Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-472/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********445600 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********445600 nömrəli qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzə Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2020- ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********445600 saylı, 15 sentyabr 2021-ci il tarixli vergilərin, sosial siğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə Qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması barədə **********445600 saylı, 15 sentyabr 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas - 1) iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra, cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə xx.xx.2021-ci il tarixdə kameral qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi ********.85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. xərclər hesab olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri əsasında hesablanmışdır. gəlirdən çıxılan xərclər qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq formaya uyğun alış aktları cavabdeh inzibati orqana təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarf’mn 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Cavabdeh inzibati orqan tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunuun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslandırılmamışdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd etdiyiniz xərclərlə bağlı müvafiq sənədlərləri cavabdehə məktubda "Forma MAA-1" malların alış aktlarını və digər sənədləri sizə təqdim edilmişdir. Əlavə olaraq Malların alış aktlarının cədvəlini cavabdeh inzibati orqana qoşma ilə təqdim edilmişdir. Yeni zamanda iddiaçı tərəfindən dəfələrlə eyni uyğunsuzluğa cavab yazmağmaa baxmayaraq eyni uyğunsuzluğu təkrar göndərilir. 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Bildirilir ki, mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********445600 saylı xx.xx.2021-ci il tarixli qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-ci maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.
3. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “Meyvə və tərəvəzin topdansatışı” olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış-malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatlann başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Bildirilir ki, İddiaçı tərəfindən 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri" (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-cı) , "Nəqliyyat xərcləri" (1230-cu), Nəqliyyat xərcləri (1233) və “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (********.28 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş eqaimə-fakturaların və alış aktlarının məbləği (968144.40 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (iş, xidmətlərin) (146310.11) manat + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (12109285,42 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan verg’ bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (********.43 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (********.43 manat) məbləğin müqayisəsi nəticəsində ********.85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir, 37.3-cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********265700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən (gəlir üzrə xərc müəyyən edilmişdir (********.78/6*5=********.46)) 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 896947,64 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********445600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İddiaçı həmçinin iddia ərizəsində qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********445600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Bildirilir ki, vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi” barədə müqavilənin 4.1.7-ci bəndinə müvafiq olaraq vergi ödəyicisinin vəzifələrindən biri vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görməkdir. “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmçinin xx.xx.2021-ci il tarixli **********445600 nömrəli Qərar vergi ödəyicisinin elektron qutusuna xx.xx.2021-ci il tarixində göndərilmiş, vergi ödəyicisi tərəfindən də xx.xx.2021-oi il tarixində oxunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş o'ur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirüməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında-ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********445600 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.
4. İddiaçı iddia tələbinin əsasları ilə bağlı bildirmişdir ki, iddia ərizəsinə etiraz cavabdeh tərəfindən tərtib edilmiş və tərəfimizdən məhkəmədə mübahisələndirilmiş inzibati akt kimi əsaslandırılmamış, cavabdehin inzibati orqanın subyektiv mülahizələrindən ibarətdir. Cavabdeh inzibati orqan öz əsassız iddia tələbinə etirazda qeyd etməyə çalışmışdır ki, guya kameral vergi yoxlaması zamanı ********.85 (on üç milyon doqquz yüz otuz bir min altı yüz otuz yeddi manat səksən beş qəpik) manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Lakin həmin xərclərin nədən ibarət olmasını, hansı səbəbdən həmin xərcləri qəbul etmədikləri etirazda qeyd olunmamışdır. Cavabdeh inzibati orqan hazirki iş üzrə iddia tələbinin mahiyyətini təşkil edən, mübahisələndirilən vergilərin hesablanması barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərini, qərarda qeyd olunan ********.85 (on üç milyon doqquz yüz otuz bir min altı yüz otuz yeddi manat səksən beş qəpik) manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin hansı səbəbdən qəbul edilmədiyini, əlavə vergi məbləği hesablanarkən, cavabdeh inzibati orqanın hansı səbəbdən NK-nın 55 saylı qərarının tətbiqi etdiklərini vergi qanunvericiliyinin tələblərinə əsasən əsaslandıra bilməmiş, iddia tələbinə dair öz şəxsi mülahizələrini uydurma fikirlərini bildirmişdir. Hazırki iş üzrə mübahisələndirilən cavabdeh inzibati orqan tərəfin qəbul edilmiş qərarın qəbul edilməsinin qanunsuz olduğunu, cavabdeh inzibati orqanın əlavə vergi məbləğinin əsassız hesabladığını, xərc sənədlərinin qəbul edilməməsinin qanunsuz olduğunu qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandırır. Baxmayaraq ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin maddənin tələbinə əsasən 1) cavabdeh inzibati orqan tərəfindən NK-nın 55 saylı qərarına əsasən hesablama aparması üçün vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edilməli idi. Belə bir hal cavabdeh inzibati orqan tərəfindən nə kameral vergi yoxlaması zamanı, nə də məhkəmə iclasında aşkar edilməmişdir. Belə olduğu halda cavabdeh inzibati orqan VM-nin 37.4-cü maddəsindən VM-nin 67-ci maddəsinə keçid edə bilməzdi. Bu da onu sübut edir ki, cavabdeh inzibati orqan tərəfindən VM-nin 67-ci maddəsində qeyd olunan əsaslarla hesablama apara bilməz. Belə hesablama apardığı halda nəticədə qəbul edildiyi inzibati akt qanunsuzdur, əsassızdır, etibarsızdır. 2) Eyni zamanda cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı məktublarda kameral vergi yoxlaması zamanı sənədlərin təqdim edilməməsi barədə hər hansı bir bildirişi olmamış, cavabdehin nümayəndəsinin xx.xx.2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında məhkəmə iclasına sədrlik edən hakimin suallarına verdiyi cavabda qeyd etmişdir ki, iddiaçı tərəfindən sənədlər yoxlama zamanı cavabdeh inzibati orqana təqdim edilmiş, lakin inzibati orqan həmin sənədləri xərcləri təsdiq edən sənəd kimi qəbul edilməmişdir. Bununla da sübut olunur ki, sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilib. Belə olan halda yenə də inzibati orqan VM-nin 37.4-cü maddəsindən VM-nin 67-ci maddəsinə keçid edə bilməzdi. Bu da onu sübut edir ki, cavabdeh inzibati orqan tərəfindən VM-nin 67-ci maddəsində qeyd olunan əsaslarla hesablama apara bilməz. Belə hesablama apardığı halda nəticədə qəbul edildiyi inzibati akt qanunsuzdur, əsassızdır, etibarsızdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri- maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı ldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Cavabdeh inzibati orqan VM-nin 67-ci maddəsində qeyd olunan hallardan heç birini tətbiq etməmiş, yalnız iddiaçı tərəfindən mübahisələndirilən dövr, yəni 2020-ci il üzrə təqdim edilmiş bəyannamə əsasında əlavə vergi hesablanmışdır ki, bu cür vergi hesablamaq qaydası VM-nin 67-ci maddəsində qeyd olunmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən əlavə vergi hesablayarkən hansı əlaqəli məlumatlardan istifadə etdikləri ilə bağlı hər hansı bir dəlil aşkar edilməmişdir. Bu hal da bir daha sübut edir ki, cavabdeh inzibati orqanın hazırki mübahisələndirilən qərar üzrə bütün hərəkətləri qanunsuz və əsassızdır. Həmin Məcəllənin 50.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti zamanı bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsidir ki, bununda hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur. Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergiödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən müvafiq alış aktları cavabdeh vergi orqanına təqdim edilsə də, cavabdeh vergi orqanı həmin alış aktlarını qanunsuz və əsassız olaraq, qəsdən, qərəzli şəkildə xərc sənədi kimi nəzərə almamışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə təqdim edilmiş alış aktlarının xərc sənədi kimi tanınmaması qanunsuz və əsassızdır. Belə ki, təqdim edilmiş alış aktları qanunvericiliyin tələblərinə əsasən tərtib edilmişdir. Xərclər hesab olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri əsasında hesablanmışdır. Bildirir ki, gəlirdən çıxılan xərclər qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq formaya uyğun alış aktları cavabdeh inzibati orqana təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Cavabdeh inzibati orqan tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır.
5. Cavabdeh əlavə olaraq bildirir ki, kənd təsərrüfatı mallarının alışı həyata keçirilən bəzi şəxslər tərəfindən vergi orqanına ünvanlanmış izahatlarda (X44, X23) İddiaçı heç bir kənd təsərrüfarı malları satmadıqlarını bildirmişlər.
6. Cavabdeh iddiaçıya ünvanlanmış 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubda bildirilmişdir ki, vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 6110005,85 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir və bununla əlaqədar məlumatların (məktuba əlavə edilmiş forma üzrə) araşdırmaya təqdim edilməsi Sizdən xahiş olunur; Aparılmış araşdırma nəticəsində baza məlumatlarına əsasən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində 600000,00 manat məbləğində aşağıda qeyd olunan bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir: -vergi orqanında uçotda olan şəxslərdən (vergi ödəyicilərindən) alınan mallar üzrə elekton qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə əldə olunması -hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinin adından alış aktlarının əldə olunması -fiziki şəxs vergi ödəyicisi kimi öz adından alış aktlarının əldə olunması -vergi ödəyicisinin muzdlu işçisinin adından alış aktlarının əldə olunması -eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması. Bildirilmişdir ki, qeyd olunan sənədlərdən əlavə bank müvafiq dövr üzrə bank hesablarından çıxarışlar, kassa çekləri, yaranmış kənarlaşmalarla bağlı ətraflı izahat məktubunun və müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi Sizə bildirilir. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.
7. Vergi ödəyicisi uyğunsuzluqlar barədə vergi orqanına məlumat verməmiş, nəticədə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il **********45600 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2020-ci il hesabat dövrü üzrə 13.931.637,85 manat məbləğində sənədlərlə təsdiqlənməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən vergi orqanı tərəfindən 896.947,64 manat əlavə gəlir vergisi hesablanmışdır.
8. İddiaçının təqdim etdiyi sənədlərə əsasən satın aldığı 13.931.637,85 manat məbləğində kənd təsərrüfatı məhsullarının satıcılarının (cəmi 61 nəfər) kənd təsərrüfatı təyinatlı və ya həyətyanı torpaq sahibləri olmasının müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən sorğuda qeyd olunan fiziki şəxslərin (cəmi 21 nəfər) adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklara dair məlumatları cədvəl formasında təqdim edilmişdir. Mülkiyyətçi Əmlak haqqında məlumat Qeyd Xaçmaz rayonu, Müqtədir X28 qəsəbəsində yerləşən 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə Sabirabad rayonu, Cavad kəndində X18 yerləşən 1,50 ha və 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Sabirabad rayonu, Cavad kəndində X49 yerləşən 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə
Ağdam rayonu, Əfətli kəndində arxiv X34 yerləşən 1,92 ha kənd təsərrüfatı sənədlərində təyinatlı torpaq sahəsi təvəllüd aşkar ümumi birgə edilməmişdir Masallı rayonu, Ağakişibəyli kəndində X38 yerləşən 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Göytəpə şəhərində yerləşən 0,56 ha X19 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
Əzimov Nazir (Nazim) Ağdam rayonu, Xındırıstan kəndində Fikrət oğlu yerləşən 0,99 ha və 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə Xaçmaz rayonu, Müqtədir Hacıbalayev Mahir qəsəbəsində yerləşən 1,03 ha kənd Seyidəhməd oğlu təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,07 ha həyətyanı torpaq sahəsi Biləsuvar rayonu, Səmədabad X60 kəndində yerləşən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Tovuz rayonu, Qədirli kəndində arxiv yerləşən 0,08 ha həyətyanı və 0,96 ha sənədlərində X45 kənd təsərrüfatı təyinatlı torpaq təvəllüd aşkar sahələri ümumi birgə edilməmişdir
Ağdaş rayonu, Nehrəxəlil kəndində arxiv X20 yerləşən 0,08 ha həyətyanı torpaq sənədlərində sahəsi təvəllüd aşkar ümumi birgə edilməmişdir Ağdam rayonu, Xındırıstan kəndində X29 yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayonu, Dadva y/m kəndində X30 yerləşən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə Ağdam rayonu, Xındırıstan kəndində X35 yerləşən 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə Tərtər rayonu, Dəmirçilər kəndində X39 yerləşən 1,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir rayonu, Muxtariyyət kəndində ümumi birgə X46 yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Samux rayonu, Nəbiağalı kəndində ümumi birgə yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X14 Samux rayonu, Nəbiağalı kəndində yerləşən 1,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Xaçmaz rayonu, Müqtədir ümumi birgə X31 qəsəbəsində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Xaçmaz rayonu, Müqtədir ümumi birgə X36 qəsəbəsində yerləşən 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir rayonu, Muxtariyyət kəndində ümumi birgə X32 yerləşən 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Astara rayonu, Siyəkü kəndində ümumi birgə yerləşən 0,05 ha və 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X24 Astara rayonu, Siyəkü kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
9. Məhkəmənin sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonlar üzrə kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrində 2020-ci il ərzində meyvə və tərəvəzlərin orta hesabla məhsuldarlığı barədə məlumat verilmişdir.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. İddiaçının qeydiyyatı Sumqayıt şəhərində olsa da, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edilməmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyəti Bakı şəhər ərazisidir. Odur ki, işə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi, Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
15. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
16. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir.
17. İddiaçıya münasibətdə kameral vergi yoxlaması həyata keçirilmişdir.
18. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər.
19. Odur ki, məhkəmə hesab edir ki, kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri olan fiziki şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab olunduğundan kənd təsərrüfatı məhsulları məhz qeyd edilən kateqoriyadan olan şəxslərdən nağd qaydada satın alına bilər.
20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 13.931.637,85 manat məbləğində xərc sənədinin 4.284.172,7 manat hissəsi kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri olan fiziki şəxslərdən satın alınmış kənd təsərüfatı məhsullarına dairdir. X1 161.017,67 manat, X4 61.302,83 manat, X33 107.981,73 manat, X15 310.354,20 manat, X21 229.326,55 manat, X5 471.034,71 manat, Əzimov Nazir (Nazim) Fikrət oğlundan 142.738,51 manat, X2 205.848,91 manat, X40 133.413,47 manat, X25 332.601,49 manat, X6 147.484,01 manat, X9 377.954,03 manat, X10 604.605,49 manat, X16 108.655,17 manat, X22 93.778,4 manat, X26 20.992,46 manat, X3 289.693,01 manat, X11 296.878,6 manat, X17 117.717,48 manat, X12 64.131,24 manat, X7 6.662,74 manat dəyərində kənd təsərrüfatı məhsulları satın alınmışdır.
21. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlər məhkəmə tərəfindən tədqiq edilərək müəyyən edilmişdir ki, təqdim edilən xərc sənədinin bir qismi kənd təsərrüfatı məhsullarının istehsalçılarından satın alınmış məhsullarla bağlıdır.
22. Gəlir vergisinin hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və gəliri müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, Məcəllənin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasında qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.
23. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********265700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir.
24. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
25. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən gəlir üzrə xərc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən müəyyən edilmiş (27.173.263,78 manat/6*5=22.644.386,46manat) və 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 896.947,64 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır (27.173.263,78 (gəlir)- 22.644.386,46 (xərc)=4.528.877,3 manat x 20%=905.775,46 manat. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamə üzrə 8.827,82 manat hesablandığından, əlavə 896.947,64 manat vergi məbləği hesablanmışdır 905.775,46 manat-8.827,82 manat).
26. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən 13.931.637,85 manat məbləğində xərc sənədinin yalnız 4.284.172,7 manat hissəsi faktiki olaraq kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri olan fiziki şəxslərdən satın alınmış kənd təsərüfatı məhsullarına aiddir. Lakin müvafiq qərara əsasən vergi orqanı tərəfindən nəzərə alınmış xərc məbləği (iddiaçı tərəfindən müvafiq dövr üçün bəyan edilmiş 27.173.263,78 manat gəlir (dövriyyə) nəzərə alınmaqla düstura uyğun olaraq) 22.644.386,46 manat təşkil etmişdir.
27. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
28. Məhkəmə qeyd edir ki, cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut etmişdir.
29. Məhkəmə araşdırması zamanı vergi orqanın qənaətinin iddiaçının qanunla qorunan hüquqlarını pozmadığı, eləcə də mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu müəyyən olunmuşdur.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva