Məhkəmə qərarları › İş №e-2-1(112)-4921/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4921/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4921/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı X36, X58, X43, X53, X74, X17, X18, X37, X44, X59 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb olunmaqla “üçüncü şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs X54 və onun nümayəndəsi X55 3-cü şəxslər X38, X23, X28, X2, X39 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı X36, X58, X43, X53, X74, X17, X18, X37, X44, X59 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb olunmaqla “üçüncü şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vərəsəlik hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evindən X36, X58, X43, X53, X74, X17, X18, X37, X44, X39 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi 11 dekabr 2014-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının hüquqları Azərbaycan Respublikasının Əmlak Мəsələləri Dövlət Кomitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Хidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* qeydiyyat nömrəli çıxarışla xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçıya məxsus fərdi yaşayış evində X19, X38, X23, X28, X54, X3, X2, X20, X24, X39 qanunsuz olaraq qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddia Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən əsaslandırılmışdır. Bununla əlaqədar olaraq, iddiaçı qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini əsas tutaraq ona imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin qərardadı ilə iş üzrə X36, X58, X43, X53, X74, X17, X18, X37, X44, X59 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında 3-cü şəxs X19 nümayəndəsi X60, 3-cü şəxs X74 və onun nümayəndəsi X75 və 3-cü şəxslər X58, X43, X53, X18, X59 iddiaya etiraz edərək iddiaçıya məxsus fərdi yaşayış evində deyil, ünvan 1 ünvanlarda öz evlərində yaşadıqlarını və gələcəkdə mənzillərini özəlləşdirəcəklərini bildirib iddianın təmin edilməməsini xahiş etmişlər. Cavabdehə və digər üçüncü şəxslər X17, X37, X29, X25 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli, 087-37406A-32 nömrəli imtina məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadən X19, X38, X23, X28, X54, X3, X2, X10, X24, X39 və X26 ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibatı icraat qaydasında məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir. - ASAN 1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən xx.xx.1963-cü il təvəllüdlü X45 və xx.xx.1990-cı il təvəllüdlü X46 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-n 201 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən X58 ünvan 4 ünvanında qeydiyyatdadır. 1990-cı ildən 2008-ci ilə qədər məhkəmə qərarı ilə qeydiyyatsız yaşayıb, ailəsi ilə 2008-ci ildən həmin ünvana qeydiyyata düşmüşdür. Məhkəmə qətnaməsi ilə hal-hazırda da yaşayırlar. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən X47 verilmiş 194 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, ünvan 5 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan ünvan 1980ci ildə 67 saylı MKİS-in balansına verilib. Hal-hazırda balansdadır. 1999-cu ildən X59 çıxarışa əsasən alqı-satqı yolu ilə qeydiyyatsız yaşayır. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən X30 verilmiş 195 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, ünvan 6 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan ünvan 1980ci ildə 67 saylı MKİS-in balansına verilib. Hal-hazırda balansdadır. 1998-ci ildən atası X17 həmin ünvana qeydiyyata düşmüşdür və ailə tərkibi ilə birlikdə qeydiyyatdadırlar. X18, X61 qeydiyyatdadırlar və yaşayırlar. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən X25 verilmiş 197 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, ünvan 7 ünvanında qeydiyyatdadır. - Nizami Rayon Məhkəməsinin 2(007)-1903/2008 nömrəli, 22 oktyabr 2008-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X34 hərəkəti qanunsuz hesab edilmiş, X38, X23, X54 və X28 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, 7 saylı evin 7 saylı mənzilinə pasport qeydiyyatına alınması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2(103)-4517/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)- 1903/2008 nömrəli, 22 oktyabr 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçilər X58, X43, X74 və X28 “vəzifəli şəxsin qanunsuz hərəkətləri barədə” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Ali Məhkəmənin 2(102)-7814/17 nömrəli, 26 oktyabr 2017-ci il tarixli qərarına əsasən ərizəçilər X58, X43, X53 və X74 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4517/2017 saylı 26 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-4844/2023 saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanı üzərində sorğuda sadalan fiziki şəxslərin istifadə hüquqlarının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan fərdi yaşayış evinin X6 adına qeydiyyata alınmasına əsas olan sənədin təsdiq edilmiş surəti göndərilir. Həmin məktuba qoşma olaraq göndərilmiş: -11 dekabr 2014-cü il tarixli Qanun üezrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən xx.xx.2000-ci ildə vəfat etmiş X4 vərəsələri: övladları – X31, X32, X35, İddiaçı, X40, X21r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 203№li reyestr kitabının 11314 səhifəsindən xx.xx.1991-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 09A/8082№-li arayışda göstərilən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, 7 (köhnə 9) saylı fərdi yaşayış evindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixdə 1/6 hissədə İddiaçı, 1/6 hissədə X11, 1/6 hissədə X12, 1/6 hissədə X16, 1/6 hissədə X13 və 1/6 hissədə X14 adına paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 18/2-7901/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X74 xx.xx.2018-ci il, xx.xx.1985-ci il təvəllüdlü X36 xx.xx.2021-ci il, xx.xx.1991-ci il təvəllüdlü X53 xx.xx.2016-cı il, xx.xx.1961-ci il təvəllüdlü X43 xx.xx.2022-ci il, xx.xx.1958-ci il təvəllüdlü X58 xx.xx.2009-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. xx.xx.1968ci il təvəllüdlü X18 xx.xx.2018-ci il, xx.xx.1971-ci il təvəllüdlü X17 xx.xx.2007-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadırlar. xx.xx.1983-cü il təvəllüdlü X48 xx.xx.2018-ci il tarixdən ünvan 9 ünvanında qeydiyyatdadır. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-52/2-11422/23 nömrəli məktubu ilə 3-cü şəxslərə məxsus fərdi uçot kartoçkalarının təsdiq edilmiş surəti göndərilmişdir: - X49 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1958ci ildə Yardımlı rayonunda doğulmuşdur və ünvan 4 ünvanında qeydiyyatdadır. - X41 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1991ci ildə Yardımlı rayonunda doğulmuşdur və ünvan 4 ünvanında qeydiyyatdadır. - X33 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, 1961-ci ildə Salyan şəhərində doğulmuşdur və ünvan 4 ünvanında qeydiyyatdadır. - X7 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1968-ci ildə Masallı rayonunda doğulmuşdur və ünvan 6 ünvanında qeydiyyatdadır. - X47 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1954cü ildə Ağstafa rayonunda doğulmuşdur və qeydiyyatı qeyd olunmamışdır. - X62 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1983cü ildə Yardımlı rayonunda doğulmuşdur və ünvan 4 ünvanında qeydiyyatdadır. - X5 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1971ci ildə Balı şəhərində doğulmuşdur və ünvan 6 ünvanında qeydiyyatdadır. - X27 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1996cı ildə Bakı şəhərində doğulmuşdur və ünvan 6 ünvanında qeydiyyatdadır. - Məhkəmənin sorğusuna cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən 48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Nizami rayon MKTB-nin 67-saylı MKİS-in balansında olan ünvan Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanında qeydiyyatda olan sakin(lər) aşağıdakılardır: X36 (1985) Maarif 7, m.7-də 2012-ci ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X8 7, m.7də ailəsi ilə birgə 2009-cu ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X1 7, m. 2-də 1998-ci ildən ailəsi ilə birlikdə pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X9 7, m.4-də çıxarışa əsasən qeydiyyatsızdırlar. Sözü gedən vətəndaşların hər biri yuxarıda göstərilən ünvanda yaşayırlar. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”-də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Bununla belə, Konstitusiya Məhkəməsi Plenumu qeydiyyatda olduğu yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu qeyd etmiş, inzibati orqan bundan imtina etdiyi halda isə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyula bilicəyini vurğulamışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən həm iddiaçının, həm də üçüncü şəxslərin yaşadıqları mənzillər tamamilə ayrı-ayrı mənzillərdir. Bundan başqa, iddiaçının və üçüncü şəxslərin verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, yaşayış sahələri ayrı-ayrı tikililərdir, yaşayış sahəsinin eyni ünvanı yoxdur. İddiaçı özünə aid mənzili özəlləşdirmiş, özəlləşdirilərkən mənzilə Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən 48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Nizami rayon MKTB-nin 67-saylı MKİS-in balansında olan ünvan Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanında qeydiyyatda olan sakin(lər) aşağıdakılardır: X36 (1985) Maarif 7, m.7-də 2012-ci ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X8 7, m.7də ailəsi ilə birgə 2009-cu ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X1 7, m. 2-də 1998-ci ildən ailəsi ilə birlikdə pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X9 7, m.4-də çıxarışa əsasən qeydiyyatsızdırlar. Sözü gedən vətəndaşların hər biri yuxarıda göstərilən ünvanda yaşayırlar. Göründüyü kimi 3-cü şəxslər həmin ünvan üzrə fərqli mənzillərdə qeydiyyatdadırlar, yaşadıqları mənzillər bitişik olmaqla giriş-çıxışları ayrı-ayrıdır, onların yaşayış sahəsinin ünvanı Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 üzrə fərqli mənzillərdir. Odur ki, üçüncü şəxslərin məhz iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Qeyd edilən yanaşma X90 məhkəməsinin təcrübəsinə də əsaslanır. X90 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X90 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). Qeyd olunanlara əsasən, cavabdehin 3-cü şəxslərin qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində təsbit olunan hallarda 3-cü şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evindən X36, X58, X43, X53, X74, X17, X18, X37, X44, X39 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 15

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar