Məhkəmə qərarları › İş №e-2-1(112)-5022/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5022/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5022/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 41 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə xx.xx.1978-ci ildə vəfat etmiş X1 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 41 saylı fərdi yaşayış evinin 0,0173 ha torpaq (həyatyanı və tikinaltı) sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 41 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə xx.xx.1978-ci ildə vəfat etmiş X1 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 41 saylı fərdi yaşayış evinin 0,0173 ha torpaq (həyatyanı və tikinaltı) sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçıların iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 41 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə xx.xx.1978-ci ildə vəfat etmiş X1 paylı mülkiyyətçi kimi qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 41 saylı fərdi yaşayış evinin 0,0173 ha torpaq (həyatyanı və tikinaltı) sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi və plan ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar