Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5260/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli **********991194 saylı qərarın, o cümlədən, **********434000 saylı xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri LGBİ tərəfindən "xxxx" MMC (VÖEN **********) barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2016-cı il tarixli **********991194 saylı qərar qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC barəsində Səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş səyyar vergi yoxlaması nəticəsində xx.xx.2016-cı il tarixli **********937066 nömrəli akt qəbul edilmişdir və həmin aktın nəticəsinə uyğun olaraq vergi qurumu tərəfindən qərara alınmışdır ki, İddiaçı MMC tərəfindən AR Vergi Məcəlləsinin 58ci maddəsində nəzərdə tutulmuş hüquqpozmalara yol verilmişdir. Səyyar vergi yoxlamasına qərarın qəbul edilməsində baza rolunu oynayan səyyar vergi yoxlmaması aktında qeyd edilmiş hesablama ilə razı deyillər. Belə ki, Səyyar vergi yoxlaması aktında qeyd edilir ki, yoxlanılan dövrdə İddiaçı MMC barəsində AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ödəmə mənbəyində tutulmalı verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 50962.60 manat azaldılmasına görə görə 50% məbləğində, yəni 25481.30 manat maliyyə sanksiyası, ƏDVnin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 35785.99 manat azaldılmasına görə 50% məbləğində yəni 17893.0 manat maliyyə sanksiyası və mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 22 653.43 manat azaldılmasına görə 50% məbləğində yəni 11326.72 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarla nəticə etibarilə əlavə hesablanmış vergilər üzrə 109 402,02 AZN, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası isə 54 701,02 AZN olmaqla büdcəyə ödənilməli olan cəmi məbləğ 164 103,04 AZN hesablanmışdır, hazırki, 2016-cı il tarixli səyyar vergi yoxlaması barədə xx.xx.2016-cı il tarixli **********991194 saylı qərar MMC-nin elektron kabinetinə xx.xx.2021-ci il tarixində göndərilmişdir. Ona görə də həmin qərardan şikayət etmə müddəti hesab edirlər ki, xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Belə ki, iddiaçı barəsində aparılmış yoxlama xx.xx.2015-ci il tarixində başlanılmış və xx.xx.2016-cı il tarixində başa çatmışdır. 19 yanvar 2016-cı il tarixində İddiaçı MMC-nin rəhbərliyi tərəfindən vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə müraciət edilmişdir. Ona görə də müvafiq qərarın müəssisənin rəhbərinə təqdim edilməsi baş tutmamışdır. Hal-hazırda iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi qanunsuz hesablanmış vergi məbləğinin hesablanmasına əsas olan müvafiq qərarın ləğv edilməsidir. Çünki, iddiaçı hesab edir ki, bunun üçün onda kifayət qədər əsaslar mövcuddur. Beləliklə, "xxxx" MMC Azərbaycan Respublikasının qanunlarına əsasən dövlət qeydiyyatından keçməklə ********** VÖEN altında fəaliyyət göstərən bir şirkət idi. Şirkətin əsas fəaliyyət istiqaməti xarici ölkədən malların idxal edilməsi və yerli bazarda satılması idi. 2015-ci il tarixində cəmiyyət tərəfindən fəaliyyətin dayandırılması haqqında müvafiq məktubla Vergilər Nazirliyinə müraciət edilmişdir. Fəaliyyətin dayandırılması barədə nazirliyin məsul şəxsləri tərəfindən dayandırma barədə akt cəmiyyətin direktoruna təqdim edilmişdir. Hazırda hələ də bu şirkətin heç bir fəaliyyəti yoxdur. Lakin, 2017-ci il tarixində İddiaçı MMC şirkətinə kameral vergi hesablanması aparılmışdır. Bu qərarla narazı olan sahibkar vergi qurumuna dəfələrlə etdiyi müraciətdən sonra sübut edə bilmişdir ki, 2015-ci il tarixində fəaliyyətin dayandırılmasından sonra şirkətdə heç bir satış əməliyyatı aparılmamışdır və mövcud mal qalığı şirkətin anbarında saxlanılır. Sahibkarın müraciəti xx.xx.2018-ci il tarixli olmaqla məzmununda qeyd edilir ki, 2017-ci il tarixində o, Vergi Cinayətləri üzrə İstintaq İdarəsinə dəvət olunub və orada ona bildirilib ki, mövcud mal qalığına görə ona kameral vergi hesablanması aparılıb. Sahibkar İstintaq orqanına bildirmişdir ki, 2015-ci il tarixinə şirkətin fəaliyyətinin dayandırılmasından sonra şirkət tərəfindən heç bir ticarət əməliyyatı aparılmamışdır. Sahibkar qeyd edilənlərlə yanaşı öz məktubunda bildirmişdir ki, o dəfələrlə istər ona zəng edən vergi əməkdaşlarına telefon vasitəsilə, istərsə də yazılı qaydada müraciət ünvanlanmaqla vergi orqanına təklif etmişdir ki, əməkdaşlarını göndərib mövcud mal qalığı sayımı etsinlər və həqiqət üzə çıxsın. Vergi qurumu tərəfindən sahibkara “narahat olmayın” araşdırılır deyilməsinə baxmayaraq, xx.xx.2018-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə çağırılaraq “ölkədən çıxışına qadağa qoyulması” barədə məlumat verilmişdir. Lakin, məhkəmə aidiyyatı vergi orqanı tərəfindən düzgün verilmədiyi üçün iş materialları Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi tərəfindən müvafiq məhkəmə qətnamələri ilə cəmiyyətin direktoru olan X2 ölkədən giriş-çıxışına müvafiq məhdudiyyət qoyulmuşdur. Müəssisə tərəfindən bütün bu vergi borcu barəsində məlumat Səbail Rayon Məhkəməsi tərəfindən müəssisənin direktorunun ölkədən gediş gəlişinə məhdudiyyətin qoyulması ilə məlumat alınmışdır. Yəni Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-802/2019-cu il tarixli məhkəmə qərarından sonra müəssisənin vergi borcunun olması barədə xəbər tutmuşdur. Hazırda mübahisələndirilmiş Səyyar Vergi yoxlaması ilə 164103.04 manat həcmində vergi ödəməsi və sanksiyası birlikdə tətbiq olunmaqla müəssisənin şəxsi hesab vərəqəsindən həmin məbləğ silinmişdir. Lakin, bundan sonra yəni silinmədən sonra müəssisənin hesabında 28 502, 58 AZN artıq ödəmə qalmışdır. Həmin məbləğ də müəssisənin fəaliyyəti olmaya olmaya **********434000 saylı xx.xx.2016-cı il tarixli qərar ilə silinmişdir. Nəticə etibarilə müəssisə dövlətə borclu qalmışdır. Nəticə etibarilə aparılmış Səyyar vergi yoxlaması ilə də eyni qaydada malların satışı olmadığı halda malların satışı qaydasında ƏDV, ÖMV və mənfəət vergiləri hesablanmışdır. Müəssisə bağlı ola-ola üstəlik bir də əlavə olaraq kameral vergi yoxlaması aparılaraq, yerdə qalan məbləği də aidiyyatsız şəkildə əlaqəli məlumatlar adı altında dövlət büdcəsinə silinməsini həyata keçirmişlər. Ona görə də mövcud halların araşdırılması zərurətindən irəli gələrək məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə Bakı şəhəri LGBİ-nin yazılı vəsatəti daxil olmuşdur. İddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli **********661900 saylı vəsatətdə göstərilmişdir ki, vergi ödəyicisinin mübahisələndirdiyi "Vergilərin hesablanması barədə" xx.xx.2016-cı il tarixli **********434000 nömrəli Qərarla vergi borcu 28.502,58 manat, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı Qərarla vergi borcu 109.402,02 manat, maliyyə sanksiyası 54.701,02 manat hesablanmışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qərarlar 6 il sonra xx.xx.2022ci il tarixdə mübahisələndirilmişdir. “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 9.13-cü bəndinə əsasən analoji hesablama zamanı “Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qəralar avtomatik olaraq hazırlanır. Həmin “Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar” AV İS proqram təminatı vasitəsilə müvafiq olaraq işçi tərəfindən şöbə (bölmə) rəhbərinə yoxlanılma və viza qəbul olunmaq uçun göndərilir. Viza qəbul olunmuş “Vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə Qərar” vergi orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra vergi ödəyicisinin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir. Vergi orqanının AVİS proqram təminatının “Sənədlərinin” menyusundan göründüyü kimi **********434000 nömrəli qərar xx.xx.2016-cı il 09:02:44-də imzalanmış, xx.xx.2016-cı il tarixdə e-qutu vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. İddiaçı həm “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı Qərarla, həm də xx.xx.2016-cı il tarixli **********937066 saylı səyyar vergi yoxlaması aktı ilə tanış olmuş, möhür vuraraq imzalamışdır. Mümkünsüzlüyə əsas olan digər bir hal isə ondan ibarətdir ki, "Vergilərin hesablanması barədə" xx.xx.2016-cı il tarixli **********434000 nömrəli Qərar xx.xx.2016-cı il tarixdə ödəyicinin şəxsi hesab vərəqəsinə işlənilmiş, (şəxsi vərəqə üzrə yazılış tarixi xx.xx.2016, ödəmə tarixi xx.xx.2016), həmçinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı Qərar xx.xx.2016-cı il tarixdə şəxsi hesab vərəqəsinə işlənilmişdir. (şəxsi vərəqə üzrə yazılış tarixi xx.xx.2016, ödəmə tarixi xx.xx.2016) Yəni, hər iki qərarın mövcudluğu barədə iddiaçı məlumatlı olmuş, lakin iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Daha sonra cavabdeh məhkəməyə iddia ərizəsinə dair xx.xx.2022-ci il tarixli **********006900 saylı yazılı münasibəti (etiraz) təqdim edərək etirazında göstərmişdir ki, İPM-nin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddia ərizəsində qeyd edilənlərə İPM-nin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edirlər: Belə ki, vergi ödəyicisinin mübahisələndirdiyi "Vergilərin hesablanması barədə" xx.xx.2016-cı il tarixli **********434000 nömrəli Qərarla vergi borcu 28.502,58 manat, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı Qərarla 2014-cü il Mənfəət vergisi üzrə 22653,43 manat əsas, 11326,72 manat maliyyə sanksiyası, 2014-cü il Əlavə dəyər vergisi üzrə 35785,99 manat əsas, 17893,00 manat maliyyə sanksiyası, 2015-ci il Ödəmə mənbəyində tutulan vergi üzrə 50962,00 əsas, 25481,30 manat maliyyə sanksiyası olmaqla, cəmi 109.402,02 manat vergi borcu, 54.701,02 manat maliyyə sanksiyası olmaqla, cəmi 164.103,04 manat borc hesablanmışdır. Hər iki qərar üzrə cəmi vergi borcu 192.605,62 manat təşkil etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı barədə aparılmış yoxlama xx.xx.2015-ci il tarixdə başlamış, xx.xx.2016-cı il tarixdə başa çatdırılmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2016cı il tarixdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə müraciət edilmiş, ona görə də müvafiq qərarın müəssisənin rəhbərinə təqdim edilməsi baş tutmamışdır. Bu dəlilə münasibətdə bildirirlər ki, əvvəla, iddiaçı tərəfindən iddia müddətinə dair normalara riayət edilməmiş, hər iki qərarın mövcudluğu barədə iddiaçı məlumatlı olmuş, lakin iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı müəssisənin rəhbəri həm "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı Qərarla, həm də xx.xx.2016-cı il tarixli **********937066 saylı səyyar vergi yoxlaması aktı ilə tanış olmuş, möhür vuraraq imzalamışdır. Həmçinin hesablanmış müvafiq vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsində əksini tapmış, iddiaçı da bu barədə məlumatlı olmuşdur. İddianın mümkün hesab edilməməsi ilə bağlı xx.xx.2022-ci il tarixli vəsatətdə cavabdeh tərəfindən iddiaçının iddia müddətinin ötürməsinə ətraflı münasibət bildirilmişdir. İddia ərizəsində qeyd edilən digər dəlilə münasibətdə bildirilir ki, əvvəla, İddiaçı MMC tərəfindən fəaliyyətin dayandırılması ilə bağlı olaraq Vergilər Nazirliyinə 2015-ci il tarixdə deyil, xx.xx.2016-cı il tarixdə müraciət edilmişdir. İddiaçı iddia ərizəsində vergi orqanı tərəfindən 2017-ci il tarixdə aparılmış kameral vergi yoxlamasına münasibət bildirmişdir, lakin mübahisələndirilən qərarlar xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli qərarlardır. Həmçinin qeyd edirlər ki, mübahisələndirilən xx.xx.2016-cı il tarixli **********991194 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın əsasını təşkil edən “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2015-ci il tarixli **********931402 nömrəli qərarı ilə "xxxx" MMC-də may 2014 - iyun 2015 dövrü yoxlanılmışdır. Müvafiq dövrdə vergi ödəyicisinin fəaliyyəti olmuş, aparılan əməliyyatlar şəxsi hesab vərəqəsində də əksini tapmışdır. xx.xx.2016-cı il tarixli **********434000 nömrəli "Vergilərin hesablanması barədə" Qərara münasibətdə bildirilmişdir ki, vergi orqanı ilə vergi ödəyici arasında bağlanılmış partnyorluq müqaviləsinə əsasən vergi ödəyicisi tərəfindən aylıq ödənişlər aparılaraq, şəxsi hesab vərəqəsində artıq ödəmə yaranmışdır. Qeyd olunan artıq ödəmə məbləğinin aradan qaldırılması məqsədi ilə vergi ödəyicisinə xx.xx.2016-cı il tarixli **********532900 nömrəli “Avisdən kənar uyğunsuzluq məktubu" göndərilmişdir. Belə ki, 2016-cı ildə qüvvədə olan Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ var. Vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödəniş edilməsinə baxmayaraq müvafiq hesablamaların verilməməsi artıq ödəmənin yaranmasına səbəb olmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin 1-ci rübü üzrə ÖMV bəyannaməsi üçün Cəmiyyətə 28.502,58 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2016-cı il tarixli **********434000 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasıını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. xx.xx.2016-cı il tarixli **********991194 savlı “Vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərara münasibətdə bildirilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) "Səyyar vergi yoxlamasının keçirilməsi" haqqında xx.xx.2015-ci il tarixli **********931402 nömrəli qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: may 2014 - iyun 2015) təyin edilmiş və yoxlama Departamentin dövlət vergi müfəttişi X1 tərəfindən aparılmışdır. Yoxlamaya xx.xx.2015-ci il tarixdə başlanılmış, xx.xx.2016-cı il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma hallan aşkar edilmiş və yoxlama **********937066 nömrəli aktla rəsmiyyətə salınmışdır. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 109 402.02 manat (mənfəət vergisi 22 653.43 manat, ƏDV 35 785.99 manat, ödəmə mənbəyində tutulan vergi 50 962.60 manat) azaldıldığı qeyd edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq topdan satış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmış, vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmişdir. Qeyd edilənlərlə yanaşı yoxlama zamanı aşağıdakılara münasibət bildirilmişdir. Yoxlanılan dövr ərzində müəssisə tərəfindən "Mənfəət verigisinin" hesabatda göstərilən məbləği, göstərilməli olan məbləğinə nisbətən 22 653.43 manat az göstərildiyi müəyyən edilmişdir. Vergi hesab-fakturası və onu əvəz edən sənədlər barədə bəyannamələrə edilən əlavələrdə göstərilən məlumatlar müqayisə edilərkən “Access Bank QSC”-dən daxil olmuş məlumata əsasən 198 811.0 manat kənarlaşma aşkar edilmiş və yoxlama ilə 35 785.99 manat verginin azaldılması müəyyən edilmişdir. Yoxlanılan dövr ərzində ödəmə mənbəyində tutulmalı verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 50 962.60 manat az göstərildiyi müəyyən edilmişdir. Mənfəət vergisinin 22 653.43 manat azaldılmasına görə 50% məbləğində, yəni 11 326.72 manat, ƏDV-nin 35 785.99 manat azaldılmasına görə 50% məbləğində, yəni 17 893.0 manat və ödəmə mənbəyində tutulmalı verginin 50 962.60 manat azaldılmasına görə 50% məbləğində, yəni 25 481.30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama xx.xx.2015-ci il tarixdə başlamış, vergi ödəyicisinin xəstə olması əsas gətirilərək, SVY müddəti 66 gün olmaqla üç dəfə müvəqqəti dayandırılması ilə yoxlama dörd ay davam etməklə vaxtında başa çatdırılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil qız iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın mümkün hesab olunaraq, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X7 vəsatətə uyğun izahat verərək, vəsatətdə və etirazda qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: xx.xx.2016-cı il tarixli **********937066 №li səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti xx.xx.2015-ci il tarixli **********931402 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********1; təsisçi X6) Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbəti səyyar vergi yoxlaması aparılmışdır. Aktın surəti imza edilməklə və İddiaçı MMC-nin möhürü ilə təsdiq olunmaqla cəmiyyətin qanuni təmsilçisi X4 təqdim olunmuşdur. xx.xx.2016-cı il tarixli **********937066 №li səyyar vergi yoxlaması aktının nəticələrinə uyğun olaraq Vergilər Nazirliyi Bakı Vergilər Departamenti tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********991194 saylı qərarı ilə "xxxx" MMC-yə mənfəət, əlavə dəyər və ödəmə mənbəyindən tutulan vergilər üzrə 109.402,02 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 54.701,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Qərarın surəti imza edilməklə və İddiaçı MMC-nin möhürü ilə təsdiq olunmaqla cəmiyyətin qanuni təmsilçisi X4 təqdim olunmuşdur. Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********434000 saylı qərarı ilə "xxxx" MMC-yə kameral vergi yoxlaması nəticəsində 28.502,58 manat məbləğində vergi borcu hesablanmışdır. Qeyd olunan qərar vergi orqanı tərəfindən elektron poçt vasitəsilə xx.xx.2016-cı il tarixdə iddiaçı cəmiyyətə rəsmi qaydada göndərilmişdir. Vergilər Nazirliyi Bakı Vergilər Departamenti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubda vergi ödəyicisinə bildirilmişdir ki, xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandrırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. "xxxx" MMC tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların məzmunundan müəyyən olunur ki, qeyd olunan məktublarda iddiaçı ona kameral qaydada hesablanmış vergiləri mübahisələndirmişdir. Hazırda iddiaçı inzibati orqan tərəfindən barəsində qəbul edilmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli qərarların ləğv olunmasını xahiş edir ki, qeyd olunan iddia ərizəsi xx.xx.2020-ci il tarixdə icraata qəbul olunmuşdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin araşdırılan hallarından da göründüyü kimi iddiaçı mübahisələndirilən xx.xx.2016-ci il qərarı xx.xx.2016-cı il tarixdə rəsmi qaydada almış, xx.xx.2016-cı il tarixli qərarı isə xx.xx.2018-ci il tarixdə rəsmi qaydada artıq əldə etmişdir. İddia ərizəsinin üzərinə vurulmuş məhkəmənin daxilolma ştampından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə 30 günlük müddət ötürülməklə yəni, müvafiq olaraq 5 ildən və 3 üldən artıq bir müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur (elektron qaydada göndərilmişdir). Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə müvafiq olaraq iddia müddətini ötürdüyündən və məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmayan qərarı mübahisələndirdiyindən iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2016-cı il tarixli **********991194 saylı və xx.xx.2016-cı il tarixli **********434000 saylı qərarların ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev