Məhkəmə qərarları › İş №e-2-1(112)-4759/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4759/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4759/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum akt qeydlərində düzəliş edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum akt qeydlərində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X20 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2014-cü il tarixində doğulmuş X16, xx xxxxxx 2016-cı il tarixində doğulmuş X9 və xx xxxxxxxx 2018-ci il tarixində doğulmuş X1 doğum akt qeydlərinin ana qrafasında X13 milliyyətinin “alman” yazılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində X13 və övladlarının soyadının “Bağırov” deyil “Şpannagel” kimi göstərilməsi, həmçinin iddiaçı X10 əsl iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə əvəz edə qərara alınmışdır. İddiaçının “İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum akt qeydlərində “Ana haqqında məlumat” hissəsinin “Anasının milliyyəti” qrafasında “tatar” əvəzinə “alman”, “Qeydlər üçün” hissəsində “ananın milliyyəti azərbaycanlı qeyd edildi” əvəzinə “ananın milliyyəti alman qeyd edildi” kimi düzəliş edilməsi, həmçinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum haqqında şəhadətnamələrində “Anası – milliyyəti” qrafasında “azərbaycanlı” əvəzinə “alman” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X20 xx.xx.1985-cü ildə Özbəkistan Respublikasında, Mübarək şəhərində anadan olmuşdur. Onun anası Vəlizadə (Useinqaziyeva - qızlıq soyadı) Mayra Nərimanovna 21 dekabr 1959-cu ildə Kaşkadərya vilayətinin, Şəhrisabz rayonunun Kitab stansiyasında (indiki Özbəkistan Respublikasında) anadan olmuşdur. Anasının anası, yəni nənəsi milliyyətcə alman olan X14 (Qotfridovna) xx.xx.1927-ci ildə X27 Sovet Sosialist Respublikasının Samara vilayətinin, Krasnoyarsk rayonunun Alt-Urbax (Alt-Urbach) kəndində (indiki Rusiya Federasiyası, Kuybışev vilayəti) anadan olmuşdur. Nənəsinin atası milliyyətcə alman olan Şpannagel Qotfrid (Boqdan) Qotfridoviç (Boqdanoviç) 1901-ci ildə Saratov vilayətinin Sovetskiy rayonunun Novo- Antonovskoe kəndində doğulmuş, sonradan milliyyətçə alman olan nənəsinin anası Leonhard Lidia ilə evlənmişdir. Nənəsi doğulduqdan dərhal sonra anası vəfat etdiyindən nənəsinin atası Şpannagel Qotfrid (Boqdan) Qotfridoviç (Boqdanoviç) milliyyətcə alman olan digər xanımla - X19 (İohann) ilə evlənmişdir. Nənəsi X14 (Qotfridovna) ilə babası X6 21 sentyabr 1954-cü ildə nikahlarını 27 nömrə ilə qeydə aldırmaqla evlənmişlər. Nənəsi X14 (Qotfridovna) 25 may 2010-cu il tarixində vəfat etmişdir. İddiaçı özü də X17 ilə nikahını Bakı şəhəri, Bakı nikah evində (Səadət sarayında) 22 sentyabr 2012-ci ildə, 2147 nömrəsi ilə qeydə aldırmaqla ailə həyatı quraraq evlənmişdir. Birgə yaşadığı müddət ərzində xx xxxxxx 2014-cü il tarixində X16, xx xxxxxx 2016-cı il tarixində X9 və xx xxxxxxxx 2018-ci il tarixində isə X11 adlı üç övladı dünyaya gəlmişdir. Nənəsi X14 (Qotfridovna) ilə babası X7 ailə həyatı qurduqdan sonra nənəsi öz alman soyadını dəyişməmişdir. Nənəsi Emiliya alman əsilli olmuşdur. Nənəsi X4 (Qotfridovnanın) pasportundan görünür ki, o, milliyyətcə alman olmuşdur. Bu fakt yuxarıda qeyd etdiyi kimi CM ******* nömrəli xx.xx.1999-cu il tarixli Özbəkistan Respublikası tərəfindən verilmiş pasportdan da açıq-aşkar görünür. Həmçinin, anası Vəlizadə (Useinqaziyeva - qızlıq soyadı) Mayra Nərimanovnanın adına Kaşkadərya vilayətinin, Şəhrisabz rayonunun qeydiyyat şöbəsi (Oktyabrskiy qəsəbə soveti) tərəfindən verilmiş 13 yanvar 1960-cı il tarixli İİİ- TK) 102278 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, anası X3 21 dekabr 1959-cu ildə Kaşkadərya vilayətinin, Şəhrisabz rayonunun Kitab stansiyasında (indiki Özbəkistan Respublikasında) doğulmuşdur. Həmin şəhadətnamənin ana qrafasında nənəsi X4 (Qotfridovna) milliyyəti alman kimi qeyd olunmuşdur. xx.xx.1985-cü ildə Özbəkistan Respublikasında, Mübarək şəhərində anadan olmağı barədə doğum akt qeydində dəyişiklik edilmiş və onun anasının milliyyəti qrafasında “alman” göstərilmişdir. Uşaqlarının doğum haqqında şəhadətnamələrinin ana qrafasında onun milliyyətinin alman yazılması üçün Cavabdehnə müraciət edərkən ona dair doğum akt qeydinin təsdiq edilmiş surətinin Azərbaycana gətirilməsi üçün Özbəkistan Respublikasına sorğu verilmiş və həmin akt qeydinin surəti gətirilmişdir. Nənəsindən davam edən sülalə olaraq özlərini alman əsilli bilmişlər. Milliyyəti almandır, bu hal təqdim etdiyim sənədlərlə tam sübuta yetirilir. Lakin onun uşaqları Xaqan, Tamerlan və Süleymanın adına verilmiş doğum haqqında şəhadətnamələrin ana qrafasında ananın milliyyəti azərbaycanlı olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə prosesində nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Şpannagel Qotfrid Qotfridoviçİn və ailə üzvlərinin (o cümlədən İddiaçının nənəsi X8) alman milləti kimi xüsusi yerlədə yerləşdirilərək uçota alınmasına dair Öbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat Məlumat İdarəsinin verdiyi notarial tərcümə edilmiş arayışı. - X30 Narimanovnanın doğum şəhadətnaməsinin surəti. - X5 doğum haqqında arayışının, doğum haqqında akt qeydinin surəti və pasportunun notarial tərcümə edilmiş surəti. - X17 ilə X18 arasında Nikahın bağlanması haqqında 416443 nömrəli Şəhadətnamənin surəti. - İddiaçı1, İddiaçı2 və İddiaçı3 Doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti. - “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” 028956 və 029861 nömrəli Şəhadətnamələrin surəti. - X10 və X2 şəxsiyyət vəsiqələrinin surəti. - Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu. - məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub. - məhkəmənin sorğusuna cavab olaraq Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənəd. - məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq 4 saylı “Asan xidmət” X15 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğumu barədə tərtib olunmuş akt qeydlərinin, həmçinin iddiaçıların qanuni nümayəndələri (anaları) X10 doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Doğum haqqında Akt qeydində “Ana haqqında məlumat” hissəsinin “Anasının milliyyəti” qrafasında “tatar” qeyd edilmişdir. Həmçinin, İddiaçı2 və İddiaçı3 Doğum haqqında Akt qeydində “qeydlər üçün” hissəsində “ananın milliyyəti azərbaycanlı qeyd edildi” göstərilmişdir. İddiaçı1 isə Doğum haqqında Akt qeydində “qeydlər üçün” hissəsində hər hansı qeyd göstərilməmişdir. İş materiallarından görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum haqqında şəhadətnamələrində “Anası – milliyyəti” qrafasında “azərbaycanlı” qeyd edilmişdir. İş materiallarından görünür ki, X10 Doğum haqqında Akt qeydində “Ana haqqında məlumat” hissəsinin “Anasının milliyyəti” qrafasında “tatar” qeydi sonradan düzəliş edilərək “alman” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıların anası X10 anasının, yəni X12 milliyyətinin “alman” olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Doğum haqqında Akt qeydində “Ana haqqında məlumat” hissəsinin “Anasının milliyyəti” qrafasında “tatar” əvəzinə “alman”, “Qeydlər üçün” hissəsində isə “ananın milliyyəti alman qeyd edildi” yazılmalıdır. Həmçinin, İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum haqqında şəhadətnamələrində “Anası – milliyyəti” qrafasında “azərbaycanlı” əvəzinə “alman” kimi düzəliş edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların anası X10 anasının, yəni X12 milliyyətinin “alman” olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından və mövcud qanunvericiliyə əsasən Doğum haqqında akt qeydində ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilməsi hüququ olduğundan, məhkəmə cavabdeh Bakı şəhəri Cavabdeh imtinasını iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum akt qeydlərində “Ana haqqında məlumat” hissəsinin “Anasının milliyyəti” qrafasında “tatar” əvəzinə “alman”, “Qeydlər üçün” hissəsində “ananın milliyyəti azərbaycanlı qeyd edildi” əvəzinə “ananın milliyyəti alman qeyd edildi” kimi düzəliş edilməsi, həmçinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum haqqında şəhadətnamələrində “Anası – milliyyəti” qrafasında “azərbaycanlı” əvəzinə “alman” kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum akt qeydlərində “Ana haqqında məlumat” hissəsinin “Anasının milliyyəti” qrafasında “tatar” əvəzinə “alman”, “Qeydlər üçün” hissəsində “ananın milliyyəti azərbaycanlı qeyd edildi” əvəzinə “ananın milliyyəti alman qeyd edildi” kimi düzəliş edilməsi, həmçinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum haqqında şəhadətnamələrində “Anası – milliyyəti” qrafasında “azərbaycanlı” əvəzinə “alman” kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar