Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4865/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmri ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixdə Dövlət Gömrük Komitəsində işə qəbul olunmuş və 2022-ci ilin sentyabr ayınadək Dövlət Gömrük Komitəsində işləmişdir. Belə ki, xx.xx.2007-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Növbətçi hissəsinin böyük inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə müvafiq əmrlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci Sərnişin Şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Katibliyinin sədrinin kömməkçisi vəzifəsinə təyin edilmiş və işdən azad edilənədək, yəni xx.xx.2022-ci il tarixədək həmin vəzifədə fəaliyyət göstərmişdir. İddiaçı Dövlət Gömrük Komitəsində uzun illər fəaliyyət və bu sahədə təkmilləşdirmələr sahəsində DGK-nin ən nümunəvi kadr heyətindən olmuşdur. Belə ki, nümunəvi və qüsursuz xidmətinə görə “Gömrük Orqanlarında Xidmətə görə” 3-cü dərəcəli Döş Nişanı, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı”, “X2 görə “Medalı, “X3 sertifikatı, “Gömrük Xidməti Əlaçısı” Döş Nişanı, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 30 illiyi” yubiley medalı və “Gömrük Orqanlarında Xidmətə görə” 2-ci dərəcəli Döş Nişanı ilə təltif edilmişdir. Həmçinin, 2000- 2004-cü illərdə Azərbaycan Dillər Univeristetində əyani, 2009-2012-ci illərdə X6 Akademiyasında qiyabi təhsil almışdır. 2011-ci ildə Azərbaycan Diplomatik Akademiyasının Diplomatiya kursunu bitirdikdən sonra Böyük Britaniya səfirliyində bir aylıq təcrübə keçmişdir. Həmçinin 2018-ci ildə Koreya Respublikasının Seul şəhərində 4 aylıq Liderlik və İdarəetmə kursunu uğurla bitirmişdir. Bütün bunlara baxmayaraq 16 iyul 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Sədri dəyişdirildikdən sonra yeni sədr Şahin Bağırovun göstərişi ilə Daxili Təhlükəsizlik İdarəsi onu çağıraraq sədrin köməkçisi olmağı səbəbi ilə xidmətinə xitam veriləcəyini bildirdilər və bunun üçün iddiaçıya məcburi ərizə yazdırdılar ki, guya o öz ərizəsi ilə işdən azad olunmağını istəyir. İddiaçı ərizə yazmağa ona görə məcbur oldu ki, onun həyat yoldaşı Günay Məmmədova da Dövlət Gömrük Komitəsində çalışırdı. Ona bildirmişdilər ki, ərizə yazmayacağı təqdirdə həyat yoldaşını da işdən azad edəcəklər. Lakin 2024-cü ilin fevral ayında bəhanə ilə yoldaşının xidmətinə xitam verildikdən sonra müxtəlif dövlət orqanlarına iddiaçının qanunsuz işdən azad olunmağı barədə ərizələr ünvanlamağa başladı. Belə ki, həyat yoldaşının işdən çıxarılmasından sonra müxtəlif dövlət orqanlarına qanunsuz işdən çıxarılmağı barədə ərizə yazmağa başlamağı onun həyat yoldaşının işdə saxlanılması üçün 2022-ci ildə işdən çıxmaq üçün ərizə yazdığının sübutudur. Həmçinin, 2018-ci ildə gömrük sahəsində təkmilləşmək məqsədi ilə Koreya Respublikasına kursa gedən və bu sahədə 16 illik xidməti olan şəxsin heç bir səbəb olmadan öz ərizəsi ilə işdən çıxması ağlabatan deyildir. Həmçinin işdən azad olunduqdan sonra bugünə kimi heç bir yerdə işləməmişdir. Həqiqətən də 16 illik böyük təcrübəyə malik olan gömrük polkovnikinin öz ərizəsi ilə işdən çıxması və heç bir yerdə işləməməsi, həmçinin bütün bunların qısa müddət əvvəl özünü təkmilləşdirmək üçün ölkə hüdudlarından çox uzaqlarda kursa getmiş, bu sahəyə aid müxtəlif seminar və konfranslarda iştirak etmiş şəxsin pensiya yaşına çatmadan və ya güzəştli şərtlərə pensiya hüququna az müddət qalmış baş verməsi dediklərinin həqiqət olduğunu sübut edir. Bununla bağlı inzibati orqan- Dövlət Gömrük Komitəsinə ünvanladığı 14 noyabr tarixli məktuba cavab da verilməmişdir. İtirilmiş prosessual müddətlə bağlı onu bildirir ki, həmin əmr iddiaçıya təqdim edilməmiş və bunun nəticəsində inzibati aktdan şikayət kimi hüquqi müdafiə vasitəsi ilə tanış ola bilməmişdir. Həmin əmr imzalandığı gün təqdim olunsa idi onun şikayət etmə müddəti 2023-cü ilin mart ayının 1-nə kimi müəyyən edilməli idi. Hazırkı iş üzrə isə inzibati aktın təqdim olunmaması şikayət müddətinin hansı vaxtdan hesablanmasını müəyyən etməyi qeyri-dəqiq edir. Həmçinin iddiaçının həyat yoldaşının Komitədə işləməsi də iddiaçının şikayət etmək səlahiyyətinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin əsl həqiqətin müəyyən edilməsi və ədalət mühakiməsinin həyata keçirilməsi üçün məhkəmə ötürülmüş prosessual müddəti bərpa etməlidir. Belə ki, inzibati məhkəmə icraatında daha zəif tərəfin qorunması və hüquqlarının güclü və səlahiyyətlərə malik olan inzibati orqana qarşı müdafiə edilməsi inzibati icraatın prinsiplərindən və mahiyyətindən irəli gəlir. Belə ki, hazırkı mübahisədə işin faktiki hallarından görünür ki, Dövlət Gömrük Komitəsi vəzifəli şəxsləri tərəfindən iddiaçının işdən çıxarılmağında müəyyən qaranlıq nüanslar vardır. Düzdür məhkəmə işə formal yanaşaraq prosessual müddəti bərpa etməyə də bilər, ancaq bu zaman məhkəmənin ədalətli araşdırma prinsipi kobud şəkildə pozulmuş olacaqdır. Çünki məhkəmə araşdırma nəticəsində hər bir məsələyə qiymət verir, yoxsa heç araşdırmadan, məsələnin əsl mahiyyətini müəyyən etmədən kağız üzərində görünən formal həqiqətə qiymət verəcəkdirsə, o zaman məhkəmə araşdırmasının bir mahiyyəti qalmayacaqdır. Hazırkı məsələyə də ən sadə məntiqlə baxsaq işdə müəyyən qaranlıq nüanslar olduğu açıq-aşkar görünür. Ona görə də prosessual müddətin bərpası nəticəsində əldə olunan nəticə ilə bərpa olunmaması nəticəsində qaranlıq qalacaq məsələsinin əsaslılığını və önəmlilik dərəcəsi müəyyən edilərək qiymət verilsin. Belə ki, prosessual müddətin bərpası nəticəsində məhkəmənin itirəcəyi ən pis ehtimalla qısa müddətli vaxt itkisi ilə müddətin bərpa olunması nəticəsində gömrük sahəsində böyük təcrübəyə malik və gələcək perspektivi olan vətəndaşa qarşı edilən hüquqpozmanının qarşısının alınması ehtimalının müqayisəli şəkildə nəzərə alıb qərar verilməsi daha məqsədə uyğundur. Həmçinin “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanunun 73.2-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati aktda hüquqi müdafiə vasitələri və onların istifadə qaydası göstərilmədiyi təqdirdə 6 ay ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 2023-cü il tarixli 10/236-k nömrəli əmrinə nəzər saldıqda orada heç bir hüquqi müdafiə vasitəsi göstərilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra - İddiaçı) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Komitənin xx.xx.2022-ci il tarixli 1000/627Ş nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının 29.01,2007-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Növbətçi hissəsinin böyük inspektoru vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilərək X5 İdarəsinin böyük inspektoru vəzifəsinə, xx.xx.2010-cu il tarixdə müvafiq əmrlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci Sərnişin şöbəsinin böyük inspektor vəzifəsinə təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Dövlət Gömrük Komitəsi Katibliyinin sədrinin köməkçisi vəzifəsinə təyin edilmiş və işdən azad edilənədək, yəni xx.xx.2022-ci il tarixədək həmin vəzifədə fəaliyyət göstərmişdir. Həmçinin iddiaçı gömrük orqanlarında xidmət dövründə təltiflərini və təhsili ilə bağlı məlumatları qeyd etmiş, inzibati aktdan şikayətlə bağlı itirilmiş prosessual müddətin ona müvafiq əmrin təqdim edilməməsilə əlaqələndirmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bu tələb Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - AR İPM) 35-ci maddəsində qeyd olunmuşdur. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. AR İPM başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün sayılmadıqda məhkəmə AR İPM 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Belə ki, İddia müddəti iddiaçının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün qanunverici iddianın məzmunundan asılı olaraq iddia müddəti müəyyənləşdirmişdir. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməli olduğunu qeyd etmişdir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu inzibati hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri -mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı cənab Şahin Bağırova ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrlə tanış olduğu (xx.xx.2022-ci il) tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarına əlavə edilmiş iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair Komitənin xx.xx.2022-ci il tarixli 1000/627Ş nömrəli əmri iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilsə də iddiaçı qeyd olunan əmrin ona təqdim edilməsindən 2(iki) ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2022-ci il tarixli 1000/627Ş nömrəli “Xidmətə xitam verilməsi haqqında” əmrindən görünür ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, gömrük işçisi- İddiaçı(katiblik, sədrin köməkçisi, Gömrük xidməti polkovniki) öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqavilə dayandırılması, elektron imza kartı ləğv edilməsi, balansdan silinməsi əmr edilmışdır. Əsas: İddiaçı ərizəsi olması göstərilmişdir. Həmin əmrdə iddiaçının əmr ilə xx.xx.2022-ci ildə tanış olması barədə qeyd əlavə edilmiş və iddiaçı tərəfindən imza edilmişdir. xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinindən (sədr vəzifəsini müvəqqəti icra edən) xahiş etmişdir.Həmin ərizə dövlət Gömrük Komitəsinin kargüzarlıq işinin təşkili şöbəsində xx/xx/035074 nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən və məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin çıxışını dinlədikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi İddiaçı hüquqi marağı- əlverişsiz inzibati akt olan - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/627ş nömrəli “Xidmətə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsinə yönəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4. –ci maddəsinə əsasən, ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qərarın 2.0.11.-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İddiaçının əlverişsiz inzibati aktın - əmrin- ləğv edilməsi barədə iddiası mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərti, iddia müddətidir. İddiaçının iddiası bu şərtinə cavab verib verilməməsinə hüquqi qiymət verərək, məhkəmə aşagıdakıları bildirir. Yuxarıda qeyd edildiyi kimi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçının hal-hazırda mübahisələndirdiyi “Xidmətə xitam verilməsi barədə” əmrin qəbul edilməsi məhz onun özünün təşəbbüsü ilə verdiyi ərizəsi əsasında baş vermişdir. Əmrin iddiaçıya elan edilməsini əmrin surətinin üzərindəki qeyd təsdiq edir. İddiaçı əmrin mövcudluğu barədə xx.xx.2022-ci il tarixdə məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi üçün 2 ildən sonra məhkəməyə müraciət edilməklə qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizələrində iddia müddətinin buraxılmasını üzrlü səbəblərdən baş verməsi ilə əsaslandırmışdır; o qeyd etmişdir ki, inzibati akt ona təqdim edilməmişdir, inzibati aktda hüquqi müdafiə vasitələri və onlardan istifadə qaydası göstəriməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizələrində göstərdiyi bu hallar buraxılmış iddia müddətinin bərpası üçün əsas sayıla bilməz. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “ “Xidmətə xitam verilməsi barədə” əmri ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4865/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4865/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver