Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4747/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazədə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İcrakomunun xx.xx.1989-cu il tarixli sərəncamına və onun əsasında Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Sahil qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X1 Ellada Ağarza qızı ilə Bakı şəhər X8 İcrakomunun xx.xx.1989-cu il tarixli sərəncamına və onun əsasında Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Sahil qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinin 300.kv.m hissəsinə dair Bakı şəhəri 8 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə ilkin alqı-satqı, xx.xx.2013-cü il tarixdə isə həmin alqı-satqıya əlavəyə dair müqavilə bağlamışdır. Digər 300.kv.m hissəsinə dair isə X3 baş etibarnamə verilmişdir. Qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçirilməmişdir. Həmin torpaq sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə etdiyi müraciətlər (Əmlak Xidmətləri Məkanı vasitəsi ilə) müxtəlif səbəblərlə öz müsbət həllini bu günə kimi tapmamışdır. Belə ki, qeyd edilən sərəncamların əsli təqdim edilsə də arxivdən arayış tələb edildi. Bundan əvvəl həmin sərəncamların arxiv arayışını tələb edəcəklərindən əvvəlcə Bakı şəhəri Cavabdehnə müraciət etdi, verilən cavabda qeyd edilən sərəncamın RİH-də saxlanılmadığı bildirildi. Bundan sonra Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə və Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etdi. Müraciətə cavab olaraq qeyd edilən sərəncamların arxiv çıxarışları poçt vasitəsi ilə təqdim edildi. Bundan sonra həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı təkrar müraciət etdikdə, arxiv arayışının əldə edildiyini görüb yeni tələb irəli sürdülər. Belə ki, Bakı şəhəri Cavabdeh “qeyd edilən sərəncamın onların arxivində saxlanılmamasını” qeyd etdiklərini gördükləri halda Bakı şəhəri Cavabdeh torpağın yerləşdiyi yerin sxemini tərtib edərək müşayiət məktubu ilə birlikdə təqdim etməli olduğu bildirildi. Torpaq sahəsinin sxeminin, yer qurluşunun və s.çəkilməsinin dövlət reyestrini aparan orqan olaraq sizin səlahiyyətinizdədir desə də sözlərinə məhəl qoyulmadı. Məcbur qalıb, təkrar Bakı şəhəri Cavabdehnə müraciət edib, sözügedən torpaq sahəsinin yerləşmə sxeminin Bakı şəhəri Cavabdeh müşayiət məktubu ilə birlikdə mümkün qədər qısa müddət ərzində ona təqdim edilməsinə köməklik etmələrini xahiş etdi. Təbii ki, bu müraciətinə cavab olaraq ona qeyd edilən məsələ ilə bağlı səlahiyyətlərin Daşınmaz Əmlakın Dövlət Reyestrində olduğunu və aidiyyəti üzrə həmin təşkilata müraciət etməli olduğunu “izah etdilər”. Bundan sonra təkrar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək, sözügedən torpaq sahəsinin yerləşmə sxeminin (peyk görüntüsünün) çəkilməsini xahiş etdi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri isə xx.xx.2022-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinin yerləşdiyi ərazinin dəqiq ünvanının və koordinatlarının təqdim edilməsinin zəruri olduğunu qeyd etmişdir. Halbuki, həmin koordinatları vermək onun vəzifəsidir. Bundan sonra təkrar olaraq Sahil Bələdiyyəsinə müraciət edərək qeyd edilən torpaq sahəsinin koordinatlarının verilməsini xahiş etmişdir. Sahil Bələdiyyəsi hər iki sahəyə dair peyk görüntüsündən çıxarış təqdim etmişdir. Bundan sonra Əmlak Xidmətləri Məkanına müraciət etsə də əsassız olaraq sənədlərin qəbulundan imtina edilmiş, imtina ediləcəyi təqdirdə müraciəti poçt vasitəsi ilə göndərməyi tövsiyyə edilmişdir. Bundan sonra sözügedən əmlaka baxış təşkil edildi və yerində baxışa getdikdən sonra hər iki şəxsə həqiqətə uyğun olmayan səbəblərdən təkrar imtina verildi. Halbuki imtinada göstərilən əsasların heç biri mövcud olmamışdır. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli olduq. Bakı İnzibati Məhkəməsində iddianın uğurluluq perspektivindən gəldiyi qənaət bundan ibarət oldu ki, torpaq sahəsinin cizgisinin təqdim edilməməsi iddianın təmin edilməməsi ilə nəticələnəcək. Hətta işin məhkəmədə davam etdiyi müddətdə cavabdeh orqana təkrar müraciət edib, torpaq sahəsinin cizgisinin çəkilərək təqdim edilməsini xahiş etsə də bu günə kimi müraciətə cavab verilməmişdir. Hazırki iş üzrə torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məktubu ilə vətəndaşa torpaq sahəsinin ayrılmasına dair Cavabdeh Sərəncamının təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. Sərəncamın “qeyd” hissəsində cizgi sənədinin sərəncama əlavə edilmədiyi göstərilmişdir. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə (və ya susmaqda) cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
3. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Hesab edir ki, iddia üzrə iddiaçının tələbləri əsassızdır. Belə ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Sahil qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı normativ xarakterli akt olduğundan və sərəncamın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür. Hesab edir ki, iddia üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Vətəndaşa torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan, xx.xx.1991-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər (döngə, nöqtə və koordinatlar əks etdirən yer quruluşu xəritəsindən çıxarış) tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Məlum edir ki, Cavabdeh başçısının 27 iyun 2000-ci il tarixli, 592 saylı sərəncamına əsaslanaraq vətəndaşın istifadə etdiyi torpaq sahəsi dövlət torpaq fondu torpaqlarına aiddir və həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi tələbi ilə bağlı iddiası əsassız olduğu üçün rədd olunmalıdır.
4. Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 592 saylı sərəncamından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir.
5. Bakı şəhəri 8 saylı Dövlət notariat kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Cavabdeh Başçısının xx.xx.2000ci il tarixli 592 saylı sərəncamına əsasən Qaradağ rayonu Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsindən 300 kv.metr torpaq sahəsinə və üzərindəki evi özəlləşdirdikdən sonra gələcəkdə alıcı X2 məqsədi ilə alqı-satqı müqaviləsi bağlananadək alıcı ilə aralarında ilkin müqavilə bağlamaq barədə razılığa gəlmişdirlər.
6. Bakı şəhəri 8 saylı Dövlət notariat kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş ilkin alqı-satqı müqaviləyə olan əlavədən görünür ki, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsi üzrə tərəflər müqavilənin şərlərinin dəyişdirilməsi barədə razılığa gəlmişdirlər.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
17. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər X8 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir
18. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
19. İşin faktiki hallarına əsasən Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 592 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına sərəncam verilmişdir. Sözügedən sərəncamın mövcudluğu Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. Həmin arxiv çıxarışı ilə təqdim edilmiş sərəncamın təsdiq edilmiş surətindən görünür ki, sərəncama heç bir sənəd (eskiz və ayrıc aktı) əlavə edilməmişdir. Torpaq sahəsi hazırda Qaradağ rayonunun inzibati ərazi vahidində yerləşir. Bununla bağlı hər hansı mübahisə yoxdur.
20. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, Sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanaraq təqdim edilməmişdir. Cavabdeh orqan fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə sxeminin yer quruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə) müvafiq sənədlər rəsmiləşdirib vətəndaşa verildiyini bildirsə də, həmin halı sübut edən halları məhkəməyə təqdim etməmiş, qeyd edilən halın mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir.
21. Bundan başqa cavabdeh orqan bildirmişdir ki, xx.xx.1991-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən torpaq ayırma qaydasında vətəndaşlara torpaq sahəsi ayrılarkən onun naturada yeri müəyyən edilməli və texniki sənədlər (döngə, nöqtə və koordinatlar əks etdirən yer quruluşu xəritəsindən çıxarış) tərtib edilməlidir. Texniki sənədlərin tərtib edilmədiyi sərəncamların isə hüquqi qüvvəsi olmur. Həmçinin Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli sərəncamı normativ xarakterli akt olduğundan və sərəncamın özündə müddət göstərildiyindən (3 il) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 86-cı maddəsinə əsasən qüvvədən düşmüşdür.
22. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli sərəncamında fərdi yaşayış evinin tikintisinin 3 il müddətində başa çatması nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqanın istinad etdiyi hallar torpaq sahəsinin hüdudlarını müəyyən edən cizginin verilməsinə imtina üçün əsas hesab edilə bilməz.
23. Torpaq sahəsinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən Əsasnaməyə əsasən: 1.Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmipraktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.
3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.
4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.
5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.
6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.
24. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
25. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.
26. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).
27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Qaradağ Rayon İH başçısının xx.xx.2000-ci il tarixli 592 nömrəli Sərəncamı qüvvədə olduğundan iddia təmin edilməli, torpaq sahəsi hazırda Qaradağ rayonun inzibati ərazisində yerləşdiyindən həmin qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.
28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli, 592 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı Sahil qəsəbəsində ayrılmış 600 kv.m torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva