Məhkəmə qərarları › İş №e-2-1(112)-4868/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4868/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4868/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələblər irəli sürmüşdür: 1)Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********151760 saylı məsuliyyətə cəlb edilmə haqqında qərarın: -"xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilən peşəkar dəstək xidmətlərinə və SAP proqram təminatının quraşdırılmasına görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 579,325.42 manat ƏDV və bununla bağlı maliyyə sanksiyası, -Peşəkar dəstək xidmətlərinin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı hesablanmış mənfəət vergisi və onunla bağlı olan maliyyə sanksiyası, -Vergi Məcəlləsinin 56.1-ci maddəsinin müddəaları nəzərə alaınraq, vergi orqanı tərəfindən 2016-cı və 2017-ci illər üzrə hesablanmış mənfəət vergisi və oktyabr 2016-cı ildən başlayaraq 2018-ci ilin oktyabr ayına qədər əhatə edən dövr üzrə hesablanmış ƏDV hissəsində ləğv edilməsi; 2)2018-ci il üzrə mənfəət vergi öhdəliyi hesablanarkan amortizasiya ayırmaları gəlirdən çıxılan xərc kimi nəzərə alınsın. və mənfəət vergisi öhdəliyinə 118,857 manat düzəliş edilməsi. 3)2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilsin, mənfəət vergisi öhdəliklərinə müvafiq düzəliş edilməsi və ƏDV məqsədləri üçün əvəzləşdirilməsi məqsədilə nəzərə alınması.

2. Tələb onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçındə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 29 noyabr 2019-cu il tarixində başlamış və 15 sentyabr 2021-ci il tarixində başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq Səyyar vergi yoxlaması aktı ilkin olaraq xx.xx.2021-ci ildə tərtib edilmiş və yoxlayıcı tərəfindən Cəmiyyətə təqdim edilmişdir. Cəmiyyət maddi hüquq normalarının və prossesual hüquq normalarının pozulması ilə müşayət edilən səyyar vergi yoxlaması nəticəsində Cəmiyyətə tətbiq edilməsi təklif edilən ıliyyə sanksiyaları və Cəmiyyətin xeyrinə olan bəzi hallar nəzərə alınmadığına görə etirazını bildirmişdir. Keçirilmiş səyyar vergi yoxlaması materiallarına və etirazlara yenidən baxılması məqsədilə Yoxlayıcı (yəni, yoxlamanı aparmış fiziki şəxs/məmur) tərəfindən əlavə vergi yoxlaması ibirlərinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146188 saylı qərar qəbul edilmişdir. Əlavə vergi yoxlaması tədbirinin nəticəsi olaraq xx.xx.2021-ci il tarixində tamamilə yeni bir akt tərtib edilərək xx.xx.2021-ci il tarixində kuryer vasitəsilə Cəmiyyətə göndərilmişdir. Cəmiyyət, Aktda aşağıda qeyd edilənlər ilə razılaşmayaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.5-ci maddəsini rəhbər :araq, 12 iyul 2021-ci il tarixli Etiraz məktubunu Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir: 1) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilən peşəkar dəstək xidmətlərinə görə ödənilmiş məbləğin gəlirdən çıxılan xərclərə aid edilməməsi və bununla bağlı ödənilən ƏDV-nin əvəzləşdirilməsinin qəbul edilməməsi 2) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cəmiyyətə SAP proqram təminatının satılması və quraşdırılması xərclərinin tanınmaması 3) Cəmiyyətin 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin tanınmaması Etirazın baxılması üçün 2 avqust 2021-ci il tarixində təşkil edilmiş görüşdən sonra xx.xx.2021-ci il tarixli **********148777 saylı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Cəmiyyət tərəfindən iradlarının əsaslandıırlması üçün əlavə sənədlər təqdim edilmişdir. Lakin, həm Etirazda yer almış, həm də görüş zamanı səsləndirilmiş arqumentlər nəzərə alınmamış, təqdim edilmiş sənədlər isə Milli Gəlirlər Baş İdarəsi tərəfindən heç baxılmadan şifahi şəkildə qənaətbəxş hesab edilmədiyi bildirilmişdir. Tələb olunan bütün sənədlərin göndərildiyinə baxmayaraq, xx.xx.2021-ci il tarixində Cəmiyyətə yenidən poçt vasitəsilə əvvəlki aktla tamamilə eyni məzmunlu xx.xx.2021-ci il tarixli yeni akt göndərilmişdir. Akt ilə tanışlıq zamanı məlum olmuşdur ki, yeni aktda qanunvericiliyə heç bir istinad yer almamış, İddiaçı tərfindən təqdim edilmiş sənədlərə heç bir münasibət bildirilməmişdir. Başqa sözlə, yoxlayıcı və Milli Gəlirlər Baş İdarəsi tərəfindən hərəkətsizlik göstərilmişdir. Yeni akt əvvəlki aktla tamamilə eyni məzmunlu olduğundan bundan əvvəlki xx.xx.2021-ci il tarixli akta təqdim edilmiş Etirazı Cəmiyyət yenidən Milli Gəlirlər Baş İdarəsinə göndərmişdir. 23 noyabr 2021-ci il tarixində Milli Gəlirlər Baş İdarəsi Cəmiyyətə 22 noyabr 2021-ci il tarixli **********151760 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Qərarını göndərmişdir. Hesab edilir ki, DVX-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********194100 nömrəli səyyar vergi yoxlaması aktında və xx.xx.2021-ci il tarixli **********151760 saylı məsuliyyətə cəlb edilmə haqqında qərarında Milli Gəlirlər Baş İdarəsi tərəfindən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilməmiş, əksər hallarda Milli Gəlirlər Baş İdarəsi tərəfindən əlavə vergi hesablaması mövcud qanunvericiliyin tələb etdiyi formada, yəni konkret qənaətlər, qanuvericiliyə istinad əsasında deyil, reallığı ifadə etməyən şübhə və ehtimallar əsasında aparılmışdır. Bu səbəbdən də, hesab edilir ki, 22 noyabr 2021-ci il tarixli Qərar əsassız olduğu üçün qismən ləğv edilməlidir. İddia ərizəsi üzrə dəlillərimi aşağıda təqdim edilir: Tələbin birinci hissəsi ilə bağlı: "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilən peşəkar dəstək xidmətlərinə görə ödənilmiş məbləğin xərcdən çıxarılması və əvəzləşdirilən ƏDV-nin ləğv edilməsi üzrə Faktiki hallar "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra - "xxxx") Cəmiyyətə aşağıdakı xidmətləri göstərir:  Biznes hədəflərinə çatmaq məqsədi ilə məsləhət xidmətləri, o cümlədən, biznes və inkişaf perspektivlərinin müəyyən edilməsi üçün bazar tədqiqatı  Hər hansı çətin və/və ya mübahisəli məsələləri həll etmək üçün peşəkar, texniki mühəndis işləri, hüquq, SƏTƏMM (sağlamlıq, əmyin təhlükəsizliyi, traf mühitin mühafzsi) maliyyə və vergi sahələrində məsləhətlər  Cəmiyyətin iş planlarının, mühasibat qaydalarının və sisteminin hazırlanması zamanı tələb olunan məsləhət xidmətləri  Çəmiyyətin istənilən dövlət və qeyri-dövlət qurumları, həmçinin, istənilən təşkilat, şirkət və qurum təmsilçiləri ilə danışıqlarda təmsil edilməsi, Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquq və maraqlarının Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq qorunması  Beynəlxalq maliyyə standartlarına uyğun olaraq tərtib olunan maliyyə və Cəmiyyətin tələb etdiyi hər hansı digər hesabatların hazırlamasında zəruri dəstəyin göstərilməsi  Müvafiq yerli və xarici mütəxəssislərin işə cəlb olunması ilə bağlı məsləhətlərin verilməsi və Cəmiyyətin adından namizədlərlə danışıqların aparılması  Əmək qanunvericiliyi, sosial sığorta, gömrük, maliyyə və vergi qanunvericiliyi sahələrində hüquqi dəstək. Nobel Oil tərəfindən Cəmiyyətə xidmətlərin göstərilməsi, tərəflər arasında 1 sentyabr 2013-cü il tarixində imzalanmış NO-CN-0113-1424 saylı Xidmət Müqaviləsi, həmin müqaviləyə 6 oktyabr 2015-ci il tarixli Əlavə Razılaşma, 30 dekabr 2017- ci il tarixli və 3 yanvar 2019-cu il tarixli Xidmət Müqavilələri ilə tənzimlənir (İddia Ərizəsinə əlavə edilirlər). Milli Gəlirlər Baş İdarəsinin qərarında əks olunan mövqe Milli Gəlirlər Baş İdarəsi tərəfindən mənfəət və əlavə dəyər vergisinin əlavə hesablanmasının əsası olaraq, aşağıdakı arqumentlər gətirilir: a) Cəmiyyət ilə Nobel Oil arasında bağlanmış müqavilələr əsasında müxtəlif peşəkar dəstək xidmətlərinin dəyərinin yüksək olması, b) Cəmiyyətdə eyni sahələr üzrə (Maliyyə, Hüquq, SƏTƏMM, insan resursları və s.) işçilərin olması, c) Göstərilən xidmətlərin nəticəsini və görülən işin mahiyyətini təsdiq edən sənədlərin təqdim edilməməsi. Vergi orqanın mövqeyinə münasibət Göstərilən xidmətlərin dəyərinin yüksək olması halına dair Xidmətlərin dəyərinin yüksək olması barədə qənaət İddiaçının hüquq məsləhətçisinin ştat cədvəli üzrə əmək haqqı ilə sözügedən xidmət müqaviləsi üzrə göstərilən hüquq xidmətinin bir saatlıq tarif dərəcəsinin müqayisəsinə əsaslanır. Xidmətlərin qiymətləri ilə bağlı Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad etməyi məqsədəuyğun hesab edirik. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin müddəalarına əsasən bazar qiyməti müəyyənləşdirilərkən asılı olmayan şəxslər arasında eyni xüsusiyyətli və oxşar əməliyyatın şərtləri nəzərə alınmaqla müəyyən edilə bilən qiymətlər əsas götürülür. Eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) gəldikdə isə, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin müddəalarına əsasən, xidmət haqqının bazar qiymətinin müəyyən edilməsi zamanı, qiymətə təsir edə bilən amillər nəzərdən keçirilməlidir, misal üçün öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri, mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi və s. Xidmətlərin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı Vergi Məcəlləsinin 14.6.1.8ci maddəsi xüsusən qeyd edir ki, işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. Nobel Oil tərəfindən Cəmiyyətə xidmətləri göstərən şəxslər yüksək səviyyəli mütəxəssislərdir. Əksər hallarda bu mütəxəssislər rəhbər işçilərdən ibarət olmuşdur. Bu şəxslər dünyanın qabaqcıl təhsil mərkəzlərində təhsil almış, uzun müddətli təcrübəyə və xüsusi ixtisas göstəricilərinə malik olan mütəxəssislərdir (müvafiq işçilərin CV-ləri müqayisə üçün əlavə edilir). Yüksək səviyyəli rəhbər işçilər tərəfindən göstərilən xidmətlərin qiymətinin Cəmiyyətin hüquq məsləhətçisinin ştat cədvəli üzrə əmək haqqı ilə müqayisə edilməsi bazar qiymətinin müəyyən edilməsi prinsiplərinə ziddir, belə ki: Haqqında söhbət gedən mütəxəssislərin ixtisas və peşkarlıq səviyyələri analoji və oxşar hesab edilə bilməz. Xidmət dəyərinə təsir edən amillərdən ən vacibləri - mütəxəssislərin ixtisası, peşəkarlığı, təhsili və təcrübəsidir. Göstərilən xidmətlərin dəyərini formalaşdıran və qiymət səviyyəsinə təsir göstərən faktorların sırasında əmək haqların səviyyəsi, ixtisaslaşma və iş təcrübəsi ilə yanaşı, Nobel Oil-in işçiləri tərəfindən müvafiq qərarların qəbul edilməsi ilə bağlı daşıdığı məsuliyyət və risk çox vacib rol oynayır. Beləliklə aydın olur ki, hüquq məsləhətçisinin ştat cədvəli üzrə əmək haqqı müqayisə üçün əsas götürülərkən, vergi orqanı tərəfindən xidmətlərin dəyərinə təsir edən qeyd olunan amillərə diqqət yetirilməyib. İş yerlərinin qiymətləndirilməsini və hər bir kateqoriyadan olan vəzifələrdə işləyən insanların həmin kateqoriyadakı iş yerləri üzrə əmək haqqı diapazonuna uyğun olmasını, insanların peşəkar səviyyələri daxilində ədalətli maaş almasını təmin etmək məqsədi ilə, Nobel Oil əmək bazarının araşdırılmasını həyata keçirən dünyada məşhur olan “Korn Ferry” şirkətini cəlb etmişdir. Aparılmış təhlilin nəticəsində X15 Oil üçün əmək haqlarına dair Siyasət (Qaydalar) hazırlamışdır. Həmin Siyasət (Qaydalar) işçilərin dərəcəsindən asılı olaraq, onların minimum, orta və maksimum illik əmək haqqını müəyyən edir. Misal üçün, həmin əmək haqqı Siyasətinə əsasən rəhbər işçilərin illik əmək haqqı 189,227 - 284,591 manat diapazonunda müəyyən edilmişdir. Korn Ferry tərəfindən hazırlanmış X10 rəhbər tutaraq, Nobel Oil işçilərin dərəcələrinə uyğun olan saatlıq tariflər müəyyən etmişdir. Nobel Oil təərfindən Cəmiyyətə və digər asılı olan şəxslərə göstərilən xidmətlərin dəyəri qeyd olunan saatlıq tariflər əsasında formalaşır. Əgər Cəmiyyət bu vəzifələri həyata keçirən şəxslərin hər birini öz işçisi kimi işə cəlb etsəydi, Cəmiyyətin aylıq xərci təqribən 300 000 manat təşkil edəcəkdi (müvafiq kalkulyasiya təqdim edilir). Xərclərin optimallaşdırılması səbəbindən, "xxxx" şirkəti ana şirkət olaraq bu xidmətləri mərkəzləşdirilmiş şəkildə həyata keçirir və ana şirkətin bu səpgidə fəaliyyətinin əsas prinsipi gəlir əldə etmək deyil, sadəcə göstərilmiş xidmətlərə görə əmələ gəlmiş məsrəflərin qarşılanmasıdır. Yuxarıdakıları nəzərə alaraq, həm də, Nobel Oil tərəfindən göstərilən peşəkar dəstək xidmətinin bazar qiymətinə uyğunluğunu müəyyən etmək məqsədi ilə, Azərbaycan bazarında peşəkar məsləhət xidmətləri göstərən şirkətlərin (konsaltinq şirkətləri) saathesabı tarifləri də nəzərə alınmışdır. Yuxarıdakıları ümumiləşdirsək, Nobel Oil şirkətinin işçilərinin peşəkarlığını, əmək haqqı səviyyəsini və qəbul edilən qərarlar üzrə daşıdıqları risk və məsuliyyətləri, habelə, Azərbaycan bazarında peşəkar məsləhət şirkətləri tərəfindən tətbiq edilən qiymətləri nəzərə alaraq, hesab edirik ki, Nobel Oil tərəfindən tətbiq edilən xidmət haqqı tamamilə bazar qiymətinə uyğundur. Yuxarıdakıları nəzərə alaraq bir daha bazar qiymətinin müəyyən edilməsi müddəlarına istinad etmək istərdik. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət bazar qiyməti kimi qəbul edilir, əgər əks hal sübuta yetirilmirsə. Nəzərə alaraq ki, vergi orqanı sözügedən xidmətlərə dair bazar qiymətini müəyyən etməyib, Cəmiyyət və Nobel Oil arasında təsbit edilmiş qiymət bazar qiyməti kimi qəbul edilməlidir. Eyni sahələr üzrə işçilərin olması halına dair İddiaçının mövcud kadr bazası təsərrüfat fəaliyyəti ilə bağlı bəzi biznes qərarlarının effektiv şəkildə verilməsinə kifayət etmir və bu cür qərarların verilməsi “Qərarların qəbul edilməsi üzrə səlahiyyətlər bölgüsü” cədvəlinə əsasən "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialının mütəxəssislərinə həvalə edilmişdir. Bunun səbəbi odur ki, eyni dərəcəli, eyni ixtisas səviyysinə, eyni təcrübəyə malik olan işçilər Cəmiyyətdə yoxdur. Hər bir qeyd olunan xidmət sahəsi üzrə ixtisaslı mütəxəssisin cəlb edilməsi zərurətini izah edən əsas sənəd “Qərarların qəbul edilməsi üzrə səlahiyyətlər bölgüsü” cədvəlidir (İddia ərizəsinə əlavə edilir). Həmin cədvəldən göründüyü kimi, müxtəlif səviyyələrdə qərarların qəbul edilməsi üçün müəyyən səviyyəli rəhbər işçilərin təsdiqi tələb olunur. Misal üçün, banklardan kredit götürülməsi, 2 - 4 Million manat arasında kommersiya təkliflərinin verilməsi, əsas vəsaitlərin silinməsi və s. üçün Nobel Oil qrupu üzrə Baş maliyyə direktorunun (Chief financial officer - CFO) təsdiqi zəruridir. Yuxarıdakılardan aydın olur ki, Nobel Oil şirkətinin göstərdiyi xidmətlər qrup daxilində olan bir şirkət kimi Cəmiyyətin səlis və davamlı fəaliyyəti üçün vacib və zəruridir, Cəmiyyətin fəaliyyətinin məhsuldarlığını təmin edir və belə xidmətlər olmadan Cəmiyyət fəaliyyətində problemlərlə üzləşə bilər və məhz Nobel Oil şirkətinin mütəxəssislərinin rəhbər səviyyədə verdiyi qərarlar Cəmiyyətin problemsiz fəaliyyətini təmin edir. Təsdiqedici sənədlərin təqdim edilməməsi halına dair Yuxarıda göstərilən müqavilə üzrə İddiaçı tərəfindən "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialına 2016-cı ildə 576,626.57 manat, 2017-ci ildə 845,695.81 manat, 2018-ci ildə 566,797.70 manat, 2019-cu ilin yanvar-sentyabr aylarında isə 1,388,582 manat vəsait köçürülmüş, müvafiq ödənişlər üzrə ƏDV məbləğləri İddiaçı tərəfindən əvəzləşdirilmişdir. Eyni zamanda, bu xərclər İddiaçı tərəfindən mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirin əldə edilməsi ilə bağlı olan xərc kimi bəyan edilmişdir. Sözügedən xidmətlərin göstərilməsi ilə bağlı mövcud qanunvericilikdə tələb olunan bütün sənədlər və əlavə məlumatlar İddiaçı tərəfindən yoxlayıcıya təqdim edilmişdir. İddiaçı və "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı aralarındakı bu razılaşmanı mövcud qanunvericiliyə uyğun olaraq müqavilə ilə rəsmiləşdirmiş, xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında aylıq əsasda müvafiq mütəxəssislərin sərf etdikləri saatlar qeyd edilməklə təhvil-təslim aktları (əlavə edilir) tərtib edilmiş, habelə Filial tərəfindən e-VHF və e-qaimələr təqdim edilmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən bu xərclər sırf ehtimallar əsasında, vergi qanunvericiliyinin hər hansı konkret müddəasına istinad edilmədən gəlirdən çıxılmayan xərc kimi qiymətləndirilmişdir. Xərclərin gəlirdən çıxılması əsasları \6rgi Məcəlləsinin 108-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin, qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılmayan xərclərin siyahısı Vergi Məcəlləsinin 109-cu maddəsində yer alır. Nobel Oil tərəfindən göstərilən xidmətlərin heç biri həmin siyahıda qeyd edilməmişdir. Bu səbəbdən, həmin xərclərin gəlirdən çıxılmaması və ƏDV-nin əvəzləşdiirlməməsi üçün heç bir əsas yoxdur. Tələbin ikinci hissəsinə dair "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cəmiyyət arasında SAP proqram təminatının alınması və quraşdırılması xərclərinin tanınmaması üzrə Faktiki hallar SAP proqram təminatı 2015-ci ildə Nobel Oil tərəfindən qeyri-rezident olan "xxxx" QSC-dən alınmış və 5 şirkətin (Nobel Oil, “X5” MMC, İddiaçı MMC, "xxxx" MMC, Llamrei DMCC) istifadəsi üçün nəzərdə tutulmuş və quraşdırılmışdır. 18 dekabr 2017-ci il tarixində Cəmiyyət Nobel Oil-dan SAP proqramının alınmasına dair və 20 fevral 2017-ci il tarixində isə onun quraşdırılması ilə əlaqədar müqavilələr imzalamışdır. Cəmiyyət mühasibat uçotunu SAP mühasibat proqramından istifadə etməklə aparır. SAP proqram təminatı biznes proseslərinin vahid sistem vasitəsilə idarə edilməsində istifadə edilir. Milli Gəlirlər Baş İdarəsinin qərarında əks olunan mövqe SAP proqram təminatının bazar qiymətinin müəyyən edilməsi məqsədilə Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********146998 nömrəli qərarı əsasında ekspert dəvət edilmişdir. Ekspert tərəfindən SAP proqram təminatının bazar qiymətinin müəyyənləşdirilməsinin mümkün olmadığı, SAP proqram sisteminin alqı-satqısı ilə əlaqədar tərəflər arasında bağlanmış müqavilənin texniki cəhətdən düzgün olmadığı qeyd edilmişdir. Ekspert tərəfindən rəy verilməməsinə əsasən, Milli Gəlirlər Departamenti bu qənaətə gəlmişdir ki, SAP proqramına çəkilmiş xərclər bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı deyil və buna görə də proqam təminatının quraşdırılması üçün 2017-ci ildə ödənilmiş 206,213.60 manat və 2019-cu ildə ödənilmiş 100,000.00 manat xərclər gəlirdən çıxılan xərclər kimi tanına bilməz. Əlavə olaraq, həmin xərclər üzrə İddiaçı tərəfindən əvəzləşdirilmiş ƏDV məbləğləri ləğv edilmiş, başqa sözlə, əvəzləşdirilmiş ƏDV məbləği həcmində əlavə hesablama aparılmışdır. Vergi orqanın mövqeyinə münasibət İlk öncə qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, əgər əks hal sübuta yetirilmirsə, tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət malların (işin, xidmətin) bazar qiyməti kimi qəbul edilir. Başqa sözlə, əgər bazar qiymətinin müəyyən edilməsi üçün dəvət edilən ekspert bazar qiymətini müəyyən edə bilməyibsə, tərəflər arasında faktiki qiymət bazar qiyməti kimi qəbul edilməlidir. Nə Aktdan, nə də Qərardan aydın olmur ki, müqavilənin texniki cəhətdən düzgün tərtib edilməməsi nə deməkdir və ,müqavilənin tərtibində mülki qanunvericiliyinin hansı norması pozulmuşdur və ümumiyyətlə, belə bir mövqeyin bildirilməsi həmin müqavilənin vergi nəticələrinə necə təsir edə bilər. Beləliklə, SAP proqram təminatının quraşdırılmasına çəkilən xərclərin s ahibkarlıq fəaliyyəti ilə bağlı olmadığına dair vergi orqanının gəldiyi nticə tam əsassız və qanunsuzdur. Vergi orqanı özü qeyd edir ki, Cəmiyyət mühasibat uçotunu SAP proqram təminatı vasitəsi ilə aparır. Bununla yanaşı, nəzər alınmalıdır ki, SAP proqram təminatı biznes proseslərinin vahid sistem çərçivəsində idarə edilməsinə, mühasibat və maliyyə əməliyyatlarının avtomatlaşdırılmasına, biznes-proseslərin unifikasiyasına, tapşırıqların icrasının sürətləndirilməsinə, tələb olunan məlumatların dəqiqliklə və vaxtında əldə edilməsinə imkan yaratmışdır. Belə olan halda, onun s ahibkarlıq fəaliyyəti ilə bağlı olmadığına dair DVX trəfindən varılmış nəticənin nəyə əsaslandığı bəlli olmur. Aşkardır ki, bu nəticə tam voluntarist və əsassız, eyni zamanda da heç bir qanuna dayanmayan bir mövqenin ifadəsidir. SAP proqram təminatının əldə edilməsi xərcləri aşağıdakılarla bağlıdır: (ı) istifadəçi sayına uyğun istifadəçi hüquqlarının verilməsi, (ıı) proqramın funksionallığını dəstəkləyə bilən serverlərin alınması, (ııı) proqramın quraşdırılaraq inteqrasiyası. Yuxarıdakılardan tam aydınlıqla görünür ki, SAP proqram təminatına çəkilmiş xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aiddir. Eyni zamanda, İddiaçı bu xərcləri ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün çəkmişdir və həmin xərclər üzrə ƏDV-ni əvəzləşdirərkən ƏDVnin əvəzləşdirilməsin aid Vergi məcəlləsi ilə müəyyən edilən qayda və prosedurlara uyğun hərəkət etmişdir. SAP proqram təminatı üzrə amortizasiya xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi SAP proqram təminatını Nobel Oil-dan əldə edəndə, Cəmiyyət Dövlət Vergi Xidmətinə həmin proqram təminatı üzrə amortizasiya ayırmalarının hesablanmasında haqlı olubolmadığı barədə müraciət etmiş və Dövlət Vergi Xidməti SAP proqram təminatı üzrə amortizasiya ayırmalarının hesablanmasının qanunauyğun olduğunu Prokon MMC-y göndərdiyi cavab məktubunda təsdiq etmişdir (məktublar İddia Ərizəsinə əlavə edilir). Nəzərə alsaq ki, 2018-ci ildən başlayaraq, Cəmiyyət SAP proqram təminatı üzrə amortizasiya ayırmalarını gəlirdən çıxılan xərclərə aid etməmişdir, Cəmiyyət vergi orqanından tələb edir ki, həmin amortizasiya ayırmaları 2018-ci ildən bəri hər il üçün mənfəət üzrə vergi öhdəliyi hesablanarkən gəlirdən çıxılan xərc qismində nəzərə alınsın. 2018-ci il üzrə amortizasiya ayırmaları 594,285 manat təşkil edir. Qeyd olunan amortizasiya ayırmaları mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilsə, Prokon MMC-nin 2018-ci il üzrə mənfəət vergisi öhdəliyi 118,857 manat məbləğində azaldılmalıdır. Tələbin üçüncü hissəsinə dair: Cəmiyyətin 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınmaması üzrə Faktiki hallar Cəmiyyət SOCAR karbamid zavodunun tikinti layihəsi çərçivəsində layihənin baş podratçısı X8., Ltd. (“Sifarişçi”) ilə əməkdaşlıq edərək tikinti işləri üzrə əsas podratçı qismində çıxış etmişdir. Bu layihə çərçivəsində Sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə əsasən Sifarişçinin Cəmiyyət qarşısında qoyduğu öhdəliklərdən biri də işçiləri yeməklə təmin etmək olmuşdur. Sifarişçi Cəmiyyətə yemək xərci də daxil olmaqla, xidmətlərin dəyərini ödəmişdir. Əlavə olaraq, Prokon MMC Karbamid layihəsi üzrə işçiləri yeməklə təchiz etmək üçün hər dəfə şirkət təyin etdikdə hansı şirkətin təyin olması barədə X8 ltd şirkətinə yazılı məlumatlar təqdim etmiş, Samsung şirkəti də öz növbəsində bu məlumatları təsdiqləmişdir. Qeyd olunan məktubları və X8 Jtd-nin cavablarını təqdim edirik. Həmin məktublar təsdiq edir ki, söz konusu olan xərclər Prokon MMC tərəfindən Sifarişçiyə təqdim edilmiş xidmətlərin tərkib hissəsi olaraq şəkilmişdir və buna görə də, DVX-nın özü tərfindən də təsdiq edildiyi kimi, xərclərə aid edilməlidir. Eyni müddəalar Cəmiyyətin “TCM-KT JV AZƏRBAYCAN" MMC adlı sifarişçi ilə Heydər Əliyev adına Neft Emalı zavodunda yenidənqurma və modernizasiya işlərinin aparılması üzrə subpodrat müqaviləsində də mövcuddur. Milli Gəlirlər Baş İdarəsinin qərarında əks olunan mövqe Yemək xərclərinin bilavasitə Prokon MMC-nin işçilərinə aid olmasını müəyyən etmək mümkün olmamışdır və buna görə də qeyd olunan yemək xərcləri vergi orqanı tərəfindən gəlirdən çıxılan xərc kimi qəbul edilməmişdir. Vergi orqanın mövqeyinə münasibət Cəmiyyət 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərcləri ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə **********745000 saylı məktubla müraciət etmişdir. Həmin sorğuya cavab olaraq, Dövlət Vergi Xidməti bildirib ki, sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq sifarişçinin tələbi ilə işçilərin yeməklə təmin edilməsi məqsədilə sifarişçinin podratçı müəssisəyə ödədiyi məbləğlər müqavilədə xidmətlərin tərkib hissəsi kimi müəyyən edildiyi halda həmin məbləğlər podratçı müəssisənin vergi tutulan gəlirlərinə, podratçı tərəfindən ödənilmiş işçilərin yemək xərcləri isə onun gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçilərin yeməklə təmin edilməsi ilə bağlı çəkilmiş xərclərə görə ödənilmiş ƏDV məbləği podratçı müəssisə tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir (Cəmiyyətin sorğu məktubu və Dövlət Vergi Xidmətinin cavab məktubu İddia Ərizəsinə əlavə edilir). Cəmiyyət öz işçilərini yeməklə təmin edərək qarşılığında müqavilə üzrə qoyulan öhdəliyi icra edir. Bu faktı və Dövlət Vergi Xidmətinin bununla verilən rəyini nəzərə alaraq, Milli Gəlirlər Departamentinin mövqeyini əsassız hesab edirik. Səyyar vergi yoxlaması zamanı prosessual hüquq normalarının pozulması Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci bəndinə əsasən yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 3.2-ci bəndində isə qeyd edilir ki, məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.11-ci və 3.4.16-cı maddələrinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) və yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilməlidir. Yoxlamaların vahid məlumat reyestri ilə bağlı yuxarıdakı tələblərə Milli Gəlirlər Baş İdarəsi tərəfindən riayət edilməmiş, yoxlayıcı əlavə tədbirlərin keçirilməsi haqqında qərarı reyestrdə qeydiyyatdan keçirmədən yoxlama müddətini artırmış, həmin qərar əsasında məsuliyyət tədbirləri görməyi təklif etmişdir ki, bu da göstərilən qanun müddəalarının kobud pozuntusunu təşkil edir. Deməli, Qanunun yuxarıda qeyd edilən 3.2-ci bəndinə əsasən İddiaçı haqqında Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar əsassız hesab edilməli və ləğv edilməlidir. Bundan başqa, Milli Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibedilmə müddəti də əsassız və qanunsuz olaraq uzadılmışdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yalnız aşağıda göstərilən hallarda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: • nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilməsi, müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; • səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Halbuki, yuxarıda sadalanan halların heç biri baş verməmiş, Milli Gəlirlər Baş İdarəsi tərəfindən bu uzadılmaya əsas kimi, “yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qaşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin tam araşdırılmasına əlavə vaxt tələb olunduğu” göstərilmişdir. Bunlardan başqa, yoxlama müddəti mövcud qanunvericlikdə nəzərdə tutulmuş müddət həddini aşmışdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Eyni zamanda, Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən səyyar vergi yoxlaması həmin maddədə sadalanan müstəsna hallarda 9 aydan çox olmamaqla uzadıla bilər. Şərti olaraq fərz etsək ki, həmin müstəsna hallardan hər hansı biri baş vermişdir, o zaman, yoxlama ən gec 12 aya yekunlaşmalı idi. Lakin faktiki olaraq xx.xx.2019-cu il tarixli qərarla başlayan yoxlama 22 aydan sonra yekunlaşmış və yekun akt xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38-ci maddəsinin səyyar vergi yoxlamasının keçirildiyi dövrdə və hazırda qüvvədə olan redaksiyasında səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı olan müddətlər "gün" ifadəsi ilə qeyd edilmişdir. Bir halda ki, hazırda müvafiq müddətlər "iş günü" ifadəsi ilə müəyyən olunmayıb, o zaman "gün" ifadəsi ilə "təqvim günü" anlaşılmalıdır. Vergi orqanı isə səyyar vergi yoxlaması zamanı sözügedən müddətləri "iş günü" kimi tətbiq etmiş və nəticədə, 38-ci maddə ilə müəyyənləşən müddət məhdudiyyətlərini aşmışdır. Əlavə olaraq qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan və 2022-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərdə "gün" ifadəsi "iş günü" ifadəsi ilə əvəz edilmişdir. Bu dəyişiklik bir daha sübut edir ki, səyyar vergi yoxlamasının aparıldığı dövrdə və hazırda bu müddətlər "təqvim günü" mənasında ifadə edilmişdir, əks halda Vergi Məcəllsinə göstəriln dəyişiklikyin edilmsinə ehtiyac olmazdı. Səyyar vergi yoxlamasının açılması anında qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddəsini rəhbər tutaraq, hesab edirik ki, mənfəət vergisi bəyannaməsinin və əlavə dəyər vergisi bəyannaməsinin təqdim edildiyi tarixdən 3 ildən daha çox müddət keçdiyi halda sözügedən dövrlər üzrə nə vergi öhdəliyi, nə də maliyyə sanksiyası tətbiq oluna bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, vergi orqanı tərəfindən 2016-cı və 2017-ci illər üzrə hesablanmış mənfəət vergisi və bununla bağlı maliyyə sanksiyası və oktyabr 2016-cı ildən başlayaraq 2018-ci ilin oktyabr ayına qədər əhatə edən dövr üzrə hesablanmış ƏDV və ƏDV ilə bağlı maliyyə sanksiyası qanunsuz olduğu üçün ləğv edilməlidir. Eyni zamanda, tərtib edilən yoxlama Aktında guya aşkar edilibmiş kimi göstərilən hallar əksərən yoxlayıcının şəxsi mülahizələri, şübhə və ehtimallarına əsaslanmışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 61.2-ci bəndinə əsasən isə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə, inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati icraat haqqında Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Görünür, DVX İddiaçı tərəfindən təqdim edilmiş sənəd və dəlilləri mötəbər hesab etməmiş, lakin onların həqiqətə uyğun olmadığını təsdiq edən əsaslı, konkret sübutlar təqdim etməmişdir. Beləliklə, Milli Gəlirlər Baş İdarəsi tərəfindən mötəbərlik prezumpsiyası kobud şəkildə pozulmuşdur.

10. Keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021 tarixli **********194100 nomrali aktına və xx.xx.2021 tarixli **********976900 nömrəli sənədə əsasən Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********151760 nömrəli qərarı ilə müəyyən edilmişdir ki: - Səyyar vergi yoxlamasi zamani mənfəət vergisinin 2016-cı il üzrə 197659,44 manat artiq hesablanmast, 2017-ci il üzrə 465863,39 manat və 2018-ci il üzrə 198283,73 manat azaldılması, ümumilikdə 466487,68 manat azaldılmasi müəyyan edilmisdir. Kanarlaşmaya səbəb illər üzrə gəlir və xərc məbləğlərinin Vergi Məcəlləsinin 108-ci, 132-ci va 133-cü maddələrinə zidd olaraq düzgün müyyən edilməməsi olmuşdur. Belə ki, gəlir məbləgi 2016-cl il üzrə 464554,36 manat az, 2017-ci il üzrə 496355,9 manat artıq, 2018-ci il üzrə 710635,74 az, ümumilikdə 678834,2 manat az, xərc məblaği isə müvafiq olaraq 2016-cı il üzrə 1452851,56 manat az, 2017-ci il üzrə 2825672,89 manat va 2018-ci il üzrə 280782,87 manat artiq, ümumilikdə 1653604,2 manat artıq göstərilmisdir. Gəlir və xərc məbləğlərinin illər üzrə düzgün müəyyən edilməməsi nəticəsində mənfəət vergisinin 27421,04 azaldılması müəyyən edilmişdir. Bundan basqa "xxxx" MMC ilə "X16" Sirkətinin Azərbaycan Respublikasındakı filialı arasında baglanmış müqavilələr asasında filial tərəfindən cəmiyyətə müxtəlit xidmətlar (asasan hüquq, SATƏMM, insan resursları və s.) göstərilmişdir. Arasdirma zamani məlum olmuşdur ki, "xxxx" MMC-nin ştatında göstarilən sahalar üzrə işçilər olsa da, anoloji xidmətlərə görə filialin xidmətlərindan istifadə edilmiş və göstarilən xidmətin dəyərinin kifayət qədər yüksək olduğu nəzərə çarpmışdır. Belə ki, camiyyatin hüquq məsləhətçisinin ştat cədvəli üzrə aylıq əmək haqqi 956,0 manat oldugu halda, filial tarafindan göstərilən hüquq xidmatinin dəyəri 1 saat ücün 576,3 manat təşkil etmisdir. Camiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində qeyd olunan xidmatlarə görə əldə edilmiş e-VHF və e-Qaimə fakturalara asasan 2016-cı il üzrə 576626,57 manat, 2017-ci il üzrə 845695,81 manat, 2018-ci il üzrə 566797,7 manat məbləgində vasait köçürülmüşdür. Filial tərəfindən camiyyətə göstərilmiş xidmətlərin nəticəsini və görülən işin mahiyyətini təsdiq edən dəlil və sübutlar yoxlamaya təqdim edilmədiyindən qeyd olunan ödənişlər üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibindən çıxarılmışdır. Xərclərin azaldılması hesabına 2016-cı ildə 115325,31 manat, 2017-ci ildə 169139,16 manat va 2018-ci ildə 113359,54 manat, ümumilikdə 397824,01 manat əlavə mənfəət vergisi hesablanmişdır. Müəssisə tərəfindən xx.xx.2017-ci il tarixində "X16" Şirkətinin AR filialindan dəyəri 5442850,0 manat (ƏDV-siz) olan SAP program təminatinin alınması haqqında va xx.xx.2017-ci il tarixdə isə onun quraşdırılması ilə əlaqadar 500000,0 manat (ƏDV-siz) məbləğində müqavilələr imzalanmış, yalnız proqram təminatinin quraşdırılması ilə əlaqadar "X16" Şirkətinin AR filialı tərəfindən xx.xx.2017-ci il tarixdə 500000,0 manat (ƏDV-siz) məbləğində elektron Qaima-faktura təqdim edilmiş, lakin proqram təminatının alınmasına görə yoxlama dövrünun sonunadək elektron Qaima-faktura təqdim edilməmişdir. SAP proqram təminatı 2015-ci ildə İngiltərədə qeydiyyata oan "X16" firkati tərəfindən qeyri-rezident "xxxx" QSC-dan alinmış va 5 şirkətin (“X16" Şirkətinin AR Filiali, “X5” MMC, İddiaçı MMC, "xxxx" MMC: Llamrei DMCC (Dubai) istifadəsi üçün nəzərda tutulmuş və quraşdırılmışdır. Qeyd olunan proqram təminatının 2015-ci ildə alındığını və quraşdırıldığını nəzərə alınaraq müqavilənin “X16” Sirkətinin xərclərinin qarşılanması məqsədi ilə imzalanması ehtimal olunmuşdur. Proqram təminatının bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar xx.xx.2021 -ci il tarixli **********146998 nömrali qərar əsasında ekspert dəvət edilmişdir. Ekspert işin faktiki halını araşdıran zaman cəmiyyət tərəfindən SAP proqram təminatının quraşdırılması və istifadəçilər barədə sənədlərin tam təqdim edilməməsi səbəbindən yoxlama ilə əhatə olunan dövrdə SAP proqram təminatının quraşdrılmasının və onun bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamaşdır. Bu səbəbdan ekspert tarəfindən proqram təminatının bazar qiyməti ilə əlaqadər rəy verilməmişdir. Ekspert tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" Şirkətinin AR Filial ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti SAP proqram sisteminin tətbiqetmə və təkmilləşdirilməsindən ibarətdir. Buna gora da SAP proqram sisteminin alqi-satqısı ilə əlaqədar "X16" Şirkətinin AR Filial ilə İddiaçı MMC arasında bağlanmış müqavilə texniki cəhətdən düzgün hesab edilməmişdir. Yuxarıda qeyd olunanları nəzəra alaraq, xx.xx.2017-ci ildə təhvil-təslim aktlarına əsasan SAP proqram təminatının quraşdırılması adı altında olan ödənişlərin (2017-ci il ərzində 206213,16 manat) bilavasitə sahibkarliq fəaliyyati ilə əlaqədar olmadığı qənaatinə gəlinmiş və bu səbəbdən gəlirdən çıxılan xərclərdən çixılaraq 41242,63 manat mənfəət vergisi hesablanmışdir. Vergi Macəlləsinin 58.1-ci maddəsinə əsasan azaldılmış 664147,12 manat mənfəətt vergisinə 99141,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zaman müəssisə tərəfindən ƏDV-nin 2016-cı ilin oktyabr-dekabr aylarında 24720,52 manat azaldılması, 2017-ci ildə 613650,61 manat azaldılması və 436163,6 manat artıq hesablanması, 2018-ci ildə 185382, 12 manat azaldılması və 30812,91 manat artıq hesablamması, 2019-cu ilin yanvar-sentyabr aylarında 260283,55 manat azaldilması və 26663,25 manat artıq hesablanması, ümumilikdə 590397, 04 manat azaldılması müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamant 2019-cu ilin sentyabr ayı üzrə 14588,96 manat ƏDV məbləği əlavə olaraq düzgün hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci və 2018-ci illərdə vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddasinin xx.xx.2020-ci il tarixədək qüvvadə olan tələbləri pozulmusdur. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddəda başqa hallar nəzərdə tutulmamisdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin amaliyyat üçün ödəmö 30 gün müddətində hayata keçirildikdə ödəmənin hayata kecirildiyi, ödəmə 30 gündən sonra hayata keçirildikdə isə ƏDV-nin elektron vervi hesab-fakturasimin verildiyi vaxt sayilr. Bu Macəllənin 166.1.1-ci və 166.1.2ci maddələrində göstərilən müddətlərdən sonrakı beç gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparilmiş sayılır: 166.1.1. Malların təqdim edilmasindən, işlərin görülməsindən va xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində hayata keçirildikdə ödəmənin hayata keçirildiyi vaxtda, 30 gündən sonra hayata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü va xidmətlərin göstərildiyi vaxtda; 166.1 2. malların göndərilmasi onların dasinmasinı nəzərda tutursa, ödəma 30 gün müddətində hayata keçirildikdə ödəmənin hayata keçirildiyi vaxtda, 30 gündan sonra hayata keçirildikdə isə daşinmanın başlandıgı vaxtda. Lakin müəssisə tərədindən Vergi Məcəlləsinin göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. Nəticədə 46396,17 manat ƏDV hesablanmışdır. Bununla yanası, 2019-cu ilin yanvar-sentyabr aylarinda idxal edilmiş mallara göra ödanilmiş 35324,55 manat ƏDV məbləği üzrə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən müvafiq əvəzləşdirilmələr aparılmamışdir. "xxxx" MMC ilə "X16" Şirkətinin AR filialı arasında bağlanmış müqavilələr asasında göstərilən xidmətlər üzrə aparılmış ƏDV əvəzləşdirilmələri 2016-cı ilin oktyabr-dekabr aylar üzrə 24720,52 manat, 2017-cı il üzrə 151298,49 manat, 2018-ci il üzrə 98243,21 manat, 2019-cu ilin yanvar-sentyabr ayları üzrə 249944,83 manat ləğv edilmiş və ümumilikdə 524207,05 manat ƏDV hesablanmışdır. Cəmiyyət tərəfindən SAP proqram təminatının quraşdırılması ilə əlaqadar 2017-ci il üzrə 37118,37 manat va 2019-cu il üzrə 18000,0 manat ƏDV əvəzləşdirilməsi ləğv edilmiş va ümumilikdə 55118,37 manat ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə azaldılmış və aylar üzra düzgün hesablanmamış ƏDV məbləğinə 157097,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasə zamanı əmlak vergisinin 2016-cı il üzrə 13,15 manat va 2017-ci il üzrə 136,39 manat, ümumilikdə 149,54 manat azaldılması müəyyən edilmişdir. Kənarlaşmaya səbəb vergiyə cəlb olunan əmlakın Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən orta illik qalıq dəyərinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: İddiaçı MMC-nin rəhbəri xx.xx.2021-ci il tarixli **********496800 va **********327400 nömrəli maktublarla Dövlat Vergi Xidmətinə müraciət edərək aktda qeyd edilən asağıdakı məsələlərə etirazinı bildirmisdir: 1. "xxxx" LTD şirkətinin Azarbaycan Respublikasindakı filialı tərəfindən göstərilən dəstək xidmətlərinə görə ödanilmiş məbləğin xərcdən çıxarılması və əvəzləşdirilən ƏDV-nin ləğv edilməsi. Bildirilmişdir ki, baglanmış müqavilələr əsasında filial tərəfindən cəmiyyətə müxtəlif xidmətlər (əsasən hüquq, SƏTƏMM, insan resursları və s.) göstərilir. "xxxx" MMC-nin ştatında göstərilən sahələr üzrə isçilər olsa da, analoji xidmətlərə görə filialin xidmətlərindən istifadə edilir və göstərilən xidmətin dəyərinin kifayət qədər yüksək olduğu nəzərə çarpır. Belə ki, cəmiyyətin hüquq məsləhətçisinin ştat cədvəli üzrə aylıq əmək haqqı 956,0 manat olduğu halda, filial tərəfindən göstərilən hüquq xidmətinin dəyəri 1 saat üçün 576,3 manat təşkil edir. Filial tərəfindən cəmiyyətə göstərilmiş xidmətlərin nəticəsini və görülən işin mahiyyətini təsdiq edən dəlil və sübutlar yoxlamaya təqdim edilmədiyindan, qeyd olunan ödənişlər illər üzrə gəlirin əldə edilmasi ilə baglı xərclərin tərkibindən çıxarılmiş və ƏDV əvəzləsdirilməsi ləğv edilmisdir. 2. "xxxx" LTD şirktinin Azarbaycan Respublikasındakı filialı ilə "xxxx" MC arasinda SAP proqram təminatının satılması va quraşdırlması xərclərinin taninmaması; Bildirilmişdir ki, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixində "X16" Şirkətinin AR filialından dəyəri $442850,0 manat (ƏDV-siz) olan SAP proqram təminatının alıması haqqında və xx.xx.2017-ci il tarixdə isə onun quraşdırılması ilə əlaqadər 500000,0 manat (ƏDV-siz) məbləgində müqavilələr imzalanmış, yalnız proqram təminatının quraşdrılması ilə alaqadar "X16" Sirkətinin AR filialı tərəfindən xx.xx.2017-ci il tarixdə 500000,0 manat (ƏDV-siz) məbləgində elektron Qaimə-faktura təqdim edilmis, lakin proqram təminatının alınmasına görə yoxlama dövrünün sonunadak elektron Qaima-faktura taqdim edilməmişdir. SAP proqram təminatı 2015-ci ildə İngiltərədə qeydiyyata olan “X16” Şirkəti tərəfindən qeyri-rezident "xxxx" QSCdan alınmış və 5 şirkətin (“X16” Sirkatinin AR filialı, “X5” MMC, İddiaçı MMC, "xxxx" MMC, Llamrei DMCC (Dubai)) istifadəsi üçün nəzərdə tutulmuş va quraşdırılmışdır. Qeyd olunan proqram təminatının 2015-ci ildə alındığı va quraşdırıldıgını nəzərə alsaq, müqavilənin "X16" Sirkatinin xərclərinin qarşılanması məqsədi ilə imzalanması ehtimal olunur, proqram təminatının bazar qiymətinin müəyyən edilməsi ilə əlaqadar xx.xx.2021-ci il tarixli **********146998 nömrali qərar əsasında ekspert dəvət edilmişdir. Ekspert isin faktiki halını araşdıran zaman cəmiyyət tərəfindən SAP proqram təminatının quraşdırılması və istifadəçilər barədə sənədlərin tam təqdim edilməməsi səbəbindən yoxlama ilə əhata olunan dövrdə SAP proqram təminatının quraşdırılmasını və onun bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdan ekspert tərəfindən proqram təminatının bazar qiyməti ilə əlaqadar rəy verilməmisdir. Ekspert tərəfindən aparilmış araşdırma zamanı müəyyən edilmişdir ki, "X16" Şirkətinin AR filial ilə İddiaçı MMC arasında baglanmış alqı-satqı müqaviləsinin predmeti SAP proqram sisteminin tətbiqetmə və təkmilləşdirilməsindən ibarətdir. Buna görə də SAP proqram sisteminin alqı-satqısı ilə əlaqadar “X16” Sirkatinin AR filialı ilə İddiaçı MMC arasında bağlanması müqavilə texniki cəhətdən düzgün deyildir. Yuxarıda qeyd olunanlar nazara alaraq xx.xx.2017-ci ildə təhviltəslim aktlarına əsasən SAP proqram təminatının quraşdırılması adı altında olan ödənişlərin (2017-ci il arzinda 206213,16 manat) bilavasitə sahibkarliq fəaliyyəti ilə əlaqadar olmadiğı qənaətinə gəlinmişdir va bu səbəbdən gəlirdən çıxilan xərclərin tərkibindən çıxarılmışdır. 3. 2016-2018-ci illar ərzində layihə çərçivəsində isçilərin yeməklə təmin edilməsi xərclərinin taninmaması; Bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən yemək xərclərinin bilavasitə İddiaçı MMC-nin işçilərinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Azaldılmışdır Artıq Fərq (manat) Maliyyə sanksiyası Manat hesablanmışdır (manat) (manat) manat əlavə Artıq hesablama hesablama 1.748.333,46 691.299,2 1.254.693,7 197.659,4 256.239,08 Qeyd edilən qərarla İddiaçı MMC-nin vergi öhdəliyi 1.057.034,26 manatdır.

1. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, "Səyyar vergi yoxlamasinin keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********193274 nömrəli qerarına əsasən İddiaçı MMC-də növbəti səttar vergi yoxlaması (yoxlanilan dovr: xx.xx.2016-xx.xx.2019) keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli **********184100 nomrali aktla rasmiləşdirilmişdir. Akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixii **********151760 saylı qərarla aşkar edimiş maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı təqdim olunmuş materiallara əsasən İddiaçı MMC ilə “X16” Şirkətinin AR filialı arasında bağlanmış müqavilələr əsasında filial tərəfindən cəmiyyətə müxtəlif xidmətlər (əsasen hüquq, SƏTƏMM, insan resurslar va s.) göstarilir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı MMC-nin ştatında göstərilən sahələr üzra isçilar olsa da, analoji xidmətlərə görə filialin xidmətlərindən istifadə edilir və göstərilən xidmətin dəyərinin kifayət qəder yüksək olduğu nəzərə çarpır. Belə ki, cəmiyyətin hüquq məsləhətçisinin ştat cədvəli üzrə aylıq əmək haqqı 956,0 manat oldugu halda, filial tərəfindən göstərilən hüquq xidmətinin dəyəri 1 saat üçün 576,3 manat təşkil edir. Cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində qeyd olunan xidmətlərə görə əldə edilmiş VHF və e-qaimə fakturalara asasan 2016-cl il üzrə 576626,57 manat, 2017-ci il üzrə 845695,81 manat, 2018-ci il üzrə 566797,7 manat məbləgində vəsait köçürülmüşdür. Filial tərəfindən cəmiyyətə göstərilmiş xidmətlərin nəticəsini və görülən işin mahiyyətini təsdiq edən dəlil ve sübutlar yoxlamaya təqdim edilmədiyindən, qeyd olunan ödenişlər illər üzrə gəlirin əldə edilməsi ilə baglı xərclərin tərkibindən çixarılmışdır. Xərclərin azaldılması hesabına 2016cı ildə 115 325,31 manat, 2017-ci ildə 169139,16 manat və 2018-ci ildə 113359,54 manat, ümumilikdə 397824,01 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı "X16" Şirkətinin AR filialı tərəfindən göstərilən xidmətlərin yüksək səviyyəli mütəxəssislər (eləcə də rəhbər işçilər) tərəfindən göstərildiyindən haqları ilə müqayisə edilməsinin bazar qiymətlərinin prinsiplərinə zidd olduğunu bildirmisdir. Qeyd olunmalıdır ki, yüksək səviyyəli mütəxəssis xidmətlərin Cəmiyyətin analoji fəaliyyəti həyata keçirən əməkdaşlarının fəaliyyətindən faktiki olaraq necə fərqlənməsi və bu fərqin hansı konkret əqddə təsbit olunmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı yüksək səviyyəli mütəxəssis xidmətlərinin nəticəsini və görülən işin mahiyyətini təsdiq edən heç bir dəlil təqdim etməmiş, iddia olunan xidmətlərin faktiki olaraq göstərilməsini əsaslandıra bilməmişdir. Beləliklə, yüksək peşəkarlıq və təhsil səviyyəsi olan şəxslərə yüksək məbləğdə ödənişlərin aparılmasının sahibkartlıq fəaliyyəti məqsədlərinə xidmət etməsi və həmin xidmətlərin faktiki olaraq göstərilməsi, gəlirin əldə edilməsi üçün çəkilən xərc olması öz təsdiqini tapmamışdır. Bundan başqa bildirilməlidir ki, eyni iş və xidmətin göstərilməsi üzrə təkrar olaraq xərcin çəkilməsi vergitutma baxımından gəlirin əldə edilməsi ilə bağl xərc kimi qəbul edilməlidir. Belə ki, vergi ödəyicisi eyni iş və xidmətləri üçün təkrar olaraq başqalarından da xidmətlər alırsa bu onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan xərclərdir və o bunu dövlət büdcəsinə ödənilməli vergilərin azaldılması hesabına edə bilməz. Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclər gəlirdən çıxılan xərclər hesab edilir. Hazirki is üzrə aparılan ödanişlərin gəlirin əldə edilməsi ilə bağlı olması müəyyən edilmədiyindən xərclərin tərkibindən çıxarılmışdır. İddiaçı öz işçiləri tərəfindən həyata keçirilən fəaliyyətin yenidən daha yüksək məbləğlər müqabilində kənardan əldə edilməsinin tamamlayıcı və ya əlavə xarakter daşımasını əks etdirən heç bir sübut təqdim etməmişdir. İddiaci SAP proqram təminatına çəkilmiş xərclərin gəlirdən çıxılan xərc hesab edilməməsi ilə əlaqədar Vergi Məcəlləsinin 14.2-ci maddəsinə istinad edərək ekspert tərəfindən rəyin verilməsi mümkün olmadıgından bazar qiyməti kimi tərəflərin əqddə təsbit etdikləri qiymətin nəzərə alinmalı olduğunu bildirir. Bildirilir ki, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixində “X16” Sirkətinin AR filialindan dəyəri 5442850,0 manat (ƏDV-siz) olan SAP proqram təminatının alınması haqqında və xx.xx.2017-ci il tarixdə isə onun quraşdırılması ilə əlaqadər 500000,0 manat (ƏDV-siz) məbləğində müqavilələr imzalanmış, yalnız proqram təminatının quraşdırılması ilə əlaqadər “X16” Şirkətinin AR filialı tərəfindən xx.xx.2017-ci il tarixdə 500000,0 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura təqdim edilmiş, lakin proqram təminatının alınmasına görə yoxlama dövrünün sonunadək elektron Qaima-faktura təqdim edilməmişdir. SAP proqram təminatı 2015-ci ildə İngiltərədə qeydiyyatda olan "X16" Şirkəti tərəfindən qeyri-rezident "xxxx" QSC-dən alinmış ve 5 şirkətin ("X16" Sirkatinin AR filial, "X5" MMC, "xxxx" MİMC, "SOCAR-AQŞ” MMC, Llamrei DMCC (Dubai) istifadəsi üçün nəzərdə tutulmuş və quraşdırılmışdır. Beləliklə, SAP proqram teminatına çəkilmiş xərclərin gəlirdən çıxılan xərc hesab edilməməsinin əsaslari:  qeyd olunan proqram teminatinin xx.xx.2017-ci il tarixli müqaviləyə qədər artiq əldə edilmesi fakti;  bele proqram təminatının alınmasına görə yoxlama dövrünün sonunadək elektron qaimə-fakturanın təqdim edilməməsi Göründüyü kimi aparılan ödənişlər proqram təminatının alınması barədə müqavilə olsa da, bağlanmış müqavilənin sırf xərclərin şişirdilməsinə və vergiyə cəlb olunan gəlirlərin azaldılmasına yönəldiyini əyani sübut edir. Bildirilir ki, proqram təminatının bazar qiymətinin müəyyən ediməsi ilə əlaqədar ekspert dəvət edilmişdir. Ekspert işin faktiki halını araşdıran zaman cəmiyyət tərəfindən SAP proqram təminatının quraşdırılması və istifadəçilər barədə sənədlərin tam təqdim ediməməsi səbəbindən yoxlama ilə əhatə olunan dövrdə SAP proqram təminatının quraşdırılmasının və onun bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən ekspert tərəfindən proqram təminatının bazar qiyməti ilə əlaqədar rəy verilməmişdir. Ekspert tərəfindən aparılmiş araşdırma zamanı müəyyən edilmişdir ki, “X16" Şirkətinin AR Filial ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti SAP proqram sisteminin tətbiqetmə və təkmilləşdirilməsindən ibarətdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xx.xx.2017-ci ildə təhvil-təslim aktlarına asasan SAP proqram təminatının quraşdırılması adı altında olan ödanişlərin bilavasitə sahibkarliq fəaliyyəti ilə əlaqədar olmadığı qənaətinə gəlinmişdir və bu səbəbdən gəlirdən çıxılan xərclərdən çıxılaraq 41242,63 manat mənfəət vergisi hesablanmışdır. İddiaçi Vergi Məcəlləsinin 56-cı maddəsinə istinad edərek qanunla müəyyən edilən 3 illik müddət bitdiyindən həmin dövrlərə nə vergi, nə də maliyyə sanksiyası hesablanmalı olmadıgını bildirmişdir. Bununla bagli bildirilir ki, Vergi Məcəlləsinin istinad olunan maddəsində nəzərdə tutulan məsuliyyətə cəlb edilmə maliyyə sanksiyasının və faizin tətbiqini nəzərdə tutaraq əsas vergini ödəmək öhdəliyini ehtiva etmir. Belə ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin Konstitusiyanın 73cü maddəsi ile nəzərdə tutulan əsas vəzifələrindən biridir. Halbuki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət faiz və maliyyə sanksiyalarınin tətbiqini nəzərdə tutur. Belə ki, Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri ve onlarin nümayandələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edimiş qaydada məsulyyet daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasina görə vergi ödeyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları ve faizlər tətbiq edilir. Həmin Məcəllənin 77.3-cl maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uygun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandiğı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasi Vergi Məcəllasinin tələblarinin (məcburi dövlət sosial sıgorta, işsizlikdən sigorta və icbari tibbi siğorta haqları istisna olmaqla) pozulmasi anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlə üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uygun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddati) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Layihə çərçivəsində işçilərin yemək xərclərinin gəlirdən çıxılan xərc hesab edilməsi barədə iddiası ilə əlaqədar bildirilmişdir ki, yemək xərclərinin bilavasitə "xxxx" MMC-nin isçilərinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı yoxlama zamanı vahid məlumat reyestrində qeydiyyatla bağlı tələblərə əməl edilmədiyini, həmçinin aktın tərtib edilmə müddətinin əsassız artırıldığını, yoxlama müddətinin qanunla müəyyən edilmiş müddətini aşdığını bildirmişdir. Bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlamasi iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı məlumatların, o cümlədan yoxlamanın dayandırılması, yoxlama müddətinin artırılması ilə bağlı bütün qərarların "Sahibkarliq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri"ndə qeydiyyata alınması təmin edilmişdir. Bundan basqa, Vergi Məcəlləsinin 49.1-ci maddasinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddetində aşagıda göstərilən qararlardan birini çıxarır: 49.1.1. vergi odəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Göründüyü kimi əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi vergi orqanının qanunla müəyyən edilmiş hüquqlarının icrasının nəticəsi olmuşdur. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə əldə edilmiş məlumatların, eləcə də qarşılıqlı əməliyyatların, işlərin xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağli sənədlərin tam araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün xx.xx.2020-ci il tarixli qərarla aktın tərtibi müddəti uzadılmışdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə göstərilən hallarda yuxarı vergi organının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər.

4. İddiaçı tərəfindən təqdim edilən yazılı mülahizədə bildirilir ki, etirazda, eyni ilə Aktda olduğu kimi, göstərilir ki, Prokon MMC-nin ştatında göstərilən sahələr üzrə işçiər olsa da, analoji xidmətlərə görə filialın ("xxxx" şirkətinin Azərbaycandakı filialı nəzərdə tutulur) xidmətlərindən istifadə edilmişdir və göstərilən xidmətin dəyəri kifayət qədər yüksək olmuşdur. Daha sonra Etirazda bildirilir ki, Prokon MMC-nin hüquq məsləhətçisinin ştat cədvəli üzrə aylıq əmək haqqı 956.0 manat olduğu halda, filial (Nobel Oil) tərəfindən göstərilən hüquq xidmətinin dəyəri 1 saat üçün 576,3 manat təşkil etmişdir. Etiraza görə Filial (Nobel Oil) tərəfindən cəmiyyətə göstərilmiş xidmətlərin nəticəsini və görülən işin mahiyyətini təsdiq edən dəlil və sübutlar guya yoxlamaya təqdim edilmədiyindən, qeyd nan ödənişlər illər üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibindən çıxarılmışdır. Bununla əlaqədar aşağıdakılar məhkəmənin diqqətinə çatdırılır. a) Nobel Oil tərəfindən Prokon MMC-yə xidmətlərin göstərilməsi İddiaçı MMC-nin təsisçiləri tərəfindən qəbul edilmiş səlahiyyət bögüsü barədə qərara əsasən həyata keçirilir. Nobel Oil Services (UK) Limited şirkəti Prokon MMC-də 95% paya malik təsisçidir. Eyni şirkət X16 şirkətində də 100% paya malik təsisçidir. Eyni şirkətlər Nobel OİL qrupuna daxil olan digər şirkətlərin də təsisçiləridir. Bu səbəbdən qrup şirkətləri arasında idarəetmə proseslərinin optimizasiyası və məsul şəxslərin məsuliyyətinin yüksəldilməsi üçün əməliyyatlar üzrə qərar verilməsi proseslərinin bütün qrup şirkətləri üçün eyni olan proseduru səlahiyyətlər bölgüsü cədvəli şəklində təsdiq və tətbiq edilmişdir. Qabaqcıl ölkələrin qlobal şirkətlər qrupları dünyanın bir çox ölkəsindəki filiallarının və törəmə müəssisələrinin fəaliyyətinə nəzarət etmək, idarəetməni asanlaşdırmaq və qrupun hər bir törəmə müəssisəsində və ya filialında eyni funksiyam yerinə yetirən departamentlərin təkrarlanmasının aradan qaldırmaq üçün, bəzi inzibati və idarəetmə funksiyaları qrupun ancaq bir müəssisəsində mərkəzləşdirilmiş qaydada saxlanılır. Mərkəzləşdirilmiş idarəetmə qrupa daxil olan digər şirkətlərə maliyyə, hüquq və digər xidmətlərin göstərilməsi, həmin şirkətlərin daxili prosedurlara əməl edərək qrup standartlarına uyğun olmasını təmin edir. Nobel Oil qrup qabaqcıl təcrübələri rəhbər tutaraq, idarəetmənin mərkəzləşdirilməsi modelinin özündə tətbiq edilməsinə qərar vermişdir. Vergi Orqanının etirazdakı arqumentlərinə gəlincə isə, ilk -“növbədə bildirilməlidir ki, heç də Vergi Orqanının qeyd etdiyi kimi, Nobel Oil-in göstərdiyi peşəkar dəstək xidmətlərinin bütün sahələri üzrə Prokon MMC-nin ştatında anoloji işçiləri mövcud olmamışdır. Aşağıdakı cədvəldə Nobel Oil-in peşəkar dəstək xidmətlərinin göstərilməsi üçün cəlb etdiyi işçilərin ştat vəzifələri və Prokon MMC-nin yoxlanılan dövrdə mövcud olmuş ştat vəzifələrinin müqayisəsi təqdim edilir: Nobel Oil-in cəlb etdiyi işçilərin Prokon MMC-nin anoloji işçiləri vəzifələri İdarə heyətinin üzvləri (baş inzibatçı Müəssisənin anoloji səlahiyyətlərə malik işçiləri səviyyəli heyət) olmamışdır İnformasiya Texnologiyaları Müəssisənin anoloji departamenti və bu vəzifə üzrə departamentinin rəhbəri işçisi olmamışdır SƏTƏM departamentinin rəhbəri Müəssisənin anoloji departamenti və bu vəzifə üzrə işçisi olmamışdır Daxili audit şöbəsinin rəhbəri Müəssisənin anoloji şöbəsi və bu^.əzifə üzrə işçisi olmamışdır Hüquq departamentinin rəhbəri Müəssisənin anoloji departamenti və bu vəzifə üzrə işçisi olmamışdır İnsan resursları departamentinin Müəssisənin anoloji departamenti olsa da, bu vəzifə rəhbəri üzrə işçisi olmamışdır Müəssisənin anoloji departamenti olsa da. bu vəzifə Maliyyə departamentinin rəhbəri üzrə işçisi olmamışdır Baş hüquqşünas Müəssisənin anoloji departamenti və bu vəzifə üzrə işçisi olmamışdır Hüquqşünas Müəssisənin digər departamentinin tabeliyində bu vəzifə üzrə 1 işçisi mövcud olmuşdur İnformasiya Texnologiyaları üzrə Müəssisənin anoloji departamenti və bu vəzifə üzrə mütəxəssis işçisi olmamışdır İnsan resursları mütəxəssisi Müəssisənin bu vəzifə üzrə 1 işçisi mövcud olmuşdur Maliyyə mütəxəssisi Müəssisənin anoloji departamenti olsa da. bu vəzifə üzrə işçisi olmamışdır SƏTƏM mütəxəssisi Müəssisənin anoloji departamenti və bu vəzifə üzrə işçisi olmamışdır Cədvəldən göründüyü kimi. Nobel Oil-in xidmət göstərilməsi üçün cəlb etdiyi işçilər arasında yalnız Hüquqşünas və İnsan resursları mütəxəssisi vəzifələri üzrə Prokon MMCnin anoloji işçiləri mövcud olmuşdur. Qeyd edək ki, Nobel Oil tərəfindən göstərilən xidmətlərin ümumi dəyərində həmin mütəxəssislərin Ədmətlərinin xüsusi çkisi olduqca kiçikdir. Nobel Oil sözügedən xidmətləri əsasən rəhbər vəzifəsində olan işçiləri vasitəsilə göstərmişdir ki. Prokon MMC-nin anoloji vəzifələrdə işçiləri mövcud olmamışdır. Lakin bununla belə, Prokon MMC-nin hüquqşünas və İnsan resursları mütəxəssisi vəzifələrində işçilərinin olması, anoloji vəzifələr üzrə xidmətlərin cəlb edilməsinə ehtiyac olmadığı anlamına gəlməməlidir. Belə ki, bu işçilərin vəzifələri eyni olsa belə, onların əmək funksiyaları fərqlidir və göstərilən xidmətlər Prokon MMC-nin mütəxəssislərinin əmək funksiyalarına daxil deyildir. Misal üçün. Nobel Oil-in insan resursları mütəxəssisinin göstərdiyi xidmətlərə əmək bazarının araşdırılması, uyğun kadrların işə cəlb edilməsi, işə qəbul prosesinə ümumi nəzarət və prosedurların hazırlanması, işçi heyəti arasında və işçilərlə müəssisə arasında olan mübahisə və münaqişələrin idarə edilməsi, müəssisədə nizam-intizam qaydaları ilə bağlı təlimlərin keçirilməsi daxildir ki, Prokon MMC-nin insan resursların mütəxəssisinin əmək funksiyalarına bu xidmətlər daxil deyildir. Eynilə, Nobel Oil-in hüquqşünas v; dfəsində çalışan işçisinin göstərdiyi xidmətlərə müxtəlif məsələlər üzrə hüquqi rəyin verilməsi, təchizatçı və sifarişçilər ilə olaıaıünaqişələrin idarə edilməsi, səlahiyyət bölgüsü cədvəlinə uyğun olaraq bir sıra müqavilələrin tərtibi, tenderlə bağlı sənədləşmələrin hazırlanması daxildir ki. bu xidmətlər də Prokon MMC-nin hüquqşünas vəzifəsində çalışan işçisinin əmək funksiyaları ilə əhatə olunmur. Bu baxımdan Vergi Orqanının etirazda, həmçinin tərtib edilən aktda qeyd etdiyi. Prokon MMC-nin hüquq məsləhətçisinin ştat cədvəli üzrə aylıq əmək haqqının 956.0 manat olduğu halda, filial (Nobel Oil) tərəfindən göstərilən hüquq xidmətinin dəyərinin 1 saat üçün 576.3 manat təşkil etməsi faktı hər hansı əhəmiyyət kəsb etmir. Eyni zamanda. Səlahiyyət bölgüsü cədvəli əsasında Nobel Oil tərəfindən barəsində qərar verilmiş müqavilələr üzrə Prokon MMC- nin hüquqşünasının qərar vermək səlahiyyəti olmamışdır və Prokon MMC-də çalışan hüquqşünaslar öz hazırlıq, səriştə və təcrübə səviyyələrinə görə Nobel Oil tərəfindən göstərilmiş xidmətləri eyni keyfiyyət və etibar standartları səviyyəsində göstərə bilməzdilər. Əlavə olaraq, Nobel Oil xidmətləri əsasən rəhbər vəzifəsində olan işçilər vasitəsilə göstərsə də. bu xidmətlərin göstərilməsi zamanı bəzi texniki məsələlərin araşdırılması, sənəd və məlumatların tərtib edilməsi ehtiyacı yaranır ki. daha effektiv olması naminə bu işlər Prokon MMC-nin həmin mütəxəssislərinə deyil, rəhbər işçilərin nəzarəti altında olan mütəxəssislərə həvalə edilir. Xüsusi olaraq. Prokon MMC-nin İnformasiya Texnologiyaları. SƏTƏM. Daxili audit departamentləri (şöbələri) və bu sahələrdə işçiləri, həmçinin baş inzibatçı səviyyəli heyəti mövcud olmamışdır. Bu departament və kadrların müasir dövrdə bir kommersiya müəssisəsi üçün nə qədər əhəmiyyətli olduğu, biznes fəaliyyətinin müvafiq funksiyalar olmadan aparılmasının qeyri-mümkünlüyü danılmazdır. Mövcud kadr bazasında müvafiq işçilər mövcud olmadığından Prokon MMC bu biznes ehtiyaclarını Nobel Oil-dən əldə etdiyi xidmətlər hesabına ödəmişdir. Eyni zamanda, bu funksiyaların bəzilərinin müəssisədə mövcud olması ölkə qanunvericiliyinin tələbidir. Misal olaraq, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi və əməyin mühafizəsi xidmətlərinin yaradılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222 və 223-cü maddələrinə əsasən işəgötürənin öhdəliyinə aid edilmişdir. Prokon MMC bu öhdəliyini Nobel Oil-in göstərdiyi SƏTƏM üzrə dəstək xidmətləri vasitəsilə icra etmişdir. Bildiririk ki, yuxarıda sözügedən peşəkar dəstək xidmətləri bu xidmətlərin İcraçısı (Nobel Oil) tərəfindən mənfəət vergisinə və ƏDV-yə cəlb edilən gəlir kimi bəyan edilmişdir. Vergi Orqanı tərəfindən Nobel Oil-in fəaliyyəti üzrə kameral və səyyar qaydada vergi yoxlamaları keçirilməsinə baxmayaraq həmin xidmətlərin mahiyyəti ümumiyyətlə mübahisələndirilməmişdir. Bununla da, Vergi Orqanı eyni əməliyyatın iki qarşı tərəfinə müxtəlif yanaşma tətbiq etmişdir: Xidmətləri alan və xərc çəkən tərəf-Prokon MMC üçün bu xərcləri əsassız hes^b edərək mənfəət vergisi məqsədləri üçün ləğv etmiş; Xidmətlərin icraçısı olan və gəlir əldə edən tərəf- Nobel Oil üçün bəyan olunan gəlirləri mübahisələndirməmiş və həmin gəlirləri mənfəət və ƏDV-nin vergituma bazasından çıxartmamışdır. Halbuki, İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun 12.2-ci bəndinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd edilir ki, bu halı Vergi Orqanı tərəfindən ikili, qeyri-bərabər, ədalətsiz və qanunsuz yanaşmanın təzahürü kimi qiymətləndiririk. Görünür vergi yoxlamasının hərtərəfli aparılması əvəzinə, vergi yoxlaması ancaq Prokon MMC-nin vergi yükünün artırılmasına yönəldilmişdir. b) Yoxlama zamanı filial (Nobel Oil) tərəfindən Cəmiyyətə göstərilən xidmətlərin nəticələrini və görülən işlərin, gös'ərilən xidmətlərin mahiyyətini təsdiq edən dəlil və sübutların guya yoxlamaya təqdim edilmədiyi barədə bəyan həqiqətə uyğun deyildir. Nobel Oil tərəfindən göstərilən xidmətlər. Səlahiyyət bölgüsü cədvəlinə uyğun surətdə əməliyyat proseslərinin idarə edilməsindən ibarət olmuşdur və bu xidmətin nəticələrinin verilmiş qərarlar, baxılmış, təsdiq və düzəliş edilmiş sənədlər (o cümlədən, müqavilələr və digər hüquqi sənədlər, insan resursları, SƏTƏMM və s. Sahələr üzrə sənədlərin tərtibi və ya təsdiqi) və sair proseslərin idarə edilməsi nəticəsində ərsəyə gəlmiş sənədləşmə olmuşdur ki, bu barədə yoxlayıcıya məlumat verilmiş və konkret sənədlərin istəniləcəyi halda həmin sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Əlavə edilir ki, əməyin təhlükəsizliyi və digər sahələr üzrə keçirilən təlimlər də həmin xidmətlərin tərkib hissəsini təşkil etmişdir. Eləcə də. idarəetmə prosesinin hər bir mərhələsi üçün təsdiqedici sənədlərin tərtibatının qeyrimümkünlüyü də nəzərə alınmalıdır. c) X6, göstərilən xidmətin dəyərinin, qənaətlərinə əsasən kifayət qədər yüksək olmasını da əsas gətirərək müvafiq xidmətlərə görə Prokon MMC-nin ödənişlərinin gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibindən çıxarıldığını bildirir. X13 xidmətlərin dəyərinin kifayət qədər yüksək olduğu qənaətinə hansı hesablama və ya metod ilə gəldiyini nə Etirazda, nə də Aktda və ya Qərarda bildirməmişdir. Belə ki, Vergi Orqanı bu qənaətinin doğruluğunu sübut etmək üçün Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq müvafiq xidmətlərin bazar qiymətini təhlil etməli və vergitutma məqsədləri üçün həmin qiyməti nəzərə almalı idi. Odur ki. Vergi Orqanının bu məsələ üzrə bazar qiymətinin təhlilini aparmadığı halda xidmətlərin dəyərinin kifayət qədər yüksək olması ilə bağlı qənaəti əsassızdır. d) Etirazda bildirilir ki, hazırki iş üzrə aparılan ödənişlərin gəlirin əldə edilməsi ilə bağlı olması müəyyən edilmədiyindən xərclərin tərkibindən çıxarılmışdır və İddiaçı öz işçiləri tərəfindən həyata keçirilən fəaliyyətin yenidən daha yüksək məbləğlər müqabilində kənardan əldə edilməsinin tamamlayıcı və ya əlavə xarakter daşımasını əks etdirən heç bir sübut təqdim etməmişdir. Bu bəyan tam absurddur və Prokon MMC-nin məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Belə ki, Prokon MMC-nin hər hansı bir pozuntuda təqsirli olmasının sübut edilməsi vəzifəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 14-cü Maddəsinə (Sübut etmə vəzifəsi) əsasən Vergi Orqanının üzərinə düşür. Həmçinin, İPMnin 14.1-ci maddəsinə əsasən "mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Belə ki, müəyyən edilməmiş faktiki halların güman edilməsi əsasında şəxsin məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Cavabdeh isə öz gümanının təkzib edilməsi üçün İddiaçıdan sübut tələb edir. Qanuna görə Prokon M>' İC-nin məsuliyyəti üçün əsas olan faktiki hallar tam yəqinliklə müəyyən edilməli və aktda öz əksini tapmalı idi. Aktda heç bir£.“!ə fakta istinad edilməyərək Prokon MMC tərəfindən yalnız onun ştatında hüquqşünas vəzifəsi olduğu halda xidmətlərin digər şəxsdən satın alınması bəhanəsi ilə həmin xidmətlərə çəkilmiş xərclərin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı qənaətinə əsasən şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar verilmişdir. Bu qanunun tələbləri ilə tam bir ziddiyyət təşkil edir. İddia ərizəsində bu məsələ üzrə kifayət qədər izah və dəlil göstərilmişdir İİ. SAP proqram təminatına çəkilmiş xərclər üzrə Etirazda SAP proqram təminatına çəkilmiş xərclərin gəlirdən çıxılan xərc hesab edilməməsi qərarının səbəbi ekspert tərəfindən rəy verilməsinin mümkün olmaması, proqram təminatının xx.xx.2017-ci il ta ıxli müqaviləyə qədər artıq əldə edilmiş olması və SAP proqram təminatının alınmasına görə yoxlama dövrünün sonunadəir-elektron qaiməfakturanın təqdim edilməməsi göstərilmişdir. Etirazda göstərilən əsasların təhlili: Ekspert tərəfindən rəy verilməsinin mümkün olmaması əsası yuxarıda Nobel Oil tərəfindən Prokon MMC-yə göstərilmiş xidmətlərə görə ödənilmiş vəsaitin xərclərə aid edilməməsi üzrə təhlil edilmiş əsasla həmahəngdir və qanuna görə qətiyyən əsas hesab edilə bilməz. Prokon MMC Vergi Orqanının cəlb etdiyi ekspertin qeyri-peşəkarlığına və səriştəsizliyinə görə məsuliyyət daşıya bilməz. Əgər ekspert hər hansı bir halı müəyyən edə bilmirsə, həmin halın müəyyən edilməməsi şəxsin məsuliyyəti üçün əsas ola bilməz, çünki bu halda Vergi Orqanının istinad edə biləcəyi heç bir faktik əsas müəyyən edilmir. Analoji hal yuxarıda təhlil edilmişdir və burada bir daha qeyd etmək lazım gəlir ki, məsuliyyət üçün əsas olan faktik halları müəyyən və sübut edilməsi vəzifəsi qanunla Vergi Orqanının üzərinə düşür və məsuıiyyətə əsas verən faktik hal müəyyən edilmirsə, deməli məsuliyyət də müəyyən edilə bilməz. Ekspert rəyindən, habelə, Aktlardan və Qərardan məlum olur ki, ekspert tərəfindən SAP proqram təminatının quraşdırılması və istifadədə olması faktı müəyyən və təsdiq edilmiş nesab olunur və bu hal hər hansı bir şübhə doğurmamışdır və doğurmur. Vergi Orqanı 5zü qeyd edir ki, Prokon MMC mühasibat uçotunu SAP proqram təminatı vasitəsi ilə aparır. Müəyyənləşdirilə bilməyən hal yenə də Nobel Oil tərəfindən təmin edilmiş quraşdırma xidməti və proqram təminatının real bazar qiyməti olmuşdur. Əgər ekspert 'azar qiymətini müəyyən edə bilmirsə, bu fakt çəkilmiş xərclərin sahibkarlıq fəaliyyəti lə bağlı olmadığı barədə qənaətə əsas vermir. Bazar qiymətinin müəyyənləşdirilməsi ilə xərclərin sahibkarlıq fəaliyyətinə aid olması arasında nəinki səbəbi i, ümumiyyətlə heç bir əlaqə müəyyən edilmir və bu iki amil arasında əlaqə müəyyənləşdirilməsi tam bir məntiqsizlikdir. Başqa sözlə, ekspert bazar qiymətini müəyyən edə bilməmişdirsə, bu o demək deyil ki, xərclər sahibkarlıq faəliyyətinə yox, hansısa naməlum bir digər məqsədə xidmət etmişdir. Ümumiyyətlə, SAP proqram təminatının sahibkarlıqdan başqa hansısa məqsədə xidmət etməsi qeyri-mümkündür. Belə ki, bu proqram təminatı məhz biznes proseslərinin idarə edilməsi üçün yaradılmış və biznes vahidlərindən başqa hər hansı digər şəxslər tərəfindən istifadə edilmir və edilə bilməz. Proqram təminatının xx.xx.2017-ci il tarixli müqaviləyə qədər artıq əldə edilmiş olması əsası üzrə məsuliyyətin yaranması səbəbləri ümumiyyətlə anlaşılmır. SAP proqramı Nobel Oil tərəfindən 2015-ci ildə alınmış və qrupa daxil olan şirkətlərin istifadəsinə verilmişdir. Belə ki, proqram təminatı birbaşa olaraq Nobel Oil tərəfindən alınsa da, reallıqda həmin proqram təminatı bir neçə qrupdaxili şirkətin istifadəsində idi. Proqram təminatının Nobel Oil trəfındən satın alındığı vaxtdan (2015-ci il) onun digr qrup şirkətlərinə, o cümlədən Prokon MMC-yə "satıldığı" (mahiyyət etibarilə bu alqı-satqı istifadə hüquqlarının təqdim edilməsidir) anadək (2017-ci il) olan bu müddətdə SAP Proqram təminatı Nobel Oil-in balansında olmuş və qrup şirkətlərinin balansına keçməmişdir. Bu müddət ərzində proqram təminatı test rejimində işlədilmiş və Nobel Oil qrup şirkətlərinə, o cümlədən Prokon MMC-yə proqram təminatından istifadə üzrə dəstək xidmətləri göstərmişdir. Bu müddət ərzində SAP proqramı ilə əlaqədar qrup şirkətləri, o cümlədən Prokon MMC tərəfindən Nobel-Oil-ə ödnilmiş məbləğlər həmin dəstək xidmətlri ilə əlaqədar olmuşdur. Nobel Oil tərəfindən qrup şirkətlərinə həmin müddətdə hesabfakturalar dəstək xidmətinin ğdənilməsi üçün göndərilmişdir və Nobel Oil tərəfindən proqram tminatına çəkilmiş xərclərin qrup şirkətləri tərəfindən kompensasiya edilməsinə yönəlməmişdir. 2017-ci ilin sonlarında proqram təminatı üzrə xərclərin Nobel Oil tərəfindən hər bir qrup şirkətində istifadəçi sayma uyğun olaraq paylaşdırılması məqsədi ilə istifadəçi sayına uyğun olaraq istifadə hüquqlarının təqdim edilməsi həyata keçirilmiş və bu mqsədlə alqısatqı müqaviləsi bağlanmışşdır. Bu əməliyyat maliyyə-mühasibat sənədlərində və qeydlərində real mahiyyətinə uyğun olaraq əks olunmuşdur, yəni 2017-ci ilin sonlarında SAP Proqramının istifadəçi sayma uyğun dəyərlərlə qeyri-maddi aktiv olaraq qrup şirkətlərinin balansına keçirilməsi qərarı verilmişdir. Bu həm də onunla təsdiq olunur ki. Nobel Oil həmin SAP Proqramını vergi məqsədləri üçün balansından çıxararaq onunla bağlı amortizasiya hesablamasını da həmin tarixdən etibarən dayandırmışdır. Proqramın satış qiyməti qrup şirkətlərinin hər birinin SAP proqramındakı istifadəçi sayına mütənasib şəkildə müəyyən edilmişdir (qrup şirkətləri arasında SAP proqram təminatının istifadəçilərinin sayının bölgüsünü təsdiq edən SAP Proqramından çıxarış əlavə edilir). Beləliklə, SAP proqramı Prokon MMC-yə satılmış və bununla bağlı tərəflər arasında təhviltəslim aktı imzalanmışdır. Nəzərə alınmalıdır ki, Nobel Oil və Prokon MMC arasındakı müqavilə üzrə proqramdan istifadə hüquqları da istifadəçi sayına uyğun olaraq təqdim edilmişdir. Buna görə də. proqram təminatının alqı-satqısı mahiyyət etibarilə Vergi Orqanının qeyd etdiyi kimi yalnız proqram sisteminin tətbiqetmə və təkmilləşdirilməsi deyil, eyni zamanda istifadəçi hüquqlarının təqdim edilməsindən ibarət olmuşdur. Bu səbəbdən də, SAP proqram təminatının alqı-satqı müqaviləsindən əvvəl mövcud olması faktı onun quraşdırılmasına görə Prokon MMC-nin etdiyi ödənişlərin xərclərə aid edilməməsi üçün əsas vermir. Bu, sadəcə qrup şirkətləri arasında aktivlərin və xərclərin idarə edilməsi və bölüşdürülməsi/paylaşdırılması məsələsidir ki. bu da qanunla qadağan edilmir. Proqram təminatının alınmasına görə elektron qaimə-fakturanın təqdim edilməməsinə gəlincə isə bu hal əməliyyatın real mahiyyətindən doğan vergi nəticələrinin Nobel Oil və ya Prokon MMC tərəfindən təhrif o'unmasına səbəb olmamış və tərəflər bu əməliyyatın vergi nəticələrini düzgün əks etdirmişlər. Əməliyyatın vergi məqsədləri üçün sənədləşdirilməsinin Vergi Orqanının səyyar vergi yoxlaması zamanı ortaya qoyacağı mövqeyə müvafiq olaraq aparılması qərara alınmışdır. Bununla belə, bildirilik ki, elektron qaimə-fakturanın təqdim edilməməsi satış əməliyyatının baş verməsi faktım sual altına qoya bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli “Elektron qaiməfakturanın formasının, tətbiqi, u otu və istifadəsi Qaydalarfmıı təsdiq edilməsi haqqında Qərarına və bu Qərara dəyişiklik edilməsi ilə bağlı 2 fevral 2021-ci ijj^rixli 26 nömrəli Qərarın 2.5.3-cü bəndində əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə vəs.) əsasında doldurulur. Eyni zamanda sözügedən Qərarın 3.6-cı bəndində qeyd edilir: "Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər." Qərarın 2.5.3-cü bəndindən görüldüyü kimi, təhvil-qəbul aktı elektron qaimə-fakturanın tərtib edilməsi üçün əsasdır. Bir halda ki, təhvil-qəbul aktı əsasında elektron qaimə- faktura təqdim edilir, o zaman deyə bilərik ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) təqdim edilməsi faktından *onra tərtib olunur. Belə ki, təhvil-qəbul aktının imzalanması artıq təqdim etmənin baş verdiyini sübut edir. Bundan başqa, Qərarın 3.6-cı bəndində elektron qaimə-fakturanın ilkin uçot sənədləri əsasında düzəliş edilə biləcəyi qeyd edilir ki, burada ilkin uçot sənədləri qismində təhvilqəbul aktı da sadalanır. Bu isə, elektron qaimə-fakturanın təhvil-qəbul prosesindən sonra, başqa sözlə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildiyini bir daha sübut edir. Bir daha bildirilir ki, SAP proqram təminatının təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. Proqramın faktiki olaraq Prokon MMC-nin fəaliyyətində istifadə edilməsi faktı isə əyani olaraq Vergi Orqanı tərəfindən səyyar vergi yoxlaması ərzində müşahidə edilmiş və səyyar vergi yoxlaması aktında qeyd edilmişdir. Buna görə də. həmin proqram təminatının quraşdırılması ilə bağlı xərclərin gəlirdən çıxılan xərclərin siyahısından çıxarılması və bu xərclərə görə əvəzləşdirilmiş ƏDV məbləğinin ləğv edilməsi əsassızdır. ƏDV-nin əvəzləşdirilməsi ilə yanaşı, Prokon MMC-nin SAP proqram təminatı üzərində stifadə hüquqlarının vergi məqsədləri üçün qeyri-maddi aktiv kimi tanınması, amortizasiyanın hesablanması və amortizasiya xərclərinin 2018-ci ilin mənfəət vergi bəyannaməsində tanınması yoxlama zamanı vergi müfəttişi ilə müzakirə edilmişdir. Lakin vergi müfəttişi bu qanuni tələblərimizi nəzərə almamışdır. Halbuki, Vergi Məcəlləsinin 36.2ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, Vergi Orqanları ə onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün - lari, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu. bir daha onu deməyə əsas verir ki, yoxlamanın hərtərəfli aparılması əvəzinə, yoxlama ancaq Prokon MMC-nin vergi yükünün artırılmasına yönəldilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu məsələni də məhkəmənin qarşısında qaldırmağa məcbur olublar və iddia ərizəmizdə qeyd edilən kimi, amortizasiya xərclərinin 2018-ci də mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilməsini tələb edilir. e) Vergi və maliyyə sanksiyası hesablanması üçün Vergi Məcəlləsinin 56-cı maddəsi ilə müəyyən edilən 3 illik müddətin keçməsi üzrə. Etirazda bildirilir ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə cəlb edilmə maliyyə sanksiyasının və faizin tətbiqini nəzərdə tutaraq əsas vergini ödəmək öhdəliyini ehtiva etmir. Halbuki, həmin maddənin həm hazırda qüvvədə olan redaksiyası, həm də, yoxlamanın əhatə etdiyi dövrdv və başlandığı tarixdə qüvvədə olan redaksiyası ilə nəzərdə tutulur ki. Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il keçdikdən sonra şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Etirazın özündə də bu hal etiraf edilir (Etirazın 5-ci səhifəsi, 1-ci abzas). Aşağıda Vergi Məcəlləsinin 56.1-ci maddəsinin hazırda qüvvədə olan və yoxlama aktı tərtib edilərkən qüvvədə olan redaksiyaları verilir. • hazırda qüvvədə olan redaksiya: ”56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb ediı) bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə Vergi OrqanVergi Orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir". Bu yeni redaksiya 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti. 28 dekabr 2019-cu il. № 290. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2019-cu il. № 12. maddə 1894) ilə qəbul edilmiş və 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. • Yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan redaksiya: "56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.” Göründüyü kimi, yoxlamanın əhatə etuiyi dövrdə və başlandığı zaman qüvvədə olan redaksiyada 3 illik müddətin hesablanmasında səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın tarixi əsas götürülmür. Deməli həmin redaksiyaya əsasən, yoxlamanın nəticələri üzrə yekun qərarın (məsuliyyətə cəlb edilmə barədə qərarın) tarixindən etibarən ümumi 3 illik müddət tətbiq edilməli, həmin 3 illik müddət keçdikdən sonra həm məsuliyyət tədbirlərinin tətbiqi, həm də vergi öhdəliklərinin yaranması istisna edilməlidir. Bununla əlaqədar olaraq. Dövlət Vergi Xidməti tərəfindən vergi öhdəliklərinin müəyyən edilməsi və buna əsasən məsuliyyət müəyyənləşdirilməsi məqsədi ilə yoxlama keçirilməsi qanuna zidd olmuşdur. İV.Cəmiyyətin 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınmaması üzrə Cavabdeh Etirazda Prokon MMC-nin layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tamnmamasmı əsaslandıra bilən heç bir dəlil göstərə bilməmişdir. İddia ərizəsində göstərilənləri bir daha təkrarlamaq istəməyərək, bir daha vurğulayırlar ki, işçilərin yeməklə təmin edilməsi xərcləri X8., Ltd. ("Sifarişçi"’) ilə subpodrat müqaviləsinə əsasən götürülmüş öhdəliklə əlaqədar olmuşdur və tikinti işlrində işçilərə belə yemək təchizatı hamılıqla qəbul edilmiş bir təcrübədir və qanuna görə xərclərə aid edilməlidir. \ ,mək xrcləri tikinti meydançasının işinin təmin edilməsi il bağlı xərclərin bir qismidir və işçilərə yemək təminatı tikinti işlərinin nizamlı qaydada aparılması üçün vacib şərtdir, əks halda tikinti meydançasında lazımi nizam və qayda yaradılması və saxlanılması qeyri-mümkün olur. Bu faktın təsdiqi üçün məhkəmə kənar ekspert və ya mütəxssisin məhkəmələ dəvət edilməsi və onun rəyinin alınması imkanını nəzərdən keçirə bilər. Yemək xərclərinin bazar qiymətlərinə uyğunluğunun müəyyən edilməsi üçün məhkəmə tərfındən ekspert və ya mütəxəssis cəlb edilməsi mümükündür və biz bununla məhkəmə qarşısında belə mütəxssis və ya ekspert cəlb edilməsi üçün vəsatət qalırırıq. Yemək təminatının həyata keçirilməsi üçün müvafiq təchizatçılarla imzalanmış müqavillər və işçi siyahılar məhkəməyə təqdim edilir. Həmin sənədlər rəy verilməsi üçün ekspert və ya mütəxəssisə də təqdim edilə bilər. V. Üç ədəd müxtəlif Vergi yoxlaması aktlarının tərtibi. Cavabdeh İddiaya Etirazında göstərir ki, vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********194100 nömrəli aktla rəsmiləşdirilmişdir. Bu, həqiqətə uyğun deyildir. Belə ki, Cavabdeh tərəfindən yoxlama nəticələri üzrə eyni bir nömrə ilə 3 (üç) fərqli konteksdə və fərqli yoxlama nəticələri olan akt tərtib edilmişdir ki. onların yalnız sonuncusunun tarixi qismində 15.09.202l-ci il tarixi qeyd edilmişdir. Digər iki aktın tarixləri müvafiq olaraq 1-ci aktda xx.xx.2021 və 2-ci aktda xx.xx.2021 olaraq qeyd edilmişdir. Ən maraqlısı isə budur ki. hər üç aktın nömrəsi eynidir: **********194100. Vergi yoxlamasının nəticələri üzrə yalnız bir aktın tərtib edilməli olduğu Vergi Məcəlləsinin aşağıda göstərilən bir sıra maddələri ilə təsdiq olunur: f) 39.l-ci maddəsi - bu maddəyə görə "səyyar vergi yoxlamasının nəticələri üzrə Vergi Orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir", aydmdır ki. burada bir aktdan söhbət gedir, əks halda "aktları” sözündən istifadə edilərdi; g) 39.2-ci maddəsi - bu maddəyə görə "vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları ... göstərilməlidir”. Sözügedən aktlarda müxtəlif halların göstərildiyini qeyd etmək istərdim. h) 39.4-cü maddəsi - bu maddəyə görə "vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir"'. Baxılan iş üzrə 3 akt tərtib edilmiş və 3 aktın surəti verilmişdir. 39.5-ci maddəsi - bu maddəyə görə "vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq Vergi Orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Biz yalnız 3-cü aktda yazılanlarlaəlaqədar olaraq məhkməyə müraciət etmişik, digər aktlar üzrə etirazlar Vergi orqanına tqdim edilmişdir. i) 39.6-ci maddəsi - bu maddəyə görə. Vergi Məcəlləsinin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə Vergi Orqanının rəhbəri (onun müavini) vergi yoxlaması aktına baxır. j) 39.7-ci maddəsi - bu maddəyə görə Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Prokon MMC tərəfindən əvvəlki aCLar üzrə izahatlara baxılması həmin aktların faktiki olaraq Vergi orqanı tərəfindən ləğv edilməsi. Yeni vergi yoxlamaları keçirilməsi və yeni aktların tərtib edilməsi ilə nəticələnmişdir ki, bu da aşağıda təhlil edilən əsaslara görə qanuna ziddir. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən "səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə Vergi Orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə göstərilən qərarlardan birini çıxarmalıdır və çıxarıla bilən qərarlardan biri də 49.1.3-cü maddəsinə görə "əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərardır. Lakin, Vergi Məcəlləsi əlavə vergi yoxlaması tədbirlərinin nəticələrinin yenidən eyni nömrəli, lakin fərqli tarixli akt ilə rəsmiləşdirilməsini nəzərdə tutmur. Əlavə olaraq Vergi Məcəlləsinin 49.1-2-ci maddəsi nəzərdə tutur ki: • 49.1.3-cü maddəyə müvafiq olarıq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir, • yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər və • əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. Amma baxılan iş üzrə 3 dəfə vergi yoxlamasının keçirilməsi göstərir ki. Vergi Orqanı göstərilən maddənin tələblərini niyyətli şəkildə qəsdən kobud surətdə pozmuşdur. Yuxarıdakılarla əlaqədar olaraq aşkardır ki, vergi yoxlaması zamanı Vergi məcəlləsinin 49cu maddəsinin tələbləri Vergi Orqanı tərəfindən kobud surətdə pozulmuşdur. Vergi Məcəlləsinin 49.5-ci maddəsi tələb edir ki, belə halda, yəni 49-cu maddənin tələblərinin pozulduğu halda, Vergi Orqanının qərarı məhkəmə tərəfindən ləğv edilsin. Bu, Vergi Məcəlləsinin birbaşa tələbidir. Vİ. Müddətlər üzrə İddiaçının İddia Ərizəsindəki vergi yo damasının keçirilməsi müddətlərinin yoxlama zamanı pozulması üzrə dəlillərini təkzib etməyə cəhd edərək. Cavadeh Etiraztra bildirir ki. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Buna görə də. Cavabdehin fikrincə Vergi Məcəlləsində müəyyən edilmiş 30 günlük müddət 30 iş günü müddəti kimi anlaşılmalıdır. Cavabdehin bu əsassız bəyanı ilə əlaqədar olaraq bildiririk ki. Vergi Məcəlləsinin 38.4- ci maddəsində nəzərdə tutulan müddəa, yəni yoxlamanın iş günündə aparılması tələbi, vergi yoxlaması üçün 30 günlük müddət müəyyən edən müddəa ilə birlikdə və qarşılıqlı asılı şəkildə oxuna bilməz. Belə ki. 38.4-cü maddə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədi güdür və ümumi yoxlama müddətinin 50 iş günü kimi təfsiri üçün heç bir əsas vermir. Bu məsələ üzrə ətraflı izah iddia ərizəsində verilmişdir. Yoxlamaların reyestrdə qeydiyyatına gəlincə isə göstərilir ki, 2-ci və 3-cü yoxlama reyestdə qeydiyyatdan keçməmişdir.

5. “X16” şirkəti adi cəlbetmə qaydasında üçünçü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən “X16” şirkətinin nümayəndəsi “X16” şirkətinin (Azərbaycan Respublikasındakı filialının) mövqeyinin İddiaçı MMC-nin mövqeyi ilə eyni olduğunu bildirdi.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsinə əsasən iddiaçı xx.xx.2021-ci il tarixli **********151760 saylı “məsuliyyətə cəlb etmə haqqında qərarın müvafiq hissələrdə qismən ləğv edilməsi” tələbi ilə yanaşı həmin qərar ilə əhatə olunmayan digər tələblərdə irəli sürmüşdür. İddia ərizəsinə əsasən iddiaçı 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınmamasını və 2018-ci il üzrə mənfəət vergisi hesablanarkən amortizasiya ayırmaları gəlirdən çıxılan xərc kimi tanınmasını və mənfəət vergisi öhdəliyinə 118857 manat düzəliş edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmənin nəzərinə çatdırırıq ki, istinad olunan yemək xərcləri və amortizasiya ayırmaları ilə bağlı məsuliyyətə cəlb etmə haqqında qərarda heç bir hesablama aparılmamış və gəlirdən çıxılan xərcin tərkibindən çıxarılmamışdır. Belə ki, səyyar vergi yoxlaması ilə əhatə edilən dövrdə işçilərin yeməklə təmin edilməsi xərcləri cəmiyyət tərəfindən gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməmişdir. Yoxlama zamanı cəmiyyətin vəzifəli şəxsləri tərəfindən yemək xəclərinin cəmiyyətin işçiləri ilə bağlı olmasını əsas gətirərək qeyd olunan xərclərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsi xahiş edilmişdir. Yoxlama zamanı cəmiyyət tərəfindən işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsi barədə təqdim etdiyi sənədlər əsaslı hesab edilmədiyindən nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onuntmənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bildiririk ki, yoxlama zamanı SAP proqram təminatının quraşdırılması ilə bağlı 2017- ci il üzrə 206213.16 manat məbləğin gəlirdən çıxılan xərc hesab edilməməsinin əsaslarından biri kimi qeyd olunan proqram təminatının xx.xx.2017-ci il tarixli müqaviləyə qədər artıq quraşdırılması faktı olmuşdur. Belə ki, SAP proqram təminatı 2015-ci ildə İngiltərədə qeydiyyata olan "X16" Şirkəti tərəfindən qeyri-rezident "xxxx" QSC-dən alınmış və 5 şirkətin ("X16" Şirkətinin AR filialı, "X5" MMC, İddiaçı MMC, "xxxx" MMC, Llamrei DMCC (Dubai)) istifadəsi üçün nəzərdə tutul lmuş və quraşdırılmışdır. Xüsusilə vurğulanmalıdır ki, şifahi məhkəmə baxışı zamanı SAP proqram təmnatının 2215-ci ildən bəri Prokon MMC-də quraşdırılması faktı iddiaçı tərəfindən təsdiqlənmişdir, həmçinin, belə proqram təminatının alınmasına görə yoxlama dövrünün sonunadək elektron qaimə-fakturanın təqdim edilməməsi faktı da iddiaçı tərəfindən təsdiq edilmişdir. "X16" Şirkəti (Sifarişçi) və qeyri-rezident "xxxx" QSC (Konsultant) rasında Konsultasiya xidmətlərinin göstərilməsi haqqında №Z95-N0325-15PO1 nömrəli 2015-ci il tarixli müqavilənin 1 nömrəli Əlavəsinə (A.03.01) əsasən SAP proqram təminatının -əyata keçirilməsi və konsultasiya xidmətlərinin göstərilməsi üzrə “Layihənin Təşkilati Əhatə Dairəsi” aşağıdakı şirkətləri əhatə edir: 1) "X16" Şirkətinin AR filialı 2) "X5" MMC 3) İddiaçı MMC 4) "xxxx" MMC 5) Llamrei DMCC (Dubai) Göründüyü kimi 2017-ci ildə alqı-satqı müqaviləsi ilə əldə edildiyi iddia edilən SAP proqram təminatının həmin müqaviləyə qədər artıq quraşdırılmış olması və istifadə edilməsi müəyyən edilmişdir. Bundan başqa, tə|dim edilmiş xx.xx.2018-ci il tarixli HU 214136 nömrəli elektron vergi hesab fakturasına əsasən 2017-ci il Yanvar-Noyabr ayları ərzində SAP proqram təminatı üzrə göstərilmiş dəstək xidməti təqdim edilmiş və həmin xidmətlərə görə müvafiq ödənişlər aparılmışdır. Təqdim edən Alan vergi vergi ödəyicisinin ödəyicisinin Aldığı malların Ödənilmiş No Adı Adı Tarix Seriy Nömrə Adı məbləğ

2017-ci il Yanvar- Noyabr ayları "X16" xx.xx.201 21413 ərzində SAP 1 "xxxx" MMC ŞİRKƏTİNİN HU 38500 8 6 proqram təminatı AR FİLİALİ üzrə göstərilmiş dəstək xidməti

Müvafiq olaraq proqram təminatının quraşdırılması adı altında ödənişlərin 206213.16 manat bilavasitə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından xərclərin tərkibindən sarılaraq 41242.63 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda, iddiaçı tərəfindən "X16" Şirkətinin AR filialına aparılan ödəniş sənədlərinə əsasən iddia olunan alqı-satqıya qədər və həmin alqı-satqıdan sonra eyni proqram təminatına görə eyni məbləğlərin dəyişmədən mütəmadi ödənilməsi faktı həmin ödənişlərin sahibkarlıq fəaliyyəti məqsədli üçün xərc olmadığını müəyyən etməyə əsas verir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********151760 saylı məsuliyyətə cəlb edilmə haqqında qərarın 1) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2017-ci il ərzində SAP proqram təminatının quraşdırılmasına görə Prokon MMC-nin ödəmiş olduğu 206,213.16 AZN məbləğində xidmət haqları üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 37,118.37 manat ƏDV hissəsində ləğv edilməsi; 2) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2019-cu il ərzində SAP proqram təminatının quraşdırılmasına görə Prokon MMC-nin ödəmiş olduğu 100,000 AZN məbləğində xidmət haqları üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 18,000.00 manat ƏDV və bununla bağlı maliyyə sanksiyası hissəsində ləğv edilməsi; 3) 2018-ci il üzrə mənfəət vergi öhdəliyi hesablanarkan, SAP proqram təminatının dəyəri, hansı ki 5,442,850 AZN məbləğində alış qiymətindən və 500,000 AZN məbləğində quraşdırmadan ibarətdir, qeyri-maddi aktiv kimi qəbul edilərək, 2018-ci il üzrə 594,285 AZN məbləğində amortizasiya ayırmaları gəlirdən çıxılan xərc kimi nəzərə alınması və 2018-ci ilin mənfəət vergisi öhdəliyinə azalma istiqamətində 118,857 manat düzəliş edilməsi; 4) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2016-cı ildə Prokon MMC-nin 576,626.57 AZN məbləğində xərclərinin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı hesablanmış mənfəət vergisi hissəsində ləğv edilməsi; 5) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2017-ci ildə Prokon MMC-nin 845,695.81 AZN məbləğində xərclərinin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı hesablanmış mənfəət vergisi hissəsində ləğv edilməsi; 6) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2018-ci ildə Prokon MMC-nin 566,797.70 AZN məbləğində xərclərinin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı hesablanmış mənfəət vergisi və onunla bağlı olan maliyyə sanksiyası hissəsində ləğv edilməsi; 7) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2016-cı il ərzində ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 24,720.52 AZN məbləğində ƏDV hissəsində ləğv edilməsi; 8) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2017-ci il ərzində ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 151,298.49 AZN məbləğində ƏDV hissəsində ləğv edilməsi; 9) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2018-ci il ərzində ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 98,243.21 AZN məbləğində ƏDV və onunla bağlı olan maliyyə sanksiyası hissəsində ləğv edilməsi; 10) "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilmiş peşəkar dəstək xidmətləri ilə bağlı 2019-cu il ərzində ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı hesablanmış 249,944.83 AZN məbləğində ƏDV və onunla bağlı olan maliyyə sanksiyası hissəsində ləğv edilməsi; 11) Vergi Məcəlləsinin 56.1-ci maddəsinin müddəaları nəzərə alınaraq, vergi orqanı tərəfindən 2016-cı və 2017-ci illər üzrə hesablanmış mənfəət vergisi və bununla bağlı maliyyə sanksiyası və oktyabr 2016-cı ildən başlayaraq 2018-ci ilin oktyabr ayına qədər olan dövr üzrə hesablanmış ƏDV və ƏDV ilə bağlı maliyyə sanksiyası hisssində ləğv edilməsi; 12) Cəmiyyətin 2016-cı il ərzində layihə, çərçivəsində işçilərin yeməklə təmin edilməsi ilə bağlı 55,147.51 AZN məbləğində çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilməsi və 2016-ci il üzrə mənfəət vergisi öhdəliklərinə azalma istiqamətində müvafiq düzəliş edilməsi və ƏDV məqsədləri üçün 955.71 AZN məbləğində ƏDV-nin əvəzləşdirilməsi nəzərə alınması; 13) Cəmiyyətin 2017-ci il ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi ilə bağlı 1,039,387.67 AZN məbləğində çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilməsi və 2017-ci il üzrə mənfəət vergisi öhdəliklərinə azalma istiqamətində müvafiq düzəliş edilməsi və ƏDV məqsədləri üçün 54,705.74 AZN məbləğində ƏDV-nin əvəzləşdirilməsi nəzərə alınması; 14) Cəmiyyətin 2018-ci il ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi ilə bağlı 443,062.53 AZN məbləğində çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilməsi və 2018-ci il üzrə mənfəət vergisi öhdəliklərinə azalma istiqamətində müvafiq düzəliş edilməsi və ƏDV məqsədləri üçün 68,870.30 AZN məbləğində ƏDV-nin əvəzləşdirilməsi nəzərə alınması” kimi dəyişdirilmişdir.

8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, İddiaçı MMC-nin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi üzrə inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında davam edir. İddia ərizəsinə əlavədə alış və quraşdırma məbləğlərdən ibarət olan SAP proqram təminatının dəyərinin qeyri-maddi aktiv kimi qəbul edilərək 2018-ci ildə 594 285,00 manat amortizasiya ayırmalarının gəlirdən çıxılan xərc kimi tanınması və mənfəət vergi öhdəliyinin 118 857 manat dəyərində azaldılması bildirilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, yuxarıda qeyd olunanlar mübahisələndirilən inzibati aktla əhatə olunmayan münasibətlər olmaqla, bu barədə vergi orqanı tərəfindən əlavə vergi hesablaması aparılmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında bu cür xərclər mənfəət vergisi bəyannaməsinə salınmamışdır. Vergi ödəyicisi özünün şikayətində belə xərcin olduğunu bildirmişdir. Vergi orqanı yoxlama zamanı vergi ödəyicisi tərəfindən gətirilən dəlilləri araşdırarkən müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, SAP proqram təminatı artıq 2015-ci ildən 5 şirkətin istifadəsində olmuşdur. Başqa sözlə bu proqram 5 şirkətin istifadəsi üçün alınmışdır. Lakin sonradan vergi ödəyicisi 2 illik istifadədən sonra quraşdırılmış və alınmış mala görə vəsait köçürmüşdür. Bu isə eyni mal üzrə xərclərin artırılmasıdır ki, vergitutma baxımından alqı-satqısına qədər artıq quraşdırılması və bununla bağlı sənədlərlə təsdiqlənən xidmət haqqı ödənişləri nəzərə alınmaqla SAP proqram təminatının alış dəyərinin qeyri-maddi aktiv kimi tanınması qanunvericiliyin gəlirdən çıxıla bilən xərclər barədə müddəalarına ziddir. Həmçinin, işin mübahisəsiz halıdır ki, proqram təminatının alınmasına görə elektron qaimə-faktura təqdim edilməmişdir. Yoxlama zamanı SAP proqram təminatının alqı-satqısı üzrə iqtisadi əsaslandırma ilə bağlı təsisçinin həmin proqram təminatını hansı qiymətə əldə edilməsini müəyyən etmək üçün alış qiymətini təsdiqedən sənədlər istənilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təsisçidən əldə edilməmiş və təqdim edilməmişdir. Bununla da qarşılıqlı surətdə asılı olan şəxslər arasında qiymətlərin müəyyən edilməsi istiqamətində vergi orqanı sənədlərlərlə təmin edilməmişdir. Sənədlərin təqdim edilməməsi faktı iddiaçının vergi orqanına təqdim etdiyi şikayətində də qeyd edilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin formal xarakter daşımaqla heç bir iqtisadi əsaslandırması olmayan vergi üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən və vergidən yayınma sxemi olması aşkardır. Qeyd olunan formal müqavilənin tanınmaması vergi orqanının hüquqlarının icrasından irəli gəlir. Belə ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Belə ki, həm iddia ərizəsində həm şifahi məhkəmə iclasında SAP proqram təminatının 2015-ci ildən bəri quraşdırılmış olması faktı iddiaçı tərəfindən təsdiq edilir, həmin proqram üzrə aylıq ödənişlər xərc kimi tanınır. Digər tərəfdən isə artıq quraşdırılmış olan proqram təminatına görə 2017-ci ildə yenidən alqı satqı müqaviləsi bağlanır. Qeyd olunan əqd sxem olmaqla sahibkarlıq fəaliyyəti məqsədlərinə deyil, Azərbaycanda əldə olunan gəlirləri üzrə vergitutma bazasını minimuma endirmək və vergi öhdəliyini azaltmaq məqsədi daşımışdır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Həmin Məcəllənin 13.2.69-ci maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. İddia ərizəsinə təqdim olunmuş əlavədə yoxlamanın nəticələri üzrə tərtib edilmiş üç sayda aktda iddiaçının xeyrinə olan faktların nəzərə alınmadığı bildirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri üzrə üç sayda akt tərtib edilməsi ilə bağlı bildiririk ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi vergi orqanının qanunla müəyyən edilmiş hüquqlarının icrasının nəticəsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlar qəbul edilmişdir. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə əldə edilmiş məlumatların eləcə də, qarşılıqlı əməliyyatların, işlərin xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin tam araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün xx.xx.2020-ci il tarixli qərarla aktın tərtibi müddəti uzadılmışdır Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: Həmçinin, məhkəmə araşdırması zamanı əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarların reyestrə daxil edilməsi barədə məlumatın məhkəməyə təqdim olunması tapşırılmışdır. İlk növbədə bildiririk ki, yoxlama ilə bağlı bütün qərarlar vergi ödəyicisinə vaxtında təqdim edilmiş və vergi ödəyicisi bütün qərarları rəsmi sürətdə qəbul etmişdir. Həmçinin qeyd edirlir ki, əlavə vergi yoxlamasının reyestrə düşməsi qanunda nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin” 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi qanunvericilik reyestrə düşməyən yoxlamanın hüquqi qüvvəsi olmadığını bildirir. Hazırkı iş üzrə səyyar vergi yoxlamasının başlanması qərarı reyestrdən keçmişdir və bunun əsasında da yoxlama başlanılmışdır ki, bu hal da işin mübahisəsiz halıdır.

9. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2019 -xx.xx.2020 Yoxlanılan dövr: xx.xx.2016-xx.xx.2019 Yoxlamanın dayandırılması: xx.xx.2019 tarixindən xx.xx.2020 tarixinədək (14 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (28 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (30 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (33 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (32 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (33 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (8 gün müddətinə) dayandırılmışdır. Əsası: Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi Yoxlamanın müddətinin artırılması: xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (44 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması xx.xx.2020 tarixindən xx.xx.2020 tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması

7. xx.xx.2021-ci il tarixdə **********194100 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir.

8. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146188 nömrəli qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini baş vergi xidməti müşaviri X4 İddiaçı (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2021 tarixli aktına və həmçinin nöqsanların aradan qaldırılması barədə xx.xx.2021-ci il tarixli **********051600 nömrəli xidməti məruzəyə baxıb müəyyən edərək səyyar vergi yoxlaması materiallarına yenidən baxılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq -Keçirilmiş səyyar vergi yoxlaması materiallarına yenidən baxılması məqsədilə əlavə vergi yoxlaması tədbirləri keçirilməsi; -Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir.

9. xx.xx.2021-ci il tarixdə **********194100 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir.

10. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148777 nömrəli qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini baş vergi xidməti müşaviri X4 İddiaçı (VÖEN **********) keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2021 tarixli aktına və həmçinin aktda dürüst olmayan və araşdırılması zəruri olan məlumatlar müəyyən edilməklə qeyd olunan nöqsanların aradan qaldırılması barədə xx.xx.2021-ci il tarixli **********045100 nömrəli xidməti məruzəyə baxıb müəyyən etdim: Səyyar vergi yoxlaması aktında yol verilmiş nöqsanların aradan qaldırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq: -Keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş aktda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə əlavə vergi yoxlaması tədbirləri keçirilməsi -Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir.

11. xx.xx.2021-ci il tarixli **********194100 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir.

12. Keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021 tarixli **********194100 nomrali aktına və xx.xx.2021 tarixli **********976900 nömrəli sənədə əsasən mübahisələndirilən Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********151760 nömrəli qərar qəbul edilmişdir.

13. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsinə əlavədə alış və quraşdırma məbləğlərdən ibarət olan SAP proqram təminatının dəyərinin qeyrimaddi aktiv kimi qəbul edilərək 2018-ci ildə 594285,0 manatamortizasiya ayırmalarının gəlirdən çıxılan xərc kimi tanınması və mənfəət vergi öhdəliyinin 118 857 manat dəyərində azaldılması bildirilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, yuxarıda qeyd olunanlar mübahisələndirilən inzibati aktla əhatə olunmayan münasibətlər olmaqla, bu barədə vergi orqanı tərəfindən əlavə vergi hesablaması aparılmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında bu cür xərclər mənfəət vergisi bəyannaməsinə salınmamışdır. Vergi ödəyicisi özünün şikayətində belə xərcin olduğunu bildirmişdir. Vergi orqanı yoxlama zamanı vergi ödəyicisi tərəfindən gətirilən dəlilləri araşdırarkən müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, SAP proqram təminatı artıq 2015-ci ildən 5 şirkətin istifadəsində olmuşdur. Başqa sözlə bu proqram 5 şirkətin istifadəsi üçün alınmışdır. Lakin sonradan vergi ödəyicisi 2 illik istifadədən sonra quraşdırılmış və alınmış mala görə vəsait köçürmüşdür. Bu isə eyni mal üzrə xərclərin artırılmasıdır ki, vergitutma baxımından alqı-satqısına qədər artıq quraşdırılması və bununla bağlı sənədlərlə təsdiqlənən xidmət haqqı ödənişləri nəzərə alınmaqla SAP proqram təminatının alış dəyərinin qeyri-maddi aktiv kimi tanınması qanunvericiliyin gəlirdən çıxıla bilən xərclər barədə müddəalarına ziddir. Həmçinin, işin mübahisəsiz halıdır ki, proqram təminatının alınmasına görə elektron qaimə-faktura təqdim edilməmişdir. Yoxlama zamanı SAP proqram təminatının alqı-satqısı üzrə iqtisadi əsaslandırma ilə bağlı təsisçinin həmin proqram təminatını hansı qiymətə əldə edilməsini müəyyən etməz üçün alış qiymətini təsdiqedən sənədlər istənilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təsisçidən əldə edilməmiş və təqdim edilməmişdir. Bununla da qarşılıqlı surətdə asılı olan şəxslər arasında qiymətlərin müəyyən edilməsi istiqamətində vergi orqanı sənədlərlərlə təmin edilməmişdir. Sənədlərin təqdim edilməməsi faktı iddiaçının vergi orqanına təqdim etdiyi şikayətində də qeyd edilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin formal xarakter daşımaqla heç bir iqtisadi əsaslandırması olmayan vergi üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən və vergidən yayınma sxemi olması aşkardır. Qeyd olunan formal müqavilənin tanınmaması vergi orqanının hüquqlarının icrasından irəli gəlir. Belə ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Belə ki, həm iddia ərizəsində həm şifahi məhkəmə iclasında SAP proqram təminatının 2015-ci ildən bəri quraşdırılmış olması faktı iddiaçı tərəfindən təsdiq edilir, həmin proqram üzrə aylıq ödənişlər xərc kimi tanınır. Digər tərəfdən isə artıq quraşdırılmış olan proqram təminatına görə 2017-ci ildə yenidən alqı satqı müqaviləsi bağlanır. Qeyd olunan əqd sxem olmaqla sahibkarlıq fəaliyyəti məqsədlərinə deyil, Azərbaycanda əldə olunan gəlirləri üzrə vergitutma bazasını minimuma endirmək və vergi öhdəliyini azaltmaq məqsədi daşımışdır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Həmin Məcəllənin 13.2.69-ci maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. İddia ərizəsinə təqdim olunmuş əlavədə yoxlamanın nəticələri üzrə tərtib edilmiş üç sayda aktda iddiaçının xeyrinə olan faktların nəzərə alınmadığı bildirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri üzrə üç sayda akt tərtib edilməsi ilə bağlı bildiririk ki əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi vergi orqanının qanunla müəyyən edilmiş hüquqlarının icrasının nəticəsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlar qəbul edilmişdir. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə əldə edilmiş məlumatların eləcə də, qarşılıqlı əməliyyatların, işlərin xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin tam araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün xx.xx.2020-ci il tarixli qərarla aktın tərtibi müddəti uzadılmışdır Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: Həmçinin, məhkəmə araşdırması zamanı əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarların reyestrə daxil edilməsi barədə məlumatın məhkəməyə təqdim olunması tapşırılmışdır İlk növbədə bildiririk ki, yoxlama ilə bağlı bütün qərarlar vergi ödəyicisinə vaxtında təqdim edilmiş və vergi ödəyicisi bütün qərarları rəsmi sürətdə qəbul etmişdir. Həmçinin qeyd edilir ki, əlavə vergi yoxlamasının reyestrə düşməsi qanunda nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin" 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi qanunvericilik reyestrə düşməyən yoxlamanın hüquqi qüvvəsi olmadığını bildirir. Hazırkı iş üzrə səyyar vergi yoxlamasının başlanması qərarı reyestrdən keçmişdir və bunun əsasında da yoxlama başlanılmışdır ki, bu hal da işin mübahisəsiz halıdır.

14. İddiaçı tərəfindən cavabdehin iddiaya etirazına əlavədə göstərdiyi hallar üzrə aşağıda təsvir edilən dəlil və mülahizələri məhkəmə təqdim edilmişdir. İ.SAP proqram təminatına çəkilmiş xərclər ilə əlaqədar. Etiraza Əlavədə SAP proqram təminatına çəkilmiş xərclərin gəlirdən çıxılan xərc hesab edilməməsi qərarı ilə əlaqədar olaraq iki (2) məsələ qaldırılır: 1) SAP proqram təminatının dəyərinin qeyri-maddi aktiv kimi qəbul edilərək 2018-ci ildə 594 285,00 manat amortizasiya ayırmalarının gəlirdən çıxılan xərc kimi tanınması və mənfəət vergisi öhdəliyinin 118 857 manat dəyərində azaldılması tələbinin rədd edilməsi; və 2) İddiaçı tərəfindən guya vergi üstünlüyü əldə edilməsi məqsədi ilə ikiqat xərclərdən ibarət vergidən yayınma sxeminin tətbiq edilməsi. 1) Etiraza Əlavənin yuxarıdakı 1) bəndində qeyd edilmiş müddəası ilə bağlı: Bu məsələ ilə əlaqədar olaraq Cavabdeh qeyd edir ki, məsələ mübahisələndirilən inzibati aktla əhatə olunmayan hal (Etiraza Əlavədə “münasibətlər” adlandırılır) olmaqla, bu barədə vergi orqanı tərəfindən əlavə vergi hesablaması aparılmamışdır, çünki İddiaçı tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında bu cür xərclər mənfəət vergisi bəyannaməsinə salınmamışdır və İddiaçı yalnız özünün şikayətində belə xərcin olduğunu bildirmişdir. Cavabdehin bu qeydi doğrudur ki, SAP proqramına çəkilən xərclərin kapital xərclərinə aid edilməsi və amortizasiya olunmasının lazım olduğu mübahisələndirilən aktda göstərilməmişdir, baxmayaraq ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsi tələb edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhz qanunun bu tələbi əsasında İddiaçı SAP proqramına çəkilən xərclərin kapital xərclərinə aid edilməsi və amortizasiya olunması məsələsini gündəmə gətirmişdir, çünki İddiaçı üçün əlverişli olan bu hal vergi yoxlaması keçirilərkən vergi orqanı tərəfindən diqqət xaricində buraxılmışdır ki, bu da vergi qanunvericiliyinin pozulması deməkdir. Halbuki, Dövlət Vergi Xidməti İddiaçının sorğusuna cavab olaraq SAP proqram təminatının qeyr-maddi aktiv kimi tanınması və amortizasiya edilməsinin qanuniliyini təsdiq etmişdir. Həmin sənəd məhkəməyə təqdim edilmişdir. Bu hal yuxarıda göstərilən səbəbdən və yuxarıdakı əsasla vergi orqanına təqdim edilmiş şikayətə daxil edilmişdir ki, Vergi orqanı özü bunu təsdiq edir. Hesab edilir ki, məhkəmənin qərarında qanunun yuxarıda təsvir edilən hal ilə bağlı tələbi nəzərə alınmalı və bu hala hüquqi qiymət verilməlidir. Məhz bu əsasla, İddiaçı İddia ərizəsində SAP proqramına çəkilmiş 594 285,00 manat amortizasiya ayırmalarının gəlirdən çıxılan xərc kimi tanınması və mənfəət vergisi öhdəliyinin 118 857 manat dəyərində azaldılması tələbini qoymuşdur, belə ki, həmin xərclər amortizasiya ayırmalarında nəzərə alınmalı və vergi bazasını azaltmalı idi ki, bu da öz növbəsində vergi öhdəliyini azaltmalı idi. Bu hesablama vergi orqanı tərəfindən aparılmalı idi, X13 Vergi Məcəlləsinin yuxarıda göstərilən 36.2-ci maddəsinin tələbləri pozmaqla bu hesablamanı aparmamışdır. 2) Etiraza Əlavənin yuxarıdakı 2) bəndində qeyd edilmiş müddəası ilə bağlı: Bu məsələ ilə əlaqədar olaraq Cavabdeh qeyd edir ki, İddiaçı tərəfindən guya vergi üstünlüyü əldə edilməsi məqsədi ilə ikiqat xərclərdən ibarət vergidən yayınma sxemi tətbiq edilmişdir. Cavabdehin bu qənaətinin əsası olaraq aşağıdakılar göstərilir: a) proqram təminatının xx.xx.2017-ci il tarixli müqaviləyə qədər artıq əldə edilmiş olması; b) SAP proqram təminatının alınmasına görə elektron qaimə-fakturanın təqdim edilməməsi; və c) 2 illik istifadədən sonra quraşdırılmış və alınmış mala görə vəsait köçürülməsi və bu yolla guya eyni mal üzrə xərclərin artırılması. Vergi orqanı yuxarıdakı faktlarla bağlı hansısa anlaşılmaz məntiqdən irəli gələrək belə bir fantaziya irəli sürür ki, guya SAP proqram təminatının alqı-satqısına qədər artıq quraşdırılmış olması və alqı-satqıya qədər SAP proqramından istifadə ilə əlaqədar xidmət haqqı ödənilməsi ilə İddiaçı vergi öhdəliklərinin azaldılması məqsədilə ikiqat xərclər sxemi yaratmışdır. Dövlət Vergi Xidmətinin yuxarıda göstərilmiş SAP proqramının qeyri-maddi aktiv qismində tanınmasının qanuni olduğu barədə rəyə tam zidd olaraq Cavabdeh Etiraza Əlavədə bildirir ki, SAP proqramının “alış dəyərinin qeyri-maddi aktiv kimi tanınması qanunvericiliyin gəlirdən çıxıla bilən xərclər barədə müddəalarına ziddir”. Əlamətdar haldır ki, Cavabdeh bu bəyanatını əsaslandıra bilən heç bir dəlil göstərmir (göstərə bilmir). Cavabdeh iddiaçı tərəfindən ikiqat xərc yaratması iddiasını onunla əsaslandırmağa cəhd edir ki, İddiaçı əvvəlcə “eyni mal” (SAP proqramı) üçün xidmət haqqı ödəmiş, sonra isə onu satın almışdır. Bizim əvvəlki təqdimatlarımızda da göstərildiyi kimi, birinci, bu, qanunla qadağan edilmir, ikinci isə, həmin ödənişlərin təyinatı tamamilə fərqli olmuşdur və həmin ödənişlər “eyni mal” üçün ödənişlər hesab edilə bilməz, belə ki, əvvəlcə proqram təminatına texniki dəstək üçün xidmət haqqı ödənilmiş, sonra isə, proqram təminatı satın alınmışdır. Texniki dəstək və proqram təminatı eyni mallar deyillər, texniki dəstək ümumiyyətlə mal deyil, xidmətdir, bunları eyniləşdirmək isə ya mövzudan məlumatsızlıq ya da məhkəməyə bilərəkdən yanlış məlumat vermək cəhdi ilə izah edilə bilər. Məhkəmə üçün SAP program təminatının alışı ilə bağlı olan suallara aydınlıq gətirmək üçün, qısa olaraq əməliyyatın tarixçəsini nəzərinizə çatdırırıq. İ. SAP proqramı Nobel Oil tərəfindən 2015-ci ildə qrupa daxil olan şirkətlərin istifadəsinə verilməsi məqsədi ilə alınmışdır (sübut - proqram təminatının alınması barədə müqavilə, qrup şirkətlərində istifadəçi sayı barədə çıxarışlar).

1. 2015-ci ildən 2016-cı ilin aprel ayına qədər SAP proqramının təkmilləşdirilməsi həyata keçirilirdi. SAP proqramı hazır olmadığı üçün Vergi Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulan qeyri-maddi aktivin amortizasiya ayırmaları Nobel Oil tərəfindən hesablanmamışdır və Nobel Oil tərəfindən gəlirdən çıxılan xəclərə aid edilməmişdir.

2. 2017-ci ilin sonunda proqram təminatı üzrə istifadə hüquqları Nobel Oil tərəfindən hər bir qrup şirkətindəki istifadəçi sayına uyğun olaraq həmin şirkətlərə təqdim edilmişdir və bu məqsədilə Prokon MMC ilə 15 dekabr 2017-ci il tarixli **********094 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır (sübut - 15 dekabr 2017-ci il tarixli **********094 nömrəli müqavilə).

3. Proqramın satış qiyməti qrup şirkətlərinin hər birinin SAP proqramındakı istifadəçi sayına mütənasib şəkildə müəyyən edilmişdir (sübut - qrup şirkətləri arasında SAP proqram təminatının istifadəçilərinin sayının bölgüsünü təsdiq edən SAP Proqramından çıxarışlar). Yuxarıdakıları nəzərə alaraq, bu qənaətə gəlmək olar ki, SAP proqramının alışı və quraşdırılması üzrə çəkilmiş xərclər nə Nobel Oil-da, nə də Prokon MMC-də vergi məqsədləri üçün nəzərə alınmamışdır və amortizasiya xərcləri gəlirdən çıxılan xərclərə aid edilməmişdir. Nəticədə, ikiqat xərc heç bir halda yarana bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin iddia etdiyi kimi, proqramın quraşdırma xərcləri İddiaçı tərəfindən əvvəl çəkilməmişdir, yalnız texniki dəstək/xidmət xərci olmuşdur. Quraşdırma xərcləri proqramın satın alınması ilə bağlı olmuşdur ki, bu da xidmət xərclərindən sonra çəkilmişdir. Yuxarıdakılara əsasən aydın olur ki, proqramın alqı-satqı müqaviləsi heç də Cavabdehin iddia etdiyi kimi formal xarakter daşımamış, proqramın İddiaçının serverlərində quraşdırılması və faktiki istifadəsi ilə nəticələnmişdir ki, alqı-satqıya qədər belə bir hal mövcud olmamışdır. Buradan da belə nəticə hasil olur ki, alqı-satqı aşkar iqtisadi əsaslara malik olmuş və aşkar iqtisadi nəticələr vermişdir: i. İddiaçı xidmət/istifadə haqqı ödəməyi dayandırmışdır, ii. İddiaçıda proqramın dəyərini amortizasiya etmək hüququ əmələ gəlmişdir. Proqram təminatının alınmasına görə elektron qaimə-fakturanın təqdim edilməməsinə gəlincə isə, bu hal əməliyyatın real mahiyyətindən doğan vergi nəticələrinin Nobel Oil və ya Prokon MMC tərəfindən təhrif olunmasına səbəb olmamış və tərəflər bu əməliyyatın vergi nəticələrini düzgün əks etdirmişlər. Əməliyyatın vergi məqsədləri üçün sənədləşdirilməsinin Vergi Orqanının səyyar vergi yoxlaması zamanı ortaya qoyacağı mövqeyə müvafiq olaraq aparılması qərara alınmışdır. Bununla belə, bildirir ki, elektron qaimə-fakturanın təqdim edilməməsi satış əməliyyatının baş verməsi faktını sual altına qoya bilməz. Bundan əvvəl məhkəməyə verilmiş mülahizədə qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2021-ci il tarixli, 89 nömrəli “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarına və bu Qərara dəyişiklik edilməsi ilə bağlı 2 fevral 2021-ci il tarixli 26 nömrəli Qərara əsasən elektron qaimə-faktura müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və digər sənədlərin əsasında doldurulur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında da qeyd olunur ki, elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu bir də təsdiq edir ki, əməliyyatın mahiyyəti böyük rol oynayır və ancaq elektron qaimə-fakturanın olub-olmaması faktı ayrılıqda əməliyyatın baş verib-verməməsi məqsədləri üçün müəyyənedici ola bilməz. Bir daha bildirilir ki, SAP proqram təminatının təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-qəbul aktı imzalanmışdır. Proqramın faktiki olaraq Prokon MMC-nin fəaliyyətində istifadə edilməsi faktı isə əyani olaraq Vergi Orqanı tərəfindən səyyar vergi yoxlaması ərzində müşahidə edilmiş və səyyar vergi yoxlaması aktında qeyd edilmişdir. Buna görə də, Cavabdehin SAP proqramının satın alınması müqaviləsini tanımaması üçün əsas müəyyən edilmir və bu hərəkəti ilə Cavabdeh vəzifə səlahiyyətlərini aşmışdır. Cavabdeh özünün bu qeyri-qanuni hərəkətinə qanuni don geyindirmək cəhdində Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə iqtibas edir. Lakin, həmin maddə Cavabdehin göstərilən hərəkətinə əsas ola bilməz, çünki həmin maddə vergidən yayınma sxeminin aşkar edilməsindən doğan nəticələri tənzimləyir və sxemin müəyyən edilməsi üçün əsas ola bilməz. Burada sual yaranır ki, əgər vergi ödəyicisi sözügedən əməliyyatın nəticəsində heç bir vergi üstünlüyü əldə etməyibsə, belə bir müqavilənin bağlanması və SAP proqram təminatının üzərində istifadə hüququnun bir şirkətdən digər şirkətə verilməsi hansı hüquqi əsaslandırma ilə vergidən yayınma sxemi kimi qiymətləndirilə bilər. SAP proqramının alqı-satqı əməliyyatının sahibkarlıq fəaliyyəti məqsədləri ilə əldə edilib-edilməməsi barədə məsələ əvvəlki təqdimatlarında və məhkəmə iclaslarında müzakirə edilmişdir. Bu əqdin Azərbaycanda əldə edilən gəlirlərin azaldılmasına xidmət etdiyi barədə iddiaya gəlincə, qrup səviyyəsində bu əqd qrupun ümumi maliyyə göstəricilərində heç bir fərq yaratmır, belə ki, İddiaçının xərci Nobel Oil şirkətinin filialının (Filial) gəlirinə çevrilərək eyni dərəcədə vergiyə cəlb olunur. Qrup üçün fərq etmir ki, SAP proqramı üçün ödənilmiş məbləğ harada və kimin, Filialın və ya İddiaçının, gəliri qismində vergiyə cəlb olunur. Nəzərə alsaq ki, hər iki şirkət göstərilən illərdə (yoxlamanın əhatə etdiyi vaxt dövründə) gəlirlə işləmişlər, Cavabdehin bu iddiasının məntiqsizliyi və səbatsızlığı tam aşkar və aydın olur. II. Digər tələblər üzrə. Məhkəmənin diqqətini ona çəkmək istəyirlər ki, cavabdeh tərəfindən digər tələblər üzrə İddia ərizəsində və ona əlavələrdə, məhkəməyə təqdim etdiyimiz yazılı Mülahizəmizdə, habelə, məhkəmə iclaslarında göstərdiyimiz dəlil, sübut, arqument və iddia tələbimizin məzmunu üzrə heç bir konkret dəlil və ya sübut təqdim etməmişdir (edə bilməmişdir). Belə digər tələblər aşağıdakıları nəzərdə tutur: A. Cəmiyyətin 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınması B. Filial tərəfindən göstərilmiş xidmətlər Cavabdehin Etiraza Əlavəsində göstərilən digər məsələlər üzrə də mövqeləri, habelə, dəlil və arqumentləri məhkəməyə məlumdur.

10. İddia tələbi iddiaçının ərizəsi əsasında Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********151760 saylı məsuliyyətə cəlb edilmə haqqında qərarı qeyd edilənlərə əsasən ləğv edilməsi kimi dəyişdirilmişdir: - "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilən peşəkar dəstək xidmətlərinə görə Prokon MMC-nin ödəmiş olduğu məbləğlərin Vergi orqanı tərəfindən xərclərdən çıxarılması və əvəzləşdirilmiş ƏDV-nin ləğv edilməsinin əsassız olması; -"xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2017-ci il ərzində SAP proqram təminatının quraşdırılması xidmətlərinə görə Prokon MMC tərəfindən ödənilmiş xidmət haqları üzrə əvəzləşdirilmiş ƏDV-nin Vergi orqanı tərəfindən ləğv edilməsinin əsassız olması; -SAP proqram təminatının dəyəri üzrə hesablanmış amortizasiya ayırmalarının Vergi orqanı tərəfindən gəlirdən çıxılan xərc kimi tanınmamasının əsassız olması; -2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınmamasının əsassız olması.

11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraza əlavə olaraq bildirilmişdir ki, iddia tələbində edilmiş dəyişikliklər iddia tələbinin əsaslarının dəqiqləşdirilməsi ilə bağlı olmaqla yalnız maddi hüquqi əsasları ehtiva edir və prossesual əsasları aradan qaldırır. Dəqiqləşdirilmiş iddia ərizəsinin yekun hissəsinə əsasən əvvəlki iddiadan fərqli olaraq, mübahisələndirilən inzibati aktla əhatə olunmayan məsələlər deyil, yalnız qərarın (inzibati aktın) ləğvi tələbi irəli sürülmüş, həmçinin, iddia tələbindən prossesual əsaslar çıxarılmışdır. Hesab edirlir ki, təqdim olunmuş iddia ərizəsinə əlavedə qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İlk növbədə bildirilir ki, sonuncu məhkəmə iclasına qədər qismən mübahisələndirilən inzibati akt üzrə hazırda aktın tamamilə ləğvi tələbi qoyulmuşdur. Təqdim edilmiş ərizə ilə hazırkı mərhələdə qərarın tam ləğvi tələbi qoyulsa da, həmin qərarın sonuncu iclasa qədər mübahisələndirilməyən digər hissələrinin hansı əsaslarla ləğv edilməli olması bildirilməmişdir. X3 Məcəllənin tələblərinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutları təqdim etməlidir. Bu cür qeyri-müəyyənlik cavabdeh inzibati orqanın həmin əsaslar üzrə öz dəlillərinin təqdim etmək imkanını da aradan qaldırır və məhkəmə tədqiqatının yekunlaşdırılması zamanı qarşılıqlı araşdırmanı istisna edir. İnzibati Prossesual Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Eyni zamanda inzibati aktla əhatə olunmayan və iddiaçının öz bəyannamələrində əks olunmayan xərclərin vergi orqanı tərəfindən tanınmamasının əsassız hesab edilməsi tələbi məhkəmə tərəfindən müfəssəl yoxlama səlahiyyətlərini icra etmək və heç bir riyazi hesablamalar üzrə cədvəlləşmənin təqdim edilmədiyi təqdirdə məhkəmənin özü tərəfindən müəyyən etməklə üz-üzə qoyur. İddia tələbinin maddi hüquqi əsasları ilə bağlı bildirirk ki, sonuncu məhkəmə iclasına qədər "xxxx" LTD AR Filialı tərəfindən gösterilən peşəkar dəstək xidmətlərinin ştat işçilər tərəfindən həyata keçirilən eyni xidmətlərdən hansı qaydada fərqlənməsi və həmin yüksək peşəkarlara məhz konkret hansı əməliyyatların icrasına görə yüksək həcmdə fərqlənən məbləğlərin ödənilməsini müəyyən etməyə imkan verən faktlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən yemək xərcləri üzrə sənədlərin məhz iddaçının işçilərinə çəkilən yemək xərclərinin müəyyən edilməsi ilə bağlı faktlar dəqiqləşdirilməmişdir. SAP proqram təminatının alqı-satqıya qədər quraşdırılmış olması faktı iddiaçı və 3-cü şəxs məhkəmə zamanı təsdiq edilməsinə baxmayaraq müvafiq hesablamanın azaldılmasının hansı əsasa görə aparılması üzrə qanunvericiliyə uyğun istinadlar edilməmişdir. Qərarın yalnız sonuncu iddia ərizəsində mübahisələndirilən və həmin hissələrlə bağlı hər hansı müzakirə edilməyən və vergi ödəyicisi tərəfindən həmin hissələrin hansı səbəbdən ləğv edilməsi göstərilməyən digər hissələri ilə bağlı hesablamaların əsaslarını məhkəmənin nəzərinə çatdırırıq: Bildirilir ki, səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin 2016-cı il üzrə 197659.44 manat artıq hesablanması, 2017-ci il üzrə 465863.39 manat və 2018-ci il üzrə 198283.73 manat azaldılması, ümumilikdə 466487.68 manat azaldılması müəyyən edilmişdir. Kənarlaşmaya səbəb illər üzrə gəlir və xərc məbləğlərinin Vergi Məcəlləsinin 108-ci, 132-ci və 133-cü maddələrinə zidd olaraq düzgün müəyyən edilməməsi olmuşdur. Bela ki, gəlir məbləği 2016-cı il üzrə 464554.36 manat az, 2017-ci il üzrə 496355.9 manat artıq, 2018-ci il üzrə 710635.74 az, ümumilikdə 678834.2 manat az, xərc məbləği isə müvafiq olaraq 2016-cı il üzrə 1452851.56 manat az, 2017-ci il üzrə 2825672.89 manat va 2018-ci il üzrə 280782.87 manat artıq, ümumilikdə 1653604.2 manat artıq göstərilmişdir. Gəlir və xərc məbləğlərinin illər üzrə düzgün müəyyən edilməməsi nəticəsində mənfəət vergisinin 27421.04 azaldılması müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı müəssisə tərəfindən ƏDV-nin 2016-cı ilin oktyabr-dekabr aylarında 24720.52 manat azaldılması, 2017-ci ildə 613650.6 manat azaldılması va 436163.6 manat artıq hesablanması, 2018-ci ildə 185382.12 manat azaldılması va 30812.91 manat artıq hesablanması, 2019-cu ilin yanvar-sentyabr aylarında 260283.55 manat azaldılması va 26663.25 manat artıq hesablanması, ümumilikdə 590397.04 manat azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən 2017-ci va 2018-ci illərdə vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 166.1-cı maddəsinə əsasən bu maddada başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyət üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin hayata keçirildiyi, ödəmə 30 gündan sonra hayata keçirildikdə isə ƏDV-nin elektron vergi hesabfakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci va 166.1.2-ci maddalarinda göstərilən müddətlərdən sonrakı beş gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların taqdim edilməsindən, işlərin görülməsindən va xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündan sonra həyata keçirildikdə isa malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçiritaxdə sə daşınmanın başlandığı vaxtda. Lakin müəssisə tərəfindən Vergi Məcəlləsinin göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. Nəticədə 46396.17 manat ƏDV hesablanmışdır Səyyar vergi yoxlaması zamanı əmlak vergisinin 2016-cı il üzrə 13.15 manat və 2017-ci il üzrə 136.39 manat, ümumilikdə 149.54 manat azaldılması müəyyən edilmişdir. Kənarlaşmaya səbəb vergiyə cəlb olunan əmlakın Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən orta illik qalıq dəyərinin düzgün müəyyən edilməməsi olmuşdur. Bununla yanaşı 2019-cu ilin yanvar-sentyabr aylarında idxal edilmiş mallara göra ödənilmiş 35324.55 manat ƏDV məbləği üzra Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən müvafiq əvəzləşdirilmələr aparılmamışdır. Yoxlama zamanı edilən bu düzəliş qanunvericliyin tələblərinə uyğun olduğu halda iddiaçının xeyrinə olan bütün halların cavabdeh vergi orqanı tərəfindən nəzərə alınması faktını göstərən əyanı sübutdur.

12. İddiaçı Prokon MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı müraciət edərək "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN: **********) adlı sifarişçi ilə Heydər Əliyev adına Neft Emalı zavodunda yenidənqurma və modernizasiya işlərinin aparılması üzrə subpodarat müqaviləsi bağlamışdır. Sifarişçinin Prokon MMC qarşısında qoyduğu öhdəliklərdən biri işçiləri yeməklə təmin etməkdir və işçilərin yeməklə təmin edilmə xərci bağlanmış müqavilədə öz əksini tapmışdır. Eyni zamanda Prokon MMC şirkəti "X8. LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ (VÖEN: **********) adlı sifarişçi ilə Sumqayıt şəhərində yerləşən Karbamid Zavodunda tikinti işlərinin aparılmasına dair subpodrat müqaviləsi imzalamışdır. Qeyd olunan müqavilədə də Prokon şirkətinin öhdəlikləri bəndində işçilərin yeməklə təmin edilməli olduğu qeyd edilmişdir. Yəni Prokon MMC müqavilələr üzrə öhdəliyi olaraq işçiləri yeməklə təmin etməli və bunun qarşılığı olaraq sifarişçilərdən gəlir əldə edir. Xüsusi olaraq qeyd etmək istərdik ki, yemək xərci nəzərə alınmadan formalaşan xidmətin dəyəri bazar qiymətinə tam uyğundur və işçilərin yeməklə təmin edilmə xərcləri bu xidmətin dəyərinin üstünə gələrək daha yüksək qiymət formalaşdırır. Yəni, misal olaraq göstərsək, işin dəyəri 800 manatdır, yemək xərci isə 100 manat. Sifarişçilər Prokon şirkətinə işin dəyərinə görə 1000 manat, yemək xərclərinə görə isə əlavə 150 manat ödəyir. Prokon müqavilə üzrə işçiləri yeməklə təmin etməsə, Sifarişçi ona yemək üçün nəzərdə tutulan əlavə 150 manatı ödəməyəcək və Prokon bu gəliri əldə etməyəcək. Odur ki, müqavilələr üzrə işçilərin yeməklə təmin edilməsi Prokon şirkətinin gəlirinin əldə edilməsi ilə bağlı xərcidir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda qeyd edilən subpodrat müqavilələri üzrə Prokonun çəkdiyi yemək xərclərinin gəlirdən çıxılan xərc kimi tanınması və ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı münasibət bildirməsi xahiş edilir.

13. Vergi qanunvericiliyinin tətbiqi barədə iddiaçının xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq (Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri səviyyəsində) bildirilmişdir ki, işçilərin yemək xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi və ödənilən ƏDV məbləğlərinin əvəzləşdirilməsi barədə sorğunuza baxılmışdır. Bildirilmişdir ki, sorğuda qeyd olunan halda sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq sifarişçinin tələbi ilə işçilərin yeməklə təmin edilməsi məqsədilə sifarişçinin podratçı müəssisəyə ödədiyi məbləğlər müqavilədə xidmətlərin tərkib hissəsi kimi müəyyən edildiyi halda həmin məbləğlər podratçı müəssisənin vergi tutulan gəlirlərinə, podratçı tərəfindən ödənilmiş işçilərin yemək xərcləri isə onun gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçilərin yeməklə təmin edilməsi ilə bağlı çəkilmiş xərclərə görə ödənilmiş ƏDV məbləği podratçı müəssisə tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir. Belə ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin müddəalarına əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 104-cü 108-ci və 175-ci maddələri ilə tənzimlənir.

14. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı müraciət ünvanlayaraq Qeyri-maddi aktivin amortizasiyası ilə bağlı daha öncə göndərilmiş sorğuya edilmiş əlavə düzəlişə uyğun olaraq münasibət bildirilməsini xahiş etmişdir. Bildirilmişdir ki, Prokon MMC şirkəti bundan sonra İddiaçı xx.xx.2017-ci il tarixində X16 şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Filial”) ilə istifadə müddəti 5 il (********) olan və lisenziya hüququnun Filialda qalmaq şərtilə ümumi dəyəri ƏDV-siz 5,442,850.00 (beş milyon dörd yüz qırx iki min səkkiz yüz əlli) manat olan SAP ERP proqram təminatını alıb, proqramın ümumi dəyəri isə razılaşmaya əsasən 2021-ci ildə ödəniləcəkdir. Əlavə olaraq qeyd olunan proqram təminatının quraşdırılmasına görə Prokon ƏDV-siz 500,000.00 Manat (beş yüz min) ödəniş etmişdir. (206,213.21 manat 2017-ci il, 293,786.79 manat 2019-cu ildə) Beləliklə, proqram təminatının 2018-ci ildən etibarən Prokonun istifadəsində olduğunu nəzərə alaraq, quraşdırılma xərci də nəzərə alınmaqla ümumi dəyəri ƏDV-siz 5,942,850.00 manat təşkil edən proqram təminatı üçün 2018-2022-ci illər üçün hesablanmış amortizasiya məbləğlərini həmin illərdə gəlirdən çıxılan xərclərə sala bilərikmi?

15. Vergi qanunvericiliyinin tətbiqi barədə iddiaçının sorğusuna cavab olaraq (Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri səviyyəsində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlilərə cavab) bildirilmişdir ki, qeyri-maddi aktivə hesablanmış amortizasiya ayırmalarının gəlirdən çıxılan xərclərə aid edilməsi barədə sorğularınıza baxılmışdır. Bildirilir ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 118.2-ci maddəsinə əsasən qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Qeyd olunanlara əsasən sorğularda göstərilən halda qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya ayırmalarının gəlirdən çıxılmasına Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 114-cü maddəsi ilə tənzimlənir.

16. Tərəflər təqdim edilən yazılı mülahizələrə uyğun olaraq məhkəmə iclaslarında izahat verdilər.

17. İddiaçının yekun mülahizələri: İ. Nobel Oil tərəfindən göstərilmiş xidmətlər üzrə

1. Nobel Oil tərəfindən Prokon MMC-yə xidmətlərin göstərilməsi Prokon MMC-nin təsisçiləri tərəfindən qəbul edilmiş səlahiyyət bölgüsü barədə qərara əsasən həyata keçirilir və həmin qərarla: a) qrup şirkətləri arasında idarəetmə proseslərinin optimizasiyası və məsul şəxslərin məsuliyyətinin yüksəldilməsi üçün əməliyyatlar üzrə qərar verilməsi proseslərinin bütün qrup şirkətləri üçün eyni olan proseduru səlahiyyətlər bölgüsü cədvəli şəklində təsdiq və tətbiq edilmişdir (sübut - səlahiyyətlər bölgüsü haqqında qərar), b) qrupa daxil olan hər bir müəssisədə eyni funksiyanı yerinə yetirən iş yerlərinin təkrarlanmasının aradan qaldırılmış, əksər inzibati və idarəetmə funksiyaları qrupun ancaq bir müəssisədə mərkəzləşdirilmişdir (sübut — səlahiyyətlər bölgüsü haqqında qərar),

2. Nobel Oil-in göstərdiyi peşəkar dəstək xidmətlərinin bütün sahələri üzrə Prokon MMC-nin ştatında anoloji işçiləri mövcud olmamışdır, Nobel Oil sözügedən xidmətləri əsasən rəhbər işçilər səviyyəsində göstərmişdir ki, Prokon MMC-nin anoloji vəzifələrdə işçiləri mövcud olmamışdır (sübut - Nobel Oyl və Prokon MMC-nin təşkilati struktur sxemləri, əməkhaqqı ödənişi cədvəlləri, Nobel Oyl işçilərinin CV-ləri)

3. Nobel Oil-in xidmət göstərilməsi üçün cəlb etdiyi işçilər arasında yalnız Hüquqşünas və İnsan resursları mütəxəssisi vəzifələri üzrə Prokon MMC-nin anoloji işçiləri mövcud olmuşdur ki, onların da icra etdikləri funksiyalar Nobel Oyl-un mübafiq sahələrdə işləyən işçilərinin əmək funksiyaları ilə fərqli olmuşdur, Nobel Oyl işçilərinin Səlahiyyət bölgüsü cədvəli əsasında barəsində qərar verdikləri məsələlər üzrə Prokon MMC-nin hüquqşünasının və kadrkar üzrə mütəxəssisinin qərar vermək səlahiyyəti olmamışdır (sübut - müvafiq işçilərin vəzifə təlimatları, səalhiyyət bölgüsü qərarı),

4. Prokon MMC-nin İnformasiya Texnologiyaları, SƏTƏM, Daxili audit departamentləri (şöbələri) və bu sahələrdə işçiləri, həmçinin baş inzibatçı səviyyəli heyəti mövcud olmamışdır (sübut - Nobel Oyl və Prokon MMC-nin təşkilati struktur sxemləri, əmək haqqı ödənişi cədvəlləri),

5. X11 Oil işçilərinin xidmətlərinin dəyərinin yüksək olması barədə qənaəti heç bir obyektiv meyara əsaslanmır, belə ki, Vergi Orqanı bu məsələ üzrə bazar qiymətinin təhlilini aparmamışdır.

6. Vergi yoxlaması aktında bildirilir ki, Prokon MMC əmək haqqının yüksək olması barədə Vergi orqanının qənaətini təkzib edə/əksini sübut edə bilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi məsuliyyəti vergi orqanlarının üzərinə qoyulur. Əlavə olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 14-cü Maddəsinə (Sübut etmə vəzifəsi) əsasən Prokon MMC heç bir halı sübut etməli deyil və hər hansı bir pozuntuda təqsirin sübut edilməsi vəzifəsi Vergi Orqanının üzərinə düşür. Beləliklə, X14 Məcəlləsinin 53.3-cü maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinin kobud pozuntusunu törətmişdir (sübut - vergi yoxlaması aktı).

7. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, əks hal sübuta yetirilmirsə xidmətin qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət bazar qiyməti kimi qəbul edilir. Nəzərə alaraq ki, vergi orqanı sözügedən xidmətlərə dair bazar qiymətini müəyyən etməyib, Cəmiyyət və Nobel Oil arasında təsbit edilmiş qiymət bazar qiyməti kimi qəbul edilməlidir (sübut - vergi yoxlaması aktları).

8. Gəlirdən çıxılmayan xərclərin siyahısı Vergi Məcəlləsinin 109-cu maddəsində yer alır. Nobel Oil tərəfindən göstərilən xidmətlərin heç biri həmin siyahıda yer almır (sübut yoxlama aktı, səlahiyyət bölgüsü cədvəli, təhvil-təslim aktları, xidmət müqavilələri). NƏTİCƏ: Nobel Oil tərəfindən xidmətlər göstərilmədiyi barədə verigi orqanının qənaəti üçün əsas yoxdur və yoxlama aktında, habelə qərarda məsuliyyətin əsası kimi təqdim edilən hallar, yuxarıdakılara görə, məsuliyyətə əsas vermir. İİ. SAP proqram təminatına çəkilmiş xərclər üzrə 1.SAP proqramı Nobel Oil tərəfindən 2015-ci ildə alınmış və qrupa daxil olan şirkətlərin istifadəsinə verilmişdir (sübut — proqram təminatının alınması barədə müqavilə, qrup şirkətlərində istifadəçi sayı barədə çıxarışlar). 2.2015-ci ildən 2016-cı ilin aprel ayına qədər SAP proqramının təkmilləşdirilməsi həyata keçirilirdi. SAP proqramı hazır olmadığı üçün Vergi Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulan qeyri-maddi aktivin amortizasiya ayırmaları Nobel Oil tərəfindən hesablanmamışdır və Nobel Oil tərəfindən gəlirdən çıxılan xəclərə aid edilməmişdir. 3.2017-ci ilin sonunda proqram təminatı üzrə istifadə hüquqlarının Nobel Oil tərəfindən hər bir qrup şirkətində istifadəçi sayına uyğun olaraq həmin şirkətlərə təqdim edilmişdir və bu məqsədilə Prokon MMC ilə 15 dekabr 2017-ci il tarixli **********094 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır (sübut - 15 dekabr 2017-ci il tarixli **********094 nömrəli müqavilə). 4.Proqramın satış qiyməti qrup şirkətlərinin hər birinin SAP proqramındakı istifadəçi sayma mütənasib şəkildə müəyyən edilmişdir {sübut - qrup şirkətləri arasında SAP proqram təminatının istifadəçilərinin sayının bölgüsünü təsdiq edən SAP Proqramından çıxarışlar).

5. Müqavilənin texniki cəhətdən düzgün tərtib edilməməsi barədə ekspertin rəyinin məzmunu və mahiyyəti anlaşılmır və müqavilənin tərtibində qanunvericiliyinin hansı normalarının pozulduğu nə Aktda, nə də Qərarda müəyyən edilmir və bu halın müqavilədən doğan vergi nəticələrinə təsiri və belə təsirin hüquqi əsasları göstərilmir.

6. Həm SAP proqram təminatının əldə edilməsi, həm də proqramın quraşdırılması ilə bağlı xərclər Vergi Məcəlləsinin müddəalarına əsasən gəlirdən çıxılan xərclərə aid edilr və Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edildiyi üçün Akt və Qərarda onların gəlirdən çıxılan xərclərə aid edilməməməsinin səbəbi naməlumdur.

7. SAP proqram təminatının təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Proqramın Prokon MMC-nin fəaliyyətində istifadə edilməsi faktı vergi yoxlaması aktında qeyd edilmişdir.

8. Ekspert/mütəxəssis tərəfindən də bu fakt təsdiq edilmişdir (sübut- təhvil təslim aktı, yoxlama aktı, ekspert rəyi, Vergi orqanının qərarı). Buna görə də, həmin proqram təminatının quraşdırılması ilə bağlı xərclərin gəlirdən çıxılan xərclərin siyahısından çıxarılması və bu xərclərə görə əvəzləşdirilmiş ƏDV məbləğinin ləğv edilməsi əsassızdır.

9. Quraşdırma xərcləri ilə yanaşı, Dövlət Vergi Xidməti SAP proqram təminatı üzrə amortizasiya ayırmalarının hesablanmasının qanunauyğun olduğunu Prokon MMC-yə göndərdiyi cavab məktubunda təsdiq etmişdir (sübut - məktublar).

10. Xərclərin tanınmaması və ƏDV əvəzləşdirilməsinin ləğv edilməsi üçün qanuni əsas tapmayaraq, Vergi orqanı qanuni əsası olmayan aşağıdakı hallara əsas qismində istinad etmişdir: a) ekspert tərəfindən SAP proqramının bazar dəyərinin müəyyən edilməməsi (halbuki bunun da səbəbi müəmmalıdır); b) elektron qaimə-fakturannm verilməməsi (Konstitusiya məhkəməsinin 20 aprel 2022ci il tarixli Qərarına görə elektron qaimə-fakturanın verilməməsi əməliyyatın baş verməmiş hesab edilməsi üçün əsas ola bilməz) c) proqram təminatının alqı-satqı müqaviləsinə qədər Prokon MMC-nin istifadəsində olması. NƏTİCƏ: Yuxarıda göstərilən halların heç biri qanunsuz deyildir və keçirilmiş əməliyyatların qeyri-qanuni sayılmasına əsas vermir. Buna görə də, proqram təminatının quraşdırılması ilə bağlı xərclərin tanınmaması və bu xərclərə görə əvəzləşdirilmiş ƏDV məbləğinin ləğv edilməsi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən sübut olunmuş hesab etmək olar ki, Vergi orqanı tərəfindən akt və qərarda SAP proqram təminatı ilə əlaqədar yer alan mülahizə, qənaət və qərar qanunsuz və əsassızdır və qərarda göstərilən məsuliyyət tədbirləri üçün əsas vermir. Bu isə öz növbəsində Vergi orqanının məktublarında göstərildiyi kimi, proqramın qeyri- maddi aktiv qismində tanınması və amortizasiya hesablanmasına əsasdır. Bunu nəzərə alaraq, SAP proqramı ilə bağlı aşağıdakılar tələb edilir: a. SAP proqram təminatının quraşdırılmasma çəkilən xərcləri gəlirin əldə edilməsi ilə bağlı olan xərclər kimi qəbul edilsin və kapital xarakterli xərc kimi SAP proqram təminatının qalıq dəyərinə əlavə edilərək, SAP proqramın 594,285 AZN məbləğində amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilsin. b. X12 və Vergi orqanın məsuliyyətə cəlb edilməsi haqqında qərarda SAP proqramın quraşdıırlması ilə bağlı xərclərlə aparılmış ƏDV-nin əvəzləşdirilməsi qəbul edilsin və X7 55,118.37 AZN məbləğində ƏDV hesablanması və bununla bağlı hesablanmış maliyyə sanksiyası ləğv edilsin. “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə inzibati orqanın qərarına əsas olan işin faktiki halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməlidir. Yoxlama Aktında isə yoxlayıcımn şəxsi mülahizələri, şübhə və ehtimallarından savayı heç bir tutarlı sübut qeyd edilmir. Halbuki, həmin qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. DVX İddiaçı tərəfindən təqdim edilmiş sənəd və dəlilləri təkzib edə bilən heç bir sübut təqdim etməmişdir və mötəbərlik prezumpsiyasını kobud şəkildə pozmuşdur. III. Cəmiyyətin 2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxdan xərc kimi tanınmaması üzrə

1. İşçilərin yeməklə təmin edilməsi xərcləri X8., Ltd. ilə subpodrat müqaviləsinə əsasən götürülmüş öhdəliklə əlaqədar olmuşdur (sübut — Prokon MMC və X8., Ltd. arasında subpodrat müqaviləsi).

2. Prokon MMC işçiləri yeməklə təchiz etmək üçün hər dəfə şirkət təyin etdikdə hansı şirkətin təyin olması barədə X8 ltd şirkətinə yazılı məlumatlar təqdim etmiş, Samsung şirkəti də öz növbəsində bu məlumatları təsdiqləmişdir {sübut - Prokon MMC-nin məktubları və X8 İtd-nin cavabları).

3. Yemək xərclərinin gəlirdən çıxılan xərclərə aid olub-olmaması barədə Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir və sorğuya cavab məktubunda təsdiq edilmişdir ki, müqavilə ilə nəzərdə tutulduğu halda işçilərin yeməklə təmin edilməsi məqsədilə podratçı tərəfindən ödənilmiş işçilərin yemək xərcləri podratçının gəlirdən çıxılan xərclərinə aid edilir və bununla bağlı ödənilmiş ƏDV məbləği podratçı müəssisə tərəfindən Vergi Məcəlləsinin 175.1 -ci maddəsinə uyğun olaraq əvəzləşdirilir {sübut - Cəmiyyətin Dövlət Vergi Xidmətinə **********745000 saylı sorğu məktubu və Dövlət Vergi Xidmətinin cavab məktubu).

4. Vergi orqanın yemək xərclərinin gəlirdən çıxılan xərclər kimi qəbul edilməməsinin əsas səbəbi ondan ibarətdir ki, Təchizatçılardan buraxılan invoyslarda (hesabfakturalarda) işçilər ilə yanaşı Prokon MMC- nin həmin layihəyə cəlb olunmuş subpodratçılarının işçiləri də qeyd olunur və subpodrtaçıların işçilərinin sayını müəyyən etmək mümkün olmur, buna görə də yemək təminatı ilə əlaqədar olan heç bir xərc qəbul edilmir {sübut — hesab-fakturalar, sonuncu yoxlama aktı, qərar, iddiaya etiraz).

5. Subpodratçıların işçilərinin yemək ilə təchiz olunması və bununla bağlı çəkilən xərclər birbaşa layihənin icrası ilə bağlıdır və bununla bağh Vergi Məcəlləsində hər hansı məhdudiyyət qoyulmur. Vergi orqanı xərclərin qəbul edilməməsi üçün heç bir əsaslandırma təqdim etməyib. Subpodratçıların işçiləri ilə çəkilən yemək xərcləri sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilən xərclərdir və gəlirin əldə edilməsi ilə birbaşa əlaqəsi var (sübut - Təchizatçıların hesab-fakturaları).

6. Vergi orqanı Prokon MMC-nin iaşə xidmətlərinə çəkilən xərclərin mənfəət vergisi üzrə öhdəliklərin hesablanmasında nəzərə alınmasına dair özü tərəfindən verilmiş rəyə məhəl qoymayıb və həmin xərcləri gəlirdən çıxılan xərclər kimi qəbul etməyib və bunun üçün heç bir qanuni əsas göstərmyib {sübut - Prokon MMC tərəfindən Vergi Xidmətinə sorğu mktubu, Vergi Xidmətinin cavab məktubu, yoxlama aktı, qərar).

7. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, Vergi Orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlarBu, bir daha onu deməyə əsas verir ki, yoxlama yalnızca Prokon MMC-yə əsassız vergi hesablanması və ona sanksiya tətbiqinə yönəldilmişdir. Yuxarıdakılara əsasən, a) Cəmiyyətin 2016-cı il ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi ilə bağlı 55,147.51 AZN məbləğində xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilməli və 2016-ci il üzrə mənfəət vergisi öhdəliklərinə müvafiq düzəliş edilməli və ƏDV məqsədləri üçün 955.71 AZN məbləğində ƏDV-nin əvəzləşdirilməsi təmin olunmalıdır. b) Cəmiyyətin 2017-ci il ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi ilə bağh 1,039,387.67 AZN məbləğində xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilməli və 2017-ci il üzrə mənfəət vergisi öhdəliklərinə müvafiq düzəliş edilməli və ƏDV məqsədləri üçün 54,705.74 AZN məbləğində ƏDV-nin əvəzləşdirilməsi təmin olunmalıdır. c) Cəmiyyətin 2018-ci il ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi ilə bağlı 443,062.53 AZN məbləğində xərcləri gəlirdən çıxılan xərc kimi qəbul edilməli və 2018-ci il üzrə mənfəət vergisi öhdəliklərinə müvafiq düzəliş edilməli və ƏDV məqsədləri üçün 68,870.30 AZN məbləğində ƏDV-nin əvəzləşdirilməsi təmin olunmalıdır. NƏTİCƏ: Yemək xərclərinin gəlirdən çıxılmalı olması barədə DVX-nın mövqeyi DVXyoxlaması tərəfindən təkzib edilmişdir. Eyni bir qurumun eyni bir hal üzrə, belə çıxır ki, 2 ziddiyyətli mövqeyi var (?.). Bu hal yoxlamanın qərəzli, əsassız və qeyri-qanuni mövqeyini aydın şəkildə ortaya qoyur. IV. Səyyar vergi yoxlaması zamanı prosessual hüquq normalarının pozulması Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər uzadıla bilər və Məcəllənin 38.7-ci maddəsinə əsasən, 9 aydan çox ola bilməz. Yoxlama isə xx.xx.2019-cu il tarixdə başlayaraq xx.xx.2021-ci il tarixədək 22 ay çəkmişdir (sübut - yoxlama aktları, yoxlama jurnalından çıxarışlar, məlumat reyestrindən çıxarışlar, Qərar). Burada hər hansı şərhə ehtiyac da yoxdur. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38-ci maddəsində səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı olan müddətlərin "gün" ifadəsi ilə qeyd edildiyi halda onların "iş günü" kimi təfsir edilməsinin əsasları anlaşılmır. Bütün qanunvericilik aktlarında "gün" sözü "təqvim günü" mənasında işlədilir. İş günləri heç zaman "gün" sözü ilə ifadə edilmir, həmişə “iş günü" sözü ilə ifadə olunur. Bu, “Normativ- Hüquqi aktlar haqqında” qanunun 54-cü maddəsinə (Normativ hüquqi aktın terminologiyası) əsaslanır. Həmin qanunun 54.2ci maddəsinə görə, “normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır”. Bu, o deməkdir ki, Vergi məcəlləsində “gün” sözü yalnız bir mənada işlədilə bilər və “iş günü” ifadəsinin mənası ilə üst-üstə düşə bilməz. Vergi Məcəlləsində hər iki ifadəyə rast gəlinir: və “gün” termini 42 maddədə (13. 14, 17, 19, 33, 37, 38, 39, 43,49, 50, 58, 59, 61, 63, 65, 69, 71-1, 71-2, 76. 85, 87, 89, 90, 108. 149, 151, 156, 157, 158, 160, 169, 175, 177, 179, 181, 189, 192, 201, 211,221-ci maddələr) və “iş günü” termini 20 maddədə (23, 33, 34, 36, 37, 38, 42,49,60, 65, 70, 71-1, 72, 77-1, 83, 150, 157, 158, 186-1,221-ci maddələr) işlənilir. Məcəllənin 9 maddəsində (33, 37, 38, 49, 65, 71-1, 157, 158, 221-ci maddələri) hər iki terminə rast gəlirik. Aydındır ki, bu maddələrdə “gün” termini “iş günü” mənasında işlədilə bilməzdi. Əgər bir maddədə işlədilə bilməzsə, deməli, “Normativ-Hüquqi aktlar haqqında” qanunun 54.2-ci maddəsinə əsasən digər maddələrdə də işlədilə bilməz. “Gün” termininin işlədildiyi bir sıra maddələrdə (məs. 108, 156 -158, 175, 221 və s.) “gün” sözü yalnız “təqvim günü” anlamını verə bilər. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərdə "gün" ifadəsinin "iş günü" ifadəsi ilə əvəz edilməsi də sübut edir ki, “gün” Vergi məcəlləsində "təqvim günü" mənasında işlədilir, əks halda həmin dəyişikliklərin edilmsinə ehtiyac olmazdı. Yuxarıdakı bəndlərdə göstərilənlər əyani şəkildə sübut edir ki, Vergi orqanının müddət pozuntusunu “gün” sözünün “iş günü” mənasında təfsir və tətbiq etməsi tam əsassız və qeyri-qanunidir və VM-nin 38-ci maddəsi ilə müəyyənləşən müddət məhdudiyyətlərinin pozuntusunu ört-basdır etmək məqsədi güdərək məhkəməni yanlışlığa sövq edir. NƏTİCƏ: Yuxarıdakılara əsasən, Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar prosessual hüquq normalarının və müddətlərin pozulması ilə qəbul edilmişdir. Yuxarıdakı nəticəyə baxmayaraq, İddiaçı Qərarın prosessual pozuntular əsasında ləğv edilməsini istəmir və İddia ərizəsində prosessual əsaslarla bağlı yer alan tələblərini geri götürür. Prosessual pozuntular yalnız cavabdehin öz hərəkətlərinə qanuni don geyindirmək cəhdində irəli sürdüyü halların əsassızlığının nümayişi qismində təqdim edilir. V. Konstitusiya Məhkəməsinin mövqeyi üzrə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, “Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın”. Baxılan işdə isə hüquqpozma kimi təqdim edilən hallar yalnız vergi orqanının vəzifəli şəxsinin mülahizələrinə əsaslanır və hüquq pozuntusu kimi təqdim edilən halların heç biri dəqiq müəyyən edilmir. Həmin qərarında Konstitusiya Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, göstərilməlidir''. Bu tələb baxılan işdə pozulmuşdur. Yəni vergi qanunvericiliyinin iddia edilən pozuntuları sənədlərlə və heç bir digər materiallarla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair 13 sentyabr 2011-ci il tarixli qərar) qeyd edir ki, “vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür”. Cavabdeh məhkəməyə İddiaçının əməlini qeyri-hüquqi olduğunu təsdiq edə bilən heç bir sübut təqdim etməmişdir (edə bilməmişdir). Cavabdehin qeyri-hüquqi hesab etdiyi əməllərin hüquqiliyi (hüquqa uyğunluğu) vergi orqanının məktubları və İddiaçı tərəfindən təqdim edilmiş sənədlər və digər materiallar ilə heç bir şübhəyə yol verməyəcək şəkildə təsbit olunur.

İİ. İddianın növü və mümkünlüyü

18. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

20. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergiborclarının tənzimlənməsi haqqında" AzərbaycanRespublikasının 2016-cıil 30dekabrtarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dairAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 13.İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1.İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2.İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

22. Mübahisələndirilən qərar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

23. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-də xx.xx.2016xx.xx.2019-cu ili əhatə edən dövrün növbəti səyyar vergisi yoxlaması keçirilmişdir: - xx.xx.2021-ci il tarixdə **********194100 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146188 nömrəli qərara əsasən Keçirilmiş səyyar vergi yoxlaması materiallarına yenidən baxılması məqsədilə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir; -xx.xx.2021-ci il tarixdə **********194100 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148777 nömrəli qərara əsasən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş aktda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. -xx.xx.2021-ci il tarixli **********194100 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir. Nəticədə Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********151760 nömrəli qərar qəbul edilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil etməsindən və iddiaçının qeyd edilən dəlilləri mübahisələndirməsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun inzibati icraatın nəticəsində qəbul edilməsini yoxlamalıdır.

25. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəliFərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusiidarələrarasıdövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

26. Əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınması ilə bağlı məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iş № 2-1(102)-738/2022 nömrəli işdəki hüquqi mövqeyinə uyğundur.

27. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar qeydiyyatdan keçməmişdir.

28. Vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.

29. Məhkəmə bu mövqe ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir.

30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyetrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.

31. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilirvə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.

32. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır.

33. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyetsrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.

34. Digər tərəfdən Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə (qeyd edilən hallar Məcəllədə sadalanır), lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Lakin hazırki işdə faktiki olaraq xx.xx.2019-cu il tarixli qərarla başlayan yoxlama 22 aydan sonra yekunlaşmış və yekun akt xx.xx.2021-ci il tarixində təqdim edilmişdir.

35. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən iddiaçının digər dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

36. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edilməklə yanaşı, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı pozuntulara da yol verilmişdir və bununla bağlı iddiaçının bildirdiyi dəlillər əsaslıdır.

37. İddiaçının qərarın ləğvi üçün əsasları aşağıdakılardır: - "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilən peşəkar dəstək xidmətlərinə görə Prokon MMC-nin ödəmiş olduğu məbləğlərin Vergi orqanı tərəfindən xərclərdən çıxarılması və əvəzləşdirilmiş ƏDV-nin ləğv edilməsinin əsassız olması; -"xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2017-ci il ərzində SAP proqram təminatının quraşdırılması xidmətlərinə görə Prokon MMC tərəfindən ödənilmiş xidmət haqları üzrə əvəzləşdirilmiş ƏDV-nin Vergi orqanı tərəfindən ləğv edilməsinin əsassız olması; -SAP proqram təminatının dəyəri üzrə hesablanmış amortizasiya ayırmalarının Vergi orqanı tərəfindən gəlirdən çıxılan xərc kimi tanınmamasının əsassız olması; -2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınmamasının əsassız olması.

38. "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən göstərilən peşəkar dəstək xidmətlərinə görə Prokon MMC-nin ödəmiş olduğu məbləğlərin Vergi orqanı tərəfindən xərclərdən çıxarılması və əvəzləşdirilmiş ƏDV-nin ləğv edilməsinin əsassız olmasına münasibətdə məhkəmə qeyd edir ki, outsorsinq (ingiliscə-Outsourcing) ənənəvi olaraq şirkətin öz işçiləri və işçiləri tərəfindən öz daxilində həyata keçirilən xidmətlərin yerinə yetirilməsi üçün şirkətdən kənar tərəfin işə götürülməsi ilə bağlı biznes təcrübəsidir. Outsorsinq müştəri dəstəyindən tutmuş istehsala və arxa ofisə (ingiliscə-backoffice) qədər geniş iş spektrinə təsir göstərə bilər. Outsorsinq ilk dəfə 1989-cu ildə biznes strategiyası kimi tanınıb və 1990-cı illərdə biznes iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Outsorsinq qlobal miqyasda azad bazar iqtisadiyyatlarının xarakterini qorumağa kömək edir. Vergi ödəyicisinin hər hansı xidmətdən (öz işçisləri olsa belə) kənardan əldə etməsini qadağan edən hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Əksinə qanunvericilikdə hətta hüquqi şəxsin icra orqanının səlahiyyətlərinin icrasının belə kənar idarəçiyə verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Kommersiya hüquqi şəxsi kommersiya fəaliyyətini təşkil etməklə bağlı idarətetmə zəncirini, qərarların qəbul edilməsi və risklərin bölgüsü mexanizm(lər)ini müəyyən edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin mütəxəssislərin ixtisası, peşəkarlığı, təhsili və təcrübəsi ilə bağlı kifayət qədər məlumat və sənədlər, eləcə də bağlanmış müqavilələr təqdim edilmişdir. Xidmət haqqının dəyərinin müvafiq saatlıq tariflər əsasında ödənilməsi ağlabatan və məqbul əsaslandırma təqdim edildiyi təqdirdə beynəlxalq təcrübədə mövcud və qəbul ediləndir. İddiaçının bununla bağlı təqdim etdiyi əsaslandırmanı (işçilərin peşəkarlığı, əmək haqqı səviyyəsi, qəbul edilən qərarlar üzrə daşıdıqları risk və məsuliyyət, səlahiyyət bölgüsü cədvəlləri və s.) istisna etmək üçün məhkəmə əsas müəyyən etmir.

39. Mülki Məcəllədən: 91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. 44.2.Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

40. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən,bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

41. Məhkəmə hesab edir ki, "xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Prokon MMC arasındakı peşəkar dəstək xidmətlərinə görə (əsasən hüquq, SƏTƏMM, insan resursları və s.) müqavilələrin (həmin müqavilələr iş materiallarına əlavə olunmuşdur) Mülki Məcəlləyə zidd olduğu müəyyən edilmir. Göstərilən xidmətlərin eyni iş və xidmət olmamasına dair iddiaçının dəlillərini cavabdeh qurum nəzərdən keçirməmişdir. Halbuki Vergi Məcəlləsinin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün göstərdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Eləcə də İnzibati icraat haqqında Qanunun 21.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmə imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Konkret halda, bu hüquq özünü məsuliyyətə cəlb etmə haqqında qərarda vergi ödəyicisinin dəlillərin yoxlanılmasının nəticələrinin göstərilməsində ifadə olunur. Odur ki, həmin müqavilələrlə bağlı ödənişlərin sadəcə olaraq kifayət qədər yüksək olması səbəbilə iddiaçı tərəfindən təqdim edilən dəlillərə uyğun olaraq (həmin dəlilləri müzakirə edib yoxlanılmasının nəticələrini göstərmədən) göstərilən xidmət(lər)in xüsusiyyətlərinə dair bazar qiymətlərini müəyyən edib hər hansı müqayisə aparmadan və bununla bağlı hər hansı əsaslar təqdim etmədən (nə mübahisələndirilən qərarda, nə də inzibati məhkəmə araşdırması zamanı) gəlirdən çıxılan xərc kimi qəbul edilməməsi və əvəzləşdirilmiş ƏDV-nin ləğv edilməsi, əlavə mənfəət vergisinin hesablanması əsaslı hesab edilə bilməz. Odur ki, qeyd edilən hissədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, yəni Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərc olduğu cavabdeh qurum tərəfindən sübut edilməmişdir.

42. İddiaçının -"xxxx" LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2017-ci il ərzində SAP proqram təminatının quraşdırılması xidmətlərinə görə İddiaçı MMC tərəfindən ödənilmiş xidmət haqları üzrə əvəzləşdirilmiş ƏDV-nin Vergi orqanı tərəfindən ləğv edilməsinin əsassız olmasına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən proqram təminatı (tərəflər arasındakı müqaviləyə əsasən) mühasibat uçotunu aparmaq üçün proqramdır, həmin proqram təminatı biznes proseslərinin vahid sistem vasitəsilə idarə edilməsində istifadə edilir. Vergi orqanı həmin proqram təminatının 2015-ci ildə alındığı və quraşdırıldığını nəzərə alınaraq müqavilənin “X16” Şirkətinin xərclərinin qarşılanması məqsədi ilə imzalanmasının ehtimal olunduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dəvət olunmuş ekspert tərəfindən SAP proqram təminatının quraşdırılmasının və onun bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamış, bu səbəbdən ekspert tərəfindən bazar qiyməti ilə əlaqədar rəy verilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, əks hal sübuta yetirilmədiyi üçün, tərəflər arasındakı müqavilə qiyməti bazar qiyməti kimi qəbul edilməlidir (Vergi Məcəlləsinin 14.2ci maddəsinə əsasən). Vergi orqanının mövqeyinə görə müqavilənin predmetinin SAP proqram təminatının tətbiqetmə və təkmilləşdirilməsindən ibarət olduğundan müqavilə texniki cəhətdən düzgün hesab edilməmişdir. Bununla əlaqədar proqram təminatının alınması və quraşdırılması ilə bağlı ödənişlər (xərclər aşağıdakılardan ibarətdir: istifadəçi sayına uyğun istifadəçi hüquqların verilməsi, proqramın funksionallığını dəstəkləyə bilən serverlərin alınması, proqramın quraşdırılaraq inteqrasiyası) gəlirdən çıxılan xərclərdən çıxılaraq mənfəət vergisi və ona maliyyə sanksiyası hesablanmışdır. SAP proqram təminatının təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Proqram təminatının 2015-ci ildən istifadə olunmasının (iddiaçı proqram təminatının test rejimində istifadə olunduğunu bildirir) onun daha sonra satınalmasının istisna edilməsi qənaətinə gəlmək üçün məhkəmə əsas görmür. Məhkəmə hesab edir ki, vergi orqanının “müqavilənin texniki cəhətdən düzgün hesab edilməməsi” hüququ vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

43. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən, vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1.6-1-ci maddəsinə əsasən,vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanlarının hüquqlarıdır.

44. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən dəvət olunmuş ekspert tərəfindən SAP proqram təminatının quraşdırılmasının və onun bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmadığı, bu səbəbdən ekspert tərəfindən bazar qiyməti ilə əlaqədar rəy verilmədiyi halda, eləcə də iddiaçının təqdim etdiyi dəlillərə uyğun olaraq həmin proqram təminatı ilə bağlanmış əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanması və vergi ödəyicisinin vergidən yayınma sxemi əsasında gəlirlərini azaltması qənəati əsaslı hesab edilə bilməz.

45. Odur ki, qeyd edilən hissədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, yəni Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq (SAP proqram təminatının alınması və quraşdırılması xidmətlərinə görə ödənişlərin) gəlirdən çıxılmayan xərc olduğu cavabdeh qurum tərəfindən sübut edilməmişdir.

46. Məhkəmə iddiaçının -SAP proqram təminatının dəyəri üzrə hesablanmış amortizasiya ayırmalarının Vergi orqanı tərəfindən gəlirdən çıxılan xərc kimi tanınmamasının əsassız olması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin məsələlərə dair onlayn kargüzarlıqda iddiaçı tərəfindən vergi orqanına müraciət ünvanlanmış, vergi orqanı tərəfindən Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidmətinin müşaviri səviyyəsində sorğuda göstərilən halda qeyri-maddi aktvlər üzrə hesablanmış amortizasiya ayırmaların gəlirdən çıxılmasına Vergilər Məcəlləsində məhdudiyyət nəzərdə tutulmadığı, qeyd olunanların Vergi Məcəlləsinin 114-cü maddəsi ilə tənzimləndiyi bildirilmişdir.

47. Məhkəmə iddiaçının -2016-2018-ci illər ərzində layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınmamasının əsassız olması dəlillərinə münasibətdə qeyd edir ki, həmin məsələlərə dair onlayn kargüzarlıqda iddiaçı tərəfindən vergi orqanına müraciət ünvanlanmış, vergi orqanı tərəfindən Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri səviyyəsində bildirilmişdir ki, sorğuda qeyd olunan halda sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq sifarişçinin tələbi ilə işçilərin yeməklə təmin edilməsi məqsədilə sifarişçinin podratçı müəssisəyə ödədiyi məbləğlər müqavilədə xidmətlərin tərkib hissəsi kimi müəyyən edildiyi halda həmin məbləğlər podratçı müəssisənin vergi tutulan gəlirlərinə, podratçı tərəfindən ödənilmiş işçilərin yemək xərcləri isə onun gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçilərin yeməklə təmin edilməsi ilə bağlı çəkilmiş xərclərə görə ödənilmiş ƏDV məbləği podratçı müəssisə tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir. Odur ki, məhkəmə qeyd edir ki, vergi orqanının həmin yemək xərclərinin bazar qiymətinə uyğunluğunu araşdırmadan gəlirdən çıxılan xərc kimi tanınmamasına dair hərəkətləri əsaslı hesab edilə bilməz.

48. Vergi Məcəlləsindən: 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 114.1. Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

49. Odur ki, iki halda (layihə çərçivəsində işçilərin yeməklə təmin edilməsi xərclərinin gəlirdən çıxılan xərc kimi tanınması və proqram təminatının dəyəri üzrə hesablanmış amortizasiya ayırmalarının gəlirdən çıxılan xərc kimi tanınması) ən azı vergi orqanının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı izahatlarının yerinə yetirilməsi nəticəsində vergi ödəyicisi tərəfindən xərci kimi nəzərə alındığından vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı ödəyicinin təqsiri istisna edilməli və yoxlayıcı tərəfindən həmin hissədə təqdim edilən sənədlər və ödənişlər vergi ödəyicisinin gəlirdən çıxılan xərci kimi qiymətləndirilməli idi. Bu səbəbdən qeyd edilən hissədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, yəni Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərc olduğu cavabdeh qurum tərəfindən sübut edilməmişdir.

50. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

51. Odur ki, məhkəmə qeyd edir ki, vergi yoxlaması zamanı vergi ödəyicisi üçün əlverişli olan hallar nəzərə alınmalı olduğu halda, yoxlama zamanı nəzərə alınmamışdır.

52. Vergi Məcəlləsindən: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, cəzalandırılan və cəzalandırılmayan əməllərin arasındakı sərhəd dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın. Vergi pozuntuları tərkiblərinin qeyri-müəyyənliyi hüquq məsuliyyətinin əsas prinsipi olan qanunçuluq prinsipinə ziddir.

54. Odur ki, iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalı və nəticələri aradan qaldırılmalıdır.

55. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

56. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

57. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

58. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151760 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar