Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4665/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və digərləri) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə, İddiaçı3 (Ş/v:AA*******, FİN:1BHTXXG, D/t:xx.xx.1983) adına, 1/6 hissədə İddiaçı1 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1986) adına və 1/6 hissədə İddiaçı2 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1989) adına çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5, X21 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2269/2022 saylı xx.xx.2022-ci il tarixli qətaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1911/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən - miras əmlakın mülkiyyətçisi X2 vərəsələrin dairəsinin müəyyən edilməsinin Bakı şəhərinin 9 saylı Notariat Ofisinə həvalə edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi - xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 birinci nikahdan olan üç uşağı - X16, İddiaçı2, İddiaçı1 və ikinci nikahdan olan arvadı X5, uşaqları X21 və X11 bərabər hüquqlu vərəsələri hesab edilməklə, onların hər birinin miras əmlak - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə payı müəyyən edilmişdir. Göstərilən qətnamə qanuni qüvvəyə minmiş və iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 1 saylı 14 yanvar 2003-cü qərarına əsasən aşağı instansiya məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2269/2022 saylı xx.xx.2022-ci il tarixli qətaməsi üzrə icra vərəqəsinin verilməsi məsələsinə baxılması ilə əlaqədar 07-08 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi özünün 3-6/2-10293 saylı 22 sentyabr 2023-cü il tarixli məktubu ilə müraciətə cavab olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2269/2022 saylı xx.xx.2022-ci il tarixli qətaməsi qanuni qüvvəsini almış və qeyd olunan mülki iş apellyasiya və kassasiya qaydasında baxıldıqdan sonra 11 noyabr 2022-ci il tarixdə işə baxılmış Rayon Məhkəməsinə qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab olunur. Göstərilənlərə əsasən cavabdehə müraciət olunaraq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə mən, İddiaçı3 (Ş/v:AA*******, FİN:1BHTXXG, D/t:xx.xx.1983) adına və 1/6 hissədə İddiaçı1 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1986) adına çıxarışların verilməsi xahiş edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə əlaqədar həmin məhkəmədən və ya müvafiq icra şöbəsindən icra vərəqəsi İdarəyə daxil olduqdan sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi tələbi müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi, oğlu -X12 idi, lakin onun, xx.xx.2017-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 2 qeydiyyatda olan arvadı X5, qızı- X22 və xx.xx.2001-ci il təvəllüdlü oğlu-X8r, onlar miras əmlakdan bərabər paylarda irs almalıdırlar. xx.xx.2019-cu il tarixli, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m fərdi yaşayış evi X13 (1/3 hissə), X3 (1/3 hissə) və X7 (1/3 hissə) paylı mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(010)-1911/2020 saylı qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən mənzillə bağlı ünvan 4t 2019-cu il tarixli, 2V/127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin etibarsız sayılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən miras əmlakın mülkiyyətçisi X2 vərəsələrinin dairəsinin müəyyən edilməsinin Bakı şəhəri 9 saylı Notariat ofisinə həvalə edilməsi, qarşılıqlı iddia tələbinin İddiaçı3, X14, X15, X9, İddiaçı1 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmələri hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1302/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1911/2020 saylı iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən - miras əmlakın mülkiyyətçisi X2 vərəsələrin dairəsinin müəyyən edilməsinin Bakı şəhərinin 9 saylı Notariat Ofisinə həvalə edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilmişdir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 birinci nikahdan olan üç uşağı - X16, İddiaçı2, İddiaçı1 və ikinci nikahdan olan arvadı X5, uşaqları X21 və X11 bərabər hüquqlu vərəsələri hesab edilməklə, onların hər birinin miras əmlak - Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə payın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4718/2022 nömrəli qərarı ilə iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2269/2022 nömrəli mülki iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1911/2020 nömrəli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(010)-1911/2020 saylı qətnaməsi icraya yönəldilərək, ünvan 3 ünvanında yerləşən mənzillə bağlı ünvan 4t 2019cu il tarixli, 2V/127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli çıxarış ləğv edilməsi ilə bağlı icra vərəqəsi verilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 831 nömrəli məktubundan görünür ki, X2 miras əmlakına dair xx.xx.2014-cü il tarixli 2V/127 reyestr saylı vərəsəlik şəhadətnaməsi xx.xx.2022-ci il tarixdə Suraxanı rayonunun icra vərəqəsinə əsasən xitam verilmişdir. İddiaçılar hazırda həmin məhkəmə qətnamələrinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair müəyyən edilmiş paylarının qeydə alınmaqla çıxarış verilməsini xahiş edirlər. Lakin işdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(010)-1911/2020 saylı qətnaməsi tam icra edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli çıxarış ləğv edilməmişdir. Belə ki, işdən müəyyən olunur ki, Suraxanı rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixdə cavabdehə məktub ünvanlayaraq, Bakı şəhəri, Suraxanı Rayon İcra şöbəsinin icraatında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə Suraxanı Rayon Məhkəməsinin 2010)-1911/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra olunması üçün həmin orqana göndərilmişdir. İşdə olan cavabdehin Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2269/2022 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən kasssiya şikayəti verilmiş, müvafiq məhkəmə işi ilə bağlı İdarəyə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-4718/2022 saylı məhkəmə bildirişi daxil olmuş, lakin məhkəmə işin nəticəsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin Cavabdehin xx.xx.2023-cü il tarixli, **********37 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi ilə bağlı hissəyə münasibətdə bildirir ki, qətnamə ilə İdarə üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Çıxarışın ləğv edilməsi hissəsinə dair müvafiq mülki işlə bağlı icra sənədi İdarəyə rəsmi qaydada daxil olacağı təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********85 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 281 v saylı fərdi yaşayış evinin 1/3 hissəsi X3, 1/3 hissəsi X7, 1/3 hissəsi X13 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, işin qeyd olunan hallarından görünür ki, hazırda iddiaçıların hər birinin 1/6 hissədə pay hüququnun olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 281 v saylı fərdi yaşayış evi, 1/3 hissədə X3, 1/3 hissədə X7, 1/3 hissədə isə X13 olmaqla, onların tam mülkiyyətindədir. Buna görə də, nə qədər ki, 281v saylı fərdi yaşayış evinin 1/3 hissəsi X3, 1/3 hissəsi X7, 1/3 hissəsi X13 mülkiyyətində olması barədə qeyd və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədədir, iddiaçıların həmin daşınmaz əmlaka 3/6 hissədə pay hüquqları qeydə alına bilməz. Bu səbəbdən işin hazırkı halında iddiaçıların arzuladığı nəticəyə nail olunması üçün ilk əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(010)- 1911/2020 saylı qətnaməsi tam icra edilməli və üçüncü şəxslərin mübahisəli daşınmaz əmlaka 3/3 hissədə pay hüquqları ləğv edilməlidir. Yalnız bundan sonra iddiaçıların həmin əmlaka hüquqları qeydə alına bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 11ahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4665/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4665/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver