Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5099/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “YPX əməkdaşının qanuna zidd hərəkəti, Səməd Vurğun küçəsindən sağa Mirəsədulla Mirqasımova dönərkən dayanma durma yol nişanı altında, və ağacın sallanan budağı altında dayanıb və təhlükə yaratması, maneə yaradıb və çaşqınlıq yaratması düzgün dəyərləndirilməməsi, işin yenidən baxılması və YPX əməkdaşının pozduğu qanunlara görə müvafiq hərəkətlərin edilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “YPX əməkdaşının qanuna zidd hərəkəti, Səməd Vurğun küçəsindən sağa Mirəsədulla Mirqasımova dönərkən dayanma durma yol nişanı altında, və ağacın sallanan budağı altında dayanıb və təhlükə yaratması, maneə yaradıb və çaşqınlıq yaratması düzgün dəyərləndirilməməsi, işin yenidən baxılması və YPX əməkdaşının pozduğu qanunlara görə müvafiq hərəkətlərin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2024-cü il tarixdə DYP-nin YPX əməkdaşı tərəfindən İXP6581934 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar tərtib edilmişdir. İddiaçının şikayətinə cavab verilmiş amma qeyd olunmuşdur ki, "Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən ediməmişdir”. Lakin iddiaçının reqistratorundan əlavə etdiyi şəkildə görünür ki, polisin ordakı dayanama durma olmaz nışanı altında, və ağac əyilən budağı arxasında gizlənməyə çalışıb və dayanıb xidmət aparması görünür. Bu haqda düzgün və tam araşdırılma edilməyib. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, cərimənin ödənilməsi razılaşma hesab edilə bilməz. İddiaçı cəriməni ödəmək məcburiyyətində qalmışdır ki, əlavə hüquqi problemlərlə qarşılaşmasın. İddiaçının şikayətinə baxılması uzun müddət çəkdiyindən və bu müddətdə əlavə problemlərin yaranmaması üçün cəriməni ödəməkdən başqa seçimi qalmayıb. Qanunvericiliyə əsasən, cərimənin ödənilməsi şəxsin cərimə ilə tam razılaşdığı mənasına gəlməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin görədə, "Əgər cəriməni ödədikdən sonra qərarın qanunsuz olduğu məhkəmə tərəfindən müəyyən edilərsə, ödənilmiş məbləğ geri qaytarılmalıdır." Bu maddəyə əsasən, cərimə qanunsuz hesab edilərsə, onun ödədiyi məbləğin geri qaytarılması tələb olunmalıdır. Sarı işıqda keçidi və qanuni izahatı, yolayrıcına daxil olanda sağa dönmək üçün zolağını dəyişmişdir. Yaşıl işıq yanıb sönəndə artıq stop xəttinə yaxın idi və bu anda sarı işıq yandı. Təhlükəsiz dayanmaq üçün kifayət qədər vaxt olmadığından və qəfil əyləc basmaq digər nəqliyyat vasitələri üçün təhlükə yaradacağından, yolayrıcını sağa dönərək tərk etdi. Azərbaycan Respublikasının Yol X2 ilə sarı işıq hərəkət üçün qadağandır, lakin hərəkətin təhlükəsizliyi üçün zəruri olduğu hallarda sürücünün hərəkət etməsi qanun pozuntusu hesab olunmamalıdır. İddiaçının vəziyyətində qəfil dayanma yol-nəqliyyat hadisəsinə səbəb ola bilərdi, ona görə də təhlükəsizlik baxımından sarı işıqda sağa dönərək yolayrıcını tərk etmişdir. Bu, inzibati xəta kimi qiymətləndirilməməlidir. Polis əməkdaşının qanunsuz hərəkətləri iddiaçının cərimələnməyindən daha vacib məsələ, yol polisi əməkdaşının qanunsuz fəaliyyət göstərməsidir. Polis əməkdaşı dayanma-durma nişanı altında avtomobili saxlamış, maşının yanında salınmış ağac bucağı arxasında gizlənmiş və aşkar şəkildə sürücüləri tələyə salmaq məqsədilə dayanmışdır. Bu, vətəndaşları haqsız şəkildə cərimələməyə yönəlmiş qanun pozuntusudur. Polis əməkdaşının qanunsuz hərəkətləri: o, qanunvericiliyə görə, yol polisi dayanma-durma nişanı altında xidmət apara bilməz; o, Polis əməkdaşı şəkilərdə göründüyü kimi gizlənərək sürücüləri tələyə salmışdır; o, qanunsuz yerdə saxlamış, eyni zamanda şəhər kameralarından yox, öz şəxsi müşahidəsinə əsasən cərimə tətbiq etmişdir; o, Yol polisi əməkdaşı iddiaçının vəziyyətini düzgün qiymətləndirməmişdir. Heç bir təhlükəli vəziyyət yaratmamışdır. Polisin qiymətləndirməsi doğru deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, M-161075 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir: “xx.xx.2024-cü il tarixdə idarə etdiyiniz “Nissan” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobiliniz ilə şəhərin Səməd Vurğun küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq svetoforun qadağanedici siqnalında hərəkətinizi davam etdirdiyinizə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar tərtib edilmiş və siz həmin xəta haqqında qəbul edilmiş qərarla razıalaşaraq cərimə məbləğini ödəməklə onu icra etmisiniz. Yol hərəkəti qaydasını pozmağınız həmin ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər" kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Müraciətinizə baxılmasının nəticəsindən narazı qaldığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır”. Məhkəmə tərəfindən iddiaçıya 16 yanvar 2025-ci il tarixlərdə hüquqi yardım barədə məktub göndərilmişdir. Məktubda iddiaçıya aşagıdakılar bildirilmişdir: “...Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir.Hazırda iddianız inzibati xəta haqqında qərarı ilə əlaqədar bağlı yaranmış hüquq münasibətlərindən irəli gələn mübahisənin həllinə yönəldilmişdir.Hazırki şikayətinizə baxılan zamanı həyata keçirilən fəaliyyətilə bağlı hüquq inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid hüquqdur.Odur ki, təyin ediləcək məhkəmə iclasında iddianızın mümkünlüyü məsələsinə baxılacaqdır. “ Məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 24 fevral 2025-ci il və xx.xx.2025-ci il tarixlərə məhkəmə iclasları təyin edilmişdir. 24 fevral 2025-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında iddiaçı ona göndərilən hüquqi yardım məktubu almadığını bildirmiş, məhkəmə tərəfindən məktub ona təqdim edilərək iddiaçıya müvafiq ərizə ilə məhkəməyə müraciət edilməsi üçün müddət verilmişdir. Lakin xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı özünün (və ya nümayəndəsinin) iştirakını təmin etməmiş və məhkəməyə hər hansı vəsatət ilə müraciət etməmiş, məhkəməyə elektron ərizə təqdim edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi iddiaçının tələbi yuxarıda sadalanan iddia növlərinə heç birinə uyğun gəlmir, belə iddia tələbinə inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Məcəllənin 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə(3.2.1.) və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə(3.2.2) şamil olunmur. Göründüyü kimi cavabdeh inzibati orqan olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “YPX əməkdaşının qanuna zidd hərəkəti, Səməd Vurğun küçəsindən sağa Mirəsədulla Mirqasımova dönərkən dayanma durma yol nişanı altında, və ağacın sallanan budağı altında dayanıb və təhlükə yaratması, maneə yaradıb və çaşqınlıq yaratması düzgün dəyərləndirilməməsi, işin yenidən baxılması və YPX əməkdaşının pozduğu qanunlara görə müvafiq hərəkətlərin edilməsi” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5099/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5099/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver