Məhkəmə qərarları › İş №e-2-1(112)-5257/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5257/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5257/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X1 nümayəndəsi, vəkil X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Biləcəri bələdiyyəsinə qarşı (üçüncü şəxs X3 cəlb edilməklə) “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Biləcəri bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ünvanladığı ərizədə bildirmişdir ki, “Bakı İnzibati Məhkəməsinin hakimi Miminat xanım Hacıbəyovanın icraatında X1 da Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinə qarşı qərarın ləğv edilməsinə dair 2-1(112)-3280/2024 saylı inzibati mübahisə üzrə iş vardır. İnzibati prossesual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Odur ki, Sizin və Bakı İnzibati məhkəməsinin digər hakimi Miminat xanımın icraatında olan işlər biri-biri ilə əlaqəlidir və qeyd olunan işlər eyni cavabdehə və eyni torpaq sahəsinə verilmiş Qərar ilə bağlı olduğundan işin birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd etdiyim işlərin bir icraatda birləşdirilməsini Sizdən xahiş edirəm.” Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)- 5257/2024 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3280/2024 saylı (iddiaçı X1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-3280/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbi cavabdeh Bakı şəhəri Biləcəri bələdiyyəsinə qarşı yönəldilməklə həmin bələdiyyə tərəfindən müvafiq olaraq iddiaçıya və üçüncü şəxsə torpaq ayrılması barədə qərarların ləğv edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. İPM-in: 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzbati-Prosessual Məcəlləsinin 56, 83.3.4 və 83.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5257/2024 saylı hazırkı iş həmin məhkəmənin icraatında olan 2-1(112)-3280/2024 saylı (iddiaçı X1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilsin. İddiaçı cavabdeh Biləcəri bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli “qərarların ləğv edilməsi” tələbinə dair iş 2-1(112)- 3280/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar