Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5071/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə yerləşən, "xxxx" MMC-yə məxsus ərazidə Dolçasaray Residence adlanan hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 453 kv.m olan 60 saylı mənzilin, yeni dəyişikliklə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 162 saylı binanın ümumi sahəsi 453 kv.m olan 71 saylı mənzilinin texniki pasportuna düzəliş edilərək, ümumi sahəsi 453 kv.m olan 71 saylı mənzilin iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək İddiaçı faktiki olaraq mülkiyyətində və istifadəsində olan 344.32 kv.m sahə ilə 73.38 kv.m sahə birləşdirilərək ümumi sahəsi 417.7 kv.m təşkil edən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 162 saylı binadakı 71 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2016-cı il tarixli, nömrəli A-68 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, Dolçasaray Residence adlanan hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 453 kv.m olan 60 saylı mənzili Alıcıya verməyi, Alıcı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun pay məbləğini ödəməyi öhdəsinə götürür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, nömrəli 629-19A saylı maliyyə arayışına əsasən, İddiaçı ünvan 1 ünvanındakı hündür mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 453 kv.m olan 60 saylı mənzilin tam məbləğini MMC-nin kassasına ödəmişdir. İddiaçı MMC-yə heç bir borcu yoxdur. Lakin cavabdeh inzibati oqan tərəfindən İddiaçı adına ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 344.32 kv.m olan mənzilə dair çıxarış verilmişdir. Alqı-satqı müqaviləsində ümumi sahəsi 453 kv.m olan mənzil razılaşdırılsa da, çıxarışda ümumi sahə 344.32 kv.m göstərilmişdir. Bununla bağlı iddiaçı tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlanaraq ümumi sahənin texniki pasporta daxil olmayan hissəsinə düzəliş edilərək yeni çıxarış verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 344.32 kv.m qeyd olunsa da, faktiki sahə 417 kv.m təşkil edir. Əlavə sahə (70.38 kv.m) layihədən kənardır. Layihədən kənar sahənin hansı əsasla müəyyən olunması, ümumiyyətlə, bu haqda iddiaçıya hər hansısa məlumat verilməmişdir. Binanın ümumi görüntüsündə hər hansı dəyişiklik edilməmişdir. İddiaçıya təqdim olunan mənzilin sahəsində hər hansısa layihədən kənar dəyişiklik olmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın cavabı əsassız və qanunsuzdur. Alqı-satqı müqaviləsi bağlanılarkən Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə yerləşən, Dolçasaray Residence adlanan hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 453 kv.m olan 60 saylı mənzilə sonradan müxtəlif ünvan dəyişikliyi edilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə 03 dekabr 2024-cü il tarixli, nömrəli 389/491 saylı vəkil sorğusu verilərək hazırki ünvan dəyişikliyi məlumatları istənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 06 dekabr 2024-cü tarixli, nömrəli 78 A saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, tikilməkdə olan bu çoxmərtəbəli yaşayış binasının ünvanı tikinti başlayan zaman ilkin olaraq ünvan 5 ünvanı ünvan 6rda isə sözügedən bina Nizami küçəsi nömrəli 162 saylı bina kimi dövlət tərəfindən qeydiyyata alınmışdır. İddiaçı bu mənzilə dair təqdim edilmiş çıxarışda həmin mənzilin nömrəsi faktiki olaraq 71 qeyd edilmişdir. Buna səbəb çoxmərtəbəli binanın aşağı mərtəbələrində tikinti işləri zamanı 3-4 otaqlı mənzillərin yenidən bölgüsünün aparılaraq 2 otaqlı mənzillərə dəyişdirilməsi nəticəsində həmin binada mənzillərin sayının faktiki olaraq artması olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, sözügedən mənzil Dolçasaray MTK-nın təsisçilərinin ümumi yığıncağının 07 mart 2016-cı il tarixli, nömrəli 06 saylı protokolundan çıxarışına əsasən, ünvan 7 ünvanda (706-cı məhəllə) yerləşən, “Dolçasaray Residence” adlanan hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsindəki 453 kv.m sahəsi olan 71 saylı mənzil təsisçi X3 verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 ünvan 8 ünvanına dair xx.xx.2024-cü il tarixli texniki pasport verilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsi MTK-nın qərarından sonra, yəni 05 dekabr 2016-cı il tarixində bağlanmasına baxmayaraq mənzilin başqa şəxsə verilməsi ilə əlaqədar olaraq iddiaçıya hər hansısa bir məlumat verilməmişdir. Bu hal iddiaçıya çıxarış almaq istəyərkən məlum olmuşdur. Mənzilin ümumi sahəsinin əks olunduğu texniki pasporta və İddiaçı adına verilmiş çıxarışa düzəliş edilərək, ona ümumi sahəsi 453 kv.m olan mənzilin adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq yeni çıxarış verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, mənzilə dair verilmiş xx.xx.2024-cü il tarixli texniki pasport ilkin qeydiyyat zamanı təqdim olunmuş layihəyə əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Bundan əlavə mənzilin sənəd üzrə sahəsi 344.32 kv.m qeyd olunsa da, faktiki sahə 417.7 kv.m təşkil edir. Əlavə sahə (70.38 kv.m) layihədən kənar sahədir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -"xxxx" MTK üzvlərinin ümumi iclasının 47 saylı xx.xx.2010-cu il tarixli protokolundan çıxarışdan görünür ki, G.Xəlilova koopertativə üzv qəbul olunmaqla MTK-nın oğlu Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllə ünvanında yerləşən 1 girişli “Dolçasaray Residence” adlı ofis və yaşayış binasının 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 346,17 kv.metr olan 6 otaqlı 71 saylı mənzilinin payçısı olması təsdiq edilmişdir. - MA seriyalı ******* nönrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 341.5 kv.metr olan mənzilə X1 mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir -İşdən görünür ki, G.Xəlilovanın xx.xx.2024-cü il tarixli müraciəti əsasında mənzilin sahəsinə dəyişiklik edilmiş, ümumi sahəsi 344.32 kv.metr göstərilmiş və bu barədə xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. - xx.xx.2024-cü il tarixli satıcı X5 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı xüsusi mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 344,32 kv.m olan mənzilini alıcının mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 344.32 kv.metr olan mənzilə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı hazırda onun mülkiyyətində olan 71 saylı mənzilin sahəsinin 344.32 kv.metr deyil, 417.7 kv.metr təşkil etməsinə istinad edərək, həmin ölçüdə mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, işdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, ərizəçinin dediyinə görə bina faktiki vəziyyətdə tikilmişdir. Lakin MTK-nın razılaşdırılmış eskizində 70.38 kv.m sahə öz əksini tapmamışdır. Bu səbəbdən həmin sahə tərtib olunmuş texniki pasportda öz əksini tapmamışdır. Mənzilin ümumi sahəsi 344.32 kv.m, faktiki sahəsi 414,7 kv.metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-14273/2025 nömrəli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzilin sənəd üzrə ümumi sahəsi 344.32 kv.m, 6 otaqlı olsa da, faktiki ümumi sahəsi 414.7 kv.m 4 otaqdan ibarətdir. Mənzil ilkin qeydiyyatı zamanı təqdim edilmiş mənzil yerləşən mərtəbənin razılaşdırılmış layihəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, texniki pasport tərtib edilmişdir. Lakin bina layihədən fərqli inşa edilmişdir. Həmçinin A-68 nömrəli, xx.xx.2016-cı il tarixli "xxxx" MMC və X4 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami küçəsi, 96-cı məhəllədə yerləşən, ona məxsus olan ərazidə tikilməkdə olan, «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən 60 saylı mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun pay məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 453 kv.metrdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 629-19A nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 11 ünvanındakı hündür mərtəbəli binanın 18-ci mərtəbədə yerləşən 60 saylı mənzilin tam məbləğini MMC-in kassasına ödəmişdir. Hazırda İddiaçı heç bir borc yoxdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 78A saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC və İddiaçı arasında 05 dekabr 2016-cı il tarixdə A-68 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən ünvan 12 ünvanda yerləşən “Dolçasaray Residence” adlı çoxmənzilli hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 453 kv.m olan 60 saylı mənzil İddiaçı Məmmədəli oğluna satılmışdır. Qeyd edilən mənzilin müqaviləyə uyğun alqı-satqı məbləği onun tərəfindən "xxxx" MMC-nin kassasına tam ödənilmiş və bu mənzil həmin tarixdən İddiaçı sahibliyində və istifadəsindədir. Tikilməkdə olan bu çoxmərtəbəli yaşayış binasının ünvanı tikinti başlayan zaman ilkin olaraq ünvan 5 ünvanı ünvan 6rda həmin bina Səbail r-nu Nizami küçəsi 162 saylı bina kimi dövlət tərəfindən qeydiyyata alınmışdır. DƏDRX-i tərəfindən İddiaçı bu mənzilə dair təqdim edilmiş çıxarışda həmin mənzilin nömrəsi fakt üzrə 71 qeyd edilmişdir. Bunun səbəbi qeyd edilən binanın aşağı mərtəbələrində tikinti zamanı 3-4 otaqlı mənzillərin yenidən bölgüsünün aparılaraq 2 otaqlı mənzillərə dəyişdirilməsi nəticəsində həmin binada mənzillərin sayının faktiki artması ilə izah edilir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda isə göstərilmişdir ki, azırda İddiaçı istifadəsində və mülkiyyətində olan 344.32 kv.m sahə ilə yanaşı, 73.38 kv.m sahənin də tam dəyəri İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş, həmin sahə faktiki olaraq istifadəsinə və mülkiyyətinə verilmişdir. Bu baxımdan, İddiaçı hazırda mülkiyyətində və istifadəsində olan 344.32 kv.m sahə ilə ilə yanaşı 73.38 kv.m sahənin də dəyəri tam şəkildə "xxxx"MMC-yə ödənilməklə İddiaçı mülkiyyətinə və istifadəsinə verilməsi faktı "xxxx" MMC tərəfindən təsdiq olunur. Beləliklə, işin göstərilən halları ilə müəyyən edilir ki, sahəsi 453 kv.metr kimi göstərilən 71 saylı mənzil MTK tərəfindən 2016-cı ildə dəyəri ödənilməklə iddiaçıya verilmiş, iddiaçı həmin mənzildən istifadə etmiş, ona sahiblik etmişdir. Sonradan həmin mənzilə mülkiyyət hüququnun G.Xəlilovanın adına qeydə alınması müəyyən edilmiş, G.Xəlilova mənzili xx.xx.2024-cü ildə iddiaçıya satmışdır. Lakin G.Xəlilovanın mülkiyyətində olan mənzilin sahəsi 344.32 kv.metr göstərilmiş, buna görə də həmin alqısatqı müqaviləsinə əsasən iddiaçının da mülkiyyət hüququ qeydə alınarkən mənzilin sahəsi 344.32 kv.metr göstərilmişdir. Halbuki işin halları ilə mənzilin ümumi sahəsinin 344.32 kv.metr deyil, 414.7 kv.metr olması, əlavə 70 kv.metr sahənin sonradan artırılmadığı, mənzilin tərkib hissəsi olduğu və binanın layihədən fərqli inşa edilməsi nəticəsində bu fərqin yaranması öz təsdiqini tapır. İşdən görünür ki, iddiaçı 71 saylı mənzilin 344.32 kv.metr ölçüdə hissəsinin dəyərini əvvəlki mülkiyyətçi G.Xəlilovaya, qalan hissəsinin dəyərini isə binanı tikən MTK-ya ödəmişdir. Buna görə də yuxarıda qeyd olunan normaların tələbindən çıxış edən məhkəmə hesab edir ki, iddiaçı dəyərini ödədiyi və mənzilinin tərkib hissəsini təşkil edən sahəyə də hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdırr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır (iddiaçı ərizəsində mənzilin sahəsini texniki səhv olaraq 417,7 kv.metr göstərsə də, işdən görünür ki, faktiki sahə 414.7 kv.metrdir). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan 344.32 kv.m sahə ilə istifadəsində olan 70.38 kv.m sahənin birləşdirilərək, ümumi sahəsi 414.7 kv.m təşkil edən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllə ünvanında yerləşən çoxmənzilli yaşayış binasındakı 71 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reeystrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5071/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5071/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver