Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5321/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçı1 MMC-nin Bakı şəhəri, Xətai rayonunun 2201-ci məhəllədə S.Vəzirov 41 ünvanda yerləşən istehsal obyektlərinə daxil olan tikintilərin, qurğu və avadanlıqlarının sökülməsinə dair cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü hərəkətlərinin edilməsindən çəkinmə barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçı1 MMC-nin Bakı şəhəri, Xətai rayonunun 2201-ci məhəllədə S.Vəzirov 41 ünvanda yerləşən istehsal obyektlərinə daxil olan tikintilərin, qurğu və avadanlıqlarının sökülməsinə dair cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü hərəkətlərinin edilməsindən çəkinmə barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu S.Vəzirov küçəsindəki 2201-ci məhəllədə istehsalat sahəsinin təşkili üçün 0,15 ha torpaq sahəsi iddiaçılara təhkim edilmişdir. Eləcə də təsisçi İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi də daxil olmaqla həmin sahədə ümimi sahəsi 4000 kv.m-lik tikinti sahəsi vardır və şirkətin fəaliyyət sahəsi neft tullantılarının təkrar emalı, dəmir dam örtüklərinin istehsalı və gübrə istehsalıdır. Hal-hazırda 101 əmək müqaviləsi üzrə işçiləri vardır. Ərazidə ümimi dəyəri 15 milyon manatlıq avadanlıq və qurğular quraşdırılmış və AR Əmlak Komitəsi ilə 2243 saylı icarə müqaviləsi bağlanmış, tikintiləri balanslarındadır və hər il əmlak vergisi ödəyirlər. AR FHN-nə tikintilərlə bağlı müraciət edərək portalda qeydə alınmışlar. AR Prezidentinin 2023-cü il 4 iyul tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq hazırda tikintilərinə mülkiyyət hüququnu qeydə alınması prosesindədirlər. Hazırda Xətai rayon İcra Hakimiyyəti və Bakı İcra Hakimiyyəti şirkətin Bakı şəhəri, Xətai rayonu S.Vəzirov küçəsində iki istehsal obyektini ümumiyyətlə sökmək üçün texnika və işçilərini əraziyə gətirərək Ağ şəhərin tikintisinin davam edilməsi üçün hər hansı bir məhkəmə qərarı olmadan dəyəri 15 milyon manatlıq istehsal binalarını, anbarları, qurğuları, ofis binasını sökmək istəyir. Hər gün texnika və texniki işçilərlə birlikdə hər hansı bir söküntü qərarı olmadan ərazilərinə daxil olmağa və söküntülərə başlamağa cəhd edir, işçiləri öz iş yerlərini itirməmək üçün texnikanın qarşısını canlı bədənləri ilə almağa çalışır və qanunsuzluq burada baş alıb gedir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Xətai rayon İcra Hakimiyyəti iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Bakı “Ağ Şəhər” layihəsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamına əsasən yaşayış və qeyri-yaşayış sahələrinin mövcud bazar qiyməti ilə dəyərlərini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün Xətai rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. İddiaçı1 MMC-nin direktoru İddiaçı2 xx.xx.2024-cü il tarixli, K-126/24 saylı məktubla rayon İcra Hakimiyyətinə müraciət edərək, köçürülmə işlərinin hansı əsaslarla aparılması barədə məlumat verilməsini xahiş etmiş və ona xx.xx.2025-ci il tarixli, 5-11/2-211/2025 saylı məktubla hüquqi sənədləri ilə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya gəlməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. İddia ərizəsindən göründüyü kimi, iddiaçıların tələbi - İddiaçı1 MMC-nin Bakı şəhəri, Xətai rayonunun 2201-ci məhəllədə S.Vəzirov 41 ünvanda yerləşən istehsal obyektlərinə daxil olan tikintilərin, qurğu və avadanlıqlarının sökülməsinə dair cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü hərəkətlərinin edilməsindən çəkinmə barədə qərar qəbul edilməsi”ndən ibarətdir. İş materiallarına olan: 11/3-217 №-li xx.xx.1999-cu il tarixli “Torpaq sahələri üçün icarə müqaviləsi”ndən görünür ki, icarəyəverən (Dövlət Əmlak Komitəsi) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.19990cu il tarixli 468 saylı sərəncamı əsasında ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1482,4 kv.m torpaq sahəsini, o cümlədəmn 1482,4 kv.m tikinti altında yerləşən və sərbəst sahəni müvəqqəti istifadə üçün icarəyə vermişdir. İcarəçi (İddiaçı1 şirkəti onun adınan direktoru İddiaçı2) isə onu qəbul etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 264 nömrəli, xx.xx.2000-ci il tarixli “Torpaq sahəsinin təhkim edilməsi haqqında” sərəncamından görünür ki, İddiaçı1 şirkətinin xx.xx.1999-cu il tarixli, 138/17-1 saylı məktubu nəzərə alaraq, Xətai rayonu, S.Vəzirov küçəsindəi 2201-ci məhəllədə istehsalat sahəsinin təşkili üçün 0.15 ha torpaq sahəsi həmin firmaya təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 001258 №-li Mülkiyyət hüququ haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı1 şirkəti Bakı şəhri, Xətai rayonu, S.Vəzirov küçəsi, 41-də yerləşən ümumi sahəsi 63.0 kv.m olan istehsalat binasının Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 63,0 kv.m qeyri-yaşayış sahəsi – istehsalat binası İddiaçı1 şirkətinin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000132 №0li mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 ünvan 3 ünvanında yerləşən 384,1 kv.m qeyri yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 384,1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-11/2-211/2025 nömrəli məktubundan görünür ki, Bakı “Ağ Şəhər” layihəsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamına əsasən yaşayış və qeyri-yaşayış sahələrinin mövcud bazar qiyməti ilə dəyəini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün Xətai Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. Hazırda Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai rayon İcra Hakimiyyətində komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Bildirilmişdir ki, müraciətində qaldırdığı məsələ ilə əlaqədar hüquqi sənədlərilə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya gəlməyi xahiş edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında cavabdeh inzibati orqanlar tərəfindən iddiaçılara məxsus istehsal obyektinə daxil olan tikintilərin, qurğu və avadanlıqlarının sökülməsi, sökülməsinə cəhdlərin olmasına dair sübutlar mövcud deyildir, iddiaçılar tərəfindən buna dair məhkəməyə sübutlar ( foto-, video və s.) təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçılara məxsus istehsal obyektində keçirdiyi ( müvəqqəti xarakterli müdafiə tədbiri barədə İddiaçı2 ərizəsi ilə bağlı) yerində baxış zamanı müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən hər hansı bir söküntü, tikinti və ya dağıdılma işləri aparılmır. Qeyd edilməlidir ki, Azərbaycanın ən böyük şəhərsalma layihələrindən biri olan Bakı Ağ Şəhər layihəsi müasir, dayanıqlı və canlı şəhər mərkəzinin yaradılmasına yönəlmiş qabaqcıl inkişaf kimi düşünülmüşdür. Layihə ilkin olaraq şəhər mərkəzinə yaxın istifadə olunmayan sənaye sahələrinin qarışıq istifadəli yaşayış, ticarət və istirahət məkanlarına çevrilməsinə yönəlmişdi. Layihə inkişaf etdikcə, keçmiş sənaye zonaları və ona bitişik məhəllələr də daxil olmaqla daha böyük ərazini əhatə edəcək şəkildə genişləndi. Halhazırda iddiaçılara məxsus olan istehsal obyektinin yerləşdiyi ərazi “Bakı Ağ Şəhər” layihəsi ilə əhatə edilən əraziyə daxildir. Odur ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən “Bakı Ağ Şəhər” layihəsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamına əsasən yaşayış və qeyri-yaşayış sahələrinin mövcud bazar qiyməti ilə dəyərini müəyyən edərək kompensasiyanın ödənilməsini təmin etmək üçün iddiaçılara İcra Hakimiyyətidə fəaliyyət göstərən komissiyaya gəlmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi Xətai rayon İcra Hakimiyyəti iddiaçılara məxsus ( 63,0 kv.m-dən ibarət istehsal binası və 384,1 kv.m –dən ibarət qeyri-yaşayış sahəsi olan) mülkiyyətlə bağlı “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində tədbirlər görməzdən əvvəl kompensasiya məsələsi həll edilməsi üçün iddiaçıları dövlət orqanı tərəfindən yaradılmış müvafiq komissiyaya dəvət etmişdir. Cavabdeh tərəfindən iddiaçılara məxsus istehsal obyektlərinə daxil olan tikintilərin, qurğu və avadanlıqlarının sökülməsi halı aşkar edilmədiyindən və bu halların mövcud olmasına dair dəlilləri göstərmədiyindən, hazırda iddaçının hər hansı mülkiyyət hüquqlarının pozulması məhkəmə tərəfindən müəyyən edilmir. Məhkəmə tərəfindən iddiaçıların hüquqlarının pozulub-pozulmamasının araşdırılması barədə səlahiyyəti çərçivəsində müvafiq hərəkətlər edilmiş, tərəflərin izahatlarının dinlənilməsi üçün müxtəlif tarixlərə iclaslar təyin edilmiş, iddiaçıların xeyrinə olan halların araşdırılması üçün zəruri sorğular verilmiş, lakin cavabdehin hazırkı hərəkətlərinin iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmədiyi açıq-aydın aşkar olmuşdur. Odur ki, iddiaçıların cavabdeh tərəfindən subyektiv hüquqların pozulması aşkar deyil, iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçı1 MMC-nin Bakı şəhəri, Xətai rayonunun 2201-ci məhəllədə S.Vəzirov 41 ünvanda yerləşən istehsal obyektlərinə daxil olan tikintilərin, qurğu və avadanlıqlarının sökülməsinə dair cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və söküntü hərəkətlərinin edilməsindən çəkinmə barədə qərar qəbul edilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5cıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5321/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5321/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver