Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4681/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının “torpaq sahəsinin "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə İddiaçı verilmiş **********49-05101-083007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bir neçə ay öncə Nərimanov rayonu, X7 128/130 ünvanında ərazidə qanunsuz söküntü işlərinin "xxxx" MMC adlı tikinti şirkəti tərəfindən aparıldığı ona məlum olmuşdur. Ərazi tamamilə hasarlandığı üçün Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64 kv.m olan qeyri-yaşayış sahəsi hasarın içində qalmışdır. "xxxx" MMC-nin nümayəndələri binanın söküləcəyini və bu səbəbdən binanın tamamilə hasara alındığını bildirmiş, hazırda isə sökülmüşdür. Bununla bağlı mülkiyyətçi ilə razılığa gəlinməmiş, məhkəmə qaydasında mülkiyyət hüquqlarına xitam verilməmişdir. Mülkiyyətçinin qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ olduğu halda MMC tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestrinə baxan zaman məlum olmuşdur ki, MMC-nin həmin ərazidə tikinti və söküntü üçün icazəsi mövcud deyildir. MMC bir müddət əvvəl qanunsuz olaraq binaların qarşısına dəmir konstruksiyalar quraşdırılmış, insanların, maşınların hərəkətlərinə, orada fəaliyyət göstərən obyektlərin iş rejiminə maneələr yaradılmışdır. MMC mülkiyyətçiləri qorxutmaq və psixoloji təzyiq etmək üçün müxtəlif vasitələrə əl atılmışdır. 1.7 ha torpaq sahəsinə 26 yanvar 2024-cü tarixli 11 nömrəli sərəncam verilmişdir. Həmin sərəncam verilərkən və daha sonra iddiaçıya ərazidə söküntü tikinti işlərinin aparılacağı barədə heç bir məlumat verilməmişdir. İddiaçı sərəncamın mövcudluğu barədə yeni məlumat əldə etmişdir. Belə ki, MMC tərəfindən qanunsuz olaraq iddiaçı ilə razılaşdırılmadan binanı sökməyə, binaları qəzalı vəziyətə salmağa, yolları bağlamağa, tikinti meydançası qurulmadan söküntü işləri aparmaqla, onları təhlükəli vəziyyətdə salmaqla mülkiyyət hüquqları açıq-aşkar pozulur. Bununla da iddiaçı mülkiyyət hüquqlarından sərbəst şəkildə, heç bir maneə olmadan istifadə edə bilmir. Cavabdehə və üçüncü şəxslərə dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Lakin, MMC tərəfindən mülkiyyətçi mübahisələrin tikinti və mülki qanunvericiliyin tələbləri baxımından həll edilməsi öhdəliyi götürülsə də, həmin öhdəlikləri icra etməmişdir. Belə ki, bütün mülkiyyətçilərlə müqavilələr bağlanmamış, bu istiqamətdə lazımi tədbirlər görülməmiş və razılıq alınmadan söküntü işləri aparılmaqla hüquqlar pozulmuş, əlavə olaraq kommunikasiya xətləri bağlanmış, bununla da sərəncam tam icra edilməmişdir. Cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində Konstitusiya ilə təsbit edilən iddiaçının mülkiyyət hüququ kobudcasına pozulmuşdur. Sərəncama əsasən mülkiyyətçilər ilə əmlakhüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında MMC-nin istifadəsinə verilməli, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etməli; tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etməli idi. Qeyd olunanlara əməl edilməmişdir. Tikinti şirkəti qanunsuz hərəkətlərini davam etdirib layihə, tikinti və söküntü üçün icazələr olmadan binanı sökmüşdür. Göründüyü kimi, MMC tərəfindən sərəncamın şərtləri yerinə yetirilmir.
3. Məhkəmənin e-2-1(112)-16011/2024 saylı xx.xx.20214-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64.0 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nörməsi ilə qeydiyyata alınmışdır.
7. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X4 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64.0 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır.
8. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə mübahisəli sərəncamın və həmin sərəncamla əlaqəli digər sənədlərin əldə edilməsi məqsədilə cavabdehə və digər qurumlara müraciətlər ünvanlanmışdır.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 52/2-4305/2024 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi haqqında 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli sərəncamında göstərilir: “Gold Recidence" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/698 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-19561/2023 nömrəli, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3- 35/2-545/2024 nömrəli razılıq məktublarını və “Azərinşaatlayihə” Dövlət Baş Layihə X2 xx.xx.2020-ci il tarixli Aktını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməni və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alıram:
1. ünvan 3 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Gold Recidence" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “Gold Recidence" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilsin.
2. Sifarişçiyə tapşırılsın: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin; 2.3. Azərbaycan Respublikası "Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin təiəblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin; 2.4. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin; 2.5. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin; 2.6. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. 3. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 4. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılsın.
10. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 23 dekabr 2024-cü il tarixli, 3-21- 3-30/2-51759/2024 nömrəli məktubla Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 130 saylı ünvanına dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
17. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli sərəncamı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, mübahisəli sərəncam xx.xx.2024-cü il tarixli olsa da, iddiaçı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan əldə edilməsi məqsədilə ilk öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədikdən sonra isə hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
24. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
26. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, 130 saylı ünvanında yerləşmiş qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı hazırda ona məxsus qeyri-yaşayış sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli sərəncamı əsasında"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsini əsas gətirərək həmin sərəncamın qanuniliyini mübahisələndirir.
27. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir.
28. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
29. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir.
30. Odur ki, sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, odur ki, iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, bir şəxsin hüququnun digər şəxs(lər)ə daha çox zərər vurulması yolu ilə bərpa olunması ictimai maraqlara və mütənasiblik prinsipinə uyğun hesab edilə bilməz
31. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
32. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
33. X6 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X6 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). 30. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri- mütənasib yük salacaq (Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır (Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§118 və 180))
34. İşin faktiki hallarından müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi yaşayış binasının alt hissəsində yerləşir, o sökülmədən tikinti işlərinin aparılması mümkün deyil. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsi artıq sükülmüşdür. Bu səbəbdən də, məhkəmə, mübahisəli qeyriyaşayış sahəsinin artıq süküldüyünü, sökülmüş binaya görə Şirkət tərəfindən sakinlər qarşısında götürülmüş öhdəliyin, cəmiyyətin ümumi maraqlarının fərdi maraqlardan üstünlüyünü nəzərə alaraq hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını qeyri-yaşayış sahəsinin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva