Məhkəmə qərarları › İş №e-2-1(112)-520/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-520/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-520/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********137136 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X38 Departamentinin xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarına əsasən İddiaçı MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vergi dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli, **********6189514 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı zəruri olan sənədlərin təqdim olunması üçün xx.xx.2019-cu il tarixli, **********187059 nömrəli tələbnamə verilmişdir. Həmin tələbnamə əsasında vergi müfəttişlərinə kassa sənədləri (mədaxil və məxaric orderlərin surəti, dövriyyə cədvəlləri), debitor və kreditor borclar haqqında arayış (yoxlama dövrünün əvvəlinə və sonuna olan qalıqlar), göndərilmiş hesab-fakturalar və aktlar, xidmət müqaviləsi ilə işləyən sürücülərin xidmət haqqı cədvəli, yoxlanılan dövr ərzində sifarişlərin siyahısı, vergi auditi tədqiqinin sorğu anketi, balansda olan nəqliyyat vasitələri haqqında məlumat, balansda olan nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat, icarəyə götürülmüş nəqliyyat vasitələri və onları idarə edən sürücülər haqqında məlumat, əmək haqqının hesablanması cədvəlləri, debitor və kreditorlarla bağlanmış müqavilələrin surəti, daxil olmuş SMS-lərin təyinatı barədə izahat, 2018-ci ilin balansı, 2019-cu ilin balansı, direktorun və sürücülərin izahatları təqdim olunmuşdur. Həmin sənədlər əsasında vergi müfəttişləri bu nəticələrə gəlmişdirlər. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin gəldiyi nəticələr: müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası: İddiaçı MMC tərəfındən taksi sifarişlərinin "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Technologies” MMC tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün vergi müfəttişləri tərəfindən İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən “Bizim Taksi" MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə “X47 Marketing Technologies” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 nömrəli müqaviləyə əsasən, ******* ədəd sms alındığı, eyni zamanda İddiaçı MMC ilə “Softline" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə İddiaçı MMC tərəfindən yuxarıda göstərilən şirkətlərdən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Technologies” MMC-yə vergi müfəttişləri tərəfindən məktublar ünvanlanmış, lakin sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. İddiaçı MMC direktoru tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi terəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin müəssisəyə aid edilməsi: Səyyar vergi yoxlaması ilə bağlı “Bizim Taksi" MMC-nin direktoru tərəfindən verilmiş izahata əsasən müəssisə tərəfindən taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə müəssisə tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidməti göstərən şirkətlər İddiaçı MMC və “Call Center" MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə PayPoint, Milliön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin müəssisənin vergi öhdəliklərinə aid edilməsi: Sürücülər tərəfindən göstərilən taksi xidmətiərinin müqabilində balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC, "xxxx" MMC) müəssisələrin hesabına deyil, 189 taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (VÖEN **********, İddiaçı MMC-nin direktoru) 227908,41 manat, X28 (VÖEN **********, İddiaçı MMC-nin əməkdaşı) 216882,98 manat, X12 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 219016,75 manat, X21 (VÖEN **********, “Ağ Taksi" MMC-nin əməkdaşı) 13030,78 manat, X22 (VÖEN **********) 251039,36 manat, X23 (VÖEN **********, ''Call Center” MMC-nin əməkdaşı) 198934,14 manat, X24 (VÖEN **********, İddiaçı MMC-nin əməkdaşı) 140402,85 manat, X13 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 78878 manat, X25 (VÖEN **********) 98911,33 manat, X5 (VÖEN **********, “Enar Taksi" MMC-nin əməkdaşı) 141591,23 manat və X3 (VÖEN **********) 83553,77 manat, cəmi 1670149,6 manat vəsait köçürülmüşdür. Bu məbləğlərin heç biri 189 taksi ilə bağlı şirkətilərin dövriyyələrində əks etdirilməmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fiziki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də yoxlama ilə müəssisə tərəfindən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərini bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfindən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 33509 (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Yuxarıda qeyd olunmuş nəticələrə əsaslanaraq, vergi müfəttişləri yoxlama aktında yoxlama dövrü üzrə "Bizim Taksi” MMC tərəfindən vergilərin 281659.59 manat (mənfəət vergisi 94095.25 manat, ƏDV 168890.54 manat, sadələşdirilmiş vergi 4583.8 manat, ödəmə mənbəyində tutulan vergi 14090.0 manat) azaldıldığı, sadələşdirilmiş verginin 2268,49 manat artıq hesablandığı qeyd edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 140829.81 manat maliyyə sanksiyası və VM-nin 57.1-ci maddəsinə əsasən 680.0 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur və cəmi hesablama (2816xx.xx-140829.81-2268.49+680.0) = 420900.91 manat məbləğində olmuşdur. Səyyar vergi yoxlamasının aktı əsasında xx.xx.2020-ci il tarixdə **********137136 saylı qərar və **********443400 saylı tələbnamə “Bizim Taksi" MMC-yə təqdim olunmuşdur. Həmin qərardan verilmiş inzibati şikayətə baxılması əsasında xx.xx.2021-ci il tarixli, **********952700 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli, **********952700 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət olunmuş və şikayət üzrə bu günədək heç bir qərar qəbul edilməmişdir. Qərarın ləğv olunması məqsədi ilə yoxlama üzrə əldə olunmuş nəticələrin yanlış olması barədə İddiaçı MMC tərəfindən təqdim olunan izahatlar və dəlillər: müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası üzrə: İddiaçı MMC nağdsız taksi sifarişlərinin yerinə yetirilməsini həyata keçirir və bu məqsədlə istifadəsinə olan avtonəqliyyat vasitələri ilə taksi xidmətini göstərir. İddiaçı MMC yalnız nağdsız qaydada sifarişlərin qəbulunu həyata keçirir ve onları icra edir. İddiaçı MMC tərəfindən taksi sifarişlərinin yerinə yetirilməsi zamanı istifadə olunan SMS-lər müxtəlif istiqamətlər üzrə göndərişləri mümkündür və bunlara aiddir: sifarişin təsdiqi, sifarişin dəqiqləşdirilməsi, sifariş məbləğinin və marşrutunun dəyişməsi, sifarişin ləğv olunması, kampaniya və aksiyalar barədə məlumat, xidmət keyfiyyətinin qiymətləndirilməsi, bayram təbrikləri, sürücülərə göndərilən sifariş sms-ləri, sürücülərə göndərilən və sifarişlə əlaqəli olmayan sms-lər. İddiaçı MMC-nin mühasibat uçotunun qurulması və aparılması qaydası icra olunmuş sifarişlərə bağlıdır və bu səbəbdən SMS-lərin uçotu aparılmır və göndərilməsinə nəzarət mövcud deyil. SMS-lərin hansı istiqamət üzrə göndərilməsi “Bizim Taksi" MMC-nin əməkdaşları tərəfindən həyata keçirilir və bu barədə müstəqil qərar qəbul edilir. Misal üçün: bayram təbriki SMS-lərinin kütləvi şəkildə bütün abonentlerə göndərilməsi və s.. Bu tip göndərişlər barədə qərarı öncədən planlaşdırmaq olmur və SMS-lərin göndərişləri faktiki hal və zərurət üzrə həyata keçirilir. Bundan əlavə olaraq qanunvericilikdə xidmətin təşkilində istifadə olunan SMS-lərin dəqiq uçotunun aparılmasına dair heç bir tələb mövcud deyil. "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Technologies” MMC ilə müqavilələr bağlandığı zaman İddiaçı MMC-nin direktoru X14 olub və müqavilənin hansı şərtlərlə bağlanılması (hədiyyə olaraq müəyyən sayda SMS-lərin pulsuz olaraq təqdim edilməsi və s.) tərəflər arasında müstəqil qaydada müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi müfəttişlərinin dəlil kimi qeyd etdikləri pulsuz SMS-lərdən əlavə pullu SMS-lərin hansı səbəbdən alınması barədə (cəmi ******* ədəd SMS) bu da bildirilir ki, xidmətin təşkilində istifadə olunan SMS-lərin kifayət etməməsi, biznesin genişləndirilməsi kimi səbəblər əlavə pullu SMS-lərin alınmasını zəruri etmişdir. Bundan əlavə olaraq, müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülməsinin mümkünlüyü barədə ekspert rəyinin alınması üçün "Bizim Taksi” MMC tərəfindən “X10”nə müraciət olunmuşdur. “X10”nin xx.xx.2020-ci il tarixli cavab məktubunda ekspert rəyi kimi bildirilmişdir ki, “SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablama metodu kimi əsas götürülə bilməz”. Buna baxmayaraq vergi müfəttişləri SMS-lərin cəmi sayından yalnız reklama sərf olunan 35%-i çıxaraq, İddiaçı MMC-nin əldə etdiyi mənfəətin hesablanması üçün xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarınm hesablanması metodunda SMSlərin 65%-ni nəzərə almışdır. Bu hesablama metodun nəticəsi kimi vergi müfəttişləri tərəfindən yalnış olaraq İddiaçı MMC tərəfindən göstərilən 1 taksi gedişinin orta qiymətinin 4.94 manat olduğu və bunun əsasında yanlış olaraq İddiaçı MMC “sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən" (“Bizim Taksi" MMC sifarişlərin ötürülməsi xidmətləri ilə məşğul deyil və yalnız taksi fəaliyyəti üzrə işləyir) əldə etdiyi gəlirin 1131047,1 manat olması müəyyən edilmişdir. Sürücülərin izahatları əsasında mövcud olmayan fəaliyyətin müəssisəyə aid edilməsi: Səyyar vergi yoxlaması zamanı vergi müfəttişləri tərəfindən 3 nəfər sürücüdən izahatlar götürülmüşdür. İzahatlar götürülən zaman vergi müfəttişləri sürücülərə seçici və məqsədyönlü suallar verərək yalnız lazımı cavabın əldə edilməsinə nail olmuşlar. Belə ki, sürücü qarşısında sual qoyulan zaman “Bizim Taksi" MMC-nin adı çəkilməyərək, onların “189 taksi”-yə aid fəaliyyətlərinə dair suallar verilirdi. Bildirilir ki, “189 taksi“ kimi fəaliyyət göstərən qurum mövcud deyil, bu 189 bir brenddir və bu brend altında bir çox müstəqil və bir-birinin fəaliyyətinə, yaxud vergi öhdəliyinə heç bir aidiyyəti olmayan müəssisələr çalışır. Sıravi sürücü bu barədə ətraflı məlumata malik olmaması səbəbindən izahatında "Bizim Taksi” MMC-nin fəaliyyətinə aid olmayan fəaliyyət barədə səhv izahat verib. Belə ki, bütün fəaliyyət dövrü ərzində İddiaçı MMC heç vaxt nağd taksi sifarişlərini nə qəbul edib, nə də icra edib. İddiaçı MMC-nin izahatda sürücülər tərəfindən səhv qeyd olunan kimi heç bir ofisində sürücülərdən nağd pulun qəbulu həyata keçirilmir və İddiaçı MMC sürücülər ilə hesablaşmaları nağdsız qaydada aparır. Buna baxmayaraq vergi müfəttişləri sürücülərin izahatlarını yoxlamayaraq, yaxud bu barədə heç bir sübut və təsdiq əldə etmədən səyyar vergi yoxlaması üzrə müəyyən əsassız və səhv nəticələrə gəliblər. Digər vergi ödəyicilərinin vergi öhdəliklərinin müəssisənin vergi öhdəliklərinə aid edilməsi: Vergi müfəttişləri səyyar vergi yoxlaması aktında 11 nəfər fərdi sahibkar olan fiziki şəxslərin fəaliyyətləri zamanı yaranmış dövriyyəni, bu şəxslərlə heç bir hüquqi və faktiki fəaliyyət yaxud əlaqənin olmadığı halda, yalnış olaraq İddiaçı MMC-nin əldə edə biləcəyi gəlir kimi tanımışdır və bunu “189 taksi xidməti ilə bağlı olan şirkətlər” kimi əsaslandırmışdılar. Bununla əlaqədar bildirilir ki, nə Əskərov Ağa-Kərim Fəxrəddin oğlunun (VÖEN **********), nə X26 (VÖEN **********), nə X8 (VÖEN **********), nə X15 (VÖEN **********), nə X16 (VÖEN **********), nə X17 (VÖEN **********), nə X18 (VÖEN **********), nə X11 (VÖEN **********), nə X19 (VÖEN **********), nə X4 (VÖEN **********), nə də X1 (VÖEN **********) “Bizim Taksi" MMC-nin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur (müqavilə yaxud digər hər hansı əsas). "Bizim Taksi” MMC-nin müstəqil vergi ödəyici olmasına baxmayaraq vergi müfəttişləri qanunvericilkdə nəzərdə tutulmamış qaydada və öz fərziyələrinə əsaslanaraq və bu barədə heç bir təsdiq yaxud sübut olmadığı halda digər vergi ödəyicilərin müstəqil öhdəliklərini “Bizim Taksi" MMC-yə aid edirlər. Əsassız hesablama metodun tətbiqi nəticəsində əldə edilmiş yalnış məlumatlar üzərində vergilərin hesablanması və sanksiyaların tətbiq edilməsinin əhəmiyyətsiz və səhv olması səbəbindən səyyar vergi aktının və qərarın bütün digər hissələri əhəmiyyətsiz və səhvdir. Yuxarıda qeyd olunanlardan əlavə bildirilir ki, nə səyyar vergi yoxlaması aktından verdikləri etiraza, nə qərara mahiyyəti üzrə baxılmışdır. Belə ki, kifayət qədər tutarlı əsasların gətirilməsinə, əlavə ekspert rəyinin təqdim olunmasına baxmayaraq, nə etiraza cavabda (qərar), nə də qərardan şikayətə olan cavabda mahiyyəti üzrə dəlillərə baxılmamış və bununla bağlı ciddi araşdırma aparılmamışdır. Həmin cavabların mətnlərinə diqqət yetirilsə aydın olar ki, cavabdeh yalnız və yalnız səhv və yalnış olan səyyar vergi yoxlaması aktında göstərilən məlumata dəfələrlə istinad edir və hətta tərəflrindən verilən yeni izahat və cavablara baxmayaraq onların heç birini qəbul etmirlər. Tərəflərindən təqdim edilən bir sıra məlumatlar (izahatlar, əlavə sənədlər və s.) ümumiyyətlə nəzərə alınmamış, yaxud inkar edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə tərəflərindən təqdim olunan bəzi sənədlərin nüsxələrini yenidən elektron qaydada sorğu edilməsinə baxmayaraq, onlara bir cavab verilməmişdir. Sadə bir nümunə olaraq o da qeyd olunur ki, sifarişlər barədə ətraflı məlumat bir çox qutuları əhatə edən vərəqlərdə çap olunmuş və vergi müfəttişlərinə təqdim olunmuşdur. Lakin buna baxmayaraq vergi müfəttişləri, çox güman ki, təqdim olunmuş materialın çoxluğunu nəzərə alaraq, heç nəzərdən onu keçirməmiş və yalnız baxılması rahat olan və redaktə edilə bilən formatda sənədləri şifahi tələb etmişdirlər və bununla əlaqədar əllərindən gələn köməyi etmişdirlər. Yoxlama zamanı, bəzi yerlərdə, bizə hətta sənədlərin götürülməsi barədə heç bir təhvil-təslim aktı təqdim edilməmişdir, xüsusən də “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla və “Sənədlərin qismən yoxlamaya təqdim edilməsi barədə” aktla tanış olmamışlar və nüsxələri onlara verilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərara əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bidiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmadığı halda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. (67.1.9). Vergi ödəyicisi tərəfindən mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmadığına görə yoxlama qarşılıqlı əlaqələrə dair sənədlərə, bank sənədlərinə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə, müəssisə rəhbəri və sürücülər tərəfindən verilmiş izahatlara və digər sənədlərə əsasən aparılmışdır. Yoxlanılan dövrdə cəmiyyət özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin sifarişlərinin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının İddiaçı MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10,15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 faiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri İddiaçı MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi cəmiyyətdə saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. Yoxlama ilə bağlı cəmiyyətin direktoru tərəfindən verilmiş izahatda taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə cəmiyyət tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidmətləri göstərən şirkətlər İddiaçı MMC və "xxxx" MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə Pay Point, Milliön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Sürücülər tərəfindən göstərilmiş taksi xidmətləri müqabilində isə balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), müəssisələrin hesabına deyil, “189” taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (VÖEN **********, İddiaçı MMC-nin direktoru) 227908,41 manat, X28 (VÖEN **********, “İddiaçı MMC-nin əməkdaşı) 216882,98 manat, X12 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 219016,75 manat, X21 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 13030,78 manat, X22 (VÖEN **********) 251039,36 manat, X23 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 198934,14 manat, X24 (VÖEN **********, İddiaçı MMC-nin əməkdaşı) 140402,85 manat, X13 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 78878 manat, Vəliyev llham Kamran oğluna (VÖEN **********) 98911,33 manat, X6 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 141591,23 manat və X3 (VÖEN **********) manat, cəmi 1670149,6 manat vəsait köçürülmüşdür. Bu məbləğlərin heç biri “189” taksi ilə bağlı şirkətlərin dövriyyələrində əks etdirilməmişdir. Bundan əlavə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fizki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də yoxlama ilə müəssisə tərəfindən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fizki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfındən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fiziki şəxslərə 33509 manat (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil, eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Bundan əlavə yoxlama zamanı taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və “X47 Marketing Technologies” MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, “İddiaçı MMC ilə ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli, 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə “X47 Marketing Technologies” MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 nömrəli müqaviləyə əsasən ******* ədəd sms aldığı, eyni zamanda Cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X47 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış, lakin sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icarəyə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971,0 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alınmaqla, müəssisə ilə xidmət müqaviləsi bağlanmış sürücülər tərəfindən (5982206,60- 326971) 5655235,60 manat dəyərində xidmət göstərildiyi aşkar edilmişdir. Xidmət müqavilələrinə və xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyi nəzərə alınmaqla müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110000,0 manat (ƏDV ilə) dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla, 2018-ci ilin fevral ayında 201605,8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yarandığından vergi ödəyicisi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə sadələşdirilmiş vergi bəyannamələrindəki 2018-ci ilin 2-ci rübü üçün 20753,78 manat, 3-cü rübü üçün 19485,7 manat və 4-cü rübü üçün 16472,86 manat dövriyyə məbləği və müvafıq olaraq 2-ci rüb üçün 830,15 manat, 3-cü rüb üçün 779,43 manat, 4-cü rüb üçün 658,91 manat sadələşdirilmiş vergi məbləği azaldılmışdır. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin 1-ci rübünün yanvar ayında 98821,5 manat, fevral ayında 35054,3 manat manat gəlir əldə etdiyi və bu rübdə sadələşdirilmiş vergi bəyannaməsində 19280,64 manat əks etdirildiyi nəzərə alınmaqla, 114595,16 manat dövriyyənin və ya 4583,8 manat sadələşdirilmiş verginin azaldılması müəyyən edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə cəmiyyətin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə ƏDV bəyannamələrinin təqdim edilmədiyi nəzərə alınmaqla (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir (ƏDV qeydiyyatsız). Taksi xidmətlərinin göstərilməsi məqsədilə sifarişlərin ötürülməsindən əldə edilmiş gəlirlərin 2018-ci ilin mənfəət vergisinə cəlb edilməli olan hissəsinin ƏDV-siz məbləği 633850,52 manat, avtomobil satışından ƏDV-siz 11864,41 manat olmaqla, ümumilikdə ƏDV-siz gəlirinin 645714,93 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə vergi ödəyicisinin xərcləri cəmi 175238,69 manat təşkil etmişdir ki, əmək haqqı xərcləri 41493,98 manat, sosial sığorta və işsizlikdən sığorta xərcləri 9336,15 manat, sığorta haqları 1997,65 manat, bank xərcləri 1467,90 manat, rabitə, sms, təmir və s. xərclər 120943,01 manat təşkil etmişdir. Beləliklə 2018-ci ildə müəssisənin mənfəət vergisinə cəlb edilməli olan ümumi gəlirləri 645714,93 manat, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən ümumi xərcləri 175238,69 manat olmuş və müəssisə tərəfındən (645714,93- 175238,69) 470476,24 manat mənfəət əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi dərəcəsinin 20% olduğu nəzərə alınaraq, (470476,24*20%) 94095,25 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən, Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək, həmin məbləği dövlət büdcəsinə ödəməli olduğu halda, müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli 8 və 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı "xxxx"nın uçot qeydində xx.xx.2018-ci il tarixdə MMC-nin təsisçiləri olan X29 70450,0 manat, X9 70450,0 manat dividend verildiyi müəyyən edilsə də həmin məbləğlər barədə ödəyici tərəfindən vergi orqanına bəyannamə təqdim edilməmişdir. Yoxlama ilə ümumi 140900,0 manat təqdim edilmiş dividendə görə 14090,0 manat ödəmə mənbəyində vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə 2018-ci il üçün 94095,25 manat mənfəət vergisi, 2018-ci il üçün 4583,80 manat sadələşdirilmiş vergi, 2018-ci il üçün 14090,00 manat ÖMV və 2018 və 2019-cu illər üçün 168890,54 manat ƏDV (qeydiyyatsız) (2018-ci il üçün 116228,69 manat; 2019-cu il üçün 52661,86 manat) hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********189514 nömrəli akt əsasında "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC-nin direktoru A.Əskərovun səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********952700 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə cəmiyyətin direktoru A.Əskərovun inzibati şikayətləri təmin edilməmiş, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********189514 nömrəli səyyar vergi yoxlaması aktı etibarlı hesab edilmiş və həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2012-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdı (VÖEN: **********). - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdən qanuni təmsilçisi Əskərov Ağa-Kərim Fəxrəddin oğludur. - İddiaçı xx.xx.2012-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin əsas fəaliyyət növü taksi fəaliyyətidir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X38 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187043 №-li qərarın surətindən görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-may 2019 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2019-cu il tarixli, KY191326859 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçındə (VÖEN **********) yoxlamanın müddəti: xx.xx.2019-xx.xx.2019; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2019 il, yoxlamanın predmeti və hüquqi əsasları: vergi qanunvericiliuinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla); yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması, yoxlamanın tipi: plan üzrə (növbəti). - Vergilər Nazirliyinin Bakı şəhəri X38 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187059 №-li “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamənin surətindən görünür ki, İddiaçı səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq nəzarət kitabçasının, yoxlama dövrü üzrə mühasibat kitablarının, uçot registləri və dövriyyə cədvəlləti, sifarşçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələrin, icarə müqavilələrinin, bank, NKA, POS terminal, çek və xəzinə sənədləri, digər və s. xərclərin çəkilməsinə dair sənədlərin, mühasibatlıqda müxabirləşmənin verilməsini əks etdirən sənədlərin, tender sənədlərin, smetaların, quraşdırma, təmir və digər görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qəbul-təhvil aktları (Forma-2, Forma-3), aylıq texniki və əmtəəmaterial hesabatları (malların çeşidləri üzrə), xüsusi razılıq (lisenziya), hesab fakturalar, xidmər müqavilələri, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans hesabları üzrə qalıqlar barədə arayış və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və sair analoji sənədlər, vəkalətnamələr, gömrük rəsmiləşdirilməsi sənədləri (Yük gömrük bəyannamələri, invoyslar və s.), əmlak və torpağa dair icarə, mülkiyyət və alqısatqı sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər (o cümlədən elektron daşıyıcılar üzərində olan məlumatlar), habelə hüquqi sənədlər, vergi ödəyicisinin nizamnaməsi və dövlət vergi orqanında qeydiyyata durması barədə sənədləri (xarici dildə tərtib olunduğu halda bütün sənədlər azərbaycan dilinə tərcümə olunmalı və təsdiq olunmuş halda təqdim edilməlidir) 15 iş müddətində, yəni xx.xx.2019-cu il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının Vergilər Nazirliyi yanında Bakı şəhəri X38 Departamentinə təqdil olunmalıdır. - Vergilər Nazirliyinin Bakı şəhəri X38 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib edilmiş “Sənədlərin qismən təqdim edilməməsi barədə” xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X38 Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarı ilə İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətində (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2019) təyin edilmiş və yoxlama hal-hazırda davam etdirilir. Yoxlama zamanı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********187059 nömrəli tələbnamə təqdim olunmuşdur. Tələbnaməyə əsasən sahibkardan yoxlanılan dövr üzrə vergilərin hesablanması üçün zəruri olan ilkin mühasibat sənədləri, elektron fayllar, müqavilələr və vergi auditi elementlərinə aid olan digər ilkin mühasibat sənədləri tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən yoxlamaya sənədlərin tam hazır olmadığı üçün bir qismi təqdim edilmişdir. - Vergilər Nazirliyinin Bakı şəhəri X38 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********188423 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı MMC-dən nəzarət kitabçası yoxlama dövrü üzrə mühasibat kitablarının, uçot registrlərinin və dövriyyə cədvəllərinin, sifarişçilər və mal göndərilənlərlə, xidmət göstərilənlərlə bağlanmış müqavilələrin, digər zəruri sənədlər götürülməsi qərara alınmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri X38 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********191880 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun surətindən görünür ki, mühasibat kitabları, qaimələr, icarə müqavilələr, digər müqavilələr, bank sənədləri, xidmət müqavilələri, əmək müqavilələri, kassa sənədləri, bank çıxarışları, kreditorlar və debitorlar barədə məlumat, elektron fayllar, əsas vəsaitlərin alınmasına və təqdim edilməsi barədə qaimələr, kassa mədaxil və məxaric orderləri və uçot sənədləri götürülmüşdür. - Səyyar vergi yoxlaması haqqında xx.xx.2020-ci il tarixli, **********189514 №-li aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X38 üzrə Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişləri X37, X30 tərəfindən İddiaçı (VÖEN **********) üzrə əlavə dəyər vergisi Yanvar 2018 – May 2019; ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2018 - 1-ci Rüb 2019; əmlak vergisi 2017-ci il – 2018-ci il; mənfəət vergisi 2018-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il; sadələşdirilmiş vergi 1-ci Rüb 2018 – 1-ci Rüb 2019; aksiz vergisi Yanvar 2018 – May 2019; torpaq vergisi 2018-ci il – 2019-cu il; mədən vergisi Yanvar 2018 – May 2019 tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının İddiaçı MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10, 15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də, alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 taiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri İddiaçı MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi İddiaçı MMC-də saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. ƏDV-nin məqsədləri üçün MMC-nin dövriyyəsinin müəyyən edilməsi məqsədilə taksi fəaliyyətindən əldə edilmiş gəlirlər sifarişlərin ötürülməsi ilə bağlı əldə edilmiş gəlirlərdən ayrı hesablanmışdır. Belə ki, taksi fəaliyyətindən əldə edilmiş gəlirlər MMC-nin ƏDV məqsədləri üçün müəyyən edilmiş dövriyyəsinə aid edilməmişdir. Yəni ƏDV bəyannamələrində müəssisənin gəlirlərinə sifarişlərin ötürülməsindən əldə edilmiş vəsait daxil edilmişdir. Bununla yanaşı yoxlanılan dövr ərzində MMC-nin balansında olan 5 ədəd Şkoda Oktavia markalı, 9 ədəd Xəzər Samand markalı avtonəqliyyat vasitələrinin satışından 110000.0 (ƏDV daxil) manat vəsait əldə edilmişdir ki, həmin vəsaitin əsas məbləği 93220.34 manat (ƏDV-siz hissə) ƏDV məqsədləri üçün satılmış olduğu aylar üzrə gəlirə daxil edilmişdir. Belə ki, müəssisə 5 ədəd Şkoda Oktavia markalı 10PK.588 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci il tarixdə 5500.0 manat, 10PK589 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci il tarixdə 4500.0 manat, 10PK582 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci ıl tarixdə 4000.0 manat, 10PK583 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2019-cu il tarixdə 3000.0 manat, 10PK586 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2019-cu il tarixdə 3000.0 manat. 9 ədəd Xəzər Samand markalı 90PV813, 90PV913, 90PV269, 90PV169, 90PV569, 90PV469, 90PV369, 90PU942, 90PU931 dövlət nömrə nişanlı avtomobillərin satışından xx.xx.2019-cu il tarixdə hər birindən 10.000,0 (ƏDV ilə birlikdə) manat olmaqla 90000,0 manat (ƏDV ilə birlikdə) ümumilikdə 110.000,0 (ƏDV ilə birlikdə) gəlir əldə etmişdir. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla 2018-ci ilin fevral ayında 201605.8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yaranmışdır. Lakin buna baxmayaraq vergi ödəyicisi tərəfindən qeydiyyat haqqında ərizə ilə müraciət edilməmişdir. Müəsissə rəhbəri tərəfindən verilmiş izahatda taksi xidmətləri ancaq goldenpay və korporativ müştərilərə nağdsız qaydada həyata keçirilmiş və həmin xidmətlərin bir hissəsinin MMC-nin balansında olan avtomobillərlə, digər hissəsinin isə bağlanmış xidmət müqavilələrinə əsasən taksi xidmətləri göstərən digər fiziki şəxslər tərəfindən göstərildiyi bildirilmişdir. Eyni zamanda izahatda taksi sifarişlərinin “189” qısa nömrəsi vasitəsilə həyata keçirildiyi göstərilir. Belə ki, taksi sifariş edən şəxs 189 qısa nömrəsinə zəng edərək gedəcəyi marşrutu bildirir və operator tərəfindən taksi təyin edilərək zəng etmiş şəxsin mobil telefonuna təyin edilmiş taksi ilə, eləcə də gediş haqqı ilə bağlı bidliriş smslər, eyni zamanda sifariş dəyişdirildiyi və ya ləğv edildiyi halda da bildiriş smslər göndərildiyi qeyd olunur. Taksi xidmətləri yerinə yetirildikdən sonra taksi sifarişi etmiş müştərilər tərəfindən ödənişlər goldenpay və s. nağdsız ödəmə vasitəsilə və ya ödəmə kartları vasitəsilə “Bizim taksi MMC-nin bank hesablarına köçürülür. Xidmət müqavilələrinə əsasən göstərilmiş ximətlərə görə isə MMC tərəfindən 20% xidmət haqqı alınır. Müəssisənin balansında olan və ya icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə gösətrilmiş ximətlərə görə həmin avtomobillər üzrə aylıq fərqlənmə nişanları alındığından daşımalar üzrə sadələşdirilmiş vergidən başqa (dividenddən 10 % ÖMV istisna olmaqla) digər vergi öhdəlikləri yaranmır, taksi sifarişlərinin müqavilə əsasında xidmət göstərən müxtəlif fiziki şəxslərə ötürülməsindən əldə edilmiş 20% xidmət haqqları isə müəssisənin vergiyə cəlb edilən dövriyyəsinə daxil edilir. Yoxlama ilə taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "X47 Marketing Technologies" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvananmış və cavablar alınmışdır. Belə ki İddiaçı MMC ilə “Bakcell MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqaviləyə xx.xx.2017-ci il tarixli 12 saylı Əlavəyə əsasən "xxxx" MMC tərəfindən ‘Bizim taksi” MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim edilir, bu limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0.02 manat (ƏDV ilə) ödəniş təlb edilir. Əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə (17 ay) "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "X47 Marketing Technologies" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 №-li müqaviləyə əsasən ******* ədəd sms alındığı, eyni zamanda MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 №-li müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Beləliklə yoxlanılan dövrdə MMC tərəfindən yuxarıda göstərilən şirkətlərdən cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Əldə edilmiş bu smslərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması barədə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X47 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış lakin bu smslərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumata əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi bildirilmişdir ki, bu da reallığı əks etdirmir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktoru və baş mühasibi Baş idarəyə dəvət edilmiş və müvafiq izahatlar alınmışdır. Verilmiş izahatlara əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu bildirilmişdir. Taksi xidmətləri ilə bağlı sifarişçilərin mobil telofonlarına taksinin təyin edilməsi ilə bağlı bildiriş smslərin göndərildiyini nəzərə alsaq, direktor tərəfindən verilmiş izahatda 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi qeyd edilmişdir. Beləliklə yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə maksimum 3 sms göndərildiyini nəzərə alsaq İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərininin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstırildiyi. nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müşətrilərinə göstərlimiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müşətrilərinə göstərlimiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8.48 manat müəyyən edilmişdir. Göründüyü kimi 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğunu nəzərə alsaq yoxlanılan dövrdə (1210973*4.94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilir. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icaryə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Beləliklə yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alsaq müəssisə ilə xidmət müaviləsi bağlanmış sürücülər tərəfindən (5982206,60-326971) 5655235,60 manat dəyərində xidmət gösərildiyi müəyyən edilmişdir. Xidmət müqavilələrinə əsasən eləcə də, xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyini nəzərə alsaq müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin gösətrilməsindən əldə edilmiş gəlirlərinin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110000 manat dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuş və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sadələşdirilmiş dövriyəsi 9 ayda 67730 manat təşkil etmişdir. Yoxlama ilə 2018ci ilin yanvar və fevral aylarında taksi xidmətlərindən əldə edilmiş gəlirlərin 133875,80 manat olduğu və dövriyyənin Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən qeydiyyatsız ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə MMC-nin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə heç bir ƏDV bəyannaməsinin təqdim edilmədiyini nəzərə alsaq (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, müəssisə Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək həmin məbləği dövlət büdcəsinə ödəməlidir. Lakin müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş 12 aprel 2018-ci il tarixli 8 və eyni tarixi 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı "xxxx"nın uçot qeydində 12 aprel 2018-cı ıl tarixdə MMC-nin təsisçiləri olan X29 70450.0 manat, X9 70450.0 manat dividend verildiyi müəyyən edilsə də, həmin məbləğlər barədə ödəyicisi tərəfindən vergi orqanına bəyannamə təqdim edilməyərək ümumi 140900.0 manat təqdim edilmiş dividendə görə 14090.0 manat ödəmə mənbəyində vergi məbləği dövlət büdcəsinə ödənilməmişdir. Bununla əlaqədar vergi ödəyicisinə 2018-ci ilin 2-cü rübü üçün 14090.0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Aparılan yoxlama ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin 14.090 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 7.045 manat, mənfəət vergisinin 94.095,25 manat azaldılmasına görə 47.047,63 manat, sadələşdirilmiş verginin 4.583,8 manat azaldılmasına görə 2.291,9 manat, əlavə dəyər vergisinin 168.890,54 manat azaldılmasına görə 84.445,28 manat maliyyət sanksiyasının tətbiqi təkilf olunur. - Cavabdeh tərəfindən qəbul olunmuş 11 iyun 2020-ci il tarixli, **********137136 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçındə (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində 2018-ci il üzrə mənfəət vergisinin 94.095,25 manat azaldılması, 94.095,25 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 47.047,63 manat maliyyə sanksiyası, 2018-ci il üzrə sadələşdirilmiş verginin 4583,80 manat azaldılması, 2268,49 manat artıq hesablanması, 2315,31 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 2291,90 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 14090,00 manat azaldılması, 14090,00 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 7045,00 manat maliyyə sanksiyası, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 480,00 manat maliyyə sanksiyası, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 200,00 manat maliyyə sanksiyasının, cəmi 112.769,05 manat verginin azaldılması, 2268,49 manat artıq hesablanması, 110.500,56 manat əlavə hesablanması, 57.064,53 manat maliyyə sanksiyasının, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 116.228,69 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 58.114,35 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 52.661,85 manat, VMnin 58.4-cü maddəsinə əsasən 26.330,93 manat, cəmi əlavə dəyər vergisi (qeydiyyatsız) üzrə 168.890,54 manat və 84.445,28 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2020-ci il tarixli, **********443400 №-li tələbnamənin surətindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********137136 saylı qərar əsasında İddiaçı MMC tərəfindən 279.391,00 manat əlavə hesablanmış vergilərin, 141.509,81 manat vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, ümumilikdə büdcəyə ödənilməli olan 420.900,91 manatın 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - X10 tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 237 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş materiallardan göründüyü kimi İddiaçı MMC-də yanvar 2018-may 2019-cu vergi dövrünü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və bu barədə **********189514 nömrəli, xx.xx.2020-ci il tarixli akt yazılmışdır. Yoxlama zamanı İddiaçı MMC-nin əldə etdiyi gəlirin hesablanması məqsədi ilə yoxlayıcılar SMS sifarişlərin ümumi məcmusu əsasında orta qiymətin çıxarılması metodundan istifadə etmişlər. Bu metodun tətbiqində yoxlayıcılar müəssisənin rəhbərliyi tərəfində verilən izahatla kifayətlənərək adi riyazi hesablama metodundan istifadə edib orta gediş qiymətini müəyyən etmişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımalar istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımaların (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşmiş vergi üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 221.1-ci maddəsinə əsasən hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği məcəllə ilə müəyyən edilmiş vergi dərəcəsilə hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır və hesablanmış məbləğ hesabat dövrünün sonrakı ayın 20-dək büdcəyə ödənilir. Tədqiq olunan dövrdə vergi ödəyicisi, yəni İddiaçı MMC faktiki olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilən xidmətlərdən ümumi hasilatın həcminə Vergi Məcəlləsi ilə nəzərdə tutulan vergi dərəcəsi tətbiq edilməklə hesablama aparılaraq bəyannamə üzrə müəyyən edilən məbləğ təyinatı üzrə vaxtında ödənilmişdir. Vergi yoxlaması aktında qeyd edilir ki, İddiaçı MMC tərəfindən 17 ay ərzində "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Texnologies” MMC-dən cəmi ******* ədəd SMS (3277370+858710+1453028) istifadə olunmuşdur. Yuxarıda adları qeyd olunan müəssisələrfən alınan cavabda bu SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə məlumatın olmadığı bildirilmişdir. Beləliklə aparılmış tədqiqatla Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənbi SMS-lər əsasında müəssisəsinin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməz. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8534 №li, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tətbiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. - 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. - 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, əsas fəaliyyət növü taksi fəaliyyəti olan İddiaçı MMC xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi qeydə alınmış və sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli, **********187043 №-li qərara əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-may 2019 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticələri xx.xx.2020ci il tarixli, **********189514 №-li aktla rəsmiləşdirilmişdir. Yoxlayıcılar tərəfindən səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla, 2018ci ilin fevral ayında 201605,8 manat təşkil etməsi, bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yarandığından vergi ödəyicisi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə sadələşdirilmiş vergi bəyannamələrindəki 2018-ci ilin 2-ci rübü üçün 20753,78 manat, 3-cü rübü üçün 19485,7 manat və 4-cü rübü üçün 16472,86 manat dövriyyə məbləği və müvafiq olaraq 2-ci rüb üçün 830,15 manat, 3-cü rüb üçün 779,43 manat, 4-cü rüb üçün 658,91 manat sadələşdirilmiş vergi məbləği azaldılması, yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin 1-ci rübünün yanvar ayında 98821,5 manat, fevral ayında 35054,3 manat manat gəlir əldə etdiyi və bu rübdə sadələşdirilmiş vergi bəyannaməsində 19280,64 manat əks etdirildiyi nəzərə alınmaqla, 114595,16 manat dövriyyənin və ya 4583,8 manat sadələşdirilmiş verginin azaldılması, Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan, artıq yəni 201605,8 manat olduğundan vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən ƏDV tətbiq edilərək hesablamalar aparılaraq Cəmiyyətin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu və bu dövrdə ƏDV bəyannamələrinin təqdim edilmədiyi nəzərə alınmaqla (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması, taksi xidmətlərinin göstərilməsi məqsədilə sifarişlərin ötürülməsindən əldə edilmiş gəlirlərin 2018-ci ilin mənfəət vergisinə cəlb edilməli olan hissəsinin ƏDV-siz məbləğinin 633850,52 manat, avtomobil satışından ƏDV-siz 11864,41 manat olmaqla, ümumilikdə ƏDV-siz gəlirinin 645714,93 manat olduğu, 2018-ci il üzrə vergi ödəyicisinin xərcləri cəmi 175238,69 manat təşkil etmişdir ki, əmək haqqı xərcləri 41493,98 manat, sosial sığorta və işsizlikdən sığorta xərcləri 9336,15 manat, sığorta haqları 1997,65 manat, bank xərcləri 1467,90 manat, rabitə, sms, təmir və s. xərclər 120943,01 manat təşkil etməsi, beləliklə 2018-ci ildə müəssisənin mənfəət vergisinə cəlb edilməli olan ümumi gəlirlərinin 645714,93 manat, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən ümumi xərclərin 175238,69 manat olması və müəssisə tərəfindən (645714,93-175238,69) 470476,24 manat mənfəət əldə edildiyi müəyyən edilərək Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi dərəcəsinin 20% olduğu nəzərə alınaraq, (470476,24*20%) 94095,25 manat mənfəət vergisinin azaldılması, yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən, müəssisə Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək, həmin məbləği dövlət büdcəsinə ödəməli olduğu halda, müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli 8 və 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı "xxxx"nın uçot qeydində xx.xx.2018-ci il tarixdə MMCnin təsisçiləri olan X29 70450,0 manat, X9 70450,0 manat dividend verildiyi müəyyən edilsə də, həmin məbləğlər barədə ödəyici tərəfindən vergi orqanına bəyannamə təqdim edilmədiyi, yoxlama ilə ümumi 140900,0 manat təqdim edilmiş dividendə görə 14090,0 manat ödəmə mənbəyində vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Həmin səyyar vergi yoxlama aktı etibarlı hesab olunaraq müəssisənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 iyun 2020-ci il tarixli, **********137136 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdeh orqan tərəfindən qəbul edilmiş həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə hazırki iş üzrə vergi ödəyicisinə hesablanmış vergilərə münasibət bildirməzdən əvvəl ilkin olaraq hər vergi növünə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Mənfəət vergisi ilə bağlı: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.12-ci maddəsinə əsasən gəlir-malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. - 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1-ci maddəsinə görə müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. - 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Sadələşdirilmiş vergi ilə bağlı: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 221.1-ci maddəsinə əsasən hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. - 218.4-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: - 218.4.1-cü maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər. - 218-1.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş verginin ödəyicisi olmaqdan azaddırlar. Ödəmə mənbəyindən tutulan vergi ilə bağlı: Bilavasitə mənbədən vergitutma – verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulmasını nəzərdə tutan vergitutma formasıdır. Bu forma vergi hüquq nəzəriyyəsində avans üsülü da adlandırılır. Çünki vergi ödəyicisinin gəlir ödəmə mənbəyində, vergi agenti tərəfindən qabaqcadan cəlb edilir. Bu əlamət onun digər vergitutma forması olan bəyannamə üzrə vergitutmadan fərqləndirir. Çünki sonuncu halda vergi gəlir və ya mənfəət əldə edilməsindən sonra vergi ödəyicisinin özü tərəfindən ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1-ci maddəsinə görə aşağıdaki şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludur: -muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; -muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar; -dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar; -hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər; - hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; - VM-in 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar; - vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Əlavə dəyər vergisi ilə bağlı: Əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən və ya əvəzləşdirilərkən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin Xİ Fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; - elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği . Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. - 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. - 156.1-1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilən hüquqdan istifadə edə bilər: 156.1-1.1. göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən; 156.1-1.2. digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən; 156.1-1.3. göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən. - 157.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. - 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş vergilərin hansı qaydada hesablanmalı olması ilə bağlı ətraflı izah vergi qanunvericiliyində öz əksini tapmışdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırki iş üzrə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi ilə "xxxx" MMC, "xxxx" MMC və “X47 Marketing Texnologies” MMC-arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi ******* ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də belə hesablama metodu qanunvericiklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmununu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Göstərilən bu halların hər biri müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş ekspert rəyi əsasında da müəyyən olunmuşdur. Belə ki, ekspert xüsusi ilə Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla, SMS-lərin hansı hissəsinin taksi sifarişi ile bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMSlərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/8534 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Bundan əlavə məhkəmə vurğulayır ki, iddiaçı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində taksi ilə sərnişin daşımalarını, həmçinin həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən sadələşdirilmiş vergi ödəyicisidir. İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi təmin edilərək mübahisələndirilən qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar ləğv edilsin. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar