsas vəsaitlərin qalıq dəyərini (400.545,0) bəyannamənin 227.9-cu sətirində göstərməli olduğu halda həmin məbləği 221.3-cü sətirdə göstərmişdir. Həmçinin 2024-cü ildə 264406,78 manata alınaraq həmin ildə də satılan nəqliyyat vasitəsinin alış dəyəri bəyannamənin 221.4-cü sətiri üzrə xərclərə daxildir. İddiaçının 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsində əks etdirdiyi sair xərclər (221.15-ci sətir), əmək haqqı xərcləri (221.1.2-ci sətir), sosial sığorta xərcləri (221.2-ci sətir), mühafizə xərcləri ( 221.12ci sətir), bank xidməti üzrə xərclər (221.13-cü sətir), sığorta üzrə xərclər (230.2-ci sətir) cavabdeh tərəfindən təqdim olunduğu kimi qəbul olunduğundan mübahisələndirilən qərarın araşdırma predmetini təşkil etmir. Amortizasiya üzrə xərclər (227.3-cü sətir) 8108,0 manat təşkil etdiyi halda iddiaçı həmin məbləği 110.825,28 manat kimi (bax:əsas vəsaitlər barədə açıqlama cədvəli) bəyannamədə göstərmişdir. Buna səbəb isə 2024-cü il ərzində satılmış əsas vəsaitlərin tam dəyəri xərclərə salınmalı olduğu halda (221.4-cü sətir üzrə) iddiaçının həmin məbləğlərə amortizasiya hesablaması olmuşdur. Beləliklə, iş materialında olan sənədlərlə iddiaçının 2024-cü il üzrə xərclərinin 5.539.423,15 manat təşkil etdiyi müəyyən olunur. İddiaçı isə həmin məbləği mövcud olandan daha az, 5.444.208,38 manat olaraq göstərmişdir. Cavabdeh xərclərin 234.533,84 manat hissəsini mübahisələndirsə də, qeyd olunan xərc məbləğinin nədən ibarət olduğu və hansı xərc sənədlərinin olmadığına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə 2024-cü il mənfəət vergisi bəyannaməsində əks olunan göstəricilər üzrə bütün gəlir və xərc sənədlərini məhkəməyə təqdim etmişdir ki, bununla cavabdehin əlavə hesabladığı mənfəət vergisinin düzgün olmadığı müəyyən olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 285668/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********190310 nömrəli qərar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2- 285668/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-292601/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********190310 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar