Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-488/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin hüquqşünası, ünvan 2 ünvanında qeydiyyatda olan ) iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********40929 saylı qərarın mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və maliyyə sanksiyası hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəlindən aparılmış vergi nəzarəti nəticəsində mənfəət vergisi 2017-ci il üzrə 18409.44 manat, 2018-ci il üzrə 43815.66 manat, 2019-cu il üzrə 85172.50 manat azaldılmışdır. Bundan əlavə həmin qərarla əlavə dəyər vergisi 2017-ci il üzrə 67130.33 manat, 2018-ci il üzrə 200939.25 manat, 2019-cu il üzrə 411900.94 manat, 2020-ci il üzrə 94758.37 manat, sadələşdirilmiş vergi isə 6891.53 manat azaldılmışdır. Qeyd olunan illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi üzrə maliyyə sanskiyası isə ümumi olaraq 453470 manat dəyərində hesablanmışdır. Bununla bağlı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ("vergi idarəsi”) rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin İ-ci müavini vergi xidməti müşaviri X10 tərəlindən "xxxx" MMC-nin (“Cəmiyyət”) fəaliyyəti üzrə 2017-2020-ci illər vergi dövrlərini əhatə edən və Səyyar vergi yoxlamasının nəticələri haqqında 08 sentyabr 2020-ci il tarixli, **********137891 nömrəli aktına və 15 oktyabr 2020-ci il tarixli **********458800 nömrəli sənədə baxaraq, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 21 oktyabr 2020ci il tarixli **********40929 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı yuxarıda qeyd olunan vergi hesablamalarının düzgün aparılmadıgı üçün hesab edir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********40929 saylı qərarı qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "V-VVV” MMC Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dö lət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********140929 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və maliyyə sanksiyası hissəsində ləğv edilməsi barəsində olan iddia tələbi ilə aşağıdakılara əsasən razılaşmır: Bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020ci il tarixli **********136825 nömrəli qərarına əsasən vergi ödəyicisində xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olar dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyi əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********17891 saylı akt tərtib edilməklə, xx.xx.2020-ci il tarixli **********140929 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və qeyd edilən qərarla vergi ödəyicisi tərəfindən mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi, əmlak vergisi və ödəmə mənbəyində tutulan vergi üzrə vergidənyayınma hallarının olması müəyyənləşdirilmişdir. İddiaçı mübahisə predmetini təşkil edən qərarı qismən, yəni, mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və maliyyə sanksiyası hissəsində mübahisələndirdiyindən qərar üzrə qeyd edilən tədiyyələrlə bağlı əlavə verginin hesablanmasına əsas olmuş hallar məhkəmənin nəzərinə çatdırırılı. Səyyar vergi yoxlaması ilə aşağıda qeyd edilən hallar müəyyən edilmişdir: Bildiririlir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********8274 nömrəli “Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi haqqında” qərarı üzrə vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəssisədən yoxlanılan dövr üzrə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədləri götürülmüşdür. Yoxlama zamanı həmin sənədlər araşdırıldıqda yoxlanılan dövr üzrə real istehsal üzrə satış həcminin vergi orqanına təqdim edilmiş vergi bəyannamələrdə əks etdirilmiş göstəricilərdən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması üzrə hesablanmış vergilərin əsasını məhz qeyd edilən "qara mühasibatlıq" sənədləri təşkil edir. ƏDV üzrə: İddiaçı xx.xx.2017ci il tarixdən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata alınmış və qeydiyyat xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr yoxlanılmışdır. Vergi orqanı tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı müəssisədən götürülmüş 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci ilin aprel ayının müvafiq dövrü üzrə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində müəssisənin yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu aşkarlanmış və büdcəyə ödənilməli ƏDV-nin 774728.89 manat azaldılması müəyyən edilmişdir. Qeydiyyatsız ƏDV-si üzrə yuxarıda qeyd edildiyi kimi iddiaçı müəssisənin ƏDV qeydiyyatı xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Lakin yoxlama zamanı toplanmış materiallara, o cümlədən müəssisədən götürülmüş “qara mühasibatlıq” sənədlərinə əsasən vergi ödəyicisinin hazırki yoxlama ilə əhatə edilən sadələşdirilmiş vergi dövrü 2017-ci ilin aprel-iyun ayları üzrə vergi tutulan əməliyyatların həcminin 198173.86 manat, hazırki yoxlama ilə əhatə edilən dövrdən əvvəlki 1 ayında, yəni 2017-ci ilin mart ayında vergi tutulan əməliyyatların həcminin 7612.90 manat, bununla da ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 205786.76 manat təşkil etdiyi və bu səbəbdən ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2017-ci il il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000,0 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 213.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçhn qeydiyyat növbəti ayın birinci qünündən qüvvəyə minir. Yoxlama ilə iyul/2017 - avqust/2017-ci il dövr üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğu, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 150960.91 olduğu müəyyən edilmiş və 27172.96 manat ƏDV hesablanmışdır. Ümumilikdə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə 774728,89 manat ƏDV-nin yayındırılmasına görə 379771,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: yoxlama ilə müəssisənin yoxlanılan dövrdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu, xx.xx.2017-ci il tarixdən Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilimiş verginin ödəyicisi olmaq hüququnun xx.xx.2017-ci il tarixdən itirildiyi müəyyən edildiyindən mənfəət vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi müəssisənin dövriyyəsi 2017-ci ilin iyun ayından 200.000 manatı keçdiyindən Azərbaycan Raspublikası Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun xx.xx.2017-ci il tarixdən itirildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq müəssisənin yoxlanılan dövrdə 2017-ci il (ilin iyuldekabr ayları), 2018-ci il və 2019-cu il üzrə mənfəət vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: Müəssisnin 2017-ci ilin iyul-dekabr aylarında mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 568771,67 manat, 2018-ci il üzrə 1473925.42 manat, 2019-cu il üzrə isə 2609558.14 manat təşkil təşkil etmişdir. Lakin müəssisə tərəfindən yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci, 2018-ci illər üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbcan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmişdir: 2017-c il üzrə vergiyə cəlb edilən mənfəəti 94795.31 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 18959.06 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 245654.25 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 49130.85 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 434926.35 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 86985.27 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin 2017-2019-cu illər üzrə vergi orq ınına təqdim etdiyi mənfəət vergisinin bəyannamə göstəriciləri nəzərə alınmaqla 147397.60 manat məbləğində mənfəət vergisindən yayındırılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50 %-i miqdarında, yəni 73698.8 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə xx.xx.2017-xx.xx.2017-ci il dövr üzrə sadələşdirilmiş verginin ödəyicisi kimi bəyannamələr təqdim etmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən ümumi hasilat 44585.50 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə nəzərdə tutulmuş 4% darəcə ilə 1783.42 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Hazırki yoxlama ilə yoxlanılan dövr üzrə sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə müəssisənin yoxlanılan dövr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu, xx.xx.2017-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyin yaranması müəyyən edilnişdir. Belə ki, Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən, Məcəllənin Xİ fəslinin müddt alan nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Eyni zamanda Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylııq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000,0 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istfadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 153.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur”. Yuxarıda göstərilənlərdən aydın olduğu kimi yoxlanılan dövrdə müəssisə yalnız 2017-ci ilin İİ rübü üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, bu vergi növü məqsədləri üçün ümumi hasilatın 198.273.86 manat olduğu müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən 4% dərəcə ilə 7926.95 manat məbləğində vergi hesablanmış və 2017-ci ilin İİ rübü üzrə təqdim edilmiş bəyannamədə sadələşdirilmiş verginin 6891.53 manat azaldılması müəyyən edilmişdir. Həmçinin, yoxlama ilə müəssisənin Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilimiş verginin ödəyicisi olmaq hüququnun xx.xx.2017-ci il tarixdən itirildiyi müəyyən edildiyindən, müəssisə tərəfindən 2017-ci ilin İİİ rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən hesablanmış 748.0 manat vergi məbləği hazırki yoxlan a ilə azaldılmış və müəssisə tərəfindən bu vergi növü üzrə 748.0 manat artıq hesablanması müəyyən edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X12 iddiaya dair verilmiş yazılı etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş, - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********1136825 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vergilərin ödənilməsinə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlaması keçirilmiş və hesablanmış vergi borclarının ödənilməməsinin araşdırılması nəticəsinə dair 08 sentyabr 2020-ci il tarixli **********137891 saylı akt tərtib edilmişdirş. Akta əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla aparılmış səyyar vergi yoxlamasının nəticəsində müəssisə tərəfindən 2017-2019-cu il üzrə 147397,60 manat mənfəət vergisi, həmin illər üzrə 459,14 manat əmlak vergisi, 2017-ci ilin 2-ci rübü üzrə 6891,53 manat sadələşdirilmiş vergi, 2017ci ilin 3-cü rübü üzrə 2,34 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci ilin iyul - 2020ci ilin aprel ayları üzrə 801901,85 manat əlavə dəyər vergisi, az, həmçinin 2017-ci ilin 3-cü rübü üzrə 748,0 manat sadələşdirilmiş vergi və 30,10 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi artıq hesablanmaqla, ümumilikdə, xüsusilə külli miqdar təşkil edən 955874,36 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması faktı aşkar edilmişdir. Qərarın 3-cü səhifəsinin sonuncu abzasında qeyd olunaardan müəyyən edilir ki, vergi yoxlaması Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********8274 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən həmin Departamentin əməkdaşları tərəfindən müəssisədən götürülmüş, bütün yoxlanılan dövr üzrə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədləri, müəssisənin hesabları yerləşdiyi banklardan həmin hesablar üzrə aparılmış əməliyyatlar barədə alınmış rəsmi məlumatlara, Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən aparılmış, obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2020ci il tarixli **********8276 nömrəli qərara əsasən əldə olunmuşdur. Səyyar vergi yoxlaması zamanı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin baş dövlət vergi müfəttişi X9, "xxxx" MMC-nin rəhbəri X3 və etibarnamə üzrə nümayəndə X6 iştirakı ilə xx.xx.2020-ci il tarixli VN seriyalı 005191 nömrəli protokolla "xxxx" MMC-dən götürülmüş elektron məlumatlara və digər sənədlərə baxış keçirilmiş, baxışın nəticəsi tərəflərin iştirakı ilə xx.xx.2020-ciil tarixli protokolla rəsmiləşdirilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Lakin cavabdeh göstərilən məlumatları yalnız “qara mühasibatlıq” sənədləri əsasında əldə etdiyinə istinad edərək, qəbul etdiyiyi inzibati aktdakı məbləğləri iddiaçı tərəfindən təqdim edilən sənədlər əsasında, yaxud mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında qəbul etməsinə dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində inzibati orqan tərəfindən qəbul edilən qərarlar əsasında vergi yoxlaması ilə əhatə olunan dövrlər üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıbhesablanmamasının, həmçinin iddiaçının yoxlanılan dövrlər üzrə ayrı-ayrılıqda gəlirin, xərclərin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2754/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iş materiallarına əsasən xx.xx.2020-ci il tarixli, **********140929 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi üzrə azaldılmış vergi məbləğləri və maliyyə sanksiyası üzrə hesablanmış məbləğ düzgün müəyyən edilib-edilməməsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********137891 nömrəli 08 sentyabr 2020-ci il tarixli “səyyar vergi yoxlaması aktfnda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğlərinin nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi məbləğinin nə qədər olması barədə suallar qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli 9/7818 №li ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edilənlər əsasında rəyin nəticəvi hissəsindən görünür ki, “Mühasibat uçotu haqqında” qanunun və vergi qanunvericiliyinin tələblərinə əsasən xx.xx.2020-ci il tarixli, **********137891 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə ümumilikdə 955.874,36 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanmasının düzgünlüyünün müəyyən olunmadığı, həmçinin, səyyar vergi yoxlamasında qeyd edilən “qara mühasibatlıq” sənədlərindən istifadə əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmadığı, lakin, məhkəmənin məhkəmə-mühasibat ekspertizası təyini haqqında qərardadında göstərilənlər nəzərə alınmaqla, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə aparılmış əməliyyatlara görə ümumilikdə 955874,36 manat məbləğində (2017-2019-cu il üzrə 147397,60 manat mənfəət vergisi, həmin illər üzrə 459,14 manat əmlak vergisi, 2017-ci ilin 2-ci rübü üzrə 6891,53 manat sadələşdirilmiş vergi, 2017-ci ilin 3-cü rübü üzrə 2,34 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci ilin iyul - 2020-ci ilin aprel ayları üzrə 801901,85 manat əlavə dəyər vergisi, az, həmçinin 2017-ci ilin 3-cü rübü üzrə 748,0 manat sadələşdirilmiş vergi və 30,10 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi artıq hesablanmaqla) vergilərin dövlət büdcəsinə az hesablanmasının müəyyən edildiyi barədə rəy tərtib edilmişdir. Məhkəmə ekspert rəyini, iş materialları ilə birgə qiymət verdikdə müəyyən edir ki, vergi yoxlaması Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********8274 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən yoxlanılan dövr üzrə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədləri əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı “V-VVV MMC-dən götürülmüş elektron məlumatlara və digər sənədlərə baxış keçirilmiş, baxışın nəticəsi xx.xx.2020-ciil tarixli protokolla rəsmiləşdirilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən sahibkardan götürülmüş 17 aprel 2020-ci il tarixli aparılmış əməliyyatları özünə əks etdirən “qara mühasibatlıq” sənədləri təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, İPM-nin 14.1-ci maddəsinin tələbi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi) Həmçinin ekspert rəyindən də göründüyü kimi, məhkəmə - mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin, tədqiqata təqdim edilmiş iş materiallarının tədqiqi zamanı vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış vergilərə görə hesablamaların aparılması üçün mühasibat sənədlərinin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Qanunvericiliyi təlbi baxımından cavabdeh inzibati orqan yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs. alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” və “electron daşıyıcalara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Həmçinin Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunun 2.1.3-cü maddəsinə əsasən maliyyə X1 – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş X5 Standartları, Maliyyə X1 və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə X1, Kiçik və X7 üçün Maliyyə X1, İctimai Sektor üçün X5 Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. O cümlədən "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə əsasən mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “Maliyyə X1na və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.1.14-ci bəndinə əsasən ilkin uçot sənədləri - maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat çotu subyektlərinin rəhbərlərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Göründüyü kimi, "Mühasibat uçotu haqqında" qanunvericilikdə “qara mühasibatlıq”a dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə yanaşı, aparılan ekspertiza zamanı da həmçinin yuxarıda göstərilən “Mühasibat uçotu haqqında” Qanunun və vergi qanunvericiliyinin tələblərinə əsasən xx.xx.2020-ci il tarixli, **********137891 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə ümumilikdə 955.874,36 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanmasının düzgünlüyü müəyyən edilməmiş, nə də ki, inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, ekspert rəyində iş materiallarında olan maliyyə sənədlərindən savayi, iddianın əsaslı olduğunu təsdiq edən digər mötəbər dəlillərə Vergi Məcəlləsinin, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından düzgün qiymətləndirilməsi əsası ilə Məhkəmə sözügedən ekspert rəyini mötəbər sübut sayaraq əsaslı hesab edir. Cavabdehin qeyd olunan mövqeyinə dair məhkəmə aşağıdakıları bildirir: Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə görə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman isə konkret sübutlara, dəlillərə istinad olunmalı, vergi ödəyicisinin məsuliyyətə cəlb olunması ehtimallara əsaslanmamalıdır. Bununla da məhkəmə araşdırması zamanı iddiaçının vergidən yayınması halları müəyyən olunmamış və cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********40929 saylı qərarın mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və maliyyə sanksiyası hissəsində qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, qərar həmin hissələrdə iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********40929 saylı qərar mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və maliyyə sanksiyası hissəsində ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2 barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3 şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/7818 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********40929 saylı qərar mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və maliyyə sanksiyası hissəsində ləğv olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №e-2-1(112)-488/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-488/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver