Məhkəmə qərarları › İş №e-2-1(112)-518/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-518/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-518/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayənndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçıın cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsi, “X17” Şirkətinin Azəraycan Respublikasındakı Filialı) qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən vahid çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi RİHB-nın xx.xx.2000-ci il tarixli 2204 saylı sərəncamı ilə ayrılmış və Bakı şəhəri Binəqədi RİHB-nın xx.xx.2001-ci il tarixli 1034 saylı sərəncamı ilə adına keçirilmiş, hazırda faktiki olaraq sahiblik və istifadədə olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi RİHB-nm xx.xx.2000ci il tarixli 2204 saylı sərəncamı ilə X4 fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu ərazisində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində Məcnun Musayevə təhvil verilmişdir. X18 evin inşasını təmin edə bilməmişdir. Bu səbəbdən, Məcnun Musayevin və iddiaçının müraciətləri əsasında qəbul olunmuş Bakı şəhəri Binəqədi RİHB-nın xx.xx.2001-ci il tarixli 1034 saylı sərəncamı ilə “Binəqədi rayonu ərazisində X4 Binəqədi RİHB-nın xx.xx.2000-ci il tarixli 2204 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikməyim üçün onun adına keçirilmişdir. Torpaq sahəsini yerində qəbul edib, təsdiq olunmuş layihə əsasında həmin torpaqda ev inşa edib, kommunal xətlərini təchiz edib, həmin evdə yaşayır. Cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata almasını xahiş etdim. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəmin icrasından imtina edərək göstərmişdir ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi yerli icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir, bu səbəbdən, eləcə də, “Torpaq islahatı haqqında” Qanunun 25-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.2-ci maddələrinə əsasən hüquqlarının dövlət qeydiyyatından imtina edilir. Torpaq sahəsinə dair təqdim etdiyi sənədlər-Binəqədi RİHB-nın sərəncamları qanunvericiliklə müəyyən olunmuş hüquq müəyyənedici sənədlərdir. İddiaçınıntorpaq sahəsinə dair aidiyyəti bələdiyyənin hər hansı sənədinin, o cümlədən, keçirilmiş hərrac və müsabiqə sənədlərinin tələb olunması əsassızdır. Çünki 2000-ci ilin 1 yanvarında bu torpaq sahəsi artıq bələdiyyə torpağı deyildi, X1 qanuni istifadəsində idi. Belə olan halda, artıq bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinə dair bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə barədə sənəd tələb olunması əsassızdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri Binəqədi RİHB-nın xx.xx.2000-ci il tarixli 2204 saylı sərəncamı ilə ayrılmış və Bakı şəhəri Binəqədi RİHB-nın xx.xx.2001-ci il tarixli 1034 saylı sərəncamı ilə adına keçirilmiş, hazırda faktiki olaraq sahiblik və istifadədə olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi və bu torpaqda inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavavdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X17 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, SOCAR-ın Neft Kəmərləri İdarəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2001-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə mövqeyi təqdim edilmiş cizgidəki istinad məsafəsinə uyğun gəlsə də, perimetrik ölçülərdə fərqlər mövcuddur.Sahənin qeydiyyatı və hər hansı sahə ilə üst üstə düşmə vəziyyəti ilə bağlı məlumat aşkar edilməmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sözügedən sahə Dövlət mülkiyyəti torpağı olmaqla bütövlüklə neft kəmərinin mühafizəsində yerləşir. Həmçinin, göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahənin bir tərəfindən 10.5 m-12.5 m məsafədən diametri d=0.5 m olan yerüstü boru xətti keçir . Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs Dövlət Neft Şirkətinin iddiaya yazılı münasibətində bildlirilmişdir ki, koordinatlarda olan 604 kv.m torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X15 haqqında” Sazişə əsasən “X17” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 160426 saylı ləğv olunmuş neft-qaz quyusunun 38 metrlik məsafəsində, 161233 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 39 metrlik məsafəsində, eləcə də SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Puta- Böyükşor (d-530 mm, istifadəyə verildiyi tarix 1964) magistral neft kəmərinin 10.5 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ- hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli 20/01-020 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2023-cü il tarixdə **********1020 reyestr nömrəsi verilməklə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1-ci bədinə əsasən magistral neft kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə kəmərin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, "Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901- İİQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs X17 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddiaya yazılı münasibətində bildirmişdir ki, Şirkətin aidiyyəti əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək həmin ərazinin plan-xəritəsi və torpaq sahəsinin topoqrafik plandan çıxarışın təsdiq olunmuş surəti hazırlanmışdır (plan- xəritə və kontrakt sahəsinin xəritələrinin təsdiq edilmiş surəti əlavə edilir). Baxış zamanı müəyyən edilmişdir ki, sorğunuzda qeyd etdiyiniz Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçülü torpaq sahəsi “X15 haqqında” Sazişə və “X14”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən kordinatlar daxilində yerləşir: sözügedən torpaq sahəsi 16042 və 161233 saylı neft quyularının mühafizə zolağı daxilində yerləşir. “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən “X17” şirkəti sözügedən torpaq sahəsinin bu və ya digər halda başqa məqsədlər üçün istifadə olunmasına və özgəninkiləşdirilməsinə etiraz edir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2001-ci il tarixli 1034 saylı və xx.xx.2000-ci il tarixli 2304 saylı sərəncamları, həmçinin onlara əlavə edilmiş digər sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: -Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2204 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisində aşağıdakı siyahıda adları sadalanan vətəndaşlara, fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq torpaq sahəsi ayrılsın: X4-600 kv.m sahə ayrılması təmin edilsin. -X7 tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış ərizədən görünür ki, X11 bildirmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin 2204 saylı, 30 dekabr 2000-ci il tarixli Sərəncamı ilə ona Binəqədi rayonu ərazisindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi maliyyə çətinliyi ilə əlaqədar tikinti apara bilmədiyinə görə İddiaçı adına keçirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. -İddiaçı tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış ərizədən görünür ki, Ağayeva X8 Rayon İcra Hakimiyyətinin 204 saylı, 30 dekabr 2000-ci il tarixli Sərəncamının onun adına keçirilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1034 nömrəli sərəncamına əsasən Binəqədi rayon ərazisində vətəndaş X4 Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsi, fərdi yaşayış evi tikmək üçün İddiaçı adına keçirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1034 nömrəli Sərəncamına əsasən Binəqədi rayon ərazisində vətəndaş X4 Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsi, fərdi yaşayış evi tikmək üçün İddiaçı adına keçirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə 1 saylı Bakı Ərazi İdarəsinin 05.12. 2023-cü il tarixli **********62 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m ölçülü torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********16 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 600 kv.m-dir. Faktiki olaraq göstərilən torpaq sahəsi dörd tərəfdən mişar daşı hasarları və üzərində inşa olunmuş mövcud tikililərin çöl divarları ilə sərhədlənir. Torpaq sahəsində bir ədəd iki mərtəbəli mansardlı yaşayış evi, kölgəlik və su basenası mövcuddur. Torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin bir tərəfindən, sxemdə göstərildiyi kimi, 10.5-12.5 m məsafədən diametri 0.5 m müəyyən olunan boru xətti keçir ki, bu da ərizəçinin nümayəndəsinin şifahi məlumatına əsasən müəyyən olunmuşdur. Məhkəmə sorğusuna əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarxii məktubu ilə göndərilmiş Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 02/12-10-7/93-94-151 nömrəli iddiaçıya ünvanlanan məktubunda göstərilmişdir ki, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sənədləşdirilməsinə icazə verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixli, B-94-151 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətiniz əsasında inşa edilmiş mövcud 2 (iki) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəsi ("xxxx" MMC-nin işi): (İ mərtəbə: qonaq otağı – 31,49 m², yataq otağı – 17,39 m², istirahət otağı – 12,80 m², mətbəx – 30,48 m², hol – 12,09 m², s/q – 9,72 m², dəhliz – 7,20 m²; İİ mərtəbə: yataq otağı – 32,76 m², 15,54 m², 23,14 m², 13,40 m², dəhliz – 8,51 m², eyvan – 15,34 m², hol – 23,36 m²; Həyətyanı sahə: hamam/s/q – 13,44 m²) təsdiqlənərək təqdim edilir. Təsdiq olunmuş layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması üçün əsasdır. İş materiallarına əlavə edilmiş Azəriqaz İB-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli “Müraciətin araşdırılması barədə” məktubda göstərilmişdir ki, Bakı Regional Qaz İstismarı Departamentinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və məlum olmuşdur ki, həmin torpaq sahəsindən "Azəriqaz" İB-nə məxsus heç bir qaz xətti keçmir, qaz qurğuları mövcud deyil, saha qaz xəttinin mühafizə zonasında yerləşmir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə 1 saylı Bakı Ərazi İdarəsinin 17.043.2025 il tarixli nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m sahəsi olan iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi Neft kəmərlərinin mühafizə zolağının daxilində yerləşir, həmin əmlakın qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, **********30; **********12; **********81-10301 və **********27 reyestr nömrəli əmlaklar yerləşir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********71 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahənin bir tərəfindən 10.5 m–12.5 m məsafədən diametri d=0.5 m olan yerüstü boru xətti keçir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə mövqeyi təqdim edilmiş sxemdəki istinad məsafəsinə uyğun gəlmir, fərqlər mövcuddur. Sahə ilə bağlı məlumat aşkar edilmişdir. Sahənin qeydiyyatı və hər hansı sahə ilə üst-üstə düşmə vəziyyəti ilə bağlı məlumatlar sistemə daxil edilməmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidədir. Sözügedən sahə Dövlət mülkiyyəti torpağı olmaqla bütövlüklə neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 160426 saylı ləğv olunmuş neftqaz quyusunun 38 metrlik məsafəsində, 161233 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 39 metrlik məsafəsində, eləcə də SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Puta-Böyükşor (d=530 mm, istifadəyə verildiyi tarix 1964) magistral neft kəmərinin 10.5 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Neft Kəmərləri İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-5/2-1601/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş500 (Puta-Böyükşor, d-530, istifadəyə verildiyi tarix 1964) yerüstü magistral neft kəmərinin 115.8-ci km-də, kəmərdən 10.5 metr aralıda, neft kəmərinin mühafizə zonasına yerləşir. Həmin məktub ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2024-cü il tarixli Aktda göstərilmişdir ki, X6 istismarında olan Şirvan-Bakı Dg500 n/k-nın 115,8-ci km-də (39T 397134 4476912), kəmərdən 11 m aralı məsafədə inşa edilmiş yaşayış evi mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq, “X19” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2024-cü il tarixli 03/864 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçülü torpaq sahəsi “X15 haqqında” Sazişə və “X14”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən koordinatlar daxilində yerləşir: 1.397134.6557 4476912.2648 2.397162.1501 4476910.1871

3. 397160.5627 4476887.9429

4. 397133.1724 4476890.7158 Sözügedən torpaq sahəsi 16042 və 161233 saylı neft quyularının mühafizə zolağı daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri üzrə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7368/2025 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici səndlərdən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” 646631 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev küçəsi, 1-ci döngə, 18 saylı sahədə yerləşən 0.03 hektar torpaq sahəsi **********30 reyestrin nömrəsi ilə xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1060 nömrəli reyestr kitabının 105118 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi **********27 reyestrin nömrəsi ilə xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 831 nömrəli reyestr kitabının 78728 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi **********81-10301 reyestrin nömrəsi və üzərində yerləşən ümumi sahəsi 269.60 kv.m olan fərdi yaşayış evi ilə birlikdə xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə X5 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən **********12 reyestr nömrəli 0.03 ha torpaq sahəsi xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********49 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2001-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi, yedi icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Belə ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı torpaq sahəsi və üzərində yerləşən əmlaka dair vahid çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında sahəsi 600.0 kv.m olan torpaq sahəsi və fərdi üzərində yerləşən yaşayış evinə adir mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin imtina məktubu və iddiaya etiraza dair dəlilləri aşağıdakılardan ibarət olmuşdur: --Torpaq sahəsinə dair təqdim olunan sərəncam xx.xx.2001-ci il tarixli olmaqla və xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılması, addan-ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricində olmuşdur. -Eelektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və iddia olunan torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmə göstərilən hər iki dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə ilk növbədə iddiaçının təqdim etdiyi torpağın ayrılması barədə hüquqmüəyyənedici sənədlərə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi ilkin olaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2204 nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisində 600 kv.m sahə X4 ayrılmış, daha sonra Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1034 nömrəli sərəncamına əsasən Binəqədi rayon ərazisində X4 Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ayrılmış 600.0 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı adına keçirilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü ill tarixli məktubu ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 1034 nömrəli sərəncamına əsasən iddiaçının adına keçirilmiş 600 kvm torpaq sahəsinin cizgi planı xx.xx.2023-cü ildə təsdiq edilərək təqdim edilmiş, bununla da torpaq sahəsini ayıran qurum torpaq sahəsinin naturada təhvil verdiyi torpaq sahəsini və onun yerləşməsini bii daha təsdiq etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Başqa sözlə, torpaq sahəsinin ayrılması ilkin olaraq xx.xx.2001-ci il tarixdən əvvəl yəni xx.xx.2000-ci ildə baş vermiş, ilkin torpaqayırma sənədi əsasında sonradan həmin sahənin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Yerli icra hakimiyyəti orqanı tərəfindən həmin torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilmiş və hazırda da adları çəkilən sərəncamlar və yerləşmə cizgisi qüvvədədir, ləğv edilməmiş və dövlət arxivinə təhvil verilmişdir. Belə olan halda, iddia olunan torpaq sahəsi ilə bağlı ilkin torpaqayırma sənədi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2204 nömrəli sərəncamı hesab olunur. Cavabdehin digər imtina əsasına-torpaq sahəsinin neft kəmərinin mühafizəsində və “X17” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil ollmasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və faktiki göstərilən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir, eyni zamanda neft kəməərinin mühafizə zonası daxilindədir. Üçüncü şəxslər DNŞ, “X17” Şirkətinin və Neft Kəmərləri İdarəsinin məhkəmə sorğularına cavabda torpaq sahəsinin “X15 haqqında” Sazişə və “X14”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan magistral neft kəmərinin mühafizə zonasına yerləşir. Məhkəmə o halı da nəzərə alır ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan DNŞ-nin daimi istifadəsinə verilmiş torpaq sahəsi olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı idi. İş üzrə müəyyən olunur ki, cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış velərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********30; **********12; **********81-10301 və **********27 reyestr nömrəli əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışlar. Təqdim edilmiş ərazinin ortofoto görüntüsündə əks olunan adlarıçəkilən reyestr nömrəli əmlakların iddiaçının qonşuluğunda yerləşməklə bərabər, həm də tam və ya qismən kontrakt daxilində yerləşdiyi, eləcə də neft kəmərinin mühafizə zonasınnda yerləşdiyi adi gözlə aydın müşahidə olunur. Həmin əmlaklara dair təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə cavabdehin torpaq sahələrinin Saziş ərazisinə düşməsi və ya neft kəmərinin mühafizəsində yerləşdiyi halda bununla bağlı hər hansı etiraz və ya pretenziya irəli sürdüyü də müəyyən olunmamışdır. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində və neft kəmərinin mühafizə zonasınnda yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə ən azı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. -80.2.Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3.Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Hazırkı iş üzrə iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş, fərdi evin "xxxx" MMC tərəfindən memarlıq planlaşdırma bölməsi tərtib edilmiş, layihə Binəqədi rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmiş, evin texniki göstəriciləri Binəqədi rayon İcra Hakmiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilməklə razılaşdırılmışdır. Cavabdeh reyestr orqanının mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş, torpaq sah\siin koordinatları müəyyən edilmiş, sahənin qeydiyyatı və hər hansı sahə ilə üst-üstə düşmə vəziyyəti aşkar olunmamış, eyni zamanda fərdi yaşayış evinin layihədənkənar və ya icazə icraatı tələb edən tikili olması barədə hər hansı qeydlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar