Məhkəmə qərarları › İş №e-2-1(112)-4651/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4651/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4651/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X2 adına ünvan 1 ünvanında yerləşən atası X8 tərəfindən sənədsiz inşa edilmiş, ümumi sahəsi 127,4 kv.metr olan evə verilmiş FM seriyalı 026280 saylı qeydiyyat vəsiqəsini ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsi, Xanlar küçəsi,ev 52 ünvanında döğulmuşdur, orada qeydiyyatdadır və ailə üzvləri arvadı, iki uşağı ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. 1943-cü ildə ünvan 3nvanında babası X9 tərəfindən 7 x 5.1 ölçüdə ümumi sahəsi 35.5 kv.m-lik ev inşa edilmişdir. 1943- cü ildə babası tərəfindən inşa edilmiş 35.1 kv.m sahəsi olan olan ev qəzalı vəziyyətdə olduğundan üçmuşdur. Bundan sonra atası X8 tərəfindən ünvan 4 ünvanındakı babasının tikdiyi 35.1 kv. m evdən 10 metrlik aralı məsafədə ümumi sahəsi 127.4 kv.m olan sənədsiz ev inşa edilmişdir. 3-cü şəxs X7 babası X3 vəfatından sonra saxta arayış təqdim etməklə xx.xx.2003-cü il tarixində mövcud olmayan evə, vəfat etmiş şəxsin adına mülkiyyət hüququ əldə etmiş və bundan sonra atam X8 tərəfindən sənədsiz inşa edilmiş evə öz adına FM seriyalı 026280 saylı qeydiyyat vəsiqəsi əldə etmişdir. 3-cü şəxs X4 ümumi sahəsi 127.4 kv. m olan sənədsiz tikiliyə verilmiş FM seriyalı 026280 saylı qeydiyyat vəsiqəsi qanunzusdur,ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) qeyd olunmuşdur ki, iddiaçı X8 ilə onun arasında mübahisə predmeti olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər Xəzər Rayon Məhkəməsində məhkəmə mübahisələri olmuşdur. İddiaçı 2009-cu ildə ona qarşı Xəzər Rayon Məhkəməsində mübahisə predmeti olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın və ondan irəli gələn, nəticələrin ləğvi barədə iddia qaldırmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli 2(003)-55/2011 saylı qətnaməsi ilə onun iddiası təmin olunmamışdır. Bundan sonra hazırkı iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2011-ci il tarixli 291030-3276/2011 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Həmin qətnamədən prosesual hüquq normalarının pozulması əsasları ilə kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 24 may 2012-ci il tarixli Qərarı ilə onun kassasiya şikayəti qismən təmin olunmuş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli 2(003)-55/2011 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. AR Ali Məhkəmənin Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra hazırki iş üzrə iddiaçı B.Hacıyev yenə də ona qarşı mərhum atalarının adına olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair ilkin çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli 2(103)-684/2014 saylı qətnaməsi ilə iddiaçının bu iddiası da təmin olunmamış, B.Hacıyev həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-3080/2016 saylı Qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi hazırkı iddia tələbinə aidiyyatı məhkəmələrdə baxılmış, yekun məhkəmə aktı qəbul edilərək, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddialar təmin olunmamış, hazırki mübahisəyə hüquqi qiymət verilmişdir. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti TİMHQİ tərəfindən verilmiş FM seriyalı 026280 №li qeydiyyat vəsiqəsinin surətindən müəyyn olunur ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyatdan keçmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda (surəti) göstərilmişdir ki, sözügedən (ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi) ünvan 8diq edilmiş, xx.xx.2004-cü il tarixli, 2V-08 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2004-cü il tarixində X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətinədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 17-ci bəndində göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələb təbiətinə görə daha çox mülki xarakterli münasibətlərdən irəli gəldiyindən, yəni qeydiyyatı mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və bu halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan əlavə iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadın surətindən müəyyən olunur ki, iddiaçı Hacıyev Bəylər Ələkbər oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının mərhum atası X3 adına mülkiyyət hüququ ilə reyestrdə aparılmış 30/100 saylı qeydin və həmin qeyd əsasında X5 adına aparılmış 11 mart 2004cü il tarixli qeydin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qeyd olunan qərardadla işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki: - Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair iddiaçı Hacıyev Bəylər Ələkbər oğlunun mərhum atasının adına aparılmış qeydiyyat hazırda mövcud deyil, vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında üçüncü şəxs X2 adına qeydiyyat aparılmış, lakin hazırda mövcud olmayan qeydiyyatın ləğvi tələb oluna bilməz. Nəzərə alınmalıdır ki, müvafiq mülki mübahisəyə artıq mülki məhkəmə icraatı qatdasında baxılmışdır; - Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair üçüncü şəxs X2 adına qeydiyyat “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından, həmin qeydiyyatın ləğvi tələbinə dair inzibati məhkəmə icraatına baxıla bilməz; - “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilmədiyindən, qüvvədə olduğundan və həmin şəhadətnamədə hazırki üçüncü şəxs X7, hansı ki, müvafiq evə dair qeydiyyat onun adına aparılmışdır, tək vərəsə kimi çıxış etdiyindən, hazırki iddiaçı Hacıyev Bəylər Ələkbər oğlunun evə hər hansı hüququ olmadığından, onun hazırki iddianı qaldırmaq üzrə subyektiv hüququ da mövcud deyil. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2718/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2316/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Hacıyev Bəylər Ələkbər oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli 2-1(103)-2718/2022 nömrəli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (bənd 8.1.). Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (bənd 8.2.). Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir; 8.5-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar