Məhkəmə qərarları › İş №e-2-1(112)-4634/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4634/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(112)-4634/2025 26.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin ## ####### 2024-cü il tarixli, *- **-*-*/*-******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin ## ##### 2025-ci il tarixli Qərardadı ilə “xxxx” MMC və “X1” MMC məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı ## ####### 2024-cü il tarixli, *-**-*- */*-******/**** nömrəli Qərar əsasında vergi ödəyicisi İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmişdir. MMC-yə tətbiq edilən əsassız məhdudiyyətlər nəticəsində MMC sahibkarlıq fəaliyyətini həyata keçirə bilməməkdə və zərərə uğramaqdadır. MMC-yə bu cür məhdudiyyətin tətbiq edilməsi birbaşa onun sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh qanunvericiliklə ona verilmiş səlahiyyətlərindən kənara çıxaraq hüquqa zidd məhdudiyyət yaratmışdır. Cavabdehin hüquqa zidd əməli davamedici xarakter ala bilər ki, bu da İddiaçı MMC-nin mövcud vəziyyətini və gələcək fəaliyyətini təhlükə altına salar, MMC-ni gəlirlərdən məhrum edər, mövcud vəsaitlərinin itkisinə səbəb ola bilər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli Qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Buna səbəb isə iddiaçının əməkdaşlıq etdiyi şirkətlərin riskli vergi ödəyicisi olması ilə bağlı olmuşdur. Belə ki, vergi orqanı tərəfindən təqdim edilmiş xəbərdarlıqlara əsasən “xxxx” MMC (**********) ##.##.2024-cü il tarixli, **************** nömrəli və üçüncü şəxs1 MMC (**********) ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarlara əsasən riskli vergi vergi ödəyicisi hesab olunmuşdur. Lakin, iddiaçının “xxxx” MMC və üçüncü şəxs1 MMC ilə həyata keçirilən xidmət tarixləri isə müvafiq olaraq ##.##.2024, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixə, yəni ##.##.2024 və ##.##.2024-cü il tarixli qərarlardan əvvəlki dövrə təsadüf edir. Belə ki, təqdim edilən elektron qaimələrdən də göründüyü kimi iddiaçı ilə həmin şirkət arasında əməkdaşlıq həmin şirkətlərin riskli vergi ödəyicisi olmasından əvvəl olunmuş və xidmət göstərilmişdir. Tərəflər arasında müqavilə bağlanmış və müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər həyata keçirilmişdir. Həmin zaman isə həmin MMC-lər riskli vergi ödəyicisi olmamışdır. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli Qərarında aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyi qeyd edilib. Həmin qərarda qeyd edilib ki, qarşılıqlı əməliyyatlar üzrə vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Lakin həmin qərarda hansı əməliyyatların əmtəəsiz həyata keçirildiyi öz əksini tapmamışdır. İnternet vergi idarəsinin saytında riskli vergi ödəyiciləri barədə məlumat əldə edilməsi məqsədilə axtarış etdikdə üçüncü şəxs1 MMC-nin (**********) riskli vergi ödəyiciləri siyahısında olmadığı görünür. Vergi orqanı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək MMC-nin fəaliyyət göstərməsinə süni maneələr yaratmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazında bildirmişdir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, ##.##.2024-cü il tarixində aparılan müşahidə zamanı obyektin yaşayış evi olduğu,heç bir mal qalığının olmaması müşaiyət olunmuşdur. Daha sonra özünü vergi ödəyicisinin nümayəndəsi kimi təqdim edən şəxs əlaqə saxlayaraq mal qalıqlarının olduğunu bildirməklə ##.##.2024-cü il tarixində təkrar gəlib baxış aparmağı bildirmişdir. ##.##.2024-cü il tarixində aparılan müşahidə zamanı evin həyətində malların olduğu müşahidə edildi. Ehtimal edilir ki, vergi ödəyicisi həmin obyekti formal olaraq qeydiyyatdan keçirmişdir. Baza məlumatlarına əsasən həmin ünvanda "X5" MMC-də (VÖEN: 2900099861 / KODU:2900099861-17001) qeydiyyatdadır, lakin həmin ünvanda 3 aydır fəaliyyət göstərmədiyi bildirildi. Vergi ödəyicisinin rəhbəri olan X3 (FİN:1538KLC) verdiyi izahatda müəssisənin fəaliyyəti barədə heç bir məlumatının olmadığını, qarşılıqlı əməliyyatlar apardığı vergi ödəyicilərini tanımadığını, heç bir müqavilə imzalamadığını, pul dövriyyəsindən və ƏDV depozit hesabından xəbəri olmadığını bildirmişdir. Sonradan həmin şəxsin yenidən müraciət edərək müəssisənin riskli olması barədə qərarın əsəssız olduğunu bildirməsi müəssisənin faktiki olaraq real əməliyyatlar keçirmədiyini, sənəd alqı-satqısı edərək süni şəkildə xərc yaradaraq vergidənyayınma sxemi qurmasına dəlalət edir. “xxxx” MMC (1506220491) ilə bağlanmış icarə müqaviləsi əsasında təsərüffat subyektinin elektron formada qeydiyyatı həyata keçirilmişdir. Lakin, “xxxx” MMC tərəfindən vergi orqanına müraciət edilərək, İddiaçı MMC ilə aralarında heç bir icarə müqaviləsinin bağlanmadığı bildirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda vergi ödəyicisi kimi vergi uçotuna alındığı vergi qurumunun ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümayəndəsinin iştirakını təmin etməmişdir. məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair təqdim edilmiş etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarında olan:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin *-**-*-*/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki,vergi ödəyicisi İddiaçı MMC barəsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ƏDV sub-uçot hesabı üzrə medaxil- mexaric əməliyyatları, elektron qaimə- faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməlliyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşagıdakı risk meyarı müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; Qərarda qeyd edilmişdir ki, riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyasından çıxarılması məsələsinə baxıla bilər. İddiaçı MMC-nin direktoru Rahim Aslanov tərəfindən imzalanmış şikayətdə göstərilmişdir ki, qərar gözlənilməz oldu, bu qərarın nə üçün qəbul edildiyi aydın deyildir. Qərarda xüsusilə əmtəəsiz əməliyyatları həyata keçməsi qeyd edilir. Lakin faktiki olaraq hansı əməliyyatların həyata keçirildiyi qərarda öz əksini tapmamışdır. İddiaçı MMC tərəfindən heç bir əmtəəsiz əməliyyatlar həyata keçirilməmişdir. Qərar əsassızdır və ləğv edilməlidir. ## #### 2024-cü il tarixli MP-*** nömrəli “xxxx”ndən görünür ki, satıcı (“X1” MMC) alıcıya (İddiaçı MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə “X9 Protokol”unda göstərilən Malları (bundan sonra “Mal) satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqaviləyə aşağıdakı sənədlər əlavə edilmişdir; -## #### 2024-cü il tarixli MP-*** nömrəli müqaviləyə əlavə qiymətin razılaşdırılması haqqında ** nömrəli ## #### 2024-cü il tarixli protokol; “Malların alıcıya təhvil verilməsi barədə ** nömrəli ## ##### 2024-cü il tarixli təhviltəslim aktı”; -## #### 2024-cü il tarixli MP-*** nömrəli müqaviləyə əlavə qiymətin razılaşdırılması haqqında ** nömrəli ## ##### 2024-cü il tarixli protokol; -“Malların alıcıya təhvil verilməsi barədə ** nömrəli ## ##### 2024-cü il tarixli təhviltəslim aktı”; -## #### 2024-cü il tarixli MP-*** nömrəli müqaviləyə əlavə qiymətin razılaşdırılması haqqında ** nömrəli ## ##### 2024-cü il tarixli protokol; -“Malların alıcıya təhvil verilməsi barədə ** nömrəli ## ##### 2024-cü il tarixli təhviltəslim aktı”; -## #### 2024-cü il tarixli MP-*** nömrəli müqaviləyə əlavə qiymətin razılaşdırılması haqqında ** nömrəli ## ### 2024-cü il tarixli protokol; -“Malların alıcıya təhvil verilməsi barədə ** nömrəli ## ### 2024-cü il tarixli təhvil-təslim aktı”; -## #### 2024-cü il tarixli MP-*** nömrəli müqaviləyə əlavə qiymətin razılaşdırılması haqqında ** nömrəli ## ### 2024-cü il tarixli protokol; -“Malların alıcıya təhvil verilməsi barədə ** nömrəli ## ### 2024-cü il tarixli təhvil-təslim aktı”; -Seriya EBEB ****** nömrəli ##.##.2024-cü il tarixli, Seriya EBEC ****** nömrəli ##.##.2024-cü il tarixli, Seriya EBEC ****** nömrəli ##.##.2024-cü il tarixli, Seriya EBEC ****** nömrəli ##.##.2024-cü il tarixli, Seriya MT**** nömrəli ##.##.2024-cü il tarixli, Seriya EBED ****** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimələr. **/**/** nömrəli ##.##.2024-cü il tarixli “xxxx”ndən görünür ki, satıcı (xxxx MMC) adı, qiyməti, miqdarı, çeşidi və digər göstəriciləri dəqiq olaraq hesab-fakturalarda, qaiməfakturalarda və ya kassa sənədlərində göstərilən, alıcının tələbatına uyğun müxtəlif növ malları (bundan sonra mal(lar)ı hazırki müqavilədəki şərtlərlə alıcıya (xxxx MMC) satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumata” əsasən iddiaçıya xəbərdarlıq göndərilmişdir: “xxxx” MMC (**********) ##.##.2024-cü il tarixli **************** nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz (##.##.2024 tarixli EBEC seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EBEC seriyalı ****** nömrəli, ##.##.2024 tarixli MT2405 ******** nömrəli , ##.##.2024 tarixli EBEB, seriyalı ****** nömrəli, ##.##.2024 tarixli EBEC seriyalı ****** nömrəli elektron qaimə- faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumata” əsasən iddiaçıya xəbərdarlıq göndərilmişdir: “xxxx” MMC (**********) ##.##.2024-cü il tarixli **************** nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz (##.##.2024 tarixli EBEC seriyalı ****** nömrəli, elektron qaiməfaktura əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məhkəmə sorğusu əsasında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı ## #### 2025-ci il tarixli *- **-*-*-*/*-*****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, X3 İddiaçı MMC-nin təsisçisidir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrdən ##.##.2024-cü il tarixində verilmiş çıxarışına əsasən, İddiaçı MMC- nin qanuni təmsilçisi- X7. İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi X6 DVX-nin Vergi risklərin idarə edilməsi baş idarəsinə ##.##.2024- cü il tarixində verdiyi İzahatında göstərilmişdir: sahibkarlıq fəaliyyətinin məqsədləri üçün VÖEN-i hansı qaydada əldə edilməsi, VÖEN-nin alınmaqla məqsədi, Cəmiyyətin ƏDV depozit və bank hesablarına daxil olmuş vəsaitləri, Cəmiyyətin “xxxx” MMC ilə bağlanılmış müqavilələr, təqdim edilmiş mallar barədə heç bir məlumatı yoxdur; Yunis adlı şəxsə etibarnamə vermiş, hal-hazırda onunla əlaqəsi yoxdur.

Məhkəmənin mövqeyi

Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 24.1. Vergi orqanları:24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nə əsasən, 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.2. Bu Sənəddə istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.

21. 11. 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən

2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;

Məhkəmə iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçının təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilməsi əsas göstərərək iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərar qəbul etmişdir. Cavabdeh tərəfindən inzibati icraat aparılan zaman, vergi nəzarət çərçivəsində aşkar etdiyi əmtəəsiz əməliyyatları və riskin məzmunu barədə iddiaçıya məlumat verilmiş, məsələ ilə bağlı müvafiq dürüstləşdirilmələrinin aparılması məqsədi ilə Cəmiyyətin rəhbəri dəvət edilmiş, aparılmış əməliyyatlar barədə aşagıdakı məlumatları və təsdiqedici sənədlərin təqdim edilməsini zəruri olmasını bildirilmişdir: malların təhvil-qəbul aktları, üzləşmə aktları, alış aktların tarixi, seriya və nömrələr, invoys, mülkiyyətində olan və ya icarəyə götürülmüş daşınar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər; Məhkəmə tərəfindən araşdırılan hallardan görünür ki, İddiaçı MMC-nin direktoru (təsisçisi, qanuni təmsilçisi) Cəmiyyətin sahibkarlıq fəaliyyəti, keçirdiyi əməliyyatlardan məlumatlı deyil. Halbuki iş materiallarına əlavə edilmiş müvafiq əməliyyatlara aid alqı-satqı müqavilələrdə, malların təhvil-təslim aktlarında və digər sənədlərdə Cəmiyyətin adından imza edən şəxs kimi Rahim Aslanov göstərilmişdir. Həmin şəxsin vergi orqanında verdiyi izahatından göründüyü kimi onun Cəmiyyətin fəaliyyətindən, maliyyə vəziyyətindən, Cəmiyyətin vəsaitlərindən heç bir anlayışı yoxdur, Cəmiyyətin keçirdiyi əməliyyatlarda iştirak etməmişdir. Cəmiyyətin qanuni təmsilçisinin (direktorun) vergi orqanına verdiyi izahatı ilə bağlı məhkəməyə aydınlıq gətirilməsi iddiaçıya təklif olunsa da, məhkəmə iclaslarına Cəmiyyətin direktoru çağırılsa da, iddiaçı hərəkətsizlik edərək, qanuni təmsilçinin iştirakı təmin etməmiş, bununla bağlı öz mövqeyini bildirməmişdir. Qeyd edilmiş hallar məhkəməyə belə nəticəyə gəlmək əsas verir ki, iş materiallarına əlavə edilmiş müqavilələr, malların təhvil-təslim aktları və s.sənədlər – malların faktiki təqdim edilməsinin rəsmiləşdirilməsi məqsədi ilə deyil, vergi üstünlüyü, gəlir əldə etmək üçün apardığı əmtəəsiz əmələyyatını pərdələnmək üçün tərtib edilmişdir. Məhkəmə iddiaçının riskli vergi ödəyicisi olmasına dair cavabdeh tərəfindən təqdim edilmiş dəlilləri təkzib edən halların mövcudlluğunu müəyyən etməmişdir. İşin məhkəmə inzibati icraatında araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir.

“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDI:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar