Məhkəmə qərarları › İş №e-2-1(112)-5251/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5251/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5251/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə və Cavabdeh2nə qarşı “inzibati aktın ləğvi, elektron informasiya sistemindən qeydin silinməsi və kompensasiya ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmək kitabçası və digər əmək sənədlərində, eləcə də elektron sistemdə iddiaçı barəsində aparılmış əvvəlki qeydlər texniki silinməklə onun hüquqi nəticələrinin ləğvi, və bu məqsədlə yeni qeydin məzmununda CPMnin 39-cu maddəsinə uyğun olaraq bəraətverici əsaslarla işə xitam verilməsi əsasının qeyd edilməsi şərtilə yeni qeydin salınması, bəraətverici qərarın hüquqi nəticəsini icra etmək məqsədilə İddiaçı işə bərpa edilməklə yuxarıdakı hərəkətlərin aparılması barədə qərar verilməsi, işə davam etmək məqsədi güdülmədiyi üçün işdən Əmək Məcəlləsində təqsiri ifadə etməyən könüllü ümumi (adi) əsaslarla işdən azad edilməsinin rəsmiləşdirilməsi, müvafiq hərəkətlərdə bəraətverici qərara istinad edilməklə bütün zəruri qeydlərin elektron informasiya sisteminə işlənməsinin təmin edilməsi və bu tələblə bağlı zəruri digər hərəkətlərin icra edilməsi, bu qeydin aparılmadığı bütün müddət üçün - yəni həbsdən buraxıldığı xx.xx.2022-ci il tarixdən etibarən əmək hüquqlarının pozuntusuna görə 10.000 (on min) AZN kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, bu iddia ərizəsində tələb olunan bəraət alması barədə qeydin əvvəlki qeydlərin texniki və hüquqi nəticələrini üstələməsi və aradan qaldırılmasına dair iddiaçının hüququnun (unudulmaq hüququnun) Əsas İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsilə qorunan hüquq olmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Abdulnasir oğlu Cavabdeh2ndə çilingər köməkçisi vəzifəsində 16 yanvar 2018-ci il tarixə kimi (həbs olunana kimi) işləmiş, sonradan iddiaçı barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüşdür. Sonradan məhkəmə kobud pozuntulara görə işi istintaqa qaytarmış, xx.xx.2022-ci il tarixində isə Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarı ilə iddiaçının işinə bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı 2018-ci ildə tutulandan sonra bir çox hüquqları kimi əmək hüququndan da məhrum olmuşdur və iddiaçının əmək kitabçasında Əmək Məcəlləsinin 74.4-cü maddəsinə əsasən müvafiq qeyd yazılmışdır. Bəraət alan şəxsin bütün əvvəlki hüquqları bərpa olunduğu kimi, əmək hüquqları da bərpa olunmalıdır. Lakin, yeni iş tapmaq məsələsində İddiaçı əmək kitabçasındakı bu qeyd mane olur. Belə ki, həmin qeyd elektron sistemdə də yer alır və bunu bütün işəgötürənlər görə bilir. Bu isə onun işgüzar nüfuz və məşğulluq hüquqlarının pozulmasına səbəb olur. İddiaçı hüquqlarının bərpası məqsədilə sonuncu iş yeri olan Cavabdeh2nə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı bərabətverici əsaslarla işinə xitam verilməsi əsası ilə əvvəlki qeyd qüvvədən düşdüyünə görə onun hüquqi nəticələri də qüvvədən düşməlidir. Bunun texniki-hüquqi icrası isə səlahiyyətli şəxslər olaraq işəgötürəndən asılıdır. Əvvəlki qeydin məzmun və hüquqi nəticələrini aradan qaldıran yeni qeydin Əmək Kitabçasına qeyd edilməsi və elektron sistemə işlənməsini xahiş edilmişdir. Xahiş edilmişdir ki, yeni qeydin mətnində cinayət işinə xitam verilməsi barədə qərar müvafiq hüquqi əsas kimi qeyd edildikdə orada bilavasitə bəraətverici əsaslar ilə CPM-nin 39-cu maddəsinə uyğun olaraq xitam verilmə olması və təqsirinin sübuta yetirilməməsi əsası yazılmalıdır. Texniki olaraq əvvəlki qeydin yeni bəraət qərarı əsasında silinərək icra edilməsi xahiş edilmişdir. Bu beynəlxalq hüquqda unudulmaq hüququ adlanan və beynəlxalq məhkəmələr tərəfindən möhkəmləndirilmiş hüquqdur. Bu bəraət almamış insanların belə cəzasını çəkdikdən və ya uzun müddət üzərindən keçəndən sonra neqativ keçmişin onlara əzab verib ziyan vurmağa davam etməməsini tələb etmək haqqını belə əhatə edən huquqdur. Bəraət almış insanlara dair xüsusilə yüksək və operativ qaydada təmin edilməli hüquqdur.

3. Cavabdeh2 tərəfindən verilmiş “Əmrdə dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli, 39/X/23 nömrəli Əmrə əsasən “Soyuzaqrokontrakf’ MMC-nin Qusar bağları üzrə çilingər köməkçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 05/0616/E saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-1-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin müəyyən müddətə azadlıqdan məhrumetmə barədə məhkəmənin hökmünün qanuni qüvvəyə minməsi) xitam verilmiş və işçi xx.xx.2018-ci il tarixdən,34/18 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Onun Baş Prokurorluğun qərarına əsasən həbsdən bəraətverici əsaslarla azad edilməsi və cəmiyyətinə göndərdiyi ərizəsi nəzərə alınaraq əmək kitabçasi və elektron hökumət portalının müvafiq alt sistemində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-a bəndinə əsasən öz ərizəsi ilə işdən çıxmış hesab edilməsi barədə dəyişiklik aparılması əmr edilmişdir. Əmrin və müvafiq sənədlərin surətinin elektron hökumət portalının müvafiq alt sistemində müvafiq dəyişikliyin aparılması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin yanında X1 Xidmətinə göndərilməsi əmr edilmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmin Qaydaların 6cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi, əmək müqaviləsinə xitam verilməsinin əsası, işəgötürənin adı, işçinin soyadı, adı, atasının adı, işçinin fərdi identifikasiya nömrəsi (FİN), "əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi ilə bağlı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir.

5. Məhkəmənin hazırlıq icratı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər;

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

11. Məhkəmə ilk növbədə müəyyən edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Cavabdeh2 inzibati orqan kimi müəyyən olunmur və hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir.

12. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti inzibati orqan olsa belə, mübahisə inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Belə ki, X1 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir.

13. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar