Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5279/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadılaşdırma və X4 Departamenti X6 və istismarı Birliyi ilə bağlanmış 94161 saylı 21 fevral 2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən faktiki sahəsi 845,3 kv.m olan 384m saylı bağ sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçının qanuni istifadəsində olan 384N nömrəli 667,0 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadılaşdırma və X4 Departamenti X6 və istismarı Birliyi ilə bağlanmış 94161 saylı 21 fevral 2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.m olan 384m saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə Torpaq sahəsinin planı tərtib olunmuşdur. Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ torpaq sahəsinə A № 392096 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək X16 kitabında xx.xx.2012-ci il tarixdə 30481 nömrə ilə uçota alınmışdır. İddiaçı sözügedən bağ sahəsinə dair çıxarış və plan ölçü sənədi verilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, idarənin arxivində eyni bağ tikinti kooperativi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına order mövcuddur. Həmçinin bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ nömrəsi aşkar olunmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi digər şəxsə məxsus olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 667,0 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiamı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassız hesab edilərək qanuni istifadəmdə olan bağ sahəsinə dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Belə ki, iddiaçı ona ayrılaraq təhvil verilmiş bağ sahəsindən bu günədək mübahisəsiz istifadə etmişdir. Həmin torpaq sahəsinin bir hissəsi Novxanı – Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi ilə əlaqədar yolun tikintisi altına düşmüşdür. Həmin yolun tikintisi altına düşmüş qeyd edilən torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar torpaq sahəsinə görə kompensasiya ödənilmədiyi üçün cavabdeh Azərbaycan X1rşı iddiası Bakı İnzibati Məhkəməsinin 16 mart 2-1(112)-58/2020 saylı qərarı ilə qismən təmin edilmişdir. Həmin iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən müvafiq mütəxəssis rəyi alınmışdır. Rəylə müəyyən edilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,12 ha torpaq sahəsinin 354,7 kv. metr hissəsi “Novxanı-Pirşağı” avtomobil yolu ilə və piyada səki yolu ilə üst-üstə düşür. Həmin qərardan cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Göründüyü kimi müvafiq instansiya məhkəmələri tərəfindən də “384n” saylı bağ sahəsinin qanuni əsaslarla istifadəçisi (gözlənilən mülkiyyətçisi) kimi tanınmış və yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə dövlət tərəfindən iddiaçıya kompensasiya verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə Torpaq sahəsinin planı tərtib olunmuşdur. Əgər bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ sahəsi olmasa idi, onda həmin plan ölçü sənədinin tərtibindən də imtina edilərdi. Həmçinin cavabdeh hazırki mövqeyini cavabdeh Azərbaycan X1rşı iddia qaldırarkən də nümayiş etdirərdi. İddiaçı hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərmiş X6 və İstismarı Birliyinin hüquqi varisi deyil, arxiv saxlayıcısı olan cavbdeh tərəfindən bağların bölgüsünə dair sxematik xəritədə sonrakı dövrlərdə hər hansı əlavə və dəyişiklik edilməsi torpaq sahəsinin reyestrdə qeydə alınmamasına əsas ola bilməz. Torpaq sahəsinin faktiki 667.0 kv.m təşkil etməsi mövqeyinə münasibətdə iddiaçı bildirir ki, cavabdeh əvvəlki müraciətlərə cavab məktubunda torpaq sahəsmin faktiki 875 kv.metr təşkil etdiyini bildirmişdir. Eyni zamanda mütəxəssis rəyində də qeyd edilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,12 ha torpaq sahəsinin 354,7 kv. metr hissəsi “Novxanı-Pirşağı” avtomobil yolu ilə və piyada səki yolu ilə üst-üstə düşür. Belə olan halda iddiaçının istifadəsində “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 845,3 kv.m (1200 kv.m-354kv.m=845.3kv.m) torpaq sahəsi qalır. Cavabdehin imtinasında qeyd etdiyi kimi iddiaçının istifadəsində olan torpaq sahəsinin “digər şəxsə məxsus olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə üst-üstə düşür” mövqeyi də tamamilə əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair 2012-ci ildə hər hansı kadastr planı olmuş olsa idi, nə cavabdeh, nə də ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin sahəyə dair iddiaçının adına kadastr planı tərtib olunmazdı. Göründüyü kimi cavabdeh təşkilatın imtinası formal xarakter daşıyır, ona görə də həmin imtina qanunsuz və əsassıdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edifmiş hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüsü 1200kv.m qeyd edilsə də, faktiki olaraq bağ sahəsinin ölçüsü 875,0 kv.m təşkil edir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqlarrn dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyat, üçün qarnınla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən eyni sərəncam nömrəsi ilə və eyni BTK-nın nəzdində order əsasında digər fiziki şəxsin adınə "384n” saylı bağ sahəsi ayrılmışdır. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritədə "384n" saylı bağ nömrəsi aşkar olunmamışdır. Bundan əlavə, göstərilən bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər şəxsə məxsus olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan-ölçüsü" (kadastr planı) ilə üst-üstə düşür. Qeyd ediiən əraziyə digər fiziki şəxslərin müraciətləri qeydə alınmışdır. Təqdim ediiən hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200kv.m qeyd edilsə də, faktiki olaraq 875,0 kv.m təşkil edir, Yerli İcra hakimiyyəti orqanlarının nəzdində oian bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “384n" nömrəli bağa dair digər şəxsin adına order mövcuddur. Həmçinin bağların bölgüsünə dair sxematik xəritədə "384n” saylı bağ nömrəsi aşkar olunmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi digər şəxsə məxsus olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərfindən verilmiş kadastr plan ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 667.0 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin müraciətləri mövcuddur.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhər İca Hakimiyyəti Başçısının aparatının Abadlaşdırma və X4 X2 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 94161 saylı, xx.xx.2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən faktiki sahəsi 845,3 kv.m olan 384 m saylı bağ sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarrışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “384n” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli,**********, xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2021ci il tarixli, **********53, xx.xx.2023-cü il tarixli, **********42 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı iddia ərizəsində 384 m saylı torpaq sahəsinə iddia etsə də, İdarəyə təqdim olunmuş sənədlər və müraciəti 384 n saylı torpaq sahəsinə münasibətdədir. İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına (X8) order mövcuddur. Həmçinin bağların bölgüsünə dair sxematik xəritədə “384n” saylı bağ nömrəsi aşkar olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman (xx.xx.2023-cü il tarixdə) məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 667.0 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin (X11) müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
8. X6 və istismarı Birliyi Goradil ərazisindəki 384n nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 34161 saylı Müqavilədə qeyd olumuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamına əsasən Birlik Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384n №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (İddiaçı) vermiş və İstifadəçi (İddiaçı) həmin bağı istifadəsinə götürmüşdür.
9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İH-nin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamı əsasında Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1200 kv.m sahəsi olan bağ evi tikintisi üçün 384n saylı torpaq sahəsi ilə bağlı İddiaçı adına Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı istifadəsində olan Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 384n saylı bağ sahəsinə dair torpaq sahəsinin planı tərtib olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi isə 1746 kv.m təşkil edir, 546 kv.m qeyri-qanuni istifadəsindədir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-58/2020 nömrəli Qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. İddiaçı Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altında düşmüş iddiaçıya məxsus torpaq sahəsinə görə 21282 manat kompensasiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 1257/2020 nömrəli Qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-58/2020 nömrəli Qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 1257/20 nömrəli Əlavə Qərarı ilə cavabdeh Azərbaycan Avtmobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2185/2020 nömrəli Qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2-1(103)-1257/2020 nömrəli qərarı üçüncü şəxs Maliyyə Nazirliyinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2185/2020 nömrəli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2- 1(103)-1257/2020 nömrəli qərarı cavabdehə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m qeyd olunsa da, torpaq sahəsinin faktiki ölçüsü 667.0 kv.m təşkil edir. 384 n saylı bağ sahəsi kimi göstərilən bağ sahəsinin sərhədləri, 2 tərəfi hasar, 2 tərəfinə isə 2 daş hündürlüyündə mişar daşı düzülmüşdür. Sahədə sökülmüş beton panellər var. Sahədə tikili yoxdur. Bağ sahəsinə keçmiş DT və XK tərəfindən tərtib edilmiş plan ölçüyə əsasən əvvəl bağın ümumi sahəsi 1746.0 kv.m (1200.0 kv.rn +546.0 kv.m əlavə sahə) təşkil edib.Sonradan ərazidən yeni yol çəkilində sahənin 1 hissəsi yola düşüb. Vətəndaş tərəfindən 2 hündürlüyündə m/daşı düzülərək ayrılmış sahəni və keçmiş DT və XK tərəfindən tərtib edilmiş plan ölçüdə göstərilən 1200.0 kv.m sahənin koordinatları nəzərə aldıqda faktiki sahə 667.0 kv.m təşkil edir. Sözügedən 667.0 kv.m sahənin cənub hissəsindəki hasardan sonradan digər 1 vətəndaş darvaza yeri kimi hasarı söküb və faktki həmin hissədə darvaza hasara söykənilmiş vəziyyətədir. Əvvəllər digər bir vətəndaş (Mikayıl Abdullayev) ümumi sahənin 323b saylı bağ sahəsi olduğunu bildirmişdi, həmçinin digər bir vətəndaş da 323b saylı bağ sahəsi kimi başqa ərazini göstərib.
17. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətdə qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı Bakı şəhər İca Hakimiyyəti Başçısının aparatının Abadlaşdırma və X4 X2 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 94161 saylı, xx.xx.2005-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən faktiki sahəsi 845,3 kv.m olan 384 m saylı bağ sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna müvafiq olaraq çıxarrışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dairr e-2-1(112)-5279/2024 saylı inzibati iş vardır. İş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına (X8) order mövcuddur. Bildirik ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(103)-132/2024 nömərli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dair iddiası təmin edilməmişdir. Əlavə olaraq elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin (X11) müraciəti mövcuddur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-394/2023 nömrəli qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliyi tərəfindən 04 nömrəli orderlə ayrılmış Goradil bağlar sahəsindəki 194 saylı BTK nəzdində sahəsi 0,12 ha olan 323b saylı bağ sahəsinə dair iddiaçı X11 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Müvafiq qərardan idarə tərəfindən apellyasiya şikayəti verilmiş, yekun məhkəmə aktı barədə məlumat İdarəyə daxil olmamışdır. Bu səbəblərdən qeyd edilən inzibati iş üzrə X3 və X11 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X3 və X11 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
18. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmişdir. X8 və X14 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384n saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384n saylı bağ sahəsinə dair X5 verilmiş orderin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
20. Goradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən verilmiş 68 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 1994-cü il tarixli 1463 nömrəli qərarına əsasən X5 Goradil bağlar sahəsində 89 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 384N nömrəli bağ sahəsi ayrılmışdır.
21. Goradil bağlar sahəsindəki 194 №-li kooperativ tərəfindən verilmiş 04 saylı Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2004-cü il tarixli qərarına əsasən X12 Goradil bağlar sahəsində 194 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 323b nömrəli bağ sahəsi ayrılmışdır.
22. Üçüncü şəxs X8 məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, Goradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən verilmiş 68 nömrəli Order əsasında istifadəsində olmuş torpaq sahəsini xx.xx.2019-cu il tarixdə (çıxarış olmadan) satmışdır, hazırda isə adına qeydiyyata alınmış hər hansı torpaq sahəsi yoxdur. Eyni zamanda məhkəmə iclasında tədqiq olunan ortofoto çıxarışında istifadəsində olmuş torpaq sahəsinin mövqeyini göstərmiş və bildirmişdir ki, istifadəsində olmuş torpaq sahəsi ilə hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi fərqli mövqelərdə yerləşirlər, əraziləri üst-üstə düşmür və iddianın təmin olunmasına etiraz etmir.
23. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
25. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
26. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
27. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
29. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
30. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
31. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
32. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
33. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
34. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
35. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
37. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
38. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
39. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
40. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
41. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384N saylı torpaq sahəsinə dair hüquqları qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsini tələb etmişdir.
42. Məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384N saylı bağ sahəsinə münasibətdə müəyyən edir ki: - X6 və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Goradil ərazisindəki 384n nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 34161 saylı Müqavilədə qeyd olumuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamına əsasən Birlik Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384n №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (İddiaçı) vermiş və İstifadəçi (İddiaçı) həmin bağı istifadəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İH-nin xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamı əsasında Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1200 kv.m sahəsi olan bağ evi tikintisi üçün 384N saylı torpaq sahəsi ilə bağlı İddiaçı adına Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
43. Odur ki, məhkəmə hesab edir, X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Goradil ərazisindəki 384N nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 34161 saylı Müqavilə Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X17 Məhkəməsinin presedent hüququna əsaslanır.
44. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan 384N saylı bağ sahəsi hazırda faktiki olaraq İddiaçı istifadəsindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı istifadəsində olan Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 384n saylı bağ sahəsinə dair torpaq sahəsinin planı tərtib olunmuşdur. Eyni zamanda məhkəməyə təqdim məhkəmə qərarları ilə torpaq sahəsinin İddiaçı istifadəsində olması təsdiqlənmişdir.
45. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, idarənin arxivində eyni bağ tikinti kooperaitivi nəzdində “384n” nömrəli bağa dair digər şəxsin adına (X8) order mövcuddur.
46. Məhkəmə üçüncü şəxs X5 münasibətdə qeyd edir ki, üçüncü şəxs (X8) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, Goradil bağlar sahəsindəki 89 №-li kooperativ tərəfindən verilmiş 68 nömrəli Order əsasında istifadəsində olmuş torpaq sahəsini xx.xx.2019-cu il tarixdə (çıxarış olmadan) satmışdır, hazırda isə adına qeydiyyata alınmış hər hansı torpaq sahəsi yoxdur. Eyni zamanda məhkəmə iclasında tədqiq olunan ortofoto çıxarışında həmin torpaq sahəsinin (xx.xx.2019-cu il tarixə kimi istifadəsində olmuş) mövqeyini göstərmiş və bildirmişdir ki, istifadəsində olmuş torpaq sahəsi ilə hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi fərqli mövqelərdə yerləşirlər, əraziləri üst-üstə düşmür və iddianın təmin olunmasına etiraz etmir. Beləliklə, tərəflərin iştirakı ilə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahələri üst-üstə düşmür, tamamilə fərqli ərazilərdə yerləşir.
47. Cavabdeh imtinanın digər dəlilili olaraq bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddia tələbinin predmeti olan 384N saylı torpaq sahəsinə dair digər şəxsin (X11) müraciəti mövcuddur.
48. Məhkəmə üçüncü şəxs X12 münasibətdə qeyd edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsi İddiaçı X6 və istismarı Birliyi ilə bağlanmış Müqavilə əsasında ayrılmışdır, üçüncü şəxs X12 isə ayrılmış torpaq sahəsi üçün əsas hüquqmüəyyənedici sənəd Goradil bağlar sahəsindəki 194 №-li kooperativ tərəfindən verilmiş Order olmuşdur. Eyni zamanda İddiaçı ayrılmış bağ sahəsinin nömrəsi 384N kimi qeyd olunduğu halda, orderə əsasən üçüncü şəxs X12 ayrılmış torpaq sahəsinin nömrəsinin 323b olduğu müəyyən olunmuşdur. Eyni zamanda X11 ona ayrılmış torpaq sahəsinə hüquqların qeydiyyatı alınması ilə bağlı müraciəti olsa da, hüquqların qeydiyyata alındığına dair məlumat mövcud deyil.
49. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 384N saylı bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, ərazinin faktiki ölçüsü 667 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 667 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.
50. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş və qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
51. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
52. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
53. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
54. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
55. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ərazisi 667 kv.m. olan 384N saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva