Məhkəmə qərarları › İş №e-2-1(112)-5281/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5281/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5281/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının direktoru X2, Cavabdehin nümayəndələri X4 və X1, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X6 üzrə Nəzarət Baş İdarəsinə qarşı (3cü şəxs: Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X6 üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdeh Dövlət Vergi Xidmətinin X6 üzrə Nəzarət Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə süni şəkildə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçı əvvəlki nümayəndəsi (vəkili) Vəkil elektron kabinet vasitəsilə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının direktoru X3 iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri iddiaçının direktoru X2 ərizəsinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Üçüncü şəxsin nümayəndəsi iddiaçının direktoru X2 ərizəsinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının direktorunun ərizəsi təmin edilməklə iddiadan imtina edilməsi və inzibati iş üzrə icraata xitam verilməli, iddianın geri qaytarılması barədə ərizəsinin isə icraata qəbulundan imtina olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddianın geri götürülməsindən fərqli olaraq, iddiadan imtina eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Nəzərə alınmaldıır ki, hazırki iş üzrə iddiaçı qismində çıxış edən hüquqi şəxs adından iki subyekt, daha dəqiq desək iddiaçının direktoru və hüquqi şəxsin əvvəlki nümayəndəsi (vəkili) fərqli məzmunlu ərizələr ilə məhkəməyə müraciət edərək, iş üzrə fərqli hüquqi nəticələr doğuran məhkəmə aktlarının qəbul edilməsini xahiş etmişdirlər. Hazırki mərhələdə yaranmış bu ziddiyyətin həlli ilə əlaqədar olaraq məhkəmə, ərizəni verən hər iki subyektin səlahiyyətlərini yoxlamalıdır. Belə ki, hər hansı bir ərizə mütləq qaydada səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Səlahiyyətli şəxs dedikdə, iddiaçının özü, nümayəndəsi başa düşülür. Nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmaması haqqında məsələ təqdim olunan etibarnamənin məzmunu və MPM-in 74.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, bu maddəyə əsasən, iddia ərizəsinin və ya hər hansı ərizənin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfiniddiaçının verdiyi etibarnamədə xüsusi göstərilməlidir, yəni nümayəndənin həmin sənədləri imzalamaq səlahiyyəti etibarnamədə birbaşa nəzərdə tutulmalıdır. Bundan əlavə iş üzrə səlahiyyətli şəxs anlayışı MPM-in 74.2-ci maddəsindən əlavə, MPM-in 69.2-ci maddəsi ilə də tənzimlənir. Həmin maddəyə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi hər hansı bir ərizənin verilməsi üçün ərizəni verən subyekt səlahiyyətli olmalı və onun səlahiyyətlərinin çərçivəsi dəqiq tənzimlənməlidir. Hazırki iş üzrə səlahiyyəti vəkilə verən şəxs X3 məhkəmə iclasında əvvəllər Vəkil İddiaçı nümayəndəsi və vəkili olduğunu, lakin daha sonra onun səlahiyyətlərinə xitam verildiyini bildirmişdir ki, bununla da onun hüquqi şəxsi təmsil etmək, onun adından çıxış etmək və ərizə vermək səlahiyyətləri itirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Göründüy Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları hansı hallarda etibarnaməyə xitam verilməli olmasının əsaslarını nəzərdə tutmuşdur ki, etibarnamə vermiş şəxsin imtina etməsi xitam üçün əsas hesab olunur. Digər tərəfdən Məhkəmə hesab edir ki, hətta Vəkil adına verilmiş olan etibarnamə ləğv olunmasaydı belə, o, ona etibarnaməni verən şəxsin iradəsinəzidd olan ərizə verə bilməz. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhz iddiaçının direktorunun ərizəsi icraata qəbul edilməsi, iddianın geri götürülməsi barədə ərizənin icraata qəbulundan isə imtina olunmalıdır. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-nin 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Bir daha da qeyd olunur ki, iddiaçının direktoru iddiadan imtina etdiyini öz iradə ifadəsi ilə bildirmiş və bunu təsdiq edən ərizəni məhkəməyə təqdim etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının direktorunun ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın geri götürülmüş hesab edilməsi səbəbi ilə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, iddiadan imtina edilməsi barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4 və 55.5-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçının direktoru X2 iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Vəkil iddianın geri qaytarılması barədə ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçının iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar