Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5022/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ona 65 yaşının tamam olduğu dövrdən, yəni 09 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Filial tərəfindən 18.10.2021-ci il tarixli, **********8 saylı məktubla müraciətinə imtina verilmişdir. O, 17 iyul 1974-cü ildən 12 fevral 2002-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmalqa 31 il 9 ay əmək stajına malikdir. Onun cavabdeh təşkilata olmuş müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Cavabdeh orqan qanunsuz olaraq ona əmək stajına görə pensiya təyin olunmasına dair imtina məktubu ünvanlamışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 01.09.1995-ci il tarixdən 12.02.2002-ci il tarixədək “Bakı çay çəkici fabriki”ndə işlədiyini və əmək haqqı aldığını iddia edir. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Filiala müraciət etmiş, lakin 01.09.1995-12.02.2002-ci illər ərzində "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində əmək haqqı hesablanması barədə məlumat olmadığından, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. Birinci şərtlə bağlı geyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 09.06.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli arxiv idarəsinin 06.09.2021-ci il tarixli cavab məktubunda "xxxx" ASC-nin 1995-2002-ci illərə dair əmək haqqı ödəniş cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə məlumat olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı 01.09.1995-12.02.2002-ci illərdə "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərdir ki, bu da ümumilikdə 6 il 5 ay 11 gün təşkil edir. Göründüyü kimi iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Lənkəran rayonunda doğulmuşdur. - İddiaçı məxsus H3 №-li, ******* saylı hərbi biletin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 04.05.1975-ci ildən 14.05.1977-ci ilə qədər (2 il 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 23 iyul 1973-cü il tarixli, 2524 nömrəli attestatın tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1972-ci ildə Bakı şəhəri 8 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1973-cü ildə texniki məktəbin şəhər rabitə stansiyalarının elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru sənəti üzrə tam kursunu bitirmişdir (10 ay 23 gün). - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 29 iyul 1974-cü il tarixli, 1484 nömrəli attestatın tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1973-ci ildən 16.07.1974-cü il tarixədək Bakı şəhəri 54 №-li orta texniki peşə məktəbində kran maşinisti (krançı) sənəti üzrə bitirmişdir (10 ay 16 gün). - İddiaçıya məxsus 28 aprel 1975-ci il tarixli əmək kitabçasının tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17.07.1974-cü ildən 28.04.1975-ci ilə qədər BAİLB-də 3-cü dərəcəli kran maşinisti (09 ay 12 gün), 04.05.1975ci ildən 14.05.1977-ci ilə qədər Sovet Ordu sıralarında xidmət etmişdir (02 il 11 gün), 11.08.1977-ci ildən 05.05.1986-cı ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 saylı Evtikmə Kombinatında fəhlə, 3-cü və 4-cü dərəcəli körpü kran maşinisti (08 il 08 ay 25 gün), 05.05.1986-cı ildən 03.06.1986-cı ilə qədər 3-cü Bakı Montaj Trestində 5-ci dərəcəli körpü kran maşinisti (29 gün), 03.06.1987-ci ildən 02.01.1990-ci ilə qədər “X4” zavodunda 4-cü dərəcəli kran maşinisti və çilingər (02 il 07 ay), 03.08.1988-ci ildən 06.09.1995-ci ilə qədər Nəsimi rayon X5 gözətçi və nəzarətçi (07 il 01 ay 04 gün), 01.09.1995-ci ildən 12.02.2002ci ilə qədər Bakı Çayçəkici Fabrikasında, "xxxx" BM-də avtonəqliyyat sürücüsü (6 il 05 ay 12 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-00806-2022, 15.02.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ASC-nin natamam arxiv sənədlərinin əmr kitabında vət. İddiaçı 01.09.1995-ci il tarixli, 29 saylı əmrlə 01.09.1995-ci il tarixdən 81-59 AQU markalı maşını icarədar sürücü kimi işə qəbul olunması, 13.03.1996-cı il tarixli, 07-k saylı əmrlə 01.03.1996-cı il tarixdən "xxxx" birgə müəssisəsinə işə keçirilməklə işdən azad olunması barədə məlumatlar mövcuddur. "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə məlumat yoxdur. "xxxx" Birgə Müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********93 saylı, 07.02.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30.04.2001-ci il tarixli, 247 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Çayçəkici fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 03.11.2014-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) Bakı Çay çəkici fabriki üzrə 01.10.2000-ci il tarixinə səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı qeyd edilmişdir. Müraciətdə qeyd edilmiş "xxxx" Birgə Müəssisəsi haqqında Xidmətin bazasında heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********261500 nömrəli, 01.02.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində hüquqi ünvanı AZ1132, ünvan 2kı Çayçəkici” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 19.06.2004-ci il tarixdə D-3254 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin, reyestrdə Azərbaycan-BƏƏ "xxxx" MM Birgə Müəssisəsinin 25.01.1996-cı il tarixdə 1014 (35) nömrə ilə hüquqi ünvanı ünvan 3 mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən cavabdehə ünvanlanmış 01/3-351 nömrəli, 22.02.2022-ci il tarixli məktubdan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" ASC (VÖEN:**********) 31 iyul 1996-cı il tarixindən qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehə ünvanlanmış **********980700 nömrəli, 16.03.2022-ci il tarixli məktubdan görünür ki, reyestr məlumatlarına əsasən “Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) 19.06.2004-cü ildə dövlət qeydiyyatına alınmış, təşkilatı-hüquqi formasının dəyişməsi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, 11.03.2022-ci İİ tarixə olan uçot məlumatlarına əsasən, vergi ödəyicisinin müraciətinə uyğun olaraq, hüquqi şəxsin fəaliyyəti 08.04.2015-ci il tarixdən 08 04 2016-cı il tarixədək dayandırılmış, lakin, Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən 01.05.2015-ci İİ tarixdən yenidən aktivləşdirilmişdir. Həmçinin, vergi ödəyicisinin müraciətinə uyğun olaraq yenidən fəaliyyəti 17.03.2016-cı il tarixədək dayandırılmışdır. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 18.10.2021-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Təqdim etdiyi əmək kitabçasına, hərbi biletinin və texniki peşə təhsili haqqında attestatının surətlərinə əsasən onun sığorta stajı 01.01.2006-cı il tarixinədək 21 il 8 ay 1 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixinədək sığorta stajına (21 il 8 ay 1 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16511,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 06.09.2021-ci il tarixli arayışına əsasən 01.09.1995-ci il tarixindən 12.02.2002-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumat olmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 65 yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının 01.01.2006-cı il tarixinədək 21 il 8 ay 1 gün sığorta stajı olmaqla tələb olunan müddətdən az olması, 01.01.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 06.09.2021-ci il tarixli arayışına əsasən 01.09.1995-ci il tarixindən 12.02.2002-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində əmək haqqı hesablanması barədə məlumat olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsinin qanunauyğun hesab edilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının hərbi xidmət, təhsil müddəti və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 21 il 8 ay 1 gün təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş 01.09.1995-ci ildən 12.02.2002-ci ilə qədər Bakı Çayçəkici Fabrikasında işlədiyi dövrlərdir. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00806-2022, 15.02.2022-ci il tarixli məktubundan göründüyü kimi "xxxx" ASC-nin natamam arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılır və həmin arxiv sənədlərindən İddiaçı aid işə daxil olma, yerin dəyişdirilməsi barədə əmrlər vardır. Təhvil verilmiş natamam sənədlərdə 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə məlumat aşkar edilməsə də digər dövrlərə aid əmək haqqı cədvəlləri də yoxdur. Bundan əlavə işəgötürən tərəfindən arxiv sənədlərinin natamam təhvil verilməsi iddiaçının iradəsindən asılı olan hal deyildir və bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə hazırda qüvvədə olan əmək qanunvericiliyində vətəndaşa pensiya təyin edilməsi üçün onun əmək haqqı cədvəllərinin əsas götürülməsi nəzərdə tutulmur. Eyni zamanda məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ilə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 01.09.1995-ci ildən 12.02.2002ci ilədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət müddəti, təhsil müddəti və əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 28 il 11 ay 12 gün sığorta stajı mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə hesab edir ki, İddiaçı 25 ildən artıq (28 il 11 ay 12 gün) sığorta stajına malik olduğu halda ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməli, iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi isə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 09.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 09.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5022/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5022/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver