Məhkəmə qərarları › İş №e-2-1(112)-5179/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5179/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5179/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2011-ci il tarixdə (ilkin) 1 müddətinə əmək zədəsi səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49-Yuxarı ətraf qurşağı və bazunun travmaları=>S47-Yuxarı ətraf qurşağı və bazunun bərk əzilmə...Diaqnozun mətni: Sağ bazu sümüyünün orta 1/3-in yerdəyişən qapalı sınığı, c\e-dan s\v. UİX-yi gərginlik stenokardiyası İİ fs. Sağ yuxarı ətrafın funksiyasının pozulması qeyd edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə təkrar 1 il müddətinə eyni əsaslarla ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə 18 Birləşmiş nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T36-T50 - Dərman vasitələri, dərman preparatları və bioloji maddələrlə zəhərlənmə => T42 - Qıcolmaəleyhin...; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün aşağı 3\1-nin yerdəyişmiş qəlpəli bitişmiş sınığı. Mil sinirinin zədələnməsi. Sağ bazunun postravmatik osteomieliti.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T36-T50 - Dərman vasitələri, dərman preparatları və bioloji maddələrlə zəhərlənmə => T42 - Qıcolmaəleyhin...; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün aşağı 3\1-nin yerdəyişmiş qəlpəli bitişmiş sınığı. Mil sinirinin zədələnməsi. Sağ bazunun postravmatik osteomieliti.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 Saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAEKH saylı göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Bazu sümüyü cisminin [diafizin] sınığı, .Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasiyanın nəticələri, .Sağ bazunun travmadan və cərrahi əməliyyatdan sonrakı çapığı Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ dirsək oynağının Valqus deformasiyası Digər xroniki osteomielit,.sağ bazu sümüyünün xroniki osteomieliti Oynaqların kontrakturası, .Sağ dirsək oynağının açıcı (160 dərəcə), biləyin və barmaqların kontrakturası Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Sağ yuxarı ətrafın funksiyasının pozulması Digər cərrahi əməliyyatlar, Sağ dirsək oynağının osteosintez c/ə dan s/v Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin hipotrafiyası Miokardın simptomsuz işemiyası, ÜİX: Gərginlik stenokardiyası Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi yetərli deyil.” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli D00147025HGE saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bərpa müalicəsini davam etmək məsləhət bilindi.” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əyani müayinənin nəticəsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il göndəriş əsasında müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, bəhs edilən sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdeh cavab məktubunda əlilliyin müddətsiz təyin edilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndərişin rəsmiləşdiriləcəyinin və onun dövlət tibb müəssisəsi tərəfindən müayinə olunmalı olduğunun zəruri olduğunu bildirmişdir. Halbuki cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də ona münasibətdə mövcud olmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yazılı etirazda işin faktiki halları və qanunvericilik normaları sadalanmış, lakin etiraz əsaslandırılmamış, iddianın rədd edilməsi barədə dəlillər göstərilməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. . ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2011-ci il tarixdə əlillik təyinatı aparılmışdır. İddiaçıya xx.xx.2011-ci il tarixdə “Sağ bazu sümüyünün orta 1/3-in yerdəyişən qapalı sınığı, c\e-dan s\v. UİX-yi gərginlik stenokardiyası İİ fs. Sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən iddiaçıya təqdim etdiyi illər üzrə Tibbi Sosial Ekspert Komissiyasının arayışlarından müəyyən edilir ki, iddiaçı növbəti dəfə 2014-cü il tarixdə müayinə keçmiş və növbəti dəfə ona əlillik təyin edilmişdir. Cavabdehin təqdim etdiyi tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2014cü il tarixdə 1 il müddətinə, “Sağ bazu sümüyünün orta 1/3-in yerdəyişən qapalı sınığı, c\edan s\v. UİX-yi gərginlik stenokardiyası İİ fs. Sağ yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə “Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün aşağı 3\1-nin yerdəyişmiş qəlpəli bitişmiş sınığı. Mil sinirinin zədələnməsi. Sağ bazunun postravmatik osteomieliti” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “KKBT davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Kəskin təzahür edən asteno-nevrotik sindrom.tea-tea təkrarlanan vegetativ damar paroksizmləri ilə Hipertoniya xəst.İİ mər”” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin xx.xx.2021-ci ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi yetərli deyil” göstərilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Diaqnozun mətni: “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bərpa müalicəsini davam etmək məsləhət bilindi.” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində də, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsasən verən ağırlaşmalar aşkar edilmədiyi əsası ilə əlillik təyinatı aparılmamış və “Tam reabilitasiya olması” barədə 1 fevral 2024-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin həmin qərarını mübahisələndirir və son göndəriş, yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona müddətsiz əlillik dərəcəsinin verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diqaqnozun əlillik təyinatın əsas verməməsi ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 418/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmaığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli D00147025HGE №-li Forma 088 saylı göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: S44-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması. Sağ bazunun travmadan sonrakı qeyri-düzgün bitişmiş sınığı. Xroniki osteomielit; Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası. Sağ mil-bilək oynağının açısı (10 dərəcə, bükücü (20 dərəcə) kontrakturası, dirsək oynağının açıcı (160 dərəcə.) kontrakturası; M62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Yuxarı ətraf əzələlərinin hipotrfoyası.; R52.2- Digər daimi ağrı, damimi ağrı sindromu. S44.2-Bazu səviyyəsində mil sinirinin travması. Sağ bazu sümüyünün xroniki osteomieliti.; Z73.6-Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Yuxarı ətraf funksiyasının pozulması. M21.8-Ətrafların dəqiqləşdirilmiş, digər deformasiyaları. Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi”. diaqnoz ona stasionarda qoyulduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz və xəstəliklər xroniki olduğundan tam reabilitasiya olunmurlar. Qeyd edilən diaqnoz onun X5 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışında olan diaqnozla ümumən eynilik təşkil edir. İş materiallarında olan tibb sənədlərdə (TSEK-ə göndərişdə) onun yanaşı xəstəliklər-Ürəyin İşemik xəstəliyi, Gərginlik stenokardiyası İİ f.s.Xroniki hiperasid qastrit”dən də əziyyət çəkdiyi qeyd edilmişdir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, TSEK-in iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyin olunmasından imtina barədə əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi xx.xx.2024-ci il tarixli qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Bu nöqteyinəzərdən, məhkəmə əyani müayinənin nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıbaparılmadığı halından çıxış etməklə, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğun qənaətinə gəlir. Belə ki, iddiaçı ““Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması, Sağ bazunun travmadan sonrakı qeyri düzgün bitişmiş sınığı.Xroniki osteomielit.Bazu səviyyəsində mil sinirinin travması, Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər xroniki osteomielit, Sağ bazu sümüyünün xroniki osteomieliti.Bazu səviyyəsində mil sinirinin travması, Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun dirsək oynağının Valqus deformasiyası, artrozu, mil sinirinin köhnəlmiş zədələnməsi” xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vuruğu), dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən, atrofiya, hərəkət məhdudluğu izlənilməmiş, göbəkətrafı nahiyyədə cərrahi əməliyyat çapığı qeyd edilmiş, bazu nahiyyəsində osteomielitə aid aktiv fistula müəyyən edilməmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır”. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliklər 2009-cu ildə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yaranmış, iddiaçıya ilk dəfə 2011-cü il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diqanoz və ağırlaşmaların) hazırda da mövcud olması və həmin xətəliklərin reabilitasiya olunmaması müəyyən edilir. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçının tam reabilitasiya olunası barədə dəlili də əsassızıdır. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2011-cü il tarixdən 2021-ci ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1820/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2021-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1038/2023 nömrəli, 2-1(102)-144/2023 nömrəli, və 2-1(102)- 2239/2023 nömrəli qərarlarında da eyni mövqe əks olunmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bölmə 6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.9 Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması – XBT kodu S44 Bölmə 13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 13.3 Ətrafların digər qazanılma deformasiyaları – XBT kodu M21 Məhkəmə hesab edir ki, iddiaçıda olan diqanoza uyğun olaraq əlilliyin faizini və təyin edilməsi müddətini müəyyən etmək iddiaçının qiymətləndirmə azadlığına aid olan məsələdir. Məhkəmə iddia tələbinin müddətsiz əlillik təyin edilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı hesab edir ki, onun əlilliyi 10 il müddətində fasiləsiz davam etdiyinə görə, ona göndərişl tələb edilmədən müayinə aparılmadan müddətsiz əlillik təyin eidlməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıda fasiləsiz 10 müddətndə əlilliyin davam etməsi hələ ona müddətsiz təyin edilməsi nəticəsinə gəlməyə əsas vermir. İddiaçı növbəti qiymətləndirmənin nəticəsində diqanoz təstiqini tapdığı halda, təyin ediləcək növbəti əlilliyi müddətsiz ola bilər. Bu barədə hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1321/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında da ifadə edilmişdir. Həmçinin iş materiallarında müəyyən edilir ki, iddiaçı 2009-cu ildə istehsalat zədəsi almış, iddiaçıya ilk dəfə əlillik xx.xx.2011-ci ildə təyin edilmişdir. Növbəti əlillik xx.xx.2014cü ildə təyin edilmiş, sonuncu əlilliyin təyin tarixi xx.xx.2016-xx.xx.2021-ci ilə qədər olmuşdur. İddiaçıya 2011-ci ildən 2014-cü ilədək əlilliyin olmasına dair tibbi sənədlər yoxdur. Həmçinin həmin dövrlərdə də, iddiaçının əlilliyin olması qəbul edilsə belə, iddiaçıya ilk əlillik təyinindən (xx.xx.2011), sonuncu təyinat tarixinə qədər (xx.xx.2021) fasiləsiz 10 il müdətində İİ dərəcə əlilliyi olmamışdır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir): ...

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia tələbi cavabdehin əyani müayinənin nəticəsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməli, müddətsiz təyin edilməsi hissəsində rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əyani müayinənin nəticəsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il göndəriş əsasında müddətsiz İİ dərəcə (hazırda qüvvvədə olan meyarlara uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi ilə) əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar