Məhkəmə qərarları › İş №e-2-1(112)-5098/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5098/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5098/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi Hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndələri X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) və X7 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, şöbə rəisi işləyir),cаvаbdеhin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, şöbə rəisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qаrşı “qərarların ləğv edilməsi, ƏDV məbləğlərinin ƏDV bəyannamələri üzrə bərpa edilməsi və şəxsi vərəqdə əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarlarının ləğv edilməsi, cavabdehin üzərinə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələrinin 318-319-cu sətirlərində Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq əvvəlki dövrləri əhatə edən bəyannamələrlə təqdim edilmiş dövriyyələr dəqiqləşdirilərək azaldılmışdır.Belə ki, 2021-ci ilin yanvar-iyun ayları üzrə dəqiqləşdirilmiş dövriyyələr həmin ilin dekabr ayı üzrə, 2021-ci ilin iyul-sentyabr ayları üzrə dəqiqləşdirilmiş dövriyyələr 2022-ci ilin yanvar ayı üzrə və 2021-ci ilin oktyabr-dekabr ayları üzrə dəqiqləşdirilmiş dövriyyələr 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş və 2021-ci ilin dekabr ayı üzrə 2413818,03 manat (ƏDV məbləği 434487,25 manat), 2022-ci ilin yanvar ayı üzrə 912138,36 manat (ƏDV məbləği 164184,90 manat), 2022-ci ilin fevral ayı üzrə 731930,63 manat (ƏDV məbləği 131 747,51 manat) olmaqla ümumilikdə 4057887,02 manat (ƏDV məbləği 730419,66 manat) azaldılmışdır.Dəqiqləşmələrə səbəb iki ölkənin, Azərbaycan və X12 administrasiyaları rəhbərləri arasında imzalanmış razılaşma protokolu olmuşdur. xx.xx.2021-ci il tarixli sonuncu razılaşma protokoluna əsasən 2021-ci il üzrə tərəflər bir-birlərinin inventar parkına aid olan bütün növ vaqonlara görə ilk 8 sutka üzrə hər iki tərəf, karbamid daşınmasında istifadə olunan taxıldaşıyan tip Gürcüstan vaqonlarına görə "xxxx" QSC isə ilk 12 sutka vaqonların istifadə haqqından azad edilirlər.MDB üzvü olan ölkələr tərəfindən X15nın işlərinin dövlətlərarası səviyyədə koordinasiya olunması və onun razılaşdırılmış fəaliyyət prinsiplərinin hazırlanması məqsədilə xx.xx.1992-ci il tarixli Sazişə əsasən MDB Birliyinə üzv olan 11 dövlətin X15nın idarəetmə orqanlarının administrasiyalarının rəhbərlərindən ibarət X15 Şurası yaradılması barədə razılığa gəlinmişdir.Daha sonra xx.xx.1992-ci ildə MDB-yə üzv olan ölkələrin başçılarının qərarı ilə Şura və onun Müdirliyinin Əsasnamələri təsdiq edilmişdir.Şura tərəfindən təsdiqlənmiş sənədlər üzv ölkələrin dəmir yolu administrasiyaları üçün icrası labüd olan beynəlxalq sənədlər hesab olunurlar. X15 Şurasının 5 aprel 1996-cı il tarixli qərarı ilə “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydası” təsdiq edilmişdir.Həmin Qaydaların 1.31-ci bəndinə əsasən Sazişin iştirakçısı olan digər dövlətlərin dəmir yolu administrasiyalarının maraqlarına toxunmursa Sazişin iştirakçısı olan dövlətlərin dəmir yolu administrasiyaları öz aralarında vaqonlardan qarşılıqlı istifadəyə dair, o cümlədən istifadə şərtləri və qarşılıqlı ödəniş tariflərinin məbləği və hesablaşmalar barədə ikitərəfli və çoxtərəfli xüsusi sazişlər bağlaya bilərlər (müqavilənin bağlanması barədə dəmir yolu administrasiyaları tərəfindən Şuranın Müdirliyinə bildirilməklə). Qaydaların 4-cü hissəsində “vaqon istifadəsinə görə haqq” dövlətlərarası qovşaq nöqtəsində sahibinə və ya üçüncü ölkəyə təhvil verildiyi ana qədər vaqon-sutka əsas götürülmüş hesablanmış məbləği ehtiva edir.Qaydaları əsas götürərək Azərbaycan və X12 administrasiyaları öz aralarında hər iki tərəfin maraqlarını təmin edəcək şərtlərlə yük vaqonlarından istifadəyə görə Protokol (Razılaşma) imzalamışlar. 20 may 2021-ci il tarixdə imzalanmış protokolda 2021-ci il üzrə tərəflər birbirlərinin inventar parkına aid olan bütün növ vaqonlara görə ilk 8 sutka üzrə hər iki tərəf, karbamid daşınmasında istifadə olunan taxıldaşıyan tipli Gürcü vaqonlarına görə isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilk 12 sutka üzrə vaqonların istifadə haqqından azad edilirlər.Başqa sözlə göstərilən qaydada hesablaşma “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq “0” tarif tətbiq etməklə aparılmışdır.20 may 2021-ci il tarixdə imzalanmış Protokola əsasən hesablaşmaların aparılması baza tarifləri əsasında tərtib edilmiş ilkin hesabatların, hər ay üzrə tərtib edilən Protokollar əsasında yenidən hesablanaraq tərtib edilməsi nəzərdə tutulmuşdur.Lakin qeyd edilən hallara baxmayaraq 2021-ci ilin ilk 6 ayı üzrə yenidən hesablaşma üçün əsas olan Protokol 22-24 dekabrda, iyul-sentyabr ayları üzrə 18 yanvar 2022-ci ildə, oktyabr-dekabr ayları üzrə isə xx.xx.2022-ci ildə tərtib edilərək nəzərdə tutulan qaydada hər ay üzrə deyil, gecikmə ilə rəsmiləşdirilmişdir.Protokolların gec tərtib edilərək rəsmiləşdirilməsi səbəbindən tərəflər vaqonlardan istifadəyə görə haqları baza tarifləri əsasında tam məbləğdə hesablamışlar.Başqa sözlə yuxarıda qeyd edilən aylar üzrə ƏDV bəyannamələrində 20 may 2021-ci il tarixli Protokolda nəzərdə tutulduğu kimi 8 və 12 sutkaya görə azad olma (“0” tarif) tətbiq edilmədən hesablanmış dövriyyələrlə əks etdirilmişdir.Protokollar imzalandıqca iddiaçı yuxarıda göstərilən qaydada bəyannamələrdə dövriyyələr dəqiqləşdirilmişdir.Yəni 2021-ci ilin dekabr ayında imzalanmış Protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin yanvar-iyun ayları üzrə, 2022-ci ilin yanvar ayında imzalanmış protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin iyul-sentyabr ayları üzrə, 2022-ci ilin mart ayının 1-də imzalanmış Protokola əsasən fevral ayının (2022-ci il) bəyannaməsində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövriyyələr dəqiqləşdirilərək azaldılmışdır.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi təqdim edilmiş dövriyyələrin dəqiqləşdirilməsinə əsas olan sənədləri və izahat məktublarında göstərilmiş açıqlamaları və izahatları nəzərə almadan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********936300, **********946000, **********943900 nömrəli qərarlar qəbul edərək dövriyyələrin dəqiqləşdirilməsi nəticəsində azaldılmış ümumilikdə 730419,66 manat ƏDV məbləğlərini ləğv etmişdir.Həmin qərarların ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müraciət edilsə də müraciət təmin edilməmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar və xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayları üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin 319.1-ci (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətirinin ödənilmiş məbləğ hissəsində vergi tutulan dövriyyə mənbələrinin 2021-ci ilin dekabr ayı üzrə 2413818.03 manat (ƏDV məbləği 434487.25 manat), 2022-ci ilin yanvar ayı üzrə 912138.36 manat (ƏDV məbləği 164184.90 manat), 2022-ci ilin fevral ayı üzrə 731930.63 manat (ƏDV məbləği 121747.51 manat) olmaqla ümumilikdə 405787.02 manat (ƏDV məbləği 730419.66 manat) azaldılması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Cəmiyyətə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublar göndərilərək müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamələrin və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktublara əsaslı və ətraflı münasibət bildirilmədiyi üçün 2021-ci ilin dekabr ayı üzrə 434487.25 manat, 2022-ci ilin yanvar ayı üzrə 164184.90 manat və 2022-ci ilin fevral ayı üçün isə 131747.51 manat olmaqla, ümumilikdə qeyd olunan dövr üzrə 730419.66 manat əlavə dəyər vergisi məbləği hesablanaraq müvafiq olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********936300, **********946000 və **********9943900 nömrəli qərarlar qəbul olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində onun tərəfindən “X12” SC-dən xidmətlərin alındığını və qarşılıqlı olaraq heç bir ödənişin edilmədiyini (ilk 8-12 gün ərzində) bildirmiş və əsas kimi MDB ölkələrinin X15 Şurasının Qərarları ilə təsdiq edilmiş “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci maddəsini qeyd etmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş təsdiqedici sənədlərdən məlum olmuşdur ki, X8 üzv olan ölkələr xx.xx.1992-ci il tarixdə bağlanmış Sazişə əsasən X8 üzv olan 11 ölkənin X15nı idarəetmə orqanlarının administrasiyalarının rəhbərlərindən ibarət X15 Şurası yaradılması barədə razılığa gəlmişlər. X15 Şurasının xx.xx.1996-cı il tarixli qərarı ilə “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması” Qaydaları təsdiq edilmişdir. Qaydaların 1.31-ci maddəsinə əsasən Sazişin iştirakçısı olan digər dövlətlərin dəmir yolu administrasiyalarının maraqlarına toxunmursa Sazişin iştirakçısı olan digər dövlətlərin dəmir yolu administrasiyaları öz aralarında vaqonlardan qarşılıqlı istifadəyə dair, o cümlədən istifadə şərtləri və qarşılıqlı ödəniş tariflərinin məbləği və hesablaşmalar barədə ikitərəfli və çoxtərəfli xüsusi sazişlər bağlaya bilərlər (belə bir müqavilənin bağlanması barədə dəmir yolu idarələri tərəfindən Şuranın Müdürliyinə məlumat verməklə). “X16” SC-nin rəhbərlərinin xx.xx.2021-ci il tarixli görüşünün Protokoluna əsasən “X16” SC və "xxxx" QSC-nin rəhbərləri arasında aparılmış danışıqlar nəticəsində tərəflərin bir-birinin öz inventar parkının yük vaqonlarından istifadə haqqından azad edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin Protokola əsasən yük vaqonlarından istifadəyə görə ödənişdən 8 və 12 gün müddətinə azad edilmə yenidən hesablama vərəqələrinə uyğun olaraq həyata keçirilir və tərəflər hər ay yenidən hesablama məbləğlərini qarşılıqlı hesablaşmalarda əks etdirmək üçün üzləşdirirlər. Göründüyü kimi, X15 Şurasının təsdiq etdiyi Qaydalar iştirakçılara öz aralarında xüsusi saziş bağlayaraq xidmət haqları və qarşılıqlı istifadə şərtlərinin müəyyən edilməsi imkanlarını tanımaqla həmin subyektlərin öz təsərrüfat fəaliyyətlərində tənzimləmə imkanı vermişdir. Belə ki, tərəflər arasında əldə olunan razılaşmada yük vaqonlarından istifadəyə görə hesablaşmaların (8-12 gün ərzində) qarşılıqlı olaraq əvəzləşdirilməsi nəzərdə tutulmuş və təqdim edilmiş sənədlərin heç birində bu əməliyyatların vergilərdən azad edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Eyni zamanda, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt vergi qanunvericiliyi ilə tənzimlənir. Cəmiyyət tərəfindən Azərbaycan Respublikasında “X12” SC-yə göstərilmiş xidmətlərin dəyəri ƏDV-nin məqsədləri üçün vergiyə cəlb olunur və xidmətin dəyəri üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmaqla) sütunun 301.1-ci sətirində “Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlar”, qarşılıqlı hesablamalar aparıldıqda öhdəliyin ləğv edildiyi hissəsi bəyannamənin “daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütunun 301.1-ci sətrində “Malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlar”, qarşılıqlı olaraq öhdəliyin ləğv edilmədiyi, barter əməliyyatının həyata keçirilmədiyi, tələb hüququ güzəşt edilmədikdə və ya nağd pul vəsaitini almadıqda, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba mədaxil olmadığı hallarda, qalan vəsait bəyannamənin “Hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği” sütununun 307.1-ci sətirində “ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” bəyan edilməlidir. Eyni zamanda, «Azərbaycan Dəmir Yolları” QSC tərəfindən inventar parklarına aid olan bütün növ vaqonlara görə ilk 8-12 gün ərzində hesablaşmaların qarşılıqlı olaraq ləğv edilməsi ƏDV-nin məqsədləri üçün 18 faiz dərəcə ilə vergi tutulan əməliyyat olduğu və göstərilmiş bu xidmətlər üzrə hesablaşmaların qarşılıqlı olaraq əvəzləşdirildiyi vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab edildiyi üçün qeyd olunan hallar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 163-cü maddəsinə aid edilmir. «Azərbaycan Dəmir Yolları” QSC və “X12” SC arasında əldə olunan razılaşmada yük vaqonlarından istifadəyə görə hesablaşmaların (8-12 gün ərzində) qarşılıqlı olaraq əvəzləşdirilməsinin nəzərdə tutulduğunu, sənədlərin heç birində bu əməliyyatların vergilərdən azad edilməsi ilə bağlı heç hansı müddəanın nəzərdə tutulmadığını, «Azərbaycan Dəmir Yolları” QSC və “X13” SC tərəfindən inventar parklarına aid olan bütün növ vaqonlara görə ilk 8-12 gün üzrə hesablaşmaların qarşılıqlı olaraq ləğv edilməsi ƏDV-nin məqsədləri üçün 18 faiz dərəcə ilə vergi tutulan əməliyyat olduğunu, göstərilmiş bu xidmətlər üzrə bu hesablaşmaların qarşılıqlı olaraq əvəzləşdirildiyi vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab edildiyini nəzərə alsaq bu əməliyyatlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 163-cü maddəsinin müddəalarına aid olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması, hazırki mübahisələndirilən qərarların ləğv edilməsi ilə bağlı müraciətlər etmiş, lakin müraciətlər nəticə verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri X2 və X10 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının və cavabdehin nümayəndələrinin izаhаtlarını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi əsaslıdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə iddia tələbini və iddiaya etirazın əsaslarını təsdiq edən sübut qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********476000 nömrəli qərarı, cavabdehin xx.xx.2022-ci il tarixli, **********946000, **********943900, **********936300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar”ları, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında qeyd edilən qərarlarla bağlı yazışmalar, “X16” SC və "xxxx" QSC rəhbərlərinin iclaslarının xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli protokolları,”Azərbaycan Dəmir Yolları” QSC və “X16” SC nümayəndələrinin görüşünün xx.xx.2021-ci il tarixli iclas protokolu, “X16” SC və "xxxx" QSC arasında imzalanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli protokollar, “X16” SC və "xxxx" QSC arasında beynəlxalq dəmir yolu əlaqəsində qarşılıqlı hesablaşma qaydası haqqında xx.xx.2016-cı il tarixli müqavilə, Azərbaycan Respublikası, Gürcüstan, Türkmənistan və Özbəkistan Respublikası arasında X15nın fəaliyyətinin koordinasiyası haqqında müqavilə, ƏDV bəyannamələri, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar”, iddiaçının cavabdehə müraciət məktubları təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin yanvar-iyun, iyul-sentyabr və oktyabr-dekabr ayları üzrə ƏDV bəyannamələri təqdim edilmişdir, sonradan həmin dövrlər üzrə dəqiqləşdirilmiş dövriyyələr 2022-ci ildə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş və 2021-ci ilin dekabr ayı üzrə 2413818,03 manat (ƏDV məbləği 434487,25 manat), 2022-ci ilin yanvar ayı üzrə 912138,36 manat (ƏDV məbləği 164184,90 manat), 2022-ci ilin fevral ayı üzrə 731930,63 manat (ƏDV məbləği 131 747,51 manat) olmaqla ümumilikdə 4057887,02 manat (ƏDV məbləği 730419,66 manat) azaldılmışdır, bunun nəticəsində cavabdeh tərəfindən iddiaçı barədə kameral vergi yoxlaması aparılmış və kameral vergi yoxlaması nəticəsində iddiaçı barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlar nəticəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 434487.25 manat, 2022-ci ilin yanvar ayı üzrə 164184.90 manat və 2022-ci ilin fevral ayı üçün isə 131747.51 manat olmaqla, ümumilikdə qeyd olunan dövr üzrə 730419.66 manat əlavə dəyər vergisi hesablanmışdır.İddiaçı həmin qərarları əsassız hesab edərək inzibati qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət vermiş, lakin şikayət təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır:23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.10-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin “Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi” adlandırılan 163-cü maddəsində göstərilir:”163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;163.1.2. əməliyyatın xarakteri dəyişdikdə;163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaiməfaktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.” İşin faktiki hallarına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ilin ümumilikdə yanvar-dekabr ayları üzrə təqdim edilmiş dövriyyələr sonradan, iddiaçı ilə “X12” SC arasında göstərilmiş xidmətlərin bir hissəsinin “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq qarşılıqlı olaraq “0” tarif tətbiq etməklə göstərilməsi nəzərə alınmaqla dəqiqləşdirilərək azaldılmış və bununla bağlı dəqiqləşdirilmiş dövriyyələr cavabdehə təqdim edilmişdir.Yəni 2021-ci ilin dekabr ayında “X12” SC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış Protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin yanvar-iyun ayları üzrə, 2022-ci ilin yanvar ayında imzalanmış protokola əsasən həmin ayın bəyannaməsində 2021-ci ilin iyul-sentyabr ayları üzrə, 2022-ci ilin mart ayının 1-də imzalanmış Protokola əsasən fevral ayının (2022-ci il) bəyannaməsində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövriyyələr dəqiqləşdirilərək azaldılmışdır.Cavabdehə təqdim edilmiş dövriyyələrin dəqiqləşdirilməsinə əsas olan sənədlər və izahat məktubları təqdim edilmiş, lakin cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********936300, **********946000, **********943900 nömrəli qərarları ilə dövriyyələrin dəqiqləşdirilməsi nəticəsində azaldılmış ümumilikdə 730419,66 manat ƏDV məbləğləri iddiaçıya yenidən hesablanmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında öz mövqeyini onunla əsaslandırmışdır ki, «Azərbaycan Dəmir Yolları” QSC və “X12” SC arasında əldə olunan razılaşmada yük vaqonlarından istifadəyə görə hesablaşmaların (8-12 gün ərzində) qarşılıqlı olaraq əvəzləşdirilməsi nəzərdə tutulmuşdur, lakin iddiaçının təqdim etdiyi sənədlərin heç birində bu əməliyyatların vergilərdən azad edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin qeyd edilən etirazı ilə bağlı aşağıda göstərilənləri qeyd edir. İş materiallarından göründüyü kimi xx.xx.1991-ci il tarixli “X6 dəmir yol nəqliyyatının koordinasiya orqanları haqqında razılaşma”nın 1-ci bəndinə əsasən X6 üzv-dövlətlərinin dəmir yolu administrasiyaları və idarəetmə orqanları başçılarından ibarət olan, dəmir yol nəqliyyatının dövlətlərarası səviyyədə işinin koordinasiyası və onun fəaliyyətinin birgə prinsiplərinin işlənməsi üçün dəmir yol nəqliyyatı üzrə Şura təsis edilmişdir,həmin razılaşmaya Azərbaycan Respublikası və daha 10 MDB ölkəsinin hakimiyyətlərinin nümayəndələri imza etmişlər. xx.xx.1992-ci il tarixdə keçirilmiş MDB-yə üzv olan ölkələrin başçılarının iclasında qəbul edilmiş qərar ilə “Birliyin iştirakçısı-dövlətlərin dəmir yol nəqliyyatı üzrə Şura Direksiyası haqqında” Əsasnamə və “Birliyin iştirakçı-dövlətlərin X15 üzrə Şura haqqında Əsasnamə” təsdiq edilmişdir.Qeyd edilən Əsasnamələrdən görünür ki, Direksiya funksiyasına digər məsələlər ilə yanaşı dəmir yol administrasiyalara vaqonların və konteynerlərin uçotu və istifadəsi üzrə, onlardan istifadəyə görə qarşılıqlı hesablaşmaların, vaqonların və konteynerlərin işinin avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin normativ sənədlərinin işlənməsində iştirak etmək daxildir, Birliyin iştirakçıdövlətlərin X15 Şurası isə dövlətlərarası səviyyədə X15nın işini koordinasiya edən dövlətlərarası orqandır, Şuranın əsas məqsədləri dövlətlərarası səviyyədə X15nın və üçüncü tərəflərlə dəmir yolu əlaqəsində işinin koordinasiyasıdır, vahid iqtisadi məkan çərçivəsində Birliyin iştirakçı-dövlətləri arasında nəqliyyat-iqtisadi əlaqələrin işlənməsinin və inkişafın təmin edilməsi üçün X15nın işinin razılaşdırılmış şərtlərinin və prinsiplərinin qəbul edilməsi, öz fəaliyyətləri dairəsində normativ sənədlərin qəbul edilməsidir. X15 Şurasının 5 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Digər dövlətlərə məxsus yük vaqonlarının istismarı, nömrələr üzrə uçotu və hesablaşma qaydaları”nın 1.31-ci bəndinə əsasən Sazişin iştirakçısı olan dövlətlərin dəmir yolu administrasiyaları bir-biri ilə vaqonların qarşılıqlı istifadəsi, o cümlədən istifadə şərtləri və qarşılıqlı hesablaşmalar, ödəniş tariflərinin məbləği ilə bağlı, əgər yük vaqonlarının və konteynerlərinin birgə istifadəsi haqqında Sazişin üzvü olan dövlətlərin bu sazişləri digər dəmir yolu administrasiyalarının mənafelərinə toxunmursa, bir biri ilə ikitərəfli və çoxtərəfli xüsusi sazişlər bağlaya bilərlər. Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında X15nın fəaliyyətinin əlaqələndirilməsi haqqında” Sazişin 9-cu maddəsinin 1-ci bəndinə əsasən tərəflər X15nda əlaqələndirilmiş və razılaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin zərurliyini qəbul etmişlər, həmin Sazişin 13-cü maddəsinin 2-ci bəndinə əsasən tərəflərin səlahiyyətli orqanları öz aralarında bu Sazişin icrasının qaydasını daha da geniş göstərən sazişlər bağlaya bilərər. “X12” SC və "xxxx" QSC arasında beynəlxalq dəmir yolu əlaqəsində qarşılıqlı hesablaşma qaydası haqqında” bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər beynəlxalq əlaqələrdə dəmir yolu daşımalarına görə qarşılıqlı hesablaşmaları aşağıdakılara uyğun aparmağı öhdələrinə götürmüşlər: “X9 iştirakçı ölkələrin, Latviya Respublikasının, Litva Respublikasının, Estoniya Respublikasının dəmir yol administrasiyaları arasında kompleks hesablaşma qaydalarına; tərəflər iştirakçıları olan Müqavilələrə və Sazişlərə uyğun, hazırki Müqavilənin şərtlərinə zidd olmayan hissədə, hazırki müqavilə ilə nəzərdə tutulmuş müddəalarla”. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən milli valyutada ifadə edilmiş hesablaşma sənədlərinin yekun məbləğləri hər Tərəf öz ölkəsinin mühasibat çıxarışının tərtib edilmə ayının son gününə etibarlı olan Milli bankın kursu üzrə İsveçrə frankına yenidən hesablayır.Tərəflər mühasibat çıxarışlarına milli valyutada ifadə olunmuş hesablaşma sənədlərinin yekun məbləğlərini, “Hesablaşmaların maddələrinin adları” qrafasında İsveçrə frankına yenidən hesablamanı mütləq göstərməklə daxil edirlər, 5.4-cü bəndinə əsasən Tərəflər mühasibat çıxarışını tərtib etmə ayından sonrakı ayın 10-na qədər birbirinə faksla və ya poçtla mühasibat çıxarışlarını göndərirlər. Azərbaycan və X12 administrasiyaları rəhbərləri arasında imzalanmış xx.xx.2020-ci il tarixli razılaşma protokoluna əsasən “yük vaqonlarından istifadəyə görə əsas və birləşmiş hesablaşma cədvəllərin formalaşması zamanı hesablaşmalara tam reyslər daxil olunur. 8 (səkkiz) sutka yük vaqonlarından istifadəyə görə ödənişdən azad olma yenidən hesablaşma cədvəlləri üzrə həyata keçirilir.” Azərbaycan və X12 administrasiyaları rəhbərləri arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşma protokoluna əsasən “Tərəflər "xxxx" QSC və “X16” SC rəhbərlərinin danışıqlarının xx.xx.2020-ci il tarixli Protokolun təsirini inventar parkın bütün vaqonlarına 1 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci il tarixə qədər yayılmasını”, “X16” SC mülkiyyəti olan taxıldaşıyanla karbamidin tranzit daşınmaları üzrə 1 yanvar 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixə qədər "xxxx" QSC-ni ilk 12 sutka vaqonlardan istifadəsinə görə ödənişdən azad etməsini” razılaşdırmışlar. Bundan sonra "xxxx" QSC və “X16” arasında 22-24 dekabr 2021-ci ildə,01 mart 2022-ci ildə, 18 yanvar 2022-ci ildə ümumilikdə 2021-ci ilin yanvar ayından dekabr ayına qədər ilk 8 sutka və 12 sutkaya görə ödənişdən azad olunmalar nəzərə alınmaqla bir-birlərinə çatası ödənişləri yoxlamış 8 və 12 sutkaya görə yenidən hesablaşma məbləğlərinin mühasibat çıxarışlarına daxil edilməsini razılaşdırmışlar. Göründüyü kimi iddiaçı ilə “X12” SC “X12” SC-dən arasında “Digər dövlətlərin yük vaqonlarının istismarı, uçotu və istifadəsi üzrə hesablaşmaların aparılması qaydaları”nın 1.31-ci bəndinə uyğun olaraq bir-birlərinə xidmətin müəyyən bir hissəsini “0” tarif tətbiq etməklə göstərilməsi razılaşdırılmışdır və həmin “0” tarif tətbiq edilməklə göstərilən xidmət hissəsində dəqiqləşmə aparılaraq cavabdehə 2021-ci il üzrə dəqiqləşdirilmiş ƏDV tətbiq edilən dövriyyələrin əks olunduğu bəyannamələr təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:..166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq.175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDVnin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir.Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Göründüyü kimi vergi qanunvericiliyində ƏDV üzrə mövcud olmayan öhdəliyin əvəzləşdirilməli olması nəzərdə tutulmamışdır, bu səbəbdən də məhkəmə hesab edir ki, ödənişlərin həyata keçirilmədiyi halda cavabdeh tərəfindən ödənilməmiş məbləğlərlə bağlı ƏDV hesablanması barədə qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qanunvericiliyinə uyğun olmamışdır, bu səbəbdən iddiaçı cavabdehin ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarlarının ləğv edilməsini, cavabdehin üzərinə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddiası təmin edilməli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarları ləğv edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə dəqiqləşdirilmiş dövriyyələr əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33, 34, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barədə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2022-ci il 27 may tarixli, **********946000, **********936300, **********943900 nömrəli qərarları ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dəqiqləşdirilmiş dövriyyələri əks etdirilmiş 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarının ƏDV bəyannamələri üzrə ƏDV məbləğlərinin bərpa edilməsi və şəxsi vərəqədə əks olunması öhdəliyi qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеlyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar