Məhkəmə qərarları › İş №e-2-1(112)-5129/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5129/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5129/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndələri X4, X2 və Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X3 iştirakları ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı qapalı səhmdar cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının İnzibati şikayətlərə baxılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi; Dövlət Vergi Xidməti Aparatının İnzibati şikayətlərə baxılması Baş İdarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2021-ci il tarixli, **********044200 nömrəli qərarının ləğv edilməsi; Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları əsasında iddiaçıya 2019-2020-ci illər üzrə kameral qaydada düzgün olmayaraq əlavə hesablanmış cəmi 578.474.18 manat məbləğin iddiaçının şəxsi hesab vərəqəsində bərpa olunmasının vergi orqanının üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi göstərilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının İnzibati şikayətlərə baxılması Baş İdarəsinin cavabdehlər sırasından çıxarılmasını, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları əsasında iddiaçıya 2019-2020-ci illər üzrə kameral qaydada düzgün olmayaraq əlavə hesablanmış cəmi 578.474,18 manat məbləğin iddiaçının şəxsi hesab vərəqəsində bərpa olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi, Dövlət Vergi Xidməti Aparatının İnzibati şikayətlərə baxılması Baş İdarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2021-ci il tarixli, **********044200 nömrəli qərarının ləğv edilməsi və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları əsasında iddiaçıya 2019-2020-ci illər üzrə kameral qaydada düzgün olmayaraq əlavə hesablanmış cəmi 578.474,18 manat məbləğin iddiaçının şəxsi hesab vərəqəsində bərpa olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (“İddiaçı” və ya “Bank”) tərəfindən xx.xx.2021-ci il tarixində 2020-ci il il üçün, xx.xx.2021-ci il tarixində isə 2019-cu il üçün sonuncu əmlak vergisi bəyannamələri Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim edilmişdir. Həmin bəyannamələrdən çıxarışlar aşağıdakı kimidir: 2019-cu il üzrə (xx.xx.2021-ci il tarixli bəyannamə Hesabat ilinin Hesabat ilinin Hesablanmış əvvəlinə (manat) sonuna (manat) əmlak vergisi əmlakın 59,257,163.44 69,662,133.37 667,933.41 ümumi qalıq dəyəri vergiyə 58,881,658.99 69,389,167.79 cəlb olunan əmlakın qalıq dəyəri vergidən 375,504.45 272,965.58 azad olunan əmlakın qalıq dəyəri 2020-ci il üzrə (xx.xx.2021 tarixli bəyannamə Hesabat ilinin Hesabat ilinin əvvəlinə (manat) sonuna (manat) əmlakın 69,662,133.3 68,762,380.9 Hesablanmış ümumi qalıq dəyəri 7 5 əmlak vergisi: vergiyə cəlb 68,567,366.4 68,567,366.4 736,761.40 olunan əmlakın qalıq 4 4 dəyəri vergidən azad 272,965.58 195,014.51 olunan əmlakın qalıq dəyəri Daha sonra əmlak vergisinin vergitutma obyekti olan əmlakların qalıq dəyərinin müvafiq bəyannamələrdə düzgün əks olunmaması səbəbindən xx.xx.2021-ci il tarixdə 2019-cu və 2020-ci illər üçün növbəti dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilmişdir. Dəqiqləşdirilmiş bəyannamələrdən çıxarışlar isə aşağıdakı kimidir: 2019-cu il üzrə (xx.xx.2021-ci il tarixli bəyannamə) Hesabat Hesabat ilinin əvvəlinə ilinin sonuna (manat) (manat) Hesablan əmlakın 5925716 31.343.1 mış əmlak ümumi qalıq 3,44 43.34 vergisi: 476,338 dəyəri Vergiyə 58.881.6 31.070.1 cəlb olunan 58,99 77.76 əmlakın qalıq dəyəri Vergidən 375.504. 272.965, azad olunan 45 58 əmlakın qalıq dəyəri 2020-ci il üzrə (xx.xx.2021-ci il tarixli bəyannamə) Hesabat ilinin Hesabat ilinin əvvəlinə (manat) sonuna (manat) Hesablanmış əmlakın 31,343,143.3 29,705,524.2 əmlak vergisi: ümumi qalıq dəyəri 4 6 349,882.17 Vergiyə cəlb 31,070,177.7 29,510,509.7 olunan əmlakın qalıq 6 5 dəyəri Vergidən 272,965.58 195,014.51 azad olunan əmlakın qalıq dəyəri Qeyd edilən bəyannamələrlə əlaqədar cavabdeh tərəfindən iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********515800 nömrəli və xx.xx.2021-ci il tarixli **********225900 nömrəli məktublar göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********778500 nömrəli və xx.xx.2021-ci il tarixli **********723700 nömrəli cavab məktublarında iddiaçı bildirmişdir ki, iddiaçının mülkiyyətində olan əmlakların 2019-cu il üzrə 38,318,990.03 manat və 2020-ci il üzrə 39,056,856.89 manat dəyərində olan hissəsi "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinə uyğun olaraq hərracdan iddiaçının mülkiyyətinə keçirilmiş əmlaklardır və həmin əmlaklar müəssisənin əsas vəsaiti hesab olunmadığından, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə görə əmlak vergisinin vergitutma obyektinin dairəsinə düşmür. Həmçinin həmin məktublarda sözügedən əmlaklarla bağlı sənədlər də cavabdehə təqdim olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən əmlak vergisi bəyannaməsi üzrə 2019-cu il üçün 191.594,95 manat və 2020-ci il üçün 386.879,23 manat əlavə vergi hesablaması aparılmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli Qərarlar qəbul olunmuşdur. Qərarlar əsasında iddiaçıya 2019-2020-ci illər üzrə kameral qaydada əlavə hesablanmış cəmi 578.474.18 manat məbləğ onun şəxsi hesab vərəqəsindən (artıq ödəmə məbləğindən) silinmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlardan xx.xx.2021-ci il tarixli **********259600 nömrəli inzibati şikayəti cavabdehə təqdim etmişdir. Dövlət Vergi Xidmətinin Aparatının İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən "İnzibati icraat haqqında" Qanunun 24-cü və 52.3-cü maddələri əsas gətirilərək, inzibati şikayətin icra müddəti uzadılmış və iddiaçıya "Araşdırma müddətinin uzadılması haqqında" xx.xx.2021ci il tarixli **********680500 nömrəli məktub göndərilmişdir. İnzibati şikayətə baxılmasının nəticəsi olaraq, "İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2021-ci il tarixli **********044200 nömrəli Qərar qəbul etmişdir. Həmin Qərara əsasən, "xxxx" QSC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərarlar qəbul edilərkən iddiaçının hüquqları pozulmuş, eyni zamanda maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Belə ki, mübahisənin yaranmasına səbəb olan əmlaklar iddiaçı tərəfindən məcburiyyət qarşısında qalaraq əldə olunmuşdur. "İpoteka haqqında" Qanunun 41-ci maddəsinə görə, ipoteka predmetinin satış üsulları açıq bazarda və ya hərracdan ibarətdir. Qanunun hərracın baş tutmaması qaydalarını tənzimləyən 43-cü maddəsində onun ipoteka saxlayan tərəfindən əldə olunma qaydası müəyyənləşdirilmişdir. Belə ki, “Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir". İddiaçının təqdim etdiyi bank kreditlərinin təminatı qismində iddiaçının xeyrinə yüklü edilmiş daşınmaz əmlaklara dair bir sıra hərraclar “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən baş tutmamış elan olunmuş, nəticədə həmin hərraclarda satışa çıxarılmış ipoteka predmetlərini iddiaçı, kreditin təminatsız qalmaması üçün Qanunun 43.7-ci maddəsinə uyğun olaraq əldə etməli olmuşdur. Əks təqdirdə, iddiaçı həmin əmlakı əldə etməyə razılıq verməsə, Qanunun 43.8-ci maddəsinə əsasən, ipotekaya xitam verilir. İddiaçının mülkiyyətinə bu qayda ilə keçirilmiş və onun mülkiyyətində qalmış bu cür əmlaklar 2019-cu il üzrə cəmi 38318990,03 manat, 2020-ci il üzrə cəmi 39056856,89 manat dəyərində olmuşdur. 2019-cu il üzrə manat və 2020-ci il üzrə manat dəyərində olan əmlaklar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ("Konstitusiya Məhkəməsi") Plenumunun "Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarında Plenum "İpoteka haqqında" Qanunun məhz 43.7-ci il əlaqədar ipoteka saxlayanın vəziyyətini aşağıdakı kimi təsvir etmişdir: "...Eləcə də müvafiq məsələ araşdırılarkən ipoteka saxlayanın, bir çox hallarda məcburiyyət qarşısında qalaraq ipoteka predmetini alması kimi hallar diqqəti cəlb edir." Bundan əlavə, sözügedən əmlaklar ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınmaz əmlaklar olduğundan, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiqlənmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nın 9.2-ci bəndinə əsasən həmin əmlaklar 2 (iki) ildən artıq müddətdə bankın balansında saxlanıla bilməz. Bank qanunvericiliyin tələbləri nəzərə alınmaqla ipoteka hüququnu itirməmək üçün mülkiyyətə götürməli olduğu əmlakların bir qisminin özündən asılı olmayan səbəblərdən satışına da nail ola bilmir. Belə ki, vergi orqanı tərəfindən vergitutma obyekti kimi qəbul olunaraq, əmlak vergisi tətbiq olunmuş həmin əmlakların Bankın mülkiyyətinə keçməsinə baxmayaraq, əmlakların faktiki olaraq icra hərəkətləri yekunlaşmamış və əmlakların boşaldılmasına icra qurumları tərəfindən nail oluna bilinməmişdir. Bununla da, icra qurumları tərəfindən icra hərəkətləri yekunlaşdırılmadığından həmin əmlakların satılması da faktiki olaraq mümkün deyildir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi bu tipli əmlakların ipoteka saxlayanların (hazırkı iş üzrə - İddiaçının) mülkiyyətinə keçməsi hallarında bunun ipoteka saxlayanlar (İddiaçı) tərəfindən "məcburiyyət qarşısında qalaraq" edildiyini xüsusilə vurğulamış, qanunvericilik isə öz növbəsində belə əmlakların bankların mülkiyyətində qalmağına yalnız məhdud müddətdə və özgəninkiləşdirilmə tələbi qoymaqla icazə vermişdir. Mübahisənin yaranmasına səbəb olan müvafiq əmlaklar iddiaçının - Bankın "əsas vəsait"i deyil. Vergi Məcəlləsinin 197.1-ci maddəsi əmlak vergisi üzrə vergitutma obyektlərinin dəqiq siyahısını müəyyən etmişdir (3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklər də nəzərə alınmaqla). Belə ki: Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri (197.1.1-ci maddə); Müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) (197.1.3-cü maddə); Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) (197.1.4-cü maddə). Göründüyü kimi, rezident hüquqi şəxslərlə əlaqədar yeganə vergitutma obyekti, həmin Məcəllənin 197.1.3-cü maddəsinə uyğun olaraq, müəssisələrin balansında olan əsas vəsaitlərdir. Qanunverici, hüquqi şəxsin əmlakının əmlak vergisinin məqsədləri üçün vergiyə cəlb edilməli olmasını müəyyən etmək üçün iki tələb müəyyənləşdirmişdir və yalnız hər iki tələb ödənildiyi təqdirdə hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaklar əmlak vergisinə cəlb oluna bilərdi: Əmlakın müəssisənin balansında olması tələbi iddiaçının bank fəaliyyəti zamanı müştərilərə təqdim etdiyi bank xidmətləri (bank krediti və s.) üzrə müştərilərinin öhdəliklərinin təminatı məqsədilə, müştərilər və ya üçüncü şəxslər daşınmaz əşyalarını Bankın xeyrinə yüklü edirlər. Müştərilərin icra edilməmiş öhdəlikləri olduqda və "İpoteka haqqında" Qanunun 43-cü maddəsi ilə müəyyən edilmiş hallarda bank ipoteka qoyan qismində həmin əşyalara (ipoteka predmetinə) mülkiyyət hüququ əldə edir. Bu səbəbdən, mübahisə predmeti olan əşyalar İddiaçının balansında (mülkiyyətində) hesab olunur. Əmlakın müəssisənin əsas vəsaiti olması tələbi Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində əsas vəsaitə ayrıca anlayış verilmişdir: "13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər." Məcəllənin bu maddəsində qeyd olunduğu kimi, aktivlərin əsas vəsait hesab olunması üçün aktivlər, ilk növbədə, aşağıdakı 4 tələbin eyni vaxtda hamısını ödəməlidir: maddi aktiv olmalı; istifadə müddəti bir ildən çox olmalı; dəyəri 500 manatdan çox olmalı; bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan əmlak olmalıdır. Hazırkı situasiyada sözügedən əmlaklara dair (1), (2) və (3) nömrəli tələblər ödənilsə də, əmlaklar (4) nömrəli tələbə cavab verməmişdir. Belə ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə görə, amortizasiya olunmalı aktivlər bütün əmlaklardan deyil, yalnız "Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətində istifadə edilən" əmlaklardan ibarət ola bilər və amortizasiya ayırmaları yalnız bu fəaliyyətdə və yalnız istifadə olunan aktivlərə tətbiq olunaraq gəlirdən çıxıla bilər. Bu isə öz növbəsində, amortizasiyanın mahiyyətindən irəli gəlir, belə ki, qanunvericiyə görə, əmlak hər zaman deyil, yalnız sahibkarlıq (və qeyri-sahibkarlıq) fəaliyyəti prosesində istifadədə olduğu halda və həmin müddətdə köhnəldikdə əmlakın mülkiyyətçisi ona amortizasiya tətbiq edə və həmin xərcləri vergi məqsədləri üçün öz gəlirindən çıxa bilmək hüququna malik olmalıdır. Nəticə etibarilə, aktivlər yalnız sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə olunduğu təqdirdə amortizasiya edilməli olan əmlak hesab edilir. "Əsas vəsait"ə verilmiş anlayışda amortizasiya tələbinin olduğunu nəzərə aldıqda, bu həm də o deməkdir ki, aktivlər yalnız sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə olunduğu təqdirdə əsas vəsait hesab oluna bilər. Vergi orqanları tərəfindən vergitutma obyekti qismində çıxış etməsinə istinad olunan əmlaklar İddiaçının - Bankın sahibkarlıq fəaliyyətində ümumiyyətlə istifadə olunmamışdır və olunmur. Belə ki, İddiaçının fəaliyyət növü bank fəaliyyətidir və bankların fəaliyyəti "Banklar haqqında" Qanunla tənzimlənir. Həmin Qanuna əsasən banklar maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyası əsasında fəaliyyət göstərir. Bankların əsas fəaliyyət növləri Qanunun 32-ci maddəsində sadalanmışdır (depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi; kreditlərin verilməsi və s.) Hazırkı vəziyyətdə mübahisənin yaranmasına səbəb olan müvafiq əmlaklar, əsas etibarilə, bankın öz sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə etməsi qeyri-mümkün aktivlərdir. Belə ki, İddiaçı-Bank tərəfindən əldə olunan və hazırkı iş üzrə mübahisə predmeti olan əmlaklar əsas etibarilə yaşayış sahələridir (fərdi yaşayış evi və mənzillər). İddiaçı həmin əmlaklardan 2019-cu ildən bəri ümumiyyətlə hər hansı sahibkarlıq məqsədləri üçün istifadə etməmişdir. Əmlakların cüzi qismini təşkil edən qeyri-yaşayış sahələri isə İddiaçının - Bankın fəaliyyətində (anbar, filial, təsərrüfat obyekti və s.) ümumiyyətlə istifadə olunmamışdır və olunmur. Nəticə etibarilə, mübahisə edilən əmlaklar (2019-cu il üzrə 38.318.990,03 manat və 2020-ci il üzrə 39.056.856,89 manat dəyərində) əsas vəsait olmadığından, əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti hesab oluna bilməzlər. Bu səbəbdən, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu və 2020-ci illər üçün dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələrində yuxarıda qeyd olunan məqamlar nəzərə alınaraq, vergitutma obyekti olan əmlakların qalıq dəyərində müvafiq dəqiqləşdirilmələr aparılmışdır. Lakin cavabdeh Vergi Məcəlləsi üzrə yuxarıda qeyd olunan məqamların əks olunduğu hüquq normalarını və iddiaçının cavab məktublarını və təqdim etdiyi sənədləri nəzərə almadan, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə sadəcə istinad edərək, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci i! tarixli qərarlarını qəbul etmişdir. Eyni qaydada, xx.xx.2021-ci il tarixli Qərar qəbul edilərkən təkcə bir cümlə ilə - balansa götürülmüş sözügedən əmlakların Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən əmlak vergisinin vergitutma obyekti olduğu bildirilməklə ifadə olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********114000 №li yazılı etirazda göstərilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu və 2020-ci illər üçün dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, vergiyə cəlb edilən əmlakın dəyərinin azaldıldığı üçün kənarlaşma yarandığı aşkar edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 58881658,99 manat, hesabat ilinin sonuna 69389167,79 manat, xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 69389167,79 manat, hesabat ilinin sonuna 68567366,44 manat göstərildiyi halda, sonradan xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, hesabat ilinin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin uyğun olaraq 2019-cu il üzrə 31070177,76 manat və 2020-ci il üzrə 29510509,75 manat əks etdirildiyi müəyyən edilmişdir. Odur ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək balansında olan aktivlərin 2019-cu il üzrə 38318990,03 manat və 2020-ci il üzrə 39056856,89 manat hissəsinin satış üçün nəzərdə tutulan aktivlərə aid olunduğu üçün həmin məbləğlərin əmlak vergisinə cəlb edilmədiyi, həmçinin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrinə əsasən 2019-cu il üzrə 52387947,7 manat dəyərində malların daxil olduğu, 7456471,54 manat məbləğində malların təqdim edildiyi, 2020-ci il üzrə 8189062,38 manat dəyərində malların daxil olduğu, 11456667,17 manat məbləğində malların təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********225900 nömrəli və xx.xx.2021-ci il tarixli **********515800 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq əsaslı izahat, azalmaya əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əmlak vergisi bəyannaməsi üzrə 2019-cu il üçün 191594,95 manat və 2020-ci il üçün 386879,23 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və 11,10.2021-ci il tarixli **********057200 nömrəli Qərarlar qəbul olunaraq, vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisə yaranmasına səbəb olan əmlaklar bankın “əsas vəsait”i deyil. Qeyd edilən əmlaklar satış məqsədilə balansa götürülüb. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində “əsas vəsait”ə verilmiş anlayışda amortizasiya tələbinin olduğunu nəzərə aldıqda, aktivlər yalnız sahibkarlıq və qeyri- sahibkarlıq fəaliyyətində istifadə olunduğu təqdirdə “əsas vəsait” hesab oluna bilər. Qeyd edlən əmlaklar isə bankın sahibkarlıq fəaliyyətində istifadə olunmamışdır və olunmur. Bu baxımdan amortizasiya edilmir. Bu da həmin əmlakların “əsas vəsait” olmasını istisna edir. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. 114.1-ci maddəsinə əsasən Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, vergitutma məqsədləri üçün aktivlərin əsas vəsait hesab olunması üçün mühüm şərtlər sadalanmışdır: -istifadə müddəti bir ildən çox olmalıdır; dəyəri 500 manatdan çox olmalıdır; -amortizasiya edilməli olan maddi aktiv olmalıdır. Həmçinin, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. İddiaçının mübahisəli hesab etdiyi əmlaklar Vergi Məcəlləsində nəzərdə tutulmuş əsas vəsait anlayışının tələblərinə cavab verdiyindən, balansa götürüldüyü andan əmlak vergisinin vergitutma obyektini təşkil edir. Odur ki, kredit müqaviləsi üzrə girov qoyulmuş və kreditlər üzrə borcların ödənilməməsi nəticəsində cəmiyyətin balansına keçən aktivlər cəmiyyət tərəfindən balansa götürüldüyündən, həmin aktivlər ümumi qaydada əmlak vergisinə cəlb edilməlidir. Beləliklə qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X5 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********966300 №li çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı QSC xx.xx.2002-ci ildə 21 (hazırki (VÖEN) **********) dövlət qeydiyyat nömrəsi hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin ünvanı ünvan 1ət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı İddiaçı QSC tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il və 2020-ci illər üçün dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, vergiyə cəlb edilən əmlakın dəyərinin azaldıldığı üçün kənarlaşma yarandığı aşkar edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 58881658,99 manat, hesabat ilinin sonuna 69389167,79 manat, xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 69389167,79 manat, hesabat ilinin sonuna 68567366,44 manat göstərildiyi halda, sonradan xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, hesabat ilinin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin uyğun olaraq 2019-cu il üzrə 31070177,76 manat və 2020-ci il üzrə 29510509,75 manat əks etdirildiyi müəyyən edilmişdir. Odur ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək balansında olan aktivlərin 2019-cu il üzrə 38318990,03 manat və 2020-ci il üzrə 39056856,89 manat hissəsinin satış üçün nəzərdə tutulan aktivlərə aid olunduğu üçün həmin məbləğlərin əmlak vergisinə cəlb edilmədiyi, həmçinin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrinə əsasən 2019-cu il üzrə 52387947,7 manat dəyərində malların daxil olduğu, 7456471,54 manat məbləğində malların təqdim edildiyi, 2020-ci il üzrə 8189062,38 manat dəyərində malların daxil olduğu, 11456667,17 manat məbləğində malların təqdim edildiyi müəyyən edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********515800 №li “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə İddiaçı QSC-dən 2019-cu il üzrə Əmlak vergisi; 2019-cu il üzrə Mənfəət vergisi; 2020-ci il üzrə Mənfəət vergisi; iyul 2021-ci il üzrə Əlavə dəyər vergisi üzrə dəqiqləşmiş bəyannamələrinin, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Eyni zamanda vergi ödəyicisinə bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarına əsasən vergi orqanının onların vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır. İddiaçı QSC tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Əmtəə-material ehtiyatlarına 2019-cu ildə 38318990,03 manat və 2020-ci ildə 39056856,89 manat aid edildiyinə görə Bank tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş Əmlak vergisi bəyannamələrində müvafiq olaraq 191594,95 və 386879,23 manat məbləğində azalmalar aparılmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021ci il tarixli **********826100 №-li qərarından görünür ki, Əmlak vergisi üzrə 2019-cu ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı QSC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 476.338,46 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 667.933,41 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 191.594,95 manat məbləğində müəyyən olunmuşdur. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi, İddiaçı QSC-nin əmlak vergisinin azaldılması barədə xx.xx.2021-ci il tarixli **********778500 saylı məktubunun nəzərə alınmadığı qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla 2020-ci il üzrə əmlak vergisi və 2020-ci il üzrə dəqiqləşdirilmiş əmlak vergisi bəyannaməsi; əsaslandırılmış yazılı izahat məktubu və zəruri olan sənədlərin (məktubların) surətlərinin təqdim olunması tələb olunmuş və təqdim olunmadığı təqdirdə vergi öhdəliklərinin yenidən hesablanması hüquqlarının olduğu izah olunmuşdur. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021ci il tarixli **********057200 №-li qərarından görünür ki, Əmlak vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı QSC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 349882,17 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 736.761,40 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 386879,23 manat məbləğində müəyyən olunmuşdur. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi, xx.xx.2021-ci il tarixdə Əmlak vergisi bəyannaməsinə dəqiqləşmə təqdim edilərək vergi məbləğinin azaldıldığı, xx.xx.2021-ci iltarixli **********778500 nömrəli cavab məktubunda qeyd edilənlər və VM-nin 197.1.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il dəqiqləşdirilmiş Əmlak vergisi bəyannaməsi üzrə azaldılan vergi məbləğinin bərpa edilməsi göstərilmişdir. İddiaçı QSC-nin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsində İddiaçı QSC (VÖEN **********) Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli Qərarlarına əsasən, müvafiq olaraq 2019-cu il üzrə 191 594,95 manat, 2020-ci il üzrə 386.879,23 manat, cəmi: 578.474,18 manat kameral qaydada düzgün hesablanmamış əmlak vergisi məbləğlərinə dair etirazını bildirmişdir. Belə ki, Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021- ci il tarixli **********042000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında daxil olmuş məktubda Cəmiyyətin 2020-ci ilin Əmlak vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahat və zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilməsi tələb edildiyi halda, heç bir müddət gözləmədən, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********057200 nömrəli Qərarı ilə əsassız olaraq Cəmiyyətimizin şəxsi hesab vərəqəsinə kameral qaydada 2020-ci il üzrə 386 879,23 manat əmlak vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 37.3.-cü maddəsinə əsasən "Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4.-cü maddəsinə əsasən "Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir." Göründüyü kimi, Vergi orqanı tərəfindən müəyyən edilmiş 5 gün müddət gözlənilmədən 2020- ci ilin Əmlak vergisi üzrə kameral qaydada əlavə hesablama aparılmış və bununla da Vergi Məcəlləsi ilə müəyyən edilən prosedur qaydalar pozulmuşdur. Cəmiyyətin mövqeyi: Məlumunuz olduğu kimi, verilmiş təminatlı kreditlər üzrə borcun ödənilmədiyi halda, qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi üzrə tələbin təminat qismində çıxış edən girov əmlakına yönəldilir ki, bu da bir sıra hallarda girov qoyulmuş əmlakın məhkəmə qərarlarına əsasən Bank tərəfindən satış məqsədilə əldə edilərək balansa (satış üçün nəzərdə tutulan aktivlər kimi) götürülməsi ilə nəticələnir. Lakin kommersiya fəaliyyətində istifadəsi nəzərdə tutulmayan (bank fəaliyyətində istifadə olunmayan) əmlakları Bank satış məqsədilə əldə edərək öz balansına götürdüyü zaman Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş 25 dekabr 2012-ci il tarixli "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər"ə uyğun olaraq əsas vəsaitlərin uçotu üçün nəzərdə tutulan hesablarda deyil, "Satış üçün nəzərdə tutulan aktivlər" hesabında uçota alınır. Vergi Məcəlləsinin 139.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi özünün mülkiyyətində olan və satılmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən "müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəri" əmlak vegisi üçün vergitutma obyekti sayılır. Bildiririk ki, Bank tərəfindən sözügedən aktivlər balansda əsas vəsait kimi deyil, satış üçün nəzərdə tutulan aktiv kimi uçota alındığından bu əmlaklardan amortizasiya ayırmaları hesablanmır və əmlak vergisi məqsədləri üçün vergitutma obyekti sayılmır. Beləliklə, satış məqsədilə Bank tərəfindən ödənilməmiş borclar müqabilində əldə edilən əmlaklar əsas vəsait deyil, əmtəə-material ehtiyatları anlayışı ilə əhatə olunur. Əmtəə-material ehtiyatları isə Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən əmlak vergisinin vergitutma obyekti kimi müəyyən edilmədiyindən, bu tip aktivlərdən əmlak vergisi hesablanmamışdır. Bu məqsədlə Bankın balansında əmtəəmaterial ehtiyatlarına 2019-cu ildə 38 318 990,03 manat və 2020-ci ildə 39 056 856,89 manat aid edildiyinə görə həmin illər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş Əmlak vergisi bəyannamələrində müvafiq olaraq 191 594,95 və 386 879,23 manat məbləğində azalmalar aparılmışdır. Cəmiyyətimiz tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş Əmlak vergisi bəyannamələri və bununla bağlı vergi orqanının göndərdiyi uyğunsuzluq məktublarına müvafiq qaydada ətraflı cavablarla əsaslı açıqlamalar verilməsinə baxmayaraq, təqdim etdiyimiz məlumatlar və izahatlar vergi orqanı tərəfindən nəzərə alınmamış və yuxarıda qeyd edilən hesabat dövrləri üzrə düzgün olmayaraq ümumilikdə: 578 474,18 manat əmlak vergisi yenidən əlavə olaraq hesablanmış və şəxsi hesab vərəqələrindən silinmişdir. Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən "Vergi sistemi sahibkarkıq və investisiya fəaliyyətini təşviq etməlidir." Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən "Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir." Qeyd edilənlərlə əlaqədar Milli Gəlirlər Baş İdarəsi tərəfindən Cəmiyyətə 2019-cu və 2020-ci illər üzrə yuxarıda göstərilən Qərarlara əsasən kameral qaydada düzgün olmayaraq əlavə hesablanmış cəmi 578 474,18 manat Əmlak vergisi məbləğlərinin ləğv edilməsi barədə müvafiq Qərarın çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İiqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 11 dekabr 2021-ci il tarixli **********044200 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı QSC-yə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********259600 nömrəli) müraciətinin araşdırılmasının nəticəsinə əsasən aşağıdakılar qərara alınmışdır: - İddiaçı QSC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayət təmin edilməsin. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vegilərin sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları dəyişdirilmədən saxlanılsın. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01162-2022-6356 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Milli X8 xx.xx.2002- ci il tarixli, 18 nömrəli Qərarı (Protokolu) ilə təsdiq edilmiş "Bankların əsas vəsaitlərlə (əmlakla) apardıqları əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2.2-ci bəndinə əsasən Bank mülkiyyətində olan əsas vəsaitlər nəzarət məqsədilə Mərkəzi Banka təqdim olunan prudensial hesabatlarda iki kateqoriya üzrə qruplaşdırılır: bank işində istifadə olunan əsas vəsaitlər; bank işində istifadə olunmayan əsas vəsaitlər. Həmin Qaydaların 4.1 -ci bəndinə əsasən "bank qarşısında müştərinin borclarının qismən və ya tam ödənilməsi üçün götürülmüş, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada borclar müqabilində borclu və ya üçüncü şəxs tərəfindən bankın xeyrinə özgəninkiləşdirilən aktivlər" bank işində istifadə olunmayan əsas vəsaitlərə aid edilir. Bununla belə, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Bank sistemi üçün Hesablar Planında isə ödənilməmiş borclar müqabilində balansa götürülmüş daşınmaz əmlak satış üçün nəzərdə tutulmuş aktivlər kateqoriyasına aid edilir. Eyni zamanda, X1 (İAS 16, İFRS 5) satış üçün nəzərdə tutulan aktivlər üzrə amortizasiya hesablanmır. Göründüyü kimi, mühasibat uçotunda həmin aktivlər Vergi Məcəlləsində nəzərdə tutulan əsas vəsait anlayışına cavab vermir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, ödənilməmiş borclar müqabilində balansa götürülən və bank işində istifadə olunmayan əmlaklar vergitutulma obyekti kontekstində əsas vəsait hesab edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 58881658,99 manat, hesabat ilinin sonuna 69389167,79 manat, xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 69389167,79 manat, hesabat ilinin sonuna 68567366,44 manat göstərildiyi halda, sonradan xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, hesabat ilinin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin uyğun olaraq 2019-cu il üzrə 31070177,76 manat və 2020-ci il üzrə 29510509,75 manat əks etdirildiyi əsas götürülməklə mübahisələndirilən qərarlar qəbul edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, mübahisələndirilən qərarlarla iddiaçı Cəmiyyətə vergilərin hesablanmasına əsas bank qarşısında müştərinin borclarının qismən və ya tam ödənilməsi üçün götürülmüş, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada borclar müqabilində borclu və ya üçüncü şəxs tərəfindən bankın xeyrinə özgəninkiləşdirilən aktivlər (hazırda banka xüsusi mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlaklar) təşkil edir ki, iddiaçı həmin əmlakların bankın əsas vəsaiti hesab olunmadığına istinad etməklə, əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti hesab oluna bilmədiyini bildirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Həmin Məcəllənin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) vergitutma obyekti sayılır. Məhkəmə belə nəticəyə gəliir ki, iddiaçının mübahisəli hesab etdiyi əmlaklar Vergi Məcəlləsində nəzərdə tutulmuş əsas vəsait anlayışının tələblərinə cavab verməklə balansa götürüldüyü andan əmlak vergisinin vergi tutma obyektini təşkil edir ki, buna görə də kredit müqaviləsi üzrə girov qoyulmuş və kreditlər üzrə borcların ödənilməməsi nəticəsində cəmiyyətin balansına keçən aktivlər cəmiyyət tərəfindən balansa götürüldüyü üçün Vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq həmin aktivlər ümumi qaydada əmlak vergisinə cəlb edilməli əmlaklar kimi nəzərə alınmışlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi yoxlaması materiallarına (83.2.3). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarların ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar