Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5267/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3800 Azn məbləğində əmək pensiyasının bərpa olunması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçının əmək pensiyasının dayandırılmasının ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını, eləcə də pensiyadan tutulmuş 1626 manat məbləğin qanunsuz hesab edilərək geri qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının bərpa edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə cavabdeh qismində nəzərə alınmışdır. İddia tələbi “əmək pensiyasının dayandırılması barədə qərarın ləğvinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının, tutulmuş 1626 manat məbləğin qanunsuz hesab edilərək geri qaytarılması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü İddiaçı pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneft” X18 Qurgusunun X5 mühəndis-mexanik, xx.xx.1981-xx.xx.1983-cu il tarixləri arasındaki dövr ərzində adı çəkilən kompleksdə mexanika üzrə rəis müavini, xx.xx.1983-xx.xx.1990-ci il tarixləri arasındaki dövr ərzində "Self-2” X6 X5, xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Skat" X5 xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində 6 saylı istehsalat sahəsində ("MDK-60") rəis vəzifələrin də işlədiyi müəyyən edilmisdir. X19 Donanması Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin xx.xx.2010-cu il tarixli HP 07/369 nömrəliarayışında yuxarıda qeyd edilən dövrlərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şişti emalı bölməsinin Qazma bəndində quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin DSMF iddiaçının işlədiyi vəzifələri həmin sahəyə uygun hesab etməmişdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmek pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı"nın Neftin qazılması və hasilatı, neft,qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmuşdur. İşlədiyi sahənin gərginliyindən iddiaçının sağlamlığına zərər dəymişdir. Sinirlərin pozulması, yüksək təzyiq kimi xəstəliklərə tutulmuşdur. Bundan başqa, Fondun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən onun güzəştli şərtlərlə əmək pensiyası üzrə Qanunun 39.1-ci maddəsinin tələblərini nəzərə alaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən etdikləri üçün iddiaçının pensiyası əksik verilir. 3800 manat əmək pensiyasının 2000 manat kəsilmiş 1800 manat verilmişdir. İddiaçı əmək pensiyasının artırılması ilə əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinə müraciət etmişdir. İddiaçının müraciətinə baxılmış, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək pensiyasının hesabatlarının yanlış olduğu barədə xx.xx.2023 tarixli məktub göndərmişdir. Məktubda “əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məhz son üç il üçün müəyyən edildiyi qeyd edilmişdir. Bu hal iddiaçının maddi vəziyyətinin dahada pisləşməsinə səbəb olmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı, vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneft” X18 Qurğusunun X5 mühəndis-mexanik, xx.xx.1981-xx.xx.1983cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən kompleksdə mexanikə üzrə rəis müavini, xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində “Şelf-2” X6 X5, xx.xx.1990xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Skat” X5 və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 6 saylı istehsalat sahəsində (“MDK-60”) rəis vəzifələrində işlədiyiniz müəyyən edilmişdir. İşlədiyiniz vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən Nərimanov rayon şöbəsinə təqdim etdiyiniz X19 Donanması Dalğıc və Qəza- Xilasetmə İşləri İdarəsinin sizə dair xx.xx.2010-cu il tarixli HP 07/369 nömrəli arayışında yuxarıda qeyd edilən dövrlərdə işlədiyiniz vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin, göründüyü kimi iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifələrə aid deyil. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2010-cu il tarixindən Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 15 aprel 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən müvafiq yaşa çatmış şəxslərin azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, kişilərin pensiya yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların pensiya yaş həddi isə 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb. xx.xx.2011 -ci il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 63 yaş müəyyən edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanıian sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneft” X18 Qurğusunun X5 mühəndis-mexanik, xx.xx.1981-xx.xx.1983cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən kompleksdə mexanikə üzrə rəis müavini, xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində “Şelf-2” X6 X5, xx.xx.1990xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Skat” X5 və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 6 saylı istehsalat sahəsində (“MDK-60”) rəis vəzifələrində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən Nərimanov rayon şöbəsinə təqdim etdiyi X19 Donanması Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin ona dair xx.xx.2010-cu il tarixli HP 07/369 nömrəli arayışında yuxarıda qeyd edilən dövrlərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin, göründüyü kimi iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifələrə aid deyil. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.
8. X19 Donanması Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, HP 07/369 nömrəli Arayışda qeyd olunmuşdur ki, Sergey AJeksandrovıç Volkov xx.xx.1980-ci il tarixdə “Xəzərdənizneft” X18 Qurğusunun X7 mühəndis-mexanik vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.1981-ci il tarixdə “Xəzərdənizneft” X6 X7 mexanika üzrə rəis müavini, xx.xx.1983-cü il tarixdə isə “Şelf-2” X6 X7 rəis vəzifəsinə təyin edilmişdir. Qaz Sənayesi Nazirliyinin 86 saylı xx.xx.1983-cü il tarixli əmrinə əsasən «Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin tabeçiliyində olan ixtisaslaşmış Sualtı- Texniki İşlər və X8 Qorunması İdarəsi “Xəzərneftqazdonanma” İdarəsinin tərkibinə verilmişdir. Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli 220 saylı əmrinə əsasən “Xəzərneftqazdonanma” İdarəsi “Xəzərneftdonanma” İdarəsi adladırılmağa başlayıb. İddiaçı xx.xx.1990-ci ıl tarixdə “Skat” X7 rəis keçirilmişdir. “Xəzərdənizneftdonanma” idarəsinin XDDQXİ İdarəsinin təşkili barədə xx.xx.1992-ci il tarixli 366 saylı əmri ıiə “Xəzərdənizneftdonanma” idarəsinin tərkibinə daxil olan “İxtisaslaşmış sualtı texniki işlər və X8 qorunması İdarəsi və X1 Dəstəsi” ləğv edilib (yeni adla) X17 X14 İdarəsi (XDDQXİİ) yaradılmışdır. Bununla əlaqədar olaraq xx.xx.1993-cü ildə “T.İsmayılov” DDK-ya rəis keçirilən S.A Volkov 21 02.2000-ci ildə 6 saylı istehsalat sahəsinə (“MDK-60”) rəis təyin edilmiş, xx.xx.2004-cü il tarixdə isə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin va göstəricilərin siyahısına əsasən (kod 1100000b-23187) güzəştli şərtlərlə pensiya hüququna malikdir. Əsas - Güzəştli şərtlərlə vaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələnn və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007 il tarixli 12 nömrəli qərarı.
9. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2010-cu il tarixli, 198 nömrəli Qərarına əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə müvafiq olaraq İddiaçı xx.xx.2010-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir.
10. Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-8674/2023 nömrəli Qərara əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır.
11. X15 Sistemindən Çıxarışa əsasən xx.xx.2024-cü il tarixdən İddiaçı artıq ödənilmiş pensiya məbləği aylıq əmək pensiyasından tutulur. Hazırda iddiaçının əmək pensiyasından tutulmuş ümumi məbləğ 1626.02 manat təşkil edir.
12. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh(lər)in nümayəndə(lər)si yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi(lər).
II. İddianın növü və mümkünlüyü
14. xx.xx.1953-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2010-cu il tarixli, 198 nömrəli Qərarına əsasən 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2010-xx.xx.2023-cü il tarixlərarası dövr ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı güzəştli iş stajının yetərli olmaması əsası ilə dayandırılmışdır.
15. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi dayandırıldığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.
16. Eyni zamanda X15 Sistemindən Çıxarışa əsasən xx.xx.2024-cü il tarixdən (inzibati akt və ya məhkəmə qərarı olmadan) faktiki xarakterli hərəkətlə İddiaçı artıq ödənilmiş pensiya məbləği aylıq əmək pensiyasından tutulur. Hazırda iddiaçının əmək pensiyasından tutulmuş ümumi məbləğ 1626.02 manat təşkil edir.
17. Məhkəmə hesab edir ki, bir tərəfdən iddiaçıya münasibətdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığından (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən), digər tərəfdən isə həmin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən irəli gələn yaşa görə əmək pensiyasından tutmalar həyata keçirildiyindən (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən) həmin işlər birbiri ilə əlaqəlidir və mahiyyət etibarilə vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinindən, daha sonra onun dayandırılmasından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, prosessual qənaət prinsipindən çıxış edərək iki fərqli cavabdehə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala) qarşı qeyd edilən tələblərə bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir.
18. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
19. İPM 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
21. İddianın növü mübahisələndirmə növündə iddiadır.
22. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, X19 Donanması Dalğıc və Qəza- Xilasetmə İşləri İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, HP 07/369 nömrəli Arayışda qeyd olunmuşdur: X9 xx.xx.1980-ci il tarixdə “Xəzərdənizneft” X6 X7 mühəndis-mexanik vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.1981-ci il tarixdə “Xəzərdənizneft” X6 X7 mexanika üzrə rəis müavini, xx.xx.1983-cü il tarixdə isə “Şelf-2” X6 X7 rəis vəzifəsinə təyin edilmişdir. Qaz Sənayesi Nazirliyinin 86 saylı xx.xx.1983-cü il tarixli əmrinə əsasən «Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin tabeçiliyində olan ixtisaslaşmış Sualtı- Texniki İşlər və X8 Qorunması İdarəsi “Xəzərneftqazdonanma” İdarəsinin tərkibinə verilmişdir. Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli 220 saylı əmrinə əsasən “Xəzərneftqazdonanma» İdarəsi “Xəzərneftdonanma” İdarəsi adladırılmağa başlayıb. İddiaçı xx.xx.1990-ci ıl tarixdə «Skat» X7 rəis keçirilmişdir. «Xəzərdənizneftdonanma» idarəsinin XDDQXİ İdarəsinin təşkili barədə xx.xx.1992-ci il tarixli 366 saylı əmri ıiə “Xəzərdənizneftdonanma” idarəsinin tərkibinə daxil olan “İxtisaslaşmış sualtı texniki işlər və X8 qorunması” İdarəsi və X1 Dəstəsi ləğv edilib (yeni adla) X17 X14 İdarəsi (XDDQXİİ) yaradılmışdır. Bununla əlaqədar olaraq xx.xx.1993-cü ildə “T.İsmayılov” DDK-ya rəis keçirilən İddiaçı xx.xx.2000-ci ildə 6 saylı istehsalat sahəsinə (“MDK-60”) rəis təyin edilmiş, xx.xx.2004-cü il tarixdə isə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin va göstəricilərin siyahısına əsasən (kod 1100000b23187) güzəştli şərtlərlə pensiya hüququna malikdir. Əsas - Güzəştli şərtlərlə vaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzrfələnn və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007 il tarixli 12 nömrəli qərarı.
24. Cavabdeh orqan etirazında iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən Nərimanov rayon şöbəsinə təqdim etdiyi X19 Donanması Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin ona dair xx.xx.2010-cu il tarixli HP 07/369 nömrəli arayışında qeyd edilən dövrlərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifəsinə uyğunlaşdırıldığını, lakin faktiki olaraq iddiaçının işlədiyi vəzifələrin “Siyahı” üzrə müəyyən edilmiş vəzifələrə aid olmadığını, buna görə də iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ olmadığını bildirmişdir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
27. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.
28. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
29. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
30. X16 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), No. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı No. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı No. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, No 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X3rşı (dek.), No 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, No 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı No. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə No 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
31. İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməklə güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmışdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
32. Məhkəmə qeyd edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.
33. Odur ki, məhkəmə hesab edir ki, bir tərəfdən qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar və əmək pensiyasının hesablanması və ödənməsi zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama yoxdur. Pensiyanın hüququ olmayan şəxs kimi vətəndaşa təyin edilməsi artıq ödənilmiş pensiya məbləğinin geri tələb edilməsi üçün əsas hesab oluna bilməzdi (qanunun normasına görə həmin hal artıq ödənilmiş əmək pensiyası hesab olunmadığından).
34. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyaçısının razılığı olmadan birtərəfli qaydada artıq ödənilmiş əmək pensiyasının tutulmasını təmin edən qərar qəbul edərək onu icra etmişdir. Mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan hər bir halda ləğv edilməlidir. Qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından həmin qərar əsasında pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir.
35. Digər tərəfdən «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
36. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…»
38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıda 1100000b bənd “rəhbərlər və mütəxəssislər” adlandırılmaqla işəgötürən tərəfindən iddiaçının işlədiyi vəzifə “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar” peşəsinə (1100000b—23187) uyğunlaşdırılmış, təqdim edilən arayışda isə iddiaçının “Xəzərdənizneft” X18 Qurgusunun X5 mexanika üzrə rəis müavini və rəis işlədiyi müəyyən olunmuşdur.
39. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
40. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşə işəgötürən tərəfindən hətta 1 nömrəli siyahıya uyğunlaşırılmış (iddiaçıya isə 57 yaşdan pensiya təyin edilmiş və o, bunu mübahisələndirməmişdir) və işlədiyi peşə də aşkar olaraq “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan qazma işləri ilə bağlı rəhbər vəzifədir. Həmin bölmədə həm də dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri (1100000b—23886) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (1100000b—24125) peşəsi nəzərdə tutulmuşdur.
41. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ, pensiyanın ödənilməsinin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməli, həmin hüquqi marağa uyğun olaraq nəticələr tətbiq edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması ilə bağlı faktiki xarakterli hərəkətləri qanunsuz hesab edilərək tutulmuş 1626 manat məbləğ geri qaytarılmalı, tutmaların aparılması qadağan edilməlidir.
42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı münasibətdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-8674/2023 nömrəli qərarı ləğv edilsin və həmin tarixdən pensiyanın ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixdən etibarən İddiaçı əmək pensiyasından aparılan 1626,02 manat tutulma qanunsuz hesab edildin və iddiaçıya geri qaytarılsın. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva