Məhkəmə qərarları › İş №e-2-1(112)-4999/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4999/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4999/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2014-cü ilin oktyabr ayından Müdafiə Nazirliyinin Baş X1 və Reanimasiya bölməsində anestezist tibb bacısı vəzifəsində xidmətə başlamış, hal-hazırda Müdafiə Nazirliyinin Baş X2 bölməsinin anestezist tibb bacısı vəzifəsində, baş çavuş rütbəsi ilə xidmətini davam etdirir. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər İİ Vətən Müharibəsində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara tibbi xidmət göstərilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Belə ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş N sentyabr 2020-ci il tarixli 225 nömrəli əmrindən görünür ki, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı-anestezisti, baş çavuş İddiaçı N2-N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsində görünür ki, baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hisssəyə ezam olunmuşdur. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 279 nömrəli əmri ilə baş çavuş İddiaçı hərbi hissənin ezamiyyətə gəlmişlər siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 284 nömrəli əmri ilə baş çavuş İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyyətdə olanlar siyahısından və qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş N oktyabr 2020-ci il tarixli 231 nömrəli əmrdən görünür ki, baş çavuş İddiaçı N nömrəli hərbi hissədən N oktyabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 72 nömrəli arayışından görünür ki, baş çavuş İddiaçı 44 günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı xəstə və yaralılara tibbi yardım göstərilməsində iştirak etmək üçün ezam olunmuşdur. Tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edilmiş, müraciətə xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, barəsində təqdim olunmuş arayış-məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı hesab edir ki, sözügedən imtina tamamilə əsassızdır və hüquq normalarına ziddir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyası”nın xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.2020-xx.xx.2020) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N6 Nə-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10cu abzasına əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləridə ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir, ezam olunduğu yer isə yuxarıda göstərilmiş Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında (yəni, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş əraziləri) sadalanmış ərazilər olmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda imtina cavabı verilmişdir. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin xx.xx.2020-ci il tarixli 225 №li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar adları göstərilən hərbi qulluqçular müvafiq hərbi hissələrə ezamiyyətlə getmiş hesab olunmuşlar: N2-N nömrəli hərbi hissəyə

1. Baş çavuş İddiaçı, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı – anestezist. Əsas: MN-nin Tibb Baş İdarə rəisinin xx.xx.2020-ci il tarixli, 489 nömrəli telefonoqraması və tibb xidməti polkovnik-leytenatı C.Əkbərovun raportu (d.o № 11305, 11303) - xx.xx.2020-ci il tarixli, 4582 nömrəli Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, 10 gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçular hərbi hissənin ezamiyyətə gəlmişlərin siyahısına əlavə olunmuşlar və qazan təminatına qoyulmuşlar:

10. Baş çavuş İddiaçı. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N sentyabr 2020-ci il tarixli 4582 nömrəli ezamiyyət vəsiqələri. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 284 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçuların ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyyətdə olanlar siyahısından və qazan təminatından çıxarılmışlar:

4. Baş çavuş İddiaçı. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 4582 nömrəli ezamiyyət vəsiqəsi. - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin xx.xx.2020-ci il tarixli 231 №li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab olunmuşlar (Ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan rayonu)): Baş çavuş İddiaçı, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı – anestezist. Əsas: xx.xx.2020-ci il tarixli 4574, 4579, 4582, 4581 nömrəli ezamiyyət vəsiqələri. - N4 №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 72 saylı arayışın surətindən görünür ki, baş çavuş İddiaçı 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunmuş, döyüş əməliyyatları zamanı xəstə və yaralılara tibbi yardım göstərilməsində iştirak etmişdir. - N4 №-li hərbi hissə tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı “Vətən müharibəsi” zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Məlumat üçün bildirilir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmək üçün 18 oktyabr 2020-ci il tarixdən işğaldan azad olunmuş ərazilərə cəlb olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı adı və vəsiqəsi verilir. İşin faktiki hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsinə əsasən baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hisssəyə ezam edilmişdir. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 279 nömrəli əmri ilə baş çavuş İddiaçı hərbi hissənin “ezamiyyətə gəlmişlər” siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 284 nömrəli əmri ilə baş çavuş İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyуətdə onlar siyahısından və qazan təminatından çıxarılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının həm döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin müvafiq əmrlərinin olması, iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasını təsdiq edir. Məhkəmə iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməməsi ilə bağlı cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Famil Orucəliyevin müvafiq sorğuya cavab məktubundan görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmək üçün 18 oktyabr 2020-ci il tarixdən işğaldan azad olunmuş ərazilərə cəlb olunmuşdur. İddiaçının döyüş bölgəsinə ezam edilməsi məqsədi isə həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş bölgəsində hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Hazırkı mübahisəyə münasibətdə isə iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Hazırkı halda, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. Eyni zamanda cavabdeh orqan imtina cavabında və tələbə qarşı təqdim edilmiş etirazda ona istinad edir ki, iddiaçının ezam olunduğu yer yuxarıda göstərilmiş Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında (yəni, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş əraziləri) sadalanmış ərazilər olmamışdır. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə bildirir ki, iddiaçının ezam olunduğu Füzuli rayonunun Əhmədbəyli kəndinin adı sözügedən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilər sırasında əksini tapmasa da, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün döyüş əməliyyatları zamanı yaralıların çeşidlənməsində, ilkin tibbi yardımın göstərilməsində döyüş bölgəsində tibb bacısı – anestezist kimi iştirak etməsi faktı təkzibolunmazdır. İddiaçının döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəsinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi həmin hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxsə müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz-üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinəsi və müalicəsində iştirak etməsi və nəticədə yuxarıda qeyd edilən təhlükələrlə üz-üzə olması zəruridir. Hazırkı işin çərçivəsində isə sadalanan faktorların ödənilməsi mübahisəsizdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, Ali Məhkəmənin eyni faktiki və hüquqi hallara əsaslanan mübahisə üzrə qəbul edilmiş 2-1(102)-1645/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında cavabdehin kassasiya şikayəti mümkün sayılamayaraq, kassasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar