Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5265/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər «Bank VTB (Azərbaycan)» ASC və X3) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər «Bank VTB (Azərbaycan)» ASC və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə X1 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyriyaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin alqısatqı müqavilələri etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmış və bununla bağlı müvafiq icra vərəqəsi verilmişdir. Bununla bağlı Notariat kontoruna müarciət olunmuş və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə alqı satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı məktub alınmış və müvafiq olaraq əmlaklar üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli əmlakların dövlət qeydiyyatına alınmasından imtina barədə məktub göndərilmişdir. Cavavabdeh imtinasını onunla əsaslandırmışdır ki, həmin əmlaklar məhkəmə prosesi vaxtı əvvəlki iş üzrə cavabdehlər tərəfindən Bank VTB Azərbaycan qarşısında girovla yüklü edilmişdir. Lakin nəzərə almamışdır ki, ilkin alqı satqı müqavilələri etibarsız hesab edildiyindən hər əmlaklar üzrə bütün əməliyyatlar etibarsız hesab olunur və əmlaklar əvvəlki vəziyyətinə qaytarılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh orqan iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, 4/30 saylı və 48 saylı, ünvan 3 ünvanlarda yerləşən fərdi yaşayış evlərinə və ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair üçüncü şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd olunan daşınmaz əmlaklar üzərində Sizin mülkiyyət hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxilolma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, 4/30 saylı və 48 saylı, ünvan 3 ünvanlarda yerləşən fərdi yaşayış evləri və ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2015-ci il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlaklara dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5781/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə Əliyev Sahib Usub oğlu ilə X4 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və tərəflərindən müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra edilmişdir və xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş İddiaçı və X4 arasında ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin xitam verilməsi barədə reyestr jurnalında və müqavilə üzərində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2(001)-1192/2016 saylı məktubda qeyd olunur: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş e-2-1(112)- 5265/2022 saylı xx.xx.2022-ci il tarixli sorgunuza əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8717/2016 saylı qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 saylı qərarının surətini Sizə göndərərək bildirirəm ki, qeyd olunan milki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(001)-1192/2016 saylı qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış, həmin məhkəmə aktı əsasında verilmiş icra sənədi icra edildiyindən Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, icra icraatına xitam verilmişdir. Qeyd olunan məhkəmə aktlarının və Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri 12 saylı Notariat kontorunda 18 mart 2015-ci il tarixdə Əliyev Sahib Usub oğlu ilə X3 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin, ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213.98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112.91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri 12 saylı Dövlət Notariat kontorunda X6 ilə Əliyev Sahib Usub oğlu arasında 29 mart 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0.023 ha torpaq sahəsində yerləşən 77.34 kv.m-dən ibarət 1 otaqlı yaşayış evinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Əliyev Sahib Usub oğlunun və X1 İddiaçı qarşı «fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8717/2016 saylı qətnaməsinə əsasən Əliyev Sahib Usub oğlu və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılması qət edilmşidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 saylı qərarına əsasən X3 və Əliyev Sahib Usub oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 1192/2016 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı qeyd olunan ünvana üçüncü şəxsin mülkiyyət hüququ ilə əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi və həmin ünvana onun mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, 18 mart 2015-ci il tarixdə (Reyestr 4Ə-250) Əliyev Sahib Usub oğlu ilə (İddiaçı nümayəndəsi) X3 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 ünvanında yerləşən (1-ci mərtəbə, ümumi sahəsi 59.5 kv.m) qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir və həmin qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. Belə olan halda həmin ünvana X1 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilməli və əvvəlki mülkiyyətçi İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. O da qeyd olunmalıdır ki, əmlakın ipoteka ilə yüklü olması alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə X1 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5265/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5265/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver