Məhkəmə qərarları › İş №e-2-1(112)-4665/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4665/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4665/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “məhkəmə qərarının icrasına məcbur edilmə və zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi və kəsilən pensiyaya əlavənin bərpa edilməsi, maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manat cavabdehdən tutulub pensiya hesabına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) pensiyanın düz hesablamamasından şikayətinə cavab olaraq 2023-cü ilin əvvəlində pensiyanın müvafiq məhkəmə qərarına əsasən verilən 110 manat əlavə ilə birlikdə 1112,44 manat məbləğində müəyyən edildiyi və müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə razı olmadığı təqdirdə 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilib. 2023-cü ilin martında Bakı İnzibati Məhkəməsi iddiamı icraata götürüb və... cavabdeh xx.xx.2023-cü ildən məhkəmə qərarı ilə pensiyaya əlavə olunan 110 manatın verilməsini dayandırıb, pensiyamı 1112,44 manatdan 973,65 manata endirib. Cavabdeh məhkəmə qərarı ilə pensiyaya əlavə olunan 110 manatın 6 ildən sonra xx.xx.2023-cü ildən dayandırılmasını məhkəmənin əsaslandığı "Əmək pensiyaları haqqında" Qanunun 19-cu maddəsinin xx.xx.2021-ci ildən ləğv edilməsi ilə əsaslandırıb.:" Qanuna edilmiş müvafiq dəyişiklikliyə uyğun xx.xx.2021-ci il tarixindən 19.1.7.1 -ci maddə ləğv edilib. Nəticədə qeyd olunan maddə əsasında ödənilən 110 manat əlavənin bütün şəxslərə ödənilməsi dayandırılıb.Yəni fərq etmir sözügedən əlavə şəxsin müraciəti əsasında Mərkəzi Filial tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Mərkəzi Filial tərəfindən qanunvericiliyə uyğun hesab edilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişi dayandirilib." Cavabdeh-borclu xx.xx.2024 tarixli məktubunda yazır ki, müvafiq araşdırma zamanı pensiyanızda yuxarıda göstərilən əlavənin, lazımi məlumatlar vaxtilə elektron bazaya daxil edilmədiyindən vaxtında dayandırılmadığı aşkar olunub. Bununla əlaqədar 2023-cü ilin aprel ayında pensiyanız yenidən hesablanaraq 1112,44 manatdan 973,65 manata azaldılıb. Nəticədə sizə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 3188,37 manat artıq vəsait ödənilib" ( səhifə 2, aşağıdan 3-cü abzas).xx.xx.2024 tarixli məktubun 2-ci səhifəsinin aşağıdan birinci abzasında yazılıb:" Bundan başqa, siz bu və ya digər məsələlərlə bağlı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmisiniz." Cavabdeh-borclunun Konstitusiyaya, dövlətin adından məhkəmə qərarına sayğısızlığı bir yana, "bu və və ya digər məsələlərlə bağlı " xx.xx.2023-cü ildə məhkəməyə müraciət etməsini bildirməsi cinayətkar saxtalıqdır. Məktubda borclu inzibati orqan 2023-cü ilin aprelindən pensiyanı azaltdığını bildirirsə, iddiaçı "bu məsələdən" neçə bir ay qabaq mart ayında necə məhkəməyə müraciət edə bilərdim? Hardan bilərdi ki, cavabdeh-borclu ona məhkəməyə müraciət etmək hüququnu fevral ayında izah edəndən sonrakı mart ayında o, məhkəməyə müraciət edən kimi sonrakı ayda -apeldə pensiyanın artırılması əvəzinə, əksinə ayda 138,79 manat (1112,44- 973,65= 138,79), 2024-cü ildən ayda 155 manat az hesablayacaq? Bakı İnzibati Məhkəməsi xx.xx.2023, xx.xx.2023-cü illərdə və s. borclu XŞTMF-yə xx.xx.2017 tarixli, 2-(81)-1889/17 saylı qərarın icra vəziyyəti barəsində tələb irəli sürsə də, cavabdeh bu tələbə də qanuna, Konstitusiyaya uyğun cavab verməyib və icradan yayınıb. Ona məhkəmə qərarının özbaşına dayandırılması nəticəsində dəyən maddi ziyanın məbləği 2023-cü ilin 9 ayı ərzində aya 138,79 az hesablandığından 1248,41 (9*138,79= 1248,41) manat təşkil edir. 2024-cü ildə isə ona ayda 155 manat az pensiya verilib. Bu da 12 ayda 1860 manat edir (155*12= 1860).1248,41+ 1860=3108,41 manat maddi ziyan məbləğini təşkil edir. Mənəvi ziyan isə qat-qat çoxdur. Borclunun məndən -tələbkar 1-ci dərəcəli Qarabağ əlilindən 2021-23-cü ilin aprelinə kimi 3188,37 manat tələb edir ( xx.xx.2024 tarixli məktub, aşağıdan 3-cü absaz). Bununla cavabdeh-borclu XŞTMF məni 20 aydır şantaj edir. Beləliklə, cavabdeh XŞTMFin vurduğu maddi ziyanın məbləği 3108, 41 manat, günə 1 faiz dəbbə pulu ilə aya 93,24 manat, 20 aya 1864, 8 manat da dəbbə pulu əlavə etsək, 4973 manat maddi ziyan məbləği təşkil edir; mənəvi ziyanın məbləği məndən şantajla tələb olunan 3188,37 manat təşkil edir. Onun bu şantajdan çəkdiyim mənəvi sarsıntı və iztirabı isə 15 (on beş) min manat dəyərləndirir. Ona vurulan maddi ziyanın məbləği 3108 manat, mənəvi zoyanın məbləği isə 18188 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı 18 iyun 1993-cü il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq. 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair 21095 nömrəli məlumat vərəqinə və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə əsasən, İ dərəcə əlilliyə görə əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - Mərkəzi Filial) tərəfindən ödənilir. İddiaçı əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixdən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,00 manat, rütbə maaşı 144,00 manat, vəzifə və rütbə maaşının cəmindən hesablanan xidmət illərinə görə 5 faiz əlavəsi 33,70 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 771,70 manat təşkil edib. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixdən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 1082,70 manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.1-ci maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110,00 manat məbləğində əlavə verilirdi. İddiaçı sözügedən əlavənin pensiyasının üzərinə əlavə edilməsi üçün vaxtilə məhkəməyə müraciət edir. Nəticədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1889/2017 nömrəli qərarına əsasən pensiyasına əlavənin ödənilməsinə başlanılıb. Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun xx.xx.2021-ci il tarixdən 19.1 7.1-ci maddə ləğv edilib. Nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsi dayandırılıb. Həmin əlavə şəxsin müraciəti əsasında Fond tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Fond tərəfindən qanunvericiliyə uyğun hesab edilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişi dayandırılıb. Qanuna illər ərzində edilmiş dəyişikliklərlə əlaqədar 19.2.5-ci maddədə nəzərdə tutulan əlavə 19.1.7.1-ci maddə ilə əvəzlənib. Eyni zamanda da adıçəkilən şəxsin lehinə çıxmış məhkəmə qərarından sonra ona ödənilən həmin əlavənin məbləği qeyd olunan maddəyə müvafiq illər üzrə edilmiş dəyişiklərə uyğun artırılaraq ödənilib. Yəni 19.1.7.1-ci maddə də qeyd olunan əlavənin məbləği illər üzrə artdıqca İddiaçı ödənilmiş müvafiq əlavənin məbləği illər üzrə artırılıb, qeyd olunan maddə ləğv olunduğuna görə əlavənin ödənilməsi də dayandırılıb. Eyni zamanda, qeyd olunan maddənin ləğvi müvafiq kateqoriyadan olan şəxslərin digər sosial ödənişinin - Prezident təqaüdünün məbləğinin artırılması ilə paralel aparılmışdır. Belə ki, adıçəkilən şəxsə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı İ dərəcə müharibə əlillərinə" ödənilən Azərbaycan Respublikası Prezidentinin 250,00 manat məbləğində təqaüdü Azərbaycan Respublikası Prezidentinin 30.12 2020-ci il tarixli 1230 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən (yəni Qanunun 19.1.7.1-ci maddəsinin ləğv edildiyi gündən) 400,00 manata artırılıb (xx.xx.2023- cü il tarixdən isə 500,00 manat). Daha sonra müvafiq araşdırma zamanı lazımı məlumatlar vaxtilə elektron bazaya daxıl edilmədiyindən İddiaçının pensiyasında yuxarıda göstərilən əlavənin vaxtında dayandırılmadığı və nəticə etibarilə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 3188,37 manat artıq vəsait ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən "əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7109/2023 nömrəli qərar qəbul edilərək 2023-cü ilin aprel ayında pensiyası yenidən hesablanaraq 1112,44 manatdan 973,65 manata azaldılmışdır. Həmin artıq ödənilmiş 3188,37 manat vəsaitin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə İddiaçı yazılı razılığını qısa müddətdə Mərkəzi Filial təqdim etməyi xahiş olunmuşdur. Artıq ödənilmiş pul vəsaiti haqqında İddiaçı xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1062xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-56691/2023 nömrəli, xx.xx.2023- cü ıl tarixli 3-17-1/2-B- 260040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-309000/2023 nömrəli, 26 yanvar 2024-cü il tarixli 3-17-1/2-B-19423/4/2024 nömrəli, 2 fevral 2024-cü ıl tarixli 3-17-1/2-B- 24859/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-39595/6/2024 nömrəli məktublarla məlumat verilmişdir. Lakin hazırki tarixədək adıçəkilən şəxs ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması ilə bağlı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını Mərkəzi Filiala təqdim etməmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibatı akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibatı orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Sözügedən qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, cavabdeh inzibati orqan “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul etməkdə haqlı olmuşdur. Bundan başqa, İddiaçı bu və ya digər məsələlərlə bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7485/2023 nömrəli qərardadı ilə iddiası mümkün hesab edilməmişdir. Eyni zamanda, İddiaçı apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 01 11.2023-cü il tarixli 2-1(103)-3863/2023 nömrəli qərardadı ilə təmin edilməyib. Həmin qərardan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli 2-1(102)- 2983/2023 nömrəli qərarı ilə mümkün hesab edilməyib. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bır sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması; cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; . qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibatı aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır, Digər tərəfdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi İddiaçı mövcud tələblə (maddi və mənəvi ziyanın ödənilməsi) bağlı inzibati orqana müraciət etməmiş və məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Həmçinin Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delıkt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddələrin məzmunundan göründüyü kimi mülki hüquqi məsuliyyətin yaranması üçün ilk öncə zərər vurulması faktı mövcud olmalı, həmin dəymiş zərər bilavasitə təqsirli hərəkətin nəticəsi olmalı, zərərlə nəticə arasında səbəbli əlaqə olmalıdır. Digər tərəfdən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü bürııze verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması (sübutedici nəyinsə olması yəni resept yaxud psixiatr yardımlı və bununları sübut edən nələrsə) və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin göstərilən hallardan heç birinin təzahürü iddiaçıda mövcud olmamış və mövcud olsa belə sübuta yetirilməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə aktnın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı tələbi iki hissədən ibarətdir: -cavabdehin dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi; -maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manat cavabdehdən tutulub pensiya hesabına ödənilməsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə iddianın mümkünlülük şərti ödənilmir. Hazırkı işdən müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1889/2017 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesblanmaqla İddiaçı pensiyasının xx.xx.2007-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmiş, məhkəmə qərarı qanuni qüvvəsini almış, icra edilməsi üçün inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 01/89/02-642 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərarının icra olunduğu bildirilmişdir. İnzibati orqan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1889/2017 nömrəli qərarına əsasən pensiyasına əlavənin ödənilməsinə başlanılmasını, Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun xx.xx.2021-ci il tarixdən 19.1 7.1-ci maddə ləğv edilib. Nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsinin dayandırılmasını, həmin əlavə şəxsin müraciəti əsasında Fond tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Fond tərəfindən qanunvericiliyə uyğun hesab edilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişinin dayandırılmasını bildirmişdir. Hazırkı iddiada iddiaçı məhz məhkəmə qərarının icrasının təmin edilməsini və məhkəmə qərarı ilə hesablanmış əlavənin pensiyasına bərpa olunmasını və cavabdehin qərarının icrasının təmin edilməməsi nəticəsində dəymiş madi və mənəvi zərərin ödənilməsini müstəqil inzibati iddia qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırması»nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərdə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Göründüyü kimi iddiaçıya pensiyasının ƏPQ-nun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddiaçı həmin əlavənin dayandırılması ilə bağlı məsələni hazırkı iddia qaldırmaqla deyil, qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Məhkəmə iddia tələbinin ikinci, yəni maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları bildirir: İnzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsindən də, göründüyü kimi, iddiaçı ona dəyən maddi və mənəvi ziyanı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əsaslandırmışdır ki, bu hərəkət (hərəkətsizlik) məhz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(81)-1889/2017 nömrəli qərarının icrasından irəli gəlir. İdiaçının tələbi üzrə məhkəmə qərarının icrası qaydasında isə cavabdehin hərəkət və ya hərəkətsizliyi öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi bu hissədə də, mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya iddia icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar