Məhkəmə qərarları › İş №e-2-1(112)-4874/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4874/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4874/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”nin X5 (adi cəlbetmə qaydasında üçüncü şəxslər X6 və X17) qarşı “arxiv arayışının və plan-cizginin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsində yerləşən, 5 saylı evin yerləşdiyi torpaq sahələrinə dair X2 və X13 adına olan arxiv arayışı və plan-cizginin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsində yerləşən, 5 saylı ev iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri X4 və X15 ayrılmışdır. Torpaq sahələri həmin şəxslərə ayrıldığından sonra fərdi yaşayış evi inşa edilərək dövlət reyestrində həmin şəxslərin adına qeydiyyata alınmış, lakin torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Bundan sonra X6 və X17 fərdi yaşayış evini X1 və X11 da həmin evi alğısatqı müqaviləsi əsasında iddiaçıya satmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəndə, həmin torpaq sahələrinin ilkin olaraq X6 və X15 ayrılması barədə arxiv arayışı və plan-cizgi tələb olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X5 müraciət etmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə X2 və X13 adına olan arxiv arayışı və plan-cizgisi verilsin. Cavabdeh isə imtina məktubu verərək qeyd etdi ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimaiX16 ünvanladığınız arxiv arayışı və plan-cizginin verilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli müraciətinizə aidiyyatı üzrə baxılmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən torpaq sahələri müvafiq olaraq X6 və X15 ayrılmışdır. Bildiririk ki, X6 və X15 aid daşınmaz əmlakla bağlı arxiv arayışı və plan-cizginin verilməsi üçün vətəndaşların özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi müraciət etməlidir. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunur.” İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, həmin sənədlər olmadan torpaq sahəsinin qeydiyyata alınması mümkün deyildir. İddiaçı hesab edir ki, həmin sənədlərin verilməməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, təqdim olunan sənədlərə əsasən torpaq sahələri müvafiq olaraq X6 və X15 ayrılmışdır. Bildirilir ki, X6 və X15 aid daşınmaz əmlakla bağlı arxiv arayışı və plan-cizginin verilməsi üçün vətəndaşların özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi müraciət etməlidir. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunur.

4. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən Çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır.

5. Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair X2 adına tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

6. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən Çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X15 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır.

7. Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair X13 adına tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

8. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 40,0 kv.m, köməkçi sahəsi 40,0 kv.m olan 2 (iki) otaqdan ibarət yaşayış evi X13 adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 199-cu il tarixli 096 №-li sərəncamına əsasən qeydə alınmışdır.

9. 15 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X17 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanda yerləşən yardımçı sahəsi 40,0 kv.m, yaşayış sahəsi 40,0 kv.m, ümumi sahəsi 80,0 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evini alıcı X7 mülkiyyətinə vermişdir.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ X7 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

11. Reyestrdə 4Ə-150 nömrə ilə qeyd olunan xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrə ilə qeyd olunan Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir.

12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ İddiaçı Xarabçay oğlunun adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

13. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

15. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

16. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

19. X21 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X20rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X18rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X8rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

20. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil.

21. Məhkəmə müəyyən edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsində yerləşən, 5 saylı evin yerləşdiyi torpaq sahələrinə dair X2 və X13 adına olan arxiv arayışı və plan-cizginin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X3 üzərinə qoyulmasını tələb etməsinə baxmayaraq hazırki iddia tələbini qaldırmaqda yekun məqsədi ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır.

22. Məhkəmə nəzərə alır ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə ilə nəticələnmir vəl hazırki iş üzrə tələb olunan müvafiq sənədlərin (arxiv arayışı və plan-cizginin) iddiaçıya təhvil verilməsi özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Nəticə etibarilə iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığından hazırki iddia tələbini irəli sürməkdə hüquqi marağı yoxdur.

23. Məhkəmə iş materiallarına araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən Çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair X2 adına tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur. - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin “Vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrindən Çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamını, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X15 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair X13 adına tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur. - Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 40,0 kv.m, köməkçi sahəsi 40,0 kv.m olan 2 (iki) otaqdan ibarət yaşayış evi X13 adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 199-cu il tarixli 096 №-li sərəncamına əsasən qeydə alınmışdır. - 15 fevral 2013-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X17 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanda yerləşən yardımçı sahəsi 40,0 kv.m, yaşayış sahəsi 40,0 kv.m, ümumi sahəsi 80,0 kv.m olan 2 (iki) otaqlı fərdi yaşayış evini alıcı X7 mülkiyyətinə vermişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ X7 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-150 nömrə ilə qeyd olunan xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrə ilə qeyd olunan Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ İddiaçı Xarabçay oğlunun adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.

24. Odur ki, məhkəmə araşdırma nəticəsində ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ilkin mülkiyyətçilərinin (X2 və X13) adına tərtib olunmuş Texniki Pasportlar əldə edilmişdir.

25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanına əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərə alınır.

26. Belə olan təqdirdə məhkəmə qeyd edir ki iddiaçının hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ilkin mülkiyyətçilərinin (X2 və X13) adına tərtib olunmuş Texniki Pasportlar ilə birlikdə “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciətdir.

27. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan, prosessual xərclərə dair hissə istisna olmaqla 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar