Məhkəmə qərarları › İş №e-2-1(112)-5259/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5259/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5259/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 01.09.1980-ci il tarixdən 26.07.1983-cü il tarixə qədər peşə təhsili almasını, 24.10.1983-cü ildən 18.11.1985-ci il tarixədək hərbi xidmətdə olmasını, 14.01.1986-cı il tarixdə “Aztransformator” İstehsalat Birliyində 10 tonluq yükləyici sürücü vəzifəsinə işə qəbul olub, 01.07.1987-ci il tarixdən mexaniki yığım sexinə çilingər vəzifəsinə köçürülüb, 31.08.1987-ci il tarixədək həmin vəzifədə işləməsini, 01.10.1987-ci il tarixdə Kemerovsk təmir-tikinti müəssisəsində 4-cü dərəcəli suvaqçı vəzifəsinə işə qəbul olunaraq 20.11.1987-ci il tarixədək həmin vəzifədə işləməsini, 22.01.1988-ci il tarixdə SSRİ Elektrotexniki Sənaye Nazirliyi nəzdində “Aztransformator” İB-nin Bakı Quru Transfarmatorlar Zavdunda mexaniki yığma sexində 1-ci dərəcəli qalayçı, vəzifəsinə işə qəbul olunaraq, 03.05.1990-cı ildə 2-ci dərəcəliqalayçı vəzifəsinə keçirilib, 06.11.1990-cı il tarixədək həmin vəzifədə işləməsini, 06.11.1990-cı il tarixdə Bakı Transfarmatorlar Zavodu nəzdində rezerv kooperativində frezerçi vəzifəsinə işə qəbul edilərək, 03.01.1991-ci il tarixdə İzolyasiyaedici sexə 2-ci dərəcəli şüşə tekstolit və şüşəplastik frezerçi vəzifəsinə təyin edilməsini, 15.04.1991-ci il tarixdə 3-cü dərəcəli elektrik əl qaynaqçısı vəziəsinə keçirilməsini, 23.12.1991-ci il tarixdə 4-cü dərəcə, 20.08.1992-ci il tarixdə 5-ci dərəcə, 28.04.1993-cü il tarixdə 6-cı dərəcə verilməsini, 10.09.1993-cü il tarixdə 2-ci peşə kimi 2-ci dərəcəli qalayçı vəzifəsinə keçirilməsini, 30.11.1993-cü il tarixədək həmin vəzifədə işləməsini 20.12.1993-cü ildə “Qum adası” Neft və Qazçıxarma İdarəsinin 2 nömrəli neftqazçıxarma sexinə 3-cü dərəcəli neftqazçıxarma operatoru peşəsinə işə qəbul edilməsini, 01.08.2001-ci il tarixdə 3-cü dərəcəli neftqazçıxarma operatoru peşəsinə keçirilməsini, 01.07.2008-ci il tarixdə peşəsi neft və qaz hasilatı üzrə operator adlandırılmasını, 30.09.2010-cu il tarixədək həmin vəzifədə işləməsini, 01.10.2010-cu il tarixdə “BEOCL” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində 2 saylı NQÇ sexində neft və qaz hasilatı üzrə operator vəzifəsinə qəbul edilməsini, 07.01.2014-cü il tarixdən Əməliyyat Departamentinin hasilatı üzrə operator vəzifəsinə keçirilməsini, 02.08.2021-ci il tarixədək həmin vəzifədə işləməsini və toplanmış güzəştli iş stajının sosial sığorta stajı kimi nəzərə alınaraq 17.07.2017-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 17.07.2017-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar