Məhkəmə qərarları › İş №e-2-1(112)-5258/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5258/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5258/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə qarşı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qaraj üzərində hüquqların X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 Nərimanov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 6/104 saylı qərarına əsasən 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində qaraj qurmağa icazə erilmişdir. Cavabdeh iddiaçının qeyd olunan qarajın sənədləşdirilməsi barədə müraciətinə cavab məktubunda qarajın yerinin cizgi planında dəqiqliklə göstərilmədiyini, sxemdə ölçülər, məsafələr və istinad nöqtələrinin qeyd olunmadığını əsas gətirib, qarajın dəqiq yerini təyin etmək mümkün olmadığını bildirmişdir. Həmçinin Nərimanov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 6/104 saylı qərarında dəmir qarajın quraşdırılmasına icazə verildiyinə, lakin qarajın daşdan inşa edildiyinə istinad edib, müraciətin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Nərimanov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/104 nömrəli qərarında dəmir qarajın quraşdırılmasına icazə verildiyi göstərilsə də, qeyd olunan qaraj daşdan inşa edilmişdir. Odur ki, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbi ilə iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd olunan binanın 1980-ci illərdə tikildiyini, binada bir sıra mənzil sahiblərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, onların müraciətinin formal səbəblərdən təmin edilmədiyini bildirib, iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Bakı Şəhər X6nin İcraiyyə Komitəsinin Memarlıq və Şərhərsalma Baş İdarəsi trəfəindən xx.xx.1991-ci il tarixli məktubla Nərimanov Rayon XDS İK-yə göstərişə uyğun olaraq X4 üçün metal qarajın quraşdırıması məqsədi ilə qarajın yerləşmə cizgisi göndərilmişdir. Nərimanov Rayon X6nin İcraiyyə Komitəsinin “X.H.Məhəmmədova dəmir qaraj qurmağa icazə verilməsi haqqında” xx.xx.1991-ci il tarixli, 6/104 nömrəli qərarına əsasən, X.H.Məmmədova 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində təsdiq edilmiş cizgi əsasında qaraj qurmağa icazə verilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2007-ci il tarixdə X5 ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra Zarema Osmanovnaya “Məhəmmədova” soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 999935 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2019-cu ildə ölmüşdür. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu N.Ə.Vədətov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 qanuni vərəsəsidir və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Nərimanov Rayon X6nin İcraiyyə Komitəsinin “X.H.Məhəmmədova dəmir qaraj qurmağa icazə verilməsi haqqında” xx.xx.1991-ci il tarixli, 6/104 qərarına əsasən X3 14-cü Aşırım küçəsindəki 11/15 nömrəli evin həyətində təsdiq edilmiş cizgi əsasında qaraj qurmağa icazə verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə Nərimanov Rayon X6nin İcraiyyə Komitəsinin qərarı qaraja dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X8 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188). Cavabdeh orqan iddiaya etirazında Nərimanov Rayon XDS İK-nin qeyd olunan qərarında dəmir qarajın quraşdırılmasına icazə verildiyini, lakin qarajın daşdan inşa edildiyini bildirsə, də qeyd olunan halın hansı mənfi nəticələrə səbəb olduğu və əhəmiyyəti barədə hər hansı izah verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın mövcud inzibati praktikasına əsasən qarajlara (qeyri-yaşayış) binalarına texniki pasport verildiyindən iddia tələbi mərhuma məxsusluq barədə arayışın verilməsi kimi təmin edilmiş olsa da, yekunda iddiaçıya təqdim edilən sənəd inzibati orqanın mövcud inzibati praktikasına uyğun olaraq digər qarajlara təqdim edilən sənədə uyğun olmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, 14-cü Aşırım küçəsindəki (indiki A.Gəraybəyli küçəsi) 11/15 nömrəli evin həyətində yerləşən qaraj üzərində hüquqların X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2dan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar