Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4911/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273337/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2273337/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarına əsasən kameral vergi yoxlaması İddiaçı MMC-yə 2024-cü ilin avqust ayı üzrə 39986,46 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 301.1 “malların təqdim edilməsi, işlərin görülmsəi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “təqdim edilmiş, mal iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569,90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716,20 manat) məbləğndə 222146,30 manat azdır. Cavabdeh vergi orqanının qərarında qeyd edilən əsaslandırma əsassız olduğu üçün xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273337/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarı ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən 08-11 avqust 2024-cü ilin tarixlərində iddiaçının günlük dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metdou ilə müşahidə keçirilmişdir. Xronometrajın metdou ilə müşahidə həftənin cümə, cümə axşamı, şənbə və bazar günləri keçirilmişdir. Xronometraj metdou ilə müşahidə keçiriən əməkdaşlar bazar ertəsi günü dövriyyyənin aşağı olduğunu görmüş və müşahidənin keçirilməsi dayandırılmışdırlar. Müşahidə sadəcə olaraq 4 gün yəni həftə sonu müşahidə keçirilmişdir. Halbuki qərarda göstərilən müddət ərzində müşahidə keçirilmiş olsa idi real dövriyyə müəyyən ediləcəkdir. İddiaçının günlük dövriyyəsi həqiqətəndə xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi barədə aktlarda qeyd edildiyi kimi deyildir. Dövriyyənin 4 günün nəticəsinə uyğun olaraq müəyyən edilməsi düzgün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İdiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 273337/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-333307/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4911/2025 nömrəli qərarı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli **********3160 nömrəli qərarla vergi ödəyicisində xronometraj metodu ilə müşahidənin keçirilməsinə başlanılmışdır. Xornometraj metodu ilə müşahidə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə aparılmış, müşahidənin nəticəsi barədə günlük və yekun aktlar tərtib edilmişdir. Belə ki, aparılmış xronometraj metodu ilə müşahidə nəticəsində xx.xx.2024-cü il tarixli 027873 saylı AKTla xx.xx.2024-xx.xx.2024 il tarixlərdə keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində malların (iş və xidmətlərin) satış dövriyyəsi NKA-nın “z” hesabatlarına əsasən nağd 8091,62 manat, nağdsız isə 47705,84 manat olmaqla ümumi dövriyyə 55797,52 manat müəyyən olunmuşdur. Eləcə də orta günlük satış dövriyyəsi 13949,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273337/2024 nömrəli qərarla 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569.90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716.20 manat) məbləğdən 222146,30 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********166200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024cü ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 39986,46 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********478800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2024-cü il avqust ayı üzrə ƏDV bəyannamə məlumatları Cari bəyannamə məlumatları Kameral bəyannamə məlumatları 1 ƏDV cəlb olunan əməliyyatlar 61 569.90 283 716.20 2 ƏDV 11 082.46 51 068.92 3 Ədv-dən azad əməliyyatlar 10 780.00 4 Əvəzləşməyə əsas verən e-qaimə faktura məbləği 10 390.65 10 390.65 5 Əvəzləşdirilən ƏDV 1 870.32 1 870.32. İddiaçının 2024-cü ilin avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannamə məlumatlarından görünən odur ki, iddiaçının bəyan etdiyi dövriyyə məlumatı vergi orqanının xronometrajla müəyyən etdiyi dövriyyədən olduqca az göstərilmişdir. Həmçinin iddiaçı təqdim etdiyi bəyannamədə ƏDV-dən azad olunan əməliyyatları barədə məlumatı qeyd etməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən digər xx.xx.2024-cü il tarilxi 3-21- 2-3/2-333307/2024 nömrəli qərarla iddiaçıya 33747,01 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il əlavə dəyər vergisi üzrə bəyannamənin 308-ci sətrində VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 4.367,25 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 666,20 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 6266.70 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (189144.14 manat) məbləğdən 182877.44 manat az olduğu müəyyən edilmişdir. 2024-cü ilin sentyabr ayı ərzində iddiaçı tərəfindən ƏDV-dən azad edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) göstərilmiş və bu məbləğlə onlayn kassa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDV-siz) (1390.00 manat) cəmi (1390.00 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdiyiniz bəyannamənin 307.3-cü sətri ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin ( 0.00 manat) fərqi ( 1390.00 manat) və 307.3-cü sətrdə ƏDVdən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) ( 0.00 manat), bəyannamənin 5 nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin ( 0.00 manat) cəmi 1390.00 manat olmasına baxmayaraq 303-cü sətrdə ƏDV-dən azad olunan əməliyyatlar üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 1390.00 manat kənarlaşma müəyyən edilmişdir. Belə ki, iddiaçının 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannaməsində bəyan edilmiş dövriyyə məbləi keçirilmiş sonuncu xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilmiş dövriyyə məbləğindən az göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə ƏDV-dən azad əməliyyatlar bəyan edilməmişdir. Eləcə də iddiaçı tərəfindən 2024-cü il sentyabr ayı üzrə 4367.25 manat əvəzləşdirilməli məbləğ bəyan edilsə də, həmin elektron qaimə fakturalar əsasında yalnız 666.19 manat ƏDV-nin ödənildiyi müəyyən edilərək, əvəzləşdirilən vergi məbləğində azalma aparılmışdır. 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannamə məlumatları Cari bəyannamə məlumatları Kameral bəyannamə məlumatları ƏDV cəlb olunan əməliyyatlar 6 266.70 189 144.14 ƏDV 34 045.95 ƏDVdən azad əməliyyatlar 1 390.00 Əvəzləşməyə əsas verən e-qaimə faktura məbləği 24 262.5 3 701.06 Əvəzləşdirilən ƏDV 4 367.25 666.19. Məhkəmə iclasında iştirak etmiş idiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********3160 nömrəli qərarına əsasən iddiaçıya aid ünvan 1 ünvanında yerləşən “Maize Beach” adlı obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə yəni 4 gün müddətində xronometraj metodu ilə müşahidə keçirilmiş, müşahidənin nəticəsi barədə günlük və yekun aktlar tərtib edilmişdir. Cavabdehin yoxlamasına əsasən xx.xx.2024-cü il tarixli 027873 saylı AKTla xx.xx.2024-xx.xx.2024 il tarixlərdə keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində malların (iş və xidmətlərin) satış dövriyyəsi NKA-nın “z” hesabatlarına əsasən nağd 8091,62 manat, nağdsız isə 47705,84 manat olmaqla ümumi dövriyyə 55797,52 manat müəyyən olunmuşdur. Eləcə də orta günlük satış dövriyyəsi 13949,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 273337/2024 nömrəli qərarla 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569.90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716.20 manat) məbləğdən 222146,30 manat az olduğu müəyyən edilərək 11 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-273337/2024 nömrəli qərar ilə 2024-cü ilin avqust ayı əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən 49.198,60 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 39.986,46 manat vergi hesablanmışdır. Cavabdehin 03 dekabr 2024-cü il tarixli 3-21-2-3/2-333307/2024 nömrəli qərarına əsasən 2024-cü ilin sentyabr ayı əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən aparılmış 33.379,76 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 37.747,01 manat vergi hesablanmışdır. Hazırkı iş üzrə iddiaçı mübahisələndirilən hər iki qərarın günlük dövriyyəsinin yüksək olduğu həftənin qeyri-iş günlərində keçirilən xronometrajın nəticələrinə əsasən qəbul edildiyini, iddiaçının VM-nin 15.1.13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xronometraj metodu ilə müşahidənin keçirilməsini xahiş etdiyini, lakin müraciətin təmin edilmədiyini əsas gətirərək xronometraj metodu ilə keçirilmiş yoxlamanın nəticələrinə əsasən hesablanmış əlavə dəyər vergisinin ləğvini mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə Həmin Məcəllənin 50-1.3-cü maddəsinə uyğun olaraq xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.350.6- cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə görə, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur Həmin Məcəllənin 83.2-ci və 83.2.4-cü maddələrinə uyğun olaraq vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İş materiallarından görünür ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən pozuntuya yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar iş materiallarına əlavə edilmişdir. İddiaçının qeyd etdiyi xronometrajın həftənin bazar ertəsindən etibarən keçirilə biləcəyi halda həftənin son 4 günü keçirildiyini, bunun isə real dövriyyəni əks etdirmədiyini əsas götürərək qərarın əsassızlığını iddia edir. Halbuki, xronometraj xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş günlər daxilində keçirilmiş, bu zaman yoxlamanın məhz hansı günlərdə keçiriləcəyini müəyyən etmək inzibati orqanın mülahizəsindən asılı olmuşdur. İddiaçının yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir. Belə ki, iddiaçı avqust yoxlamasından 1 ay sonra deyil, xx.xx.2024-cü il tarilxi kameral yoxlama qərarından sonra xx.xx.2024-cü il tarixdə xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Həm qanunla vergi ödəyicisinə tanınmış 1 aylıq müddətin keçməsi, həm də yoxlamanın keçirildiyi təsərrüfat obyektində fəaliyyətin təyinatı, yerləşdiyi məkan və həmin obyektdə göstərilən iş və xidmətlərin mövsümi xarakter daşıması noyabr ayında yeni xronometrajın keçirilməsini mümkünsüz və əhəmiyyətsiz etmişdir. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4911/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4911/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver