Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4746/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil, İddiaçı1 nümayəndəsi Khudaverdiev İalchynın, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 161 nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı1 nümayəndəsi, iddiaçıların vəkili və nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixli yazılı vəsatət ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə artıq keçən ildən Bakı İnzibati Məhkəməsinə eyni predmet üzrə “sərəncamın ləğvi” üzrə iddia daxil olduğu üçün (hakim N.Abıyev) hazırkı işin həmin işə, yəni e-2-1(112)-16100/2023 saylı iş üzrə iddiaçı X2 olan inzibati işə birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi 2-1(112)-4746/2024 saylı inzibati işin 2-1(112)-3823/2024 saylı işə birləşdirilməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi 2-1(112)-4746/2024 saylı inzibati işin 2-1(112)-3823/2024 saylı işə birləşdirilməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi 2-1(112)-4746/2024 saylı inzibati işin 2-1(112)-3823/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını və vəsatəti araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə iki ayrı iş (2-1(112)-4746/2024 saylı və 2-1(112)-3823/2024 saylı işlər) var və həmin işlər biri-biri ilə əlaqəlidirlər. Bu səbəbdən də, vəsatət təmin edilməli, həmin işlər bir icraatda birləşdirilməli, ilkin olaraq 2-1(112)-3823/2024 saylı iş məhkəmənin icraatına daxil olduğundan, 2-1(112)- 4746/2024 saylı inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-3823/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 56.1, 56.3-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4746/2024 saylı inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-3823/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin və 2-1(112)-3823/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. 2-1(112)-4746/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-3823/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4746/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4746/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver