Məhkəmə qərarları › İş №e-2-1(112)-4811/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4811/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4811/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm ölçüsündə olan 3 otaqlı 43 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş, tamamlamaabadlıq işləri bina sakinlərinin təsis etdikləri "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Hazırda həmin çoxmərtəbəli yaşayış binası "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin idarəetməsindədir. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm ölçüsündə 3 otaqlı 43 saylı mənzil iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 14 noyabr 2012-ci il tarixli 73 saylı müqavilə əsasmda Podratçı "xxxx" MMC tərəfindən inşa edilərək ona verilmiş, əvəzində isə tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 168720 (bir yüz altmış səkkiz min yeddi yüz iyirmi) manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. Ərizəyə qoşmada təqdim etdiyi «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqnda» 14 noyabr 2012-ci il tarixli 73 saylı müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə iddiaçı "xxxx" MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm ölçüsündə 3 otaqlı 43 saylı mənzilin tikilib iddiaçıya təhvil verilməsi, əvəzində onun tərəfindən mənzilin dəyərinin "xxxx" MMC-yə ödənilməsi məqsədilə bağlanmışdır. İddiaçının ərizəyə qoşmada təqdim etdiyi AXU № 73 saylı 14 noyabr 2012-ci il tarixli kassa mədaxil orderinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin mənzilə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 168720 (bir yüz altmış səkkiz min yeddi yüz iyirmi) manat pul ödənilmişdir. Beləliklə, istinad edilən müqavilədən və kassa mədaxil orderindən göründüyü kimi iddiaçı "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında inşa edilmiş, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən tamamlama-abadlıq işləri görüldükdən sonra istismarına icazə alınmış çoxmərtəbəli yaşayış binasının 43 saylı mənzilinin sahibidir. Məlum olduğu kimi «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binaları komplekslərinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş 246 saylı 09 dekabr 2019-cu il tarixli İcazədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına sözügedən Fərmanın icrası qaydasında icazə verilmişdir. Eyni zamanda sözügedən Fərmanın 5-ci bəndində nəzərədə tutulmuşdur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 5.2. istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binaları komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə təmin etsin. Fərmanın 5, 5.2-ci bəndlərinin tələblərinə görə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm Ölçüsündə 3 otaqlı 43 saylı mənzili üzərində mülkiyyət hüququ isə hüquq sahibinin, yəni mənim müraciətim əsasında qanunla müəyyən edilmiş müddətdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Odur ki, qeyd edilənlərin nəzərə alınıb Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm ölçüsündə 3 otaqlı 43 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi **********23 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Müldkiyyətçiləri Müşətərək Cəmiyyəti) göstərildiyini, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 8 saylı mənzilə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyim, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisinin hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dvölət qeydiyyatının aparıla biləcəyini bildirərək mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu cavabdeh təşkilatdan bildirildiyinə görə ünvanıma göndərilmiş, lakin naməlum səbəblərdən məktub iddiaçıya çatdırılmamışdır. Bu səbəbdən cavabdeh təşkilata iddiaçıya cavab verilməsi üçün təkrar müraciət edərkən sözügedən məktubun surəti ona xx.xx.2022-ci il tarixdə məktublar junalına imza etdirilməklə şəxsən təqdim edilmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm ölçüsündə 3 otaqlı 43 saylı mənzili üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, həmin çoxmərtəbəli yaşayış binasının hər bir yaşayış və qeyri-yaşayış sahəsinə dair bütün müqavilələr vətəndaşlarla "xxxx" MMC arasında bağlanmışdır, binanın hər hansı yaşayış və qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə bağlanmış hər hansı müqavilə yoxdur, olmamışdır.O cümlədən iddiaçının mənzilinə dair «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 14 noyabr 2012-ci il tarixli 73 saylı müqavilə də onunla "xxxx" MMC arasında bağlanmışdır və həmin mənzilə dair hər hansı başqa şəxslər arasında, yaxud "xxxx" MTK ilə hər hansı başqa şəxs arasında, yaxud "xxxx" MMC ilə hər hansı başqa şəxs arasında hər hansı müqavilə bağlanmamışdır, yoxdur. "xxxx" MTK sözügedən binanı inşa etməmişdir və hətta həmin bina inşa edilib tamamlandıqdan sonra binanın təhvil verilməsində, istismarına icazə alınmasında hər hansı formada iştirak belə etməmişdir. Bina yuxarıda da qeyd edildiyi kimi bina sakinlərinin təsis etdikləri "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına aidiyyəti sənədlər təqdim edildikdən sonra «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası qaydasında təhvil verilmiş və istismarına icazə alınmışdır. Sadəcə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsinə dair «Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə "xxxx" MTK-nın adma verildiyindən, bu səbəbdən də binanın inşaat pasportu və digər tikinti və layihələndirmə sənədləri "xxxx" MTK-nm adma olduğundan binanın istismarına icazə sənədində də müvafiq olaraq "xxxx" MTK-nın adı qeyd edilmişdir. Lakin bina faktiki olaraq bina sakinlərinin təsis etdikləri "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən təhvil verildiyindən icazə sənədində haqlı olaraq "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin adı da qeyd edilmişdir. Binanın "xxxx" MMCnin adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Çünki binanın bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMC ilə sakinlər arasında bağlanmış müqavilələr əsasında sakinlərin ödədikləri vəsait hesabına "xxxx" MMC tərəfindən inşa edilərək sakinlərə verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayş sahəsinə mülkiyyət hüququ əldə edir. Təsadüfi deyildir ki, Bakı inzibati məhkəməsinin 2- 1(112)-7440/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının mənzilləri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmamış və həmin qərardadla iddiaçıya qanunvericiliklə mənzil-tikinti kooperativinin deyil, onun üzvlərinin pay haqqını tam ödəməsi ilə onların yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiklərinin nəzərdə tutulduğu izah edilmişdir. Bundan sonra "xxxx" MTK təşkilatı hüquqi formasını dəyişdirərək MMC olmuşdur. Lakin yaranmış vəziyyətdə binanın mənzillərinin üzərində "xxxx" MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da mümkün deyildir. Çünki, binanın hər bir yaşayış və qeyri-yaşayış sahəsinə dair hər bir yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr vardır və həmin müqavilələr hazırda qüvvədədir. Digər tərəfdən binanın mənzillərinə görə "xxxx" MTK-nm hüquqi varisi "xxxx" MMC ilə notarial qaydada təsdiq olunacaq yeni müqavilələrin bağlanması da mümkün deyildir. Çünki, bu baş verərsə, əvvəla mənzili binanın podratçısı "xxxx" MMC-dən əvəzli olaraq almış mənzil sahibi eyni, yəni öz mənzilini "xxxx" MMC-dən yenidən və təkrar olaraq əvəzini ödəməklə, lakin bu dəfə "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə ödəməklə əldə etməlidir ki, bu da mənzil sahibinə olduqca böyük zərərin vurulması, "xxxx" MMC-nin isə əsassız varlanması ilə nəticələ bilər ki, bu da qanunsuz olar. Digər tərəfdən iddiaçının mənzilinə dair mövcud olan yeganə müqavilə onunla "xxxx" MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 14 noyabr 2012-ci il tarixli 73 saylı müqavilədir ki, həmin müqavilə qüvvədədir, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən heç vaxt mübahisələndirilməmişdir, hər hansı məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir, hər hansı formada ləğv edilməmişdir. Və məhz həmin müqavilə əsasında mənzilin 100% dəyəri onun tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və məhz həmin müqavilə əsasında mənzil hal-hazırda da mənim sahibliyində və istifadəsindədir. Odur ki, göstərilənlər əsasında iddiaçı hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 140,6 kvm ölçüsündə 3 otaqlı 43 saylı mənzili üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bununla bağlı iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 43 saylı mənzilə dair iddiaçının müraciətinə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Onu da qeyd edək ki, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğundan, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatı aparıla bilər. Məlumat üçün bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, sözügedən mənzilin faktiki sahəsi 133,9 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********76 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X3 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin haqqında Nizamnamənin 3.1.22-ci bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək publik hüquqi şəxsin əsas vəzifələrindən biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 37 nömrəli xx.xx.2012-ci il tarixli Müqavilənin surəti; - Axu N 73 nömrəli Kassa mədaxil orderlərinin surəti; - xx.xx.2017-ci il tarixli “Mənzilin təhvil təsliminə dair akt”; - xx.xx.2019-cu il tarixli İstismara icazə sənədi; - cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli məktubu; - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından və iş materiallarından müəyyən olunur ki, Bakı şəhər İH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəlləsində, zirzəmili, 17(+mansarda) mərtəbəli yaşayış binasının tikintisinə həmin "xxxx" MTK (Nəsimi-19 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə) icazə verilmiş və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixli 246 nömrəli “İcazə” əsasında tikinti obyektinin istismarına icazə verilmişdir. 05 mart 2006-cı il tarixdə "xxxx" MMC (podratçı) ilə Alyans-Z” Mənzil-Tikinti Kooperativi (sifarişçi) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Tikintiyə icazə sənədində tikinti obyektinin sahibi(sifarişçisi) Alyans-Z MTK ( Nəsimi-19 MMMC ) qeyd edilmişdir. "xxxx" MMC (podtratçı) ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2021-ci il tarixli, 73 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1.«Sifarişçi» nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən «Podratçı» Bakı şəhəri, Nəsimi rayonu,D. Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının Xİİİ mərtəbəsində, 3 otaqlı, 43 №-li, 140,6 m2 mənzilini tikib «Sifarişçi» yə təhvil verilməsini və «Sifarişçi» öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. 1.2. «Podratçı» mügavilədə göstərilən bütün şərtləri icra edib mənzili, daxili naxış,cihaz və daxili qapılar olmamaq şərti ilə «Sifarişçi»yə təhvil verməyi öhdəsinə götürmüşdür. 2.2. Müqavilənin qiyməti 168720 manat olaraq qeyd edilmişdir. 3.1 «Sifarişçi» müqavilənin ümumi dəyərinin 100 % - ni tam ödəmişdir. "xxxx" MMC tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 73 saylı kassa mədaxil orderinə əsasən iddiaçı həmin mənzilə görə ümumilikdə 168 720 (yüz altmış səkkiz min yeddi yüz iyirmi) manat pul ödəmişdir və onun həmin müqavilə üzrə borcu qalmamışdır. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında olan, xx.xx.2012 ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının Xİİİ mərtəbəsində yerləşən, 43 saylı 3 otaqlı, sahəsi 140,6 m2 olan mənzil, müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı təhvil verilməsinə dair akt tərtib edilmiş və tərəflər arasındaimzalanaraq, təsdiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətinizdə qeyd etdiyiniz məsələlər - "xxxx" MTK və podratçı təşkilat “İdeal V" MMC arasında bağlanılmış müqaviləyə əsasən hazırda binada yaşayanlar tərəfindən mənzillərin mülki-hüquq qaydasında əldə edilməsi və bu zaman qeyd olunan təşkilatlar tərəfindən sənədlərin saxtalaşdırılması faktlarına yol verilməsi və digər məsələlərin araşdırılması səlahiyyətlərimizə aid olmadığından məktubun bu hissəsində qoyulan sualların tərəfimizdən cavablandırılması mümkün deyil. Qeyd olunmuş digər məsələ ilə bağlı bildiririk ki, "xxxx" MTK-nın sədrinin nümayəndəsinə tərəfimizdən verilmiş cavabda və “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən Bakı şəhəri; Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasına dair, mövcud olan icazəverici sənədlərin və aparılmış müayinə nəticələrinin əsasında verilmiş istismara hazırlıq barədə rəydə sifarişçi qismində qanunvericiliyin tələblərinə uyğun olaraq binanın tikintisinə dair icazədə sifarişçi kimi qeyd edilmiş "xxxx" MTK göstərilmişdir. Binanın istismar olunduğu faktını nəzərə alaraq, həmin rəyin müvafiq qrafasında isə mötərizədə göstərilən “Nəsimi 19" MMMC həmin çoxmənzilli binada əmlak kompleksini idarə edən qurum kimi qeyd olunmuşdur. Bu məsələnin həmin binada yerləşən mənzillərin kim tərəfdən və hansı əsaslarla satılmasına aidiyyəti yoxdur. Eyni zamanda məlumat üçün bildiririk ki, yuxarıda qeyd edilən Fərmanın icrası ilə bağlı binaya dair texniki sənədlərin (Təhlil qrupunun rəyi, təchizat qurumları tərəfindən verilmiş rəylər və aktlar) rəsmiləşdirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Nazirliyin digər qurumlarına müraciətlər “Nəsimi 19" MMMC tərəfindən edilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, 43 saylı 3 otaqlı, sahəsi 140,6 m2 olan mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətindən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfinizdən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnuzun qeydiyyatı aparıla bilər. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında inşa edilmiş yaşayış binasının 43 saylı mənzilinə dair müraciətinizə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın həmin imtina dəlilini əsaslı hesab etmir və qeyd edir ki, hazırkı halda, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onunüçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı hesab edilmişdir. yəni iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab etmək olar. Belə ki,iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "İdeal-v MMC «Podratçı» Bakı şəhəri, Nəsimi rayonu,D. Əliyeva küçəsində inşa etdiyi İ saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində, 3 otaqlı, 43 nömrəli 140,6 kv.m mənzilini tikib «Sifarişçi» yə yəni iddiaçıya təhvil verməyi, iddiaçı isə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz . (MülkiMəcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə(iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. İddiaçı müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən onlara mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzillərin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMMC və ya "xxxx" MTK,) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Qeyd edilməlidir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, müvafiq mənzillərin yerləşdiyi binanın “istismara icazə” sənədi Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. İddiaçı müqavilə öhdəliyinə əməl edərək müqavilədə nəzərdə tutulan mənzilin pay haqqını ödəmiş, mənzilin yerləşdiyi tikinti obyektinin istismarına icazə verilmişdir. “Daşınmaz lakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və 8.0.10.1- ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirildiyindən cavabdeh tərəfindən hüququn qeydə alınmasından imtina üçün həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş halların hər hansı biri mövcud olmamışdır.Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1- ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3- cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; 8.0.9-cu madəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsiqüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:(-) 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakıhallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasəndövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsitələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayanşəxs müraciət etdikdə;1 5.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və yabələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həminəmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar 15.2- ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv.m ölçüdə olan 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv.m ölçüdə olan 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar